Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-333/2020 11.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-cı ildə Abşeron rayonu Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Abşeron rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ kağıza bükülü bükümdə ümumi çəkisi 0.221 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, xx.xx.2020-cu il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olarkən Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, Abşeron Rayon Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol döş cibindən gümüşü kağızına bükülmüş bükümdə qəhvəyi rəngdə, toz şəkilli, təmiz çəkisi 0.221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və gümüşü rəngdə elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-cu il tarixdə, saat 16 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində olarkən əvvəllər bir dəfə Masazırda toyda gördüyü adını bilmədiyi kişiyə yaxınlaşaraq narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə satacağını bildirmiş və o, həmin şəxsə 15 manat pul vermişdir. Həmin şəxs pulu aldıqdan 20 dəqiqə sonra qayıtmış və siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini ona təqdim etmişdir. O, həmin bükülünü əynində olan tünd göy rəngli gödəkçənin sol döş cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olarkən 2 nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİdə ona hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Bu zaman o, əynində olan tünd göy rəngli gödəkçənin sol döş cibindən gümüşü kağızına bükülmüş bükülünü və gümüşü rəngdə elektron tərəzi çıxarıb stolun üstünə qoymuş və həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, onu da Yasamal rayonu, Şərifzadə küçəsində olarkən tanımadığı şəxsdən bir bükümünə 15 manat verib aldığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd selofana bükülmüş olan narkotik vasitə olan heroin və elektron tərəzi zərfə qoyulmuş, Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən heç kəsə hər hansı bir miqdarda satmamış və ya həmin narkotik vasitədən heç kəsə hədiyyə verməmiş, narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamış və üzərində aşkar olunmuş elektron tərəzini bəzən narkotik vasitə alarkən çəkmək məqsədilə saxlamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Şahid1 məhkəmədə çıxış etməklə bildirmişdir ki, xx.xx.2020-cu il tarixdə Abşeron rayonu, Masazır kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə daxil olmuş, məlumatı yoxlamaq məqsədi ilə xx xxxxxx 2020-cu il tarixdə, saat 18 radələrində o, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə polis nəfəri Şahid2la birlikdə Abşeron rayonu, Masazır kəndində əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1968-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndi, Şıxəli Qurbanov küçəsində saxlayıb, Abşeron Rayon Polis İdarəsinə gətirmişlər. İdarədə raportla idarə rəisinə müraciət olunmuş, idarə rəisinin göstərişi ilə həmin raport əsasında Abşeron Rayon Polis İdarəsində videoçəkilişlə otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara tünd göy rəngli gödəkçəsinin sol döş cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi və siqaretin gümüşü rəngli kağızına bükülmüş 1 (bir) ədəd bükümü və gümüşü rəngli elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində qəhvəyi rəngli toz halında maddə aşkar olunduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu, arada bir şpris vasitəsi ilə əzələsinə vuraraq qəbul etdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş bir bükümdə olan heroini isə bir neçə saat əvvəl Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olarkən tanımadığı şəxsdən 15 manata alıb üzərində saxladığını söyləmişdir. Təqsirləndirilən şəxs onu da demişdir ki, o, narkotik vasitəni özü istifadə etdiyi üçün almış, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir, elektron tərəzini isə bəzən narkotik vasitə alarkən çəkdiyini bildirmişdir. Həmin narkotik maddə AO7 markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0.221 qram çəkidə olan narkotik vasitə və elektron tərəzi zərfə qoyulmuş, zərfin üzəri 56 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağızına bülükmüş bir büküm narkotik vasitəyə oxşar maddə qablaşdırılmış, bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin PPXB-nin polis sahə nəfəri Şahid2 məhkəmə baxışında iştirak etmədiyindən məhkəmə iclası zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən o, könüllü olaraq əynində olan tünd göy rəngli gödəkçəsinin sol döş cibindən gümüşü rəngdə elektron tərəzini və siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər bükümü təqdim edərək, həmin bükümün içərisində olan maddənin heroin olduğunu, Yasamal rayonunda xx xxxxxx 2020ci il tarixdə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin narkotik maddəyə bənzər maddə kağız zərfə qoyulmuş, qablaşdırılmış, idarənin 56 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1509 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «….Təqsirləndirilən şəxs üzərindən..…» sözlər yazılmış və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin xalis çəkisi 0,171 qramdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının xx xxxx 2020-ci il tarixli, 4287 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Tədqiqat Obyekti 76 №li” ştamp əksi olan bir ədəd paketdəki Təqsirləndirilən şəxs Zaur oğlundan götürülmüş qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin tədqiqat zamanı Təqsirləndirilən şəxs Zaur oğlundan götürülmüş heroinin təmiz çəkisi və elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izlərinin olması barəsində ətraflı məlumat Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 1509 saylı ekspert rəyində göstərilmişdir. Lakin tərəzinin üzərində heroin iz şəklində olduğu üçün Təqsirləndirilən şəxs götürülmüş heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan heroinin xalis çəkisi 0,141 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx xxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,171 qram narkotik vasitə olan heroin saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxsbarəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan Abşeron RİHB-nin Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin saxlandığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərar əsasında həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,141 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəziAzərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərarı ilə həbsə alındığı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(012)-263 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi malicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizalarının dəyəri olan179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılmasıüçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,141 qram narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-333/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-333/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver