Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-335/2023 17.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakları ilə xx xxxx 1986-cı ildə Qusar rayonunda anadan olmuş, subay, orta ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi, məhəllə 523, ev 18, mənzil 39-da qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 17 dekabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi 01 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri 26-cı məhəllə X5 küçəsində yerləşən 535 saylı fərdi yaşayış evində, sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 40000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə gizli olaraq vahid niyyətlə götürüb talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən sonlarında sosial şəbəkədə Bakı şəhəri Yasamal rayonunda yaşayan Zərərçəkmiş şəxs adlı qadın ilə tanış olmuş və tanışlıqdan sonra o, Vera ilə onun yaşadığı evdə ər-arvad kimi yaşamağa başlamışdır. Veranın Azərbaycanda heç kimi olmamış, özü də təqaüd alırmış. 2021-ci ilin yanvar ayında Vera yaşadığı evini təxminən 59000 manata satmış və Xırdalan şəhəri 26-cı məhəllə H.B.Zərdabi küçəsində fərdi yaşayış evini 46000 manata almışdır.Bundan başqa Vera ona evin pulundan kreditə “Toyuta prius” markalı avtomobil də almışdır. Həmin avtomobilin pulunu ödəyə bilməmişlər və avtomobili geri qaytarmışlar. Vera 2021- ci ilin sentyabr ayında insult keçirmiş və yataq xəstəsi olaraq yeriyə bilmirmiş.Ona görə də o, Veraya baxırmış. 2022-ci ilin yayında Vera ilə qərara gəlmişlər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alaq. Ona görə 01 iyun 2022-ci il tarixdə həmin evi 40000 manata satmışlar, Vera evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayırmış. Ona pul lazım olduğu üçün elə həmin gün Veradan gizlin dolabdan təxminən 3000 manat götürmüş və gedib həmin pul ilə topaz oynamağa başlamış və həmin pulu uduzmuşdur. Ondan sonra da uduzduğu pulu udmaq üçün yenidən Veranın pulundan ondan gizlin olaraq 2000-3000 civarında götürüb yenə topaz oynamışdır.O, hər gün Veranın pulundan müəyyən qədər götürüb topaz oynayırmış.Sonuncu dəfə 12 iyun 2022-ci il tarixdə o, Veranın qalan təxminən 4000 manat pulunu da götürüb topaz oynamış və həmin pulu da uduzmuşdur. Ondan sonra Veranın pulunun hamısını uduzduğunu görüb və bunu Vera biləcəyini düşünüb, istifadə etdiyi telefonu da söndürüb utandığından daha Veranın evinə getməmişdir.O, Veranın 40000 manat pulunu 01 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixdək olan müddətdə hissəhissə gizlin götürüb topazda uduzmuşdur. Ondan sonra Vera ilə əlaqə saxlamamış, bir müddət sonra Vera ilə telefonla əlaqə saxlamış, ona da pulunu topazda uduzduğunu etiraf etmişdir. Qeyd etmişdir ki, onun Vera ilə rəsmi nikahı olmamışdır. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsində yaşayır. Hal-hazırda yataq xəstəsidir. Belə ki, təxminən 3 il olar ki, Vadim adlı şəxs onun evində ona baxaraq köməklik edir.O, yaşadığı evini satmaq istəyirmiş və bunu Vadimə də bildirmişdir.Vadim də ona evi satmaqda köməklik göstərəcəyini demişdir. O, da Vadimə inanaraq evi 40000 manata satacağını demişdir. xx.xx.2022-ci il tarixdə evi 40000 manat satmış və həmin vaxtı o yataq xəstəsi olduğu üçün alqı-satqı evdə olmuş və o, pulu alaraq evdə yataq otağında olan şkafa qoymuşdur. Həmin pulun yerini Vadim bilmiş. xx.xx.2022-ci il tarixdə o, Vadimin evdə olmadığını görüb ona məxsus olan ***-***-**-** nömrəsinə zəng etmiş, lakin Vadimin nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, pulu qoyduğu yerə baxanda pulun da yerində olmadığını görüb bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Qeyd etmişdir ki, Vadimin şəxsiyyətini bilmir, Vadim ***-***-**-** nömrəsini istifadə edirmiş.O, Vadimə puldan istifadə etməsini deməmiş, Vadim onun xəbəri olmadan pulu götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili işləyir.Xırdalan şəhəri 26-cı məhəllə H.B.Zərdabi küçəsi onun xidməti ərazisidir. 2022-ci ilin iyun ayında həmin küçədə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağında dolabdan 40000 manat pulun onunla bir yerdə yaşayan Vadim adlı şəxs tərəfindən oğurlanması ilə bağlı müraciət daxil olmuş və faktla bağlı cinayət işi başlanmışdır. Tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vadim adlı şəxsin şəxsiyyəti Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmiş və 17 dekabr 2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxsla sorğu zamanı o, bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri- rəsmi ərarvad qismində yaşayırmış, 01 iyun 2022-ci il tarixdə Vera həmin evini 40000 manata satmış və pulu yataq otağında dolabda saxlayırmış, elə həmin tarixdən başlayaraq Veranm xəbəri olmadan həmin puldan müxtəlif məbləğlərdə götürüb Topaz oynamağa başlayaraq pulları uduzmuşdur. Sonuncu məbləğ 4000 manat pulu da 12 iyun 2022-ci il tarixdə götürüb onu da Topaz oyununda uduzandan sonra daha Veranm evinə getməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış 28 yanvar 2023-cü il tarixli tələbnamədə məhkumluğu barədə heç bir məlumat olmaması göstərilmişdir. 17 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 dekabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsidə nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin hakimi Şövkət Nəcəfovanın 19 dekabr 2022-ci il tarixli qərarına əsasən 02(iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Məhkəmə baxışı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-335/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-335/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver