Məhkəmə qərarları › İş №1(012)-330/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-330/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-330/2024 18.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısıhüseyn qızının, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Ukrayna Respublikası, Poltava şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Məmmədyarov küçəsi, ev 64-də qeydiyyatda olan, Abşeron rayon, Xırdalan şəhəri, H.Arif küçəsi döngə 3, ev 6da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 07 iyun 2023-cü il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə «köhnə bazar» ərazisində yerləşən «BƏR BƏZƏK» dükanına daxil olaraq orada satıcı işləyən Zərərçəkmiş şəxs3 ona qramlıq ətir hazırlamasını sifariş vermiş, həmin müddətdə dükanda 65 manata satışa qoyulmuş «Elektron» markalı kişi qol saatını satıcı Zərərçəkmiş şəxs3 gözü qarşısında əlindəki sellofan torbaya qoyub açıq taladıqda sonuncunun saatı qaytarması tələbinə baxmayaraq R.Allahverdiyev «sakit ol soxub səni öldürərəm» deyib sözlə hədələyərək Zərərçəkmiş şəxs3 65 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyul 2023-cü il tarixdə saat 12:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində «Günay» mərasim evinin arxasında yerləşən avtoyuma məntəqəsində soyuducunun üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 110 manat dəyərində Çin istehsalı «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefonu və üzərində olan 10 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 120 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 12:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən «Sultan» şadlıq sarayının yaxınlığında saxlanılmış «Fiat Doblo» markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs1 yatmasından və avtomobilin qapısının açıq qalmasından istifadə edərək avtomobilin salonunda enerjiyə qoşulmuş 150 manat dəyərində Çin istehsalı 128 gb yaddaş tutumlu «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefonu və üzərində olan 40 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 190 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələlərin siyahısına” daxil edilmiş, bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,749 qram çəkidə narkotik vasitəheroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə, saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə, şəxsi istehlak miqdarılndan artıq miqdarda, 0,749 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş oğlu Azərbaycan Respublikası CM-nın 177.2.2, 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik maddə olan heroin iynə vurmaq yolu ilə qəbul edir. Həyat yoldaşından boşanmış, iki azyaşlı uşaqları vardır. Uşaqları, anaları X5 himayəsinə verilmiş, onların saxlanması üçün ona 340 manat aliment kəsilmişdir. Heç bir yerdə işləmədiyi üçün bir neçə ay ərzində alimenti ödəyə bilməmiş, ona görə də, hazırda barəsində mülki öhdəliklərin icrasından yayınmaqla bağlı axtarış işi vardır. Ailəsindən ayrıldıqdan sonra depresiyaya düşüb narkotik maddə heroin qəbul edir. 11 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Yasamal rayonunda, “Kaktus” restoranının yanında üzdən narkoman kimi tanıdığı, lakin adını bilmədiyi şəxslə həmsöhbət olmuşdur. Belə ki, əvvəllər həmin ərazidə yaşamış, sonradan Xırdalan şəhərinə köçmüşdür. Söhbət zamanı bildirmişdir ki, bədənində ağrılar olduqda narkotik maddə heroindən istifadə edir, sonuncudan xahiş etmişdir ki, ona bir büküm narkotik maddə heroin tapsın. Həmin şəxs demişdir ki, bir bükümünü 20 manata tapa bilər. O, razılaşıb 20 manat pul vermiş və restoranın yanında onu gözləmişdir. Həmin şəxs təxminən 20 dəqiqədən sonra narkotik maddə heroin bükümünü gətirib ona vermişdir. O, gümüşü kağız bükümü açıb baxmış və içərisində “kakos”, yəni heroin olduğunu görmüşdür. Əldə etdiyi bir ədəd içərisində narkotik maddə heroin olan gümüşü kağız bükümü əynində olan cins şalvarının sağ yan cibinə qoyub Xırdalan şəhərinə gəlmişdir. Narkotik maddəni üstümdə saxlamışdır ki, bədənində ağrılar olduqda qəbul etsin. 12 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Bazar Store” marketin qarşısında mülki geyimdə olan iki nəfər polis əməkdaşı onu saxlayaraq özlərini təqdim etmiş və narkotik maddələrin saxlanılmasında, daşınmasında və qəbul edilməsində şübhəli bilərək onu özləri ilə Abşeron rayon Polis İdarəsinə getmək üçün dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gələrkən yolda polis əməkdaşlarına üzərində nasrkotik vasitə olan heroin saxladığını bildirmişdir. Polis İdarəsində xidməti otaqların birində üstünə videoçəkiliş aparılmaqla hüquqlarını müdafiə edən vəkil və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilmişdir. Sonra üstündə saxlanılması və gəzdirilməsi qadağan olunan cinayət xarakterli əşya varsa təqdim etməyi barədə təklif edilmişdir. O, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü kağız bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik maddə ilə bağlı sorğu edilərkən narkotik maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra üstündə şəxsi axrtarış edilmiş və üstündən cinayət xarakterli hər hansı əşya aşkar edilməmişdir. Ondan aşkar edilmiş bir ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərində imzalar edilmişdir. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə günorta vaxtı Xırdalan şəhəri, köhnə bazar ərazisində yerləşən ətir və bəzək əşyaları satılan dükana girib ətirlərə baxmışdır. Həmin dükanda ətirdən başqa bəzək əşyaları, kişi və qadın qol saatları, alışqanlar satıldığını görmüşdür. O, özü üçün qramlıq ətir sifariş verib dükanda olan mallara baxmış, dükanda satışa qoyulmuş alışqanlardan birini satıcının başının digər müştəriyə qarışmasından istifadə edib götürüb cibinə qoymuşdur. Dükanda olan saatdan xoşu gəldiyi üçün onu oğurlamaq istəmiş, lakin həmin vaxt dükanda müştərilər olduğu üçün saatı oğurlaya bilməmiş və sifariş verdiyi ətiri almadan dükandan çıxıb getmişdir. 07 iyun 2023-cü il tarixdə saat 13 radələrində yenidən həmin dükana girmiş ki, həmin qol saatını oğurlasın. O, dükana girib satıcı qıza ona qramlıq ətir verməsini bildirmiş ki, satıcının başını qatsın və saatı götürsün. Həmin vaxt dükana bir orta yaşlı qadın müştəri daxil olmuşdur. həmin qadın satıcı qızla danışanda o vitrində olan 1 ədəd qol saatını götürüb əlindəki sellofana qoyub dükandan çıxmaq istədikdə satıcı ona saatı qaytarmağı bildirmişdir. O, isə dükandan çıxıb uzaqlaşmış, 2 gün sonra həmin dükanın yaxınlığında olarkən qonşu dükanda işləyən Fuad adlı oğlan ona demişdir ki, qonşu dükandan saatı və alışqanı götürməsi ilə bağlı kamera görüntüsünə düşmüş və dükanda işləyən qız polisə şikayət etmişdir. O, isə Fuada demişdir ki, «saatı sənə verim aparıb qaytar, alışqanın pulunu isə verərəm». Fuad aparıb saatı dükanda işləyən qıza qaytarmışdır. Hazırda etdiyi hərəkətdən peşmandır. Bundan başqa göstərmişdir ki, 27 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Günay restoranının yaxınlığından keçərkən ərzaq almaq üçün mağazaya daxil olmuşdur. Həmin vaxtı mağazadakı dondurma soyuducusunun üzərində bir ədəd «Xiomi» markalı mobil telefonun olduğunu görmüşdür. Həmin telefonu kimsənin görmədiyi şəraitdə götürmüş və mağazanı tərk edib getməyə başlamışdır. Həmin vaxtı Xırdalan şəhəri, «Sultan» restoranının qarşısında ağ rəngli «Fiat» markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilinin dayandığını görmüşdür. Həmin avtomobilin şüşələri açıq vəziyyətdə olmuş. avtomobilə yaxınlaşıb salonuna baxdında sərnişin oturacağında bir nəfər sərnişinin yatdığını görmüşdür. Həmin vaxtı maşının salonuna baxdıqda cərəyana qoşulu «Xiomi» markalı mobil telefonun olduğunu görüb həmin sərnişinin yatmasından istifadə edərək həmin telefonu da götürmüş və oradan uzaqlaşıb getmişdir. Bundan sonra Xırdalan şəhərindəki Təzə Bazar adlanan əraziyə gəlmiş, məqsədi həmin telefonları satıb pul əldə etmək olmuş. təzə bazar ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirilmiş, oğurluqda şübhəli olduğu üçün oğurladığı 2 ədəd «Xiomi» markalı mobil telefonları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 iyul 2023-cü il tarixdə saat 12:40 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «Sultan» şadlıq sarayının yaxınlığında dayısına məxsus Fiat markalı avtomobilin ön oturacağında əyləşmişdir. Avtomaşının qapısı açıq qalmış və yuxuya getmişdir. Həmin vaxtı özünə məxsus Xiomi markalı mobil telefonu avtomobildə cərəyana qoşulu qoymuşdur. Yatdığı anda avtomobildə qapının bağlandığını hiss etmiş və tez ayılmışdır, lakin nə baş verdiyini xatırlamamışdır. Həmin vaxtı mobil telefonunu cərəyana qoşulu qoyduğu üçün həmin yerə baxdıqda telefonu qoyduğu yerdə görməmiş və telefonunun oğurlandığını başa düşmüşdür. Bu vaxtı avtomobildən düşüb dayısının əyləşdiyi dönərxanaya getmiş və dayısına mobil telefonunun avtomobilin salonundan oğurlandığını bildirmişdir. Həmin vaxtı dönərxanada işləyən tanımadığı şəxs ona bildirmişdir ki, narkotik istifadəçisi Roman adlı şəxs həmin ərazidə gəzişmiş, həmin şəxs tərəfindən mobil telefonunun oğurlandığını güman etmişdir. Bundan sonra, Romanı axtarmağa başlamış,sonradan məlum oldu ki, artıq telefonu oğurlayan şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra baş vermiş hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə yaxınlaşmış və hadisə ilə bağlı ərizə yazmışdır. Telefonu özünə qaytarılmışdır, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti, tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak etmək istəmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 5 ay olar ki, Xırdalan şəhəri, Köhnə bazar ərazisində 28-ci məhəllədə yerləşən «Bər bəzək» dükanında satıcı işləyir. Dükanda əsasən ətirlər və bəzək əşyaları, həmçinin saatlar və aksesuarlar satmaqla məşğuldur. 07 iyun 2023-cü il tarixdə saat 13 radələrində dükanda olan zaman bir nəfər orta yaşlı oğlan dükana gəlib ona 30 milliqramlıq ətir sifariş vermişdir. O, həmin müştərinin ətirini hazırlayarkən həmin şəxsin vitrində olan 65 manat dəyərində “Elektron” markalı kişi qol saatını əlindəki sellofan torbaya qoymasını görüb ondan nə etdiyini soruşmuşdur. Həmin şəxs ona hədə-qorxu gələrək “sakit ol soxub səni öldürərəm” demiş, o, isə qorxub həmin oğlana heç bir söz deyə bilməmişdir. Həmin şəxs dükandan qaçıb uzaqlaşmış, o isə qorxduğu üçün dükanda gözləmişdir. Sonradan şübhələndiyi üçün dükanda olan kamera görüntüsünə baxmış və həmin şəxsin dükanda olarkən vitrindən 1 ədəd alışqanı gizli olaraq götürüb cibinə qoyduğunu, onun isə həmin vaxt başı ətiri hazırlamağa qarışdığını müşahidə etmişlər. O, bir gün əvvəl həmin şəxsin alışqanı götürməsini görməmişdir. Kamera görüntüləri əsasında görmüşdür. Həmin şəxsin görüntüsünü qonşu dükanda işləyən şəxslərə göstərmiş, həmin vaxt yaxınlıqda işləyən oğlan görüntüdə olan şəxsi tanıdığını və onun tez-tez bazar ərazisində gördüyünü bildirmişdir. Bundan sonra baş vermiş hadisə barədə 09 iyun 2023-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin vaxt yaxınlıqda işləyən üzdən tanıdığı şəxs dükana gəlib 2 gün əvvəl dükandan götürlmüş “Elektron” markalı qol saatını ona qaytarıb həmin şəxsi qaçarkən tutub saatı ondan aldığını bildirmiş və həmin şəxsin adının Roman olmasını ona demişdir. Həmçinin Romanın alışqanın pulunu gətirib ödəyəcəyini də demişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak etmək istəmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi işləyir. 27 iyul 2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində «Günay» Mərasim evinin arxa tərəfində yerləşən avtoyuma məntəqəsinə dərman vermək üçün oradakı restoranın qarşısında maşını saxlamışdır. Həmin vaxt yaxınlıqdakı marketdən su alıb orada su içərkən istifadəsində olan Xiaomi markalı üzərində ***-***-**-** mobil nömrə olan telefonunu kafenin qabağındakı soyuducunun üzərində unutmuşdur. O, dərmanı avtoyuma məntəqəsinə verib qayıdanda mobil telefonunun üzərimdə olmadığını görüb su içdiyi yerdə qoyulan soyuducunun yanına gəlib baxdıqda telefonu tapa bilməmişdir. Orada yoldan keçən tanımadığı şəxsdən xahiş edib mobil telefonu ilə öz nömrəsinə zəng vurmuş, telefonuma zəng çatsa da cavab verən olmamışdır. Təxminən yarım saatmən bir neçə dəfə zəng vurmuş, lakin telefonu söndürüldüyü üçün zəng çatmamışdır. O, yenə də zəng vurmuş ki, ola bilsin telefona cavab verən olsun. Həmin vaxt telefonuna cavab verən şəxs ona polis əməkdaşı olduğunu bildirmişdir. O, polis əməkdaşına cavab verdiyi mobil telefonun sahibi olduğumu demişdir. Polis əməkdaşı onu Abşeron rayon polis idarəsinə gəlməyini bildirmiş, Polis idarəsinə gəldikdən sonra məlum olmuşdur ki, mobil telefonunu oğurlayan şəxs polis tərəfindən saxlanılıb, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və Romanın onun telefonundan əlavə başqa şəxsə məxsus telefonu da oğurladığı bildirilmişdir. Roman adlı şəxs hər iki telefonu polisə təqdim etmiş, oğurlanmış Xiaomi markalı mobil telefonu təxminən bir il əvvəl 600 manata almış, üzərində olan nömrəni isə 10 manata almış, Təqsirləndirilən şəxs tanımır və onunla arasında heç bir münasibət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və daşıması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. 08 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, H.Arif küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edildi. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf selofona bükülü olan bükümü çıxarıb təqdim etmiş və həmin maddənin narkotik vasitə kakos kimi troanıdığı heroin olduğun bildirmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər və psixotrop maddəyə oxşar kütlələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. xx.xx.1988-ci ildə Ukrayna Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Məmmədyarov küçəsi, ev 64-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsi, dalan 3, ev 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və daşıması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 08 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, H.Arif küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edildi. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf selofona bükülü olan bükümü çıxarıb təqdim etmiş və həmin maddənin narkotik vasitə kakos kimi troanıdığı heroin olduğun bildirmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər və psixotrop maddəyə oxşar kütlələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «Ovçular» ət məhsulları kombinatında ekspeditel işləyir. 27 iyul 2023-cü il tarixdə saat 12 radələrində şirkətə məxsus Fiat Doblo markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərində yerləşən marketlərə kolbasa və sosiska gətirmiş, bacısı oğlu Ayxan da onunla birlikdə olmuşdur. Xırdalan şəhərində yerləşən «Sultan» şadlıq evinin yaxınlığında dayanıb orada olan dönərxanadan dönər sifariş verib çörək yemiş, AVyxan isə dönər yeyib avtomobilə minərək onu gözləmişdir. Təxminən 10 dəqiqə sonra Ayxan onun yanına gəlmiş və ona maşında yuxuladığı üçün salonda olan telefonu kimsə götürdüyünü bildirmiş, orada dönər satan şəxs bir qədər əvvəl Roman adlı şəxsin onun maşınının yanında gördüyünü və yəqin ki, oğurluğu da həmin şəxsin etdiyini bildirmiş, bundan sonra maşınının yanından saqqallı oğlanan arxası ilə getmiş və Roman adlı şəxsin polis əməkdaşları tərəfindən tutulduğu ona məlum olmuşdur. Sonradan ona məxsus mobil telefonun da həmin şəxs tərəfindən oğurlandığı və polis əməkdaşları tərəfindən ona məxsus mobil telefon götürüldüyü ona məlum olduğu üçün polisə gedib ərizə yazaraq şikayət etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə şəxsi istehlak Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən qanunsuz olaraq əldə edib saxladığı həmin bir ədəd bükümdə şəxsi istehlak miqdarılndan artıq miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən xx.xx.2023cü il tarixdə saat 07 radələrində polis əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Arif küçəsində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş üzrə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə «Köhnə bazar» ərazisində yerləşən «Bər Bəzək» dükanına quraşdırılmış kameralardan oğurluq hadisəsini fiksə edən görüntünün köçürüldüyü bir ədəd DVD diski Zərərçəkmiş şəxs3 götürülmüş və baxış keçirilmişdir. Təqdim edilmiş bir ədəd DVD diskdə 1 ədəd qovluq olmuş və həmin qovluqdakı videogörüntü xx.xx.2023-cü il tarixdə saat 15:48 dəqiqəni əhatə etmişdir. Qeyd olunan qovluqdakı videogörüntülərə baxış zamanı müəyən edildi ki, bir nəfər arıq bədən quruluşlu qarayanış, əynində açıq rəngli köynək və qara rəngli qolsuz gödəkçə olan kişi cinsindən olan təxminən 32-35 yaşlı, əynində qara rəngli qısaqol köynək və boz rəngli şalvar olan şəxs mağazada quraşdırılmış vitrində olan əşyalara baxır və eyni anda da satıcı qadına qramla duxi hazırlanmasını sifariş edir. Satıcı qadının duxi hazırlanmasına və arxasının ona tərəf olmasından, başının qarışmasından istifadə edərək vitrində satışa qoyulmuş qara rəngli qutunu və içərisində olan alışqanı götürüb əlindəki geyimin altında gizlədir və bir neçə saniyə yenidən vitrinə qoyulmuş əşyalara nəzər saldıqdan sonra satıcıya verdiyi sifarişi götürmədən dükanı tərk edib getmişdir. Diksə baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əski təsvir olunan şəxsin özü olduğunu və həqiqətən 06 iyun 2023-cü il tarixdə günorta vaxtı həmin dükana girib ətirlərə baxmışdır. Həmin dükanda ətirdən başqa bəzək əşyaları, kişi və qadın qol saatları, alışqanlar satıldığını görmüşdür. O, özü üçün qramlıq ətir sifariş verib dükanda olan mallara baxmaqda davam etmiş, dükanda satışa qoyulmuş alışqanlardan birini satıcının başının digər müştəriyə qarışmasından istifadə edib götürüb cibinə qoyaraq oradan uzaqlaşıb getmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Abşeron rayon Pİ-nin İŞ-də müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nin İŞ-də 08 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-562/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaq 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-794/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında aparılmışdır. xx.xx.2023-cü il tarixdə ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işlərinin ibtidai istintaqı ********* nömrə altında davam etdirilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 6/3710 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən…» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,749 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «10» iyul 2023-cü il tarixli 4312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertiza qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-9/6406/2023 nömrəli rəylə müəyyən edilmişdir ki, 2023-cü ilin iyul ayına; - 01 ədəd Çin istehsalı «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon 110 manat; - 01 ədəd Çin istehsalı, 128 gb yaddaş tutumlu, «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon 150 manat müəyyən edilir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin ümumi çəkisi 0,749 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 0,699 qram təşkil edir. Odur ki, iş üzrə ümumi çəkisi 0,749 qram olan narkotik vsasitə heroin, 01 ədəd Çin istehsalı «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon, 01 ədəd Çin istehsalı, 128 gb yaddaş tutumlu, «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon, şəxsi axtarış və götürmənin köçürüldüyü bir ədəd DVD diski və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə «Köhnə bazar» ərazisində yerləşən «Bər Bəzək» dükanına quraşdırılmış kameralardan oğurluq hadisəsini fiksə edən görüntünün köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 0,699 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, 2 ədəd mobil telefon saxlanılması üçün sahiblərinə qaytarılmış, iki ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əhmədov X8 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İşin materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-419/2022 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası “08 noyabr –Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İşin materiallarında olan Bakı şəhər Xəzər rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli 7(003)-402/2022 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə əldə edilmiş obyektiv sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam s sübutdur, onun bu əməlləri əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli şərti sınaq dövrüdə törətmiş olduğundan onun barəsində cəza təyin edilərkən,şərti məhkum etmə ləğv edilməli CM-nin 67.1 maddəsinin tələbləri üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.1.maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, bu Məcəllənin 76.5ci maddəsində göstərilən orqanların təqdimatı əsasında məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər; 76.6.2. ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur); 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəməsi Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayətin residivi olduğundan Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları CMnin 66.2 maddəsinə əsasən qismən birləşdirilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 12 günü şərti olaraq vaxtından azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 maadəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 gün ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspert tədqiqatından qalıq qalmış 0,699 qram çəkisi olan narkotik vasitə olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd Çin istehsalı «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon, 01 ədəd Çin istehsalı, 128 gb yaddaş tutumlu, «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli 02 ədəd mobil telefonların zərərçəəkənlərə qaytarılması nəzərə alınmalıdır. Şəxsi axtarış və götürmənin köçürüldüyü bir ədəd DVD diski və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə «Köhnə bazar» ərazisində yerləşən «Bər Bəzək» dükanına quraşdırılmış kameralardan oğurluq hadisəsini fiksə edən görüntünün köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarında saxlanmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 115 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maadəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 12 günü şərti olaraq vaxtından azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu iki gün müddət çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspert tədqiqatından qalıq qalmış 0,699 qram çəkisi olan narkotik vasitə olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd Çin istehsalı «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli mobil telefon, 01 ədəd Çin istehsalı, 128 gb yaddaş tutumlu, «Xiaomi» (Mİ 8 Lite) markalı, M1808D2TG modelli 02 ədəd mobil telefonların zərərçəkənlərə qaytarılması nəzərə alınsın. Şəxsi axtarış və götürmənin köçürüldüyü bir ədəd DVD diski və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə «Köhnə bazar» ərazisində yerləşən «Bər Bəzək» dükanına quraşdırılmış kameralardan oğurluq hadisəsini fiksə edən görüntünün köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarında saxlanılsın. Məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 115 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar