Məhkəmə qərarları › İş №1(012)-330/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-330/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-330/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Tağıyev Hicran Fazil qızının vəkili-nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi- Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1969-cu ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 67, mənzil 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə saat 03 radələrində bacısı oğlu Asif adlı şəxs ilə aralarında yaranmış narazılğa görə yaşadığı anası Zərərçəkmiş şəxs1 qızma məxsus 70000 ABŞ dolları dəyərində ümumi sahəsi 45.20 kv metr olan Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binanın 10 nömrəli mənzilini əvvəlcədən özü ilə birlikdə gətirdiyi neft məhsulundan tökərək alışqan ilə yandırıb mənzildə olan bir ədəd 1100 manat dəyərində paltaryuyan maşın, bir ədəd 1000 manat dəyərində soyuducu, bir ədəd 700 manat dəyərində kondisoner, 5000 manat dəyərində mebel dəsti, 3000 manat dəyərində yataq dəsti, 1500 manat dəyərində mətbəx mebeli, ümumi dəyəri 47700 manat olan xalçalar, pərdələr, çilçıraqlar, qab-qacaq dəstləri, divat dəsti, çarpayılar, müxtəlif məişət əşyaları və mənzilin içərisinin tamamilə yanaraq 10848 manat zərər dəyməsi nəticəsində anası Zərərçəkmiş şəxs1 ümumilikdə 70848 manat külli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etikdən sonra bacısı Zərərçəkmiş şəxs2 qızma məxsus 17700 manat dəyərində “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə gətirib yolun kənarında saxlayaraq həmin günü saat 04 radələrində avtomobilə neft məhsulundan tökərək alışqan ilə yandırıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 14160 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını yandırmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır, subaydır, lakin əvvəllər iki dəfə evli olmuş, sonradan boşanmış, iki evlilikdən üç uşağı vardır, uşaqları anaları ilə birgə yaşayır, əvvəllər Rusiya Federasiyasında yaşamış, sonradan Bakı şəhərinə gəlmiş və bir daha Rusiya Federasiyasına qayıtmamışdır. Yalnız bir dəfə məhkum olunmuş, belə ki, 30 il bundan əvvəl Nərimanov rayon məhkəməsi tərəfindən xatırlamadığı maddə ilə təqsirli bilinərək 8000 manat cərimə cəzasına məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 bacısı, Zərərçəkmiş şəxs1 isə anasıdır. Yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binanın 10 nömrəli mənzili ona məxsus deyil, belə ki, anası Klaraya məxsusdur. Mənzildə özünə məxsus heç bir əşya yoxdur. Mənzil tam təmirli və məişət əşyaları ilə doludur. Mənzildə olan əşyaları anası Klara almışdır. Bacısı Hicranın “İnfmiti FX35” markalı 90- BM-099 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə bacısına məxsusdur. Həmin avtomobili bir müddət özü idarə etmişdir. Belə ki, heç bir yerdə işləmədiyi üçün bacısı həmin avtomobili verib bildirmişdir ki, uşaqlarını məktəbə aparıb- gətirsin. Avtomobil idarə etməyi üçün sürücülük vəsiqəsi vardır və bacısı Hicran avtomobili idarə etməyi üçün etibarnamə vermişdir. Həmin avtomobillə bacısı uşağını məktəbə aparıb- gətirmiş və bunun qarşılığında bacısından pul almışdır. 2024-cü ilin iyun ayının əvvəllərində ailə üzvüləri ilə aralarında sözlə narazılıq yaranmış və buna görə çox əsəbləşmişdir. Aralarında olan narazılıq çox pis təsir etdiyi üçün əsəbləşib anasına məxsus yaşadığı evi və bacısına məxsus idarə etdiyi avtomobili yandırmaq qərarına gəlmişdir. Anasına məxsus evdə tək yaşamışdır. 09 iyun 2024-cü il tarixdə yaşadığı mənzili yandırmaq üçün butulkada xatırlamadığı yerdən benzin alaraq gecə saatlarında bacısına məxsus avtomobillə anasına məxsus yaşadığı mənzilin yerləşdiyi binanın həyətinə gəlmişdir. Saat 03 radələrində avtomobili binanın həyətində saxlamış və mənzilə gəlmişdir. Qapını açıb içəri daxil olmuşdur. Özü ilə gətirdiyi benzini mənzilin otaqlarına tökərək üzərində olan alışqan ilə yandırmışdır. Yanğın böyüdükdə evi tərk edərək qapının klidini bağlamayaraq örtüb həyətdə düşərək orada saxladığı bacısına məxsus olan avtomobilə əyləşərək Xırdalan şəhəri, H.Əliyev prospektinə gəlmişdir. H.Əliyev prospektinə çatdıqda avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşdür. Saat 04 radələrində avtomobilin içərisinə və çöl tərəfmə benzin tökərək alışqan ilə yandırmışdır. Alov avtomobili bürüdükdə oradan qaçaraq uzaqlaşmışdır. 09 iyun 2024cü il tarixdə saat 17:30 dəqiqədə Xırdalan şəhərində binaların arasında məhəllə ilə piyada gedən zaman iki nəfər polis geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar. Polis əməkdaşları onu Abşeron RPİ-nə gətirmişlər. Polis İdarəsində törətdiyi hadisəni özü könüllü olaraq etiraf etmiş və vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə bir sıra sənədləşmə aparıldıqdan sonra şübhəli şəxs qismində saxlanılmışdır. Bacısı oğlu Asifə əsəbləşdiyi üçün, yəni sonuncunun ona qarşı etdikləri pis təsir etdiyindən anasının evini və bacısının avtomobilini yandırmışdır. Benzini evə gələn zaman xatırlamadığı yanacaq doldurma məntəqəsində almışdır. Avtomobili yandırdıqdan sonra isə benzin olan plastmas butulkanı və alışqanı avtomobilin içərisinə atmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır, subaydır və iki övladı vardır. Təqsirləndirilən şəxs oğludur, sonuncu iki dəfə evli olmuş, lakin boşanmış və üç uşağı vardır. Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binada 10 nömrəli mənzil vardır. Həmin mənzilinin ümumi sahəsi 45.20 kv metrdir. Mənzil tam mülkiyyət üzrə özünə məxsusdur və orada oğlu Azər yaşayır. Zərərçəkmiş şəxs2 qızıdır. Qızı Hicranın “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə qızma məxsusdur. Avtomobili mütəmadi olaraq oğlu Azər də idarə etmişdir. Həmin mənzili təmirli şəkildə 70000 ABŞ dollarına almışdır. Mənzili aldıqdan sonra içərisinə mebellər və digər lazmi məişət əşyaları almışdır. Oğlu Azər kirayə yaşadığı üçün özünə məxsus həmin mənzili müvəqqəti yaşaması üçün sonuncuya vermişdir. Mənzilin açarlarını da Azərə vermişdir. Azərin qeydiyyatı həmin mənzilə olsa da sonuncunun mənzildə heç bir mülkiyyət hüququ yoxdur. Mənzili oğluna verdikdən sonra mənzilə nəzarət etməmişdir. 09 iyun 2024-cü il tarixdə öyrənmişdir ki, oğlu Azər ona məxsus mənzili və qızı Hicrana məxsus “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili benzin ilə yandırmışdır. Mənzildə yanğın söndürüldükdən sonra mənzilə baxış keçirmiş və görmüşdür ki, mənzilin içərisində olan əşyaları ilə birgə mənzilin divar kağızları yanaraq yararsız hala düşmüşdür. Mənzildə olan ona məxsus 3000 manat dəyərində yataq dəsti, bir ədəd 1100 manat dəyərində paltaryuyan maşın, bir ədəd 1000 manat dəyərində soyuducu, bir ədəd 700 manat dəyərində kondisoner, qonaq otağında olan 5000 manat dəyərində mebel dəsti, 1500 manat dəyərində mətbəx mebeli və ümumi dəyəri 47700 manat olan xalçalar, pərdələr, çil-çıraqlar, qabqacaq dəstləri, divan dəsti, çarpayılar və müxtəlif məişət əşyaları yanmışdır. Mənzildə yanan əşyalarının ümumilikdə dəyəri 60000 manat olmuşdur. Lakin mənzilə yanğın nəticəsində dəymiş ziyanı bilməmişdir. ünvan 2 ünvanda yaşayır, subaydır və iki övladı vardır. Təqsirləndirilən şəxs oğludur, sonuncu iki dəfə evli olmuş, lakin boşanmış və üç uşağı vardır. Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binada 10 nömrəli mənzil vardır. Həmin mənzilinin ümumi sahəsi 45.20 kv metrdir. Mənzil tam mülkiyyət üzrə özünə məxsusdur və orada oğlu Azər yaşayır. Zərərçəkmiş şəxs2 qızıdır. Qızı Hicranın “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə qızma məxsusdur. Avtomobili mütəmadi olaraq oğlu Azər də idarə etmişdir. Həmin mənzili təmirli şəkildə 70000 ABŞ dollarına almışdır. Mənzili aldıqdan sonra içərisinə mebbellər və digər lazmi məişət əşyaları almışdır. Oğlu Azər kirayə yaşadığı üçün özünə məxsus həmin mənzili müvəqqəti yaşaması üçün sonuncuya vermişdir. Mənzilin açarlarını da Azərə vermişdir. Azərin qeydiyyatı həmin mənzilə olsada sonuncunun mənzildə heç bir mülkiyyət hüququ yoxdur. Mənzili oğluna verdikdən sonra mənzilə nəzarət etməmişdir. 09 iyun 2024-cü il tarixdə öyrənmişdir ki, oğlu Azər ona məxsus mənzili və qızı Hicrana məxsus “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili benzin ilə yandırmışdır. Mənzildə yanğın söndürüldükdən sonra mənzilə baxış keçirmiş və görmüşdür ki, mənzilin içərisində olan əşyaları ilə birgə mənzilin divar kağızları yanaraq yararsız hala düşmüşdür. Mənzildə olan ona məxsus 3000 manat dəyərində yataq dəsti, bir ədəd 1100 manat dəyərində paltaryuyan maşın, bir ədəd 1000 manat dəyərində soyuducu, bir ədəd 700 manat dəyərində kondisoner, qonaq otağında olan 5000 manat dəyərində mebel dəsti, 1500 manat dəyərində mətbəx mebeli və ümumi dəyəri 47700 manat olan xalçalar, pərdələr, çil-çıraqlar, qabqacaq dəstləri, divan dəsti, çarpayılar və müxtəlif məişət əşyaları yanmışdır. Mənzildə yanan əşyalarının ümumilikdə dəyəri 60000 manat olmuşdur. Lakin mənzilə yanğın nəticəsində dəymiş ziyanı bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır, evlidir, Zərərçəkmiş şəxs1 anasıdır və birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs qardaşıdır, sonuncu iki dəfə evli olmuş, lakin boşanmış və üç uşağı vardır. X8 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binada 10 nömrəli mənzil vardır. Həmin mənzilin ümumi sahəsi 45.20 kv metrdir. Mənzil tam mülkiyyət üzrə anası Klaraya məxsusdur və orada müvəqqəti qardaşı Azər yaşamışdır. Anası Klara qeyd etdiyi mənzili təmirli şəkildə 70000 ABŞ dollarına almışdır. Anası mənzili aldıqdan sonra içərisinə mebellər və digər lazmi məişət əşyaları almışdır. Azər kirayə yaşadığı üçün anası həmin mənzili müvəqqəti yaşaması üçün Azərə vermişdir. Mənzilin açarları da Azər də olmuşdur. Azərin qeydiyyatı həmin mənzilə olsada sonuncunun mənzildə heç bir mülkiyyət hüququ olmamışdır. Özünə məxsus “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə ona məxsusdur. Avtomobili mütəmadi olaraq qardaşı Azər də idarə etmişdir. Belə ki, qardaşına avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Qardaşı Azər heç bir yerdə işləmədiyindən həmin avtomobili sonuncuya vermişdir ki, uşağını məktəbə aparıbgətirsin. Azər də bunu edərək qarşılığında aylıq pul almışdır. 09 iyun 2024-cü il tarixdə öyrənmişdir ki, qardaşı Azər anasına məxsus mənzili və ona məxsus “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili benzin ilə yandırmışdır. Yanğın söndürüldükdən sonra onlar ilkin olaraq mənzilə baxış keçirmişlər və görmüşlər ki, mənzilin içərisində olan əşyaları ilə birgə mənzilin divar kağızları yanaraq yararsız hala düşmüşdür. Mənzildə olan anasına məxsus yataq dəsti, paltaryuyan maşın, soyuducu, kondisoner, qonaq otağında olan mebel dəsti, mətbəx mebeli, xalçalar, pərdələr, çil-çıraqlar və digər məişət əşyaları yanmışdır. Sonra isə ona məxsus avtomobilə baxış keçirən zaman görmüşdür ki, avtomobilinin içərisi, çöl hissəsi, yəni hər bir hissəsi tamamilə yanmış və tam istifadəyə yararsız vəziyyətdədir. Yanğın nəticəsində ona 15000 manat maddi ziyan vurulmuşdur. Mənzil və içərisindəki bütün əşyalar anası Klaraya məxsus olmuşdur. Belə kmi, mənzil və içərisindəki əşyaları anası almışdır. Qardaşı Təqsirləndirilən şəxs mənzili və avtomobili nə üçün yandırmasını bilməmişdir. Çünki Azər ilə aralarında heç bir narazılıq olmamışdır. Azərə məxsus mənzildə heç bir əşya olmamışdır. Azərin mənzilə və avtomobilə dair heç bir hüququ yoxdur. Anası yalnız Azərin mənzildə yaşamasına icazə vermişdir. Mənzildən hər hansı bir əşyanı götürməsinə, mənzildən çıxarmasını və zərər yetirməsinə icazə verməmişdir. O da avtomobilini Azərə uşağını məktəbə aparıb-gətirməsi üçün vermişdir. Avtomobili tamamilə yanmış və yanğın nəticəsində 15000 manat maddi ziyan dəymişdir. Belə ki, avtomobilin orta bazar qiyməti 17000- 18000 manat olmuşdur. Avtomobilin yanğından sonrakı vəziyyəti ilə əlaqədar qiyməti 3000-3500 manat olmuşdur. Məhkəmə yanğın-texniki, tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-9/48xx-xx/4721 saylı rəyi ilə tam razıdır və ekspert rəyinə etirazı yoxdur. Buna görədə ona dəymiş ziyanın ekspert rəyinə əsasən götürülməsinə etiraz etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Abşeron RPİ-nin PPXB-də polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. 09 iyun 2024-cü il tarixdə saat 04:30 dəqiqədə “57-17” saylı çağırışlı avtopatrulla iş yoldaşı polis serjantı Şahid2 ilə Abşeron rayonu, Xırdalan şəhərində xidmət aparmışlar. H.Əliyev prospekti ilə avtomobillə hərəkətdə olan zaman məlumat verilmişdir ki, H.Əliyev prospektində “120” dairəsi deyilən yerin yaxınlığında yolun kənarında avtomobil yanıdırılmışdır. Bundan sonra xidməti avtomobillə həmin yer istiqamətində hərəkət etişlər. Oraya çatdıqda görmüşlər ki, yolun kənarında qara rəngli “İnfıniti FX35” markalı, 90-BM- 099 dövlət qeydiyyat nişanlı avtomobil yandırılmış və tamamilə yararsız hala düşmüşdür. Avtomobilin ətrafında tanımadığı az sayda vətəndaşlar olmuşdur. Orada olan şəxslər ilə sorğu zamanı heç kimin məlumatı olmadığını və hadisəni törədən şəxsi görmədiklərini bildirmişlər. Hadisəni törətmiş şəxsin kimliyi barədə məlumatları olmadığı üçün onu müəyyən edə bilməmişlər. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerində olan zaman məlumat verilmişdir ki, avtomobili yandıran şəxs Təqsirləndirilən şəxsdur, sonuncunun yandırdığı avtomobil bacısına məxsusdur və Azər anasına məxsus Abşeron rayonu, Masazır qəsəbəsində olan mənzilidə yandırmışdır. Sonra onlar xidmətlərini davam etdirmişlər. Həmin günü saat 17:30 dəqiqədə Xırdalan şəhəri, 26-cı məhəllədə xidmətdə olan zaman bir nəfər şəxsin piyada getməsini görmüşlər. Verilmiş məlumata əsasın həmin şəxsi Təqsirləndirilən şəxs bənzətmişlər və xidməti avtomobili saxlayaraq həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsi saxlayaraq sorğu-sual edən zaman onun xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını öyrənmişlər. Təqsirləndirilən şəxs avtomobili və evi yandırmasını etiraf etmişdir. Bundan sonra Azəri RPİ-nə gətirmişlər və aidiyyəti üzrə təhvil verərək raport yazıb idarə rəisinə məruzə etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 nənəsi, Zərərçəkmiş şəxs2 xalası, Təqsirləndirilən şəxs isə dayısıdır. Dayısı Azər subaydır, belə ki, iki dəfə evli olmuş, lakin boşanmış və üç uşağı vardır. X5 rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 67 ünvanda yerləşən binada 10 nömrəli mənzili vardır və orada Azər yaşamışdır. Dayısı Azər kirayə yaşadığı üçün nənəsi həmin mənzili müvəqqəti yaşaması üçün Azərə vermişdir. Xalası Hicranın özünə məxsus “İnfıniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili mütəmadi olaraq dayısı Azər də idarə etmişdir. Belə ki, xalası Hicran avtomobili idarə etməsi üçün Azərə etibarnamə vermişdir. Azər heç bir yerdə işləmədiyi üçün xalası Hicran həmin avtomobili Azərə vermişdir ki, uşaqlarını məktəbə aparıb-gətirsin. 09 iyun 2024-cü il tarixdə öyrənmişdir ki, dayısı Azər ilkin olaraq nənəsi Klaraya məxsus yaşadığı evi, sonra isə Xırdalan şəhərində xalası Hicranın avtomobilini yandırmışdır. Bu barədə xalası və nənəsindən öyrənmişdir. Evə və avtomobilə baxmış, avtomobil və ev tamamilə yanmış, evin içərisində olan əşyalar və təmiri yararsız halda düşmüş, avtomobil də tam istifadəyə yararsız olmuşdur. Dayısı Azərin ifadəsində onun barəsində göstərdikləri yaladır, belə ki, sonuncu ilə arasında heç bir problem olmamış, daima dayısı ilə normal münasibəti olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: -“Cinayət işi başlamaq və icraata götürmək barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, mənzil ünvan 4 ünvanında yerləşən “Qurtuluş 93” yaşayış kompleksində olan binanın 10 nömrəli mənzilidir. Mənzilin giriş qapısı açıqdır. İçəri daxil olmaqla mənzilin dəhlizidir. Dəhlizdən sol tərəfdə sanitar qovşaq və hamam sağ tərəfdə mətbəx və qonaq otağı, baş tərəfdə isə yataq otağı, sol tərəfdə isə digər yataq otağı yerləşir. Mənzilin bütün otaqları yandırılmış və tam yararsız hala düşmüşdür. Mənzilin divarlarında olan divar kağızları, otaqlarda olan mebel dəstləri, xalçalar, pərdələr, divan, paltaryuyan maşın, soyuducu, kondisioner, çarpayılar və digər əşyalar yanmışdır. Mənzilin tavan və yerə vurulmuş parketi də yanaraq yararsız hala salınmışdır. Mənzilin qapıları və sanitar qovşağında olan avadanlıqlar da yanmışdır. Mənzilin pəncərələri də yanmışdır. Mənzilin tavan hissəsində olan çil-çıraqları da yanmışdır. -Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, AVTOMOBİL “İnfiniti FX 35” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil qara rənglidir. Avtomobilin içərisi tamamı ilə yandırılmışdır3. Avtomobilin mühərrik hissəsi də yandırılmışdır. Avtomobilin şüşə pəncərələri yoxdur. Avtomobilin təkərləri yanmışdır.Avtomobilin arxa qeydiyyat nişanı üzərindədir, qabaq nişanı isə yanmışdır. Avtomobilin qabaq hissəsindən arxa qapısına qədər olan hissəsinin rəngi yanaraq ağarmışdır. Avtomobil H.Əliyev prospektində yolun kənarında saxlanılmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -“Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-479/2024 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 8000 manat cərimə cəzası təyin edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4849 saylı yanğın-texniki, tikinti-texniki və əmtəəşünaslıq rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən binada Zərərçəkmiş şəxs1 qızma məxsus 10 №li mənzildə yaranmış yanğın izlərinin nisbi analizinə görə yanğının mənbəyi, mənzilin dəhlizinə girişdən üzbəüz yerləşən yataq otağı daxilində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında, yəni baxış zamanı müəyyən edildiyi kimi yataq otağının daxilində yanğın izlərinin bərabərləşmiş səviyyədə olduğunu, otağın daxilində yanğını şərtləndirə bilən hər hansı istilik ixrac edə bilən texniki qurğu və ya onların qalıqlarının aşkar edilmədiyini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən mənzilin yataq otağının daxilində odlaq zona(-ları)nm yaradılması nəticəsində baş vermişdir. “İnfıniti FX35” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobidə yanğın izlərinin nisbi analizinə görə, yanğının mənbəyi, avtomobildə iki hissədə müstəqil və əlaqəsiz zonalarda olmuşdur. Onlardan biri avtomobilin qabaq hissəsində, digəri isə avtomobilin salonu daxilində cihazlar paneli ilə hər iki qabaq oturacaqların yerləşdiyi zonada olmuşdur. Yanğın, neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən avtomobildə iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaradılması nəticəsində baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın hadisəsi baş vermiş ünvan 4 ünvanında yerləşən binanın 10 №li mənzilinə dəymiş ziyanın ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 10848.0 manat məbləğində müəyyən edilir. Tədqiq edilən 2007ci il buraxılışlı “İnfıniti FX35” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 2007-ci il buraxılışlı “İnfıniti FX35” markalı, 90-BM- 099 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 14160,00 (17700 - 20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Baxış zamanı tədqiq olunan mənzilin tamamilə yanğının təsirinə məruz qaldığına və internet, məlumatlarında analoji elanlar tapmaq mümkün olmadığına görə, qərarın bu sualı üzrə tədqiqat aparmaq mümkün olmadı. -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsindən həmin Məcəllənin 186.2.1 və 186.2.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yarandığı üçün həmin ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi 67 nömrəli binanın 10 nömrəli mənzilinin maddi sübut kimi tanınması, Tağıyeva Hicra Fazil qızına məxsus “İnfiniti FX35” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınması və Daxili İşlər Nazirliyinin Abşeron rayonu, Xırdalan şəhərində olan Bakı-Quba şossesinin 12-ci kilometrliyində yerləşən Siqnal İdarəsinin 15 saylı duracağında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-635/2024 saylı qərarından görünür ki, təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün yəni, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs X3 özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla törədilməsi və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olması zərərçəkmiş şəxsin vəkilinümayəndəsinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs X3 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələrinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə və yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi təqsirləndirilən şəxs X6 barəsində Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxs X6 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs X6 barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 200 manat təqsirləndirilən şəxs X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 24 saat üçün nəzərdə tutulan 144 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi- 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 (bir yüz qırx dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində qərardan bilavasitə və ya Abşeron Rayon Məhkəməsi və ya həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar