Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-329/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu olmayan, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti (RPİ) 6-da daimi qeydiyyatda olan, Abşeron rayonu Saray qəsəbəsi S. Qazıyeva küçəsi ev 20-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 23.09.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X3, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində ona məxsus olmayan 3 sot torpaq sahəsini 4500 (dörd min beş yüz) manata satacağı adı ilə yalan vədlər verərək inandırmış, bu məqsədlə 2020-ci ilin noyabr ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi S.Qazıyeva küçəsi 20-də yerləşən evin həyətində olan gözəllik salonunda, Khudaev Yalçhın Qubad oğlunun 1500 (bir min beş yüz) manat, bir gün sonra isə 700 (yeddi yüz) manat ümumilikdə vahid niyyətlə 2200 (iki min iki yüz) manat pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək, zərərçəkmiş şəxs X3 həmin manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. O, X2 onun barəsində Abşeron RPİ-nə yazmış olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş. Həmin şikayət ərizəsi ilə əlaqədar göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 6 sot torpaq sahəsi olmuş, həmin torpaq sahəsini sənədləşdirib satmaq istəmiş, bu səbəbdən də 2020-ci ilin noyabr ayında tanışı Mircavad adlı şəxsə Saray qəsəbəsində olan torpaq sahəsini satmaq istədiyni, həmin torpaq sahəsinə almaq üçün alıcı tapmağı xahiş etmişdir. Mircavad onu X6 ilə tanış etmiş, onlar birlikdə həmin torpaq sahəsinə baxmışlar. Yalçhın həmin torpaq sahəsindən 3 sotunu almaq istəmiş, Yalçhın Khudaevə həmin 3 sot torpaq sahəsini 4500 (dörd min beş yüz) manata satacağını bildirmiş, onlar öz aralarında razılaşmışlır. Bundan sonra Mircavadın yanında Yalçhın Khudaevdən yaşadığı Abşeron rayonu Saray qəsəbəsində 1500 (bir min beş yüz) manat pul almış, tezliklə həmin torpağın sənədlərini düzəldəcəyinə söz vermiş, sənədləri hazırlayandan sonra isə qalan 3000 (üç min) manat pulu Yalçhından alacağını bildirmişdir. Lakin bir gün sonra Yalçhın Khudaevə zəng edərək əlavə olaraq 1000 (bir min manat) pul istəmiş, Yalçhın isə üzərində cəmi 700 ( yeddi yüz) manat pul olduğunu bildirmiş, həmin 700 manat pulu Mircavadın vasitəsi ilə ona göndərmişdir. Abşeron rayonu Xırdalan şəhəri ərazisində Mircavaddan həmin 700 manat pulu aldıqdan sonra, Yalçhının istifadəsində olan mobil telefona zəng edərək Mircavaddan 700 manat pulu aldığını bildirmişdir. Həmin torpaq sahəsinin sənədlərini düzəldə bilməmiş, Yalçhına digər torpaq sahəsi təklif etsədə Yalçhın həmin torpaq sahələrini bəyənməmiş, onunla razılaşmamış və ondan pulunu geri istəmişdir. Həmin 2200 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün Yalçhına pul qaytara bilməmiş, bu səbəbdən də Yalçhın Khudaev ondan Abşeron RPİ-nə şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikro rayon, ev 90 D, mənzil 32-də yaşayır. 2020-ci ilin noyabr ayının əvvələrində tanışı Şahid Abşeron rayonu Saray qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəməsi barədə bildirmiş, bundan bir neçə gün sonra, Mircavad onun istifadəsində olan mobil telefonuna zəng edərək, bir nəfər Səxavət adlı şəxsin, Abşeron rayonu Saray qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi satdığını bildirmişdir. O, həmin günü Mircavadla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Saray qəsəbəsinə gəlmiş, Səxavətlə görüşüb tanış olmuş, sonra isə Səxavət Saray qəsəbəsində yerləşən torpaq sahəsini onlara göstərərək, həmin torpaq sahəsi özünə məxsus olduğunu, lakin sənədlərini hazırlamaq üçün pul lazım olduğunu bildirmişdir. O, həmin torpaq sahəsinə baxandan sonra, Təqsirləndirilən şəxsla həmin 3 sot torpaq sahəsini 4500 ( dörd min beş yüz) manata öz aralarında razılaşmışlar. Bundan sonra isə onlar Təqsirləndirilən şəxsla birlikdə Səxavətin yaşadığı evin qarşısına gələrək, Səxavətin yaşadığı evin həyətində olan qadın gözəllik salonuna daxil olub orada Mircavadın yananda 1500 (min beş yüz) manat pulu şəxsən özü əli ilə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan 1500 manat pulu almış və səhər sənədləri hazır edəcəyinə söz vermiş, səhəri günü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** baksel mobil nömrə ilə ona zəng etmiş, sənədləri düzəltmək üçün əlavə olaraq 1000 (bir min) manat pul lazım olduğunu bildirmişdir O, Səxavətə inanmış üzərində cəmisi 700 manat pul olduğunu, həmin pulu Mircavadın vasitəsi ilə yollayacığını bildirmişdir. O, Səxavətlə razılaşandan sonra, tanışı Mircavada 700 manat pul vermiş və Mircavaddan xahiş etmişdir ki, onun işi olduğu üçün 700 manat pulu aparıb Xırdalan şəhərində Səxavətə çatdırsın. Bir az sonra Mircavad ona öz istifadəsində olan nömrəsi ilə zəng edərək Səxavətin yanında olduğunu və həmin 700 manat pulu Səxavətə verdiyini bildirmişdir. Bundan bir az sonra Səxavət özü istifadəsində olan mobil telefonla ona zəng etmiş və həmin 700 manat pulu Mircavaddan aldığını demişdir. Səxavət ona söz vermişdir ki, həmin günü saat 14 radələrinədək həmin 3 sot torpağın sənədlərini Asan Xidmətdə düzəldəcək və həmin torpağı onun adına keçirəcəkdir. Bundan sonra O, Səxavətə nə qədər zəng etsədə, Səxavət telefonu açmamış, bir neçə gün keçəndən sonra Səxavət ona başqa yerdə torpaq sahəsi olduğunu, həmin yerdən ona torpaq sahəsi verəcəyini bildirmişdir. O, Səxavətlə razılaşmış, Səxavət həmin torpaq sahəsini ona göstərmiş, lakin o, Səxavətdən şübhələndiyi üçün, həmin torpağın kimə məxsus olması ilə maraqlanmış, Səxavətin ona göstərdiyi torpaq sahəsinin tamamilə başqa adama məxsus olduğunu, Səxavətə heç bir aidiyyəti olmadığını öyrənmişdir. Bundan sonra Səxavətə həmin torpaq sahəsinin başqa adama məxsus olduğunu, ona məxsus olmadığını bildirmiş, bu səbəbdən də Səxavətdən 2200 manat pulunu özünə geri qaytarmağı bildirmişdir. Səxavət ona pulunu qaytaracağına söz vermiş, lakin ona söz versədə onun 2200 manat pulunu qaytarmamışdır. O, Səxavətin dələduzluq etdiyni, başqa şəxslərin torpaq sahəsini ona göstərməklə onun 2200 (iki min iki yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyni başa düşmüş, bu səbəbdən də Abşeron RPİ-nə gələrək Təqsirləndirilən şəxs şikakyət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsində yaşayır. X2, Abşeron rayonu Saray qəsəbəsi sakini Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nə yazmış olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş, həmin şikayət ərizəsi ilə əlaqədar bildirmişdir ki, Saray qəsəbəsində yaşayan tanışı Elşənin qardaşı Səxavət adlı şəxs 2020-ci ilin noyabr ayının əvvəllərində onun istifadə etdiyi mobil telefona zəng edərək qardaşı Elşənin tutulduğunu, bu səbəbdən də özlərinə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 3 sot torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, özünü torpaq almağa imkanı olmadığını, lakin tanışlarına bu barədə deyəcəyinə söz vermişdir. Bundan sonra tanışı X3 zəng edərək Saray qəsəbəsi ərazisində 3 sot torpaq sahəsinin satılması barədə bildirmişdir. Həmin günü X6 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində görüşüb Səxavətin yaşadığı ünvana getmiş, Səxavətlə Yalçhını tanış etmiş, Səxavət Saray qəsəbəsi ərazisində yerləşən sözügedən torpaq sahəsini onlara göstərmişdir. Onlar həmin torpaq sahəsinə baxandan sonra, Yalçhın həmin torpaq sahəsini bəyənmiş və almaq istədiyni bildirmişdir. Bundan sonra Yalçhınla Səxavət öz aralarında danışıb razılaşmışlar, Səxavətlə Yalçhın həmin 3 sot torpaq sahəsinə 4500 manata razılaşandan sonra, onlar birlikdə Səxavətin yaşadığı ünvana gəlmişlər, səxavətin yaşadığı evin həyətində olan gözəlik salonunda Yalçhın həmin 3 sot torpaq sahəsini sənədlərinin düzəlməsi üçün ilkin olaraq Saxavət Tayirova onun yanında 1500 manat pul vermişdir. Səxavət 1500 manat pulu Yalçhından alandan sonra, həmin 3 sot torpağa aid olan sənədləri hazırlayacağına, sonra isə qalan 3000 manat pulu alacağını bildirmişdir. Yalçhında sənədlər hazır olan kimi qalan 3000 manat pulu verəcəyinə söz vermişdir. Səxavətlə Yalçhın öz aralarında razılaşandan sonra, O, Yalçhınla birlikdə getmişdir. Bundan bir gün sonra, yani səhəri günü Yalçhın onun istifadəsində olan mobil telefona zəng edərək Səxavətin ona zəng etdiyini və əlavə olaraq sənədləri düzəltmək üçün ondan pul istədiyni bildirmişdir. Yalçhın ondan üzərində nəqədər pul olduğunu soruşmuş, o, isə üzərində cəmisi 700 manat pul olduğunu Yalçhına bildirmiş, Yalçhın özünün işi olduğu üçün həmin 700 manat pulu Xırdalan şəhərində Səxavətə çatdırmasını ondan xahiş etmişdir. O, Abşeron rayonu Xırdalan şəhərinə gələrək Səxavətlə görüşmüş, Yalçhının dediyi kimi 700 manat pulu Səxavətə vermişdir. O, 700 manat pulu Səxavətə verdikdən sonra Səxavətlə Yalçhını mobil telefonla danışdırmış, Səxavət 700 manat pulu ondan aldığını Yalçhına demişdir. Bundan sonra tanışı Yalçhınla Abşeron rayonu Saray qəsəbəsi ərazisində görüşərək Səxavətə verdiyi 700 manat pulu Yalçhın ona qaytarmışdır. O, sonra eşitmişdir ki, Səxavət həmin torpaq sahəsinə sənəd düzəldə bilməmiş, deyəsən həmin torpaq sahəsi heç Səxavətə məxsus olmamışdır. Yalçhın 2200 manat pulunu Səxavətdən geri istəsə də, Səxavət Yalçhına nə pul qaytarmış, nə də torpaq vermişdir. Bu səbəbdən də Yalçhın məcbur olub Səxavətdən Abşeron RPİ-yə şikayət etmişdir. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Tayirov X5 Rayon Məhkəməsinin 1(012)-154/2020 saylı, 18.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 10 ay 21 gün müddətində azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya şöbəsindən verilmiş arayışdan görünür ki, Tayirov X5 Rayon Məhkəməsinin 1(012)-154/2020 saylı, 18.02.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay 21 gün müddətində azadlığın məhdudlaşdırması cəzasını 03.03.2021-ci il tarixdə çəkib qurtarmışdır. Abşeron Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in 18.06.2021-ci il tarixli, 128-47502 saylı məktubundan görünür ki, Tayirov X5 RPİ-in əməkdaşları tərəfindən tutularaq, məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 05.10.2021-ci il tarixdə daxil olmuş 29.09.2021-ci il tarixli, 6788 saylı məktubundan görünür ki, Tayirov X5 RPİ-in əməkdaşları tərəfindən 23.09.2021-ci il tarixdə tutulmuş 28.09.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23.09.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərəçəkmiş şəxs X3 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərəçəkmiş şəxs X3 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-329/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-329/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver