Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-339/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə, saat 22 radələrində, Abşeron rayonu. Masazır qəsəbəsi, "Yeni Bası’ yaşayış massivində. 21 saylı binanın birinci mərtəbəsində yerləşən çayxanada olarkən Şahid1 həmin çayxanaya gələrək atası Zərərçəkmiş şəxs baxşəlı oğlunun 'Yeni Bakı yaşayış kompleksində işlətdiyi «Lady Şharm» paltar mağazasından nisyə paltar alması ilə əlaqədar atası Zərərçəkmiş şəxs olan 48 manat məbləğində borcunu ödəməyi tələb etməsindən narazı qalaraq Şahid1la kobud davranmış, bundan narazı qalaraq yetkinlik yaşına çatmayan oğlu ilə kobud davranmasının səbəbini aydınlaşdırmaq üçün hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs ilə çayxananın qarşısında mübahisə edərək heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin lövqündə qoymaqla, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, hamı tərəl indən qəbul olunan əxlaq normalarına açıq etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yerdə, insanların gözü qarşısında qəsdən yumruqla sonuncunun sifətinə bir dəfə vurub yerə yıxmaqla ona sol gö/i.in ağlı qişasına qansızına ilə müşaiyəl edilən, sağ göz orbitasının qançırı, sol xarici qulaq seyvanın cərrahi tikişinə ehtiyacı olan əzilmiş-cırılmış yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, psixi və ruhi cəhətdən sağlamdır ailə üzvləri ilə birlikdə 2021-ci ilə qədər Abşeron rayonu. Masazır "Yeni Bakı" yaşayış massivində yaşamış. 2021-ci ildə isə, oradan köçüb hazırda Sumqayıt şəhəri. C orat qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs “Yeni Bakı" yaşayış massivində yaşadığı vaxtlardan tanıyır. Abşeron rayonu. Masazır kəndində “Yeni Bakı" yaşayış massivində “Lady Şharm" paltar mağazasından anası 48 manat eləyərində pallar alaraq pıılunıı göndərəcəyini bildirmişdir. Ona görə də, həmin mağazanı işlədən Zərərçəkmiş şəxs borclu qalmışdır. İ 1 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu. Masazır kəndi,“Yeni Bakı" yaşayış massivində olarkan XəlilBağıjrovla təsadüfən kiiçədə rastlaşmış. Xəlil ondan borcu oldıığıı 48 manatı tələb etmişdir. O. Xəlilə etiraz etmiş və Xəlilə oıııın yox. ailə üzvlərinin borclu olduğunu deyib ondan uzaqlaşmış və "Yeni Bakı" yaşayış massivinin 2-ci küçəsində 2F nömrəli binanın birinci mərtəbəsində olan çayxanaya getmişdir ki. orada çay içsin. Məmin çayxanada əvvələr də tez-tez olmuş, çayxananı işlədən Raufla uzun müddətdir ki. səmimi münasibəti vardır. Ona görə də, çayxanaya tək geıniş, çayxanada ııç-dörd stolda bir neçə nəfər müştərilər olmuşdur. O, çayxanada obyektin içərisində, giriş qapısının sol tərəfində pəncərə ilə ıızbə-üz tək oturmuşdur Çay içən zaman Xəlilin, sonradan adının Baxşəli olduğu ona məlum olan azyaşlı oğlu pəncərəni döyərək onu bayıra çağırmış, o. çayxanadan durub bayıra çıxıb və Baxşəlidən nə istədiyini soruşmuşdur. Baxşəli, ona “atam deyir ki, borcu nə vaxt çatdıracaq?" deyərək soruşmuşdur. O, isə, Xəlilin oğlu Baxşəlinin çiyin nahiyəsindən itələmiş və ona “atanın sözü varsa özü gəlsin"- demişdir və sonra çayxanaya qayıdıb həmin yerdə oturmuş və çay içməkdə davam etmişdir. Təxminən on dəqiqədən sonra Xəlil Bağıro\ çayxanada gəlib onu çayxanadan bayıra çağırmışdır. O, çayxananın giriş qapısından pilləkən meydançasına çıxıb və orada Xəlillə söhbət etmiş. Xəlil ona demişdir ki. nə üçün oğlunu itələmişdir. O, Xəlilə izah etməyə çalışmışdır ki, uşağı bu məsələyə nahaq qatıb. Bu səbəbdən də Xəlillə aralarında mübahisə baş vermiş, bir-birinə yumruq atmışlar, lakin yumruqları bir-birilərinə dəyməmişdir. Bundan sonra o. Xəlili güləş fəndinə salıb yıxmaq istəmiş, bu zaman əlbəyaxa olmuşlar və hər ikisi pilləkəndən yerə yıxılaraq Xəlil xəsarət almışdır. O, isə, cüzi sıyrıqlardan ibarət xəsarət aldığı üçün şikayət etməmişdir. Onları hadisə yerində, yəni çayxanada olan tanımadığı şəxslər və küçədən hadisə yerinə gələn şəxslər bir-birindən ayırmışlar, Xəlil öz evinə, o, də öz evinə getmişdir. Zərərçəkmiş şəxs tək özü vurmuş, yəni bir-biri ilə əlbəyaxa olarkan xəsarət almışdır. Ondan başqa Zərərçəkmiş şəxs digər hər hansı şəxs vurmamışdır. Ola bilsin ki. Xəlil onun tərəfindən ona xəsarət yetirilməsini özünə ayıb bildiyi iiçıın guya iki nəfər şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxsla 1 1 avqust 2022-ci il tarixdə «Yeni Bakı» yaşayış massivinin ərazisindəki kafenin qapsuıda tək özü mübahisə edib dalaşmış. Zərərçəkmiş şəxs ikinci hər hansı bir şəxs vurmamışdır və ikinci hər hansı bir şəxs Xəlil ilə dalaşmamışdır. O. Xəlilin oğlu Baxşəlinin çiynindən yalnız itələmiş, bunula əlaqədar, o. hər hansı xəsarət almamış, ona fiziki zor tətbiq edilməmiş, onu şillə ilə vurmamışdır. 1 ladisə yerində tanıdığı şəxslərdən çayxananı işlədən Rauf Şıxəliyev orada olmuşdur, digər şəxsləri xalıılamır, hadisə təxminən 10 dəqiqə müddətində davam etmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yeni Bakı, Masazır kəndi, 2-ci həyət ev 2, mənzil 43-də yaşayır. "Yeni Bakı yaşayış massivində “Lady Şharm" geyim mağazası işlətmişdir. Təqsirləndirilən şəxs əvvəllər onların qonşuluğunda yaşamışdır. Ona məxsus həmin geyim mağazasından 2021 -ci ilin noyabr ayımda 48 manat də)ərində adını bilmədiyi qadın Təqsirləndirilən şəxs adından geyim əşyalarım alıb pulunu verməmişdir. 11 avqust 2022-ci il tarixdə saat 22 ladə ərində Qəşəmm oturduğu kaleyə paltarların pulunu alması üçün oğlu Baxşəliııi göndərmiş, ogiu Baxşəli kaledə oturan Qəşəm ilə görüşəndən sonra onun yanma qayıdanda ona bildirmişdir ki. Qəşəm aldığı paltarların pulunu vermədi və oğlunun çiyinlərindən tutaraq itələmişdir O. özü bundan sonra Qəsəmin olduğu kafeyəyə gedib, Qəşəmi kafenin içərisində oturduğu yerdən çölə çağırmışdır. Qəşəm oturduğu yerdən durub kafenin qapısımı gəlib, kafenin qapısının ağzında onunla mübahisə edərək tutaşıblar, sonra Qəşəm ona yumruq atmış, yumruq ona dəyməmişdir. Orada olan tanımadığı şəxslər onları ayırıblar, çıxıb evinə getmişdir. Onların tutaşmaları təxminən 3-5 dəqiqə davam etmişdir, Qəşəm kafedə müştəri kimi oturmuş, kafeni Rüfət adlı şəxs işlətmişdir. Qəşəm ona yumruq alıb, hər ikisi kafenin qapısının ağzında, sol tərəl üstə bir-biri ilə tutaşmaqla yerə pilləkənin üzərinə yıxılmışlar. Qəşəm ilə kafenin qapısının ağzında mübahisə edib əlbəyaxa olan zaman kafedə bir neçə nəfər tanmadığı şəxslər olmuş, həmin şəxslərdən heç kimi tanımır və ona görə hadisəni kimlərin görməsini bilmir. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanma pulu almağa göndərəndə Təqsirləndirilən şəxs yetkinlik yaşma çatmayan oğlu Şahid1 sillə ilə vurmamışdır, bununla əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlarla qohumluğu və ədavəti yoxdur. Zərərçəkmiş şəxs “Yeni Bakı" yaşayış massivində paltar satılan dükan işlədir. Təqsirləndirilən şəxs əvvəllər “Yeni Bakı” yaşayış massivində işlətdiyi çayxanaya gələrkən tanımışdır. O, “Yeni Bakı” yaşayış massivində 21 savlı binanın birinci mərtəbəsində icarəyə yer götürüb 2019-cıı ilin yanvar ayından 2023-cıı ilin fevral ayınadak çayxana kimi işlətmişdir.çayxanaya ad verilməmişdir. 11 avqust 2022-ci ıl tarixdə, saat 22 radələrində çayxanada iki-üç stolda təxminən beş-on nəfər olmuşdur. Onların kim olduqlarını tanımır, həmin vaxt qabaqcadan tanıdığı Qəşəm çayxanada pəncərənin qarşısında oturub çay içmişdir, bu zaman Zərərçəkmiş şəxs yetkinlik yaşma çatmayan oğlu Baxşəli gəlib pəncərədən Qəsəmi çölə çağırmışdır. O, çöldən atasının işlətdiyi dükana borclu olduğu pulu Qəşəmdəıı istəmişdir. O, pulun Baxşəli tərəfindən istənildiyini eşitməı ıiş. lakin sonradan bu barədə kənar şəxslərdən eşitmişdir. Baxşəli gedəndən bir neçə dəqiqə sonra atası Xəlil ora gəlmiş və Qəşəmi çölə çağırıb, onlar hər ikisi çayxanadan çıxdıqdan sonra pilləkəndə mübahisə edib əlbəyaxa olublar. O, və içəridə olan müştərilər küçəyə çıxdıqda Qəşəm və Xəlil pilləkəndən yıxılmış, orada olan müştərilər o. çölə çıxana qədər onları aralayıblar. O onlara, yəni Qəşəm və Xəlilə acıqlanıb və hirslənib ki. onun çörək qazandığı iş yerində müştərilərin narahatçılığına səbəb olub, müştəriləri qaçırdırlar. Onlara demişdir ki, bir də onun işlədiyi çayxanaya gəlməsinlər. Onlar da çıxıb getmişlər, bir neçə gündən sonra həmin çayxananı başqa şəxsə icarəyə vermişdir. Çayxanada olduğu üçün onların bir-birlərini nə ilə necə vurduqlarını görməmişdir, lakin onların əlbəyaxa olduqlarını və yerə yıxıldıqlarını görmüşdür. Hadisə təxminən on dəqiqə davam etmişdir, hadisə yerinə çayxanadan və küçədən adamlar toplaşıblar, insanlar narahat olublar, iclmai qayda pozulmuşdur, çayxananın iş rejimi pozulmuşdur və həmin vaxt çayxanaya gəlmiş müştərilər çıxıb getmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə saat 22 radələrində atası Xəlil evdə olarkən ona demişdir ki. yaşadıqlrı binanın birinci mərtəbəsində yerləşən çayxanaya getsin və orada Qəşəmi tapıb ona desin kı, atasına olan borcunu ödəsin. Ona görə də həmin çayxanaya gedib pəncərəni döyüb, açıq pəncərədən içəridəki şəxslərə demişdir ki, Qəşəm kimdir? Qəşəm onun adının çağırmasını eşidib çaxanadan bayıra çıxıb, çayxananın qarşısında ona demişdir ki. «atası soruşur ki. ona olan borcunu nə vaxt ödəyəcəkdir». Qəşəm onun çiynindən itələşib demişdir kı,«get burdan sənlik deyil». Qəşəm ilə mübahisə etməmiş evlərinə qayıtmışdır. Qəşəmin ona qarşı etdiyi hərəkəti və dediyi ifadəni atasına çatdırmışdır. Atası bundan sonra evdən çıxıb, aradan bir neçə dəqiqə sonra özü də evdən çıxaraq həyətə düşmüşdür. Sonradan eşilmişdir ki, atası ilə Qəşəm dalaşmışlar. Qəşəm onun çiynindən itələmişdir, sillə ilə vumamış, atası Zərərçəkmiş şəxs Qəşəmin onu sillə ilə vurmasını bildirərkən yanlış məlumat vermişdir. Qəşəm onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ei il tarixli 1844 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Bax.şəli oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər sol gözün ağlı qişasına qansızımı ilə müşayiət olunan sol göz orbitasmm qançırı, sol xarici qulaq seyvanın cərrahı tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətə və müayinə olunan şəxsin göstrdivi şəraitdə yəni, 1 1.08.2022-ci il tarixdə kənar şəxs (lər)- in bədən hissələrinin (əl, barmaqlar və sair) təsirindən əmələ gələ bilirdilər, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə “08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-in İŞ-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq, Abşeron RPİ-nə gəlmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-339/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-339/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver