Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-338/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun vəkili-nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Beyləqan rayonu, 2-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində rəfiqəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində olarkən sonuncunun otaqda olmamasından istifadə edib mənzilin yataq otagında termonun qarşısında olan mücrüdə saxlanılan 1 ədəd 1350 manat dəyərində qızıl saatı, 1 cüt 1538,50 manat 585 əyarlı, 18,1 qram üzüyü, 1 ədəd 1119,30 manat dəyərində 880 (875) əyarlı, 8,61 qram onluq qızılı, 1860,6 manat dəyərində ümumi çəkisi 27,38 qram olan, 585 əyarlı 2 cüt sırğanı, 1 ədəd “585” damğası olan qızıl üzüyü, 1 ədəd “585” damğası olan qolbağı, 1 ədəd 215,2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 2,69 qram çəkidə üzüyü, 1 ədəd 251,2 manat dəyərində sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan 3,14 qram çəkidə olan qolbağı. 2332,8 manat dəyərində ümumi çəkisi 31,2 qram olan “583” damğası olan 3 ədəd qızıl boyunbağını, 2 ədəd “583” damğası olan qızıl klonu, 2 ədəd “583” damğası olan qızıl qolbağı, 3 ədəd “583” damğası olan qızıl üzüyü, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585“ damğası olan 319,2 manat dəyərində 3,99 qam çəkidə 1 cüt sırğanı, 4980 manat dəyərində ümumi çəkisi 38 qram olan dəst şəklində “750” damğası olan brilyant qaşlı bir ədəd qızıl kolyeni, bir ədəd “585” damğası olan qızıl qolbağı, bir ədəd “585“ damğası olan qızıl üzüyü və bir cüt sırğa olan komplekt dəstini, 1 ədəd 600 manat dəyərində qurplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.M.НИКОЛАЙ İİ ИМПЕРАТОР И САМОДЕРЖЕЧ ВСЕРОСС” yazıları, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 РУБЛЕЙ 1898 Г” yazıları olan, diametri 18,36 mm, qızılı təxminən “900” damğalı, qulp hssəsində olan gümüşü "925“ damğalı 4,40 qram çəkidə pul sikkəsini, yəni ümumilikdə 14566,80 manat dəyərində qızıl zinət əşyalarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki iddia üzrə cavabdeh) Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Aygül qonşusudur, onunla münasibətləri yaxşı olmuş, sonuncunu təxminən 4 ildir ki, tanıyır. O, həyat yoldaşından ayrılmış, iki az yaşlı övladı vardır, həmdə kirayədə yaşamış, hər ay 200 manat kirayə haqqı ödəmişdir. Özü isə son vaxtlar işləmədiyi üçün maddi vəziyyəti pisləşdiyindən Aygüldən 9000 manat borca pul almış ki, alver edib pul qazansın və ailəsini dolandırsın və Aygülə olan borcunuda qaytarsın. Əlavədə digər şəxslərdəndə borc pul götürmüş və pulu ödəyə bilməmiş, çıxılmaz vəziyyətə qalmışdır. Təkrarəndə Aygüldən və ya digər şəxslərdən borc almaq imkanı olmamışdır. Aygülündə evinin açarıda onda olmuş, lazım gələndə o da öz evinin açarını Aygülə vermişdir. Yəni aralarında inam olduğu üçün bir-birilərinin qapısı üzlərinə açıq olmuşdur. O. çıxılmaz vəziyyətə qaldığından qərara gəlmişdir ki, Aygülün qızıl zinyət əşyalarını ondan gizli götürüb lombarda qoysun, sonra pul qazanıb qızılları lombarddan çıxarıb özünə qaytarsın. Fikirləşmişdir ki, yəqin qızılları yerinə qoyana kimi Aygülün xəbəri olmaz. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 11 radəllərində Aygül evinin acarım isdəmiş, demiş ki, “tanışım gəlir, sən bizə get məndə sizdə olacaırT. O, etraz etməmiş və evin acarım sonuncuya vermiş, Aygül onun yaşadığı evə getmiş, o isə sonuncunun yaşadığı evə getmişdir. O, Aygülün evində olarkən borc pul aldığı şəxslər zəng edib ondan pullarını geri istəmiş, o, çıxılmaz vəziyyətdə qaldığından Aygülə məxsus olan termonuin qarşısının tozunu silərkən, əli termonun qarşısında olan mücrüyyə toxunmuş və mücrü yerə düşmüş və içərisində olan qızıl zinyət əşyaları yerə tökülmüşdür. Əvəlcə düşünmüş ki, yəqin vjuteryadır, lakin qızıllara diqqətlə baxdıqdan sonra bəlli olmuşdur ki, həmin yerə tökülən zinyət əşyaları qızıldır. Belə olduqda qərara gəlmişdir ki, həmin qızılların bir qismini götürsün və aparıb lombarda qoysun və pul götürüb borcunu bağlasın. Bu məqsədlədə həmin qızılların içərisində olan qızıl boyunbağı, boyunbağı aralığı və üzüyü götürmüş və gedib evinin yaxınlığında olan loınbarda vermiş, qızıllar lombardda çəkilmiş və demişlər ki, 26 qramdır və həmin 26 qram qızıla görə ona 1200 manat pul verilmiş və o, pulu götürüb gəlmiş və həmin pulları hissə-hissə borclu olduğu şəxslərin pul kartına köçürmüş və yenə Aygülgilə gəlmişdir. Həmin günü saat 17 radəllərində Aygül evə gələndən sonra o, öz evinə getmişdir. Bundan başqa 3 dəfə olmaqla hissə-hissə Aygülə məxsus qızıl zinyət əşyalarını götürmüşdür. Sonradan xx.xx.2023-cü il tarixdə yenə Aygül rayonda olan zaman yenə evi acıb girmiş və termonun qarşısnda olan mücrüdən qızıl zinyət əşyalarını götürüb yenə Masazırda yerləşən lombarda getmiş, orada qızllarm şəkli çəkilmiş və çəkisinin 38 qram olduğu müəyyən edilmiş, lakin pul olmadığı üçün qızılları geri almışdır. Bundan sonra qızılları geri götürüb Bakı şəhəri Əcəmi metrosunun yaxınlığında olan Lombarda vermiş, ordada qızıllar çəkilmiş 38 qram gəlmiş və ona 2000 manat pul verilmiş və o pulu gətirib borclarına və öz ehtiyaclarına xərcləmişdir. Sonradan yenə iki dəfə müxtəlif günlərdə, tarix yadında deyil, yenə qapını özündə olan açarla açıb Aygülə məxsus mənzilə daxil olmuş və yenə termonun qarşısnda mücrüdə olan qızıl zinyət əşyaları götürmüş, həmin qızıl zinət əşyaların içərisində qızıl qadın saatı, qızıl onluq və 5dik və digər qızıl zinyət əşyalarını götürmüşdür. Həmin qızıl zinət əşyalarını iki dəfəyə yenə aparıb Əcəmi metrosunun yaxınlığında olan lombarda vermişdir. Ümumilikdə həmin qızıl zinət əşyalarından 7450 manat pul əldə etmiş və həmin pulları borclarına və maddi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. Həmin puldan Aygül ün özünədə 700 manat pul vermiş, hətta bir dəfə Aygül ona zəng etmiş və demişdir ki, evi təmizləyərsən, o da etraz etməmiş və qonşu Kimyanı çağırmış, birlikdə Aygülə məxsus evi açmış və evə girmiş, evi yığışdırmağa başlamışlar. Kimya çıxıb getmiş, o isə Aygülün evində qalmışdır. Həmin vaxt termonun qarşısında olan mücrüdən yenə tam xatırlamadığı qızıl zinyət əşyalarını götürüb cibinə qoyub evi tərk etmişdir. Amma günlər tam dəqiqliklə yadında qalmamışdır. O, qızıl zinət əşyalarını lombarda təhvil verərkən şəxsiyyət vəsiqəsinin surətini də Lombarda vermiş eyni zamnda telefon nömrəsini də onlara vermişdir. Etdiyi oğurluq hadisəsini məcburiyyət qarşısında törətmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, iki azyaşlı övladlarının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü onlayn satışla məşqul olur, qadınlara aid əşyalar satır. Şahid3 təxminən 9 ildir ki, tanıyır və münasibətləri normal olmuşdur. 21 iyul 2023-cü il tarixdə Leylaya zəng edib bildirmişdir ki, dodagına 0,25 mm lazımdır ki, dodağına gel edəcəkdir. Sonuncu ona demişdir ki, 0,25 azdır hec olmasa 05 edək. O, demişdir ki, “05 gətir qalanın qonşu qıza vurarsan”. Sonuncu onunla razılaşmış və saat təxminən 11 radələrində Leyla onun yaşadığı evə gəlmiş, çay içmiş və ümumi söhbət etmişlər. Sonuncu onun dodağına keyləşdirici iynə vurmuş, eyni zamanda qonşu Rəqsanədə onlara gəlmiş və onunda dodagınada keyləşdirici vurmuşdur. Aradan təxminən 10 dəqiqə keçmiş, Kimya xanım onlara gəlmiş və söhbət əsnasında Leylaya demişdir ki, “bəs mənə söz vermişdin ki, dodağıma gel vurmağı amma qonşu Rəqsanəyə vurmusan”. Leyla demişdir ki, “narahat olma evdə məndə var, istəsən gedib gətirə bilərəm". Onların dodaqları keyləşmiş və mətbəxdə dodağını gelnən doldurmuşdur, Hamı mətbəxdə olmuş, sonra hamama güzgünün qabağına keçmiş və hamamda da Leyla onun dodağının gelinə baxərkən Rəqsanə mətbəxdə oturmuş, Kimya xanım isə çıxıb getmişdir. O, hamamda təxminən 3-4 dəqiqə qalmış, Leyla isə mətbəxə qayıtmışdır. O, hamamdan çıxmış, ona zəng gəlmiş və o, qonşusu Rəqsanəgilə getmiş ki, danışığını Leyla ilə Rəqsanə eşitməsin. O, təxminən 4- 5 dəqiqə telefonda danışmışdır. Rəqsanə onun arxasınca gəlmiş və demişdir ki, “gəlmirsən mənim dodaqlarım artıq hazırdır”. O, öz evinə qayıtmış və yataq otagma keçmiş, Leyla isə Rəqsanə ilə birlikdə zalda olmuşdur. Rəqsanə demişdir ki, Leyla gedir, o, Leylaya demişdir ki, “mən sizinlə görüşə bilmirəm” və Rəqsanəyə demişdir ki, “pianinonun üsdündə olan 30 manatı götür ver Leylaya”. O, paltarlarını dəyişib Asan xidmətinə, ordanda sacını düzəltdirmək üçün gözəllik salonuna getmişdir. Oradanda saat təxminən 17 radəllərində evə gəlmiş, o evə gedəndə hər şey qaydasında olmuş, hər hansı oğurluq halının baş verdiyini hiss etməmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 11-12 radəllərində, geyim əşyalarını götürmək istəmiş, həmdə evinə xidmətçi çağırmış ki, evdə təmizlik işləri görsün. Düşünmüşdür ki, xidmətçini tanımır, ona görədə qızılları qoyduğu yerdən götürmüşdür. Həmin vaxt xidmətçi qapıdan çöl tərəfdə olmuş, o baxıb görmüşdür ki, yataq otagmda dolabın içərisinə qızılı rəngli dəmir mücrünün içərisində rəfdə qoyduğu qızıllar yerində yoxdur. Həmin mücrünün içərisində olan qızıl materialından olan brliyant qaşlı boyunbağı, bir cüt sırğa, bilərzik, üzükdən ibarət dəst qızılları olmuş, həmin qızılları 4800 manata 11 il əvvəl almış, çəkisi ilə əyarını bilmir. Bundan başqa qaynanasmm ona hədiyyə etdiyi bir ədəd qiyməti təxminən 2500 manat qızıl qadın saatı, bundan başqa bir cüt şarlı sırğa adlanan qızıl materialından olan, çəkisini və əyarını bilmədiyi, lakin 900 manat qiyməti olan sırğaları, bir ədəd qızıl materialından olan əyarını və çəkisini bilmədiyi qızıl (Tros) boyunbağı, bir cüt yarpaq şəkilli qaşdan olan birliyant qaşlı bir cüt qızıl sırğa, iki ədəd əyarını və çəkisini bilmədiyi kişi üzüyü, bir ədəd brliyant qaşlı 700 manat dəyərində olan qızıl üzüyü, bir ədəd təxminən 140 manat dəyərində olan, qızıl boyunbağı, bir cüt yumuru formalı 600 manat dəyərində sırğaları, bir ədəd qızıl materialından olan 280 manat dəyərində klon və bir ədəd 400 manat dəyərində üzük, bir ədəd yumru naxışları olan 350 manat dəyərində olan qızıl boyunbağı, bir ədəd qara qaşlı 400 manat dəyərində olan qadın üzüyü, bir ədəd 1000 manat 10-luq qızıl, bir ədəd 500 manat dəyərində olan 5-lik qızıl və həmin beşliyə bağlanmış 400 manat dəyərində olan qızıl boyunbağı, bir ədəd 400 manata olan qızıl qolbağı, bir ədəd 190 manat dəyərində ayağa bağlamaq üçün nəzərdə tutlmuş bilərzik oğurlanmışdır. Eyni zamanda 15 manat dəyərində olan mücrü oğurlanmışdır. Əvvəlcə həmin qızıl zinyət əşyalarımın oğurlanmasında Leyladan şübhələnmiş, belə ki, Leyla onun yaşadığı evdə təxminən 3-4 dəqiqə tək qalmış, həmin vaxtda oğurluq etdiyini düşünmüşdür. 1000 manat ona ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini, təqsirləndirilən şəxs tərəfindən vurulmuş 9566,80 manat məbləğində maddi ziyanın, vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, həmçinin mülki iddia qaldırılması üçün ödənilmiş 164 manat dövlət rüsumunun tutularaq ödənilməsini xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, uzun müddətdir Bakı şahəri, Memar Əcəmi metrostansiyasının yaxınlığında icarəyə dükan götürüb lombard kimi fəaliyyət göstərir. Onun işi lombardda qızıl-zinyət əşyaların girovu və alqı-satqısından ibarətdir, yəni müştəri tərəfindən qizil lombarda 06 faizlə girov qoyulur və 40 gün ərzində müştəri ödəniş etmədikdə, müştərinin verdiyi mobil nömrəsinə mesaj göndərilir. Əgər müştəri bundan sonra da ödəniş etmədikdə, həmin qızıl lombard tərəfindən satışa çixarılır. xx.xx.2023- cü il tarixdə işlətdiyi lombarda bir nəfər əvvəllər tanımadığı cavan qız gələrək, özünə məxsus gızıl-zinyət əşyalarını girov qoymaq istədiyini bildirmiş, həmin şəxsin gətirdiyi qizıl-zinyət əşyaları 01 ədəd qizil saatdan və 01 ədəd qadın qızıl üzüyündən ibarət olmuş, həmin qızıl-zinyət əşyalarına baxış keçirib onların qızıl olduğuna əmin olmuş, qızılın əyyarı 585, ümumi çəkisi isə 18,1 qram təşkil etmişdir. O həmin qızıl-zinyət əşyalarına cəmi 700 manat məbləğində pul verə biləcəyini, həmin qızılin aylıq ödənişinin isə 42 manat təşkil edəcəyini bildirmiş, həmin şəxs dediyi şərtlərlə razılaşdıqda, bu barədə girov bileti tərtib etmiş, müştərinin şəxsiyyət vəsiqasini sonuncudan tələb edib, girov bileti və qızıl-zinyət əşyaları ilə birlikdə şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Müştəri şəxsiyyət vəsiqəsini ona təqdim etdikdə, həmin şəxsin X3 olduğunu müəyyən etmiş, girov biletində qızılların çeşidi, əyyarı və qiyməti qeyd olunaraq, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, o da öz növbəsində sonuncuya 700 manat məbləğində pulu verdikdən sonra Təqsirləndirilən şəxs lombardı tərk etmişdir. Bundan sonra Rəqsanə Məmmadova xx.xx.2023-cü il tarixdə işlətdiyi lombarda gələrək, özünə məxsus gızıl- zinyət əşyalarını girov qoymaq istədiyini yenidən bildirmiş, həmin gün Rəqsanənin gətirdiyi qızıl-zinyət əşyalari 01 ədəd qızıl onluq sikkədən, 02 cüt qızı sırğalardan, 02 ədəd qızıl qadın üzüklərdən və 02 ədəd qızıl qolbağdan ibarət olmuş, həmin qızıl-zinyət əşyalarına baxış keçirib onların qızıl olduğuna əmin olmuş, qızılın əyyarları 880 və 580, ümumi çəkisi isə 27,38 qram təşkil etmiş, həmin qızıl zinət əşyalarına cəmi 2000 manat məbləğində pul verə biləcəyini, həmin qızılın aylıq ödənişinin isə 120 manat təşkil edəcəyini bildirmiş, həmin şəxs dediyi şərtlərlə razilaşdıqda, bu barədə girov bileti tərtib etmiş, müştərinin şəxsiyyət vəsiqəsini tələb edib, girov bileti və qızıl-zinyət əşyaları ilə birlikdə şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Girov biletində qızılların çeşidi, əyyari və qiyməti qeyd olunaraq, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, o da öz növbəsində sonuncuya 2000 manat məbəlğində pulu verdikdən sonra Təqsirləndirilən şəxs lombardi tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə işlətdiyi lombarda gələrək, özünə məxsus qızıl-zinyət əşyalarını girov qoymaq istədiyini yenidən bildirmiş, həmin gün Rəqsanənin gətirdiyi qızıl-zinyət əşyaları 01 ədəd qızıl beşlik sikkədan, 03 ədəd qızıl boyunbağıdan, 02 ədəd qızıl kulondan, 03 ədəd qızıl qolbağdan, 04 ədəd qızıl qadın üzüklərindən, 01 ədəd qızıl kolyedən və 01 cüt qızıl sırğadan ibarət olmuş, həmin qızıl-zinət əşyalarına baxış keçirib onların qızıl olduğuna əmin olmuş, qızılın əyarları 880 və 585, ümumi çəkisi isə 38 qram təşkil etmiş, həmin qızıl-zınət əşyalarına cəmi 3800 manat məbləğində pul verə biləcəyini, həmin qızılın aylıq ödənişinin isə 228 manat təşkil edəcəyini bildirmişdir. Həmin şaxs dediyi şərtlərlə razılaşdıqda, bu barədə girov bileti tərtib edib girov bileti və qizil-zinyət əşyaları ilə birlikdə şəklini çəkmiş, girov biletində qızılların çeşidi, əyarı və qiyməti qeyd olunaraq, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, o da öz növbəsində sonuncuya 3800 manat məbləğində pulu verdikdən sonra Təqsirləndirilən şəxs lombardı tərk etmişdir. Rəqsanə Məmmadova bir neçə ay girov qoyduğu qızıl-zinət əşyalarına görə ödəniş etmədikdə, həmin qızıllar şərtlərə uyğun olaraq lombard tərəfindən satışa çıxarılmışdır. 2023-cü ilin dekabr ayında, dəqiq tarix yadında qalmayıb, işlədiyi lombarda Rəqsanə ilə birlikdə Abşeron RPİ-nin əməkdaşları gəlmiş və Rəqsanə tərəfındən lombarda girov qoyulan qızılların oğurluq yolu ilə əldə olunmasını bilmiş, bu səbəbdən də Rəqsanə tərəfindən lombarda qoyulmuş qızılların bir qismini, yəni 01 cüt yarpaq formasında qızıl sırğanı, 01 ədəd üzərində qara qaşı olan qızıl qadın üzüyünü, 01 ədad 5-lik qızıl sikkəsini və 01 ədəd qızıl qolbağı va 02 ədəd girov biletlərini könüllü olaraq istintaqa təqdim etmişdir. xx.xx.2024-cu il tarixli girov biletini istintaqa təqdim edə bilməmiş, belə ki, həmin girov biletini tapa bilməmiş, Təqsirləndirilən şəxs tərəfindən lombarda qoyulmuş digər qızıl zinət əşyalarını xatırlamadiğı müştərilərə satmış, Təqsirləndirilən şəxs girov qoyduğu qızılzinət əşyalarının özünə məxsus olduğunu bildirmiş, həmin əşyaların oğurluq yolu ilə əldə olunmasından xəbəri olmamışdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, işi lombardda qızıl-zinyət əşyaların girovu və alqı-satqısından ibarətdir, yəni müştəri tərəfindən qızıl lombarda 05 faizlə girov qoyulur və 60 gün ərzində müştəri ödəniş etmədikdə, müştərinin verdiyi mobil nömrəsinə mesaj göndərilir, əgər müştəri bundan sonra da ödəniş etmədikdə, həmin qızıl lombard tərəfindən satışa çıxarılır. xx.xx.2023-cü il tarixdə işlətdiyi lombarda bir nəfər əvvəllər tanımadiğı cavan qız gələrək, özünə məxsus gızıl-zinət əşyalarını girov qoymaq istədiyini bildirmiş, həmin şəxsin gətirdiyi qızıl-zinyət əşyaları 01 ədəd qızıl üzükdən, bir cüt qızıl sırğadan və 01 ədəd qızıl boyunbağıdan ibarət olmuşdur. Həmin qızıl zinət əşyalarına baxış keçirib onların qızıl olduğuna əmin olmuş, qızılın əyarı 585, ümumi çəkisi isə 26,35 qram təşkil etmiş, həmin qızıl-zinət əşyalarına cəmi 1200 manat məbləğində pul verə biləcəyini, həmin qızılın aylıq ödənişinin isə 60 manat təşkil edəcəyini bildirmişdir. Həmin şəxs dediyi şərtlərlə razılaşdıqda, bu barədə girov bileti tərtib etmiş, müştərinin şəxsiyyət vəsiqəsini sonuncudan tələb edib, məlumatları girov biletinin üzərində qeyd etmişdir. Müştəri şəxsiyyət vəsiqəsini ona təqdim etdikdə, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmiş, girov biletində qızılların çeşidi, əyyarı və qiyməti qeyd olunaraq, Rəqsanə Məmmadova tərəfindən imzalanmış, o da öz növbəsində sonuncuya 1200 manat məbləğində pulu verdikdən sonra Rəqsanə Məmmadova lombardı tərk etmişdir. Rəqsanə Məmmadova bir neçə ay girov qoyduğu qızıl-zinyət əşyalarına görə ödəniş etmədikdə, həmin qızıllar şərtlərə uyğun olaraq lombard tərəfindən satışa çıxarılmış və əvvəllər tanımadığı şəxslərə satılmışdır. 2023-cü ilin dekabr ayında, dəqiq tarix yadında qalmadığı tarixdə işlədiyi lombarda Rəqsanə ilə birlikdə Abşeron RPİ-nin əməkdaşları gəlmiş və Rəqsanə tərəfindən lombarda girov qoyulan qızılların oğurluq yolu ilə əldə olunmasını bilmiş, Təqsirləndirilən şəxs girov qoyduğu qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirmiş, həmin əşyalarin oğurluq yolu ilə əldə olunmasından xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Aygül qonşusudur, onunla münasibətləri yaxşıdır, onu təxminən 9 ildir ki, tanıyır, kosmetolok Leylanı isə qiyabi tanıyır, bir dəfə ötən il Aygülgilə gələndə görmüş, bir dələdə xx.xx.2023-cü il tarixdə görmüşdür. xx.xx.2023-cü il tarixdə Aygülün evində olarkən öz aralarında razılaşmışlar ki, kosmetolok Leyla ilə əlaqə saxlasınlar və səhərisi gün gəlib onların dodaqlarına gel vursun. Bu məqsədlə də Aygül geeə Leylaya yazmış və demişdir ki, o və qonşusu Kimyanın dodağına gel vurmaq lazımdır. Leyla demişdir ki, “problem yoxdur səhər gələrəm”. O sağollaşıb çıxıb evinə getmiş, səhərisi gün saat təxminən 11 radəllərində 9 yaşlı oğlu Murad gəlmiş və ona demişdir ki, “ana Aygül xala deyir ki, Leyla xanım gəldi”. O, öz mənzilindən çıxıb Aygülün yaşadığı mənzilə getmiş, həmin vaxt Aygül ilə Leyla mətbəxdə oturmuş, o, sonuncularla salamlaşmış, stolda oturmuş, aradan təxminən 2-3 dəqiqə keçəndən sonra qonşu Rəqsanədə oraya gəlmişdir. Ümumi söhbət zamanı geldən danışmış, həmin vaxt Leyla Aygül və Rəqsanənin dodagma gel vurmağa başlamış, o, çıxıb öz evinə getmiş, aradan biraz vaxt keçəndən sonra oğlu gəlmiş və demişdir ki, “Aygül xala deyir ki, gel bitdi gəlsin baxsın görsün ki, dodağlarım necə çıxıbdır”, o, keçib baxıb görmüşdür ki, yaxşı çıxıb. Sonrada mənzilinə qayıtmış, səhərisi gün səhər saat təxminən 10 ıadələrində həyal yoldaşı ilə dənizə getmişdir. Saat təxminən 1 radələrində Aygül ona zəng elmiş və demişdir ki, “qızıllarım yerində yoxdu, görməmisən”. Demişdir ki, “yox bəlkə yoldaşın götürübdür”. O, Aygüllə qonşu olmaqla bərabər həmdə yaxın rəfiqədir hər ikisi bir-birinin qızıllarının yerini bilmişdir. Hec vaxt aralarında bir-birinə qarşı xəyanət olmamışdır. O, cox narahat olmuş və dənizdən geri qayıtmış, Aygülün yaşadığı evə getmiş və qonşusu Rəksanənin də orada olduğunu və evi axtardığını görmüşdür. O da sonuncularla birlikdə evi axtarmağa başlamış, lakin qızılları tapa bilməmişlər. Qızıllar qızılı rəngli mücrüdə olmuş, öz aralarında söhbət edib qızılların kim tərəfindən oğurladığını müzakirə etmişlər. O, hec kimdən şübhələnməmiş, amma Aygül demişdir ki, evinə yad adam təkcə Leyla gəlmiş, lakin ondan şübhələnir. Onlar kameralara baxmağa başlamış, amma bir nəticəyə gələ bilməmişlər və bundan sonra Aygül baş vermiş oğurluqla bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşir. Həmin mənzilin giriş qapısından içəri daxil olduqda dəhliz yerləşir, dəhlizdə hamam, mətbəx, qonaq və yataq otağına girmək üçün qapılar vardır. Qonaq otağından yataq otağına daxil olmaq üçün qapı açılır. Həmin otaqda taxt, güzgülü dolab və paltar yığmaq üçün nəzərdə tutulmuş dolab vardır. Dolabın 3-cü və 4-cü rəfini Aygül əli ilə göstərərək qızıl zinyət əşyalarını təqdim etdiyi yerə qoyduğunu bildirir. Həmin dolabda paltarlar yığılmışdır. Əlavə olaraq stol qoyulmuşdur. Qızıl qoyulan yer və digər yerlər səliqəli vəziyyətdədir və iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilmədi və götürülmədi. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əskər qızı əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3589- 9/5530 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məlumatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və.s.cədvəldə göstərilmişdir. - Sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan bir ədəd 3,14 qram çəkidə olan qolbağ 251,2 manat; - Üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 1 ədəd 2,69 qram üzük 215,2 manat; - Üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan 1 cüt 3,99 qam çəkidə sırğa 319,2 manat; -Bir ədəd qulplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.M.НИКОЛАЙ İİ ИМПЕРАТОР И САМОДЕРЖЕЧ ВСЕРОСС” yazıları, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 РУБЛЕЙ 1898 F” yazıları olan, diametri 18,36 mm, qızılı təxminən “900” damğalı, qulp hssəsində olan gümüşü “925” damğalı 4,40 qram çəkidə pul sikkəsi 600 manat müəyyən edilir. Aparılmış fiziki-kimyəvi təqdiqatın nəticələri nəzərə alınmaqla qeyd edilən qızıl-zinət əşyalarının 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1385,60 manat müəyyən olunmuşdur. Qeyd: Respublika ərazisində mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq materiallarında təqsirləndirilən şəxsin adı, familyası və atasının adı Təqsirləndirilən şəxs kimi oxunması, iş üzrə bir ədəd sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan bir ədəd 3,14 qram çəkidə qolbağ, üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 1 ədəd 2,69 qram çəkidə üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan 1 cüt 3,99 qam çəkidə sırğa və bir ədəd qurplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.М.НИКОЛАЙ İİ ИМПЕРАТОР И САМОДЕРЖЕЧ ВСЕРОСС” yazıları, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca ‘‘5 РУБЛЕЙ 1898 Г” yazıları olan, diametri 18,36 mm, qızılı təxminən “900” damğalı, qulp hssəsində olan gümüşü “925” damğalı 4,40 qram çəkidə pul sikkəsi, həmçinin xx.xx.2023-cü il tarixli 530637 nömirəli, xx.xx.2023-cü il tarixli, 530650 nömrəli və xx.xx.2023-cü il tarixli 302479 nömrəli girov biletləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qızıl zinət əşyaları saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınması, 3 ədəd girov bileti iş materiallarına əlavə edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edlmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021ci il təvəllüdlü X2 adlı azyaşlı övladları vardır. Məhkəməyə təqdim edilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cəmi 14566,80 (on dörd min beş yüz altmış altı, səksən) manat məbləğində qızıl ziynət əşyalarını gizli yolla talamaqla ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilinin açarının onda olmasından istifadə edərək sonuncunun yaşadığı mənzilə daxil olaraq ona məxsus olan 1 ədəd 1350 manat dəyərində qızıl saatı, 1 cüt 1538.50 manat 585 əyarlı, 18,1 qram üzüyü, 1 ədəd 1119,30 manat dəyərində 880 (875) əyarlı, 8.61 qram onluq qızılı, 1860,6 manat dəyərində ümumi çəkisi 27,38 qram olan, 585 əyarlı 2 cüt sırğanı, 1 ədəd “585” damğası olan qızıl üzüyü, 1 ədəd “585” damğası olan qolbağı, 1 ədəd 215.2 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 2,69 qram çəkidə üzüyü, 1 ədəd 251.2 manat dəyərində sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan 3.14 qram çəkidə olan qolbağı, 2332,8 manat dəyərində ümumi çəkisi 31.2 qram olan “583“ damğası olan 3 ədəd qızıl boyunbağını, 2 ədəd “583” damğası olan qızıl klonu, 2 ədəd “583” damğası olan qızıl qolbağı, 3 ədəd “583” damğası olan qızıl üzüyü, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan 319.2 manat dəvərində 3,99 qram çəkidə bir cüt sırğanı, 4980 manat dəyərində ümumi.çəkisi 38 qram olan dəst şəklində “750” damğası olan brilyant qaşlı bir ədəd qızıl kolyeni, bir ədəd “585“ damğası olan qolbağı, bir ədəd “585” damğası olan qızıl üzüyü və bir cüt sırğa komplekt dəstini, 1 ədəd 600 manat dəyərində qulplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.М.НИКОЛАЙ İİ ИНМПЕРАТОР И САМОДЕРЖЕЧ BCEPOCC” yazılan, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 РУБЛЕЙ 1898 Г” yazıları olan, diametri 18.36 mm, qızılı təxminən “900” damğalı, qulp hissəsində olan gümüşü “925” damğalı 4.40 qram çəkidə pul sikkəsini oğurlayaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Mülki iddiaçı Tahirova Ay gül Rafael qızından oğurlanmış qızıl ziynət əşyalarından bir çoxu ata və anasından ona yadigar qalmışdır. Həmin qızılların Zərərçəkmiş şəxs üçün maddi dəyərindən çox mənəvi dəyəri olmuşdur. Ona yadigar qalmış qızıl ziynət əşyalarını yerində olmadığını aşkarladıqdan sonra bir müddət onları axtarıb. Həmin axtarışda mülki cavabdeh Təqsirləndirilən şəxs heç nədən xəbərsiz kimi iştirak edərək qızıllardan xəbəri olmadığını bildirmişdir. Bütün bu müddət ərzində isə Zərərçəkmiş şəxs mənəvi sıxıntılar və iztirablar keçirib. Çünki o qızıl ziynət əşyaları valideynlərindən ona qalmış yeganə yadigarlar olmuşdur. Bununla da mülki iddiaçıya mənəvi zərər vurulmuşdur. Vurulmuş mənəvi zərərin dəyərini 10000 (on min) manat məbləğində dəyərlədirirlər.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçinnəsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Bundan əlavə aparılmış istintaq hərəkətləri nəticəsində məlum olmuşdur ki, mülki cavabdeh 14566.80 (on dörd min beş yüz altmış altı, səksən) manat məbləğində qızıl ziynət əşyalarını gizli talamaq yolu ilə mülki iddiaçı Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3589- 9/5530 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə olan halda hesab edirik ki, mülki cavabdeh 14566.80 (on dörd min beş yüz altmış altı, səksən) manat məbləğində pul vəsaitini mülki iddiaçıya geri qaytarmalıdır. Mülki iddiaçı Zərərçəkmiş şəxs gizli talama yolu ələ keçirilmiş qızıl-ziynət əşyalarının dəyəri olan 14566,80 (on dörd min beş yüz altmış altı, səksən) manat məbləğində pul vəsaitinin, vurulmuş mənəvi zərərə görə 10000,00 (on min) manat məbləğində pul vəsaitinin, həmçinin mülki iddia qaldırılması üçün ödənilmiş 164 manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi xahiş olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladlarının olmasını, vurulmuş zayanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan bir ədəd 3,14 qram çəkidə qolbağ, üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 1 ədəd 2,69 qram çəkidə üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan 1 cüt 3,99 qam çəkidə sırğa və bir ədəd qurplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.М.НИКОЛАЙ İİ ИМПЕРАТОР И САМОДЕРЖЕЧ ВСЕРОСС” yazıları, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca ‘‘5 РУБЛЕЙ 1898 Г” yazıları olan, diametri 18,36 mm, qızılı təxminən “900” damğalı, qulp hssəsində olan gümüşü “925” damğalı 4,40 qram çəkidə pul sikkəsi, həmçinin xx.xx.2023-cü il tarixli 530637 nömirəli, xx.xx.2023-cü il tarixli, 530650 nömrəli və xx.xx.2023-cü il tarixli 302479 nömrəli girov biletləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qızıl zinət əşyaları saxlanılması üçün sahibinə qaytarılmışdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 33 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 33 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 9566,80 (doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi ziyan və ödənilmiş 164 (bir yüz altmış dörd) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs qıznın xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən 9566,80 (doqquz min beş yüz altmış altı manat səksən qəpik) manat maddi ziyan, 500 (beş yüz) manat mənəvi ziyan və ödənilmiş 164 (bir yüz altmış dörd) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs qıznın xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd sarı rəngli üzərində “TİFFANY” yazısı və kilidi, üzərində “585” damğası olan bir ədəd 3,14 qram çəkidə qolbağ, üzərində rəngsiz şəffaf qaşlar və bir ədəd qara rəngli qaş, həmçinin “583” damğası olan qırmızımtıl rəngli 1 ədəd 2,69 qram çəkidə üzük, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan 1 cüt 3,99 qam çəkidə sırğa və bir ədəd qurplu, sarı rəngli, averslərində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “Б.М.НИКОЛАЙ İİ ИМПЕРАТОР И САМОДЕРЖЕЧ ВСЕРОСС” yazıları, reverslərində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca ‘‘5 РУБЛЕЙ 1898 Г” yazıları olan, diametri 18,36 mm, qızılı təxminən “900” damğalı, qulp hssəsində olan gümüşü “925” damğalı 4,40 qram çəkidə pul sikkəsi, həmçinin xx.xx.2023-cü il tarixli 530637 nömirəli, xx.xx.2023-cü il tarixli, 530650 nömrəli və xx.xx.2023-cü il tarixli 302479 nömrəli girov biletləri sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qızıl zinət əşyaları saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 33 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 198 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(012)-338/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-338/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver