Məhkəmə qərarları › İş №1(012)-329/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-329/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-329/2022 13.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Həsənov Rövşən Qulaməli oğlunun və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Həsənov Rövşən Qulaməli oğlunun cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Həsənov Rövşən Qulaməli oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Həsənov Rövşən Qulaməli oğlu onu sığortada işlədiyi vaxtlarda mütəmadi olaraq narahat etmiş, sonralar dəfələrlə ona qarşı hədə-qorxu gələrək cinsi zorakılığa məruz qoymuşdur. Həsənov Rövşən Qulaməli oğlunu 2021-ci ilin mart ayından tanıyır. Ondan dəfələrlə əl çəkməsini və uzaqlaşmasını bildirsə də onunla söhbət etməsini bildirdi, o, etiraz etdikdə onun ailəsini öldürəcəyi ilə və Xırdalan şəhərinə onun adına ləkə gətirəcəyi ilə hədələdi. O, ailəsinə zərər gəlməsin deyə onunla məcburi şəkildə görüşəndə onunla zorla istəmədən həm təbii həm də qeyri- təbbi yolla cinsi əlaqədə oldu. Həmin vaxt onun xəbəri olmadan video çəkiliş etmişdir. Sonra onunla bir daha gorməyəcəyini deyəndə o videonu göstərib hamıya hətta valideynlərinə göstərəcəyi ilə hədələdi. Bu minvalla həm təhqir etdi, fahişəliklə günahlandırdı həm də şantaj edirdi. O, çox çıxılmaz vəziyyətdə idi. Özündə güc toplayıb olanları anasına və atasına dedi. O, nəinki onları hətta bacılarınıda pis əxlaqsız sözlərlə təhqir edir, vatsap sosial şəbəkələrdə onunla cinsi münasibətdə məcburi olduğu şəkillərdən epizodlar qoyur, onu söyür hədələyirdi. Bu günə kimi də bu davam edir. Onun vatsapda yazdıqları onun ailəsini və ozünü təhqir etməsi və sosial şəbəkələrdə onları pozğun ailə kimi qələmə verirdi. Psixoloji problemi olan adam kimi onun olmağını istəyir. Bu qədər təhqir, nalayiq ifadələr və söyüşlərlə yanaşı anlamında şəklini profildə qoyub paylaşır. Bu nə mənanı verir bu neçə manyaklıqdi hələ də anlaya bilmir. Nə deyir necə deyir ona söz təsir etmir. Hazırda cinsi zorakılıq və şantajla bağlı barəsində Nəsimi rayon Prokurorluğunda iş materialları toplanır. Ona evində fahişəlik etməyiylə bacılarının pozğunluq etməsində, anasınınsa ona kişi gətirməsi ilə günahlandırır. Hesab edir ki, bu cür qanunsuz əməllərin qarşısı vaxtında hüquqi yolla alınmalıdır. Həsənov Rövşənin ona atdığı böhtan şərəf ləyaqətini təhqir etməsi, ailəni nalayiq söyüşlərlə hədələməsi təhqir etməsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Xüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs Həsənov Rövşən Qulaməli oğlu sosial şəbəkə olan votsapp vasitəsi onunla bağlı foto şəkilləri və ondan xəbərsiz şantaj xarakterli çəkdiyi videolardan götürülmüş şəkilləri öz profilində paylaşır. Hətta onun ailəsinin şəkillərini də vaxtı ilə onun telefonundan gizli şəkildə götürərək özündə saxlamış həmin şəkilləri profildə paylaşmaqla ona rüsvayedici duruma düşürür. Rövşən Həsənov ona vatsapp proqramı vasitəsi ilə nalayiq, xanıma yaraşmayan ifadələrlə təhqir edir etmədiyi əməllərdə onu kəskin ittiham edir. Onu çox pis layiqsiz söyüşlərlə alçaldır, bütün Xırdalanda rüsvay edəcəyi ilə hədələyir. Ona görə də təqsirləndirilən şəxsin qanunla cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlı iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 şikayətini müdafiət etdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Həsənov Rövşən Qulaməli oğlu və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin və barəsində şikayət verilən şəxsin barəsində məlumatlar tam olaraq göstərilməmiş, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əlavə olunmamış, şikayət verilən şəxsin hansı maddələrlə məsuliyyətə cəlb olunması, ittihamın mahiyyəti dəqiq göstərilməmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Həsənov Rövşən Qulaməli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar