Məhkəmə qərarları › İş №1(012)-330/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-330/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-330/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ağdam rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Göytəpə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki fərdi evində tanışı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onunla birlikdə fəhlə işlədiyi evdə ev sahibinə onun oğlu İlkin İbadovin tərbiyəsiz olması barədə fikir söyləməsi səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona burun nahiyəsinin çapığı əzilmiş-cırılmış yarası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əmrah adlı şəxsi təxminən üç ilə yaxın olarki tanıyır, belə ki, sonuncu onunla birlikdə qonşuluqda yaşayır. O, santexnik ustası kimi fəaliyyət göstərir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Hökməli qəsəbəsi, Sahil restoranının yanında yerləşən dostuna məxsus fərdi həyət evində işləmiş, təxminən bir həftə işlədikdən sonra ona iş görərkən kömək lazım olduğu üçün Əmraha müraciət etməyi və ona işlərdə müəyən köməklik göstərməyi qərara almış, belə ki, həmin vaxt məktəblərdə tətil elan olunmuş, buna görə də Əmrahın ailəsinin imkanının zəif olduğunu bildiyindən sonuncuya ona işlərində müəyyən köməklik göstərmək və ailəsinə çörək pulu aparmaq üçün ona müraciət etməyi fikirləşmiş, buna görə Əmraha bu barədə demiş, Əmrah bir gün onun işlərinə köməklik etmiş və ona xidmət haqqı olaraq 15 manat pul vermiş, daha sonra o, səhəri günü günortadan sonra dostuna məxsus fərdi yaşayış evinə gəldikdə Əmrahın onun oğlu İlkinin tərbiyəsiz və pozğun olduğu haqda ev sahibinə məlumat verdiyi məlum olmuş, halbuki onun oğlu şəhərdə yaşamamış, buna görə də Əmrahın onun oğlu barədə dediyi əsassız sözlər ona çox pis təsir etmiş, 2019-cu ilin sentyabr ayının 14-də axşam saat 19 radələrində evinə gələrkən məhəllədən keçdikdə Əmrahın məhəllədə bekar gəzişdiyini görüb yaşadığı evin həyətinə çağırmış, Əmrahı həyətinə çağırdıqda oraya gəlmiş, Əmraha nə səbəbə oğlu İlkin barəsində nə səbəbə əsassız sözlər dediyini soruşmuş və ona irad tutduqda Əmrah ona əcəb etdiyini bildirmiş, Əmrahın bu sözləri ona çox pis təsir etmiş və onu tənbeh etmək məqsədi ilə iki dəfə sifətindən sillə ilə vurmuş, bundan sonra Əmrah onun yanından çıxıb getmiş, üstündən təxminən iki ay keçdikdən sonra Əmrahın onun barəsində polisə şikayət etdiyi məlum olmuşdur. Əlavə olaraq o, işinin sürətllə getməsi və Əmrahın ailəsinin imkansız olduğu üçün onu yanına xırda işlərdə köməklik etməyinə görə gətirdiyini, Əmrahı hər hansı ağır işlərə aparmadığını, Əmrahın dostunun ailəsində onun oğlu barəsində heç bir əsası olmayan fikirləri bildirərək mənfi fikir oyatmağa çalışdığını və bu fikri Əmrahın özünün də təsdiq etdiyini, o, Əmrahın bu fikirlərinə iradını bildirdikdə Əmrahın ona əcəb etdiyini söylədiyini, sonuncunun bu sözünə görə cəmi iki dəfə sillə ilə onun sifətindən vurduğunu, Əmraha başqa heç bir xəsarət yetirmədiyini, hadisənin onun fərdi yaşayış evinin həyətində baş verdiyini, evinin hasarı olmasa da, hadisə anında yanında, həmçinin ətrafda kənar kimsənin olmadığını, onların ikilikdə olduğunu bildirdi. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisədən sonra zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarından görünür ki, X3 iş üzrə məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, Qədir adlı şəxsi təxminən üç ilə yaxın olarki tanıyır. Qədir onlarla birlikdə qonşuluqda yaşayır. 2019-cu ilin sentyabr ayında Qədir onunla işə gedib işləməyi ilə bağlı babası Şakirə xəbər göndərmiş və babası da razılıq verdiyi üçün Qədirlə görüşüb tikintidə fəhlə kimi işləməyə başlamış, orada torpaq qazma işi olduğu üçün iş ağır olduğundan üç gün işləyib, sonra işi davam etdirə bilməmiş və Qədirlə birlikdə işləməkdən ayrılmışdır. Qədirdən ayrıldıqdan bir gün sonra Qədir onu axtarmış və onunla işi olduğunu bildirmiş, onunla dayanacaqda görüşmüş, oradan Qədirin evinə getmiş, yolboyu Qədir onunla yenidən tikintidə birlikdə işləmək barədə təklif etmiş və hər işləyəcəyi gün üçün pul verəcəyini bildirmiş, Qədirin evinə girdikdən sonra ona bir söz demədən onu döyməyə başlamışdır. Belə ki, Qədirlə birlikdə tikintidə işləyərkən onun oğlu İlkin də orada işləmiş və orada ev sahibi ondan İlkin barədə məlumat aldıqda ona İlkinin tərbiyəsiz olduğunu demiş, onun İlkin barəsində dediyi sözə görə Qədir onu yumruq və təpiklə döyərək başından və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmiş, həmin vaxtı evdə ikilikdə olmuş və yanlarında başqa heç kəs olmamış, Qədir onu döyə-döyə istifadəsində olan mobil telefona çəkmiş, bundan sonra o, Qədirə onu döyməsi barədə bir kəsə bildirərsə həmin çəkdiyi videonu qonşulara göstərəcəyini demiş, eyni zamanda ondan şikayət edəcəyi təqdirdə Qobu qəsəbəsindən onu sürgün etdirəcəyini bildirərərk onu sözlə hədələməyə başlamış, Qədir onu sözlə hədələyərkən əlində hər hansı əşya olmamış, o Qədirin bu sözlərinə görə qorxmuş, döyülməsi barədə nə polisə şikayət etmiş, nədəki aldığı xəsarətlə bağlı xəstəxanaya müraciət etməmişdir. Anası Rəqsanəyə isə yıxılaraq xəsarət aldığını bildirmiş, lakin üstündən təxminən bir ay keçmiş babası Şakir qonşudan onun döyülməsi ilə bağlı məlumat almış və sonra babasına bu barədə məlumat verdikdən sonra, xx.xx.2019-cu il tarixdə döyülməyi barədə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək sonuncunun barəsində olan cinayət işinə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 məhkəməyə ifadə verərək Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etdi İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmişMTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 2380 nömrəli rəyindən görünür ki, 2003cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin çapığı, əzilmiş cırılmış-cırılmış yaranın izi olmaqla bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 2019-cu ilin sentyabr ayında dava dalaş zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq həbsə alınmış, daha sonra o, xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar