1 Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-328/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şamaxı rayonu, Şamaxı şəhəri, Nəriman Nərimanov prospekti ev 25-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 21 iyun 2025ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsii ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək, baxılmaq üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd şəffaf sellofan kəsiyinin içərsində ağ rəngli kağız bükümdə çəkisi 1,927 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 80 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 09 may 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, həmin gün saat 17:55-dən saat 18:15-ə kimi xidməti otaqların 2 birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində həmin bir ədəd bükümdə 1,927 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 19 iyun 2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxil edilmiş bir ədəd şəffaf sellofan bükümdə çəkisi 0,535 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşımış və üzərində saxlamış, 19 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, orada həmin gün saat 15:10-dan saat 15:25-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində həmin bir ədəd bükümdə 0,535 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş, bülə ki, 1-ci epizod üzrə özünü təqsirli bilmiş, 2-ci epizod üzrə narkotik vasitənin polis tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş yeni ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonu, Şamaxı şəhəri, N.Nərimanov prospekti ev 25-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Səmimi olaraq etiraf edir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir. 09 may 2024-cü il tarixdə saat 12 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olduğu zaman orada tanımadığı bir nəfər şəxslə söhbət eləməyə başlamışdır. Həmin şəxs söhbət zamanı ona uzun illərdir ki, narkotik vasitə istifadəçisi olduğunu demişdir. O, da həmin şəxsə bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrdən, əsasən də narkotik vasitə olan “kakos” adlanan heroindən istifadə etdiyini bildirmişdir. O, həmin şəxsdən ona narkotik vasitə verə bilib- bilməyəcəyini soruşmuşdur. Həmuin şəxs də onda narkotik vasitə heroin olduğunu və ona 80 manat müqabilində bir qramdan artıq narkotik vasitə heroin verə biləcəyini demişdir. O, da həmin şəxslə razılaşmış və sonuncu yanından ayrılaraq ona narkotik vasitə heroin gətirməyə getmişdir. Həmin şəxs gələnə kimi o, daşın üzərində oturub onu gözləməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra həmin şəxs geri qayıdaraq ona “kakos” adlanan narkotik vasitə heroin gətirdiyini bildirmişdir. O, da həmin şəxsin gətirdiyi şəffaf rəngli sellofanın içərisində ağ rəngli kağızda olan bükülüyə baxıb içərisində həqiqətən də qəhvəyi rəngli narkotik vasitə heroin olduğunu gördüyü üçün ona həmin vaxt 80 manat pul vermişdir. Həmin şəxsin ona verdiyi şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli kağıza bükülmüş heroini də əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra da Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlib yaşadığı evə getmişdir. Bir neçə saat evdə istirahət etdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində özünə siqaret almaq üçün həyətə çıxmışdır. Bu zaman cibində bir neçə saat əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən aldığı narkotik vasitə heroin olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Daha sonra polis əməkdaşları onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etdikdən sonra onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməli olduğunu ona bildirmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsinə gətirildikdən sonra ona 3 hüquq və vəzifələrini müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. O, da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis idarəsində onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra Abşeron rayon polis idarəsinin inzibati binasında xidməti otaqlarından birində videoçəkilişlə müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Vəkilin iştirakı ilə oana hüquq və vəzifələri izah edilməklə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisində ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümə orada olan polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Həmin bükülüdə nə olduğu soruşulmuşdur. O, həmin bükülüdə narkotik vasitə heroin olduğunu demişdir. Həmin narkotik vasitəni hardan və nə vaxt aldığı ondan soruşulmuş, o, isə həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofanda olan ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroin götürülərək zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçisi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, həmin protokol onlara ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Bundan başqa bildirir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin alıb həmin bükümü sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gəlmişdir. Həmin gün saat 14:30 radələrində o, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş, yəni içərisində psixotrop maddə metamfetamin olan bir bükümü çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamini də bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində psixotrop maddə metamfetamin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bir daha bildirir ki, o, həmin bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxlamışdır. Bir daha bildirir ki, ona narkotik vasitə və psixotrop maddə satmış şəxslərin adını, mobil telefon nömrələrini və 4 digər heç bir əlaqə vasitələrini bilmir. O, həmin şəxsləri birinci dəfə idi ki, görürdü. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yalnız şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlandığı zaman və polis idarəsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində narkotik vasitə olan heroini əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 iştirakı ilə onun rəhbərliyi ilə 09 may 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 09 may 2024-cü il tarixdə saat 17:00 radələrində o, əməliyyat qrupunun digər üzvü X1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ- nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər maddə çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi ilə bağlı məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan, “kokos” adlanan heroindir. O, həmin narkotik vasitə olan heroini 09 may 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 80 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, 09 may 2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adalanan ərazidə olarkən bir nəfər təxminən 35-40 yaşlı şəxslə söhbət edən zaman həmin şəxsin narkotik vasitə aludəçisi olduğunu görmüş və həmin şəxsə narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona pul müqabilində narkotik vasitə təşkil edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs də onunla razılaşaraq ona 80 manat pul verdiyini və həmin şəxsdən bir büküm narkotik vasitə heroin əldə edərək əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyduğunu bildirmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı əvvəllər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə saat 13:30 radələrində 5 xx.xx.1977-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı rayonu, Şamaxı şəhəri, Nəriman Nərimanov prospekti ev 25-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığına gedəcəyi, üzərində də qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPl-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinə gedib Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-yə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etmək üçün bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamindir. O, həmin bir büküm metamfetamini bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü ildə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 və istintaqda şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 da ifadələrində Abşeron RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər və istintaqa eyni məzmunlu ifadə vermişlər. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 17:55 radələrindən saat 18:15 radələrinədək olan müddət ərzində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmçinin diskə baxış keçirilən zaman müəyyən edildi ki, 09 may 2024-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları 6 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinib Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə olan heroin olduğunu bildirmiş və əlini əynindəki göy rəngli şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, bu zaman həmin bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki narkotik vasitə heroindir. O, həmin bir büküm heroini həmin gün, yəni xx.xx.2024-cü ildə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olduğu zaman tanımadığı şəxsdən 80 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, proses iştirakçıları protokolda yazılanların doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər. İş üzrə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə və həmin protokola əlavə olunmuş bir ədəd DVD formatlı kompak diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 15:10 radələrindən saat 15:25 radələrinədək olan müddət ərzində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmçinin diskə baxış keçirilən zaman müəyyən edildi ki, 19 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinib Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir büküm halında psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, bu zaman həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki psixotrop maddə metamfetamindir. O, həmin bir büküm metamfetamini bir neçə saat əvvəl, yəni xx.xx.2024-cü ildə səhər saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, proses iştirakçıları protokolda yazılanların doğru olduğunu öz imzaları ilə təsdiq etmişlər. İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 may 2024-cü il tarixli, 3-16-16/2-6/2634 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar7 edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,927 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinin təmiz çəkisi - 1,927 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq -1,827 qram. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,927 qram çəkidə narkotik vasitə heroinin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,827 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3310 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,535 qram olan ağ rəngli kristalşəkilli maddə maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,535 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,485 qram. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,535 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,485 qram psixotrop maddə metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 4724 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs hüquqi varisinin məhkəmədə iştirakını təmin etmək məqsədi ilə məktubla ailə üzvlərinin yaşadığı ünvana bildiriş göndərilmiş, kimsə məhkəmə iclasına gəlməmiş, telefon əlaqəsi zamanı isə məhkəməyə gəlmək istəmədiklərini bildirdilər. Məhkəmə baxış iclası zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyünü, bəraətverici əsasların olmadığını bildirmiş və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazının olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş 23 iyun 2025-ci il tarixdə verilmiş AZ-İİ 492204 8 nömrəli ölüm akt qeydindən görünür ki, mərhum Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə ölmüşdür. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə zamanı elan olunmuş ifadələri, həmçinin cinayət işinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin dövlət ittihamçısının, təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,535 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,485 qram psixotrop maddə metamfetamin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,927 qram çəkidə narkotik vasitə heroinin xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,827 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci 9 maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,485 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,827 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin. Qərardan 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-328/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-328/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver