Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-329/2020 24.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, onun etibarnamə üzrə nümayəndəsi X2 və Zərərçəkmiş şəxs onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs və müdafiəçiləri Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 və "A.İ.M" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, «İdrak» Texnoloji Transfer-də texnik işləyən, ünvan 1 ünvanında qeydiyyat olan və Səbail rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 02 radələrində Bakı- Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində idarə etdiyi TOYOTA PRİUS minik markalı 99TK253 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın işıqlarında 90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə olan avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud da, hərəkətin təhlükəsizliyini təmin edərək həmin avtomobili keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X11» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarə etdiyi avtomobil qarşıda eyni istiqamətdə 70 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi MERCEDES G350 D minik markalı 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobilin arxa arxa sol künc hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qızma insan həyatı üçün təhlükəli olan ağır dərəcəli baş-beyinin əzilməsi, baş-beyinin maddəsinə və qişaları altına qansızmalar, sol təpə sümüyünün qəlpəli basılmış sınığı, sol bazu və sol kürək sümüklərinin açıq qəlpəli sınıqları, sol ağciyərin əzilməsi ilə müşayiət olunan sol tərəfli İİİ-V qabırğaların sınıqları, sol bud sümüyünün yuxarı 1/3-nin qəlpəli sınıqları, sol gicgah, alm və təpə nahiyələrinin əzilmişcırılmış yaraları, sol qoltuqaltı və sol kürək nahiyələrini əhatə edən geniş ölçülü əzilmişcırılmış yarası, travmatik hemoragik şok İV dərəcə xəsarətlərini yetirməklə sağlamlığına ağır zərər vurmasına, MERCEDES G minik markalı 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək Zərərçəkmiş şəxs qızma 9900 manat ziyan vurmasına və 28 paqon metr metal təhlükəsizlik səddi əzilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2458 manat 40 qəpik ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. xx xxxxxx 2019-cu ildə saat 02 radələrində idarə etdiyi özünə məxsus TOYOTA PRİUS minik markalı, 99TK253 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13- cü kilometrində 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində faraların yaxın işıqlarında 90 km/saat sürətlə hərəkətdə olub qarşıda hərəkətdə olan MERCEDES G350 D minik markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün sol zolağa manevr etdikdə idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin avtomobilin arxa sol tin hissəsi ilə toqquşmuş, bununla da idarəetməni itirərək avtomobili sola istiqamətləndırib yolayrıcı metal konstruksiyalı səddə yaxınlaşdıqda dayanmış, həmin avtomobil də idarəetmədən çıxıb sola istiqamətlənərək yolayrıcı metal konstruksiyalı səddə çırpılmış,nəticədə avtomobillər və metal sədd əzilmiş, həmin avtomobilin sürücüsü olan qadın xəsarət almış, yaralı sürücü qadın hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə aparılmışdır. Hadisə zamanı avtomobilin hava şarları açıldığı üçün o, xəsarət almamışdır. Hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuş, avtomobildə yük və sərnişin olmamış və hadisə zamanı sərxoş olmamışdır.Sonda o, etdiyi əməldən peşman olduğunu, ilk dəfədir cinayət əsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsə 9050 manat məbləğində pul ödədiyini bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs fadəsində göstərdi ki, «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir. xx xxxxxx 2019-cu ildə Bakı şəhərindən idarə etdiyi özünə məxsus MERCEDES G350 D minik markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə qayıtmaq üçün yola düşmüş, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük və sərnişin olmamış, saat 02 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində faraların yaxın işıqlarında 3 cərgəli yolun orta zolağı ilə Quba rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən qəflətən avtomobilin arxa hissəsinə güclü zərbə dəymiş və bundan sonra nə baş verdiyini xatırlamadığını qeyd etmiş, təxminən 15 gündən sonra ayıldıqda xəstəxanada olduğunu bilmiş, əlavə olaraq o, hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik 99TK253 dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobil arxa hissəsi ilə toqquşması olduğunu, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli bədən xəsarəti aldığını, avtomobilinəzilərək yararsız vəziyyətə düşdüyünü, bildirdi. Sonda o, Təqsirləndirilən şəxsla barışmadığını və ondan şikayətçi olduğunu bidlirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, o, X3 yaşayır, xx xxxxxx 2019-cu ildə baş vermiş hadisə nəticəsində bacısı Zərərçəkmiş şəxs xəsarət aldığı üçün X10 yerləşdirilmiş, o, xəbəri eşidən xx xxxxxx 2019-cu il tarixində Bakı şəhərinə gəlmiş, o, gələnə kimi təqsirləndirilən şəxsin qardaşı Bayram zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 9050 manat ödəniş etmiş, xx.xx.2019-cu il tarixdən sonra onlar tərəfindən heç bir ödəniş olmamış, daha sonra bacısının əməliyyatı üçün 16800 manat klinikaya ödəniş etmək lazım olduğu üçün tanışlarından borc almış, facebook sosial şəbəkəsində bacısının müalicəsi və əməliyyatı üçün maliyyə yardımı barədə elan yerləşdirmiş, Təqsirləndirilən şəxs qardaşı Bayram müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Sonda o, məhkəmədən ümumilikdə bacısının müalicəsinə 30000 manatdan çox vəsait xərclədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu, bacısı Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınmış şahid Nümayəndə ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində hüquqşünas vəzifəsində işləyir. xx xxxxxx 2019-cu ildə saat 02 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13cü kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99TK253 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi MERCEDES G350 D minik markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və bu səbəbdən avtomobilin idarəetmədən çıxıb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus təhlükəsizlik səddinə çırpılması nəticəsində 28 paqon metr metal təhlükəsizlik səddi əzilərək həmin agentliyə 2458 manat 40 qəpik zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2020-ci il tarixli, 97 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ağır dərəcəli baş-beyinin əzilməsi, baş-beyinin maddəsinə və qişaları altına qansızmalar, sol təpə sümüyünün qəlpəli basılmış sınığı, sol bazu və sol kürək sümüklərinin açıq qəlpəli sınıqları, sol ağciyərin əzilməsi ilə müşayiət olunan sol tərəfli İİİ-V qabırğaların sınıqları, sol bud sümüyünün yuxarı 1/3-nin qəlpəli sınıqları, sol gicgah, alm və təpə nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol qoltuqaltı və sol kürək nahiyələrini əhatə edən geniş ölçülü əzilmiş-cırılmış yarası, travmatik hemoragik şok İV dərəcə bərk küt əşyanın təsirindən xx.xx.2019-cu ildə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyathadisələriekspertizasınınxx.xx.2020ciiltarixli,351saylırəyindəngörünürki, TOYOTA PRİUS minik 99TK253 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz G 350 markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99TK253 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes G minik markalı, 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx.xx.2019-cu il tarixli, 5213 saylı protokoldan görünür ki, məlum yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Ab seriyalı 481513 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2012-ci il tarixdə verilib və xx.xx.2022-ci il tarixədək etibarlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 594674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius minik markalı, 99TK253 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan AzərbaycanRespublikasıDİN-nin BDYPİ tərəfindən verilmişxx.xx.2020-ciiltarixli, 016-12580-1220 saylı məktubdan görünür ki, xx.xx.1990-cı iltəvəllüdlüTəqsirləndirilən şəxsadınaxx.xx.2012-ci il tarixdə AB 481513 nömrəli "B" kateqoriyalı kateqoriyalısürücülükvəsiqəsiverilmişvəo, sürücülükhüququndanməhrumedilənlərsiyahısındayoxdur. İş materiallarında olan X4 Xidməti MMC-nin arayışından görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X4 Xidməti» MMC-yə məxsus metal təhlükəsizlik səddinin əzilməsi nəticəsində dəymiş ziyan 2458 manat 40 qəpik müəyyən edilmişdir. İş materiallrında olan xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı MERCEDES G350 D minik markalı 99SJ424 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 9900 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmişşəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında”AzərbaycanRespubl ikasıAliMəhkəməsiPlenumunun xx xxxx 2003-cüiltarixli 04 saylıqərarının 1cibəndindəqeydolunmuşdurki, məhkəmələr hərbirkonkrethaldatəqsirləndirilənşəxslərəcəzalarıntəyinedilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41-cimaddələrininmüddəalarınınhəyatakeçirilməsinitəminetməlidirlər. CinayətQanununədalətprinsipindənbəhsedənCM-nin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəicti maitəhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarına, cinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. MəhkəmətəqsirləndirilənşəxsəcəzatəyinedərkənAzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 58.3-cümaddəsinəəsasənonuntörətdiyicinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsini, şəxsiyyətini, ocümlədəncəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, habelətəyinolunacaqcəzanınonunislaholunmasınavəailəsininhəyatşəraitinətəsirininəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi və ilk dəfədir cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263.1-1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşmateriallarındangörünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-cu il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 06 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmünicrasıöz səlahiyyətləri daxilində Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X12 həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə onunla vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasınınCinayət- ProsessualMəcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxsAzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263.1-1-ci maddəsiilətəqsirlibilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdanməhrumetməcəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdanməhrumetməcəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İşüzrə100 (yüz) manatekspertiza xərciTəqsirləndirilən şəxstutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 06 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmünicrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X12 həvalə edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə onunla vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) günmüddətindəAbşeronRayonMəhkəməsivasitəsiiləSumqayıtApellyasiyaMəhkəməsinəa pellyasiyaşikayətivəprotestiveriləbilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-329/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-329/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver