Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-34/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 həmçinin onun qanuni nümayəndəsi və zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1972-ci ildə Qobustan rayonu, Sundi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Sundi kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşamış, Abşeron Rayon Məhkəməsinin 21.03.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 19.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra 19.03.2021-ci il tarixdə saat 01 radələrində keçmiş həyat yoldaşı Şahid ilə nikahlarının dağılmasının səbəbini yenidən aydınlaşdırması məqsədilə sonuncunun yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək, həmin evin eyvanında Şahid evdə olmamasını bilib heç bir əsaslı səbəb olmadan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, insanların yatdığı gecə vaxtı əvvəlcədən özü ilə götürdüyü zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı balta ilə iki dəfə Şahid evdə olmadığına görə çıxıb getməsini tədəb edən baldızı Zərərçəkmiş şəxs3 baş nahiyəsinə vuraraq ona təpə sol gicgah və alm nahiyələrinin çapılmış yaraları, daha sonra əlindəki balta yerə düşdükdə, üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçağı cibindən çıxardıb həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs3 qol və qarın nahiyəsinə vuraraq ona sol bazunun və qarının deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, bundan sonra öz cinayət əməllərini davam etdirib ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 qızma, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 qızma müqavimət göstərərək, əlindəki bıçaqla onları da vurub Zərərçəkmiş şəxs2 həmin bıçaqla sol əlin ön səthinin, həmin əlin 4-cü və 5-ci barmaqarası sahəsinə keçən deşilmişkəsilmiş yarası, yumruqla başın təpə nahiyəsinin səthi əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs4 həmin bıçaqla sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş və Zərərçəkmiş şəxs1 həmin bıçaqla qarın nahiyəsinin ön səthinin deşilmiş kəsilmiş yarası, yumruq və təpiklə sağ bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin, sağ əlin 1 -ci barmağının sıyrıqları, sağ bazu nahiyəsinin aşağı 1/3-nin bayır-iç səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurub qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2018-ci ildə rəsmi olaraq həyat yoldaşı Şahid ayırılmış, ailəsinin dağılmasında səbəb kimi baldızı Zərərçəkmiş şəxs3 və qaynanası Zərərçəkmiş şəxs1 görür. Ailəsi ilə ayrılandan sonra, yenidən barışmış, lakin bir müddət keçdikdən sonra, baldızı Yetər və qayanası Sayalı həyat yoldaşı Şahid öyrədərək, ondan ayırmışlar. Dəfələrlə qaynanası və baldızına xəbərdarlıq etmiş ki, onun ailəsini dağıtmasınlar. O, istəyirmiş ki, Xalidə ilə barışsın və birlikdə yaşasın. Baldızıgil xəbərdarlıqlarıma məhəl qoymadan öz bildiklərini edirmişlər, bundan əlavə baldızı Yetər Xalidəni ərə vermək istəməmişdir. 18.03.2021-ci il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində yaşadığı evdə az miqdarda spirtli içki qəbul etmiş, bundan sonra başına gələnləri düşünərək özünü ələ ala bilməmişdir. Yaşadığı evdən ət doğramaq üçün nəzərdə tutlan baltanı götürmüş, bundan əlavə üzərində qatlanan cib bıçağı da olmuşdur. Özünə məxsus avtomobillə Şamaxı rayonundan bir başa Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan mərhum qaynı Ramil Rəşidovun evinə gəlmiş, sözügedən evdə Ramilin ailəsi, qaynanası Sayalı, baldızı Yetər və keçmiş həyat yoldaşı Xalidə yaşayırmışlar. Həmin ünvana gəlməkdə məqsədim, keçmiş arvadı Xalidəni evimə aparmaq olmuş, əks halda isə fikri, Xalidəni öldürmək olmuşudr. Sözügedən ünvana gəldikdən sonra, avtomobili evdən bir az kənarda saxlamış, baltanı əlində tutub hasardan həyətə tullamış, qapı açıq olduğundan qapını açmış və eyvanda dayanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və arxadan Zərərçəkmiş şəxs2 gəlmiş, o, həmin şəxslərdən Xalidənin harada olmasını soruşmuş, sonuncular Xalidənin evdə olmadığın, gecə növbəsində işlədiyni bildirmişlər. O, Yetərə «mənim aravdımı ərə vermək istəyirdin?» sözlərini deyəndən sonra, əlində olan balta ilə Zərərçəkmiş şəxs3 baş nahiyəsindən bir dəfə vurmuş, həmin zərbədən sonra Yetər yerə yıxılmışdır. Ətrafda olan şəxslər üstünə hücum çəkmiş, nəticədə balta əlindən yerə düşmüşdür. Zərərçəkmiş şəxs4 həmin baltanı yerdən götürüb, baltanın küt tərəfi ilə baş və sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, cibində olan açılıb-bağlanan bıçağı çıxardıb Yetərə bir neçə dəfə zərbə vurmuş, həmin zərbələrin Yetərin hansı nahiyəsinə dəyməsi dəqiq yadında qalmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi ilə, bədəninin müxtəlif yerlərinə təpiklə və yumruqla vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs4 da bir dəfə bıçaq zərbəsi ilə vurmuşdur. Əlində olan bıçağı Asimə almaq istəyən zaman, onun baş nahiyəsinə yumruqla vurmuş və həmin bıçağı özünə tərəf çəkəndə, bıçaq Asimənin əlini də kəsmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 19.03.2021 -ci il tarixdə o, ailə üzvləri ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yatmışdır. Özü və anası Sayalı bir otaqda, digər otaqda gəlinləri Zərərçəkmiş şəxs2 və azyaşlı qardaşı qızı Aytən Rəşidova yatmışlar, yetkinlik yaşma çatmayan qardaşı oğlu Zərərçəkmiş şəxs4 isə üçüncü otaqda tək yatmışdır. Həmin gecə saat 01 radələrində evin qapısının açılmasını hiss etmiş, dəhlizə çıxan zaman evin giriş qapısının açıq olduğunu və bacısı Şahid keçmiş əri Təqsirləndirilən şəxs evin eyvanında əlində balta ilə durduğunu görmüşdür. Bundan sonra bütün ailə üzvləri yuxudan ayılıb, Rasimdən gecənin bu vaxtında hansı səbəbdən evə gəldiyini soruşmuşlar. Rasim onlardan Xalidənin harada olmasını soruşmuş, onlar Xalidənin gecə növbəsində işlədiyni və evdə olmadığını bildirmişlər. O, Rasimə evi tərk etmək lazım olduğunu bildirən zaman, Rasim əlində olan balta ilə iki dəfə onun baş nahiyəsinə zərbə endirmişdir. Qardaşı oğlu Faiq, gəlinləri Asimə ilə Rasimi ondan aralamaq istəyən zaman, Rasimin əlində olan balta yerə düşmüş, bundan sonra Rasim şalvarının cibindən bıçaq çıxartmış, həmin bıçaqla iki dəfə onun qol nahiyəsinə və bir dəfə qarın nahiyəsinə zərbələr vurmuşdur. Bunları gördükdən sonra, anası Sayalı Rasimə yaxınlaşmış ki, qarşısını alsın, lakin Rasim əlində olan bıçaqla anasının qarm nahiyəsinə bir dəfə bıçaqla zərbə endirmişdir. Bundan sonra Rasim, Faiqin kürək nahiyyəsinə bir dəfə bıçaqla zərbə endirmiş və həmin bıçağı Faiqin boğazına dayamış, bunu gördükdən sonra gəlinləri Asimə, Rasimin əlindən bıçağı almaq istəyən zaman, bıçaq Asimənin sol əlini kəsmişdir. Daha sonra Rasim əlində olan bıçağı cibinə qoyub evi tərk etmiş, lakin özü ilə gətirdiyi balta isə evin eyvanında qalmışdır. Bundan sonra anası qışqırmış və qonşuları haraya çağırmış, həmin vaxtı qonşuluqda yaşayan X2 onların evinə gəlmişdir. Nazilə onların xəsarət aldıqlarını görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlmut vermişdir. Şikayətçidir, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19.03.2021 -ci il tarixdə o, ailə üzvləri ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yatmışdır. Özü və qızı Yetər bir otaqda, digər otaqda gəlini Zərərçəkmiş şəxs2 və nəvəsi Aytən Rəşidova yatmışdırlar, nəvəsi Zərərçəkmiş şəxs4 isə üçüncü otaqda tək yatmışdır. Həmin gecə saat 01 radələrində evlərinin qapısının açılmasını hiss etmişdir. O, dəhlizə çıxan zaman evin giriş qapısının açıq olduğunu və qızı Şahid keçmiş əri Təqsirləndirilən şəxs evin eyvanında əlində balta ilə durduğunu görmüşdür. Bundan sonra bütün ailə üzvləri yuxudan ayılıb, Rasimdən gecənin bu vaxtında hansı səbəbdən evə gəldiyini soruşmuşlar. Rasim onlardan Xalidənin harada olmasını soruşmuş, onlar Xalidənin gecə növbəsində işlədiyni və evdə olmadığını bildirmişlər. Qızı Yetər keçmiş kürəkəni Rasimə evi tərk etmək lazım olduğunu bildirən zaman, Rasim əlində olan balta ilə iki dəfə Yetərin baş nahiyyəsinə zərbə endirmişdir. Nəvəsi Faiq, gəlini Asimə ilə Rasimi Yetərdən aralamaq istəyən zaman, Rasimin əlində olan balta yerə düşmüş, bundan sonra Rasim şalvarının cibindən bıçaq çıxarmış, həmin bıçaqla iki dəfə qızı Yetərin qol nahiyyəsinə və bir dəfə qarm nahiyyəsinə zərbələr vurmuşdur. Bunları gördükdən sonra, o, Rasimə yaxınlaşmış ki, qarşısını alsın, lakin Rasim əlində olan bıçaqla onun da qarm nahiyyəsinə bir dəfə bıçaqla zərbə endirmişdir. Bundan sonra Rasim, nəvəsi Faiqin kürək nahiyyəsinə bir dəfə bıçaqla zərbə endirmiş və həmin bıçağı Faiqin boğazına dayamış, bunu gördükdən sonra gəlini Asimə, Rasimin əlindən bıçağı almaq istəyən zaman, bıçaq Asimənin sol əlini kəsmişdir. Daha sonra Rasim əlində olan bıçağı cibinə qoyub evi tərk etmiş, lakin özü ilə gətirdiyi balta isə evin eyvanında qalmışdır. Bundan sonra o, qışqırmış və qonşuları haraya çağırmışdır, həmin vaxtı qonşuluqda yaşayan X2 gəlmiş. Nazilə onların xəsarət aldıqlarını görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlmut vermişdir. Şikayətçidir, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19.03.2021 -ci il tarixdə o, ailə üzvləri ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yatmışdır. Özü və azyaşlı qızı Aytən bir otaqda, digər otaqda qayınanası Sayalı və baldızı Zərərçəkmiş şəxs3 yatmışlar, yetkinlik yaşma çatmayan oğlu Zərərçəkmiş şəxs4 isə üçüncü otaqda tək yatmışdır. Həmin gecə saat 01 radələrində evdən səs gəldiyni eşidib yatağından durmuşdur. O, dəhlizə çıxan zaman evin giriş qapısının açıq olduğunu və baldızı Şahid keçmiş əri Təqsirləndirilən şəxs evin eyvanında əlində balta ilə durduğunu görmüşdür. Bundan sonra bütün ailə üzvləri yuxudan ayılıb, Rasimdən gecənin bu vaxtında hansı səbəbdən evə gəldiyini soruşmuşdur. Rasim onlardan Xalidənin harada olmasını soruşmuş, onlar Xalidənin gecə növbəsində işlədiyni və evdə olmadığını bildirmişlər. Baldızı Yetər, Rasimə evi tərk etmək lazım olduğunu bildirən zaman, Rasim əlində olan balta ilə iki dəfə Yetərin baş nahiyyəsinə zərbə endirmişdir. O, evdə qayınanasına məxsus olan çomağı götürüb Rasimin baş nahiyəsinə vurmuş ki, Yetəri balta ilə vurmasın, həmin anda Rasimin əlində olan balta yerə düşmüş, bundan sonra Rasim şalvarının cibindən bıçaq çıxarmış, həmin bıçaqla iki dəfə Yetərin qol nahiyyəsinə və bir dəfə qarın nahiyyəsinə zərbələr vurmuşdur. Bunları gördükdən sonra, qayınanası Sayalı, Rasimə yaxınlaşmış ki, qarşısını alsın, lakin Rasim əlində olan bıçaqla qayınanasının qarın nahiysinə bir dəfə bıçaqla zərbə endirmişdir. Bundan sonra Rasim, oğlu Faiqin kürək nahiyyəsinə bir dəfə bıçaqla zərbə endirmiş və həmin bıçağı Faiqin boğazına dayamış, bunu gördükdən sonra o, Rasimin əlindən bıçağı almaq istəyən zaman, bıçaq onun sol əlini kəsmişdir. Daha sonra Rasim əlində olan bıçağı cibinə qoyub evi tərk etmiş, lakin özü ilə gətirdiyi balta isə evin eyvanında qalmışdır. Bundan sonra qayınanası qışqırmış və qonşuları haraya çağırmış, həmin vaxtı qonşuluqda yaşayan X2 gəlmişdir. Nazilə onların xəsarət aldıqlarını görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlmut vermişdir. Şikayətçidir, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 19.03.2021-ci il tarixdə mo, ailə üzvləri ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yatmışdır. Anası Asimə və azyaşlı bacısı Aytən bir otaqda, digər otaqda nənəsi Sayalı və bibisi Zərərçəkmiş şəxs3 yatmış o, isə üçüncü otaqda tək yatmışdır. Həmin gecə saat 01 radələrində evdən səs gəldiyni eşidib yatağından durmuşdur. Mən dəhlizə çıxan zaman evin giriş qapısının açıq olduğunu və bibisi Şahid keçmiş əri Təqsirləndirilən şəxs evin eyvanında əlində balta ilə durduğunu görmüşdür. Bundan sonra bütün ailə üzvləri yuxudan ayılıb, Rasimdən gecənin bu vaxtında hansı səbəbdən evə gəldiyini soruşmuşlar. Rasim omlardan Xalidənin harada olmasını soruşmuş, onlar Xalidənin gecə növbəsində işlədiyni və evdə olmadığını bildirmişlər. X6 evi tərk etmək lazım olduğunu bildirən zaman, Rasim əlində olan balta ilə iki dəfə Yetərin baş nahiyyəsinə zərbə endirmişdir. Anaası Asimə nənəsinə məxsus olan çomağı götürüb Rasimin baş nahiyəsinə vurmuş ki, Rasim bibisi Yetəri balta ilə vurmasın, o, həmin zaman Rasimin qarşısını almaq istəyirmiş, həmin anda Rasimin əlində olan balta yerə düşmüş, bundan sonra Rasim şalvarının cibindən bıçaq çıxarmış, həmin bıçaqla iki dəfə bibisi Yetərin qol nahiyyəsinə və bir dəfə qarın nahiyyəsinə zərbələr vurmuşdur. Bunları gördükdən sonra, nənəsi Sayalı Rasimə yaxınlaşmış ki, qarşısını alsın, lakin Rasim əlində olan bıçaqla nənəsinin qarın nahiysinə bir dəfə bıçaqla zərbə endirmişdir. Bundan sonra o, Rasimdən aralaşmaq istəyən zaman, Rasim onun kürək nahiyəsinə bir dəfə bıçaqla zərbə endirmiş və həmin bıçağı onun boğazına dayamış, bunu gördükdə, anası Asimə, Rasimin əlindən bıçağı almaq istəyən zaman, bıçaq anasının sol əlini kəsmişdir. Daha sonra Rasim əlində olan bıçağı cibinə qoyub evi tərk etmiş, lakin özü ilə gətirdiyi balta isə evin eyvanında qalmışdır. Bundan sonra nənəsi qışqıraraq qonşuları haraya çağırmış, həmin vaxtı qonşuluqda yaşayan X2 onların evinə gəlmişdir. Nazilə onların xəsarət aldıqlarını görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlmut vermişdir. Şikayətçidir, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi ünvanda o, anası Zərərçəkmiş şəxs1, bacısı Zərərçəkmiş şəxs3, mərhum qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs2 və sonuncunun iki yetkinlik yaşma çatmayan uşaqları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, sonuncu ilə 1994-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 övladı vardır. 11.09.2018-ci il tarixdə Şamaxı rayon məhkəməsinin qərarı ilə o, rəsmi olaraq Rasimdən boşanmışdır. Rasimlə boşanmasının səbəbi isə, Rasimin onun ünvanına nalayiq ifadələr işlətməsi, hər dəfə onu öldürəcəyi ilə hədələməsi olmuşdur. 02.03.2021-ci il tarixdə Şamaxı rayon məhkəməsində Rasimlə aralarında mülk üstündə mübahisəsi olmuş və həmin məhkəmənin qərarı ilə Rasim ona 18400 manat məbləğində vəsait ödəməli olmuşdur. 19.03.2021-ci il tarixdə saat 01 radələrində o, işdə gecə növbəsində olduğu zaman, anası Sayalı onun mobil telefonuna zəng vuraraq, Rasimin yaşadıqları ünvana gəldiyni, balta və bıçaqla anasına, bacısı Yetərə, gəlinləri Asiməyə və qardaşı oğlu Faiqə xəsarət yetirdiyni bildirmişdir. Bundan sonra o, dərhal Bakı şəhərində yerləşən Respublika xəstəxanasına getmiş və orada xəsarət almış qohumlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, onunla qonşuluqda Rəşidovlar ailəsi yaşayır, həmin ailə sakit ailədir və sonuncularla münasibəti həmişə normal olmuşdur. 19.03.2021-ci il tarixdə o, ailə üzvləri ilə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində yatmışdır. Həmin gecə təxminən saat 01:30 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşitmiş və dərhal yuxudan oyanmışdır. Yuxudan oyandıqdan sonra həmin səsin haradan gəlməsinə diqqətlə qulaq asmış və əmin olmuş ki, səs Sayalının səsidir və sonuncu öz evindən qonşuları köməyə çağırır. Bundan sonra o, dərhal Sayalının yaşadığı evə getmiş və eyvanda Sayalım, sonuncunun gəlini Asiməni, qızı Yetəri və nəvəsi Faiqi görmüşdür. Həmin vaxtı Yetərin baş və qol nahiyələrindən, Sayalının qarın nahiyəsindən, Faiqin kürək nahiyəsindən, Asimənin isə sol əlindən qan axdığını və eyni zamanda həmin eyvanda beton örtükdə üzərində qan ləkələri olan baltanı görmüşdür. O, həmin şəxslərin xəsarət aldıqlarını görüb dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlmut vermişdir. Təxminən 15 dəqiqədən sonra polis əməkdaşları gələrək, hadisə yerinə baxış keçirtmişlər, baxış zamanı hadisə yerindən həmin balta və hadisə zamanı xəsarət alanların əyinlərində olan paltarlar qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 02.04.2021 -ci il tarixli, 563 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin ön səthinin deşilmiş kəsilmiş yarası iti deşici kəsici alətin təsirindən törənmişdir, sağ bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthinin, sağ əlin 1 -ci barmağının sıyrıqları, sağ bazu nahiyəsinin aşağı 1/3-nin bayır-iç səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 19.03.2021 -ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 02.04.2021 -ci il tarixli, 564 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyəsinin səthi əzilmiş yarası, bərk küt əşya təsirindən törənmişdir, sol əlin ön səthinin, həmin əlin 4-cü və 5-ci barmaqarası sahəsinə keçən deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir, 19.03.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 02.04.2021-ci il tarixli, 565 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədən səthində aşkar olunmuş xəsarət - sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir, 19.03.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının 21.04.2021-ci il tarixli, 627 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər - təpə, sol gicgah və alın nahiyələrinin çapılmış yaraları kəsici çapıcı alət (alətlər) təsirindən, sol bazının və qarının deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alət (alətlər) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 19.03.2021-ci il tarixdə qeyd olunan nahiyələrdən, təpə sol gicgah və alın nahiyələrinə balta ilə, sol bazu və qarın nahiyəsinə isə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Kompleks məhkəmə tibbi-kriminalistik və tibbi-bioloji ekspertizasının 13.04.2021-ci il tarixli 179-MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki: 1) . Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 qızma məxsus gecə donluğunun ön səthində solda bir ədəd, Zərərçəkmiş şəxs3 məxsus köynəyinin arxa səthində solda bir ədəd, Zərərçəkmiş şəxs4 məxsus idman köynəyinin arxa səthində solda bir ədəd və maykanın arxa səthində solda bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. 2) . Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Kompleks məhkəmə tibbi-kriminalistik və tibbi-bioloji ekspertizasının 26.04.2021-ci il tarixli 196/2021-MTBŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki:
1. Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu A /İİ/dir.
2. Zərərçəkmiş şəxs4 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0 /İ/dir.
3. Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu 0 /İ/dir.
4. Ekspertizaya təqdim olunmuş 01 ədəd balta, Zərərçəkmiş şəxs4 məxsus papaqlı idman gödəkçə, mayka, Zərərçəkmiş şəxs3 qızma məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə (şəxlərə) o cümlədən də Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qızma məxsus ola bilər. 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 qızma məxsus gecə köynəyi üzərində olan ləkədə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız A və H antignləri alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A/H/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 qızma məxsus ola bilər (əgər onun qanında müşayətçi H antigeni varsa). Lakin bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə ABO sistemi A(İİ), A/H/(İİ) və 0(1) qruplu şəxslərin qanlarının olması mümkündür və bu halda ləkələrdə həmçinin Zərərçəkmiş şəxs4 və X3 qarışmış qanının olması inkar oluna bilməz. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 30.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 əyinlərində olmuş paltarlar, 01 ədəd balta, Təqsirləndirilən şəxs könüllü olaraq təhqiqata təqdim etdiyi 01 ədəd qatlanan cib bıçağı maddi sübut kimi tanınaraq, Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. 19.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 21.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində "Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. "Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını cinayət işinin materialları, o cümlədən müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin CM-in 128-ci maddəsinin tərkib əlamətinin olması barədə gətirdiyi dəlilləri ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxs tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin CM-in 221.3-cü maddəsinin tərkib hissəsinin mövcudluğu barədə məhkəmə iclasında araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, hazırkı iş üzrə zərərçəkmiş şəxslərin çoxluğu, ictimai təhlükəlilik dərəcəsi onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 əyinlərində olmuş paltarlar sahiblərinə qaytarılmalı, 01 ədəd balta, 01 ədəd qatlanan cib bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron RPİ-nin saxlanc ambarında saxlanılan Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 əyinlərində olmuş paltarlar sahiblərinə qaytarılsın, 01 ədəd balta, 01 ədəd qatlanan cib bıçağı məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Vaqif Həsənov