Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-34/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1957-ci ildə Azərbaycan Respublikası, Puşkin şəhərində (indiki Biləsuvar rayonu) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1-ci maddələri təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Salyan rayonu Boranıkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük adlanan ərazidə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.07.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeyri- yaşayış binası olan "xxxx" MTK-nın (VÖEN № **********) təsisçilərinin yığıncağının 14.04.2011-ci il tarixli 01/K nömrəli əmri ilə direktor vəzifəsinə təyin edilməklə, 14.04.2011-ci il tarixdən 19.07.2019-cu il tarixədək həmin kooperativin direktoru vəzifəsində işləyərkən 22.07.2009-cu il tarixdə təsdiq edilmiş Kooperativin Əsasnaməsinə əsasən kooperativə rəhbərlik etmək funksiyalarına malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə direktoru olduğu Kooperativ tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasından bir otaqlı mənzil almaq üçün 2013-cü ilin mart ayında müraciət etmiş Zərərçəkmiş şəxs1 həmin binadan mənzillə təmin edəcəyini yalandan vəd verməklə həmin ünvanda tikilən bir neçə girişli yüksək mərtəbəli yaşayış binasında birinci mərtəbədə 68 kvadratmetr sahəli, bir otaqlı 6 nömrəli mənzilin 1 kvadratmetri üçün dəyərini 397 manat, ümumi dəyərini 27.000 manat olmaqla hissə-hissə qeyri-müəyyən müddət ərzində ödənilməsinə Zərərçəkmiş şəxs1la razılaşdıqdan sonra, sonuncuya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvandakı binanın 1-ci giriş, 1-ci mərtəbəsində 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli mənzilin 27000 manat müqabilində alıcıya verilməsi ilə bağlı 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqaviləni təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən ofisdə razılaşdıqları mənzilə görə 2013-cü ilin mart ayında ilkin ödəniş qismində 7000 manat, həmin ünvanda 2013-cü ilin mart ayından 2016-cı ilin mart ayınadək olan istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və şəraitdə hissə-hissə 15.000 manat olmaqla, cəmi 22.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 şəxsən alıb, sonuncunun təkidi ilə ödənişlə bağlı 16.03.2016-cı il tarixdə göstərilən mənzilə görə 20.000 manatın ödənilməsi haqqında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən ofisdə kassa mədaxil orderi tərtib edərək ona təqdim etdikdən sonra, mənzilin dəyərinin hissə-hissə qeyri müəyyən vaxta ödəmə ilə bağlı razılığa gəlmiş olsa da, həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək məqsədilə vəzifəli şəxs kimi öz qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını vahid niyyətlə aldatma yolu ilə ələ keçirmək məqsədilə "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa etdiyi binanın layihə sənədlərinə əsasən və faktiki olaraq binada 1-ci giriş, 8-ci mərtəbədə 56 saylı 60.5 kvadratmetr sahəsi olan bir otaqlı mənzil mövcud olmadığı halda, özünə qarşı yaratdığı etibarlı münasibətdən sui-istifadə edib 2016-cı ilin aprel ayında Zərərçəkmiş şəxs1la görüşərək 1-ci mərtəbədə olan 68 kvadratmetr sahəsi olan 6 nömrəli 1 otaqlı mənzilin əvəzinə daha yaxşı ətraf görüntülü, binanın 1-ci giriş, 8-ci mərtəbəsində, əslində isə 60.5 kvadratmetr sahəli bir otaqlı mənzil mövcud olmadığı, 56 saylı mənzilin isə 7ci mərtəbədə yerləşməklə 90 kvadratmetr sahəsi olan 2 otaqlı mənzil olduğu və həmin mənzilin 16.03.2013-cü il tarixdə X1 halda, qeyd olunan mənzili ona verə biləcəyini yalandan bildirib aldadaraq bu barədə sonuncunun razılığını aldıqdan sonra, tamah niyyəti ilə rəsmi sənəd hesab edilən kooperativ binanın tikintisi haqqında müqaviləyə əvvəlki tarixlə, yəni guya tərəflər arasında müqavilənin 03.04.2013-cü il tarixdə bağlanması ilə bağlı "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa etdiyi binada yerləşən ofisdə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib Zərərçəkmiş şəxs1 layihə sənədlərində olmayan 1-ci giriş, 8-ci mərtəbə 60.5 kvadratmetr sahəsi olan 56 saylı bir otaqlı_mənzilin təqdim edilməsi ilə bağlı 03.04.2013-cü il tarixli müqavilə və qeyd olunan mənzilə görə borcun olmaması barədə eyni tarixli maliyyə arayışını tərtib edib, həmin müqaviləni və maliyyə arayışını sonuncuya verərək, hər hansı mənzil təqdim etməməklə və 1ci giriş, 1-ci mərtəbə 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli mənzili 29.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə, 29.01.2017-ci il tarixli kassa mədaxil orderi əsasında Şahid3 satmaqla Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 22000 (iyirmi iki min) manat pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun xeyli miqdarda əmlakını vahid niyyətlə, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətlə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd edilmiş vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə direktoru olduğu Kooperativ tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasından bir otaqlı mənzil almaq üçün 2015-ci ilin oktyabr ayında müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin binadan mənzillə təmin edəcəyini yalandan vəd verməklə həmin ünvanda tikilən bir neçə girişli yüksək mərtəbəli yaşayış binasında ikinci mərtəbədə 66 kvadratmetr sahəli, bir otaqlı 5 nömrəli mənzilin dəyərini 42.900 manat olmaqla hissə-hissə qeyri-müəyyən müddət ərzində ödənilməsinə Zərərçəkmiş şəxs2la razılaşdıqdan sonra, sonuncuya mənzilin təqdim edilməsi ilə bağlı hər hansı müqavilə təqdim etmədən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən ofisdə razılaşdıqları mənzilə görə 2015-ci ilin noyabr ayında ilkin ödəniş qismində hər dəfə 2000 manat olmaqla, 20.11.2015-ci il tarixli kassa mədaxil orderi tərtib edərək sonuncuya təqdim etməklə cəmi 4000 manat, həmin ünvanda 2015-ci ilin noyabr ayından 2017-ci ilədək istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və şəraitdə hissə-hissə 14.500 manat olmaqla, cəmi 18.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 şəxsən alıb, sonuncunun təkidi ilə mənzil və həmin mənzilə görə ödənişlə bağlı 2017-ci ildə istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə tamah niyyəti ilə rəsmi sənəd hesab edilən kooperativ binanın tikintisi haqqında müqaviləni əvvəlki tarixlə, yəni guya tərəflər arasında müqavilənin 08.10.2015-ci il tarixdə bağlanması ilə bağlı "xxxx" MTK-nm Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa etdiyi binada yerləşən ofisdə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib Zərərçəkmiş şəxs2 1-ci giriş, 2-ci mərtəbə 66 kvadratmetr sahəsi olan 5 nömrəli bir otaqlı mənzilin təqdim edilməsi ilə bağlı 08.10.2015-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə və eyni tarixli 14.500 manatın ödənilməsi haqqında kassa mədaxil orderi tərtib edib, həmin müqaviləni və kassa mədaxil orderini sonuncuya təqdim edərək, mənzilin dəyərinin hissə-hissə qeyri müəyyən vaxta ödəmə ilə bağlı razılığa gəlmiş olsa da, həmin mənzili müraciət edən başqa alıcılara satıb qazanc əldə etmək məqsədilə qeyd olunan mənzili 12.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilə, 12.01.2017-ci il tarixli kassa mədaxil orderi əsasında X3 sonra Zərərçəkmiş şəxs2 göstərilən haldan məlumatlı olması ilə bağlı 2017-ci ildə istintaqla müəyyən edilməyən vaxtda ona mənzilin təqdim edilməsi və ya ödədiyi pulların geri qaytarılması ilə əlaqədar tələbirəli sürməsi zamanı sonuncuya direktoru olduğu Kooperativin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa etdiyi digər binalardan 1 otaqlı hər hansı bir mənzilin təqdim ediləcəyini yalandan bildirib aldadaraq bunun müqabilində razılaşdırılmış 42.900 manatın tam ödənilməsinin zəruri olduğu şərtini irəli sürüb həmin şərtlər çərçivəsində Zərərçəkmiş şəxs2 mənzillə təmin edəcəyini əmin edərək sonuncunun inam və etibarını bir daha qazandıqdan sonra sonuncudan 2017-ci ildə istintaqla müəyyən edilməyən vaxtdan 2018-ci ilin noyabr ayının istintaqla müəyyən edilməyən gününədək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən ofisdə hissə-hissə əlavə olaraq 2500 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 aldığı 21000 (iyirmi bir min) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləyərək və hər hansı mənzil təqdim etməyib öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını vahid niyyətlə, aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, sonuncu aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 42.900 manat məbləğində pul vəsaitini yəni özgəyə məxsus xeyli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın sədri vəzifəsində təxminən 2010-cu ildən 2019-cu ilin təxminən ortalarına qədər işləmiş, barəsində məhkumluq olduğuna görə 2019-cu ildə vəzifəsindən azad edilmişdir. MTK 2009-cu ildə təsis edilmiş, təsis tarixindən müxtəlif təsisçilər olmuşdur. Əbilfət, Fuad və özü 2010-cu ildən təsisçi olmuş, habelə Elman Babayev, Bakir Babayev, Hüseyn və digər şəxslər təsisçi olmuş və çıxmışlar. "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda bir bloklu 5 bina tikmişdir. Həmin binaların mərtəbə sayı bəzilərində 8, bəzilərində 12, bəzilərində isə 15 olmuşdur. Bina tikintisi payçıların mənzillərə görə ödədiyi məbləğlər hesabına həyata keçirilmişdir. Tikinti işləri 2009-cu ildən başlamış, həmin ildən təxmini olaraq 3-4 il ərzində 8 mərtəbəli binanın tikintisi başa çatdırılmış və mənzillər satılmışdır. Daha sonradan digər binaların tikintisi aparılmışdır. Binalarda mənzil satışı vətəndaşlarla arasında bağlanılmış müqavilə formasında rəsmiləşdirilmiş, mənzilin dəyərinin ödənilməsi barədə kassa mədaxil orderi və maliyyə arayışı tərtib edilmişdir. Zərərçəkmiş şəxs1 2013-cü ildə "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş, 1-ci mərtəbəsində 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli mənzili almış, bu barədə onunla arasında müqavilə bağlanılmış, Məclum ilkin ödəniş kimi 7000 manat pul ödəmiş, ancaq ona həmin zaman 5000 manatın ödənilməsi ilə bağlı sənəd təqdim etmişdir. Qeyd edilmiş 2000 manatı ola bilsin həmin mənzilə görə kiməsə vasitəçi pulu kimi vermiş, bu səbəbdən hansısa sənəd tərtib etməmişdir. Sonradan o hissə-hissə 2015-ci ilə qədər 15000 manat pul ödəmiş, beləliklə cəmi ödənişi 20000 manat olmuşdur. Bundan sonra Məclum hissə- hissə ödəniş etmiş, onlardan bəziləri üzrə izah edə bilmədiyi səbəbdən sənəd tərtib etməmişdir. Məclum ümumilikdə mənzilə görə 22600 manat ödəniş etmiş, müqavilə bəndinə əsasən mənzilin dəyərini tam ödəmədiyi üçün onun mənzili müqaviləyə əsasən birtərəfli qaydada MTK tərəfindən ləğv edilmiş, ancaq bu barədə hansısa əlavə sənədləşmə aparılmamışdır. Bundan sonra həmin mənzil xatırlamadığı başqa şəxsə satılmışdır, həmin alıcı da mənzilin dəyərini tam ödəmişdir. Bundan sonra Məcluma eyni binadan 8-ci mərtəbədə bir otaqlı 60.5 kvadratmetr sahəli 56 saylı mənzil təqdim edilmişdir. Ancaq o ödənişi dayandırdığı üçün həmin mənzil də ona verilməmişdir. 2019-cu ilin noyabr ayında isə Məcluma "xxxx" MTK-da özünə məxsus olan bir otaqlı mənzili vermiş, bu barədə onunla göstərilən MTK arasında müqavilə bağlanılmış, dəyərin tam ödənilməsi haqqında maliyyə arayışı verilmişdir. "xxxx" MTK-dakı mənzilə görə o, Saray qəsəbəsində yerləşən evini qeyd etdiyi MTK-nın direktoru Emilin hansısa adamının adma sənədləşdirmiş, o da bunun müqabilində "xxxx" MTK-da ona mənzil vermiş, həmin mənzil barədə göstərilən vaxt adma sənədləşdirmə aparılmamış, 2019-cu ilin noyabr ayında mənzili Məcluma verəndə onun tələbi əsasında sonuncunun adına rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs1 "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş, 1-ci mərtəbəsində 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli mənzili satmağına dair tərtib etdiyi müqavilə və 16.03.2016-cı il tarixli kassa mədaxil orderindəki xətt onun olmuş, adının qarşısında olan imzalar onun olmuşdur. 03.04.2013-cü il tarixli kassa mədaxil orderindəki xətt onun olmuş, adının qarşısında olan imzalar onun olmuşdur. Zərərçəkmiş şəxs1 "xxxx" MTKnın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş, 1ci mərtəbəsində 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli mənzili satmağına dair tərtib etdiyi müqavilənin tarixi 2013-cü ilin mart ayı olmuşdur, ancaq o ödənişin çox hissəsini 2016-cı ilin mart ayında başa çatdırdığı üçün müqaviləsinin tarixini 16.03.2016-cı il tarixli kassa mədaxil orderinin tarixinə dəyişmişdir. Ona sonradan "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş, 8-ci mərtəbəsində 56 nömrəli 1 otaqlı 60.5 kvadratmetr sahəli mənzillə bağlı verdiyim sənədi də geri tarixə yəni onunla mənzil barədə danışdıqları ilkin tarixə - 2013-cü ilə tərtib etmişdir. Zərərçəkmiş şəxs2 təxminən 2015ci ildə "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş, 2-ci mərtəbəsində 5 nömrəli 1 otaqlı 66 kvadratmetr sahəli mənzilin alınması ilə bağlı MTK sədri kimi onunla müqavilə bağlamış, həmin müqavilə əsasında mənzilin dəyəri 42900 manat razılaşdırılmış, həmin şəxs mənzilin dəyərindən ilkin ödəniş kimi 2015-ci ildə 4000 manat ona ödəmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmiş, daha sonra hissəhissə 14500 manat pul ödəmiş və bu barədə də tərəfindən kassa mədaxil orderi tərtib edilmişdir. Zərərçəkmiş şəxs2 müqavilə üzrə mənzilin dəyərini tam ödəmədiyi üçün onun mənzili müqaviləyə əsasən birtərəfli qaydada MTK tərəfindən ləğv edilmiş, ancaq bu barədə hansısa əlavə sənədləşmə aparılmamışdır. Bundan sonra həmin mənzil X2, sonuncu da mənzilin dəyərini tam ödəmişdir. Zərərçəkmiş şəxs2 təxminən 2018-ci ildə MTK- da olduğu zaman ona məxsus mənzilin başqa şəxsə satıldığı ilə bağlı şikayətini bildirmişdir. Həmin zaman isə mənzilin dəyərini ödəmək, bunun müqabilində MTK- nın tikdiyi digər binalardan mənzillər təqdim ediləcəyi ona təklif edilmiş, sonra isə Zərərçəkmiş şəxs2 hissə-hissə ona xatırlamadığı tarixlərdə 2300 manat pul ödəmiş, lakin bu barədə tərəfindən hansısa sənəd tərtib edilməmiş, daha sonra da mənzilin dəyərini ödəməyi dayandırmışdır. Beləliklə Zərərçəkmiş şəxs2 mənzil almaq üçün cəmi 20800 manat ona pul ödəmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs2 2018-ci ilin sentyabr ayında MTK-ya ərizə ilə müraciət edərək MTK-ya ödədiyi pulu geri istəmiş, bu zaman ona ödənilmiş pulu qaytarmaq istəsə də o MTK-ya 25000 manat pul ödədiyini bildirmiş, həmin 25000 manatı geri istəmiş və MTK-nın təklif etdiyi pulu götürməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs2 4000 manatı beh kimi ilkin olaraq 2015-ci ilin noyabr ayında ödəmiş, hissə-hissə ödənişləri başa çatdırdıqdan sonra isə ona müqavilə təqdim edilmişdir. Müqaviləni hansı səbəbdən geri tarixə tərtib etdiyini izah edə bilməmişdir. Ancaq Zərərçəkmiş şəxs2 ilkin olaraq 4000 manat ödəmiş, daha sonra hissə-hissə 14500 manat pul ödəmiş, sonradan ödənişi dayandırmış, daha sonra isə ödənişi başa çatdırmaq, həmin zaman da MTK-nın başqa binasından başqa mənzilin ona təqdim edilməsi ilə razılaşdıqdan sonra hissə-hissə 2300 manat ödəmiş və daha hansısa məbləğ ödəməmişdir. Zərərçəkmiş şəxs2 rayonda yaşadığı, Bakı şəhərinə nadir hallarda gəlib-getdiyi, habelə onunla əlaqə saxladığı zaman MTK-ya gəlmədiyi üçün ona pulunun geri qaytarılaraq müqaviləsinin ləğvi, o cümlədən yeni binadan mənzilin verilməsinə dair müqavilənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmiş, onlarla barışıq əldə etmişdir, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada mənzil almaq istəmiş, bu məqsədlə 2013-cü ilin mart ayında qeyd edilmiş ünvana getmiş, həmin vaxtı binada təxminən 3-4 mərtəbə tikilmişdir. Binanın həyətində olan ofisə daxil olmuş, orada sədrin Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Ağamoğlan satış işlərinə özünün baxdığını bildirmişdir. Bundan sonra o Ağamoğlana bir otaqlı mənzil almaq istədiyini demiş, həmin zaman Ağamoğlan binada birinci mərtəbədə təxminən 60 kvadratmetr sahəli mənzilin olduğunu, həmin mənzili ona sata biləcəyini demişdir. Bundan sonra o, Ağamoğlan ilə mənzilin bir kvadratmetrin dəyərini təxminən 390 manat müqabilində razılaşdırmışdır. Bir neçə gtın sonra o, 7000 manatı ilkin ödəniş kimi Ağamoğlana ödəmiş, ancaq Ağamoğlan ona 5000 manatın ödənilməsinə dair sənəd təqdim etmişdir. Bundan sonra o, aylıq olaraq 1000 manat olmaqla, 2016-ci ilin təxminən əvvəllərinə qədər 15000 manat Ağamoğlana ödəmişdir. Bundan sonra Ağamoğlan ona 8-ci mərtəbədən bir otaqlı mənzil bilə verəcəyini, həmin mənzilin daha yaxşı, ətraf görüntülü olduğunu demişdir. O, da razılaşmış, sonra Ağamoğlan ona 8-ci mərtəbə ilə bağlı maliyyə arayış vermiş, həmin arayışda da onun göstərilən mənzillə bağlı hansısa borcunun olmadığını qeyd etmişdir. Həmçinin yeni müqavilə ona Ağamoğlan tərəfindən verilmişdir. Daha sonra binada olanda, təxminən 2016-cı ildə "xxxx" MTK-da olarkən xatırlamadığı şəxs tərəfindən onun binada mənzilinin olmadığı, Ağamoğlanın qanunsuz yolla mənzili ona verdiyini bildirmişdir. O isə həmin vaxtı Ağamoğlanın yanına getmiş, MTK-nın sədri kimi onu tanıdığını, onun mənzil verdiyini, buna dair sənədlər verdiyini, möhürlədiyini və imzaladığını, o cümlədən mənzilə görə 22000 manat pul ödədiyini Ağamoğlana bildirmişdir. Ancaq etirazları bir nəticə verməmiş, 2016-cı ildən 2019-cu ilin noyabr ayına qədər bu mübahisələr Ağamoğlan ilə onun arasında davam etmişdir. Sonra göstərilən halla bağlı onun və qohumu Qeybulla tərəfindən Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət olunmasından sonra Ağamoğlan ona “Proqress” adlı tikinti şirkətindən mənzil təklif etmiş, həmin binada mənzilinin olduğunu, o binadan mənzil götürməyi təklif etmişdir. O da Ağamoğlanın təklifi ilə razılaşmış, Ağamoğlan təxminən 2019-cu ilin noyabr ayında ona “Proqress” adlı tikinti şirkətində təxminən 14-cü mərtəbədə bir otaqlı mənzili göstərmiş, o da mənzili bəyənmiş, hətta ona göstərilən zaman mənzilin açarları da verilmişdir. “Proqress” adlı tikinti şirkətinin müdiri Emin adlı şəxs olmuş, müvafiq mənzildə təmirə artıq başlaya biləcəyini və mənzildə hansısa problem olmadığını Emindən öyrənmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs1 2013-cü ildə "xxxx" MTK-mn Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada 1-ci giriş 3-cü mərtəbə 6 nömrəli iki otaqlı 68 kvadratmetr sahəli mənzili almış, mənzilin dəyəri olan 22000 manatı tam olaraq "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ödəmişdir. 2015-ci ilin təxminən oktyabr ayında o da "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binadan mənzil almaq istəmişdir. Bu məqsədlə o, həmin vaxtı qeyd edilmiş ünvana getmiş, orada 12-13 mərtəbəli binanın həyətində ofisə daxil olmuş, orada sədr Təqsirləndirilən şəxs yaxınlaşmış və 60 kvadratmetr sahəli bir otaqlı mənzil almaq istədiyini demişdir. Ağamoğlan ilə mənzilin dəyərini 42900 manat müqabilində razılaşdırmış, binada ikinci mərtəbədəki 60 kvadratmetr sahəli bir otaqlı mənzili bəyənmiş, çünki həmin mənzil Məclumun mənzilinin olduğu mərtəbədən bir mərtəbə aşağı olmuşdur. Təxminən 2015-ci ilin noyabr ayında o, hər dəfəsində 2000 manat olmaqla, iki dəfəyə cəmi 4000 manatı Ağamoğlana ilkin ödəniş kimi ödəmişdir. Həmin zaman binanın üzərində olan reklamdan mənzilin dəyərinin 7 faizini ilkin ödəniş olaraq, qalan hissəni də hissə-hissə ödəməyin mümkün olduğunu görmüşdür. Bu səbəbdən 4000 manatı ilkin ödəniş kimi öz təşəbbüsü əsasında Ağamoğlana ödəmiş, ondan da bu barədə qəbz almışdır. Sonradan 2015-ci ilin noyabr ayından 2017-ci ilin xatırlamadığı ayına qədər o, Ağamoğlana hissə-hissə 14500 manat ödəmiş, ancaq bununla bağlı Ağamoğlan ona hər hansı sənəd təqdim etməmişdir. Sonradan o, Ağamoğlandan ona müqavilə verməsini, habelə ödədiyi pullara dair sənəd verməsini tələb etmişdir. Həmin zaman Ağamoğlan köhnə tarixə, yəni 2015-ci ilin oktyabr ayına müqavilə tərtib edib ona təqdim etmişdir. Həmin müqavilədə ona binada 1-ci giriş, 2-ci mərtəbədə 5 nömrəli 1 otaqlı 66 kvadratmetr sahəli mənzilin satıldığı, mənzilin dəyərinin 42900 manat olduğu göstərilmiş, həmçinin 18500 manatı guya elə həmin 2015-ci ilin oktyabr ayında ödədiyiqeyd edilmişdir. Halbuki o, 18500 manatı qeyd etdiyi kimi 2015-ci ilin noyabr ayından 2017-ci ilə qədər ödəmişdir. Bundan sonra təxminən 2017-ci ildə o, mənzilində başqa şəxs tərəfindən təmir işlərinin görüldüyünü görmüş, problem olduğunu görüb Ağamoğlana, habelə "xxxx" MTK-nın təsisçisi olan Bakir adlı şəxsə yaxınlaşmışdır. Ağamoğlana mənzilinin başqa şəxs tərəfindən təmir olunduğunu demiş, o isə problem olmadığını, həmin binadan 20 metr aralıqda başqa binalarının olduğunu, həmin binadan mənzil verəcəyini, ödənişi etməyi davam etdirməyi bildirmişdir. Həmin zaman göstərilən binada təxminən 7-8 mərtəbə tikilmiş, o, binadan 2, 3 ya 4-cü mərtəbədən 1 otaqlı 60 kvadratmetr sahəli mənzil istədiyini bildirmiş, Ağamoğlan da razılaşmış, ona təqdim edilmiş əvvəlki sənədlər əsasında ödənişi etməyi davam etdirməyi bildirmişdir. Bundan sonra o, 2017-ci ildən 2018-ci ilin noyabr ayına qədər hissə-hissə təxminən 2500 manat pulu Ağamoğlana ödəmişdir. Ancaq təxminən 2019-cu ilin əvvəllərində binada olanda müvafiq binadakı ikinci mərtəbədə ona təklif olunan mənzilin bir otağının pəncərəsinin başqa binaya baxdığını, demək olar ki, pəncərəsi olmadığını görmüş və başqa mənzil verməsini tələb etmişdir. Həmin zaman da binada bütün mənzillərin də satıldığını öyrənmiş və aldadıldığını başa düşmüşdür. Bundan sonra o, pulunu Ağamoğlandan tələb etsə də, sonuncu onun pulunu qaytarmamış və onu aldatmışdır. 2019-cu oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Qaynar xətt əlaqə mərkəzinə şikayətlə müraciət etmiş, bundan sonra yalnız 15.01.2019-cu il tarixdə ona 5000 manat pul qaytarılmışdır. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-da təxminən 2014-cü ildən işləmiş, MTK-ya tanışı Bakir Babayevin xahişi əsasında gəlmişdir. MTK-da əsas işi Bakirin tapşırığı əsasında müxtəlif işlərin görülməsindən ibarət olmuşdur. "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda 5 bina tikmişdir. Həmin binaların mərtəbə sayı bəzilərində 8, bəzilərində 12, bəzilərində isə 15 olmuşdur. Bina tikintisi payçıların mənzillərə görə ödədiyi məbləğlər hesabına həyata keçirilmişdir. MTK-da sədr təxminən 2010-cu ildən 2019-cu ilin xatırlamadığı ayına qədər Təqsirləndirilən şəxs işləmişdir. MTK-da baş mühasib Xuraman adlı qadın işləmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mənzil satışından məlumatı olmamışdır. Göstərilən şəxslərə, o cümlədən hər hansı mənzil almaq istəyən şəxsə satışı Təqsirləndirilən şəxs etmişdir. Sadəcə sənədlər əsasında bilmişdir ki, Zərərçəkmiş şəxs1 MTK tərəfindən satılmış mənzil üzrə sonuncu tərəfindən dəyər tam ödənilmədiyindən onun adma ilkin olaraq rəsmiləşdirilmiş mənzil başqa şəxsə satılmış, ona da Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MTK-da mənzil verilmişdir. Zərərçəkmiş şəxs2 da satılmış mənzil üzrə sonuncu tərəfindən dəyər tam ödənilmədiyindən onun adma ilkin olaraq rəsmiləşdirilmiş mənzil başqa şəxsə satılmış, sonradan həmin şəxsə 5000 manat qaytarılmış, qalan hissənin də qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, tikinti materiallarının alqı-satqısını həyata keçirmiş, təxminən 2017-ci ildə tanışı Bakir Babayevə müraciət edərək ona tikinti materialları verə biləcəyini, bunun müqabilində ona "xxxx" MTKnın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda tikdiyi binada mənzil almaq istədiyini bildirmişdir. Bakiri o təxminən 10-15 il olar ki, tanımış, onu bina tikintisi məşğul olan şəxs kimi, sonradan da "xxxx" MTK-nın təsisçisi kimi tanımışdır. Bakirlə razılaşmalarına əsasən sonuncuya təxminən 40000 manat dəyərində beton məmulatları verməli olmuş, sonuncu isə bunun əvəzində onun adına eyni dəyərdə bir otaqlı mənzil rəsmiləşdirməli olmuşdur. Bundan sonra Bakirə qeyd edilmiş dəyərdə tikinti materialları vermiş, daha sonra binada ofisdə MTK-nın sədri Təqsirləndirilən şəxs yaxınlaşmış, onun yanında Amil adlı şəxs də olmuşdur. Bundan sonra şəxsiyyət vəsiqəsini qeyd etdiyi Təqsirləndirilən şəxs təqdim etmiş, daha sonra da mənzil onun adına rəsmiləşdirilmişdir. Mənzil adma rəsmiləşdirilən zaman Bakir qeyd edilmiş mənzil barədə əvvəllər başqa şəxslə müqavilə bağlanıldığını, lakin həmin şəxsin mənzilin dəyərini ödəmədiyi üçün müqavilənin ləğv edildiyini bildirmiş, o da mənzillə bağlı problem olmadığını Bakirin bildirməsinə inanıb mənzilin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Mənzili aldıqdan sonra təmir işlərini aparmış və təmir işlərini yekunlaşdırmışdır. Mənzili ilə bağlı kimdənsə şikayəti və narazılığı olmamışdır. Zərərçəkmiş şəxs2 tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2001-ci ildən müğənnilik fəaliyyəti ilə məşğul olmuş, 2017-ci ilin yanvar ayında Xırdalan şəhərindən bir otaqlı mənzil almaq istəmişdir. Həmin zaman "xxxx" MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda binalar tikdiyini görmüş, daha doğrusu həmin zaman bir neçə bina tikilmiş, bir neçəsi isə hələ tikilməkdə olmuşdur. Tikilmiş binadan mənzil almaq istədiyini həmin zaman ofisdə olan "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs bildirmiş, sonuncu da ona 1-ci giriş 1-ci mərtəbədə 68 kvadratmetrlik mənzili sata biləcəyini, ümumi dəyərin 39500 manat olduğunu bildirmişdir. O da bundan sonra ona inanıb mənzilə baxmağa ehtiyacın olmadığını bildirmiş və 39500 manatı ona ödəmişdir. Həmin zaman Ağamoğlan ona 29.01.2017- ci il tarixli müqavilə, kassa mədaxil orderi və maliyyə arayışını təqdim etmişdir. Ağamoğlandan evin açarlarını götürmüş, həmin tarixdən 3 gün sonra işi ilə bağlı Rusiya Federasiyasının Tümen şəhərinə getmişdir. Xatırladığı qədər 3 ay orada qaldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. İşi ilə bağlı tez-tez Rusiya Federasiyasında olmuş, aldığı mənzilin təmirinə təxminən 2017-ci ilin dekabr ayında başlamış, təmir təxminən 1 ilə yaxın davam etmişdir. Təxminən 2019-cu ilin yanvar ayında həmin evə köçmüş və hazırki dövrə qədər iki övladı və həyat yoldaşı ilə birlikdə həmin ünvan 6 ünvanda yaşamışdır. "xxxx" MTK-dan mənzil aldığı zaman direktor Təqsirləndirilən şəxs ona həmin mənzilin əvvəl kiməsə rəsmiləşdirilməsini deməmiş, qeyd edilmiş mənzillə bağlı heç vaxt problemlə üzləşməmiş, həmin mənzilə hər hansı iddiaçı olduğunu görməmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, "xxxx" MTK-nın sədri vəzifəsində 28.09.2018-ci il tarixdən hazırki tarixə qədər işləmiş, "xxxx" MTK-nı Rafiq Nəsirov təsis etmiş, sonradan 27.09.2018-ci il tarixdə təsis paylarının hamısını sonuncudan almışdır. "xxxx" MTK-nın Abşeron rayonu, H.Əliyev prospekti İA və Abşeron rayonu, M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşası başlanılmış beş bloklu binanın tikintisinin başa çatdırılması ilə məşğul olmuşdur. "xxxx" MTK-nı təhvil alandan həmin bloklarda tamamlama işlərini görmüşdür. Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanımış, sonuncu "xxxx" MTK-nın sədri olmuşdur. Təqsirləndirilən şəxs X13 rayonu, H.Əliyev prospekti İA və Abşeron rayonu, M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində "xxxx" MTK-ya məxsus binada 3-cü blok, 13-cü mərtəbədə ümumi sahəsi 47,02 kvadratmetr olan 74 saylı 1 otaqlı mənzili dəyəri ödənilməklə almış, bu zaman müqavilə və maliyyə arayışı tərtib edilmişdir. Sonradan Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında ona müraciət edərək mənzilini Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirmək istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə birlikdə işlədiyi MTK-nın yerləşdiyi yerə gəlmiş, Zərərçəkmiş şəxs1 adma rəsmiləşdirmə aparılmışdır. Rəsmiləşdirmə zamanı Təqsirləndirilən şəxs mənzilin Zərərçəkmiş şəxs1 adma rəsmiləşdirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış, sonra onunla sonuncu arasında Abşeron rayonu, H.Əliyev prospekti İA və Abşeron rayonu, M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində "xxxx" MTK-ya məxsus binada 3-cü blok, 13-cü mərtəbədə ümumi sahəsi 47,02 kvadratmetr olan 74 saylı 1 otaqlı mənzilin Zərərçəkmiş şəxs1 satılması barədə müqavilə bağlanılmış, habelə mənzilin dəyəri kimi 26989 manatın MTK-ya ödənildiyinə dair maliyyə arayışı tərtib edilmişdir. Mənzilin dəyərinin 26989 manat olduğunu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 öz aralarında razılaşdırmış, onların deməsi əsasında da müqavilə və maliyyə arayışında həmin qiymət öz əksini tapmışdır. Qeyd edilmiş mənzilin təkrar satışı halları heç vaxt olmamışdır, hazırda həmin mənzil Zərərçəkmiş şəxs1 qanuni sahibliyi və istifadəsində olmuş, həmin mənzilə görə Təqsirləndirilən şəxs yaxud Zərərçəkmiş şəxs1 "xxxx" MTK qarşısında hansısa öhdəliyi olmamışdır. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin epizod üzrə icraata xitam verilməsini dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MTK-nın nizamnaməsindən görünür ki, qeyd edilmiş MTK Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına və nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeyri-yaşayış binasıdır, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış, ********** nömrəli VÖEN almışdır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MTK 24.07.2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** nömrəli VÖEN almış, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində qeyri- yaşayış binası olmuşdur. 14.04.2011-ci il tarixli 01/K nömrəli əmrdən Təqsirləndirilən şəxs "xxxx" MTK-ya direktor vəzifəsinə təyin edildiyi, 19.07.2019-cu il tarixli 41/K nömrəli əmrdən isə Təqsirləndirilən şəxs "xxxx" MTK-nın direktoru vəzifəsində azad olunduğu görünür. 08.10.2015-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 1-ci giriş, 2-ci mərtəbə 66 kvadratmetr sahəsi olan 5 nömrəli bir otaqlı mənzilin sonuncuya 42900 manat müqabilində təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 08.10.2015-ci il tarixli kassa mədaxil orderindən Zərərçəkmiş şəxs2 tərəfindən müvafiq mənzilə görə 4000 manat, 20.11.2015-ci il tarixli kassa mədaxil orderindən isə sonuncu tərəfindən 14500 manat ödənildiyi görünür. 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 1-ci giriş, 1-ci mərtəbəsində 6 nömrəli 1 otaqlı 68 kvadratmetr sahəli bir otaqlı mənzilin sonuncuya təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 16.03.2016-cı il tarixli kassa mədaxil orderindən Zərərçəkmiş şəxs1 tərəfindən müvafiq mənzilə görə 20000 manat ödənildiyi görünür. 03.04.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 8-ci mərtəbədə 56 nömrəli 1 otaqlı 60.5 kvadratmetr sahəli bir otaqlı mənzilin sonuncuya 27000 manat müqabilində təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 03.04.2013-cü il tarixli maliyyə arayışından Zərərçəkmiş şəxs1 müvafiq mənzilə görə heç bir borcunun olmadığı görünür. "xxxx" MMC tərəfindən tərtib edilmiş Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK üçün yaşayış evlərinin eskiz layihəsindən görünür ki, binada 1-ci giriş, 8-ci mərtəbədə 56 saylı 60.5 kvadratmetr sahəsi olan bir otaqlı mənzil mövcud olmamışdır. 12.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ilə Şahid2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 1-ci giriş 2-ci mərtəbədə 5 nömrəli 1 otaqlı 65 kvadratmetr sahəli bir otaqlı mənzilin sonuncuya 39000 manat müqabilində təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 12.01.2017-ci il tarixli kassa mədaxil orderindən Şahid2 müvafiq mənzilə görə 39000 manat ödədiyi görünür. 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs ilə X8 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən binada 1-ci giriş 7-ci mərtəbədə 56 nömrəli 2 otaqlı 90 kvadratmetr sahəli iki otaqlı mənzilin 36430 manat müqabilində sonuncuya təqdim edilməsi haqqında müqavilə bağlanılmışdır. Həmçinin iş materiallarında olan 16.03.2013-cü il tarixli kassa mədaxil orderindən X6 müvafiq mənzilə görə 36430 manat ödədiyi, 16.03.2013-cü il tarixli maliyyə arayışından isə sonuncunun müvafiq mənzilə görə heç bir borcunun olmadığı görünür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 16.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1-ci maddələri təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt şəhər Probasiya Xidmətinin 25.11.2021-ci il tarixli 21-6 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-475/2019 saylı.06.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüqundan məhrum edilməklə, 05 (beş) il müddətinə abadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02(iki) il amaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Həmçinin məhkum Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 1(012)-92/2020 saylı,04.03.2020-ci tarixli hökmü ilə 02(iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 08.10.2015-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 08.10.2015-ci il tarixli kassa mədaxil orderinin surəti və 20.11.2015-ci il tarixli kassa mədaxil orderinin əsli, Zərərçəkmiş şəxs1 "xxxx" MTKdan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 03.04.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 16.03.2016-cı il tarixli kassa mədaxil orderinin əsli və 03.04.2013-cü il tarixli maliyyə arayışının əsli, "xxxx" MMC tərəfindən tərtib edilmiş Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK üçün yaşayış evlərinin eskiz layihəsinin surəti, Şahid2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 12.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 12.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti, X7 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 16.03.2013-cü il tarixli kassa mədaxil orderinin surəti, Şahid3 oğluna "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 29.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına biləbilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildiyinə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, 29.01.2017-ci il tarixdə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmişdir. Göründüyü kimi, cinayətin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir, yəni Təqsirləndirilən şəxs həmin cinayəti 29.01.2017-ci il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 313-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham çıxarılmalı, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin epizod üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, cinayət işinə əlavə edilmiş sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.10.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək həsbdə və ev dustaqlığında saxlanıldığı 28 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 08.10.2015-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 08.10.2015-ci il tarixli kassa mədaxil orderinin surəti və 20.11.2015-ci il tarixli kassa mədaxil orderinin əsli, Zərərçəkmiş şəxs1 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 03.04.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 16.03.2016-cı il tarixli kassa mədaxil orderinin əsli və 03.04.2013-cü il tarixli maliyyə arayışının əsli, "xxxx" MMC tərəfindən tərtib edilmiş Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK üçün yaşayış evlərinin eskiz layihəsinin surəti, Şahid2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 12.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 12.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti, X7 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 16.03.2013-cü il tarixli kassa mədaxil orderinin surəti, Şahid3 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 29.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.10.2021-ci il tarixdən 23.11.2020-ci il tarixədək həsbdə və ev dustaqlığında saxlanıldığı 28 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin epizod üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 08.10.2015-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti, 08.10.2015-ci il tarixli kassa mədaxil orderinin surəti və 20.11.2015-ci il tarixli kassa mədaxil orderinin əsli, Zərərçəkmiş şəxs1 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 03.04.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin əsli, 16.03.2016-cı il tarixli kassa mədaxil orderinin əsli və 03.04.2013-cü il tarixli maliyyə arayışının əsli, "xxxx" MMC tərəfindən tərtib edilmiş Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda "xxxx" MTK üçün yaşayış evlərinin eskiz layihəsinin surəti, Şahid2 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 12.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 12.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti, X7 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 16.03.2013-cü il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 16.03.2013-cü il tarixli kassa mədaxil orderinin surəti, Şahid3 "xxxx" MTK-dan mənzil təqdim edilməsinə dair tərtib edilmiş 29.01.2017-ci il tarixli kooperativ binanın tikintisi haqqında müqavilənin surəti və 29.01.2017-ci il tarixli kassa mədaxil orderinin surəti cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-34/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-34/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver