Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-336/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 104 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə,` M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 140 saylı evin həyətində qardaşı Zərərçəkmiş şəxs ilə evinə gələn su xəttini kəsilməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək ona sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin qançırı, alt dodağın selikli qişasının, sağ əlin arxa səthinin, sağ əlin İV barmağının səthi əzilmiş yaraları, boyun nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 104 ünvanında yaşayır. Şahid onun arvadıdır. O, Cəmilə ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. X4 onun anası, Zərərçəkmiş şəxs onun qardaşı, X2 isə onun bacısıdır. Anası və qardaşı onlarla bir həyətdə ayrı-ayrı evlərdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində evdə olarkən anası Şirmayə onu və arvadını evdən çıxartmaq üçün qardaşı Abduləliyə bildirmişdir ki, evlərinə gələn suyu kəsmişlər. Abduləli də onların evin suyunu kəsdiyi üçün aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Abduləli və anası Şirmayə onu və arvadını söyüb təhqir edib öldürməklə hədələdiyi üçün o da əsəbləşib qardaşı Abduləlinin sifətinə yumruqla bir zərbə vuraraq Abduləlini döymüşdür. Baş vermiş mübahisə yaşadıqları evin həyətində 5-10 dəqiqə davam etmişdir.Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, lakin notarial qaydada barışdıqlarını təsdiq etmək istəsə də qardaşının şəxsiyyət vəsiqəsini itirdiyini, habelə məhkəmə iclasına gəlmədiyini bildirdi. Həmçinin himayəsində 2 azyaşlı övladının olduğunu bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş lakin lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 104 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı, Şahid qardaşının arvadı, X4 onun anası, X2 isə onun bacısıdır. Qardaşı və arvadı onlarla bir həyətdə ayrı-ayrı evlərdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində evdə olarkən evlərinə gələn su xətti borcuları olduğuna görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən kəsilmişdir. Qardaşı Elşən də onların evin suyunun onun tərəfindən kəsildiyini zənn edib onunla mübahisə etməyə başlamışdır. O, qardaşı Elşənə bildirmişdir ki, “evin suyunu onu kəsməmiş borca görə "xxxx" tərfindən kəsilmişdir”. Elşən onu inanmayıb onunla mübahisə etməyə başlamış və mübahisə zamanı Elşən onu söyüb təhqir edib hədələmişdir. Sonra qardaşı Elşən onun üstünə hücum edib əvvəlcə yumruqla onunla sifətinə, başına və sonrada bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Sonrada əlində olan bıçaqla mənim sifətinə vuraraq xəsarət yetirmişdir. Baş vermiş mübahisə yaşadıqları evin həyətində baş verərək 5-10 dəqiqə davam etmişdir. Bu səbəbdən anası bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bildirmişdir ki, baş vermiş mübahisə zamanı o, və anası heç kimi vurmamışlar, söyməmişlər və hədələməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 104 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun əridir. O, Elşənlə 2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nigahdan 2 azyaşlı övladı olmuşdur. X4 onun qaynanası, Zərərçəkmiş şəxs onun qaynı, X2 isə onun baldızıdır. Qaynanası və qaynı onlarla bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində evdə olarkən qaynanası Şirmayə onu və ərini evdən çıxartmaq üçün oğlu Abduləliyə bildirmişdir ki, evlərinə gələn suyu kəssin. Abduləli də onların evinə gələn su xəttini kəsdiyi üçün aralarında sözlə mübahisə baş vermişdir. Mübahsiə zamanı Abduləli onu söyüb təhqir edib hədələdiyi üçün əri Elşən Abduləlinin sifətinə yumruqla bir zərbə vuraraq Abduləlini döymüşdür. Baş vermiş mübahisə yaşadıqları evin həyətində 5-10 dəqiqə davam etmişdir. Bildirmişdir ki, baş vermiş mübahisə zamanı o, heç kimi vurmamış, söyməmiş, və hədələməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 669 saylı rəyinə əsasən 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sol gözün üst və alt göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin qançırı, alt dodağın selikli qişasının, sağ əlin arxa səthinin, sağ əlin İV barmağının səthi əzilmiş yaraları, boyun nahiyəsinin sıyrıqları küt əşya(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 736 saylı rəyinə əsasən Şahid bədəni üzərində xəsarət aşkar edilmədi. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AzeMis “Elektron İnformasiya sistemi vasitəsilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli tutulmuş şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020ci il təvəllüdlü X6 adlı övladları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmadı. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də əməlində ağırlaşdıran halların müəyyən edilməməsini, himayəsində 2 azyaşlı övladının olduğunu, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsini, nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-336/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-336/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver