Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-337/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, 15-ci sıra küçəsi, ev 40 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə saat 10 radələrində tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Araz” marketin yaxınlığında yerləşən yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə qəsdən yumruqla bir neçə dəfə vuraraq ona başın sol təpə-gicgah nahiyələrinin dərialtı hematoması, üzün sol gözaltı və yanaq nahiyələrinin, alt göz qapağının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, tanıyır. Həmin vaxtdan bəri qeyri-rəsmi münasibətləri vardır. Ülviyyə ilə aralarında qısqanclıq zəminində tez-tez mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ülviyyə ilə telefon əlaqəsi saxlamış və aralarında mübahisə baş vermişdir. Növbəti gün, xx.xx.2023-cü il tarixdə o, Ülviyyənin həmin vaxtlar kirayədə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində “Araz” marketin yaxınlığında yerləşən evə getmişdir. Ülviyyə qapını açdıqda yenə də aralarında mübahisə baş vermişdir. Ülviyyə onu təhqir etdiyi üçün o, Ülviyyənin üz nahiyəsinə yumruqla bir dəfə vurmuş, daha sonra Ülviyyə onu yenə də söyməyə davam etdiyi üçün bir neçə dəfə daha baş və üz nahiyəsinə yumruqla zərbələr endirmişdir Daha sonra Ülviyyənin burnunun və ağzının qanadığını görüb dayanmışdır. Əsəbi olduğu üçün Ülviyyənin telefonunu əlindən alıb yerə çırparaq oradan uzaqlaşmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə təxminən 3-4 il olar ki, qeyri-rəsmi münasibətləri vardır. Tez-tez aralarında qısqanclıq zəminində mübahisələr baş verir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Rövşənlə telefon əlaqəsi saxlayıb harada olmasını soruşmuşdur. Rövşən işdə olduğunu, daha sonra isə Mərdəkan qəsəbəsinə gedəcəyini bildirmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. O, Rövşənə ayrılmaq istədiyini demiş, Rövşənin əsəbiləşdiyini hiss etmişdir. Növbəti gün, səhər saat 10 radələrində Rövşən həmin vaxt onun Abşeron rayonu, Masazır qəsəbəsində “Araz” marketin yaxınlığında yerləşən kirayədə yaşadığı evə gəlmişdir. O Rövşəni evin həyətində qarşılamışdır. Həmin vaxt da aralarında mübahisə baş vermişdir. Rövşən onunla təhqiredici formada danışdığı üçün o da Rövşəni söymüşdür. Bundan sonra Rövşən yumruqla onun baş və üz nahiyələrinə vurmağa başlamışdır. Ağzı və burnu qanadığı üçün Rövşən dayanmış, daha sonra əlindən ona məxsus A50 markalı mobil telefonu alıb yerə çırparaq çıxıb getmişdir. Daha sonra o, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddia və tələbi olmadığı və gələcəkdə də olmayacağını, onu bağışlayacağını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü i il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktı görə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli, 1385 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən və qərarda ekspertin qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlmişdir:
1. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - başın sol təpəgicgah nahiyələrinin dərialtı hematoması, üzün sol gözaltı və yanaq nahiyələrinin, alt göz qapağının şişkinlikli qançırı, sol gözün ağlı qişasına qansızma, üst dodağın selikli qişasının əzilmiş- cırılmış yarası və qansızması küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.
2. Vət Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdi. Başın sol təpə-gicgah nahiyəsindəki dərialtı hematomanın onun əllə vurularaq baş nahiyəsinin qapıya dəyməsi nəticəsində yetirilməsi inkar edilmir.
3. Vət Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva