Məhkəmə qərarları › İş №1(012)-335/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-335/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-335/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən Rusiyada zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən 1 ədəd qəlpəli “F-1” əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” markalı qumbara partlayıcısı, həmçinin zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən 1 ədəd süngü bıçağını əldə edib qanunsuz olaraq Abşeron rayonu, Qobu ərazi dairəsi, Qobu qəsəbəsi, Yeni Məhəllə, ünvansız fərdi yaşayış evində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 saylı ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş, əməliyyat-axtarış tədbirlərinin davam olaraq həmin tarixdə saat 13:20-də Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Abşeron rayonu, Qobu ərazi dairəsi, Qobu qəsəbəsi, yeni məhəllə, ünvansız fərdi yaşayış evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağındakı paltar dolabının yuxarı siyirməsini açıb orada paltarların arasında bir ədəd sellofan torbanın içərisində qanunsuz olaraq saxladığı döyüş sursatı hesab edilən 1 ədəd qəlpəli “F-1” əl qumbarasının gövdəsi və 1 ədəd “UZRQM” markalı qumbara partlayıcısını, həmçinin soyuq silah hesab edilən 1 ədəd süngü bıçağını təqdim etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs edilib, 2019-cu ilin aprel ayında azadlığa buraxılmışdır. X3 2005-ci ildə qohumları tərəfindən bıçaqla qətlə yetirilmiş, qardaşı ilə eyni evdə yaşamış, onun evdə qumbara və süngü bıçaq saxladığını bilmişdir. Öldükdən sonra ona məxsus qumbaranı alışdırıcısı ilə birlikdə, həmçinin süngü bıçağı saxladığı yerdən götürüb özünün paltar asdığı dolabın yuxarı siyirməsində gizlətmiş, onunla bir evdə yaşayan ailə üzvləri bilməsin deyə bıçağı və qumbaranı sellofan paketin içində, kağızla büküb gizlətmişdir. Hər zaman silaha həvəsi olmuş, ona görə qumbara və bıçağı evdə saxlamışdır. Qardaşı Rəşadın onları haradan və kimdən əldə etdiyindən məlumatım yoxdur. xx xxxxxx 2020-ci il tarixdə mən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində olarkən 4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Baş X1 İdarəsinin işçiləri olduqlarını bildirmiş, ondan özünü təqdim etməsini istəmişlər və öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları onun odlu silahı və döyüş sursatını üzərində və yaşadığı mənzildə saxlamaqda, gəzdirməkdə şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona odlu silahı və döyüş sursatını üzərində və yaşadığı mənzildə saxlamaqda, gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünə baxış keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilmiş, təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah və s. bu kimi əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra üzərində olan bir ədəd “Nokia” markalı mobil telefonu, bir ədəd “West” adlı siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd “Bakı kart” plastik kartını və bir ədəd 20 manatlıq pul əskinasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra gödəkçəsinin, şalvarının ciblərini tam olaraq göstərməyi və ayaqqabılarını çıxarmağı təklif edilmişdir. Deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Polis əməkdaşları ona yaşadığı mənzildə oldu silah və ya döyüş sursatı olub-olmadığını soruşmuş, hazırda yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evində bir ədəd qumbara və bir ədəd süngü bıçaq olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan bütün əşyalar özünə qaytarılmış, bir ədəd mobil telefon isə saxlanılmışdır. Polis əməkdaşları onadan qumbara və bıçağı təqdim edə bilib-bilməyəcəyini, həmçinin ona məxsus mənzilə daxil olmağa etirazının olub-olmadığını soruşmuş, onlara heç bir etirazının olmadığını və birlikdə yaşadığı evə gedib qumbaranı və bıçağı təqdim edə biləcəyini onlara bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, polis idarəsində ona məxsus mənzilə daxil olmağa etirazının olmadığı barədə ərizə yazdıqdan sonra baxışda iştirak edən eyni şəxslərlə birlikdə Qobu qəsəbəsində yerləşən evinin qarşısına getmişlər. Polis əməkdaşları ilə birlikdə evin həyətinə girib açarı götürdükdən sonra evin dəmir qapısının qarşısında yenidən videoçəkiliş başlanmış, təkrarən hüquq və vəzifələrim izah edildikdən sonra mənzildə saxladığı qumbaranı və bıçağı təqdim etməyi təklif edilmişdir. Qapını açıb öz razılığı ilə polisləri içəri buraxıb evin yataq otağındakı paltar dolabının yuxarı hissəsindən rəngli sellofanın içində kağız parçasına bükülmüş bir ədəd qumbaranı və onun alışqanını, həmçinin həmin siyirmədə olan bir ədəd süngü bıçağı polis əməkdaşlarına təqdim etmiş, süngü bıçaq özünə aid dəri materiallı qabın içində olmuşdur. Polis əməkdaşları onun və müdafiəçi ilə birlikdə qumbaraya və süngü bıçağa baxış keçirmək üçün onları otaqdakı yataq dəstinin üzərinə qoymuşlar. Bundan sonra polis əməkdaşları qumbara və bıçağın qablaşdırılması üçün evin qonaq otağına keçib masanın üzərində onları qabalaşdırıb möhürləmiş, qablaşmanın üzərinə imza etmişdir. Ardınca ona yaşadığı evdə başqa qanunsuz əşya və ya odlu silah, döyüş sursatı olub-olmadığı soruşulmuş, təqdim ediklərindən başqa qanunsuz əşya və maddə olmadığını bildirmiş, bundan sonra mənzildə keçirilən baxış qurtarmış və vidoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin BMCMİ-nin X4 Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx xxxxxx 2020-ci il tarixdə “Sadıq” adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat yoxlanılan zaman həmin şəxsin Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa onunla şöbənin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin gün saat 11:00 radələrində ünvan 4 ünvanının qarşısında xarici görünüşü “Sadıq” adlı şəxsə yaxınlaşaraq adını və soyadını soruşduqda, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı daşıması barədə məlumat daxil olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-nə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, həmin raportun icrası İstintaq və X2 Bölməsinin baş təhqiqatçısı Yusif Yusifova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Yusif Yuifovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhər Məkəz Vəkil Bürosunun vəkillərindən Kərim Bağırov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədən razılaşmış və üzərində hər hansı qanunuz əşya olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən özünə məxsus olan bir ədəd “Nokia” markalı mobil telefonu, bir ədəd “West” adlı siqaret qutusunu, bir ədəd alışqanı, bir ədəd “Bakı kart” plastik kartını və bir ədəd 20 manatlıq pul əskinasını çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon götürülsə də, qalan əşyalar onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində yox yaşadığı evdə döyüş sursatı və bir ədəd süngünün olduğunu bildirmiş, bundan sonra şəxsi axtarış dayandırılmış və Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, həmin əşyaları təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra birlikdə şəxsi axtarışda iştirak edən eyni şəxslərlə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evi istiqamətində yola düşmüşlər. Yolda olan zaman Təqsirləndirilən şəxs evlərinin yolunu onlara göstərmiş və onun dediyi yolla gedib bir evin qarşısına çatmışlar. Oraya çatan zaman Təqsirləndirilən şəxs həmin evin özünə məxsus olduğunu demiş və avtomobildən yerə düşmüşlər. Təqsirləndirilən şəxs onlarla birlikdə evin həyətinə girib açarı götürdükdən sonra evin dəmir qapısının qarşısında yenidən videoçəkiliş başlanmış, daha sonra Təqsirləndirilən şəxs təkrarən hüquq və vəzifələri izah edildikdən sonra mənzildə saxladığı qanunsuz əşyalar varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs qapını açıb öz razılığı ilə onları evin içərisinə dəvət edib evin yataq otağındakı paltar dolabının yuxarı hissəsindən rəngli sellofanın içində kağız parçasına bükülmüş bir ədəd qumbaranı və onun alışqanını, həmçinin həmin siyirmədə olan bir ədəd süngü bıçağı təqdim etmişdir. Orada olan iştirakçılarla birlikdə qumbaraya və süngü bıçağa baxış keçirmək üçün onları otaqdakı yataq dəstinin üzərinə qoyulmuş və həmin vaxt Təqsirləndirilən şəxs həmin əşyaların qardaşından qaldığını bildirmişdir. Bundan sonra qumbara və bıçaq qablaşdırılaraq möhürlənmiş, hamı kimi Təqsirləndirilən şəxs və vəkili də qablaşmanın üzərinə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı kütlə aşkar edilməmişdir. Bundan sonra birlikdə baş idarəyə gəlmiş, bu barədə protokol tərtib edilmiş, protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 Rafiq oğlu və Şahid3 şahid Turan Yusifovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Kompleks məhkəmə-ballistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3514/3515 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1(bir) ədəd qumbara gövdəsi Rusiyada zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab olunan qəlpəli “F-1” əl qumbarasının gövdə hissəsidir, təqdim edilmiş 1(bir) ədəd partladıcı isə Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “F-1”, “RQD-5” “RQ-42” markalı qəlpəli əl qumbaralarının partlamasından istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan “UZRQM” markalı qumbara partladıcısıdır.həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən “UZRQM” partladıcısı bağlandıqda, döyüş sursatı hesab edilən “F-1” markalı əl qumbarasınıə təşkil edir və təyinatları üzrə istifadəyə (partlayışa) yararlıdırlar, üzərlərində sonradan dəyişikllik edilməmişdir. -Tədiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” kontruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır və soyuq silah hesab edilir, üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, lakin yaşadığ Abşeron rayonu, Qobustan qəsəbəsi, Qobustan ərazi dairəsi, yeni məhəllədə yerləşən nömrəsiz evinə baxış keçirilən zaman evin yataq otağından bir ədəd əl qumbarası və bir ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 09 ay 15 gün vaxtından əvvəl şətri azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd döyüş sursatı hesab edilən 01 ədəd qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” markalı qumbara partlayıcısı, soyuq silah hesab edilən 01 ədəd süngü bıçaq və iki ədəd disk maddi sübut kimi tanınaraq, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, iki ədəd disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 128 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” markalı qumbara partlayıcısı və soyuq silah hesab edilən 01 ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 218 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd qəlpəli “F-1” əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” markalı qumbara partlayıcısı və soyuq silah hesab edilən 01 ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar