Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-339/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncuya bankdan 20.000 manat pul götürməsinə köməklik edəcəyini vəd edərək aldadıb xx.xx.2024-cü il tarixdə 300 manatı, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən ödəmə terminalından göndərdiyi 900 manatı vahid niyyətlə ümumilikdə 1200 manatını alıb ələ keçirməklə dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq edərək ifadəsində göstərdi ki, 2024-cü ilin yanvar ayının əvvəllərində ona müraciət etmiş Zərərçəkmiş şəxsna kredit götürməsi üçün köməklik etməyə söz verərək, ondan sənədləri istəmiş və təqdim edilən bank çıxarışına baxdıqda 20.000 manat pul götürə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxsna həmin kreditin verilməsi üçün ona müəyyən məbləğdə pul verməli olacağını bildirmiş, sonuncun onun təklif ilə razılşaraq, ilkin olaraq ona məxsus bank kartına 300 manat göndərmişdir. O, bir müddət sonra Nuranəyə 20.000 manat kredit xəttinin ayrılmasının mümkün olmadığını, yalnız 9.000 manat götürə verilə biləcəyini bildirdikdə sonuncu həmin məbləğin ona əvvəllərdə verildiyini demiş və o həmin şəxsə qeyd etdiyi məbləği götürüb 3 gün sonra bağlayarsa, daha böyük məbləğdə kredit ayrıla biləcəyini izah etmişdir. Zərərçəkmiş şəxsn onun təklifi ilə razılaşmış və dediyi kimi 9.000 manat məbləğində krediti götürmüş və ona məxsus karta 900 manat göndərmiş, lakin o, sonuncunun işini həll edə bilmədiyindən aldığı 1200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra o, istintaq zamanı pulu geri qaytarmış və bununla bağlı notairal qaydada təsdiq olunmuş barışıq ərizəsini istintaq orqanına təqdim etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxs ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işinə xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, anket məlumatlarımda göstərilən ünvanda övladları ilə birlikdə kirayə yaşayır, 6 övladı var, boşanmışdır, çox uşaqlı ana olduğundan dövlətdən 630 manat təqaüd alır və sosial vəziyyəti ilə bağlı yardım alır. 2024-cü ilin yanvar ayının əvvəllərində maddi vəziyyəti ilə bağlı kredit götürmək istəmiş, ancaq bank istədiyi məbləği verməmişdir. Bu məsələ barədə qonşusu Məsmə ilə söhbət edərkən Məsmə Tağı adlı şəxsin istədiyi məbləğdə kredit götürməyə kömək edə biləcəyini bildirmişdir. Məsmə həmin şəxsin bir neçə tanışına kömək etdiyinidə demişdir. O, da Tağı adlı şəxsin nömrəsini götürüb əlaqə saxlamış, bankdan ona 9.000 manat verildiyini ancaq onun daha çox pula ehtiyacı olduğunu bildirmiş, Tağı həll edəcəyinə söz vermiş vatsapda vəsiqəsinin şəklini göndərmiş, ona bank çıxarışını gətirməsini istəmişdi, çıxarışın da şəklini göndərmidir. Tağı ona 20.000 manat kredit götürə biləcəyini bildirmiş, guya siyahıda 19-cu adam olduğumu tez olması üçün 300 manat göndərməsini istəmişdir. Tağının göndərdiyi kart hesabına telefonundan “1bank” tətbiqindən 300 manat göndərmişdir. Tağı demişdir ki, 3 iş günü ərzində bankdan 20.000 manat pul çıxaracaq 20% -ni yəni 4.000 manatını bu işi həll etdiyinə görə Tağıya verəcəkmiş. Pula ehtiyacı olduğundan məcbur qalıb Tağı ilə razılaşmışdır. 3 gün sonra Tağı ilə əlaqə saxlamış telefonlarına cavab verməmişdir. Daha sonra Tağı ona 9.000 manat krediti bankdan götürməsini, 10%-ni ona göndərməsini istəmiş, o isə Tağıya elə bankın mənə əvvəldə 9.000 manat ona kredit verdiyini, Tağıdan ona nə kömək etdiyini soruşmuş, Tağı guya sistemdə onun adının təzələnməli olduğunu, bankdan pulu götürdükdən sonra həmin krediti onun bağlayacağını və 3 günə 20.000 manatı götürəcəyini bildirmişdir. O, Tağıya inanıb xx.xx.2024-cü il tarixdə “Kapital Bank”dan 9000 manat kredit götürmüş və elə həmin gün ünvan 2 ünvanda yerləşən “Al Marketin” daxilindəki ödəmə terminalından Tağının bank kartına 900 manat pul göndərmişdir. 3 gün sonra Tağı ilə əlaqə saxladıqda guya hələ işin getdiyini sistemin yeniləndiyini bildirmişdir. Bundan sonra hər gün Tağı yeni bəhanələr uydurub vaxtı uzaymış, Tağıdan pulunu geri verməsini istəsə də qaytarmamışdır. O, artıq Tağının dələduz olduğunu başa düşüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermiş və Təqsirləndirilən şəxs onu aldadıb ümumilikdə 1200 manat pulunu ələ keçirməsi barədə Abşeron rayon Polis İdarəsinə ərizə vermiş və Tağıya göndərdiyi pulların qəbzlərinin şəklini təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “M PAY” onlayn ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 07 yanvar 2024cü il tarixdə “Birbank” tətbiqindən 409858******2499 saylı bank kartına 300 manat, 11 yanvar 2024-cü il tarixdə isə ünvan 2 ünvanda yerləşən ödəmə terminalından 416973****0590 saylı S****T****S*** oğluna məxsus “Kapitalbank” kartına 900 manat göndərmişdir.
2. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 16 may 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, hazırda barışmışlar, onun sonuncudan heç bir şikayəti, tələbi və mülkü iddiası yoxdur;
4. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, bundan başqa o, Bakı şəhəri Xəai rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 69.4cü maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs 07 ay 16 gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 400 manat məbləğində cərimə cəzası yüngülləşdirilərək, qəti olaraq 02 iki il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 500 manat məbləğində cərimə cəzası ilə tam toplanılmaqla ona qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 500 manat məbləğində cərimə cəzası təyin edilmiş, onun tərəfindən 500 (beş yüz) manat məbləğində cərimə cəzasının tam olaraq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə onun 02 mart 2024-cü il tarixdən 01 aprel 2024cü il tarixədək həbsdə saxlanıldığı 30 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 iki ay müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 iki il 04 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 7(001)-370/2024 saylı qərarına əsasən məhkumun ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73-.1.2-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-17/2024 saylı hökmü əsasənda ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, təyin edilmiş qəti olaraq 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad edilmişdir.
5. “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan olunmuşdur;
6. “Axtarışda olan şübhəli şəxsin tutulmasına dair” 27 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq, Abşeron RPİ-nin İŞ-nə təhvil verilmişdir;
7. “Təqsirləndirilən şəxs qismində ittiham elan etmə” haqqında 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
8. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
9. “Sübutların qiymətləndirilməsi” haqqında 31 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi və iş materiallarında olan qəbzlərin surətləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilmişdir;
10. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı hazırda və gələcəkdə də heç bir şikayət və tələbinin olmamasını bildirmişdir;
11. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək, onunla arasında barışıq əldə etməsinin, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi olmamasını və həmin işə xitam verilməsini xahiş etmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin istintaq zamanı elan olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizəni və əvvəllər eyni əsasla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov