Məhkəmə qərarları › İş №1(012)-334/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-334/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-334/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qubadlı rayonu, Əbilcə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağları, ev 19S-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun İran İslam Respublikası vətəndaşı olan rəsmi nigahda olduğu əri Tofiq Əsədiyə Azərbaycan Respublikası vətəndaşlığı alacağını yalandan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospketində yerləşən “Pasifico” restoranın qarşısında nağd şəkildə 4500 manat pulu, ikinci dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospketində yerləşən “Pasifico” restoranın qarşısında nağd şəkildə 800 manat pulu alıb, 3-cü dəfə xx.xx.2023-cü il tarixdə elektron pul köçürməsi terminalı vasitəsi ilə 600 manat pulun, 4-cü dəfə xx.xx.2023-cü il tarixdə elektron pul köçürməsi terminalı vasitəsi ilə 250 manat pulun, 5-ci dəfə xx.xx.2023-cü il tarixdə elektron pul köçürməsi terminalı vasitəsi ilə 200 manat pulun, 6-cı dəfə xx.xx.2023-cü il tarixdə elektron pul köçürməsi terminalı vasitəsi ilə 500 manat pulun və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospetki ilə Z.Əliyeva küçələrinin kəsişməsində yerləşən “MPay” elektron pul köçürməsi terminalı vasitəsi ilə 350 manat pulun özünə məxsus olan plastik bank kartlarının hesabına köçürülməsinə nail olub ümumilikdə zərərçəkmiş şəxsə məxsus 7200 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 7200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ona yaranmış etibarından suiistifadə edib sonuncuya birlikdə iş qurub əlavə qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq ondan xx.xx.2023-cü il tarixdə iki dəfə olmaqla “Birbank” ödəmə tətbiqi vasitəsilə, ümumilikdə 2390 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 2390 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 və Şahid bir neçə müddətdir ki, tanıyır. İrina Daryoushun anasıdır və Daryoush vasitəsilə onu tanımışdır. Ötən ilin sonlarında Daryoush ona atası X11 İslam Respublikasının vətəndaşı olduğunu və Azərbaycan Respublikasına gələ bilmədiyini bildirmiş, o sonuncuya ona bildirmişdir ki, bu işdə ona köməklik edəcəkdir. Bundan sonra sonuncuya atasının Azərbaycan Respublikasına gəlməsi üçün Nazirlər Kabinetinə müraciət ünvanlamış, atası Azərbaycan Respublikasına 30 günlük gəlmişdir. Bunu etməkdə məqsədi Daryoushdan pul qazanmaq olmuş, lakin daha sonra Daryoush ona qonaqlıq vermişdir. Daha sonra Daryoushla söhbət əsanasında ona atasının Azərbaycan Respublikasının vətəndaşlığı almaqda və ya burada müvəqqəti yaşamaq icazəsi almaqda onlara köməklik etməsini istəmişdir. Belə ki, o, sonuncu ilə razılaşıb miqrasiya xidmətinə müraciət etmək üçün ona ilkin olaraq 1000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Daryoush onunla razılaşmış və onlar cari ilin yanvar ayının əvvəllərində “Pasifico” restoranının qarşısında görüşüb ondan 1000 ABŞ dolları pulu əlbəəl almışdır. Bundan təxminən 5 gün sonra yenidən onunla “Pasifico” restoranının qarşısında görüşüb ondan lazımi sənədlərin surətlərini almış, təxminən 14-15 gün sonra Daryoushla görüşüb sənədlərin surətini notarial qaydada təsdiq etmək üçün birlikdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən ASAN Xidmət mərkəzinə getmişlər. Orada lazımi işləri gördükdən sonra Daryoushun atası Tofiqin adına MMC yaratmaq üçün H.Əliyev prospektində yerləşən Dövlət Vergi Xidmətinin Hüquqi şəxslər baş idarəsinə getmiş, orada Daryoush lazımi sənədləri təqdim etmişdir. Bundan 3 gün sonra Daryoushla yenidən oraya gedib sonuncunun adına yaradılmış "xxxx" MMC-nin VÖEN-ini götürmüş, səhəri gün X6 Xidmətinin yaxınlığında möhür düzəldilən yerə gedib MMC üçün möhür sifariş etmişdir. Təxminən 10-15 gün sonra o, onlayn qaydada miqrasiya xidmətinə müraciət etmiş, oradan məlumat gəlmədiyinə görə “Koroğlu” metrostansiyası yaxınlığında olan ASAN Xidmət mərkəzinə gedib bu haqda məlumat almışdır. Orada ona bildirmişlər ki, ölkə hüdudlarından kənarda olan şəxs üçün müvəqqəti yaşamaq icazəsi almaq olmaz. Bundan sonra ona pul lazım olduğu üçün Daryoushla əlaqə saxlayıb işdə olan problemləri bəhaənə edərək ondan 850 manat pul lazım olduğunu bildirmiş, sonuncu həmin gün onun tanışına aid “Rabitəbank”-a məxsus 4189-8000-8069-2278 nömrəli bank kartına 850 manat köçürmüşdür. Həmin ərəfədə rayona toya getdiyi üçün Daryousha zəng edib 200 manat borca pul istəmiş və sonuncu da qeyd etdiyi karta 200 manat köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Daryousha zəng edib sənədlərdə problem olduğunu bildirib ondan 500 manat pul istəmiş, sonuncunun anası İrina mənim qeyd etdiyi karta 500 manat köçürmüşdür. Bundan 4 gün sonra yenidən Daryousha zəng edib sənədlərin artıq hazır olduğunu bildirib sənədlərin tez götürülməsi üçün əlavə olaraq 350 manat lazım olduğunu demiş, sonuncu onun qeyd etdiyi karta 350 manat köçürmüşdür. Bundan başqa Daryoushdan işlətdiyi pub restoranda 50 manat borc kimi almış, sonuncu işlətdiyi pub restoranda 9-10 dəfə ona müxtəlif hesablarda qonaqlıq vermiş, təxminən may ayının sonlarında Daryoush ona bildirmişdir ki, onu aldadır və verdiyi pulu geri istəmişdir. Bundan sonra o, Daryoushgilə təxminən 8-9 gün ərzində hissə-hissə olmaqla onların təqdim etdiyi bank kartlarına ümumilikdə 1300 manat pul köçürmüşdür.Zərərçəkmiş şəxs1 təxminən 10 ildir ki, tanıyır. Məhəmməd onun universitetedə qrup yoldaşı olmuşdur. O, Məhəmmədə xaricə təhsil almaq üçün gedən tələbələrin sənədlərinin tərcüməsi və notarial təsdiqi işini görmək və xaricdən Azərbaycan Respublikasına gələn əcnəbilərin miqrasiya idarəsindən müvəqqəti yaşamaq üçün icazəsini almaqdan ötrü pul vəsaiti lazım olduğunu və işlərdən əldə edəcəyi puldan onada əlavə pul verəcəyinə vəd verib 2023-cü ilin iyul ayının əvvəllərində Məhəmməddən pul verməsini xahiş etmişdir. Belə ki, 2023-cü ilin iyul ayının əvvəllərində Məhəmməddən bir miqdar pul alıb qarşılığında 1200 manat pul qaytarmışdır. Bundan bir-iki gün sonra Məhəmmədə bir daha ona bir miqdar pul verməsini xahiş etmişdir. Məhəmməd ona xx.xx.2023-cü il tarixdə təqdim etdiyi bank kartı hesabına 2390 manat pul köçürmüşdür. Lakin daha sonradan iş olmadığına və işləmədiyinə görə o, Məhəmmədin pulunu qaytara bilməmişdir. O, həmin pulu Məhəmməddən borc kimi almış və iş görüb qazandıqdan sonra əlavə pul verəcəkmiş. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, onun əməlində dələduzluq niyyəti olmamışdır, Zərərçəkmiş şəxs1 ilə birgə gəlir əldə etmək məqsədi ilə birlikdə pul qoymuşlar, lakin daha sonra iş alınmadığı üçün Məhəmmədin pulunu qaytara bilməmişdir. Digər epizod üzrə isə eyni qaydada dələduzluq niyyətinin olmadığını, hər iki hadisənin mülki-kommersiya xarakterli mübahisələr olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğlu Daryoush Səbail rayonu ərazisində pub kafe işlətmiş, o da arada həmin obyektə getmiş, bir dəfə orada olan zaman oğlu onu orada bir nəfərlə tanış etmişdir. Həmin şəxs özünü Xarici İşlər Nazirliyinin əməkdaşı kimi Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onların etibarını qazanmqdan ötrü özündən başqa qardaşını və atasını da onlarla tanış etmiş, onun həyat yoldaşı X13 İslam Respublikasının vətəndaşıdır. Rövşən ona söhbət əsnasında bildirmişdir ki, X7 işçisi olduğu üçün onun həyat yoldaşına Azərbaycan Respublikasının vətəndaşlığı düzəltməkdə köməklik edəcəkdir. Bunun müqabilində ondan 5000 manat pul istəmiş, və o sonuncu ilə razılaşmışdır. Rövşən ilkin olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində oğlu Daryoushla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Pasifico” adlı restoranın qarşısında görüşüb ondan əlbəəl 4500 manat pul almışdır. Bundan sonra Rövşən geri qalan 500 manatdan əlavə rəhbərliyinə 300 manat verməli olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə 800 manat pulu oğlu Daryoush Rövşənə “Pasifico” restoranın qarşısında əlbəəl vermişdir. Rövşən bu işin təxminən 1 ay ərzində alınacağı barədə söz vermiş, təxminən 20-25 gün sonra Rövşən oğluna zəng edib işin alınması üçün onun adına MMC açılmalı olduğunu bildirib həmin MMC üçün 850 manat pulun lazım olduğunu demiş, sonuncu pul verdiyi gündən təxminən bir ay yarım sonra Rövşənin bildirdiyi bank kartına 600 manat, oğlu Daryoush isə 250 manat pul köçürmüş, təxminən 1 ay sonra Rövşən oğlu Daryousha zəng edib işin artıq alındığını və sonuncu dəfə olaraq rəhbərliyinə 200 manat verməli olduğunu bildirmişdir. Oğlu Daryoush onun bildirdiyi karta 200 manat pul göndərmişdir. Bundan sonra Rövşən əlavə olaraq işin hazırlanması üçün 500 manat pul istəmiş və onun kartına xx.xx.2023-cü il tarixdə “Milliön” vasitəsilə 500 manat köçürmüşdür. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə oğlu həmin şəxsin təqdim etdiyi karta 350 manat pul köçürmüş, təxminən bir neçə müddət keçmiş və həmin şəxsdən işin nə yerdə olduğunu soruşduqda sonuncu işin alınacağı barədə yalan vədlər verməyə davam etmiş, işin alınmadığını görüb həmin şəxsdən pulları geri istəyən zaman Rövşən ona müxtəlif bəhanələr gətirib pulu geri qaytarmamışdır. Hadisə nəticəsində ona ümumilikdə 7200 manat maddi ziyan dəymiş, Rövşən həmin məbləğ puldan iyul ayında ona 1300 manat qaytarmışdır. Əlavə olaraq göstərmişdir ki, əvvəlki ifadəsində Təqsirləndirilən şəxs ödəmə terminalı və mobil tətbiqi vasitəsilə göndərdiyi pulların rəqəmlərinin bəzilərini yadına düşmədiyi üçün səhv demiş, belə ki, X3 nağd olaraq 5300 manat pulu verdikdən sonra, Daryoush və o, sonuncunun hesabına 200, 350, 350, 500, 500 və 100 manat pul göndərmiş, göndərdikləri pulların qəbzlərini istintaqa təqdim etmiş, yalnız sonuncu dəfə göndərdikləri 500 manat pulun qəbzini istintaqa təqdim etməmiş, təqdim etdiyi qəbzlərin içində olan “Turan Banka” aid qəbz və Azərbaycan Beynəlxalq banka aid qəbzlər saxtadır. Belə ki, həmin qəbzləri Rövşən oğlu Daryousha göndərib güya onlara 650 və 500 manat pul göndərmişdir, halbuki, belə bir hal olmamışdır.Təqsirləndirilən şəxs onlara olan ziyanı ödəmədiyi üçün ondan şikayətçidir, odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 iclas zamanı verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 9 ildir ki, tanıyır. Sonuncu ilə tanışlığı oxuduqları Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış, belə ki Rövşənlə eyni qrupda təhsil almış, münasibəti həmişə normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 2023-cü ilin iyul ayının əvvəllərində Rövşən onunla əlaqə saxlayıb birlikdə iş qurub qazanc əldə etməyi təklif etmiş, belə ki, onların işi sənədlərin tərcümə edilib notarial qaydada təsdiqlənməsindən ibarət olacaqdı. Rövşən onun etibarını qazanmaqdan ötrü qrup yoldaşları olmuş Fərid, Yusif və bir neçə əlavə şəxslə iş qurub əlavə qazanc əldə etdiyini bildirmişdir. O, da sonuncuya qrup yoldaşı olduğuna və digər tanıdığı şəxslərlə iş qurub qazanc əldə etdiyinə görə inanmışdır. Rövşənin bildirdiyi şəxslərdən maraqlanmamasına səbəb isə ona inanması olmuşdur. O, sonuncuya inandığına görə razılaşmış, sonuncu özünü ona notarius işçisi kimi təqdim etmişdir. Rövşənin ona iş təklifi belə olmuşdur ki, onlar xaricdə təhsil almaqdan ötrü göndərilən tələbələrin sənədlərini tərcümə edib notarial qaydada tərcümə etdikdən sonra əlavə qazanc əldə etməli olmuşlar. Onun işi lazımi pulu vermək, Rövşənin işi isə sənədləri ucuz qiymətə tərcümə etdikdən sonra notarius qaydada təsdiq etdirməkdən ibarət olmuşdur. Rövşənin ona verdiyi vədə əsasən bu yolla əlavə qazanc əldə etməli olmuş, o, Rövşənin təqdim etdiyi xatırlamadığı bank kartı hesabına 2023-cü ilin iyul ayının əvvəllərində 650 manat pul köçürmüş, Rövşən həmin pulu ona həmin ayın 8-də 1200 manat kimi geri ödəmiş, sonra Rövşənə daha da inanmış və sonuncu onun etibarını tam qazanmışdır. Həmin ayın 11-də Rövşənə əlavə qazanc əldə etmək məqsədilə iki dəfə olmaqla ümumilikdə 2390 manat pulu xatrılamadığı bank kartı hesabına köçürmüş, Rövşən bildirdiyinə görə həmin məbləği bir həftə müddətinə 4000 manat məbləğində geri ödəməli olmuşdur. Həmin ayın 18-də Rövşəndən pul barədə soruşanda xarici vətəndaşlara miqrasiya xidməti vasitəsilə müvəqqəti yaşamaq icazəsi aldığını bildirmiş, həmçinin xarici vətəndaşların bundan imtina etdiyinə görə miqrasiya tərəfindən həmin məbləğin geri ödəniləcəyini bildirmişdir. O, miqrasiya xidməti ilə əlaqə saxlayıb məsələ haqqında maraqlananda oradan ona kiminsə onu aldatdığını və prosesin tamamilə başqa formada aparıldığını bildirmişlər. Artıq o, Rövşənin onu aldatdığını, etibarından sui-istifadə edərək 2390 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüş, özünə pulunu geri qaytarmasını bildirdikdə isə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən boyun qaçırmışdır. Daha sonra Rövşənin polis əməkdaşları tərəfindən saxlanıldığını və barəsində cinayət işi başlanıldığını öyrənmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2390 manat maddi ziyan dəymiş, pulu Rövşənin təqdim etdiyi xatrılamadığı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə iki dəfə olmaqla özünə məxsus kart hesabından köçürmüş, pulu köçürən vaxt işlədiyi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən Samur- Abşeron su kanalının istismarı idarəsinin inzibati binasında olmuş, həmin vaxt yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid iclas zamanı verdiyi ifadəsində göstərdi ki, 2021-ci ildən Nəsimi rayonu ərazisində yerləşən pub restoran işlətmişdir. X12 İran İslan Respublikasının vətəndaşıdır və ona Azərbaycan Respublikasının vətəndaşlığını düzəltmək istəmiş, işlətdiyi restoranda bir nəfər ilə şəxsi münasibəti yaranmış, daha sonra sonuncunun qardaşı və atası ilə də tanış olmuşdur. Həmin şəxsə atasının İran İslam Respublikasının vətəndaşı olduğunu bilirmiş, söhbət əsnasında həmin şəxs özünü Xarici İşlər Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Söhbət zamanı sonuncu mobil telefoununda bir neçə xarici vətəndaşı göstərib onlara müəyyən miqdarda pul qarşılığında Azərbaycan Respublikası vətəndaşlığı düzəltdiyini bildirmişdir. Rövşən ona təklif etmişdir ki, əgər istəsələr onun atasına da Azərbaycan Respublikasının vətəndaşlığı düzəldə bilər. O atası ilə bu barədə danışmış və atası razılaşmışdır. Bundan sonra Rövşən onlardan ilkin olaraq 5000 manat pul istəmiş və o sonuncuya ilkin olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Pasifico” restoranın qarşısında 4500 manat əlbəəl vermişdir. Bundan sonra Rövşənə 500 manat qalıq pulu qalmış, bu əsnada Rövşən əlavə 300 manat rəhbərliyinə verməli olduğunu bildirmiş, onunla razılaşmış və o, ümumilikdə 800 manat pulu sonuncuya xx.xx.2023-cü il tarixdə “Pasifico” restoranın qarşısında əlbəəl vermişdir. Bundan təxminən 20-25 gün sonra Rövşən zəng edib işin gedişatı üçün onun adına MMC açmalı olduğunu və bunun müqabilində 850 manat lazım olduğunu bildirmişdir. O, sonuncu ilə razılaşmış və ona bank kartı təqdim etmişdir. Həmin bank kartına anası İrina 600 manat və o, isə 250 manat pul köçürmüşdür. Bundan təxminən 1 ay sonra Rövşən ona zəng edib artıq işin alındığını bildirmiş və əlavə olaraq rəhbərliyinə 200 manat verməli olduğunu da bildirmişdir. Sonuncunun təqdim etdiyi karta 200 manat pul köçürsüş, sonra isə xx.xx.2023-cü il tarixdə anası İrina Rövşənin kartına 500 manat, xx.xx.2023-cü il tarixdə isə o, 350 manat pul köçürmüş, Rövşən bundan sonra müxtəlif bəhanələr gətirib işin alındığı bildirsə də, sonradan işi alındıra bilməmiş və onların pulunu da geri qaytarmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir;

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 barəsində törədilmiş dələduzluq cinayəti ilə əlaqədar zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 13 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəsi ilə davam etdirilmişdir;

4. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 15 sentyabr 2023cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, icraata qəbul edilmişdir;

5. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Şübhəli şəxs qismində tutma haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.

7. Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir;

8. Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmmişdir və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

9. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mustafayevin xx.xx.2023-cü il tarixli vəsatəti rədd edilmişdir.

10. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Bakı Şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmişdir.

11. “Təqsirləndirilən şəxs barəsində axtarış qəbul edilməsi” haqqında 05 noyabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;

12. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 19 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir.

13. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır.

14. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir;

15. “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə tutulmuşdur;

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinn 4(004)-215/2024 saylı 09 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir,həbsin əvvəli 07 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

17. 18.04.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir.

18. xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mustafayevə həvalə olunduğundan icraatına qəbul edilmişdir.

19. xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi müstəntiq Ceyhun Mustafayevin icraatında olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmişdir.

20. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl müstəntiq Ceyhun Mustafayev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməklə istintaq həmin maddələrlə davam etdirilmişdir.

21. 16.05.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə 01 ay 29 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

22. 12 iyun 2024-cü il tarixli qərarla fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.

23. 13.06.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi müstəntiq Ceyhun Mustafayevin icraatında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında davam etdirilmişdir.

24. 13.06.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməklə istintaq həmin maddələrlə davam etdirilmişdir.

25. 20 iyun 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.

26. 16 iyul 2027-cü il tarixdə ********* nömrəli cinayət işi Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 icraatına qəbul edilmişdir.

27. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi, cinayət işinin ayrıca icraata ayrılması və əməlin tövsif edilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrindən Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan X4 qarşı dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham xaric edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Yasamal Rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinin materiallarından ayrılaraq ayrıca icraata qəbul edilmiş, iş üzrə təqdim edilmiş bir ədəd CD disk iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, iş üzrə zərərçəkmiş şəxslər tərəfəindən Təqsirləndirilən şəxs ödəmə terminalları və mobil tətbiq vasitəsilə pul göndərdikləri qəbzlər maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, diskə baxış protokolu, maddi sübutlar və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir.

28. “Cinayət işinin ayrıca icraata ayrılması barədə” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Yasamal Rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinin materiallarından ayrılaraq ayrıca icraata qəbul edilmişdir.

29. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

30. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

31. “AzeMis” elektron informasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il tarixli X5 adlı övladı vardır.

Məhkəmə iclasında iş materiallarında olan CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 18 ədəd qovluq vardır. "1 miqrasiyada ishliyirem səsləri” adlı qovluq açıldıqda həmin qovluqda 3 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-42-19 2” adli fayl 10 saniyə, "miqrasiyada işləyirəm bu işlərə baxıram" adlı fayl 19 saniyə adli fayl, "miqrasiyada işləyirəm” səsi adlı fayl 7 saniyədən ibarətdir. Həmin fayllardan görünür ki, bir nəfər kişi cinsinə məxsus səs yazısıdır. Baxışda istirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövşan Cabbarliya məxsusdur. Həmin səs yazıları Təqsirləndirilən şəxs ona “Vhatsapp" vasitəsi ilə göndərdiyi sas yazılarıdır. Həmin səs yazılarında Təqsirləndirilən şəxs miqrasiyada işlədiyini bildirir. Diskdə olan "2" adlı qovluq açıldıqda həmin qovluqda 3 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-42-19 2" adlı fayl 6 saniyə, "AUDİO-2023 102-18-42-19 3" adlı fayl 10 saniyə, "AUDİO-2023-11-02-18-42-19" adli fayl 7 saniyədan ibarətdir. Baxışda iştirak edən Şahid oglu bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "3" adlı qovluq açıldıqda həmin qovluqda 6 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-42-19 2" adli fayl 10 saniyə, "AUDİO-2023 11-02-18-42-19 3" adlı fayl 6 saniyə, "AUDİO-2023-11-02-18-42-19 4" adlı fayl 3 saniyə. AUDİO-2023-11-02-18-42-19 5" adlı fayl 48 saniyə, "AUDİO-2023-11-02-18-42-19 6" adlı fayl 31 saniyə, "AUDİO-2023-11-02-18-42-19" adlı fayl 11 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçıirilən fayllarda olan sas yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün Təqsirləndirilən şəxs Şahid işin alınması üçün rəhbəliyə təqdim edəcəyi 2500 manatın qalıq hissəsi olan 800 manatı istəməsi və müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "4" adlı qovluq açıldıqda həmin qovluqda 6 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-44-51 2" adlı fayl 3 saniyə, "AUDİO-2023 11-02-18-44-51 3" adlı fayl 4 saniyə, "AUDİO-2023-11-02-18-44-51 4" adlı fayl 33 saniyə, AUDİO-2023-11-02-18-44-51 5" adlı fayl 7 saniyə, "AUDİO-2023-11-02-18-44-51 6" adlı fayl 14 saniyə, "AUDİO-2023-11-02-18-44-51" adlı fayl 8 saniyədən ibarətdir. Baxışda iştirak edan Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınmasi üçün Şahid Təqsirləndirilən şəxs işin alınması üçün rəhbəliyə təqdim edəcəyi 2500 manatın qalıq hissəsi olan 800 manatı göndərməsi üçün bank karti istəməsi və müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "5" adlı qovluq açıldıqda həmin qovluqda 4 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-44-51 2" adlı fayl 5 saniyə, "AUDİO-2023 adli fayl 17 saniyə, "AUDİO-2023-11-02-18-44-51" adl fayl 7 saniyə AUDİO-2023-11-02- 18-47-23" adlı fayl 17 saniyədən ibarətdir. Baxışda istirak edən Şahid bildirmişdir ki, baxş keçirilən fayllarda olan səs yazıları onun özünə və Rövsən Cabbarlıya məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması ilə bağlı gedən danışıqların aparılması müəyyən edilir. Diskdə olan "6" adlı qovluq açıldıqda həmin qovluqda 2 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-47-23 2" adls fayl 51 saniyə, "AUDİO-2023 11-02-18-47-23" adlı fayl 13 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilan fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin sas yazıları Təqsirləndirilən şəxs "Vhatsapp" vasitəsi ilə göndərdiyi səs yazılarıdır. Həmin səs yazılarında işin alınmasi üçün müəyyən danışıqlar aparılması müəyyan edilir. Diskdə olan "8" adlı qovluq açıldıqda həmin qovluqda 5 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-47-23 2" adlı fayl 11 saniyə, "AUDİO-2023 11-02-18-47-23 3" adl fayl 41 saniyə, "AUDİO-2023-11-02-18-47-23" adlı fayl 24 saniyə, AUDİO-2023-11-02-18-49-47 2" adlı fayl 38 saniyə, "AUDİO-2023-11-02-18-49-47" adlı fayl 13 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxıs keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "9" adlı qovluq açıldıqda həmin qovluqda 3 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-02-18-49-47 2" adlı fayl 12 saniyə, "AUDİO-2023 11-02-18-49-47 3" adlı fayl 16 saniyə, "AUDİO-2023-11-02-18-49-47” adli fayl 10 saniyədan ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "10" adlı qovluq acıldıqda həmin qovluqda 9 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-02-45-04 2" adlı fayl 18 saniyə, "AUDİO-2023 11-04-02-45-04 3" adlı fayl 24 saniyə, "AUDİO-2023-11-04-02-45-04 4" adlı fayl 10 saniyə, AUDİO-2023-11-04-02-45-04 5" adlı fayl 13 saniyə, "AUDİO-2023-11-04-02-45-04 6" adlı fayl 5 saniyə, "AUDİO-2023-11-04-02-45-04 7" adlı fayl 12 saniyə, "AUDİO-2023-11-04-02- 45-04 8" adlı fayl 8 saniyə, "AUDİO-2023-11-04-02-45-04 9" adlı fayl 13 saniyə, “AUDİO- 2023-11 04-02-45-04" adlı fayl 18 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndarilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "11" adlı qovluq açıldıqda həmin qovluqda 9 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-02-45-04 2" adlı fayl 19 saniyə, "AUDİO-2023 11-04-02-45-04 3" adli fayl 9 saniyə, "AUDİO-2023-11-04-02-45-04 4" adlı fayl 10 saniyə, "AUDİO-2023-11-04-02-45-04" adlı fayl 18 saniyə, "AUDİO-2023-11-04-02-53-06 2" adlı fayl 17 saniyə, "AUDİO-2023-11-04-02-53-06 3" adlı fayl 19 saniyə, "AUDİO-2023-11-04- 02-53-06 4" adlı fayl 14 saniyə, "AUDİO-2023-11-04-02-53-06" adlı fayl 22 saniyə, "AUDİO-2023-11-04 02-55-04" adlı fayl 10 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları onun özünə və Təqsirləndirilən şəxs məxsusdur. Həmin sas yazəları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "12" adlı qovluq açıldıqda həmin qovluqda 5 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-02-53-06 2" adl fayl 15 saniyə, "AUDİO-2023 11-04-02-53-06 3" adlı fayl 29 saniyə, "AUDİO-2023-11-04-02-53-06 4" adlı fayl 19 saniyə, "AUDİO-2023-11-04-02-53-06 5" adlı fayl 8 saniyə, "AUDİO-2023-11-04-02-53-06" adli fayl 15 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdur. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyan danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "13” adlı qovluq açıldıqda həmin qovluqda 9 ədəd fayl olması müəyyən edilir. Həmin fayl AUDİO-2023-11-04-02-55-04 2" adlı fayl 10 saniyə, "AUDİO-2023-11-04- 02-55-04 adlı fayl 3 saniyə AUDİO-2023-11-04-02-55-04 4" adlı fayl 9 saniyə, "AUDİ0- 2023-11-04.02-55-04 5" adlı fayl 30 saniyə, "AUDİO-2023-11-04-02-55-04 6" adlı fayl 19 saniyə, "AUDİ0-2023-11 04-02-55-04 7 adli fayl 7 saniyə, "AUDİO-2023-11-04-02-55-04 8" adlı fayl 15 saniyə, AUDİO-2023-11-04-02-55-04 9" adlı fayl 22 saniyə, "AUDİO-2023-11- 04-02-55-04 adlı saniyədən ibarətdir. Baxışda iştirak edan Şahid oglu bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdar. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə gondərilən səs yazılarıdır. Həmin səs yazılarında Təqsirləndirilən şəxs sənədlərin hazırlanması üçün DİNa göndərildiyini və işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "14 adlı qovluq açıldıqda həmin qovluqda həmin 8 ədəd fayl olması müəyyən edilir. Hamin fayllardan "AUDİO-2023-11-04-02-55-04 2 7.30 2" adlı fayl 27 saniyə, "AUDİO-2023-11-04-02-57-30 3" adlı fayl 8 saniyə, "AUDİO 2-11-04-02-57-30 4" adlı fayl 30 saniyə, “AUDİO-2023-11-04-02-57-30 5" adlı fayl 24 saniyə, AUDİO-2023-11- 04-02-57-30 6" adli fayl 23 saniyə, "AUDİO-2023-11-04-02-57-30" adli fayl 14 saniyədan ibarətdir, Baxışda iştirak edan Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdur. Həmin səs yazılari onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə gondərilən səs yazılarıdır. Həmin səs yazılarında Təqsirləndirilən şəxs sənədlərin hazırlanması üçün alavə olaraq 200 manat "şirinlik" lazım olduğu və işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdɔ olan "15 shirket achilma sesleri" adlı qovluq açıldıqda həmin qovluqda 14 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-02-57-30" adlı fayl 8 saniyə, AUDİO-2023-11-04-11-13-06 2" adli fayl 12 saniyə, "AUDİO-2023-11-04-11-13-06 3" adlı fayl 15 saniyə, "AUDİO-2023-11-04-11-13-06 4" adlı fayl 11 saniyə. "AUDİO-2023-11-04- 11-13-06 adlı fayl 3 saniyə, "AUDİO-2023-11-04-11-13-06 6" adlı fayl 8 saniyə, "AUDİO- 2023-11-04 11-13-06 7" adlı fayl 19 saniyə, "AUDİO-2023-11-04-11-13-06 8" adli fayl 4 saniyə, "AUDİO 023-11-04-11-13-06 9" adlı fayl 15 saniyə, "AUDİO-2023-11-04-11-13-06 10" adlı fayl 31 saniyə, "AUDİO-2023-11-04-11-13-06" adlı fayl 13 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövşan Cabbarlıya məxsusdur. Həmin səs yazıları onunla Rövşan Cabbarlının arasında olan Vhatsapp" vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında Təqsirləndirilən şəxs sənədlərin hazırlanması üçün əlavə olaraq notariusa təqdim etməli olduğu 350 manatı istəməsi və işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Bundan başqa həmin qovluqda Şahid müxtəlif vaxtlarda eyni bank hesabına ayrı-ayrılıqda 350 manat, 500 manat və 200 manat köçürmə etməsinin qəbzlərinin fotoşəkilləri müəyyən edilir. Diskda olan "16 diyir hazırdı" adlı qovluq açıldıqda həmin qovluqda 4 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-11-32-02 2" adlı fayl 7 saniyə, AUDİO-2023-11-04-11-32-02 3" adlı fayl 25 saniyə, "AUDİO-2023-11-04-11-32-02 4" adlı fayl 8 saniyə, "AUDİO-2023-11-04-11-32-02" adlı fayl 15 saniyədən ibarətdir. Baxışda iştirak edan Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdar. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "17" adlı qovluq açıldıqda həmin qovluqda 9 ədəd fayl olması müəyyən edilir. Həmin fayllardan "AUDİO-2023-11-04-11-32-02 2" adli fayl 15 saniyə, "AUDİO-2023 11-04-11-32-02 3" adlı fayl 19 saniyə, "AUDİO-2023-11-04-11-32-02 4" adlı fayl 5 saniyə, "AUDİO-2023-11-04-11-32-02 5" adlı fayl 17 saniyə, "AUDİO-2023-11-04-11-32-02 6" adlı fayl 12 saniyə, "AUDİO-2023-11-04-11-32-02 7" adli fayl 8 saniyə, "AUDİO-2023-11-04-11- 32-02 8" adlı fayl 7 saniyə, "AUDİO-2023-11-04-11-32-02 9" adlı fayl 8 saniyə, "AUDİO- 2023-11-04 11-32-02" adlı fayl 35 saniyədən ibarətdir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdar. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə göndərilən səs yazılarıdır. Həmin səs yazılarında işin alınması üçün müəyyən danışıqlar aparılması müəyyən edilir. Diskdə olan "vesiqeler ve senedler" adlı qovluq açıldıqda həmin qovluqda 24 ədəd müxtəlif fotoşəkillər və sənədlər olması müəyyən edilir. Baxışda iştirak edən Şahid bildirmişdir ki, qeyd olunan müxtəlif fotoşəkillər və sənədləri Təqsirləndirilən şəxs ona göndərmişdir. Diskdə olan "chat shekil" adlı qovluq açıldıqda həmin qovluqda 24 ədəd "Vhatsapp" yazısında aparılmış mesajlaşmanın fotoşəkilləri olması müəyyən edilir. Baxışda iştirak edan Şahid bildirmişdir ki, baxış keçirilən fayllarda olan səs yazıları Rövsən Cabbarlıya məxsusdar. Həmin səs yazıları onunla Təqsirləndirilən şəxs arasında olan "Vhatsapp vasitəsi ilə göndərilən səs yazılarıdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək heç kimi aldatmadığını, ikinci epizod üzrə Zərərçəkmiş şəxs1dən pulu borc kimi aldığını, Zərərçəkmiş şəxs2 aldığı pulun müqabilində iş görməsini bildirməsinə baxmayaraq, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş CD disk,pulun ödənilməsinə dair qəbzlər, habelə digər mötəbər dəlillərlə, təqsirləndirilən şəxs tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onun ailəsinə özünü Xarici İşlər Nazirliyinin işçisi kimi təqdim etməsinə baxmayaraq Təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyində heç bir vəzifədə işləmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında qeyd oluna xüsusat üzrə təqsirləndirilən şəxsdən səbəbi soruşulduqda o, Xarici İşlər Nazirliyində əmək müqaviləsi olmadan işlədiyini bildirmişdir. Lakin həmin cavabın əsaslı sayılması üçün heç bir əsaslı dəlil yoxdu, təqsirləndirilən şəxsin dələduzluq niyyəti məhkəmə iclasında tədqiq edilmiş CD diskə baxış keçirilən zaman həmin diskdə olan yazışmalar, səs yazıları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləmədiyi halda müxtəlif vaxtlarda zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə güya sənədlərin tərtib edilməsi üçün müəyyən məbləğlərdə pul vəsaitlərini alması onun əməlində dələduzluq faktını bir daha təsdiq edir. Qeyd oluna münasibətin mülki xarakterli mübahisə kimi hesab edilməsinə dair heç bir əsaslı sübut müəyyən edilməmişdir. İkinci epizod üzrə eyni qaydada təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə özünü notarius işçisi kimi təqdim etmiş, zərərçəkmiş şəxs ilə aralarında olan tanışlıq münasibətlərindən istifadə edərək onun etibarını qazanmışdır. Lakin hazırki epizod üzrə də Təqsirləndirilən şəxs heç bir notariat ofisində-kontorunda işləmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs1 xarici vətəndaşlara müvəqqəti yaşamaq icazəsi aldığını bildirmişdir, lakin yuxarıda qeyd olunan heç bir səlahiyyətli orqanın işçisi olmamışdır. Göründüyü kimi zərərçəkmiş şəxslərə verilmiş vədlər üzrə heç bir səlahiyyəti olmayan, onları inandırmaq, etibarını qazanmaq üçün yalan məlumatlar verən, həmin şəxslərin etibarından sui-istifadə edən, müxtəlif vaxtlarda yalan məlumatlarla onlardan hissə-hissə olmaqla pul vəsaitləri alaraq əmlaklarını ələ keçirən Təqsirləndirilən şəxs əməli mülki, yaxud kommersiya münasibətləri kimi hesab oluna bilməz. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın bir qisminin ödənilməsi və himayəsində 1 azyaşlı övladının olması müəyyən edildi. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı övladının olmasını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə axtarış nəticəsində tutulduğu - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 07 mart 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk və zərərçəkmişlərin təqsirləndirilən şəxsə ödəmə terminalı və mobil tətbiq vasitəsi ilə pul göndərdiklərini təsdiq edən qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 30 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 290 manat (30 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk və zərərçəkmişlərin təqsirləndirilən şəxsə ödəmə terminalı və mobil tətbiq vasitəsi ilə pul göndərdiklərini təsdiq edən qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 290 (iki yüz doxsan) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar