Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-330/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 60 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində məhkəmə istintaqında “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsində Zərərçəkmiş şəxs1 onun salamını almamasına etiraz əlaməti olaraq sərxoş vəziyyətdə sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ictimai yerdə çoxsaylı şəxslərin gözü qarşısında əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi iti deşici - kəsici xassayə malik bıçağı çıxardıb həmin bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən vurub ona boyun nahiyəsinin sol yan səthinin bir ədəd, sol yanaq nahiyəsinin bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, sol said nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yan səthinin iki ədəd və qarin nahiyəsinin sol yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə həm ümumilikdə eləcə də ayrı - ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, eyni zamanda əlindən bıçağı alaraq onu tutub qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs2 əlindəki bıçaqla qəsdən vuraraq , ona burun nahiyəsinin və sağ yanaq nahiyəsinin kəsilmiş yaraları, qarın nahiyəsinin sol yarısının ön səthinin bir ədəd və qarın nahiyəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə həm ümumilikdə, eləcə də ayrı - ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək silah qismində istiafdə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qonşusu olmaqla aralarında əvvəllər heç bir ədavəti olmamışdır. 01 noyabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsindəki məhəllədə olan dalanın qarşısından keçib evinə tərəf gedərkən qonşuları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Hüseyn kimi müraciət olunan Şahid5, X4 ilə birlikdə dayanıb söhbət etdiyni görmüşdür. O həmin şəxslərlə əl ilə salamlaşmış və növbə Zərərçəkmiş şəxs1 çatanda, sonuncu ona demişdir ki, «Arif sən mənə salam vermə, sənə əvvəlcədən xəbərdarlıq etmişəm». Zərərçəkmiş şəxs1 bu sözləri onun xoşuna gəlmədiyi üçün bu zəmində aralarında mübahisə olmuş və sonuncuya «mən sənin üçün nəyəm belə danışırsan» sözlərini demişdir. Həmin vaxtı o içkili vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs1 bir dəfə kəllə ilə vurmuşdur. Sonuncu onun vurduğu zərbədən arxaya getmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 onun üstünə gəlmişdir. O, sonuncunu vurmaq üçün çevrildikdə sərxoş olduğu üçün müvazinətini saxlaya bilməyib ayağı sürüşmüş və diz üstə yerə yıxılmışdır. Onun yerə yıxılmağından istifadə edən Nicat və Zərərçəkmiş şəxs2 qardaşları onun üstünə gəlmiş və yuxarıdan aşağıya o, yerdə diz üstə uzanıqlı olan vəziyyətdə onu yumruqla bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar. O, həmin şəxslərin əlindən çıxmaq üçün cibində olan siqaret çəkmək üçün istifadə etdiyi bir tərəfi alışqan, digər tərəfində isə təxminən tiyəsi 5-6 sm olan balaca bıçağı çıxarıb onu buraxıb kənara çəkilmələrini, əks halda isə onları bıçaqla vuracağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 bıçağı onun əlindən almağa çalışmış, lakin ala bilməmişdir. Zərərçəkmiş şəxs2 bıçağı onun əlindən almaq üçün tutub saxlasa da bıçağı onun əlindən ala bilməmişdir. Yenə də Zərərçəkmiş şəxs1 onun əlindən bıçağı almaq istərkən o, bıçağı sonuncunun üstünə tərəf sağa-sola hərlədiyi üçün bıçaq Zərərçəkmiş şəxs1 bədənin müxtəlif yerlərinə dəyib xəsarət yetirmişdir. Həmin vaxtı o, əlindəki bıçağı aşağıdan yuxarıya gətirmiş və bıçaqla Zərərçəkmiş şəxs2 qarın, sifət və burun nahiyəsinə vurub xəsarət yetirmişdir. Dava səsinə onun ailə üzvlərindən arvadı Şahid3 Ağamalı qızı, qaynanası Şahid2 oraya gəlmiş və harayçılıq edib onları aralaşdırmışlar. Onların davası təxminən 30 dəqiqəyə kimi davam etmiş, dava səsinə küçəyə xeyli adam toplanmışdır. Təqsirləndirilən şəxs sonda törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etdiyini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla aralarında əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. 01 noyabr 2020- ci il tarixdə, saat 19 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsindəki məhəllədə olan dalanın qarşısında o, qardaşı Zərərçəkmiş şəxs2, tanışı Hüseyn kimi müraciət etdikləri Şahid5, X4 ilə dayanıb söhbət edərkən qonşusu Təqsirləndirilən şəxs İsrəfıl oğlu onların yanma gəlib salam vermişdir. O sonuncuya ona salam verməməsini, hətta bu barədə ona əvvəlcədən xəbərdarlıq etməsinidə bildirmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu üçün onun bu sözü sonuncunun acığına getmişdir. Odur ki, bu zəmində onlar arasında mübahisə olmuş və həmin vaxtı Təqsirləndirilən şəxs ona başı ilə bir dəfə kəllə vurmuşdur. Bundan sonra o, sonuncunun zərbəsindən arxaya getmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində bıçaq onun üstünə gələrək bıçaqla onun bədəninin müxtəlif yerlərinə bir neçə dəfə zərbə vuraraq xəsarətləndirmişdir. Həmin vaxt qardaşı Zərərçəkmiş şəxs2 onlara yaxınlaşıb Təqsirləndirilən şəxs arxadan tutub geri çəkdikdə, sonuncu əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 da bir neçə zərbə atmışdır. Lakin sonuncu özünü qoruduğuna görə bıçaq ona dəyməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 bıçağı Təqsirləndirilən şəxs əlindən almaq üçün, sonuncunu yerə yıxaraq üstünə yıxıbmış və Təqsirləndirilən şəxs sağ əlini dizinin arasında bərk sıxıb saxlamışdır. Təqsirləndirilən şəxs yerdə uzanıb vəziyyətdə olsada Zərərçəkmiş şəxs2 dizinin arasından bıçaq olan əlini çıxarmış və həmin bıçaqla aşağıdan yuxarı Elşənin qarın nahiyəsinə, sifətinə və burun nahiyəsinə xəsarət yetirmişdir. Onların dava səsinə Təqsirləndirilən şəxs arvadı Şahid3 Ağamalı qızı, qaynanası Şahid2 oraya gəlmişlər və onları aralaşdırmış, sonrada Təqsirləndirilən şəxs da özləri ilə birlikdə həyətinə aparmışlar. Baş vermiş dava təxminən 30 dəqiqə davam etmiş, dava vaxtı orada xeyli adamlar olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 həm də bildirdi ki, Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, lakin tələbi vardır: onun olduğu yerə yaxınlaşmasın, barəsində heç bir ifadə işlətməsin, salam verməsin, yaxınlaşmasın. Yalnız o halda şikayəti olmayacaq. Məhkəmədən ona yüngül cəza verilməsini, mümkün olsa ümumiyyətlə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsrəfıl oğlu onunla qonşuluqda yaşayır. Sonuncu ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. 01 noyabr 2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, F.Əhmədov küçəsindəki məhəllədə olan dalanın qarşısında o, qardaşı Zərərçəkmiş şəxs1, tanışı X4 və Hüseyn kimi müraciət olunan Şahid5 ilə birlikdə dayanıb söhbət edən zaman qonşusu Təqsirləndirilən şəxs İsrəfıl oğlu onların yanına gəlib salam vermişdir. Bu zaman qardaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona salam verməməsi barədə əvvəllcədən xəbərdarlıq etdiyini və buna görədə onunla salamlaşmamasım demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu üçün Zərərçəkmiş şəxs1 bu sözü Təqsirləndirilən şəxs acığına getmiş və bu zəmində sonuncu ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun qardaşı Zərərçəkmiş şəxs1 başı ilə bir dəfə kəllə vurmuşdur. Sonuncu Təqsirləndirilən şəxs zərbəsindən arxaya getmişdir. O, əvvəlcə onların davasına qarışmamışdır. Lakin o, Təqsirləndirilən şəxs əlində bıçaq onun qardaşı Zərərçəkmiş şəxs1 üstünə gedib sonuncunu bıçaqla bir neçə dəfə zərbə vuraraq yaraladığını görüb onların yanına getmiş və Arif Məmmədovu arxadan tutub geri çəkmişdir. Bundan sonra o, sonucunun əlindən bıçağı almaq məqsədilə onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs yerdə arxası üstə üzanmış vəziyyətdə ikən, o, sonuncnun üstünə yıxılımış və Təqsirləndirilən şəxs sağ əlini dizinin arasında bərk sıxıb saxlamışdır.Lakin sonuncu yerdə uzanılı vəziyyətdə olsada onun dizinin arasından bıçaq olan əlini çıxarmış və həmin bıçaqla aşağıdan yuxarı onun qarın nahiyəsinə, sifətinə və burun nahiyəsinə xəsarət yetirmişdir. Onların dava səsinə Təqsirləndirilən şəxs ailə üzvlərindən arvadı Şahid3 Ağamalı qızı və qaynanası Şahid2 oraya gəlmişdir. Bundan sonra orada olan adamlar onları aralaşdırmışlar. Onların davası təxminən 30 dəqiqəyə kimi davam etmiş, dava səsinə küçəyə xeyli adam toplamışdır. Hazırda onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Nicat və Zərərçəkmiş şəxs2lar onun oğlanlarıdır. Təqsirləndirilən şəxs İsrəfıl oğlu isə onun qonşusudur. Sonuncu ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 01 noyabr 2020-ci il tarixdə, təxminən saat 19 radələrində evindən küçəyə çıxıb özü üçün siqaret almağa gedərkən, yaşadığı məhəllədə olan dalanın qarşısında oğlu Elşən və Zərərçəkmiş şəxs1larm tanışları Hüseyn kimi müraciət olunan X5, X4 ilə birlikdə dayanıb söhbət etdiklərini görmüş və salam verərək həmin şəxslərin yanından keçib getmişdir. Geriyə qayıdarkən küçədə səs-küy və dalaşma olduğunu görüb həmin yerə gəlmiş və Təqsirləndirilən şəxs yerdə uzanıqlı vəziyyətdə, oğlu Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs üstündə oturub, sonuncunun əlini tutub saxladığını və oğlu Zərərçəkmiş şəxs2 sifətindən qan axaraq Təqsirləndirilən şəxs üzərinə töküldüyünü görmüşdür. Bundan sonra o da yaxınlaşıb oğlu Zərərçəkmiş şəxs2 köməklik göstərib Təqsirləndirilən şəxs əlini tutmuşdur ki, sonuncu onun oğlu Zərərçəkmiş şəxs2 bıçaqla vurmasın. Həmin vaxtı oğlu Zərərçəkmiş şəxs1 yaralı vəziyyətdə onların yanında dayanmışdır. Həmin vaxtı səsə qonşular,eləcədə Təqsirləndirilən şəxs arvadı X3, qaynanası Şahid2 öraya gəlmiş və aralaşdırılandan sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə evinə aparmışdır. Həmin davanın təxminən 20 dəqiqə müddətində baş verdiyini, dava vaxtı orada adlarını xatırlmadığı xeyli adamlar olduğunu bildirmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, F.Əhmədov 9/2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qızı Şahid3 Ağamalı qızının həyat yoldaşıdır. 01.11.2020-ci il tarixdə, saat 19 radələrində yaşadığı evində olan zaman bayırda səs-küy eşidib qızı Şahid3 Ağamalı qızı ilə birlikdə küçəyə çıxdıqda, yaşadığı evin qarşısında, küçədə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə onun kürəkəni Təqsirləndirilən şəxs İsrəfıl oğlunun dava etdiklərini görmüşdür. Bundan sonra o və qızı Şahid3 Ağamalı qızı oraya yaxınlaşıb onları aralaşdırmış və Təqsirləndirilən şəxs həyətinə aparmışdır. Maraqlandıqda məlum olmuşdur ki, dava zamanı Təqsirləndirilən şəxs Nicat və Zərərçəkmiş şəxs2lara bıçaqla bədən xəsarətləri yetirmişdir. Davanın təxminən 15 dəqiqə davam etdiyini, həmin vaxtı orada xeyli adamlar olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Ağamalı qızı və Şahid4 Ağamalı qızı analoji ifadələr verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Abşeron rayon Xırdalan şəhərində F.Əhmədov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. El arasında yaxınları ona Hüseyn kimi müraciət edir. Nicat və Zərərçəkmiş şəxs2ları və Təqsirləndirilən şəxs İsrəfıl oğlunu tanyır. Həmin şəxslərlə münasibətləri normal olmuş, əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. 01.11.2020-ci il tarixdə, saat 19 radələrində Xırdalan şəhər F.Əhmədov küçəsində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığnda, o Nicat və Zərərçəkmiş şəxs2lar və X4 ilə birlikdə dayanıb söhbət edən zaman həmin küçədə yaşayan Təqsirləndirilən şəxs İsrəfıl oğlu oradan keçərkən salamlaşmaq üçün onlara yaxınlaşmışdır. Həmin vaxtı o, Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etmədiyini hiss etməmişdir. Sonuncu onlarla salamlaşdıqdan sonra, onlardan təxminən 2 metr kənarda dayanan Zərərçəkmiş şəxs1 yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs2la söhbət edən zaman Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs yüksək səslə danışdığını eşitmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs "mən sənə salam vermirəm, səndən də salam almıram" sözlərini demişdir. Sonuncu isə Zərərçəkmiş şəxs1 "mən sənin üçün necə insanam ki salamımı almırsan" demiş və sonrada başı ilə sonuncuya bir dəfə zərbə vurduğu üçün Zərərçəkmiş şəxs1 arxaya getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la dalaşanda, sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Dava zamanı Nicat və Zərərçəkmiş şəxs2lar bıçağı Təqsirləndirilən şəxs əlindən almaq məqsədilə onu yerə yıxmışlar. Sonuncu, Nicat və Zərərçəkmiş şəxs2lar yerdə uzanmış vəziyyətdə dalaşımışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs sağ əlini sağa-sola atdıqdan sonra Elşənin sifəti qanamağa başlamışdır. O, həmin vaxtı başa düşmüşdür ki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs2 vurmuşdur. Həmin vaxtı kimsə qışqıraraq ona demişdir ki "Hüseyn, bıçağı al". Səs-küyə həmin küçədə yaşayanlar, eləcə də Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı Şahid3 Ağamalı qızı, qaynanası Şahid2 Əsədulla qızı, Zərərçəkmiş şəxs2 atası-Şahid1 Bağı oğlu oraya gələrək onları aralaşdırmışdır. Hava qaranlıq olduğu üçün o, yalnız Zərərçəkmiş şəxs2 sifətinin qan olduğunu görmüşdür. Həmin vaxtı onun əli qana bulaşdığı üçün evinə getmişdir. Sonradan maraqlandıqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Elşən və Zərərçəkmiş şəxs1lara bıçaqla xəsarət yetirdiyi üçün, sonuncular həmin davadan sonra təcili yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O, həmin davanın təxminən 15-20 dəqiqə davam etdiyini, dava zamanı orada səsə gələn və adlarını xatırlamadığı xeyli adamlar olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri F.Əhmədov küçəsi,ev 9/2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayon, Xırdalan şəhər sakinləri Nicat və Zərərçəkmiş şəxs2ları, Təqsirləndirilən şəxs İsrəfıl oğlunu tanıyır. Həmin şəxslərlə əvvəllər ədavət və düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. 01.11.2020-ci il tarixdə, saat 19 radələrində o, Nicat və Zərərçəkmiş şəxs2lar və Hüseyn kimi müraciət etdikləri Şahid5 ilə birlikdə yaşadırları küçədə söhbət edən zaman Təqsirləndirilən şəxs də oraya gəlmişdir. Sonuncu onlarla salamlaşdıqdan sonra atası ona zəng etdiyi üçün o da evinə getmiş və təxminən 1 saat sonra həmin yerdə Nicat və Zərərçəkmiş şəxs2larla Təqsirləndirilən şəxs İsrəfıl oğlu arasında dava olduğunu və həmin dava vaxtı sonuncunun Nicat və Zərərçəkmiş şəxs2lara bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/11023 nömrəli tibbi müayinə protokoluna əsasən X2 yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının 10.11. 2020-ci il tarixli, 2322 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun nahiyəsinin və sağ yanaq nahiyəsinin kəsilmiş yaralan, qarın nahiyəsinin sol yarısının ön səthinin 1 (bir) ədəd və qarın nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları-iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 01.11.2020-ci il tarixdə bıçaq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həm ümumilikdə, eləcədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan məhkəmə tibbi ekspertizasının 11.11. 2020-ci il tarixli, 2323 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 boyun nahiyəsinin sol yan səthinin 1 (bir) ədəd, sol yanaq nahiyəsinin 1 (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd,sol said nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin 2 (iki) ədəd və qarın nahiyəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yaraları-iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 01.11.2020-ci il tarixdə bıçaq zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həm ümumilikdə, eləcədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, 01 avqust 2019-cu il tarixdə 1 ədəd kişi şalvarı, 1 ədəd kişi köynəyi və 1 ədəd kişi maykası iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün maddi sübut otağına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında hər hansı şəxsi münasibətlər olmamış, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan bir qrup halında ictimai qaydanı kobud surətdə pozub və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin müstəsna şəxsiyyət olduqlarını, başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyəti ilə, özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, özlərinin şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq, mübahisə zamanı zərərçəkmiş şəxsə ekspert rəyləri ilə yüngül zərər vurmaya aid xəsarətlər yetirmişlər. Bununla da təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özlərini ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından vəəməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini, yəni cinayətlərin qəsdən törədilməsini, ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxslərdən Vahabov Elşən İntiqam oğlu tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02.03.2012-ci il təvəllüdlü Ümid Məmmədov və 19.10.2013-cü il təvəllüdlü Fatimə Məmmədova adlı 2 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Vahabov Elşən İntiqam oğlu ilə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarında olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində saxlandığı 01 (bir) gün müddət həbsdə saxlamanın bir gününə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) gün cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan qərardan görünür ki, 20.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi barədə 21.03. 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində məhkəmənin 21.05.2021-ci il tarixli qərarı ilə axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, 25.05.2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onların barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişidirlmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ballistik ekspertizalarının keçirilməsinə xərclənmiş 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd kişi şalvarı, 1 ədəd kişi köynəyi və 1 ədəd kişi maykası hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutuluğu 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir ) il 11 (on bir ay) 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 25.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinin alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd kişi şalvarı, 1 ədəd kişi köynəyi və 1 ədəd kişi maykası hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-330/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-330/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver