Məhkəmə qərarları › İş №1(012)-337/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-337/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-337/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim – Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1994-cü il tarixdə Tovuz şəhərində doğulmuş, azərbaycanlı, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus Toyota markalı Highlander modelli **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksinin həyətində görmüş və Zərərçəkmiş şəxs ona sataşmaq məqsədi ilə onun yaşadığı məhəllədə həmin avtomobili saxladığını düşünüb həmin avtomobilə yumruq və təpik zərbələri vurub həmin avtomobilə zərər yetirərək, zərər çəkmiş Zərərçəkmiş şəxs 5100 (beş min yüz) manat dəyərində əmlakını qəsdən zədələyərək, ona xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə baxışında təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid ilə 2019-cu il tarixdə nişanlanmışdır. Sonradan aralarında olan anlaşılmazlıqlar səbəbindən nişanları pozulmuşdur. Nişanlarının pozulmasına səbəb Ayparənin atası Elşənin mütəmadi olaraq onların şəxsi münasibətlərinə qarışmağı və ona göstərişlər verməyi olmuşdur. O və Ayparə normal formada ayrılmış və o, ayrıldıqdan sonra Ayparə və Elşənə aralarında heç bir münasibətin ola bilməyəcəyi barədə xəbərdarlıq etmiş, eyni zamanda onun ətrafına və özünündə Ayparə və Elşənin ətraflna gəlməyəcəkləri barədə razılaşmışlar. Bundan sonra o, dediyi kimi sözünün üstündə durmuşdur. Lakin sonradan o, dəfələrlə Elşənin mobil nömrəsinə zəng edərək görüşüb danışmaq istəmiş, lakin Elşən onun mobil zənglərinə cavab vernəyərək onun mobil nömrələrini bloklamışdır. O, Elşənlə danışıb, aralarında olan münasibətləri normallaşdırmaq istəmişdir. Onun zənglərinə Elşən və Ayparə cavab verməmiş və bloklamışlar. 09 oktyabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində yaşadığı ünvana gələn zaman Elşənin istifadəsində olan **-HE-*** dövlət qeydiyyat nişanlı Toyota markalı Highlander modelli avtomobilin onun yaşadığı binanın qarşısında saxlanıldığını görmüşdür. O, Elşənin qohumunun Kristal Abşeron-1 yaşayış kompleksində yaşadığını bilirmiş, lakin həmin şəxs yaşayış kompleksinin girişinə yaxın yaşadığında həmin ev onun ünvanından xeyli aralıda yerləşirmiş. Bu səbəbdən Elşənin ona sataşmaq istədiyini düşünmüş və əsəblərini cilovlaya bilməmişdir. O, əsəbiləşdiyi üçün Elşənin avtomobilinin sağ qabaq qanadını, arxa yük yerinin qapısını, arxa sol və sağ qanadını təpiklə hərəsinə vuraraq əzmiş və alın şüşəsinə yumruq vuraraq sındırmışdır. Bundan sonra avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Onun Elşənin istifadəsində olan avtomobili əzməyi nəticəsində Elşənin avtomobilinə ümumilikdə maksimum 1000 (min) manat məbləğində maddi ziyan vurmuşdur, çünki vurduğu yerlər düzələsidir və yalnız alın şüşəsi dəyişilməlidir. O, həmin avtomobilin Elşənə məxsus olmasını bilmiş, həmin vaxt avtomobili Elşənin idarə etməsini düşünmüş və bu səbəbdən bu hərəkəti etmişdir. O, həmin avtomobilin Ayparənin istifadəsində olmasını bilməmişdir. Bu hərəkəti etməyinə birmənalı səbəb onun Elşənlə razılaşıb bir-birilərinə yaxınlaşmayacaqları barədə qarşılıqlı qərara gəlməkləri və həmin vaxt Elşənin avtomobilini qəsdən onun ünvanının qarşısında saxlaması olmuşdur. Çünki Elşənin qohumu onun ünvanından çox aralıda yaşadığından həmin şəxsin ünvanının qarşısında avtomobil saxlamaq üçün kifayət qədər yerlər olmuşdur. 09 oktyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrindən 11 radələrinə qədər Ayparə onun mobil nömrəsini 9 dəfə yığmışdır və o, yuxudan duran zaman Ayparəni yığıb etdiyi əməli etiraf etmişdir. Onun nə Ayparə, nə də Elşənlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Elşənin ona sataşdığını düşündüyü üçün belə etmişdir. O, həmin vaxt əsəbi olduğu üçün belə etmiş və o, qəsdən Elşənin ona sataşmağını düşündüyündən bu hərəkəti qəsdən etmişdir. Hadisə gecə saat 02 radələrində olduğu üçün ətrafda heç kim olmamış, güclü səs küy olmadığı üçün də həmin yerə heç kim gəlməmişdir.O, ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkənlə barışdığını, sonuncuya dəymiş ziyanın ödənildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Ayparənin nişanlısı olmuşdur. Təxminən 2019-cu ilin avqust ayında Səxavət Ayparə ilə nişanlanmışdır. Nişanlı olduqları müddət ərzində o, Səxavətin atası Rəfayətlə toyun vaxtını müəyyən etmək istəmişlər. Toyun vaxtını dəqiqləşdirməmişdən əvvəl qızı Ayparə ilə bir daha danışıb toyun vaxtını dəqiqləşdirmək istədiyini bildirmişdir. Ayparə isə ona bildirmişdir ki, Səxavətlə münasibətini davam etdirmək istəmir. O, Ayparədən nə baş verdiyini soruşanda Ayparə ona bildirmişdir ki, Səxavət heç nədən boş yerə qısqanclıq zəminində mübahisələr edir. Ayparə ona Səxavətlə münasibətini kəsmək istədiyini və fikrində qəti olduğunu demiş və ondan xahiş etmişdir ki, Səxavətlə danışıb nişanı geri qaytarsın. O da Ayparənin xahişi ilə Səxavətlə görüşüb Ayparənin münasibəti davam etdirmək istəməyib ayrılmaq istədiyini və nişanı geri qaytarmaq istədiyini bildirmişdir. Səxavət də onun fikrinə adekvat münasibət bildirib razılıq verərək nişanı geri qaytarmağa etirazının olmadığını bildirmişdir. Həmin gündən də qızı Ayparə ilə Rəfayət rəsmi olaraq nişanları qaytarmışlar. 08 oktyabr 2022-ci il tarixdə qızı ondan ona məxsus olan Toyota Highlander markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilini istəmişdir ki, həmin avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan dayısı gilə qonaq getsin. O da qızının xahişinə etiraz etməyib avtomobili vermişdir. Həmin avtomobili idarə etmək üçün o, qızına etibarnamə vermişdir. Səhəri gün yəni ki, saat 12 radələrində qızı Ayparə ona zəng edib Toyota Highlander markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Səxavət tərəfindən qəsdən zədələndiyini bildirmişdir. O, dərhal Abşeron rayonu, Xırdalan şəhərinə avtomobilin olduğu yerə gəlmişdir. Onlar birinci polisə gedib Səxavətdən şikayət ərizəsi yazmış daha sonra isə avtomobili rəsmi servisə aparıb dəymiş ziyan aktını almışdır. Daha sonra isə avtomobili istismar etmək mümkün olması üçün təmir etdirmişdir. Həmin avtomobil Səxavət tərəfindən qəsdən zədələnərək avtomobilə 5100 manat maddi ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq və ərizə göndərərək bildirmişdir ki, təqsirləndirlən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Səxavət onun nişanlısı olmuşdur. Təxminən 6 il bundan əvvəl o, Səxavətlə tanış olub sevgili olmuşdur. 2019-cu ilin avqust ayında isə Səxavətlə nişanlanmışdır. Nişanlı olmamışdan əvvəl onların münasibətləri çox yaxşı olmuş, aralarında heç bir qısqanclıq filan olmamış, lakin nişanlanandan sonra Səxavət özünü pis tərəfdən göstərməyə başlamışdır. Belə ki, onu əsassız yerə qısqanıb mübahisələr yaradırdı. Heç bir səbəb və əsas olmadan özündən olmayan situasiyalar yaradıb olmayan hadisə üstündə onunla mübahisələr etmişdir. O, artıq başa düşmüşdür ki, Səxavətlə münasibətini davam etdirə bilməz. Ona görə də Səxavətdən ayrılmaq qərarına gəlib nişanını qaytarmaq istəmişdir. O, ilk olaraq ayrılmaq istəməyini Səxavətə demişdir. Lakin Səxavət bunu qəbul etməmişdir. O da məcbur olub atası Elşənə demişdir ki, Səxavətin özü ilə danışıb ayrılmaq fikrinin ciddi olduğunu başa salsın. Atası da onun xahişi ilə Səxavətlə görüşüb söhbət edib onun ayrılmaq istəyində ciddi olduğunu başa salmışdır. Atası Səxavətlə ayrılmaq barəsində danışan zaman Səxavət bunu normal qarşılayıb atası ilə mübahisə etməyib ayrılmağa razılıq vermişdir. Təxminən 2021 -ci ilin yay aylarında o, Səxavətlə rəsmi olaraq tam ayrılmış və üzükləri də bir birilərinə geri qaytarmışlar. Rəsmi ayrıldıqdan təxminən 4-5 ay ərzində Səxavət yoxa çıxmış və əlaqələri tam kəsilmişdir. Təxminən 4-5 ay sonra Səxavət ona yenidən zəng edib mesajlar yazıb ayrılmaq istəmədiyini bildirmişdir. Lakin o, ayrılmaq fikrində qəti olduğu üçün Səxavətə cavab verməyib nömrələrini bloka atmışdır. Səxavətin nömrəsini bloka atmağına baxmayaraq ayrı nömrələrlə də ona zəng edirmiş. O da məcbur olub nömrəsini dəyişəsi olmuşdur. Lakin bundan sonra da Səxavət ortaq tanışalr vasitəsi ilə onun nömrəsini tapıb ona zəng edib mesajlar yazmışdır. O da artıq bezdiyindən Səxavəti bloka da atmamış, ancaq zəng və mesajlarını cavabsız qoymaqla kifayətlənmişdir. 08 oktyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində o, atası Elşənə məxsus Toyota Highlander markalı 90-HE- 808 dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan dayısı gilə qonaq getmişdir. Dayısıgil Xırdalan şəhərində yerləşən Kristal Abşeron 1 yaşayış kompleksində yerləşən 6 nömrəli binada yaşayırlar. O da atasına məxsus olan Toyota Highlander markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili 6 nömrəli binanın qarşısında saxlamağa yer olmadığı üçün həmin bina ilə üzbəüz olan yarım tikili binanın qarşısında saxlamışdır. Səhəri gün yəni ki, 09 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində dayısı gilin mənzilindən çıxıb evinə getmək üçün avtomobilə tərəf getmişdir. Avtomobilə çatandan avtomobilin alın şüşəsinin qırıq olduğunu görmüşdür. Avtomobilimə baxış keçirən zaman avtomobilinin bir çox xarici ehtiyat hissələrinin zədələnmiş və ya qırılmış halda olduğunu görmüşdür. O, dərhal düşmüşdür ki, bunu edən Səxavət olacaq. Bunu dəqiqləşdirmək üçün yaşayış kompleksinin təhlükəsizlik otağına gedib müşahidə kameralarına baxmaq istəmişdir. Elə kameralara düşən görüntüləri axtaran zaman ona Səxavət zəng etmişdir. O, Səxavətdən birbaşa nəyə görə avtomobilini zədələdiyini soruşmuşdur. Səxavət isə həmin əməli etdiyini etiraf edərək yaxşı edib belə etdiyini bildirmişdir. Ondan sonra da o, əmin olmuşdur ki, həqiqətən də avtomobili Səxavət zədələyib və ona görə də polisə gedib Səxavət barəsində şikayət etmişdir. Səxavətin onun atasına məxsus olan Toyota Highlander markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələməsi nəticəsində avtomobilə 5100 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2023-cü il tarixli, 9/705 nömrəli rəyindən görünür ki, nəzəri hesablam yolu ilə tədqiqata təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı, Toyota Highlander markalı, məhrrik həcmi 3500 sm3, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci təxminən 5100,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3470,00 manat, - təmir bərpa işlərinin qiyməti - 1630,00 manat. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması və hər ikisinin məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189.1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs kimi zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri- mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar