Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-338/2022 26.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1979-cu ildə Şamaxı rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 oktyabr 2008-ci il tarixdən başlayaraq 25.08.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 30 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 19.10.2021-ci il və 29.10.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 02 noyabr 2021-ci il tarixə kimi cəmi 5515,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qəsdən qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yeni yaşayış massivində ailəsilə birlikdə yaşayır, yaşadığı ərazidə işəmuzd təmir-tikinti sahəsində usta kimi işləyir, aylıq gəliri 350-400 manat təşkil edir, 11.12.2008-ci ildə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 24.02.2010-ci il tarixdə Aydan, 14.05.2012-ci il tarixdə Nurdan, 17.11.2014-cü il tarixdə Mehriban və 22.07.2019-cü il tarixdə Mikayıl adlı övladları doğulmuş, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, onunla 2002-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan 25.08.2003-cü il tarixdə Nərmin adlı övladı doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan onunla ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2008-ci ildə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin 04.03.2009-ci il tarixli, 2(105)-218/2009 saylı qətnaməsinə əsasən, ondan 21 oktyabr 2008-ci il tarixdən başlayaraq 25.08.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin 30.04.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin aliment üzrə müəyyən məbləğdə ödəniş etməyisinə baxmayaraq, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə qalıq borcu 5515,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü işəmuzd usta kimi işləsə də, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Məhkəməyə dəvət olunduqdan sonra qətnamə üzrə tələbkara olan borcunu tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)- 218/2009 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 21 oktyabr 2008-ci il tarixdən başlayaraq 25.08.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment tutulub mənə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 5515,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, Abşeron rayon Sulutəpə ərazisində fərdi yaşayış evlərinin tikinti-təmir işlərində usta kimi çalışır, həmçinin Hökməli qəsəbəsində ailəsinə məxsus fərdi yaşayış evi vardır, bundan əlavə qeydiyyatda olduğu Qobustan rayonunun Cəyirli kəndində evləri vardır. Buna baxmyaraq Nərminənin saxlanması üçün 11 il ərzində cəmi 5265,00 manat ödəniş etmiş, kifayət gədər qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-218/2009 saylı 06.03.2009-cı il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 21.10.2008-ci il tarixdən başlayaraq 25.08.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay tutulan sabit pul məbləğində alimentin miqdarı 70 manat məbləğində müəyyən edilməsi qərara alınmış, icra vərəqəsi üzrə icra işi başlanılaraq müvafiq bildiriş tərəflərə göndərilmiş, borclu şöbəyə çağırılsa da, üzrlü səbəb olmadan çağırışa gəlməmiş, bu səbəbdən axtarışda olan iş üzrə borclu Təqsirləndirilən şəxs polis əməkdaşları vasitəsi ilə 30.04.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron rayon məhkəməsinin 3(012)-746/2021 saylı 30.04.2021-cı il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmiş, məhkəmə aktının icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Sumqayıt Apellyasiya məhkəməsinin 8(105)-206/2021 saylı 04.10.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmışdır. “Elektron icra” informasiya sistemindən məlumata əsasən borclu Təqsirləndirilən şəxs adına heç bir qiymətli əşya, daşınar və daşınmaz əmlak, banklarda adına heç bir pul vəsaitləri və hər hansı bir növdə təqaüd alması aşkar edilməmiş, iş üzrə borclu Təqsirləndirilən şəxs iş üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə icra müddətində 5265,00 manat aliment pulu ödəmiş və ödənilməmiş 5515,00 manat məbləğində aliment borcu yaranmışdır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X4 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Abşeron rayon icra və probasiya şöbəsinə ünvanladığı 31.08.2021-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs ilə 26.08.2021-ci il tarixdə telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış, söhbət zamanı vətəndaş "xxxx" şirkətində təklif olunmuş iş yerində əmək haqqının onu qane etmədiyini bildirərək imtina etmiş, "xxxx" MMC-də isə sənədlərinin gözləmədə olduğunu bildirmiş, bundan əlavə filial əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəhlə-operator işi (əmək haqqı 400 manat) təklif olunmuş, vətəndaş həmin işlə razılaşdıqdan sonra elektron göndəriş sənədləşdirmənin aparılması qeyd edilmiş, bundan sonra iş üzrə borclu Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və sonuncu təklif olunmuş işi qəbul etmədiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Bununla da, borclu Təqsirləndirilən şəxs inzibati tənbeh tətbiq olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam etməklə həmçinin faktiki imkanlarından istifadə etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnamənin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 21 oktyabr 2008-ci il tarixdən başlayaraq 25.08.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70,00 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbzlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 mart 2009-cu il tarixli, 2(105)-218/2009 saylı qətnaməsi üzrə İcra qurumu İstintaq idarəsinə təqdimatla müraciət etdikdən sonra borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs müxtəlif tarixlərdə ümumilikdə 670,00 manat məbləğində ödəniş etmişdir. X4 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 15.07.2021-ci il və 31.08.2021-ci il tarixli məktublarına əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınsa da, Təqsirləndirilən şəxs əmək haqqı 250-500 manat olmaqla "xxxx" MMC-də çilingər və poladəridən, eləcə də əmək haqqı 300-350 manat olmaqla "xxxx" MMC-də fəhlə, həmçinin əmək haqqı 400 manat olmaqla "xxxx" MMC-də fəhlə-operator vəzifələri təklif olunmuş, lakin işlə təmin olunmaq üçün sonuncu mərkəzə müraciət etməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə olan aliment borcunu tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, məhkəmə qətnaməsi üzrə olan aliment borcunu Zərərçəkmiş şəxs tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 07.04.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306-cı, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-338/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-338/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver