Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-335/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1997-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə 263-1.1-ci maddəsi ilə 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.02.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Məhəmmədli kəndi, A. Mustafayev küçəsində qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin İnzibati Binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, “Kubinka” adlanan ərazidə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 80 manat müqabilində 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi - 0,627 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi 0,495 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamini qanunsuz əldə edib Abşeron rayonu, Məmmədli kəndinə daşıyıb üzərində saxlamışdır. 18 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlanılaraq həmin bölməyə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibindən 1 ədəd siqaret kağızına bükülmüş təmiz çəkisi - 0,627 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və təmiz çəkisi 0,495 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, psixi və ruhi cəhətcə sağlamdır. 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu Kubinka adlanan ərazidən tanımadığım şəxsdən 1 bükümü 40 manata heroin, 1 bükümü 40 manata isə psixotrop maddə olan metamfetamin almışdır. Ümumilikdə həmin tanımadığı şəxsə 80 manat pul vermişdir. Həmin narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə almışdır. Bundan sonra o, həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini ara-sıra istifadə etmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini “WANT” markalı siqaret qutusunun içərisinə qoyub üzərində saxlamışdır. 18.01.2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı Məmmədli kəndində öz yaşadığı evdən çıxıb yaxınlığında yerləşən mağazaya gedən zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun üzərində narkotik maddənin olmasında şübhəli olduğunu demişdilər. Bundan sonra onu Mehdiabad PB-nə dəvət etmişdilər. Onda onlarla birlikdə Mehdiabad PB-nə getmişdir. Mehdiabad PB-də ona müdafiəçi təqdim olunmuşdur. Sonra isə PB-də müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. O, həmin vaxtı əynində olan şalvarın sol yan cibindən “WANT” markalı siqaret qutusunu çıxardaraq qutuda olan siqaret kağızına bükülmüş 1 büküm narkotik vasitə olan heroini və digər siqaret kağızına bükülmüş 1 büküm psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ekspertizaya göndərilməsi üçün onun və müdafəçinin iştirakı ilə qablaşdırılmışdır. Qeyd etmişdir ki, heç kim ona bir təzyiq etməmiş, həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin ona məxsusdur. İstifadə edir və aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində gəzdirmişdir. Heç kimə hər hansı bir miqdarda satmamışdır və heç kimə hədiyyə verməmişdir. Üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, yaşadığım evdə axtarış aparılmasına heç bir etiraz etmir, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etməyindən heç kəsin xəbəri olmamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 18 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli kəndində narkotik vasitələrin əldə etməsi, istifadəsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi üçün raportla Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 18 yanvar 2021-ci il tarixdə qərar qəbul etmişdir. Bundan sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi Şahid1 ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndinə getmişdilər. Saat 21 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində tək piyada şübhəli halda getdiyini görmüşdülər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonra isə onu Abşeron RPİ-nin Mehdiabad PB-nə şübhəli şəxs kimi dəvət etmişdilər. Mehdiabad PB-də ona müdafiəçi təqdim olunmuşdur və bölmənin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan şalvarının sol yan cibindən “WANT» markalı siqaret qutusunu çıxardaraq qutuda olan 2 ədəd siqaret kağızına bükülmüş kütləni təqdim edib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd siqaretin kağızına bükülmüş narkotik vasitə heroini və 1 ədəd siqaretin kağızına bükülmüş psixotrop maddə metamfetamini Abşeron rayonu Məmmədli kəndində Əliyaqub adlı şəxsdən aldığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdilər. Qeyd etmişdir ki, Pərvin Məmmədov şəxsi axtarış zamanı videoçəkilişdə üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Əliyaqub adlı şəxsdən aldığını bildirsə də sonradan bunu təkzib edərək həmin kütlələri Bakı şəhəri «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən 80 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 18 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Məmmədli kəndində narkotik vasitələrin əldə etməsi, istifadəsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat axtarış tədbirinin keçirilməsi barədə Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 qərarı ilə onunla birlikdə Abşeron rayonu, Məmmədli kəndinə getmişdilər. Saat 21 radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndində tək piyada şübhəli halda getdiyini görmüşdülər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonra isə onu Abşeron RPİ-nin Mehdiabad PB-nə şübhəli şəxs kimi dəvət etmişdilər. Mehdiabad PB-də ona müdafiəçi təqdim olunmuşdur və bölmənin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan şalvarının sol yan cibindən «WANT» markalı siqaret qutusunu çıxardaraq qutuda olan 2 ədəd siqaret kağızına bükülmüş kütləni təqdim edib narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd siqaretin kağızına bükülmüş narkotik vasitə heroini və 1 ədəd siqaretin kağızına bükülmüş psixotrop maddə metamfetamini Abşeron rayonu Məmmədli kəndində Əliyaqub adlı şəxsdən aldığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəyə oxşar kütlələr tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdilər. Qeyd etmişdir ki, Pərvin Məmmədov şəxsi axtarış zamanı videoçəkilişdə üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Əliyaqub adlı şəxsdən aldığını bildirsə də sonradan bunu təkzib edərək həmin kütlələri Bakı şəhəri «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən 80 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 19 yanvar 2021-ci il tarixli 6/235 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut» yazılar və imzalar olan zərfdəki 01 ədəd «Want» markalı siqaret qutusunun içərisində 02 ədəd bükümdən birində təmiz çəkisi 0,627qram qəhvəyi rəngli maddə küləsinin narkotik vasitə heroin, digər 01 ədəd bükümdə təmiz çəkisi 0,495qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı 1), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na (Siyahı 1) daxildir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 17 fevral 2021-ci il tarixli 509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə 263-1.1-ci maddəsi ilə 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.02.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Probasiya şöbəsinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27.12.2016-cı il tarixli hökmü ilə ona təyin olunmuş 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkib qurtarmışdır. 18.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 20.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-335/2021 saylı, 12.08.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir və onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. 22.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmiş və bir ədəd SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı video görüntüdə əynindəki boz rəngli şalvarı olan şəxsin onun özü olduğunu bildirmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarının sol cibindən 1 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heron və 1 ədəd siqaret kağızına bükülmüş psixotorp maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdən 20.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 08.09.2021-ci il tarixdən 21.10.2021-ci il tarixədək saxlanıldığı 1 ay 13 gün, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, Abşeron Rayon Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0, 577 qram narkotik vasitə olan heroin və 0,445 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili, Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdən 20.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 08.09.2021-ci il tarixdən 21.10.2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 13 (on üç) gün nəzərə alınsın, azadlıqdan məhrum etmənin 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq 2 (iki) il 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, o, Abşeron Rayon Narkoloji Dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut qalıq çəkisi 0, 577 qram narkotik vasitə olan heroin və 0,445 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məhkəmə-fiziki-kimyəvi ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı müdafiəçi Xirdalan Şəhər Vəkil bürosunun vəkili, Müdafiəçi2 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan Şəhər Vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs isə onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-335/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-335/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver