Məhkəmə qərarları › İş №1(012)-332/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-332/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-332/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2024-cii il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, V.Quliyev küçəsində on dörd yaşına çatmayan, xx xxxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşaraq adını soruşub yanaq nahiyəsindən öpmüş, sonra isə onun əlindən tutub yaxınlıqdakı daş hasarın yanma aparıb orada qucaqlayıb üzündən öpüb sonra isə əlləri ilə sinə nahiyəsini əlləyib ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anlaşılmamazlıq olmuşdur .Belə bir hərəkəti Zərərçəkmiş şəxs etməmişdir. Heç kəsə bu vaxta qədər pislik etməmişdir. Zərərçəkmiş şəxs edilən ekspert rəyindən də görünür ki, Zərərçəkmiş şəxs yanlış hərəkət etməmişdir. Pisliyə belə yaxşılıqla cavab vermişdir. Ona təzyiq olunmuşdur. Bakı İstintaq Təcridxanasına gəldikdən xeyli müddət sonra ona təzyiq olunması ilə bağlı araşdırma aparılmağa başlanılmışdır. Ona görə də könüllü olaraq ekspertiza keçirilməsindən imtina etmişdir. Günahı olmadığı halda həbsdədir. Məhkəmədən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyəqədər cinayət işinin istintaqı dövründə verdiyi ifadəsində isə göstərmişdir ki, 2024-cü il yanvar ayının ortalarında Həcc ziyarətində olmuş, bu günə kimi ailə həyatı qurmamışdır. xx.xx.2024-cü il tarixdə saat dostu Elnur onu Abşeron rayon Xırdalan şəhəri Gənclər şəhərciyinin yaşadığı ünvana dəvət etmiş, o da etiraz etməyərək sonuncunun təklifi ilə razılaşmışdır. Aykido idmanı ilə məşğul olduğu üçün məşq prosesində qabırğasından xəsarət almış, buna görə qabırğasında küt ağrılar olduğu üçün ağrıkəsici dərman qəbul etmişdir. Sonra mobil telefonunda olan “Yango” taksi programı ilə sözügedən ünvana taksi sifariş vermişdir. xx.xx.2024-cü il tarixdə 15:30 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Lider TV”-də tünd boz rəngli üzərində “Yango” sözü yazılmış “Honda İnsayt” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Xırdalan şəhəri “Gənclər” şəhərciyinin arxasında yaşayan dostu Elnurun yaşadığı evin yaxınlığında avtomaşından düşmüş, həmin vaxt əynində qara rəngli köynək göy rəngli cins şalvar olmuşdur. O, avtomaşından düşdükdə küçədə tanımadığı azyaşlı bir oğlan və bir qız uşaqların birlikdə oynadığını görmüş, həmin uşaqları ilk dəfə idi ki, görürdü. O, sarı rəngdə şortik və köynək geyinən balaca qız uşağı diqqətini çəkdiyi üçün ona yaxınlaşıb oynamağa başlamış, sonra sonuncunun sifət nahiyyəsindən öpməyə başlamışdır. Həmin vaxt ona qarşı hissləri ehtirası oyanmağa başlamış, bu zaman heç kes görməsin deyə azyaşlı qızı tanımadığı şəxsin fərdi yaşayış evinin divarın küncünə çəkmişdir. Bu zaman o, əli ilə sonuncunun sinə nahiyyəsinə döş nahiyyəsindən əlləşdirərək bədənindən gəzdirməyə başlamış, yerdə oturaraq onu qucağlayıb öpərək ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlamışdır. Həmin vaxtı uşağın valideyini onları görmüş, uşaq onun yanından anası tərəfə getmiş, azyaşlının adının bilmədiyi anası onu görsə də bəlkədə qorxudan heçnə deməmiş, sonra dostu Elnurun yaşadığı ünvana getmişdir. Bir qədər Elnurgildə oturduqdan sonra onun yaşadığı ünvanın yaxınlığında marketə getmiş, marketdə “Emanat” elektron ödəmə terminalı vasitəsi ilə “Misli.az” saytına pul yükləyərək çıxmış, marketdən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq uşağa kiminsə sataşdığını və həmin şəxsin də ona oxşadığını demiş, o da qorxduğu üçün və biabır olmamaqdan ötrü inkar etmiş, həmin şəxs də ona azyaşlı övladının və arvadının həmin şəxsi gördüyünü bildirmişdir. Bu səbəbdən sonuncu onu həmin şəxslə üzləşdirmək istədiyini demiş, o da etiraz etməyərək onunla yaşadığı ünvanın qarşısına getmişdir. Evin qarşısında qadın və uşaq onu görən kimi “bax budur” deyərək işarə etmiş, sonra mən həmin qadına onu kimləsə səhv salır eyni zamanda onlara ola bilsin onu kiməsə oxşadır sözlərini demiş, bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Adını bilmədiyi uşağın atası qonşunun evində qapısındakı kamera göntülərinə baxmağı təkif etmiş, o da əlacsız qalıb birlikdə getməyə razı olmuş, kamera görüntülərinə baxdıqda onun taksidən düşməyi görünsədə sonunculara həmin sözügedən “Honda İnsayt” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmədiyini demişdir. Söhbət əsnasında həmin azyaşlının valideinlərə London taksisi ilə, yəni başqa avtomaşınla gəldiyini deyərək öz yalanları ilə həmin şəxsləri inandırmaq istəmişdir. Azyaşlı uşağın atası onun etiraf etmədiyini görüb onunla mübahisə etməmiş, sonra uşağın atası ona DİN-nin 102 xidmətinə zəng edəcəyini və polis əməkdaşları hadisəyə hüquq qiymət verərlər sözünü deyərək şikayət etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisənin necə baş verdiyini soruşmuş, o da polisə uşağın valideyinlərinin onu kiməsə bənzətdiklərini, səhv saldıqlarını bildirmişdir. Polis əməkdaşlarına şifahi olaraq sözügedən yerə London taksisi ilə gəldiyini yalandan bildirmiş, sonra mobil telefonunda olan “yango” taksi mobil tətbiqini tez silmiş, halbuki “Yango” taksi şirkətinə məxsus “Honda İnsayt” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəmiş, polis idarəsinə getdikdən sonra azyaşlı qıza qarşı seksual hərəkətlər etməsini səmimi etiraf etmiş, etdiyi əməldən çox peşmandır və bir daha azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməyəcəyinə söz verir. Məhkəmə iclasında qanuni nümayəndə Şahid2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağsu rayonu, Cəlair kənd tam orta məktəbin 5-ci sinifini bitirmişdir. 17 iyun 2024-cü il tarixdə yay tətili ilə əlaqədar qalmaq üçün Abşeron rayonu, Masazır kəndində yaşayan dayısı Şahid4gilə gəlmiş, həmin vaxtdan onlarda qalırdı. Dayısının həyat yoldaşı (gəlinbacısı) Şahid3 və onun oğlu Əli və qızı Elayla qalırlar. 22 iyun 2024-cü il tarixdə saat 19 radələrində dayısı arvadı Aytac qızı Elayla məhəllələrində yerləşən marketə getmiş, dayısı oğlu Əli isə küçəyə oynamağa getmişdir. O evdə tək olduğu üçün küçəyə çıxıb Əli ilə oynamış, həmin vaxt avtomobil saxlamış və bir nəfər saqqalı kişi maşından düşüb onlara tərəf gəlmiş, ona yaxınlaşıb adını soruşmuş, o sonuncuya adının Xədicə olduğunu demişdir. Bundan sonra həmin şəxs onun üzündən öpmüş, sonra isə onun əlindən tutub demişdir ki, gedək söhbət edək. Həmin şəxs onu dayısıgilin evindən təxminən 15 metr aralıda olan yarımçıq tikilinin yanma gətirmiş, orada yerə çöməlib onu qucaqlamış və əlləri ilə sinəsini sığallamış və sonra isə üzündən öpmüş, o həmin kişiyə istəmədiyini demiş, həmin kişi isə ona demişdir ki, ondan xoşu gəlir. Sonra yenidən əlləri ilə sinəsini sığallamış və orada daşın üstündə oturub onu da yanında otuzdurub yenə də əlləri ilə sinəsini sığallamaq istəmiş, o isə belə hərəkətlər etməməsini demişdir. Bu vaxt yaxınlıqda oynayan dayısı oğlu Əli qışqırıb bibisinin gəlməsini demiş, o isə bibisinin yanma getmək istəyəndə həmin kişi onun qolundan tutub oturmağı demişdir. O, isə ona onu buraxmasını və əl çəkməsini deyəndə bibisi onu görüb qışqırıb yanına çağırmış, bibisi Aytac onun əlindən tutub evə tərəf apararkən həmin kişinin kim olduğunu və onun yanında niyə oturduğunu soruşmuş, o isə həmin kişini tanımadığını və adını soruşub sonra onu aparıb daşın üstündə otuzdurduğunu demiş, evə gələndən sonra isə bibisinə həmin kişinin onun üzündən öpməsini və əlləri ilə sinəsini sığalladığını demiş, bibisi isə dayısını oyadıb onu küçədə öpən kişini tapmasını demiş, dayısı və bibisi küçəyə çııxmış, ancaq həmin kişini tapa bilməmişlər. Bir az sonra dayısı küçədə gəzib həmin şəxsi tapmış və onunla üzləşdirmiş, o da dayısına onu öpən və əlləri ilə sinəsini sığallayan şəxsin həmin şəxs olmasını demişdir. Bundan sonra dayısı polis məlumat vermiş və onları polis idarəsinə çağırmışlar, orada həmin şəxsin ona qarşı etdiklərini olduğu kimi danışmışdır. Göstərmişdir ki, həmin şəxs onun üzündən öpdükdən və sinəsini əlləri ilə sığalladıqdan sonra ona qarşı başqa heç nə etməmiş, həmin vaxt yanlarında heç kim olmamış, dayısı oğlu Əli isə həmin vaxt evlərinin yanında oynamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, 11 yaşlı Zərərçəkmiş şəxs doğma qızıdır, qızı Xədicə 17 iyun 2024-cü il tarixdən yaşadığı Ağsu rayonundan yay tətili olduğu üçün qaynının evinə qonaq gəlmişdir. Qaynının da 3 yaşlı bir oğlu və 6 yaşlı bir qızı vardır. 22 iyun 2024-cü il tarixdə saat 19 radələrində azyaşlı qızı Xədicə həyətdə oynamış, baldızı Aytac qızı Elayla məhələlədəki marketə alış-veriş üçün getmişdir. Sonuncunun oğlu Əli və qızı Xədicə isə həyətə oynamaq üçün düşmüşlər. Onlar mağazadan geri qayıtdıqda qızı Xədicənin evdən 15 metr qarşıda mişar daşından inşa edilmiş hasarın üstündə oturduğunu və yanında orta yaşlı keçəl başlı, saqqallı şəxsin oturduğunu və Xədicəyə nəsə dediyini görmüş, Xədicə Aytacın gəldiyini görüb onun yanma gəlmək istədikdə həmin kişi onu saxlamaq istəmiş, Xədicə sonuncunun yanma gəldikdən sonra Aytac ondan həmin şəxsin kim olduğunu və niyə görə onun yanında oturduğunu soruşmuş, Xədicə ona həmin şəxsi tanımadığını, həmin şəxsin Xədicədən adını soruşduğunu və sonra isə orada yanında otuzdurduğunu, həmin kişinin onu qacaqladığım və üzündən öpdüyünü, əlləri ilə sinəsini əllədiyini Aytaca bildirmiş, Aytac tez evə qızımı apararaq bu barədə Elbəyə deyib tez küçəyə çıxıb həmin şəxsi tapmasını bildirmiş, Elbəy maşın ilə gedib bir qədər sonra həmin şəxsi tapıb gətirmiş, sonra isə DİN-nin 102 xidmətinə zəng vurub qızım Xədicəyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 iyun 2024-cü il tarixdən Ağsu rayonunda yaşayan baldızının 11 yaşlı qızı Zərərçəkmiş şəxs yay tətili olduğu üçün onlara qonaq gəlmiş, onun 3 yaşlı bir oğlu və 6 yaşlı bir qızı vardır. 22 iyun 2024-cü il tarixdə saat 19 radələrində qızı Elayla məhələlədəki marketə alış-veriş üçün getmiş, oğlu Əli və baldızı qızı Xədicə isə evdə olmuşdur. O, Elayla maarketdən qayıdanda Əlinin küçədə olmasını Xədicənin isə evindən 15 metr qarşıda mişar daşından inşa edilmiş hasarın üstündə oturduğunu və yanında orta yaşlı keçəl başlı, saqqallı şəxsin oturduğunu və Xədicəyə nəsə dediyini görmüşür. Xədicə onun gəldiyini görüb onun yanma gəlmək istəyəndə həmin kişi onu saxlamaq istəmiş, o isə Xədicəyə qışqırıb yanma çağırmış, Xədicə yanma gəldikdən sonra ondan həmin şəxsin kim olduğunu və niyə görə onun yanında oturduğunu soruşmuş, Xədicə ona həmin şəxsi tanımadığını onun Xəldicədən adının soruşduğunu və sonra isə orada yanında otuzdurduğunu demişdir. O, Xədicə və Əlini evə aparanda həmin şəxs onların arxasınca gəlib sonra isə geri qayıtmış, o evə gəlib həyat yoldaşı Elbəyi oyadıb uşaqları nə üçün küçəyə çıxmasına icazə verdiyini soruşmuşdur. Elbəy nə olduğunu soruşmuş Və uşaqların ondan xəbərsiz həyətə çıxdıqlarını demiş, o isə evə gələndə Xədicənin bir nəfər saqqallı və keçəl baş kişi ilə daşın üstündə oturub danışdığını Elbəyə demişdir. Elbəy isə küçəyə çıxıb axtarmış, lakin həmin şəxsin kim olduğunu bilməmişlər. O, Xədicədən həmin şəxsin ona nə dediyini soruşanda Xədicə ona həmin kişinin onu qacaqladığım və üzündən öpdüyünü, əlləri ilə döşlərini əllədiyini bildirmişdir. Sonra isə yarımtikiliyə tərəf aparıb orada qucağına alıb yenə də sinəsini əllədiyini demiş, o, isə bunu Elbəyə deyib tez küçəyə çıxıb həmin şəxsi tapmasını bildirmişdir. Elbəy maşın ilə gedib bir qədər sonra həmin şəxsi tapıb evinin qarşısına gətirmiş, o və Xədicə həmin şəxsi görüb tanımış, ancaq həmin şəxs elədiyi hərəkətləri boynuna almamışdır. Özünün Hacı olduğunu, ilahiyyatçı olmasını qonşuluqda yaşayan Hacı Elnurun evinə qonaq gəldiyini demiş, Elbəy həmin şəxslə Elnurun evinə getmişdir. Sonra evə gəlib DİN-nin 102 xidmətinə zəng vurub Xdicəyə qarşı əxlaqsız hərəkətlər etməsi barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onların ünvana gəlmiş, həmin şəxsi və onları polis idarəsinə dəvət etmişlər. Xədicə polis idarəsində sonradan adının Salman olduğunu bildiyi şəxsin onun üzündən öpməsini, qucağına alıb sinəsini əlləməsini bildirmiş, Salman adlı şəxsi tanımır və onunla heç vaxt münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 17 iyun 2024-cü il tarixdən Ağsu rayonunda yaşayan bacısının 11 yaşlı qızı Zərərçəkmiş şəxs yay tətili olduğu üçün onlara qonaq gəlmişdir. Onun 3 yaşlı bir oğlu və 6 yaşlı bir qızı vardır. 22 iyun 2024-cü il tarixdə saat 18 radələrində işdən evə gəlib çörək yeyib uzanmış, həmin vaxt arvadı Aytac qızı Elayla marketə getmiş, oğlu Əli ilə bacısı qızı Xədicə isə küçədə oynamışlar. Saat təxminən 19 radələrində Aytac evə gəlib onu oyatmış və ona Əli ilə Xədicəni nə üçün küçəyə çıxmalarına icazə verdiyini soruşmuş, o isə nə baş verdiyini soruşanda ona küçədə bir kişinin Xədicəni yanına çağırıb qucağında otuzdurduğunu, o evə qayıdanda həmin şəxsin Xədicə ilə daşın üstündə oturduğunu gördüyünü, həmin şəxsin keçəl başlı, saqqallı və eynəkli olduğunu bildirmişdir. O bunu eşidəndən sonra Aytacla küçəyə çıxıb yaxın ətrafı axtarmış, lakin həmin şəxsi tapa bilməyib evə qayıtmışdır. Evə qayıdandan sonra Aytac Xədicə ilə söhbət edib ona demişdir ki, həmin kişi Xədicəni öpüb və sinəsini əlləyib, buna görə o evdən çıxıb maşını ilə küçəsində hərəkət edib marketə gəlmişdir. Həmin vaxt marketdən bir nəfər Aytacın dediyi əlamətlərə uyğun kişinin çıxdığını görüb ona yaxınlaşıb bir az əvvəl bacısı qızını qucaqlayıb öpməsini ona demişdir. Həmin şəxs ona «mən Hacı adamam ilahiyyatçıyam, ola bilsin kimləsə səhv salırsan» demiş, belə olduqda həmin şəxsə demişdir ki, «otur maşına gedək evə bacım qızı və həyat yoldaşım həmin şəxsi tanıyırlar». Həmin şəxs onun maşınına əyləşib onların evinə gəlmiş, evin qarşısında küçədə bacısı qızı Xədicə və həyat yoldaşı həmin şəxsi görüb tanımış və Xədicə həmin şəxsin üzündən öpməsini və əlləri ilə sinəsini əlləməsini demiş, lakin həmin şəçxs yenə də əməlini boynuna almamış və demişdir ki, ona oxşayan başqa adam olmuşdur. Həmin şəxs qonşuluqda olan Hacı Elnurun onu tanıdığını və onlara qonaq gəldiyini demiş, o, isə onunla birlikdə Elnur adlı şəxsin evinə getmiş, Elnur həyətə çıxıb bildirmişdir ki, həmin şəxs onun qonağıdır və ailəvi gediş-gəltşləri vardır. O, isə Elnura həmin şəxsin bacısı qızma qarşı əxlaqsız hərəkətlər etməsini bildirmiş, Elnur isə həmin şəxsin neçə saatdır onun evində olduğunu və həmin şəxsin ilahiyyatçı olmasını bu hərəkətləri etməməsini demiş, belə oluqda o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, polis əməkdaşları gəlib onları polis idarəsinə dəvət etdikdən sonra adının sonradan Salman olduğunu bildiyi şəxsin Xədicənin üzündən öpməsini, qucağına alıb sinəsini əlləməsini etiraf etmişdir. O, Salman adlı şəxsi tanımır və onunla heç vaxt münasibət olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işi başlama və icraata qəbul etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlıi, 4(012)-506/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, 23 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 275 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb, aşağıdakı nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı qoyulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.

3. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 1856 saylı rəyindən görünür ki: Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. İş üçün əhəmiyyət kəsb edən hallan düzgün davranmaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik və kəmağıllılıq aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə hər hansı psixi xəstəlik və kəmağıllılıq qeyd olunmamışdır. Zərərçəkmiş şəxs ona qarşı qərarda təsvir olunan əməl törədilərkən öz həçrəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ünsiyyətçilik, sadəlövlük, hər kəslə yaxşı yola getmək, aqressiv davranışlara meylli olmamaq, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli-intellekual inkişafı normaya uyğundur, gerilik əlamətləri müşahidə edilmir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərin mahiyyətini öz yaş xüsusiyyətləri çərçivəsində dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs əqli və psixzi inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətləri iş üçün əhəmiyyətli halları adekvat olaraq qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2042 saylı rəyindən görünür ki: -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayrs zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs prinsipiallıq, inadkarlıq, özünümüdafiə etməyə meyillilik kimi fərdipsixioloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixioloji sarsıntı keçirməsi müəyyən edilmir. Təqsirləndirilən şəxs psixioloji durumu normaya uyğundur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə sübut əhəmiyyətli olduğundan bir ədəd DVD diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü saat 19:52:42 saniyədən başlayaraq 02 dəqiqə 20 saniyə davam etmişdir. Kameranın fiksə etdiyi dairədə qarşıda yarımtikili mişar daşından bir neçə daş hörülmüş hasar vardır və həmin hasar boş torpaq sahəsini əhatəyə almışdır. Hasar alçaq olduğundan qarşı tərəfdə üzərində iki nəfər uşaq əyləşmişdir və onlardan biri qız uşağı olmaqla uzun saçları və əynində sarı rəngli donu vardır. Həmin anda üzərində «Yango» sözləri yazılmış Toyota Prius markalı avtomobil kameranın görüntü dairəsində görünür və sola dönərək hərəkət edib görüntü dairəsindən keçir. Bir neçə saniyə sonra bir nəfər əynində qara paltarı olan təxminən 35 yaşlı keçəl kişi cinsindən olan şəxs iti addımlarla mişar daşının üzərində əyləşmiş uşaqlara yaxınlaşır və daşın üzərində əyləşib əynində sarı rəngli üst donu olan uşağa yaxınlaşır və həmin uşağı qucaqlayıb qarşıda olan hapsarın yanına aparır. Həmin ərazidə keçəl kişi cinsindən olan şəxs aşağı oturub həmin qız uşağını özünə tərəf sıxır və öpür, daha sonra sinəsinə əl sürtür. Bu proses bir neçə saniyə davam etdikdə həmin qız özünü kənara çəkib kənarlaşmaq istəyir, bundan sonra həmin qız sol tərəfdən gələn şəxsə tərəf qaçaraq gedir və keçəl kişi cinsindən olan şəxs də həmin qız uşağının arxasınca iti addımlarla gedir. Mişar daşının üzərində əyləşmiş digər uşaq da qaçaraq gedir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Abşeron Rayon Məhkəməsinin sorğusuna cavabından görünür ki, Abşeron RPİ İŞ-də CM-nin 153.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin polis əməkdaşları tərəfindən fiziki, psixioloji təsirlərə və ya təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi təsdiqini tapmadığından (təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmiş və sair) xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, bu barədə həmin gün ona məlumat verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zor tətbiq etmədən əxlaqsız hərəkət etməməsini şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntü və işin digər halları ilə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkət etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 153.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bundan başqa,"Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 nömrəli Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM- nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar