Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-339/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan. ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına" daxil olan 0.781 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlayaraq Abşeron rayonu Xırdalan şəhərinə daşımış, Abşeron rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən 02 may 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Sadıxov X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin 01 ədəd bükümdə 0,781 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd 338230 №-li yivli, 5.45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSSR dövlətində 1982ci ildə istehsal olunmuş Klaşnikov konstruksiyalı, AKS-U modelli texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah olan avtomatı, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konustruksiyalı avtomatların komplekt hissəsi kimi texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağı və cəmi 09 ədəd olmaqla 3 ədədi 1980-ci ildə, 06 ədədi isə 1981-ci ildə keçmiş SSSR-də zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahın atəş üçün yararlı döyüş sursatı olan patronlarını qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə daşıyıb, üzərində «MULANGSHİ» sözləri yazılmış idman çantasının içərisində saxlamış, 04 avqust 2023- cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində mədəniyyət evinin arxasında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 20:00-dən saat 20:12-yə kimi üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli üzərində «MULANGSHİ» sözləri yazılmış idman çantasının içərisində saxladığı ağ rəngli sellofan torbaya bükülmüş həmin 01 ədəd 338230 №-li yivli, 5.45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSSR dövlətində 1982ci ildə istehsal olunmuş Klaşnikov konstruksiyalı, AKS-U modelli texniki cəhətdən saz və atəş üçün yararlı odlu silah olan avtomat, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konustruksiyalı avtomatların komplekt hissəsi kimi texniki cəhətdən saz və istifadə üçün yararlı olan darağ və cəmi 09 ədəd olmaqla 3 ədədi 1980-ci ildə, 06 ədədi isə 1981-ci ildə keçmiş SSSR-də zavod üsulu ilə istehsal olunmuş 5.45x39 mm kalibrli Kalaşııikov konstruksiyalı silahın atəş üçün yararlı döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamla razı olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmədən ona cəza təyin edərkən yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1 -ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitələr qəbul edir, 02 may 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkət edən zaman tanımadığı ıkı nəfər mülki şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, ona qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş və razılığı əsasında müdafiəçi dəvət edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. Bu zaman əyninidə olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli selofona bükülmüş bükülünü çıxarıb stolun üzərinə qoymuş və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açıb baxmış və içərisində olan qəhvəyi rəngli toz halında kütlə aşkar edilmişdir. Aşkar edilmiş tox şəkilli kütlə barədə ondan maraqlandıqda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və həmin narkotik vasitəni 01 may 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün almışdır. Sonra həmin bükülüdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Bundan başqa göstərmişdir ki, təxminən 2 ay əvvəl tarixi dəqiq yadında qalmayan gün Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən zibil qutularının yanında sellofan torbada nəsə bükülmüş əşya qoyulduğunu görüb həmin torbanı açıb içərisinə baxdıqda içərisində 1 ədəd avtomat silahı, bir ədəd həmin silahın darağı və 9 ədəd patron olduğunu görmüşdür. O, həmin sellofan torbanı götürüb yaşadığı evə gəlirib gizlətmişdir. Həmin silahın və patronların evdə olmasından narahat olmuşdur. Buna görə qərara gəlmişdir ki, aparıb boş ərazidə basdırsın. O, həmin silahı polisə aparıb verməkdən qorxmuş ki, onun üçün problem ola bilər. 04 avqust 2023-cü il tarixdə gizlətdiyi içərisində 1 ədəd avtomat silahı, 1 ədəd daraq və 9 ədəd patron olan sellofan torbanı özünə məxsus qara rəngli idman çantasına qoyub saat təxminən 18 radələrində evdən çıxıb Xırdalan şəhərindən keçən dəmiryol xəttinin kənarına boşluq əraziyə aparıb basdırmağa getmişdir. Xırdalan şəhəri, H.Əliyev prospektində ara küçələrlə Mədəniyyət evinin arxasından keçərkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, isə polis əməkdaşlarını görüb özünü itirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olmağı barədə bildirib onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirmişlər. O isə çantada silah və patron olmasını etiraf etmiş və polis əməkdaşları ilə polis idarəsinə getməyə etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və sonra Abşeron rayon vəkil bürosundan növbətçi vəkil İlyas Həsənov dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona şübhəli şəxs qismində tutulmağı elan olunaraq hüquq və vəzifələrim izah olunmuş, sonra isə üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməyi təklif olunmuşdur, ö, isə əlində olan idman çantasını təqdim edib içərisində 1 ədəd Kalaşnikov avtomatı. 1 ədəd avtomatın darağı və 9 ədəd patron olmasını bildirmişdir. Polis əməkdaşları həmin çantanı açıb içərisində sellofan torbaya bükülmüş silahı, darağı və 9 ədəd patronları çıxarıb masanın üzərinə qoymuşlar. Ondan həmin silah və sursatı haradan əldə etdiyini və nə üçün üzərində saxladığını soruşmuş, o isə həmin silah və sursatı təxminən 2 ay əvvəl Xırdalan şəhəri. M.Hüseynzadə küçəsində zibil qutularının yanında tapdığını və bir müddət evində saxladığını, həmin gün silahı və patronları Xırdalan şəhərində dəmiryol kənarına aparıb basdırmaq üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra üzərində aşkar olunaraq götürülmüş 1 ədəd avtomat silahı, 1 ədəd həmin silahın darağı və 9 ədəd patronlar sellofan torbaya qoyulub qablaşdırılmış və qablaşdırma üzərində imza etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və daşıması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur.Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və daşımasında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə sonuncunun müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar çıxarılmış və CAŞ-nin kiçik inspetoru, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 02 may 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı M.Ə.Rəsulzadə küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf selofona bükülü olan bükümü çıxarıb təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olduğun bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin kiçik inspetoru, polis serjantı Şahid2 ifadəsində Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı üzərində gəzdirməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı üzərində gəzdirməsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və CAŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid5 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 04 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı mədəniyyət evinin qarşısında zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsində xidməti otaqların birində sonuncunun üzərində şəxsi axtarış keçirməsində texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə saxlanılması qadağan olunmuş hər hansı vasitə olubolmadığını soruşulmuş və əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əlində olan idman çantasını təqdim edib içərisində 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd avtomatın darağı və 4 ədəd patron olmasını bildirmişdir. Həmin çantanı açdıqda içərisində sellofan torbaya bükülmüş silah, darağ və 9 ədəd patronlar olduğunu görmüş və çıxarıb masanın üzərinə qoymuşlar. Ondan həmin silah və sursatı haradan əldə etdiyini və nə üçün üzərində saxladığını soruşduqda Şahmar Sadıqov həmin silah və sursatı təxminən 2 ay əvvəl Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində zibil quütularının yanında tapdığını və bir müddət evində saxladığını, həmin gün silahı və patronları Xırdalan şəhərində dəmiryol kənarına aparıb basdırmaq üçün üzərimdə daşıdığını bildirmişdir. Bundan sonra, aşkar olunaraq götürülmüş 1 ədəd avtomat silahı, 1 ədəd həmin silahın darağı və 9 ədəd patronlar sellofan torbaya qoyulub qablaşdırılmış və qablaşdırma üzərində proses iştirakçıları imza etmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-də baş əməliyyat müvəkkili Şahid3 və Şahid5 ifadələrində Şahid3 ifadəsinə oxşar ifadə vermişlər. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Sadıxov X4 rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən 02 may 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Sadıxov X4 rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən 02 may 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu,Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində mədəniyyət evinin arxasında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli üzərində «MULANGSHİ» sözləri yazılmış idman çantasının içərisində ağ rəngli sellofan torbaya bükülmüş Kalaşnikov konstruksiyalı, AKS-U modelli avtomat silahı, 1 ədəd avtomat silahının komplekt hissəsi olan darağ və 09 ədəd 5.45x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahın döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Abşeron rayon Pİ-niıı əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, 04 avqust 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində mədəniyyət evinin arxasında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli üzərində «MULANGSHİ» sözləri yazılmış idman çantasının içərisində ağ rəngli sellofan torbaya bükülmüş Klaşnikov konstruksiyalı, AKS-U modelli avtomat silah, 1 ədəd avtomat silahının komplekt hissəsi olan darağ və 09 ədəd 5.45x39 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı silahın döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx.xx.2023- cü il tarixli 6/2550 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №56» dairəvi möhür əksi və «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,781 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına təqdim olunmuş heroinin təmiz çəkisi 0.781 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,731 qram təşkil edir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2023-cü il tarixli 23/643R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 338230 №-li silah 5.45 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlardan 06 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə, 03 ədədi isə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla həmin kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronldarıdırlar. Azərbaycan Respublikası DİN-nin KTİ-niıı xx.xx.2023-cü ıl tarixli, 3-13-11/2- 9759/2023 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5.45 mm kalibrli 338230 №-li Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomatdan eksperimental qaydada atılmış «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş 09 ədəd 5.45x39 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «26» sentyabr 2023-cü il tarixli 6128 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostiımılyatorlarm qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə ümumi çəkisi ekspert tədqiqatından qalıq qalmış 0,731 qram heroin, 01 ədəd 338230 №-li 5.45 mm kalibirli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 1 ədəd avtomat silahının komplekt hissəsi olan darağ, 06 ədəd 5,45x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış iki ədəd DVD diskinin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Həmçinin, iş materiallarında olan 02 may 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.30-da tutulmuş, 04 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 4(012)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. ”Həbs” qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-çi maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 4(012)-589/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, onun həbsdə olduğu müddət və 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət cəza təyinində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu tarixdən, yəni 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,731 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 338230 №-li 5.45 mm kalibirli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 1 ədəd avtomat silahının komplekt hissəsi olan darağ, 06 ədəd 5,45x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,731 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd 338230 №-li 5.45 mm kalibirli Kalaşnikov konstruksiyalı AKS-74U modelli avtomat, 1 ədəd avtomat silahının komplekt hissəsi olan darağ, 06 ədəd 5,45x39 mm kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronları hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-339/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-339/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver