Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-338/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə saat 20:38-də atası Şahid1 ilə əlbir olan bir qrup halında olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-yə məxsus 23 saylı mağazanın yaxınlığında onunla birlikdə həmin yerdə olan Zərərçəkmiş şəxs anası Şahid2 baxmasını bəhanə kimi gətirib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, cəmiyyətin üzvlərinin mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə öz şəxsiyyətlərini zərərçəkmişin və oraya toplaşmış digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub ictimai yerdə ucadan səs-küy yaradıb Zərərçəkmiş şəxsla dalaşaraq yumruqla sifət nahiyəsindən bir dəfə zərbə endirib sonuncuya sol gözətrafı yumşaq toxumaların - sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmasından sonra sonuncu sifətini tutub aşağı əyildikdə Şahid1 da təpiklə bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinə və başına vuraraq qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 30 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində işdə olarkən anası Aysel və Ceyhunun birlikdə mağazaya daxil olduqlarını görmüş, yaxınlaşıb anasından nə üçün gəldiklərini soruşduqda anası həm evə getməzdən əvvəl alış-veriş etmək, həm də ona “McDonalds” restoranından aldıqları yeməyi vermək üçün gəldiklərini söyləmişdir. Bundan sonra anası ilə birlikdə mağazadan çıxıb yemək paketini avtomobildən götürməyi təklif etmişdir. Buna görə də, anası Aysel ilə birgə mağazadan çıxmış, o, mağazanın qarşısında dayanıb siqaret çəkməyə başlamış və anası yemək paketinin gəldiklərini söyləmişdir. Bundan sonra, anası ilə birlikdə mağazadan çıxıb yemək paketini avtomobildən götürməyi təklif etmişdir. Buna görə də anası Aysel ilə birgə mağazadan çıxmış, o, mağazanın qarşısında dayanıb siqaret çəkməyə başlamış və anası yemək paketini götürmək üçün təkbaşına avtomobilə doğru getməyə başlamışdır. Anası geri qayıdan zaman yolun əks tərəfində fəaliyyət göstərən “Top Market” adlı mağazaya mal gətirən yük avtomobilin sürücüsünün anasının arxasınca diqqətlə baxdığını görmüşdür. Həmin şəxsə “Nolub, qaqaş” sualını verərək, nə üçün tərstərs baxdığını soruşmuş, bu zaman sonradan adının Raqub olmasını öyrəndiyi şəxs anasının əlindəki paketin içərisindəki məhsulun onların şirkətinə aid olub-olmadığını bilmək üçün paketin üzərinə baxdığını demişdir. Anası mübahisə yaranmasın deyə avtomobildən götürdüyü paketi ona verərək onu mağazanın içərisinə salmışdır. Lakin həmin şəxsə çox əsəbiləşdiyinə görə yemək paketini mağazaya qoyub, çölə çıxmış və yolun digər tərəfinə keçib həmin şəxsə ona nağıl danışmamasını demiş və nə üçün tanımadığı qadına baxdığını soruşmuşdur. Həmin şəxsin gətirdiyi bəhanələr onu əsəbiləşdirdiyinə görə mağazadan bir neçə metr aralandıqdan sonra yumruqla Raqub adlı şəxsin sifət nahiyəsinə zərbə vurmuşdur. Zərbələrin təsirindən həmin şəxs səndələyib yerə yıxılmışdır. Təxminən 1 dəqiqə sonra Ceyhun mağazadan çölə çıxıb onların dayandığı yerə gəlib nəyə görə mübahisə etdiklərini soruşmuşdur. O, həmin şəxsin “pis gözlə” anasına baxdığını bildirəndə Ceyhun əsəbiləşib təpiklə Raqub adlı şəxsin sifət nahiyəsinə zərbə vurmuşdur. Yumruq və təpik zərbələri ilə həmin şəxsi döyməklərinə baxmayaraq, zərbələrin sayını xatırlamdığını bildirmişdir. Bundan sonra, oraya toplaşaraq baş verənləri izləyən tanımadığı şəxslər onu çəkib mağazanın qarşısına aparmağa səy göstərmişlər. Həmin vaxt çox əsəbiləşdiyi üçün söyüş söysə də, sonradan həmin söyüşün məzmununu xatırlamadığını bildirmişdir. Təxminən 1 dəqiqə sonra anası Aysel də mübahisənin baş verdiyi yerə yaxınlaşıb onu kənara çəkməyə çalışmışdır. Ancaq Ceyhun baş verənlərə müdaxilə etməməsini dedikdən sonra anası işlədiyi mağazanın qarşısına getmişdir. Daha sonra oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə mağazanın qarşısına aparılmışdır. Döydükləri şəxs isə yolun digər tərəfində dayanmış yük avtomobilinə əyləşib oradan çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 30 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə edilmiş müraciət və Abşeron rayon Polis İdarəsinə ünvanlanmış ərizə ona məxsusdur. Müraciətlərində göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, özünə məxsus olan “Mercedes” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi qaydada yükdaşıma fəaliyyəti ilə məşğul olur. Abşeron rayonu və Bakı şəhəri ərazisində müxtəlif ünvanlara zənglər əsasında yük daşınmasını həyata keçirməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 30 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “Top Market” adlı mağazanın sahibinin sifarişi ilə həmin mağazadakı malları avtomobilinə yükləyib Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən anbara aparmalı olmuşdur. Həmin gün saat 20:30 radələrində avtomobilini adı çəkilən mağazanın arxasında saxladıqdan sonra mağazanın fəhlələri malları avtomobilə yükləməyə başlamışlar. Bu zaman avtomobilini saxladığı yerin sol tərəfində yerləşən "xxxx" MMC-yə məxsus mağazadan təxminən 15-20 metr aralıda qara rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanı “173” ilə bitən avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşəndə onun haraya getdiyini bilmək üçün sürücüyə baxmışdır. Çünki sürücü avtomobili elə yerdə saxlamışdır ki, digər avtomobillərin oradan rahat keçib getmələrinə azacıq maneə yaranmışdır. "xxxx" MMC-yə məxsus mağazanın qarşısında dayanmış, əynində həmin mağazaya məxsus gödəkçə olan, siqaret çəkən oğlan ona salam vermiş və niyə tərs-tərs baxdığını soruşmuşdur. Bu zaman o, “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomobili yaxşı formada saxlamadığını, getdiyi yeri bilmək üçün arxasınca baxdığını izah etməyə çalışmışdır. Sonradan adının Hüseyn olmasını bildiyi həmin şəxslə mağazadan təxminən 10 metr aralıya çəkilib ikilikdə söhbət edərkən orta yaşlı şəxs yaxınlaşıb heç bir əsaslı səbəb olmadan və heç bir şey demədən qəflətən yumruqla burun nahiyəsinə vurmuşdur. Zərbədən sonra gözlərini yumaraq əlləri ilə burnunu tutub əyilmiş, bu zaman həmin oğlan və orta yaşlı şəxs təpiklə sifət nahiyəsindən vurmuşlar. Bundan sonra o, yerə yıxılmış, su və dəsmal götürmək məqsədilə yavaş-yavaş avtomobilinə doğru getməyə başlamışdır. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər cavan oğlanı və orta yaşlı kişini kənarlaşdıraraq daha onu vurmalarına imkan verməmişlər. Sifət nahiyəsindən sınıq və əzik xəsarətləri aldığı üçün mobil telefon vasitəsilə Azərbaycan Respublikası DİNin “102” zəng mərkəzi xidmətinə müraciət edib 2 nəfər şəxs tərəfindən döyüldüyünü bildirmiş və avtomobilinə əyləşərək birbaşa Abşeron rayon Polis İdarəsinə getmişdir. O, eyni zamanda ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını, barışdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Təxminən 1 il 6 ay əvvəl arvadı Şahid2 və oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Yasamal rayonundan ünvan 2nvanında yerləşən evə köçmüşlər. Əvvəllər icarə əsasında idarə etdiyi qara rəngli “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, oğlu Hüseyn isə 2022-ci ilin oktyabr ayının ortalarında yaşadıqları bina ilə üzbə-üz yolun digər tərəfində yerləşən Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin yaxınlığındakı "xxxx" MMC-yə məxsus mağazada satıcı işləməyə başlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrində arvadı Ayseli işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən gözəllik salonundan evə aparmaq üçün avtomobillə oraya getmiş və iş yerindən götürdükdən sonra birlikdə evə doğru hərəkət etmişlər. Yolda olarkən arvadı lazımı ərzaqları almaq, həmçinin yemək vermək üçün Hüseynin işlədiyi mağazaya getmək istədiyini bildirmişdir. Buna görə də saat 20:30 radələrində yaşadıqları binanın yaxınlığına çatıb avtomobili mağazadan təxminən 10 metr irəlidə yolun kənarında saxlamış və Aysellə birlikdə avtomobildən düşmüşdür. Mağazaya doğru gedəndə Hüseynin mağazanın qarşısındakı dirəyin yanında dayandığını görmüşdür. Əvvəlcə, özü, bir neçə saniyə sonra isə Aysel və Hüseyn mağazaya daxil olmuşlar. Ancaq oğlu arvadını mağazaya daxil edərək özü dərhal çölə çıxmışdır. Təxminən 1 dəqiqə sonra Aysel ona mağazanın qarşısında Hüseynin kiminləsə mübahisə etdiyini demişdir. Mağazadan çölə çıxıb Hüseynin, sonradan adının Raqub olmasını bildiyi 28-30 yaşlı şəxslə yolun əks tərəfində mübahisə etdiyini görmüşdür. Oraya yaxınlaşanda eşitmişdir ki, Hüseyn həmin şəxsdən nə üçün pis gözlə anasının arxasınca baxdığını soruşmuş, həmin şəxs isə anasına deyil, Ayselin əlindəki sellofan torbaya baxdığını bildirmişdir. Ardınca Raqub adlı şəxsdən nəyə görə oğlu ilə mübahisə etdiyini soruşmuşdur. Raqubun Hüseynə verdiyi cavabı təkrarlaması oğlunun xoşuna gəlmədiyindən bir dəfə yumruqla Raqubun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra özü və ətrafda dayanıb baş verənləri izləyən şəxslər Hüseyni tutub mağazanın qarşısına doğru aparmağa çalışmışlar. Hüseyn çox əsəbiləşdiyi üçün söyüş-söysə də, hazırda həmin söyüşün nədən ibarət olduğunu xatırlamır. Təxminən 1 dəqiqə sonra Aysel də mağazanın qarşısından Hüseynə yaxınlaşıb kənara çəkməyə çalışmış, Ayselə baş verənlərə müdaxilə etməməsini dedikdən sonra Aysel mağazanın qarşısına qayıtmışdır. Daha sonra oraya toplaşan tanımadığı şəxslərin köməyi ilə Hüseyni mağazanın qarşısına aparmış, Raqub isə yolun digər tərəfində dayanmış yük avtomobilinə əyləşib idarə edərək çıxıb getmişdir. Hadisə zamanı Raqubu o vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslə nə özü, nə də ailə üzvləri arasında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. Hüseyn 2022-ci ilin oktyabr ayının ortalarında yaşadıqları bina yaxınlığında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus mağazada satıcı işləməyə başlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Ceyhunla birlikdə sonuncunu idarə etdiyi avtomobilə alışveriş etmək və Hüseynin işlədiyi mağazaya gəlmişlər. Sonra o, Hüseynlə birlikdə onun üçün aldıqları yeməyi maşından götürmək üçün mağazadan çıxmış, Hüsyen mağazanın qarşısında dayanmış o isə yolun qarşı tərəfində dayanan maşından yeməyi götürəməyə getmişidr. Geri qayıdarkən yolun əks tərəfində yerləşən “Top Market” adlı mağazanın arxa tərəfində dayanmış şəxslərdən birinin arxasınca “Belə gözəl xanıma baxmamaq mümkün deyil” sözlərini dediyini eşitmişdir. Həmin sözə heç bir əhəmiyyət vermədən mağazaya doğru gedib əlindəki yemək paketini Hüseynə vermişdir. Hüseyn “Top Market” adlı mağazanın arxa tərəfində dayanmış şəxslərdən birinə müraciətlə “Nolub, qaqaş?” sualını vermişdir. Mübahisə yaranmasın deyə Hüseyni mağazaya salmışdır. Heç bir dəqiqə keçməmiş Hüseyn əlindəki yeməyi mağazaya qoyub çölə çıxmışdır. Hüseyn hərbi xidmətdən yeni qayıtması ilə əlaqədar çox əsəbi olduğundan arxasınca söz atan şəxslə dalaşacağını güman edib Ceyhuna oğlunun çöldə kiminləsə dalaşdığını bildirmiş və təcili mağazadan çölə çıxmasını demişdir. Ceyhun mağazadan çölə çıxdıqdan bir neçə saniyə sonra mağazanın qapısı qarşısına çıxaraq Hüseyn və Ceyhunun “Top Market” adlı mağazanın arxa tərəfində bir qədər əvvəl ona söz atmış şəxslərlə dalaşdıqlarını görmüşdür. Mağazanın qapısı qarşısında dayanıb oradan mağazada işləyən adını bilmədiyi qadın satıcı ilə birlikdə baş verənləri izləmişdir. Bu zaman Ceyhunun yerə yıxılmış vəziyyətdə olan şəxsi təpiklə vurduğunu görmüşdür. Hüseynə yaxınlaşıb kənara çəkməyə çalışsa da, Ceyhun baş verənlərə müdaxilə etməməsini dediyi üçün mağazanın qarşısına qayıdaraq orada dayanmışdır. Daha sonra oraya toplaşmış şəxslər Hüseynlə mübahisə yaratsalar da, Ceyhun və digərləri Hüseyni mağazanın qarşısına gətirib içəri salmışlar. İnsanlar çıxıb getdikdən sonra o, Ceyhun və Hüseynlə birlikdə avtomobilə əyləşərək yaşadığı evə getmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 Telamn oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 16 fevral 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında "xxxx" MMC-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən ərzaq mağazasında administrator işləyir. Onun vəzifəsi mağazanın ümumi işinə rəhbərliyi həyata keçirməkdən, daxil olan malları qəbul edib hesabatını aparmaqdan ibarətdir. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs isə 25 oktyabr 2022-ci il tarixdə administratoru olduğu mağazada satıcı-kassir vəzifəsində işə başlamışdır. İşlədiyi 5-6 gün ərzində Hüseynin mağazada işləyən hər hansı işçi və ya mağazaya gələn müştərilərlə mübahisə yaratdığını görməmişdir. 30 oktyabr 2022-ci il tarixdə saat 08:00-da hər gün olduğu kimi mağazaya gəlib işə başlamış, saat 18:00-da iş vaxtı başa çatdığı üçün yaşadığı evə getmişdir. Həmin gün saat 20:00 radələrində mağazada işləyən işçilərdən biri mobil telefonuna zəng edərək Hüseynin mağazanın qarşısında bir nəfər şəxslə dalaşdığını bildirmişdir. Bu səbəbdən təcili evdən çıxıb mağazaya yollanmışdır. Mağazanın qarşısına çatanda artıq dava-dalaşın başa çatdığını öyrənmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları mağazaya gələrək baş vermiş dava-dalaşla bağlı şifahi şəkildə onu və digər işçiləri şifahi qaydada sorğu-sual etmişlər. Həmin vaxt o, polis əməkdaşlarına özünün hadisə barəsində yenicə məlumat aldığını, məlumat alan kimi dərhal mağazaya gəldiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ondan mağazanın qarşısında təhlükəsizlik kamerasının quraşdırılıbquraşdırılmadığım soruşmuşlar. O, adını bilmədiyi polis əməkdaşına təhlükəsizlik kamerasının quraşdırıldığını bildirib birlikdə qeydə alınmış videogörüntüyə baxmağı təklif etmişdir. Ardınca polis əməkdaşlarını iş otağına dəvət edib onlarla birlikdə videogörüntüləri izləmişdir. Bu zaman 30 oktyabr 2022-ci il tarixdə saat 20:38-də Hüseynin və sonradan atası olmasını bildiyi Ceyhunun mağazadan bir qədər kənarda, yəni yolun digər tərəfində yerləşən, hazırda fəaliyyət göstərməyən “Top Market” adlı mağazanın arxa tərəfmə getdiklərini, bir neçə saniyə sonra ətrafa çoxsaylı insanların toplaşdıqlarını, ardınca Hüseyn və atasının insanların müdaxiləsi ilə mağazanın qarşısına gətirildiklərini görmüşdür. Ancaq hadisənin hansı səbəbdən baş verdiyini, hadisə vaxtı Hüseyn və atası Ceyhunun nə üçün mübahisə yaratdıqlarını bilməmişdir. Bundan başqa Şahid3 ifadəsində administrator işlədiyi Abşeron rayonu Xırdalan şəhərində yerləşən "xxxx" MMC-yə məxsus 23 saylı mağazanın qarşı tərəfində quraşdırılmış təhlükəsizlik kamerasının 30 oktyabr 2022-ci il tarixdə saat 20:37-dən 20:40dək qeydə aldığı video görüntülərin köçürüldüyü 1 ədəd “DVD” diski könüllü surətdə istintaqa təqdim etmişdir. Həmin diskə baxış keçirilən zaman diskdə olan “WhatsApp Video 2022-11-03 at 12.36.54” adlı 2 dəqiqə 50 saniyə anı fıksə edən video görüntünün 30 oktyabr 2022-ci il tarixdə saat 20:37-dən saat 20:40-dək olan müddətdə qeydə alındığı məlum olmuşdur. Baxış keçirilməsinə iştirak edən Şahid3 video görüntünün administratoru olduğu mağazanın qarşısında quraşdırılmış videokamera tərəfindən qeydə alındığını, video görüntüdə əynində arxa tərəfində yazı olan boz rəngli gödəkçə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmçinin video görüntüdə saat 20:37- də bir nəfər qadının əlindəki paketlə mağazaya doğru addımladığı, bir qədər sonra Təqsirləndirilən şəxs mağazanın qarşısından yolun digər tərəfindəki yerə getdiyi, bir qədər sonra geri qayıtdığı, daha sonra oraya çoxlu şəxslərin toplaşdığı və həmin şəxslərin əsəbi vəziyyətdə olan Təqsirləndirilən şəxs sakitləşdirərək mağazanın içərisinə salmağa çalışdıqları müəyyən edilmişdir. Həmin disk baxış keçirildikdən sonra qablaşdırılıb protokola əlavə edilmiş və iş üzrə maddi sübut kimi tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Abşeron rayon şöbəsinin 23 noyabr 2022-ci il tarixli 2592 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına olan tibbi sənəddə qeyd olunanlara əsasən, hadisə haqqında göstərilən məlumatları nəzərə alaraq onun bədənində aşkar edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, burun sümüyünün qapalı kompressionyer dəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumaların- sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə İ dişin tac hissəsinin travmatik qopması, dişətinə qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 30 oktyabr 2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs barəsində təyin edilmiş əlavə məhkəmətibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X1” X2 Abşeron rayon şöbəsinin 03 mart 2023-cü il tarixli 07Ə nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına vəadına olan tibbi sənədlərdə qeyd olunanlara əsasən bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəlləbeyin tarvması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompressionyer dəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumaların - sol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi də əhatə olunmaqla, eləcə də sağ gözaltı nahiyənin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə soldan İ dişin tac hissəsinin travmatik qopması, diş ətinə qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 30 oktyabr 2022-ci il tarixdə döyülmə zamanı insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompressionyerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, sol gözətrafı yumşaq toxumalarınsol üst və alt göz qapaqlarının sol gözaltı almacıq nahiyəsi dəəhatə olunmaqla, eləcə də sağ gözaltı almacıq nahiyənin qançırı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə soldan İ dişin tac hissəsinin travmatik qopması, dişətinə qansızma isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 01 noyabr 2022- ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin 23 saylı mağazasının yaxınlığıdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin yer insanların gediş-gəlişinin olduğu ictimai yerdir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 30 oktyabr 2022-ci il tarixdə saat 20:00 radələrindəözünə məxsus “Mercedes” markalı yük avtomobilini mağazanın digər tərəfindəki anbarın qarşısında saxlayıb yüklərin avtomobilə yerləşdirilməsini gözlədiyi vaxt sağ tərəfdə yerləşən "xxxx" MMC-yə məxsus mağazanın yaxınlığında “Toyota Prius” markalı avtomobil dayanmışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşüb mağazaya daxil olduğu üçün sürücünün arxasınca baxmışdır ki, avtomobilini oradan sürməyə başlayanda “ToyotaPrius” markalı avtomobil onun avtomobilinin hərəkətinə maneçilik yaratdıqda sürücünü tapa bilsin. Bu zaman mağazanın qarşısında dayanıb siqaret çəkən oğlan ona salam verib niyə tərs-tərs baxdığını soruşmuş, o, “ToyotaPrius” markalı avtomobilin pis saxlanıldığını demişdir. Bundan sonra sonradan adlarının Təqsirləndirilən şəxs olmasını bildiyi həmin oğlan və mağazadan çöləçıxan Şahid1 mübahisə yaradıb onu döyərək xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri vəşəraiti göstərmiş, bununla da hadisə yerinə baxış keçirilməsi başa çatdırılmışdır. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin onunla barışması, ondan şikayət və tələbinin olmamasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayət əməlinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)- 487/2023 saylı qərarına əsasən barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-561/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə - xx.xx.2023-cü il tarixədək seçilmiş “həbs” qətimkan tədbiri həmin tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. İstintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 02 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 ay müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını saat 22:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 02 ay müddət müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 5 ünvanını saat 22:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-338/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-338/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver