Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-33/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisinin səlahiyyətli nümayəndəsi X4, Təqsirləndirilən şəxs və müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1963-cü ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 02 iyun 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdən "xxxx" MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-nin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mmlik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X19 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X19 yuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ-İİİ dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X5 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən "xxxx" MMC-yə 204000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 aprel 2020-ci ildən 17 avqust 2020-ci il tarixədək "xxxx" MMC-də sex rəisi, həmin tarixdən hal-hazıra kimi isə "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir-bəzək töküm və əl işləri zavodu fəaliyyət göstərir. Ümumi sahəsi 5300 kv.metrə yaxın olan müəssisənin təxminən 1200 kv.metr satış və sərgi sahəsindən, yerdə qalan hissəsi isə istehsalat və köməkçi sahələrdən ibarətdir. "xxxx" MMC-nin 38 nəfər işçisi vardır. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmiş, gün ərzində qeyri-adi bir hadisə baş verməmişdir. Saat 16 radələrində zavodun istehsalat sahəsinə gedərək aparılan işlərin keyfiyyətini yoxlamış, saat 16 radələrində geriyə, ofisə getmək üçün istehsalat sahəsindən çıxmaq istədikdə qəflətən partlayış baş vermiş və həmin an arakəsmə divarın yuxarı hissəsi istehsalat sahəsinin içərisinə tökülmüşdür. Divara yaxın sahədə olan rəngsaz Şahid1 ayağına divar qalıqları dəydikdən sonra yerə oturduğunu gördükdə sexdəki işçilərə sonuncuya köməklik edilməsini tapşıraraq partlayış baş vermiş sahəyə qaçmış, çatdıqda satış və sərgi sahəsində partlayışın baş verdiyini, "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadənin yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu, satış və sərgi sahəsinin çölə olan pilləkən sahəsinin yanından, çöldən alov qalxdığını görmüşdür. Dərhal zavoda gələn qaz xəttinin bağlanması barədə işçilərə göstəriş vermişdir. Bundan sonra özünə məxsus «Mersedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə Aqşini Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparmış, bir müddət xəstəxanada qaldıqdan sonra evə getmişdir. Belə ki, xəstəxanada olduğu vaxt alovun artıq söndürülməsi və hadisə yerinin mühafizəyə götürülməsi barədə məlumat almışdır. Ertəsi gün hadisə yerinə getmiş, hadisə yerində olan FHN əməkdaşları, ekspertlərin, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxışda iştirak etmişdir. Əvvəlcə "xxxx" MMC-nin ətrafı və içərisi xüsusi cihazla yoxlanılmış, lakin hər hansı qaz sızması müəyyən olunmamışdır. Bundan sonra "xxxx" MMC-nin anbardarı Şahid2 təxminən 200 metr aralıda yerləşən X23 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş qaz xəttinin ventilini icazə aldıqdan sonra açmış, bundan sonra "xxxx" MMC-yə çəkilmiş, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızaraq yığılmışdır. Bir neçə gün sonra FHN-in əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi kəsici alət – elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. Hadisədən əvvəl "xxxx" MMC-nin satış və sərgi sahəsində olduğu vaxt hər hansı qaz qoxusu hiss etməmiş, həmin sahədə hər hansı qaz qurğu və ya cihazı olmamış, qazdan istifadə edilməmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. "xxxx" MMC-nin direktoru təyin olunduqdan sonra müəssisədə qaz sızmasını və dəm qazını müəyyən edən detektorun quraşdırılmasını təşkil etməmiş, həmin işləri 2020-ci ilin axırlarına, 2021-ci ilin əvvəllərinə planlaşdırmışdır. 19 noyabr 2020-ci il tarixə, yəni hadisənin baş verdiyi günə qədər müəssisənin əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamamış və xüsusi təlim keçmiş işçi heyəti olmadığından 3 ayda 1 dəfədən az olmamaqla "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti yoxlanılmamışdır. O, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun təqsiri zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, ekspertiza rəyləri, baxış protokolları digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, X19 xəstəxanada müalicə olunduğu zaman verdiyi izahatında göstərmişdir ki, 2016cı ildən "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir-bəzək töküm və əl işləri zavodunda mühasib vəzifəsində işləyir. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmiş, gün ərzində xidməti işləri ilə məşğul olmuşdur. Saat 16:00-da namaz qılmaq üçün satış və sərgi sahəsində yerləşən, istifadəsiz otağa getmiş, işığı yandıraraq namaz qılmışdır. Namazını başa çatdırdıqdan sonra ayaqqabılarını geyinərək otaqdan çıxarkən divarda quraşdırılmış elektrik açarı vasitəsi ilə içərinin işıqlarını söndürmək istədikdə qəflətən partlayış baş vermiş, alov onu bürümüşdür. Dərhal çölə qaçmış, qısa müddətdən sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobildə Bakı şəhər 5 saylı kliniki xəstəxananın yanıq şöbəsinə aparmışdır. Partlayış nəticəsində bütün bədəni yanmışdır. Hadisədən əvvəl namaz qıldığı və namazını başa vurub otaqdan çıxdığı vaxt içəridən qaz qoxusu hiss etməmişdir. "xxxx" MMC-nin satış və sərgi salonunda hər hansı qaz qurğu və cihazlarından istifadə edilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X6 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, X19 ilə evlənmiş, birgə nikahdan iki övladı var. Aqşin bir neçə il olar ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunda mühasib işləmişdir. 19 noyabr 2020-ci il tarixdə saat 08 radələrində Aqşin həmişə olduğu kimi işə getmişdir. Saat 16 radələrində evdə olduğu vaxt Aqşinin mobil telefonundan ona zəng olunmuş, telefona cavab verdikdə, "xxxx" MMC-nin direktoru Heydər bildirmişdir ki, müəssisədə baş vermiş partlayış nəticəsində Aqşin xəsarət aldığı üçün Bakı şəhər 5 saylı kliniki xəstəxananın yanıq şöbəsinə aparılmışdır. O, dərhal xəstəxanaya getmiş və çatdıqda həqiqətən də, Aqşinin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu görmüşdür. Sonradan bilmişdir ki, əri Aqşin həmin gün saat 16 radələrində namaz qılaraq otağı tərk edərəkən işığı söndürdükdə partlayış baş vermişdir. Bir neçə gün müalicə almasına baxmayaraq, 27 noyabr 2020-ci il tarixdə əri Aqşin aldığı yanıq yaralarından müalicə olunduğu xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 cavabdeh "xxxx" MMC-yə maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət hadisəsi zamanı xx.xx.2020ci il tarixdə həlak olmuş, X10 himayəsində olmuş yetkinlik yaşma çatmamış 28 dekabr 2004- X20 və 22 aprel 2006-cı il təvəllüdlü X24 himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında aylıq ödənc müəyyən edilməsi, mərhumun həyat yoldaşı X6, övladları X14 və X21 məruz qaldığı mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) mana miqdarında zərərin müəyyən edilməsi və 30 manat dövlət rüsumunun ST MET” MMC tərəfindən ödənilməsi və tələb olunmuş məbləğin MMC-dən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi X8 eyni cür ifadə verərək mülki iddianı müdafiə etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda dəmir sexi fəaliyyət göstərir. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində tanışları ona zəng edərək "xxxx" MMC-nin satış salonunda partlayış baş verdiyini, hadisə nəticəsində "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadənin yanıq xəsarətləri alaraq xəstəxanaya aparıldığını, Şahid1 adlı fəhlənin isə bədən xəsarətləri aldığını bildirmişlər. Dərhal hadisə yerinə getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən dəmir sexinin ön tərəfində olan satış sahəsində partlayış baş verdiyini, divarlarının dağılmaya və çatlamaya məruz qaldığını, kiçik sahədə baş vermiş yanğının söndürüldüyünü görmüşdür. Həmin vaxt xəstəxanada olan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs hadisə barədə soruşduqda sonuncu bildirmişdir ki, saat 17 radələrində mühasib Aqşin satış və sərgi salonunun içərisində yerləşən, istifadəsiz olduğu üçün namaz otağı kimi istifadə olunan otaqda namaz qılıb qurtardıqdan sonra otağı tərk edərkən işığı söndürdükdə partlayış baş vermiş və Aqşin yanıq xəsarətləri almışdır. 27 noyabr 2020-ci il tarixdə Aqşin müalicə olunduğu xəstəxanada ölmüşdür. Təxminən 2014-cü ildə podratçı təşkilat tərəfindən, 200 metr aralıda yerləşən X23 ərazisindən, bir hissəsi Mehdiabad- Novxanı avtomobil yolunun altından keçməklə "xxxx" MMC-yə ayrıca qaz xətti çəkilmişdir. "xxxx" MMC-nin satış və sərgi sahəsində hər hansı qaz qurğu və ya cihazı olmamış, qazdan istifadə edilməmişdir. xx.xx.2020-ci ildən hal-hazıra kimi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. "xxxx" MMC-nin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. O cümlədən müəssisədə yanğın təhlükəsizliyinə və qaz təsərrüfatına cavabdeh şəxslərin təyin olunması direktorların vəzifəsinə aiddir. «Azəriqaz» İstehsalat Birliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX-3680/19 nömrəli «Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin bəndlərindən irəli gələn tələblərin yerinə yetirilməsi "xxxx" MMC-nin direktoru tərəfindən həyata keçirilməlidir. Qeyd olunan qaz xəttində, həmçinin "xxxx" MMC-də istifadə olunan əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarətetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün "xxxx" MMC-də xüsusi razılıq almaq şərti ilə öz xidmət sahəsi yaradılmamış və xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlanmamışdır. Hadisə ərəfəsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə tikinti üzrə 204000 manat maddi ziyan dəymişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisi X6 mülki iddiasını qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MMC-də anbardar vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, anbardar kimi vəzifəsi zavoda gələn xammalın qəbulundan, həmin malların istehsalat sahələrinə paylanmasından, hazır məhsulun sifarişçiyə təhvil verilməsindən ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 09 radələrində işə getmişdir. İşlədiyi anbar zavodun arxa tərəfində yerləşsə də, satış sahəsində ona iş üçün otaq ayrılmışdır. Həmin otaqda bir ədəd stol-stul və kompyuter olmuşdur. Otağın qapısı olsa da, açarla bağlanmamışdır. Həmin otaqdan namaz qılınması üçün istifadə olunmuşdur. Saat 16 radələrində zavodun arxa tərəfində yerləşən anbarda olduğu vaxt partlayış səsi eşitmiş və qaçaraq ofis sahəsinə çatdıqda satış və sərgi sahəsində partlayış baş verdiyini, X17 yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu görmüşdür. Sonra "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs özünə məxsus «Mersedes» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.Həsənzadəni xəstəxanaya aparmışdır. Qaçaraq təxminən 200 metr aralıda yerləşən X23 ərazisinə getmiş və Stansiya növbətçisinə hadisə barədə məlumat vermişdir. Qısa müddətdən sonra stansiya növbətçisi "xxxx" MMC-yə təbii qazın verilişinin dayandırılması barədə göstəriş aldıqdan sonra qaz xəttinin ventilini bağlamışdır. Ertəsi gün hadisə yerində olan FHN-in əməkdaşları, ekspertlər, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Əvvəlcə "xxxx" MMC-nin ətrafı və içərisi xüsusi cihazla yoxlanılmış, lakin hər hansı qaz sızması müəyyən olunmamışdır. Bundan sonra təxminən 200 metr aralıda yerləşən X23 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş qaz xəttinin ventili icazə aldıqdan sonra açılmış və baxış davam etdirilərkən müəyyən olunmuşdur ki, "xxxx" MMC-yə çəkilmiş, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən, quyu sahəsindən keçən hissəsində təbii qazın yığılması vardır. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsində korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızaraq yığılmışdır. Baxış keçirilərkən qeyd olunan qaz xəttinin avtomobil yolunun altında qalan hissəsi torpağın altından çıxarılmış və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. 2017-ci ildən "xxxx" MMC-nin anbardarı vəzifəsində işləməyə başlayanda artıq "xxxx" MMC təbii qazla təchiz olunmuşdur. Qaz xətti "xxxx" MMC-dən təxminən 200 metr aralıda yerləşən X23 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmişdir. Qaz xəttinin bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçməklə çəkilmişdir. Partlayış ilkin olaraq anbar otağında baş vermişdir. Həmin otaqda namaz qıldıqdan sonra çıxan mühasib A.Həsənzadə işığı söndürmək istədikdə partlayış baş vermişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Bakı X30 Departamentinin baş mühəndisi vəzifəsində işləyən Şahid7 ifadəsində göstərdi ki, əsas vəzifəsi qaz itkilərinin qarşısının alınması məqsədilə təkliflər verilməsinə və həyata keçirilməsinə nəzarət etməkdən, departamentin balansında olan bütün qaz kəmərlərinə qeyri qanuni qoşulmaların aşkar edilərək ləğv edilməsini təmin etməkdən, istismarda olan yeraltı qaz kəmərlərinin təhlükəsiz istismar edilməsi məqsədi ilə kəmərlər üzərində və onların qoruq zonasında olan tikililərlə bağlı “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”na uyğun olaraq müvafiq tədbirlər görülməsinin təmin edilməsindən, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın və “Tikinti norma və qaydalarını”nın tələblərinə uyğun olaraq fərdi yaşayış evlərinin və qaz təchizatı layihəsinin hazıarlanması ilə əlaqədar obyektlərin parametrlərinin dəqiq araşdırılması, prinsipial sxemin, texniki rəyin və texniki şərtin sorğu blankına uyğun olaraq tərtib edilməsinin təşkil edilməsindən və s. ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış hadisəsi baş verməsi barədə məlumat alaraq həmin ünvana getmişdir. Çatdıqda həqiqətən də "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış hadisəsinin baş verdiyini, binanın konstruktiv elementlərinin dağılmaya məruz qaldığını, yanğının söndürüldüyünü görmüş və bilmişdir ki, hadisə nəticəsində "xxxx" MMC-nin iki nəfər işçisi xəsarət aldıqları üçün xəstəxanaya aparılmışdırlar. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodu təbii qazla təchiz olunmuş, qaz xətti "xxxx" MMC-nin yerləşdiyi sahədən təxminən 200 metr aralıda yerləşən qaz paylayıcı stansiyadan quraşdırılmış və "xxxx" MMC-yə məxsus qaz sayğacından diametri 40 mm-lik polad boru ilə yerüstü, partlayış baş vermiş sahə ilə üzbəüz ərazidə bir hissəsi avtomobil yolunun altı ilə çəkilməklə zavodun satış və sərgi sahəsinin giriş qapısının qarşısındakı baxış quyusundan dirsək vasitəsi ilə yuxarı qaldırılmış və zavodun içərisinə aparılmışdır. Baş vermiş partlayış hadisəsindən sonra əraziyə baxış keçirilərkən "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsindən sızaraq yığılmışdır. Sonradan FHN-in əməkdaşları "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xəttinə texniki baxış və texniki xidmət aparılmamışdır. Çünki qeyd olunan qaz xətti 2013cü ildə X2 və şəxsi vəsaiti hesabına çəkilmiş, qaz xətlərinin çəkilməsində «Azəriqaz» İstehsalat Birliyinin hər-hansı qurumu iştirak etməmişdir. Qeyd olunan qaz xətti və üzərindəki qaz avadanlıqları sifarişçinin balansında olduğu üçün «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xəttinə texniki baxış və texniki xidmət aparılmamalıdır. Qeyd olunan qaz xəttinin çəkilməsi üçün əsas olan, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş Texniki şərtə əsasən yalnız birləşmə nöqtəsində işçi layihə əsasında abonent tərəfindən quraşdırılacaq siyirtmə «Azəriqaz» İB-nin balansına təhvil veriləcək qurğu olmuşdur. Tərtib olunmuş işçi layihəsinə və hadisə yerinə baxış zamanı da "xxxx" MMC-nin yerləşdiyi sahədən təxminən 200 metr aralıda yerləşən qaz paylayıcı stansiyada quraşdırılmış, "xxxx" MMC-yə məxsus qaz sayğacının, diametri 40 mm-lik qaz xəttinin siyirtmədən sonra quraşdırıldığı müəyyən olunmuşdur. "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunu təbii qazla təchiz edən diametri 40 mm-lik qaz xətti və üzərindəki qaz avadanlıqları sifarişçinin balansındadır. Qüvvədə olan qaydalara əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarəetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün xüsusi razılıq almaq şərtilə öz xidmət sahəsini yaratmalı və ya xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaqla 3 ayda 1 dəfədən az olmamaqla qaz kəmərlərinin yoxlanılmasını təmin etməlidirlər. Sızma nəticəsində partlayışın baş verdiyi 40 mm-lik qaz xəttinin sahibi və istismarçısı olan "xxxx" MMC tərəfindən həmin qaz xəttinə vaxtlı-vaxtında, qüvvədə olan qaydalara əsasən texniki baxış və texniki xidmət göstərilsəydi hadisənin qarşısını almaq mümkün olardı. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilən «Azəriqaz» İstehsalat Birliyi Bakı X30 Departamentinin Abşeron rayonu üzrə Texniki istismar xidmətinin rəisi Şahid5 ifadəsində göstərdi ki, vəzifəsi «Azəriqaz» İstehsalat Birliyinin balansında və istismarında olan yerüstü qaz kəmərlərinə vizual olaraq texniki baxışların keçirilməsini, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsini, balansda olan yeraltı qaz kəmərlərinin siyahısının "xxxx" MMC-yə təqdim edilməsini, "xxxx" MMC tərəfindən aşkar olunmuş nöqsanlar barədə məlumat aldıqda həmin nöqsanların aradan qaldırılması işinin təşkilini və s. təmin etməkdən ibarətdir. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində «Azəriqaz» İstehsalat Birliyinin 104 «qaynar xətti»ndən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən, "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunda partlayış baş verməsi barədə məlumat alaraq qeyd olunan ünvana getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsində partlayış baş verdiyini, artıq yanğının söndürüldüyünü görmüş və bilmişdir ki, "xxxx" MMC-nin işçisi yanıq xəsarətləri aldığı üçün xəstəxanaya aparılmışdır. Bir müddət həmin sahədə olduqdan sonra ərazini tərk etmişdir. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-dən təxminən 200 metr aralıda yerləşən X23 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmişdir. Qaz xəttinin bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçməklə çəkilmişdir. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-nin balansında və istismarında olduğu üçün həmin qaz xətti barədə, o cümlədən xəttin uzunluğu, diametri, xəttə verilən təbii qazın təzyiqi, texniki baxışların nə vaxt, kimin tərəfindən və hansı qaydada keçirilməsi barədə məlumatı yoxdur. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMC-nin balansında və istismarında olduğu üçün «Azəriqaz» İstehsalat Birliyinin hər hansı qurumu həmin xətlərə texniki baxış keçirmir. Qüvvədə olan qaydalara əsasən qaz sayğacı və sayğacdan sonrakı qaz qurğu və avadanlıqları, o cümlədən də qaz xətti mülkiyyətçinin balansında olur. "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xətti həmin MMCdən təxminən 200 metr aralıda yerləşən X23 ərazisindən, "xxxx" MMC-yə ayrıca çəkilmiş, qaz sayğacı həmin X23 ərazisində, qaz xəttinin başlanğıcında quraşdırılmışdır. Odur ki, qaz sayğacı, sayğacdan sonra çəkilərək "xxxx" MMC-yə aparılmış qaz xətti həmin MMC-nin balansındadır. Hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən, "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsinə təbii qazın dolması nəticəsində baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, "xxxx" MMC "xxxx" MMC-nin təsisçilərindən biridir. 19 noyabr 2020-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-nin satış salonunda partlayış baş verməsi barədə məlumat alaraq həmin ünvana getmiş, çatdıqda həqiqətən də "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda fəaliyyət göstərən dəmir sexinin ön tərəfində olan satış sahəsində partlayış baş verdiyini, divarlarının dağılmaya və çatlamaya məruz qaldığını, kiçik sahədə baş vermiş yanğının söndürüldüyünü görmüşdür. Məlum olmuşdur ki, hadisə nəticəsində "xxxx" MMC-nin mühasibi Aqşin Həsənzadə yanıq xəsarətləri alaraq xəstəxanaya aparılmışdır. Saat 17 radələrində A.Həsənzadə satış sahəsində yerləşən, namaz qılmaq üçün istifadə olunan otaqda namaz qılıb qurtardıqdan sonra otağı tərk edərkən işığı söndürdükdə partlayış baş vermişdir. Baş vermiş partlayış hadisəsindən sonra ərazi qaz cihazları ilə yoxlanılarkən "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən kanalizasiya quyusunun içərisindən keçən hissəsində təbii qazın yığıldığı müəyyən olunmuşdur. Həmin sahəyə təbii qaz "xxxx" MMC-ni təbii qazla təchiz edən, diametri 40 mm-lik qaz xəttinin torpağın altı ilə çəkilmiş hissəsindən sızaraq yığılmışdır. Sonradan FHN-in əməkdaşları "xxxx" MMC-ni təbii qazla təchiz edən qaz xəttinin avtomobil yolunun altında qalan hissəsini ekskovatora qoşmaqla yerindən çıxartmışlar və müəyyən olunmuşdur ki, qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər vardır. Qaz xəttinin üzərində korroziya nəticəsində əmələ gəlmiş dəliklər olan hissəsi elektrik mişarı ilə kəsilərək götürülmüş, daha sonra təbii qazın verilişi bərpa edilərək ərazidə qaz sızmasının olmadığı müəyyən edilmişdir. 27 noyabr 2020-ci il tarixdə Aqşin müalicə olunduğu xəstəxanada ölmüşdür. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən, 19 noyabr 2020-ci il tarixdə partlayış baş vermiş sahə "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC-nin təsisçisi Nümayəndə və "xxxx" MMC-dir. "xxxx" MMC-nin 30 faiz payı Nümayəndə, 70 faiz pay isə "xxxx" MMC-yə məxsusdur. xx.xx.2020-ci ildən hal-hazıra kimi "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. "xxxx" MMC-nin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. O cümlədən müəssisədə yanğın təhlükəsizliyinə və qaz təsərrüfatına cavabdeh şəxslərin təyin olunması direktorların vəzifəsinə aiddir. «Azəriqaz» İstehsalat Birliyi ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX-3680/19 nömrəli «Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin bəndlərindən irəli gələn tələblərin yerinə yetirilməsi "xxxx" MMC-nin direktoru tərəfindən həyata keçirilməlidir. Qeyd olunan qaz xəttində, həmçinin "xxxx" MMC-də istifadə olunan əsas və köməkçi qaz qurğularını, nəzarət ölçü cihazlarını və avtomatik idarətetmə vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq üçün "xxxx" MMC-də xüsusi razılıq almaq şərti ilə öz xidmət sahəsi yaradılmamış və xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlanmamışdır. Hadisə ərəfəsində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" MMC-nin direktoru Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 2017-ci ildən halhazıra kimi "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən zavodunda rəngsaz işləyir. 19 noyabr 2020-ci il tarixdə həmişə olduğu kimi saat 09 radələrində işə getmiş, gün ərzində qeyri-adi bir hadisə baş verməmişdir. Saat 16 radələrində zavodun satış və sərgi sahəsində elektrik yuvasına qoşulu olan mobil telefonunu götürərək işlədiyi istehsalat sahəsinə getmiş, satış və sərgi sahəsi ilə istehsalat sahəsinin arasında quraşdırılmış dəmir qapını açmış və istehsalat sahəsinə keçərək dəmir qapını örtmüş, bir-iki addım irəliyə getdikdən sonra qəflətən partlayış baş vermişdir. Partlayış nəticəsində divardan qopan kərpic qırıntıları sol ayağına dəymiş, zərbənin təsirindən yerə yıxılmış, sexdə olan "xxxx" MMC-nin işçilərinin köməyi ilə çölə çıxmış, satış və sərgi salonunu dağıntılara məruz qaldığını görmüşdür. X17 yanıq xəsarətləri aldığı üçün "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən xəstəxanaya aparıldığını eşitmişdir. Sol ayağında ağrılar olduğundan hadisə yerinə gələn təcili tibbi yardım avtomobilində təcili tibbi yardım stansiyasına aparılmış, ilkin tibbi yardım göstərildikdən və səhhətində hər hansı problem olmadığından evə buraxılmışdır. Hadisədən əvvəl "xxxx" MMC-nin satış və sərgi sahəsində olduğu vaxt hər hansı qaz qoxusu hiss etməmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 19 noyabr 2020-ci il tarixdə həmişə olduğu kimi saat 08 radələrində işə getmiş və gündəlik işləri ilə məşğul olmuşdur. Saat 10 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs kanalizasiya qoxusunun gəldiyini bildirərək kanalizasiyanın təmizlənməsini ona tapşırmışdır. Satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında olan kanalizasiya quyusuna düşmək üçün dəmir lövhəni kənara qoymuş və içəriyə metal pilləkən qoyaraq quyuya düşmüş, əlindəki məftillə kanalizasiyanın borusunu təmizləmiş və çıxaraq quyunun qapağını bağlamışdır. Saat 16 radələrində istesalat sahəsində olduğu vaxt partlayış səsi eşitmiş, dərhal partlayış səsi gələn ofis sahəsinə qaçmış, çatdıqda satış və sərgi sahəsində partlayışın baş verdiyini, mühasib A.Həsənzadənin yanıq xəsarətləri aldığını, içəridə dağıntıların olduğunu, satış və sərgi sahəsinin çölə olan pilləkən sahəsinin yanından və çöldən alov qalxdığını görmüşdür. Ertəsi gün hadisə yerinə getdikdə "xxxx" MMCnin satış və sərgi sahəsinin bir hissəsinin tam dağıldığını, digər hissəsinin isə partlayışın təsirinə məruz qaldığını görmüşdür. Hadisə yerində olan FHN əməkdaşları, ekspertlərin, "xxxx" QSC-nin əməkdaşları ilə birlikdə baxış keçirilərkən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə çəkilmiş, bir hissəsi Mehdiabad-Novxanı avtomobil yolunun altından keçən qaz xəttinin "xxxx" MMC-nin satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında yerləşən, quyu sahəsindən keçən hissəsində təbii qazın yığılması vardır. Baxış zamanı xüsusi cihazla yoxlanıldıqda həmin sahədə qazın yığıldığı müəyyən olunmuşdur. 2020-ci ilin avqust ayının 17-dən hadisə baş verən günə qədər "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs əvvəl isə Orxan Mamedov olmuşdur. Partlayış hadisəsi ilkin olaraq "xxxx" MMC-nin satış və sərgi sahəsində, anbardar Şahid2 otağında baş vermişdir. Xəstəxanaya gedən zaman A. Həsənzadə bildirmişdir ki, həmin otaqda namaz qılmış, namaz qılıb qurtardıqdan sonra otağın işıqlarını söndürmək istədikdə partlayış baş vermişdir. 19 noyabr 2020-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs göstərişi ilə satış və sərgi sahəsinin qarşısındakı pilləkənin altında olan kanalizasiya quyusuna düşdüyü vaxt qoxu gəlsə də, həmin qoxunun kanalizasiya qoxusu olduğunu zənn etmişdir. Partlayış "xxxx" MMC-ni təbii qazla təchiz edən diametri 40 mm-lik polad qaz borusunun avtomobil yolunun altı ilə keçən hissəsində, korroziya nəticəsində əmələ gəlmiş dəliklərdən sızan qazın "xxxx" MMC-nin sərgi və satış sahəsinə dolaraq alışmasından baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18” X32 Xətai rayon şöbəsinin 27 noyabr 2020-ci il tarixli 115 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, X10 meyitinin bədənindəyuxarı tənəffüs yollarının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyyələrinin, ümumi bədən səthinin təxminən 70-75%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki (alov) yanıqları aşkar edilmişdir. Yuxarıda qeyd olunan yanıq xəsarətləri yüksək hərarətin (alovun) yerli təsirindən mərhumun 2 saylı ŞKX-na müraciətindən bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni zavodda baş vermiş partlayış nəticəsində törənmişdir və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. A.Z.Həsənzadənin ölümünə səbəb ümumi bədən səthinin təxminən 70-75%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıqlar nəticəsində baş vermiş ağır dərəcəli yanıq şoku olmuşdur. A.Z.Həsənzadənin ölümü M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstaxananın reanimasiya şöbəsində xx.xx.2020-ci il tarixdə, saat 07:30-da baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X18” X32 Nərimanov rayon şöbəsinin 28 yanvar 2021-ci il tarixli 43 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, Şahid1 almış olduğu xəsarətlərdən-sol baldırın orta 1/3-nin yanıq sahəsi-keçmiş yanıq izi, yüksək hərarətin (alovun) təsirindən, sol dirsək oynağının və qarının küt travmaları isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmişlər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli 10/3725 nömrəli məhkəmə tikintitexniki ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən zavod tikilisində baş vermiş partlayış hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 204000 manat məbləğində müəyyən olundu. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 10/3722 nömrəli məhkəmə yanğıntexniki ekspertiza rəyinin nəticə hissəsində göstərilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış-ofis sahəsində baş vermiş partlayışın mənbəyi satış sahəsinin daxilində olmuşdur. Partlayış, "xxxx" MMC-ni təbii qaz ilə təmin edən yeraltı 40 mm-lik polad qaz borusunun üzərində korroziya nəticəsində yaranmış dəlikdən sızan qazın borunun üstünə keçirilmiş 108 mm-lik boru (futlyar) vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin (qığılcımın) təsirindən yanması nəticəsində baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8 bəndlərinin, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 2.3.4, 2.3.6.1 bəndlərinin, “Qazdan istifadə qaydaları” nın 3.3.7, 3.3.9 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 bəndlərinin və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18 bəndlərinin tələbləri pozulmuşdur. Balansında olmaqla istismar etdiyi 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsini və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən quraşdırılmasını təşkil etmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8 bəndlərinin, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 2.3.4, 2.3.6.1 bəndlərinin, “Qazdan istifadə qaydaları” nın 3.3.7, 3.3.9 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 bəndlərinin və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18 bəndlərinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında təkrar qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 19 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, qərarın 1-ci və 2-ci suallarında göstərilən halların həlli xüsusi bilik tələb görə, ekspert tərəfindən həmin suallar üzrə tədqiqat aparılmadı. Suallarda məsələlər müvafiq qurumların məlumatları əsasında məhkəmə tərəfindən həll edilir. Qərarın üçüncü və dördüncü sualları üzrə təqdim edilmiş iş materiallarında və əlavə sənədlərdə olan məlumatlar alınmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən MMC-yə çəkilmiş qaz xəttinin yoldan keçən hissəsinin futlyara salındığını, fu avtomobil yolunun kənarından 3,5 metr məsafədə kənara çıxarılmadığını, fui döşəmədən 3 sm-dən az olmamaqla yuxarı çıxarılmadığını və qaz kəmən arasında qalan boşluğun qətranlanmış liflə, rezin tıxacla və ya digər elastik doldurulmadığını nəzərə aldıqda, qaz xəttinin iş materiallarında olan 12.06.201 15576 nömrəli “Texniki şərfin və «Qaz təchizatı. Layihələndirmə normalarının»(AzDTN 2.13-1) tələblərinə uyğun çəkilmədiyi müəyyən edilir. Qərarın beşinci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Binəqədi-Novxanı 2017-ci ildə aparılmış yolun genişləndirilməsi ilə bağlı qaz xəttinin üstü və futlyar torpaqla qapanması ilə "xxxx" MMC baş vermiş yanğınla birbaşa texniki səbəbli əlaqənin mövcud olduğu müəyyən edilir. Dövlət ittihamçısının vəsatəti əsasında təkrar-komisyon qaydada keçirilmiş yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 22 iyun 2022-ci il tarixli rəyindən görünür ki, qərarın birinci və ikinci suallan üzrə "xxxx" MMC-nin Nizamnaməsinin tələblərində “Direktor”un üzərinə bilavasitə yanğın təhlükəsizliyi qaydalarına riayət edüməsi vəzifəsinin qoyulması görünmür. Lakin “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın “Yeraltı qaz kəmərlərinin yoxlanma-nəzarət dövrü” başlıqlı 1-ci cədvəlinin tələbinə görə, şəhərin, yaşayış məntəqələrinin tikilməyən hissələrində və qəsəbəarası hər hansı təzyiqli normal şəraitdə istismar olunan və texniki vəziyyəti kafi olan, qaz kəmərlərinə hər il cihazla yoxlama aparıldıqda 6 ayda 1 dəfədən az olmamaqla keçirilməli olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi günə qədər "xxxx" MMC-də direktor olduğu müddət ərzində (17 avqust 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixə qədər) qərarın 2-ci sualında göstərilən öhdəliklərin yerinə yetirilməsinə texniki imkanının olub- olmamasına məhkəmə tərəfindən qiymət verilə bilər. Qərarın ücüncü sualı üzrə "xxxx" MMC-nin balansında olmaqla istismar edilən 40 mm-lik polad qaz borusuna texniki baxış keçirilməsi və "xxxx" MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılması təmin edilməklə 40 mm-lik polad qaz borusunun üzərində korroziya nəticəsində yaranmış dəlikdən qaz sızıntısını, habelə "xxxx" MMC- nin satış-ofis sahəsinə dolan hava-qaz qarışığını müəyyən etmək olardı. Qərarın dörüncü sualı üzrə 14 aprel 2021-ci il tarixli 10/3722 saylı ekspert rəyi ilə 19 yanvar 2022-ci il tarixli 10/6345 saylı ekspert rəyində hadisənin baş vermə səbəbinə dair mahiyyətcə fərq yoxdur. Məzmunca fərqin olması fərqli sualların qoyulması ilə bağlıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC tərəfindən istintaqa təqdim olunmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında 09 dekabr 2020-ci il tarixli protokola əsasən, həmin CD diskində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun satış və sərgi sahəsinin daxilində partlayışın baş verdiyi an, baş vermiş partlayışdan sonra, binanın giriş qapısının qarşısında, baxış quyusunun yerləşdiyi sahədən yüksək təzyiqlə açıq alovun çıxması, eləcə də partlayış nəticəsində zavodun satış və sərgi sahəsi ilə istehsalat sahəsinin arasında yerləşən, mişar daşından inşa olunmuş divarın bir hissəsinin uçması öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07 fevral 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.4350 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən xidmət binası və istehsal sexləri "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin təsisçisi Şahid3 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsinə işləyir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" ASC-nin 22 dekabr 2020-ci il tarixli 01/xx-xx/3649 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək töküm və əl işləri zavodunun elektrik təchizatı 14 dekabr 2012-ci il tarixli texniki şərt əsasənda y/st 91-PQ 919 saylı 6 kv-luq hava xəttindən təmin edilir. Partlayış hadisəsi baş verən zaman qeyd olunan 6 kv-luq hava xəttində heç bir qəza hadisəsi baş verməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Azəriqaz” İB-in Bakı X30 Departamentinin 24 may 2021-ci il tarixli SOCAR**********30560046X00554 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən "xxxx" MMC-yə məxsus dəmir-bəzək toküm və əl işləri zavodunu təbii qazla təchiz edən 40 mm-lik qaz xətti layihə smeta sənədlərinə əsasən "xxxx" MMC-nin balans mənsubiyyətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 10 mart 2021-ci il tarixli 5779 nömrəli qaz təchizatı üçün texniki şərtin 4-cü bəndinə əsasən, texniki şərtin icrasından sonra abonentin balansında qalacaq avadanlıqları sırasına obyektə çəkiləcək qaz xətti, quraşdırılacaq qaz tənzimləyici qurğu, qaz avadanlığı, sayğac və detektor daxil edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X6 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti, iddia və tələbi yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət işi üzrə özünü təqsirli bilməməsini cinayət məsuliyyətindən azad olunması və özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 39 saylı MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, təqsirləndirilən şəxs Abasov X16 rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi,22 saylı evin 6 saylı mənzilində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan 000705 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il qərarından görünür ki, Bakı şəhəri, Sabunçu RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış X11 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 3 saylı klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın orta 1/3-nin qəlpə yaralanmasından sonrakı vəziyyət., sağ incik sinirinin parezi” (vətəndaşın ərizəsi, Sabunçu RHK-nın 101 saylı 01,08.2000-ci il tarixli arayışı, Bakı ş. 3 saylı klinik xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İş materiallarında olan X15 isə Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2022-ci il tarixli sərancamından görünür ki, kapitan X25 ərazi bütövlüyünün qorunub saxlanmasında fərqləndiyinə görə “hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranı, oğlu X15 isə Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2022-ci il tarixli sərancamı ilə ərazi bütövlüyünün qorunub saxlanmasında fərqləndiyinə görə “hərbi xidmətlərinə görə” medalı ilə təltif edilməsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini və hazırda zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranı, oğlu X15 isə Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2022-ci il tarixli sərancamı ilə ərazi bütövlüyünün qorunub saxlanmasında fərqləndiyinə görə “hərbi xidmətlərinə görə” medalı ilə təltif edilməsini nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı il tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Sabunçu rayon İcra və Probarsiya şöbəsinə həvalə olunmalıdır. Vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi zərərçəkmiş tərəfə izah edilməlidir. Təqsirləndirilən şəxs 352 manat ekspertiza xərci tutulmalıdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin inzibati təsərrüfat sektorunda saxlanılan maddi sübut 40 mm-lik 110 sm uzunluqda polad qaz borusu məhv edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 "xxxx" MMC-yə qarşı mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə mülki iddianı baxılmamış saxlayarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında proses iştirakçılarının çıxışları başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (AR Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə mülki iddia tələbinin maddi və mənəvi zərərə görə cavabdehdən müəyyən məbləğin tutulması üzrə qeyd edir ki, mülki iddiaçı iddia tələbini əsaslandıran sübutları tələb edilsədə məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 "xxxx" MMC-yə qarşı mülki iddia üzrə kifayət qədər sübutlar təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilmiş tələblə bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. Həmçinin zərərçəkmiş şəxs "xxxx" MMC-yə vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya Şöbəsinə, Sabunçu rayon İcra və Probarsiya şöbəsinə həvalə olunsun.Vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi zərərçəkmiş tərəfə izah edilsin. Təqsirləndirilən şəxs 352 manat ekspertiza xərci tutulsun. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat – İstintaq İdarəsinin inzibati təsərrüfat sektorunda saxlanılan maddi sübut 40 mm-lik 110 sm uzunluqda polad qaz borusu məhv edilsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 "xxxx" MMC-yə qarşı mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 verilmiş tələblə və zərərçəkmiş şəxs "xxxx" MMC-yə isə vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-33/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-33/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver