Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-331/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, vəkili Nümayəndə Fariz oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Naxçıvan Muxtar Respublikası, babək rayonu, nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli işləməyən, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Culfa şəhəri, Nəsimi küçəsi ev 40, mənzil-3-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi, ev 60, mənzil 25-də kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Təqsirləndirilən şəxs 06 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin girişində, Ə.Vahid küçəsindəki işıqforun yaxınlığında idarə etdiyi “Mercedes Benz E 240” markalı, **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olub, sola dönmə əməliyyatı edərkən qarşıdan gələn “Hyundai Sonata” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilindən düşərək ona yaxınlaşıb, qəza şəraiti yaratması barədə iradını bildirdikdə o, həmin vaxt sonuncunun onu söyməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vuraraq ona alt çənənin mental hissəsinin sınığı və alt çənənin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində özünə məxsus “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkət edərək yaşadığı evə gedərkən “Qurtuluş-93” yaşayış kompleksinin işıqforunda sola dönmə əməliyyatı edən zaman “Hyundai” markalı avtomobilinin sürücüsü, sonradan adını bildiyi Ceyhun adlı şəxslə aralarında mübahisə yaranmışdır. Belə ki, həmin vaxt yolda tıxac olduğuna görə Ceyhun ondan avtomobilinin hərəkəti üçün yol istəmiş, o da sonuncuya arxa tərəfində avtomobillər dayandığına görə ona yol verə bilməyəcəyini bildirmiş, belə olduqda Ceyhunla arasında avtomobilinə yol vermədiyinə görə mübahisə yaranmış, həmin vaxt Ceyhun avtomobilindən yerə düşərək onun avtomobilinə tərəf gəlib onu nalayiq küçə söyüşləri ilə təhqir etmiş, o, da Ceyhun tərəfindən söyüldüyünü görüb avtomobilindən yerə düşərək Ceyhuna avtomobilində başqa şəxslərin olduğunu deyib sözlərinə diqqət etməsini bildirmişdir. Buna baxmayaraq Ceyhun yenə də ona qarşı təhqiredici sözlər işlətdiyinə görə əsəblərini cilovlaya bilməyib sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra isə avtomobilinə əyləşib həmin yerdən çıxıb getmişdir. Bundan bir gün sonra isə ona Abşeron rayon polis idarəsindən zəng olunmuş və o, polis idarəsinə gələrək baş vermiş hadisə barədə izahat vermişdir. Zərərçəkmiş şəxsla aralarında baş vermiş həmin dava-dalaş zamanı sonuncunun sifət nahiyəsindən küt alətlə, yəni hər hansı bir bıçağın arxa hissəsi (dəstəyi) ilə vurmamış, həmin vaxt Ceyhun ona qarşı söyüş söydüyünə görə və ona hədə-qorxu gəldiyinə görə əsəbilərini cilovlaya bilməyib onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, sonra isə avtomobilinə əyləşərək həmin yerdən çıxıb getmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxsə 2.000 manat məbləğində maddi yardım verməyə hazıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ailə üzvlərini həkimə apararkən Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin yaxınlığındakı yol ayrıcında hərəkətdə olduğu zaman qarşısına “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq ona qəza şəraiti yaratmış, bu zaman həmin “Mersedes” markalı avtomobilin sürücüsü, adını sonradan bildiyi Rəşad adlı şəxsə mobil telefon vasitəsilə danışa-danışa ona qəza şəraiti yaratmasına görə iradını bildirdikdə sonuncu ona avtomobilində başqa adam olmasaydı, onunla başqa cür danışacağını demişdir. Bundan sonra o, avtomobilini bir qədər qabaqda yol kənarında saxlayıb yerə düşərək həmin sürücüyə yaxınlaşıb ona üzrxahlıq etmək əvəzinə onunla bu şəkildə nə üçün danışdığını soruşmuşdur. Bundan sonra isə həmin sürücü, yəni Rəşad adlı şəxslə aralarında mübahisə yaranmış, həmin vaxt Rəşadın yanında olan, sonradan adını bildiyi Orxan adlı şəxs qolundan tutub onunla söhbət etmək istədiklərini demişdir. Bir daha sonuncuya düzgün hərəkət etmədiyini, idarə etdiyi avtomobillə qəza şəraiti yaratdığına görə ondan üzr istəməyinin əvəzində onunla mübahisə etdiklərinin doğru olmadığını bildirmişdir. Həmin vaxt Rəşad avtomobilindən düşərək ona “kəsərəm-soxaram” hədə-qorxusu ilə onun üstünə gəlmiş, sonra Rəşadın avtomobilindən bir qadın yerə düşüb sonuncunu geri çağırmış, həmin vaxt o, Rəşada avtomobilində qadın olduğu halda onunla mübahisə etdiyinə görə iradını bildirmişdir. Sonra isə geri dönüb getməyə başlamış, Rəşad da öz avtomobilinə doğru hərəkət etmiş, bir neçə saniyədən sonra isə qəflətən çənə nahiyəsindən hansısa bir küt alətlə vurulduğunu görmüşdür. Həmin vaxt geri dönüb baxarkən onu Rəşadın vurduğunu və avtmobilinə doğru qaçdığını görmüşdür. Belə ki, Rəşad onun çənə nahiyəsindən həmin vaxt avtomobilindən götürdüyü bıçağın arxa hissəsi ilə vurmuşdur. Rəşad onu vurduqdan sonra bıçaq Rəşadın əlindən yerə düşdüyü üçün həmin bıçağı sonuncunun yanındakı Orxan adlı şəxs götürərək cibinə qoymuş və sonra onlar hadisə yerindən çıxıb getmişlər. Ona görə də həmin vaxt avtomobilində olan həyat yoldaşı Şahid5 anası Şahid3 telefon vasitəsilə məlumat vermiş, anası Gülxar da bir qədər sonra həmin yerə gəlmiş və döyüldüyünü, yəni çənə nahiyəsinin qan içində olduğunu görüb DİN-in “102” xidməti zəng mərkəzi sisteminə bu barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, həmçinin bundan sonra da ailə üzvləri onu Sumqayıt şəhər Travmatalgiya xəstəxanasına aparmışlar. Xəstəxanada ilkin olraq həkimlər çənə nahiyəsinə təxminən 5-6 tikiş qoymuş, ertəsi gün də çənə sınığı diqnozu ilə həmin xəstəxanada çənə nahiyəsindən açıq əməliyyat olunmuşdur. Göstərmişdir ki, hadisə vaxtı Rəşad onun çənə nahiyəsindən avtomobilindən götürdüyü bıçağın arxa hissəsi ilə (tiyəsi) bir dəfə vuraraq mənə xəsarət yetirmiş, həmin vaxt Rəşad onun çənə nahiyəsinə vurub ona xəsarət yetirsə də, o, Rəşada qarşı heç bir fiziki güc tətbiq etməmiş, ona əl qaldırmamış, çünki Rəşad onu vuran kimi iki dişi qırılaraq yerə düşmüş və çənə nahiyəsindən qan açıldığı üçün qanı dayandırmağa çalışmışdır. Rəşadla aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt tanımadığı bir neçə nəfər şəxs onlara yaxınlaşaraq mübahisəni sakitləşdirməyə çalışmışlar. Əlavə olaraq göstərmişdir ki, hadisədən 2-3 gün sonra Rəşad ailə üzvləri ilə birlikdə onun yaşadığı evə gələrək üzrxahlıq etmiş və onu bağışlamasını istəmiş, həmçinin Rəşad ona xəstəxana xərclərini, yəni 4000 manat pulu ödəyəcəyinə söz verdiyi üçün xx.xx.2020-ci il tarixdə o, Abşeron RPİ-nə təkrar ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, lakin həmin vaxtdan sonra Rəşadla bir neçə dəfə telefon əlaqəsi saxladığı zaman ona müxtəlif bəhanələr gətirməyə başlamış və sonrakı vaxtlarda da onunla əlaqə saxlamamış, bu səbəbdən də yenidən Rəşad barəsində şikayətçi olmuşdur. Bir daha bildirir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu döyməsi səbəbindən Sumqayıt travmatalogiya xəstəxanasında çənə nahiyəsindən əməliyyat olunmağına görə müəyyən qədər xərcləri çıxmışdır. Təqsirləndirilən şəxsin ona təklif etdiyi 2.000 manat məbləğində puldan imtina edir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iddia tələbinin təmin olunmasını, mülki cavabdeh, təqsirləndirilən şəxsdən ona dəymiş maddi və mənəvi ziyanın yəni 10.000 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pul vəsaitinin alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisidir və təxminən 7-8 il olar ki, bir-birlərini tanıyırlar. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində Rəşadla birlikdə onun anasını Bakı şəhərində yerləşən Onkologiya mərkəzindən yaşadıqları Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinə gətirdikləri zaman həmin kompleksin girişindəki yol ayrıcında Rəşadla sonradan adını bildiyi Ceyhun adlı şəxsin arasında bir-birilərinin avtomobillərinə yol vermək üstündə mübahisələri yaranmışdır. Belə ki, həmin vaxt Rəşad idarə etdiyi “Mersedes” markalı avtomobillə Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkət edərək Qurtuluş-93 yaşayış kompleksinin girişindəki yol ayrıcında sola dönmə əməliyyatı edərkən əks istiqamətdə hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobilin sürücüsü, sonrdan adını bildiyi Ceyhun adlı şəxslə aralarında mübahisə yaranmış, həmin vaxt Ceyhun Rəşaddan yol istəmiş və Rəşad da ona arxa tərəfində avtomobillər dayandığına görə ona yol verə bilməyəcəyini bildirmişdir. Bu zaman Ceyhun avtomobilindən yerə düşərək Rəşadın avtomobilinə tərəf gəlib Rəşadı nalayiq küçə söyüşləri ilə təhqir etmiş, Rəşad da həmin vaxt avtomobilindən yerə düşərək Ceyhuna iradını bildirib avtomobilində başqa şəxslərin olduğunu bildirmişdir. Buna baxmayaraq Ceyhun yenə də Rəşada qarşı təhqiredici sözlər işlətmiş, bu zaman isə Rəşad Ceyhunun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Sonra isə avtomobilinə əyləşərək həmin yerdən çıxıb getmiş, o, da Ceyhunun sifət nahiyəsindən xəsarət aldığını görüb bir qədər hadisə yerində dayanıb ona köməklik göstərmiş, sonra Ceyhun da həmin yerdən çıxıb getmişdir. Mübahisə zəmnində Rəşad onun sifət nahiyəsindən küt alətlə, yəni hər hansı bir bıçağın arxa hissəsi (dəstəyi) ilə vurmamış, həmin vaxt Ceyhun Raşadın avtomobilinə yaxınlaşıb ona söyüş söydüyünə və hədə-qorxu gəldiyinə görə Rəşad onun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, sonra isə avtomobilinə əyləşərək həmin yerdən çıxıb getmiş, mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid X3 elan olunmuş ifadəsindən görünür ki, hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində məhkəmə-tibb eksperti, şöbə rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə “MTE və PA” Birliyi phş-in Təkrari ekspertizalar şöbəsinə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mirdamət Qədirlinin xx.xx.2020-ci il tarixli qərarı daxil olmuşdur. İcraatina daxil olmuş həmin qərarda Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Rəşad adlı şəxs tərəfindən döyülməsi faktı ilə əlaqədar Zərərçəkmiş şəxs Abşeron MTE-nin eksperti Fuad Firidovun onun barəsində düzgün rəy vermədiyini qeyd etdiyindən onun müayinə olunaraq bədəni üzərində olan xəsarətlərin dərəcəsini müəyyən etmək üçün təkrar məhkəmə-tibb ekspertizası keçirilməsi zərurəti yarandığı qeyd olunmuşdur. Qərarın icrası ilə əlaqədar Zərərçəkmiş şəxs 08 dekabr 2020-ci il tarixdə Birliyin Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilmiş, müayinə zamanı 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya belə nəticəyə gəlmişdir ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-alt çənənin mental hissəsinin sınığı və alt çənənin sıyrığıbərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Onun tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli T 349/2020 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu, yuxarıda qeyd olunan xəsarətlərin xx.xx.2020-ci il tarixdə törənə bilməsi qeyd olunması mexaniki səhv olmuş, yəni Zərərçəkmiş şəxs almış olduğu həmin xəsarətlərin xx.xx.2020ci il tarixdə törənə bilməsi mümkündür. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur və oğlunun “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində oğlu Rəşad idarə etdiyi “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu xəstəxanadan gətirmiş və yaşadıqları ev istiqamətində hərəkətdə olmuşlar. “Qurtuluş-93” yaşayış kompleksinin işıqforunda “Hyundai” markalı avtomobilinin sürücüsü, sonradan adını bildiyi Ceyhun adlı şəxslə oğlu Rəşad arasında mübahisə yaranmış, belə ki, həmin vaxt yolda tıxac olduğuna görə Ceyhun oğlundan yol istəmiş, onların avtomobilinin arxasında avtomobillər dayandığına görə oğlu ona yol verə bilməmiş, buna görə də Ceyhun maşınından düşüb onların maşınına tərəf gələrək oğlu Rəşadla mübahisə etməyə başlamış və oğlunu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Həmin vaxt oğlu Rəşad avtomobildən yerə düşərək Ceyhuna irad bildirmiş və sözlərinə diqqət etməyi bildirmişdir. Lakin Ceyhun oğluma qarşı yenidən təhqiredici sözlər işlətdiyinə görə oğlu əsəblərini cilovlaya bilməyib Ceyhunun sifətindən bir dəfə əli ilə vurmuş, sonra isə gəlib avtomobilə əyləşib sürüb getmiş, sonradan eşitmişdir ki, həmin Ceyhun adlı şəxs oğlu barəsində polisə şikayət vermişdir. X12 söyüb təhqir etdiyi üçün onun sifətindən bir dəfə əli ilə vurub maşına gəlib əyləşmiş, həmin vaxtı oğlunun əlində hər hansı alət olmamış və Ceyhun heç bir alətlə vurulmamış, yalnız bir dəfə Rəşad əli ilə onun sifətindən vurmuşdur. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun oğludur və oğlu Ceyhunun “Hyundai Sonata” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili olmaqla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində gəlini Şahid5 onun mobil telefonuna zəng edərək yaşadıqları Qurtuluş-93 yaşayış kompleksinin yaxınlığındakı yolayrıcında oğlu Ceyhunun bir nəfər sürücü ilə arasında mübahisə düşdüyünü və həmin sürücü tərəfindən oğlunun döyülərək xəsarət aldığı barədə məlumat vermişdir. O, cəld həmin yerə gəlmiş və oğlu Ceyhunun maşının Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin yaxınlığındakı yol ayrıcında olduğunu, oğlunun isə çənəsindən xəsarət aldığını görmüş, oğlundan xəsarət alması ilə bağlı məlumat aldıqda məlum olmuşdur ki, oğlu idarə etdiyi “Hyundai Sonata” markalı, **- VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin yaxınlığındakı yol ayrıcında hərəkətdə olduğu zaman qarşısına “Mersedes” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxaraq ona qəza şəraiti yaratmış, oğlum həmin avtomobilin sürücüsünə öz iradını bildirdikdə aralarında mübahisə düşmüş və həmin sürücü tərəfindən döyülərək çənəsindən xəsarət almışdır. O, oğlu Ceyhunun döyüldüyünü, yəni çənə nahiyəsinin qan içində olduğunu görüb telefonu ilə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə bu barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonra oğlunu Sumqayıt şəhər Travmatalogiya xəstəxanasına aparmış, xəstəxanada ilkin olaraq həkimlər oğlunun çənə nahiyəsinə təxminən 5-6 tikiş qoymuşlar. Ertəsi gün də oğlu «çənə sınığı» diqnozu ilə həmin xəstəxanada çənə nahiyəsindən açıq əməliyyat olunmuşdur. Əlavə olaraq göstərmişdir ki, hadisə yerinə gəldikdə orada hər hansı iti və yaxud küt alət olduğunu görməmiş, lakin orada danışıqdan belə başa düşmüşdür ki, oğlu kəsici alətin küt hissəsi ilə xəsarət almışdır, buna görə də DİN-nin 102 xidmətinə verdiyi məlumatda oğlunun bıçaqla çənəsindən xəsarət aldığını bildirmişdir. Əsl həqiqətdə hadisə yerində oğlunun bıçaqla çənəsindən xəsarət aldığının şahidi olmamışdır. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu avtomobillə Qurtuluş 93 yaşayış kompleksinin girişindəki yol kənarında dayanıb müştəri gözləyərkən tanışı Zərərçəkmiş şəxsla bir nəfər şəxsin mübahisəsini görmüş, həmin vaxtı sonunculara yaxınlaşaraq sakitləşdirməyə çalışmış, bu anda Mercedes markalı avtomobilin sürücüsü maşınına yaxınlaşaraq oradan nə isə götürmüş və Ceyhuna arxadan yaxınlaşaraq çənəsindən bir dəfə vurmuş və sonra avtomobilinə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Ceyhunla birlikdə saat 18 radələrində evdən çıxıb azyaşlı uşağını həkimə apararkən Qurtuluş 93 yaşayış kompleksinin girişindəki yolayrıcında Mercedes markalı avtomobilin sürücüsü onların avtomobilinin hərəkətini gözləməli olduğu halda sola dönmək istəyərək Ceyhunun avtomobilinin qarşısına çıxmış və bu səbəbdən həmin sürücü ilə Ceyhun arasında mübahisə düşmüş, yoldaşı Ceyhun avtomobildən düşüb həmin Mercedes markalı avtomobilin sürücüsünə tərəf getmiş və sonuncular arasında mübahisə yaranmış, bu vaxtı Mercedes markalı avtomobilin salonundan bir nəfə kişi və bir qadının da düşdüyünü görmüş, belə olan halda Ceyhun avtomobildən qadın düşdüyünü görüb oradan kənarlaşaraq avtomobilinə tərəf yaxınlaşdıqda həmin Mercedes markalı avtomobilin sürücüsü avtomobilindən nəsə götürərək Ceyhunun arxasınca gəlib onun çənəsindən bir dəfə vurmuş və avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, mobil telefonla qaynanası Şahid3 zəng vuraraq bu barədə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, T349/2020 nömrəli rəyindən görünür ki, X6 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində – alt çənənin mental hissəsinin sınığı, alt çənənin sıyrığı - bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlər xx.xx.2020-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. X1 almış olduğu xəsarətlər bir mexanizmdən əmələ gəldiyindən onların ayrı-ayrılıqda qiymətləndirilməsi məhkəmə-tibbi baxımdan düzgün deyildir.X1 adına Birliyin Abşeron rayon şöbəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli 1850 saylı rəyin təsviri hissəyə uyğun olmuşdur. Belə ki, rəyin tərtibatı zamanı X6 tibbi sənədləri və alt çənənin rentgen şəxli ekspertə təqdim olunmamışdır. Qeyd edilən xəsarət bədənin qabarıq hissəsində yerləşdiyindən şəxsin öz boyu hündürlüğündan üzü üstə yerə yıxılması zamanı əmələ gələ bilməsi inkar olunmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sumqayıt Tibbi Mərkəzinin xx.xx.2022-ci il tarixli 522 saylı məktubundan görünür ki, X8 xx.xx.2020-ci il tarixdə saat 21:00-da Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, Diaqnoz- Alt çənənin əzilmiş yarası, Alt çənənin sınığı, xəstənin alt çənə nahiyəsində yara birincili cərrahi işlənmiş, Tetanus əlehinə anatoksin vurulmuş, rentgenqrafiya edilmiş, xəstəyə stasionar müalicə məsləhət görülmüş, xəstə stasionar müalicədən imtina etmiş, tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilmişdir. Zərəçəkən şəxsin vəkili Nümayəndə vəsatəti əsasında verilmiş məhkəmə sorğusuna əsasında daxil olmuş Azərbaycan Respublikasının DİN-in X5 xidmətinin xx.xx.2022-ci il tarixli 00315610/222 saylı məktubundan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən (01 ay) sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 127.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayətin törədildiyi gündən iki il keçmişdir, yəni təqsirləndirilən şəxs həmin cinayəti 06 sentyabr 2020-ci il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı baş vermiş hadisə nəticəsində Sumqayıt tibi Mərkəzinin xx.xx.2022-ci il tarixli 522 saylı məktubunu əsas gətirərək, aldığı xəsarətlərin müalicəsinə sərf etdiyi vəsaitin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulması barədə cinayət prosesində mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi Sumqayıt tibbi Mərkəzinin xx.xx.2022-ci il tarixli 522 saylı məktubundan görünür ki, zərərçəkmiş şəxsə stasionar müalicə məsləhət görülmüş, xəstə stasionar müalicədən imtina etmiş, tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilmişdir. Mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, həmin mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Eyni zamanda zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz ) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz ) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-331/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-331/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver