Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-33/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığıqətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə xx.xx.1994-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, Fizuli küçəsi ev 4-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanda kirayə yaşayan, Abşeron Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Şahid2, Şahid3 və X8 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, əvvəlcədən yerini müəyyənləşdirdikləri Sabirabad rayonu Çöl-Beşdəli kəndində yaşayan X5 məxsus həyatyanı sahəsində olan tövləsinin arxasından keçən yolun kənarındakı xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş və metal torla çəpərlənmiş yerdə saxlanılan qoyunları oğurlamaq barədə razılığa gəlmiş, bu məqsədlə 01 sentyabr 2019-cu il tarixdə saat 14:20 radələrində əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən, Şahid3 idarə etdiyi “Khazar lx” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə kənddaxili asflat yolda pusquda dayanmış, o isə Şahid2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi «Khazar sd» markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Əliyevin yaşadığı evin yerləşdiyi küçəyə gəlib avtomaşını saxladıqdan sonra Şahid2 heyvanların saxlanıldığı yerə metal torun üzərindən tullanmaqla saxlanc yeri hesab edilən yerə qanunsuz daxil olaraq hər birinin qiyməti 350 manat olan 3 baş qoyunu tutub Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə qoyunları avtomobilin yük yerinə yükləyib aparmaqla zərərçəkmiş şəxsə cəmi 1050 manat məbləğində ziyan vurub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 01 dekabr 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır kəndi Z.Əliyeva küçəsindəki avtomobil yolunun kənarında olan Zərərçəkmiş şəxs məxsus “VAZ-21011 markalı” ** EC *** dövlət nömrə nişanlı avtomobilin yanına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 ətrafdan kiminsə gələcəyi halda məlumat vermək üçün avtomobilin yaxınlığında gözəlmiş, o, isə həmin avtomobilin arxa qapısının kilidinin açıq olmasından istifadə edərək qabaq qapısının kilidini açaraq avtomobilin salonuna daxil olub əvvəlcədən özü ilə götürdüyü vintaçan ilə avtomobilin cihazlar panelində quraşdırılmış 160 manat dəyərində «Pioneer» markalı DEH-7150UB modelli maqnitafonu söküb oğurlayarkən həmin ərazidən keçən Zərərçəkmiş şəxs qonşuları X10 və Şahid6 onun hərəkətlərini görüb onun oğurluq etməsinin qarşısının alınması məqsədi ilə qışqıraraq müdaxilə etmələrinə baxmayaraq bilə-bilə öz cinayətkar əməlini davam etdirərək maqnitafonu götürməklə qaçaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 160 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş, Təqsirləndirilən şəxs2 isə hadisə yerində olan Şahid7 və Şahid6 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 01 dekabr 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Masazır kəndi Z.Əliyeva küçəsindəki avtomobil yolunun kənarında olan Zərərçəkmiş şəxs məxsus “VAZ- 21011 markalı” ** EC *** dövlət nömrə nişanlı avtomobilin yanına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, ətrafdan kiminsə gələcəyi halda məlumat vermək üçün avtomobilin yaxınlığında gözəlmiş, Təqsirləndirilən şəxs1 isə həmin avtomobilin arxa qapısının kilidinin açıq olmasından istifadə edərək qabaq qapısının kilidini açaraq avtomobilin salonuna daxil olub əvvəlcədən özü ilə götürdüyü vintaçan ilə avtomobilin cihazlar panelində quraşdırılmış 160 manat dəyərində «Pioneer» markalı DEH-7150UB modelli maqnitafonu söküb oğurlayarkən həmin ərazidən keçən Zərərçəkmiş şəxs qonşuları X10 və Şahid6 onun hərəkətlərini görüb onun oğurluq etməsinin qarşısının alınması məqsədi ilə qışqıraraq müdaxilə etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs1 bilə-bilə öz cinayətkar əməlini davam etdirərək maqnitafonu götürməklə qaçaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 160 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmiş, o, isə hadisə yerində olan Şahid7 və Şahid6 tərəfindən saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 01 sentyabr 2019-cu il tarixdə saat təxminən saat 11 radələrində tanışı Şahid2 ona mobil telefonla zəng edərək, özünə məxsus olan “Xəzər” markalı gümüşü rəngli avtomobillə Sabirabad rayonuna getdiyini, qardaşı Şahid3 da onunla birlikdə olduğunu və onların Sabirabaddan qoyun oğurlamaq planları olduğunu bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün Namiqin qoyun oğurlamaq barədə olan təklifi ilə razılaşmışdır. Lakin Sabirabada gəlmək üçün avtomobil olmadığını ona bildirmişdir. Namiq də Sabirabada gəlmək üçün tanışı ilkin Orucaliyevə zəng etməsini və onunla birlikdə Sabirabada gəlməsini təklif etmişdir. O, İlkinə zəng etmiş və Sabirabada gedib qoyun oğurlamaq barədə təklifi sonuncuya etmişdir. İlkin də onunla razılaşmış və özünə məxsus olan ağ rəngli “Xəzər” markalı avtomobillə yaşadığı, Abşeron rayon, Mazasır kəndinə gəlmişdir. Onlar birlikdə Sabirabada yola düşmüşlər, Sabirabada az qalmış İlkin Namiqə zəng edib hara gəlməli olduqlarını soruşmuşdur. Namiq də İlkinə telefonda yolu izah etmişdir. Onlar magistral yoldan Sabirabad rayonu Nizami kənd yoluna daxil olmuşlar. İlkinlə birlikdə saat təxminən 14 radələrində Nizami kəndinə gəlib çatmışlar. Nizami kəndində yanacaq doldurma məntəqəsinin yaxınlığında Namiq və Fuadla görüşmüşlər. Namiq və Fuad isə həmin yerə Namiqin idarə etdiyi gümüşü rəngli “Xəzər” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onlar görüşdükdən sonra Namiq İlkinin avtomobilinə əyləşmişdir. Fuad isə oğurluq edəcəkləri yeri Namiqin avtomobilini idarə edərək göstərəcəyini bildirmişdir. Onlar hərəkətə başlamazdan əvvəl avtomobillərin dövlət qeydiyyat nişanlarını açıb yük yerinə qoymuşlar ki, birdən oğurluq edən zaman kimsə onları görərsə avtomobili tapa bilməsinlər. Onlar hərəkətə başlamışlar, Fuad onlardan irəlidə hərəkət edirək yolu göstərirmiş. Onlar Nizami kəndindən Çöl-Beşdəli kəndi istiqamətində hərəkət etmişlər Çöl Beşdəli kəndinin girişində Fuad əlini pəncərədən çıxarıb onlara asflat yoldan sola tərəf ayrılan küçəyə dönmək üçün işarə etmiş və oğurluq edəcəkləri yeri göstərmişdir. İlkin idarə etdiyi ağ rəngli “Xəzər” markalı avtomobili asflat yoldan sola doğru olan küçəyə döndərmişdir. Küçənin girişindən təxminən 50 metr irəlidə sağ tərəfdə hər bir tərəfi bağlı olan metal torla əhatəyə alınmış yerdə təxminən 30-35 baş qoyun quzuların olduğunu görmüşlər. Həmin yerin giriş qapısı da olbmuş, İlkin avtomobilini küçənin axrına sürüb dönərək, gəlib həmin qoyun-quzuların saxlanıldığı yerin qarşısında saxlamışdır. İlkin salondan avtomobilin yük yerini açmışdır. Sonra avtomobildən düşüb ətrafa göz gəzdirib kimsənin olmadığından əmin olmuşlar. Namiq qoyunların saxlanıldığı həmin yerə “setkanın” üstündən tullanaraq daxil olmuşdur. Namiq həmin qoyunlardan 3 başını tutub, “setkanın” üstündən ona vermişdir. O, qoyunları avtomobilin yük yerinə qoyduqdan sonra, yük yerini bağlamışdır. İlkin avtomobili idarə etmək istəyərkən onun çox həyəcanlı olduğunu və avtomobili idarə edə bilməyəcəyini görmüşdür. O, avtomobili özü idarə edəcəyini İlkinə demiş və sükan arxasına əyləşmişdir. İlkin özü isə arxa oturacaqda əyləşmişdir. Onlar asflat yola çıxmışlar və yenə Fuadın göstərdiyi yolla kənddən çıxıb Bakı istiqamətində hərəkət etmişlər. Onlar oğurladıqları 3 baş qoyunu Abşeron rayonu, Masazır kəndinin girişində heyvan alqı-satqısı ilə məşğul olan tanımadıqları bir şəxsə 260 manata satmışlar. Oğurluqdan əldə etdikləri 260 manatı 4 nəfər arasında hər birimizə 65 manat olmaqla bərabər qaydada bölmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təxminən 1 il əvvəl qeyri rəsmi nikah münasibətlərində yaşadığı Nuridənin bacısı Nuranə ilə qeyri-rəsmi yaşayan şəxs kimi tanımışdır. Sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 1 həftə əvvəl Coşqun qeyri rəsmi yaşadığı Nuranə ilə birlikdə Masazır kəndində kirayə ev tutaraq yaşamağa başlamışdır. Həmin kirayə yaşadığı ev ilə onun yaşadığı evin arasında 2-3 ev məsafə vardır. O, heç yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıarı olmuşdur. Buna görə də oğurluq etmək qərarına gəlmişdir. 01 dekabr 2019-cu il tarixdə saat 00:30-da o, oğurluq etmək qərarına gəlmişdir. Buna görə də onunla oğurluq etməsi üçün Coşqunun kirayə yaşadığı evə getmişdir. Həmin vaxt evdə Coşqun və qeyri rəsmi nikah münasibətində yaşadığı Nuranədən başqa heç kim olmamışdır. O, orada Coşqun ilə çay içib Coşquna oğurluq etməyi təklif etmişdir. Coşunda onunla razılşmış və bu zaman o, Coşqunun evindən şkafdan bir ədəd vint açan götürmüşdür. Coşqun da həmin vaxt özünə kəlbətin götürmüşdür. Onlar birlikdə piyada gəzə-gəzə Masazır kəndində yerləşən “Zəfəran” aptekin qarşısına gəlmişlər. Oradan sola dönərək köhnə bələdiyyənin yanı ilə məhləyə girərkən, yaxınlıqdakı evin qarşısnda qızrımızı rəngli «VAZ-21011» markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilin olduğunu görmüşdür. Bu vaxt Coşqun ona avtomobildən 10-15 metr kənarda dayanıb ətrafa nəzarət edəcəyini bildirmişdir. O, Coşqunla razılaşıb sonuncunu 10-15 metr məsafədə qoyub avtomobilə yaxınlaşarkən, avtomobilin sağ arxa qapısının açıq olduğunu görmüşdür. Bu vaxt tez avtomobilin qabaq sağ qapısını açıb salona daxil olaraq şitin üzərində olan “7151” markalı maqnitafonu sökmüşdür. Bu vaxt iki nəfər kişi cinsindən olan sonradan adlarını bildiyi Namiq və Məhəmməd “qışqıraraq dayan-dayan” sözlərini deyirmişlər. O, tez maqnitafonu da götürüb avtomobildən düşərkən həmin şəxslərin ona tərəf qaçdığını görüb oradan qaçmağa başlamışdır. Bu vaxt həmin şəxslərdən biri onun arxası ilə gəlirmişlər. O, artıq həmin şəxsdən qaça bilməyəcəyini görüb arxaya çönüb həmin şəxsə “ ala nə var arxamca gəlirsən” sözlərini demişdir. Həmin şəxs də onun bu sözündən sonra daha arxası ilə gəlməmişdir. O, qaçaraq həmin yeri tərk edib Coşqunun kirayə yaşadığı evə gəlmişdir. Oğurluq yolu ilə əldə etdiyi maqnitafonu şəffaf rəngli torbaya qoyub təmirsiz otağa qoymuşdur. Üzrəinə də özünə məxsus narıncı rəngli kapyüşonlu qış gödəkcəni asmışdır. Daha sonra yaşadığı evə gəlib öz otağına keçib yatmışdır. Bu barədə heç kimə heç nə deməmişdir. Sonradan zərəçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il olarmış ki, Şahid9 ilə qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış. X11 isə Nuranənin bacısıdır. Zülfüqar adlı şəxsidə həmin vaxtdan Nuridənin yaşadığı şəxs kimi tanımışdır. Sonuncu ilə münasibətləri yaxşı olmuş aralarındaədavət və düşmənçilik olmamışdır. Onun kirayədə yaşadığı evlə Zülfüqarın kirayə yaşadığı ev qonşuluqda yerləşir. 01 dekabr 2019-cu il tarixdə saat 02 radələrində o, arvadı Nuranə ilə birlikdə evdə olarkən, Zülfüqar onların yanına gəlib ona həyətə çıxmağı təklif etmişdir. O, sonucu ilə yaşadığı evin qarşısına yola çıxmışdır. Həmin vaxt ona Masazır kəndində biraz piyada gəzməyi təklif etmişdir. O, sonuncu birlikdə gəzməyə başlamışdır. Bu zaman Masazır kəndində “Basqal” restoranın yaxınlığında Zülfüqar ona bir ədəd kəlbətin vermiş ki, saxlasın o, həmin kəlbətəni götürüb əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibinə qoymuşdur. Daha sonra “Zəfəran” aptekin yanından sol tərəfdə yerləşən məhləyə piyada gəzərək getmişlər. Təxminən 200 metr getdikdən sonra qarşıda dayanmış qırmızı rəngli «Vaz-21011» markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilə təxminən 10-15 metr məsafə qalmış Zülfüqar ona burada gözləməyini deyib həmin avtomobilə tərəf getmişdir. O, Zülfüqarın dediyi yerdə dayanıb onu gözləmiş, Zülfüqar isə həmin avtomobilə yaxınlşıb sürücü tərəfdən qapını açıb avtomobilin salonunda daxil olub maqnitafonu çıxartmağa başlamışdır. Elə bu vaxt qarşı tərəfdən iki nəfər kişi cinsindən olan sonradan adlarının Namiq və Məhəmməd olduğunu bildiyi şəxslər Zülfüqarın oğurluq etdiyini görüb avtomobilə tərəf gələrkən, Zülfüqar maqnitafonu da götürüb onun olduğu yer istiqamətində qaçmağa başlamışdır. Həmin şəxslərdən biri Zülfüqarın arxasınca qaçaraq ona qışıqraraq dayanmasını tələb edirmiş. Zülfüqar isə onu həmin yerdə qoyub qaçıb getmişdir. Bu vaxt həmin şəxslər Zülfüqarı tuta bilməyib, ona yaxınlaşıb orada dayanmasının səbəbini soruşmuşlar. O, həmin şəxslərə qeyri-ixtiyari olaraq siqaret alacağını demişdir. Həmin şəxslər ondan, arxasınca qaçdığı şəxsi tanıyıb-tanımadığımı soruşduqda, həmin şəxslərə ilkin olaraq həmin şəxsi tanımadıqlarını bildirmiş və sonuncular onunla birlikdə avtomobilin olduğu evin qarşısına gəlmişlər. Bu zaman o, həmin şəxslərə maqnitafonu oğurlayan şəxsin Zülfüqar adlı şəxs olduğunu demişdir. Həmin şəxslər avtomobilin sahibi sonradan adını bildiyi Seymuru və arvadı Aygünü çağırmışlar. Seymur avtomobilə baxıb maqnitafonun oğurlandığını görüb ona maqnitafonun harada olduğunu soruşduqda, o, sonunculara maqnitafonu Zülfüqar adlı şəxsin oğurladığını və harda olduğunu bilmədiyini demişdir. Bu vaxt Aygün adlı qadın DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat verdikdən sonra o, həmin şəxslərə lazım olsa öz avtomobilinin maqnitafonunu verə biləcəyini və şikayət etməməklərini xahiş etmişdir. Aygün isə ona artıq polisə məlumat verdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlib onu Abşeron RPİnə gətirmişlər. Onun Zülfüqarla birlikdə Masazır kəndi Z.Əliyeva küçəsində gecə vaxtı piyada gəzməsinin səbəbini həmin ərazidə 5-6 gün əvvəl xarab olduğu üçün saxladığı özünə məxsus «VAZ-21074» markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobilə baxmaq istəməsi olmuşdur. Zülfüqarın ona kəlbətin verməsinin səbəbini isə cibinə qoyub saxlaması olmuşdur. O, Zülfüqarın avtomobilə yaxınlaşaraq, qapını açıb salona daxil olub maqnitafonu oğurladığını görsə də, əvvəlcədən Zülfüqarın bu planından xəbəri olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Vunq Tau küçəsi ev 2 m 18A-da qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndi Z.Əliyeva küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Şahid5 onun qeyri-rəsmi nikahdan olan həyat yoldaşıdır və o, sonuncu ilə birlikdə yaşayır. Təxminən 1 ay əvvəl o, özünə məxsus «Vaz-21011» markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobil alıb idarə edirmiş. O, avtomobil aldıqdan sonra həmin avtomobilinə Bakı şəhəri, “Babək” prospektində maşın bazarı deyilən yerdən istifadə edilmiş 350 AZN dəyərində “7151” markalı maqnitafon almışdır. 30 noyabr 2019-cu il tarixdə saat 22 radələrində o, arvadı Aygünlə birlikdə eviinə gəlmişdir. Həmin vaxt o, avtomobilini yaşadığı evin qarşısında yolda saxlamışdır. Avtomobilin qapılarını bağlayıb evə getmiş və 01 dekabr 2019-cu il tarixdə saat 03 radələrində evin qapısının döyüldüyünü eşidib arvadı Aygünlə birlikdə həyətə çıxarkən, qonşuları Namiq və Məhəmmədin olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Sonuncular ona iki nəfər şəxsin avtomobildən maqnitafonu oğurlayarkən, həmin şəxslərdən birini saxladığını digərinin isə maqnitafonu da götürüb qaçdığını bildirmişlər. Onlar tez avtomobilin yanına gəlib, həqiqətən də avtomobilimdən “71512 markalı maqnitafonumun oğurlandığını aşkar etmişdir. Qonşuları Məhəmməd və Namiqin tutub saxladığı adını bilmədiyi şəxsdən maqnitafonunu oğurlayıb-oğurlamadığını soruşduqda, ona oğurluq hadisəsindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra arvadı Aygün DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Aygün DİN-nin 102 xidmətinə zəng etdikdən sonra, həmin şəxs polisə zəng etməyə ehtiyac olmadığını, lazım olsa maqnitafonu onlara təqdim edə biləcəyini bildirmişdir. O, həmin şəxsə artıq poils orqanlarına məlumat verdiklərini bildirmişdir. Baş vermiş hadisə nəticəsində 160 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənildiyinə görə onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Çöl-Beşdəli kəndində yaşayır. Heç bir yerdə işləməsə də təsərrüfatla məşğul olub ailəsinin ehtiyaclarını qarşılayır. 01 sentyabr 2019-cu il tarixdə yaşadıqları evin küçəsindəki yerdən 3 baş qoyunularının oğurlanması faktına görə Sabirabad RPŞ-də ********* saylı cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə həmin vaxt ailəsinin başçısı olan mərhum atası X12 zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmişdir. Onlara məxsus olan qoyunları oğurlayan 4 nəfər şəxsdən 3 nəfərin barəsində cinayət işi yekunlaşıb məhkəməyə verilsə də, 1 nəfər qaçıb istintaqdan gizlənmişdir. Həmin axtarışda olan şəxsin barəsində yeni cinayət işi ayrılmışdır. Lakin zərərçəkmiş atası Rövşən Əliyev 15 noyabr 2019-cu il tarixdə öldüyü üçün ********* saylı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsində iştirakı mümkün olmamışdır. Bun görə də həmin cinayət işi üzrə atasının hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən Bakı şəhərində işləyir və orada yaşayır. 13 iyun 2019-cu il tarixdən dayısı Murad Mikayılovun adına lizinq müqaviləsi ilə verilən “KHAZAR SD” markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Həmin avtomobillə taksi kimi fəaliyyət göstərib valideynlərinə maddi dəstək olmuşdur. Şahid2 və Şahid3 təxminən 1 il olar ki, tanıyır. Hər ikisi onunla birlikdə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyası yaxınlığında taksi kimi fəaliyyət göstərir. Fuadın qardaşı Zülfüqarı isə təxminən 5 ay olar ki, Fuadın vasitəsi ilə tanımışdır. Zülfüqarın əvvəllər məhkum olunduğunu da bilmişdir. Onlar taksi sürücüləri olaraq müntəzəm olaraq bir yerdə yemək yeyib, çay içdiklərini yəni aralarında həmişə isti münasibət olduğunu bildirmişdir. 01 sentyabr 2019-cu il tarixdə də həmişə olduğu kimi “Memar Əcəmi” metrostansiyası yaxınlığında dayanıb müştəri gözləyirmiş. Saat təxminən 10 radələrində Şahid2 ***-***-**-** saylı mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şahid3la birlikdə Sabirabad rayonunda olduğunu və rayonun kəndlərindən birindən qoyun oğurlamağı ona təklif etmişdir. Namiq onun da Sabirabada gəlməsini istəmiş və oğurluqdan əldə edilən gəliri də bərabər qaydada bölünəcəyini demişdir. O, Fuadın qaynatasıgilin Sabirabad rayonunda yaşadığını bilmişdir. O, Namiqin təklifini rədd etmiş və oğurluq edib tutulmaqdan qorxduğunu bildirmiş və telefonu söndürmüşdür. Namiqlə danışıb qurtardıqdan təxminən yarım saat sonra Fuadın qardaşı Zülfüqar onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Sabirabad rayonuna getməyi, qoyunları oğurlamağı və əldə edilən gəliri də bərabər qaydada böləcəklərini təklif etmişdir. O, da pula çox ehtiyacı olduğundan Zülfüqarın təklifi ilə razılaşmışdır. O, idarə etdiyi “KHAZAR SD” markalı, ** PG *** dövlət nömrə nişanlı avtomobillə Zülfüqarı yaşadığı Masazır qəsəbəsindən götürüb Sabirabad rayonuna gəlmişdir. Onlar yolda gələndə Fuad yolu ona telefonda izah etmişdir. Fuad mobil telefonda Sabirabad rayonunun girişində YPX postu və həmin postu keçdikdən sonra Nizami kəndi olduğunu və onların Nizami kəndinə gəlməsini istəmişdir. Onlar Zülfiqarla birlikdə saat təxminən 14 radələrində Nizami kəndinə gəlib çatmışlar. Nizami kəndində yanacaq doldurma mənqəsinin yaxınlığında görüşmüşlər. Namiq və Fuad isə həmin yerə Namiqin idarə etdiyi gümüşü rəngli “KHAZAR LX” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Onlar görüşdükdən sonra Namiq onun avtomobilinə əyləşmişdir. Fuad isə oğurluq edəcəkləri yeri Namiqin avtomobilini idarə edərək göstərəcəyini bildirmişdir. Onlar hərəkətə başlamazdan əvvəl avtomobillərin dövlət qeydiyyat nişanlarını açıb yük yerinə qoymuş ki, birdən oğurluq edən zaman kimsə onları görərsə avtomobili tapa bilməsinlər. Onlar hərəkətə başlamışlar. Fuad onlardan irəlidə hərəkət etmiş və yolu göstərmişdir. Onlar Nizami kəndindən Çöl-Beşdəli kəndi istqamətində hərəkət etmişlər. Çöl Beşdəli kəndinin girişində Fuad əlini pəncərədən çıxarıb onlara aflat yoldan sola tərəf ayrılan küçəyə dönmək üçün işarə etmiş və oğurluq edəcəkləri yeri göstərmişdir. O, avtomobili asflat yoldan sola doğru olan küçəyə döndərmişdir. Küçənin girişindən təxminən 50 metr irəlidə sağ tərəfdə küçədə hər bir tərəfi bağlı olan metal torla əhatəyə alınmış yerdə təxminən 30-35 baş qoyun-quzuların olduğunu görmüşdür. Həmin yerin giriş qapısı da olmuşdur. O, avtomobilini küçənin axrına sürüb dönərək gəlib həmin qoyun-quzuların saxlanıldığı yerin qarşısında saxlamışdır. O, yük yerini açmaq üçün salonda düyməsini vurub açmışdır. Sonra avtomobildən düşüb ətrafa göz gəzdirib kimsənin olmadığından əmin olmuşdur. Namiq qoyunların saxlanıldığı həmin yerə metal torun üstündən tullaraq daxil olmuşdur. Namiq həmin qoyunlardan 3 başını tutub, metal torun üstündən Zülfiqara vermişdir. Zülfiqar isə qoyunları avtomobilin yük yerinə qoyduqdan sonra yük yerini bağlamışdır. O, avtomobili idarə etmək istəyərkən Zülfiqar onun çox həyəcanlı olduğunu və avtomobili idarə edə bilməyəcəyini bildirmişdir. Zülfüqar avtomobili özü idarə edəcəyini ona demiş və sükan arxasına əyləşmişdir. Özü isə arxa oturacaqda əyləşmişdir. Onlar asflat yola çıxmış və yenə Fuadın göstərdiyi yolla kənddən çıxıb Bakı istiqamətində hərəkət etmişdir. Onlar oğurladıqları 3 baş qoyunu Bakı şəhəri Masazır qəsəbəsinin girişində heyvan alqı satqısı ilə məşğul olan tanımadıqları bir şəxsə 260 manata satmışlar. Oğurluqdan əldə etdikləri 260 manatı 4 nəfər arasında hər birinə 65 manat olmaqla bərabər qaydada bölmüşlər. O, oğurladıqları hər üç qoyunun az yunlu, bir başının qulaqları böyük, digər iki başının qulaqlarının isə çox kiçik olduğunu, qoyunlardan biri ağ rəngdə, digər ikisi isə sarı-qırmızımtıl rəngli, diri çəkilərinin təxminən 35-40 kq olduğunu bildirmişdir. O, maddi durumu yaxşı olmadığı üçün pul əldə etmək məqsədilə oğurluq etdiyini, oğurluq etmələri barədə kənar şəxslərin məlumatı olmadığını, oğurluq edən zaman yaxın ətrafda da kənar adamlar görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, bina 77, ev 17-də ailəsi ilə birlikdə yaşayır. O, lizing müqaviləsi əsasında ona verilmiş gümüşü rəngli “KHAZAR LX” markalı ** PV *** dövlət nömrə nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərib ailəsinin ehtiyaclarını qarşılayır. X8 və Şahid3 təxminən 1 il olar ki, tanıdığını və hər ikisi onunla birlikdə Bakı şəhəri “Memar Əcəmi” metrostansiyası yaxınlığında taksi kimi fəaliyyət göstərdiyini bildimişdir. Fuadın qardaşı Zülfüqarı isə təxminən 5-6 ay olar ki, Fuadın vasitəsi ilə tanımışdır. Zülfüqarın əvvəllər məhkum olunduğunu da bilmişdir. Onlar taksi sürücüləri olaraq müntəzəm bir yerdə yemək yeyib, çay içmiş, yəni aralarında həmişə isti münasibət olmuşdur. Şahid3 təxminən 20 gün olar ki, avtomobilini satmışdır. 01 sentyabr 2019-cu il tarixdə saat 08 radələrində Fuad onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə ***- ***-**-** saylı mobil nömrədən zəng edərək onun avtomobili ilə Sabirabad rayonunda yaşayan qaynatasıgilə getməyi təklif etmişdir. O, Fuadı Masazır qəsəbəsində yaşadıqları evdən götürüb Sabirabada yola düşmüşdür. Onlar saat təxminən 11 radələrində Sabirabad rayonuna Fuadın qaynatasıgilə çatmışlar. Fuadın qaynatasıgildə olan zaman o, fikirləşmiş ki, geri qayıdan zaman yol kənarından sahibsiz qoyun-quzu oğurlayıb Bakı şəhərinə aparıb satsalar yaxşı pul əldə edə bilərlər. Bu barədə Fuada da bildirmişdir. Fuad da onun oğurluq etmək barədə təklifi ilə razılaşmışdır. Bu məqsədlə o, İlkinə zəng edib, Fuadla birlikdə Sabirabada gəldiyini və qoyun-quzu oğurlamaq fikrində olduğunu bildirmiş və İlkinin də oğurluq etmək məqsədilə Sabirabada gəlməsini istəmişdir. İlkin əvvəlcə onunla razı olmamışdır. Bundan sonra Fuadın qardaşı Zülfüqara zəng edib ona oğurluq etmək barədə təklif etmiş və İlkinlə birlikdə rayona gəlməsini istəmişdir. Zülfiqar onunla razılaşmış və İlkini razı salacağını bildirmişdir. Onlar Fuadın qaynatasıgildə olarkən Zülfüqar ona zəng edib, İlkinlə birlikdə Bakıdan çıxdıqlarını və Sabirabada gəldiklərini bildirmişdir. Onlar Fuadın qayanatasıgildə yemək yemiş və yemək yedikdən sonra saat təxminən 13:30 radələrində Fuadla birlikdə Bakıya yola düşəndə Zülfüqar ona yenidən zəng edərək İlkinlə birlikdə Sabirabad rayonuna gəlib çatdıqlarını və YPX postunun yaxınlığında olduqlarını, onların olduqları yerə gəlmək istədiklərini bildirmişlər. O, da yolu dəqiq bilmədiyi üçün izah etməsi üçün telefonu Fuada vermişdir. Fuad yolu İlkin və Zülfiqara izah etmişdir. Həmin vaxt o, az miqdarda spirtli içki qəbul etdiyi üçün avtomobilini idarə etmək üçün Fuada vermişdir. Onlar yolda tanımadığı kəndlərdən birində asflat yoldan təxminən 50 metr aralıda küçədə qoyun-quzuların saxlanıldığı yeri görmüşlər. Fuad avtomobillə həmin küçəyə daxil olmuşdur. Onlar həmin küçənin axrına gedib dönərək geri qayıdanda Fuada həmin küçədə “setka”nın içərisində olan qoyunlardan oğurlamağı təklif etmişdir. Fuad isə onları kimsənin görəcəyindən ehtiyat etdiyi üçün əvvəlcə pusquda dayanmağı sonra isə oğurluq edə biləcəklərini bildirmişdir. Onlar küçədən asflat yola çıxıb hərəkət etmişlər. Nizami kəndində yanacaq doldurma məntəqəsinin yaxınlığında İlkin və Zülfiqarla görüşmüşlər. Həmin vaxt onlar belə planlaşdıraraq oğurluq etmək məqsədilə Fuadın onlardan irəlidə hərəkət edəcəyini, özü isə İlkin və Zülfüqarla birlikdə həmin qoyun quzuların olduğu küçəyə daxil olub qoyunları oğurladıqdan sonra yenidən Fuadın göstərdiyi yolla kənddən magistral yola çıxacaqları barədə razılaşmışlar. Asflat yolla bir qədər hərəkət etdikdən sonra İlkinin idarə etdiyi ağ rəngli “Khazar SD” markalı ** PG *** dövlət nömrə nişanlı avtomobillə həmin küçəyə daxil olmuşlar. Fuad isə onna məxsus “KHAZAR LX” avtomobili ilə asfalt yolla bir qədər irəli getmiş ki, kimsə gəlsə onlara bu barədə məlumat versin. İlkin avtomobilini küçənin axrına sürüb dönərək gəlib həmin qoyun-quzuların saxlanıldığı yerin qarşısında saxlamışdır. İlkin yük yerini açmaq üçün salondakı düyməsini vurub yük yerini açıq vəziyyətdə saxlamışdır. Sonra avtomobildən düşüb ətrafa göz gəzdirib kimsənin olmadığından əmin olmuşdur. O, qoyunların saxlanıldığı həmin yerə metal torun üstündən tullaraq daxil olmuşdur. O, həmin qoyunlardan 3 başını tutub, metal torun üstündən Zülfiqara vermişdir. Zülfiqar isə qoyunları avtomobilin yük yerinə qoyduqdan sonra yük yerini bağlamışdır. İlkin avtomobili idarə etmək istəyərkən Zülfiqar İlkinin çox həyəcanlı olduğunu və avtomobili idarə edə bilməyəcəyini görmüşdür. Zülfüqar avtomobili özü idarə edəcəyini demiş və sükan arxasına əyləşmişdir. Həmin vaxt onlar Fuadın idarə etdiyi avtomobilə də əlavə olaraq 3 baş qoyun yükləmək istəmişlər və bu məqsədlə İlkin Fuada mobil telefonla zəng edərək 3 baş qoyun oğurladıqlarını əlavə olaraq 3 baş qoyun da oğurlayıb onun idarə etdiyi avtomobilə yükləmək istədiklərini bildirmişlər. Fuad isə idarə etdiyi avtomobilə qoyun yükləməyəcəyini demişdir. Bundan sonra onlar asflat yola çıxmış və yenə Fuadın göstərdiyi yolla kənddən çıxıb Bakı istiqamətində hərəkət etmişlər. Onlar oğurladıqları 3 baş qoyunu Bakı şəhəri Masazır qəsəbəsinin girişində heyvan alqı satqısı ilə məşğul olan tanımadıqları bir şəxsə 260 manata satmışlar. O, oğurladıqları hər üç qoyunun az yunlu, bir başının qulaqları böyük, digər iki başının qulaqlarının isə çox kiçik olduğunu, qoyunlardan biri ağ rəngdə, digər ikisi isə sarı-qırmızımtıl rəngli, diri çəkilərinin təxminən 35-40 kq olduğunu bildirmişdir. O, maddi durumu yaxşı olmadığı üçün pul əldə etmək məqsədilə oğurluq etdiyini, oğurluq etmələri barədə kənar şəxslərin məlumatı olmadığını, oğurluq edən zaman yaxın ətrafda da kənar adamlar görmədiyini bildimişdir. Hadisə ilə əlaqədar olaraq qeyd etdiklərindən əlavə olaraq üzərində olan “Samsung” markalı mobil telefonun keçirildiyi plastik qablığın arxa tərəfində özü üçün istifadə etmək məqsədilə saxladığı siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə “şüşə” kimi tanınan narkotik vasitə olduğunu və həmin narkotik vasitəni özüm istifadə etmək məqsədilə saxladığını, lakin yadından çıxdığı üçün polis şöbəsinə gətirdiyini bildirmiş və həmin narkotik vasitə şəxsi axtartış zamanı ondan götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır kəndində ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Hadisədən təxminən bir ay əvvəl özünə məxsus olan “Azsamand” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilini satmışdır. Şahid2 və X4 tanıdığını və onların taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. 01 sentyabr 2019-cu il tarixdə saat 08 radələrində Şahid2 zəng edib Sabirabad rayonu Bala-Həşimxanlı kəndində yaşayan qaynatası Sərrafgilə onu gətirməsini istəmişdir. Namiq də gəlib onu evindən götürmüş və Namiqin idarə etdiyi “KHAZAR LX” markalı ** PV *** dövlət nömrə nişanlı avtomobillə saat təxminən 12 radələrində Bala-Həşimxanlı kəndinə gəlib çatmışlar. Onun kəndə gəlməkdə məqsədi borcu olduğu üçün qaynatasından pul almaq olmuşdur. O, qaynatasına borclu olduğunu və ona borca pul verməsini xahiş etmişdir. Qaynatası isə ona 20 manat pul verə biləcəyini demişdir. O, isə az məbləğ olduğu üçün qəbul etməmişdir. Onlar kəndə çatanda Namiq İlkinə zəng edib kənddə sahibsiz qoyun-quzu olduğunu həmin heyvanlardan oğurlamağı təklif etmişdir. Belə ki, onlar qaynatasıgildə yemək yeyib, yola düşmək istəyəndə İlkin Namiqə mobil telefonla zəng edərək qardaşı Zülfüqarla birlikdə Sabirabad rayonuna gəldiklərini və YPX postunun yaxınlığında olduqlarını, oğurluq etmək məqsədilə onun olduğu yerə gəlmək istədiklərini bildirmişlər. Bundan sonra Namiqlə birlikdə yola düşmüşlər. O, mobil telefonla gələcəkləri yolu İlkin və Zülfüqara izah etmişdir. Namiq spirtli içki qəbul etdiyi üçün Namiqin avtomobilini o, idarə etmişdir. Rayonun Çöl- Beşdəli kəndində asflat yoldan təxminən 50 metr aralıda bir küçədə metal torla əhatəyə alınmış qoyun-quzuların saxlanıldığı yeri görmüşlər. O, Namiqə məxsus olan gümüşü rəngli “KHAZAR LX” markalı ** PV *** dövlət nömrə nişanlı avtomobillə həmin küçəyə daxil olmuşdur. Onlar küçənin axrına gedib geri qayıdanda Namiq həmin qoyun quzulardan oğurlamağı ona təklif etmişdir. O, isə tutulmaqdan qorxduğu üçün Namiqin təklifi ilə razılaşmamış və küçədən çıxıb asflat yolla İlkingillə görüşmək üçün Nizami kəndi istiqamətində hərəkət etmişlər. İlkingillə Nizami kəndində görüşmüşlər. İlkin Namiqin də idarə etdiyi avtomobilə əyləşməsini və onlarla birlikdə hərəkət etməsini, həmçinin quzuların olduğu yeri İlkin və Zülfüqara göstərməsini istəmişdir. O, Namiqin avtomobili ilə İlkinin idarə etdiyi avtomobilin qarşısına düşüb oğurluq edəcəkləri kəndin yolunu göstərmişdir. İlkingil onun arxasınca hərəkət etməyə başlamışlar. Həmin vaxt İlkin avtomobilinin dövlət nömrə nişanını açıb yük yerinə qoymuşdur. Çöl-Beşdəli kəndinin girişinə çatanda İlkinin avtomobilində əyləşmiş Namiq oğurluq edəcəkləri küçəni və qoyunların olduğu yeri göstərmişdir. Saat təxminən 14:20 radələrində İlkin idarə etdiyi ağ rəngli avtomobillə asflat yoldan sola tərəf olan qoyunların saxlanıldığı küçəyə daxil olmuşdur. Özü isə diqqət çəkməmək üçün Namiqə məxsus avtomobillə asfalt yolla bir qədər irəli hərəkət etmişdir. Bir neçə dəqiqə sonra İlkin ona mobil telefonla zəng edərək 3 baş qoyun oğurladıqlarını və yük yerinə qoydularını onun idarə etdiyim avtomobilə də əlavə olaraq 3 baş qoyun yükləmək istədiklərini bildirmişdir. O, idarə etdiyi avtomobilə qoyun yükləməyəcəyini demişdir. Bundan sonra İlkingil Bakıya qayıtmaq üçün yolu tanımadıqlarını və maqistral yola çıxmaq üçün onlara kömək etməsini istəmişlər. O, yenidən geri qayıdıb həmin küçədə onların qarşısına keçib İlkingili müşayiət edərək magistral yola çıxarmışdır. Qoyunların hara satılmasından xəbəri olmamışdır. O, hadisə zamanı bir qədər aralıda pusquda dayandığı üçün oğurlanmış qoyunların əlamətləri barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, O, tanışı Namiqlə birlikdə yük avtomobilinin sürücüsü işləyirlər. Zərərçəkmiş şəxs isə onların kirayə yaşadıqları evdən iki ev kənarda yaşayan qonşularıdır. Onun sonuncu ilə heç bir münasibəti olmamışdır. 01 dekabr 2019-cu il tarixdə saat 03 radələrində o, dostu Namiqlə işdən evə piyada gələrkən, Seymurun evinin qarşısında saxladığı «Vaz-21011» markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilin naməlum şəxslər tərəfindən oğurluq edildiyini və maqnitafonun oğurlandığını görüb həmin şəxsə tərəf gedərkən, şəxslərdən biri maqnitafonu götürüb qaçmış və Namiqdə həmin şəxsin arxasınca qaçmışdır. Özü digər şəxsi qolundan tutaraq saxlamışdır. Namiq isə arxasınca qaçdığı şəxsə çata bilməmişdir. Daha sonra geri avtomobilin yanına qayıtmış, bundan sonra Seymurun evinin qapısını döyərək sonuncunu səsləmişlər. Seymur və arvadı Aygün həyətə çıxıb nə baş verdiyini soruşduqda naməlum şəxslərin avtomobilindən oğurluq etdiyini deyib iki nəfər şəxsdən birini saxladıqlarını demişlər. Seymurla Aygün həyətə çıxıb avtomobilə baxarkən, həqiqətən də avtomobildən maqnitafonun oğurlandığını aşkar edərək həmin şəxsdən maqnitafonunu tələb emişlər, həmin şəxs maqnitafonu oğurlamadığını deyəndə Seymurun arvadı Aygün DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə polisə məlumat verdi. Bundan sonra həmin şəxs Seymura «gəl mən sənə öz avtomobilimin maqnitafonunu verim polisə şikayət etmə» sözlərini deyəndə, Seymur da artıq polisə məlumat verdiklərini bildirmişdir. Maqnitafonu oğurlayan şəxs oğurluq etməsini onlar tərəfindən gördüklərini başa düşmüş, lakin buna baxmayaraq, hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X11 onun bacısıdır. Təqsirləndirilən şəxs1 bacısının, Təqsirləndirilən şəxs2 isə onun qeyrirəsmi nikah münasibətlərində yaşadığı şəxslərdir. Sonuncularla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Coşqunla birlikdə Abşeron rayonu, Masazır kəndində kirayə yaşayırmışlar. Zülfüqar da onların kirayə yaşadıqların evin yaxınlığında yaşayırmış. 01 dekabr 2019-cu il tarixdə saat 00:30 radələrində o, Coşqunla evdə olarkən, Zülfüqar da onlara gəlmişdir. Bu vaxt Zülfüqar Coşqunla evdə çay içərək, ona pulu olmadığını və pul tapmaq üçün “divijeniya» etməyi təklif etmişdir. Coşqun da sonuncu ilə razılaşıb birlikdə evdən çıxmışlar. O, sonuncuların arxasınca iş yerinə yəni, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “eleps” adlı kluba getmişdir. Həmin gün saat 06 radələrində o, işdən evə gələrkən kirayə yaşadığı evin sahibi Qasım adlı şəxs ona Çoşqun və Zülfüqarın Masazır kəndi ərazisndə oğurluq edərkən tutulduqlarını və Zülfüqarın qaçdığı üçün onu polis əməkdaşlarının axtardığını bildirmişlər. O, həmin gün saat 11 radələrində bacısı Nuriyyə onun yanına gələrkən, sonuncuya baş verənləri danışıb Zülfüqarın harada olduğunu soruşmuş ki, əgər yerini bilirsə polisə desin. Nuriyyə ona Zülfüqarın harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid9 onun bacısıdır. Təqsirləndirilən şəxs1 onun, Təqsirləndirilən şəxs2 isə bacısı Nuranənin qeyri-rəsmi nikah münasibətlərində yaşadığı şəxslərdir. Sonuncularla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. X17 birlikdə Abşeron rayonu, Masazır kəndində kirayə yaşayırmışlar. O, 01 dekabr 2019-cu il tarixdə saat 11 radələrində bacısı Nuranə ilə görüşmək üçün sonuncunun kirayə yaşadığı evə gedərkən bacısı ona Coşqun və Zülfüqarın gecə saatlarında oğurluq etdiklərini, Coşqunun polislər tərəfindən tutulduğunu, Zülfüqarın isə qaçıb gizləndiyini bildirmişdir. Daha sonra bacısı ondan Zülfüqarın harada olduğunu dedikdə o, Zülfüqarın harada olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Ümumiyyətlə onun Zülfüqar və Coşqunun oğurluq edəcəyindən və etmələrindən heç bir məlumatım olmamışdır. O, həmin hadisə barədə bacısı Nuranədən eşitmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.12.2019-cu il tarixli və 31855 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «Pioneer» markalı DEH-7150UB modeli WMA/MP3/AAC/USB xüsusiyyətli maqnitafonun istifadə olunması nəzəri alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 160,0 manat müəyyən edilir. 03.12.2019-cu il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən divar daşlarından hörülmüş bir mərtəbəli evin həyətində həmin evlə hasar arasında quraşdırılmış saxlanc yerindən sellofan torbanın içərisindən 01 ədəd «Pioneer» markalı DEH-7150UB modeli WMA/MP3/AAC/USB xüsusiyyətli avtomobil maqnitafonu aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd «Pioneer» markalı DEH-7150UB modeli WMA/MP3/AAC/USB xüsusiyyətli avtomobil maqnitafonu cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 01.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 01.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 03.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu 01.12.2019-cu il tarixdən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığıqətimkan tədbiri ilə əvəz edilmişmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.09.2019-cu il tarixli tələbnamələrdən görünür ki, Salahov X3 Rayon Məhkəməsinin 07.07.2010-u il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin 29.12.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. 23.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 02.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 02.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu 02.12.2019-cu il tarixdən hesablanmışdır.12.12.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növümdə qətimakn tədbiri ev dustaqlığı növündə qətimakn tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.12.2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və maddi tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zidiyyətli ifadəsində onun Zülfüqarla birlikdə Masazır kəndi, Z.Əliyeva küçəsində gecə vaxtı piyada gəzməsinin səbəbini həmin ərazidə 5-6 gün əvvəl xarab olduğu üçün saxladığı özünə məxsus «VAZ- 21074» markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobilə baxmaq istəməsi olduğunu, Zülfüqarın ona kəlbətin verməsinin səbəbini isə cibinə qoyub saxlaması olmasını, Zülfüqarın avtomobilə yaxınlaşaraq, qapını açıb salona daxil olub maqnitafonu oğurladığını görsə də, əvvəlcədən Zülfüqarın bu planından xəbəri olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməkdə məqsədləri hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslər onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilərək, törətdikləri əməlləri etiraf etmiş, zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alaraq, onlara yüngül cəza verilməsini xahiş etmişlər.. Yuxarıda göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyi, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 180.2.1 180.2.2 maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ilə düzgün tövsif etmişdir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələr ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxslərin şikayətçi olmaması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 177.2.1, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, məhkumluğu olmamasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01.12.2019-cu il tarixdən 24.09.2020-ci il tarixədək həbsdə saxlandığı, 24.09.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı çıxılmalı, 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla, onun üzərində qəti cəza saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Resplublikası Cinayət Məcələsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02.12.2019-cu il tarixdən 12.12.2019-cu il tarixədək həbsdə saxlandığı, 12.12.2019-cu il tarixdən 10.06.2021-ci il tarixədık ev dustaqlığında saxlanıldığı çıxılmalı, 01 (bir) il 6 (altı) ay 08 (səkkiz) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla, onun üzərində qəti cəza saxlanılmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Aşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X9 göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul və Aşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 34 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 204 manat məbləğdə pul köçürülməlidir. İş üzrə maddi sübut 01 ədəd «Pioneer» markalı DEH-7150UB modeli WMA/MP3/AAC/USB xüsusiyyətli avtomobil maqnitafonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Eləcə də cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat təqsirləndirilən şəxslərdən mütərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM 180.2.1 və 180.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01.12.2019-cu il tarixdən 24.09.2020-ci il tarixədək həbsdə saxlanıldığı, 24.09.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı çıxılsın, 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün həbsdə və ev dutaqlığlında saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddətə müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs1 üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02.12.2019-cu il tarixdən 12.12.2019-cu il tarixədək həbsdə saxlandığı, 12.12.2019-cu il tarixdən 10.06.2021-ci il tarixədık ev dustaqlığında saxlanıldığı çıxılsın, 01 (bir) il 6 (altı) ay 08 (səkkiz) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən 01 il 06 ay sınaq müddətə müddəti müəyyən edilməklə şərti məhkum edilsin. Davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs2 üzərinə vəzifə kimi qoyulsun. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. İş üzrə maddi sübut 01 ədəd «Pioneer» markalı DEH-7150UB modeli WMA/MP3/AAC/USB xüsusiyyətli avtomobil maqnitafonun sahibinə qaytarılması nəzərə alınsın. Eləcə də cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat təqsirləndirilən şəxslərdən mütərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-33/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-33/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver