Məhkəmə qərarları › İş №1(012)-34/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-34/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-34/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X3 iştirakı ilə 23.021975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq yaşayış massivində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CMin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talamaq məqsədilə 13 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yarımtikili evin həyətinə hasardan keçməklə qanunsuz daxil olub hasarın divarlarına bərkidilmiş hər metrinin dəyəri 1 manat olan ümumi 200 manat dəyərində 200 metr elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Yeni Bakı» yaşayış kompleksinin arxa hissəsində yerləşən yeni inşa edilən Zərərçəkmiş şəxs4 məxsus tikintisi başa çatmamış fərdi evinə pəncərə şüşəsini sındırmaqla qanunsuz daxil olub oradan 600 manat dəyərində 4-lük 200 ' metr uzunluğunda elektrik naqilini və hər birinin dəyəri 25 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd 4 metr uzunluğunda dəmir profilləri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 900 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 18 yanvar 2022-ci il tarixdə saat təxminən 06 radələriııdə Abşeron rayonu, Saray qəsəbəsində, «Yeni Bakı» yaşayış kompleksinin arxa hissəsində yerləşən, X2 məxsus fərdi tikilinin hasardan keçməklə həyətinə, sonra isə tikintisi başa çatmayan evinə qanunsuz daxil olub orada usta işləyən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 250 manat dəyərində olan kompressor cihazı, 25 manat dəyərində bir ədəd kiçik həcmli direli, 55 manat dəyərində bir ədəd iri həcmli direli, 180 manat dəyərində 1 ədəd preparator və 100 metr uzunluğunda olan elektrik birləşdirici naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 610 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələriııdə X6ma məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə hasardan keçməklə qanunsuz daxil olmuş və həyətdə üzüm tinglərinə bərkidilmiş hər metrinin dəyəri 1 manat olmaqla ümumi 500 manat dəyərində 1 ədədinin uzunluğu 2,5 metr olan, cəmi 200 ədəd armaturu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 500 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə 24 fevral 2022-ci il tarixdə saat 03 radələriııdə Abşeron rayonu Saray qəsəbəsində Zərərçəkmiş şəxs6 məxsus yeni inşa edilmiş evin zirzəmisinin qapısındakı kilidi dəmir parçası ilə sındırmaqla qapını açıb, fərdi evə qanunsuz daxil olaraq, oradan hər metrinin dəyəri 1 manat olan ümumi 400 manat dəyərində 400 metr uzunluğunda elektrik naqillərini, 100 manat dəyərində bir ədəd pereparatoru və 167 manat dəyərində elektrik aksessuarlarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 667 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 20 radələriııdə Zərərçəkmiş şəxs5 Hafıs oğluna məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə arxa tərəfdə olan pəncərəni vintaçanla açıb qanunsuz daxil olaraq, oradan uzunluğu hər metrinin dəyəri 0,60 manat olan ümumi 300 manat dəyərində 500 metr uzunluğunda elektrik naqilini, divara bərkidilmiş hər metrinin dəyəri 2 manat olan ümumi 400 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini, bir ədəd 100 manat dəyərində pereparatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 800 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19 radələriııdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu. Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən bağ evinə qapını açmaq yolu ilə qanunsuz olaraq daxil olub, oradan bir ədəd 300 manat dəyərində olan qaz sobasını və evin divarlarına çəkilmiş hər metrinin dəyəri 1 manat olan, ümumi 50 manat dəyərində 50 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 350 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyi üçün qərara gəlmişdir ki, oğurluq etsin. Ona görə də xx.xx.2021 -ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində olduğum zaman həmin ərazidə yerləşən yarımçıq tikililərdən birinin həyətinin giriş qapısının olmadığını və taxta ilə örtüldüyünü görüb həmin evdən naqilləri oğurlayıb satmaq qərarına gəlmişdir. Rahatlıqla həyətə daxil olub yarıtikili olan evə yaxınlaşmış, evin qapısının olmamasından istifadə edərək içəridə olan elektrik naqillərini kəsməyə başlamışdır. Daha sonra həyətin hasarının kənarlarında olan elektrik naqillərini kəsmiş və həyətdən çıxaraq yol istiqamətində hərəkət etmiş, həmin naqillərin içərisində olan misi ayıraraq satmış, həmin gün Novxanı qəsəbəsi, Duz gölünün yaxınlığında adını bilmədiyi, metal qəbul edin bir şəxsə 15 manata satmış, əldə etdiyi 15 manat pulu da şəxsi istifadə üçün xərcləmişdir. 17 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, «Yeni Bakı» yaşayış kompleksinin arxasında «Mor- Mor» restoranının yaxınlığından keçərkən orada olan yarımtikili fərdi evi görüb oradan oturluq etməyi qərara almışdır. Bu məqsədlə həyətə daxil olub oradan evin hamam otağının pəncərə şüşəsini sındırmış və evin içərisinə girmişdir. Evdə olan elektrik naqillərini və 6 ədəd 4 metr uzunluğunda profilləri götürüb evdən çıxmış və tələsik oradan uzaqlaşıb çıxıb getmişdir. Ertəsi günü həmin elektrik naqillərini yandırmış və metal qəbulu yerinə oğurladığı dəmir profillərlə birlikdə cəmi 50 manata satmış və əldə etdiyi pulu da özünə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 06 radələrində Abşeron rayonu Saray «yeni Bakı» Y/K-nin arxa hissəsində yerləşən yeni inşa edilən fərdi tikli evə yaxınlaşmış, həmin yeni tikili evdə kənar heç kəs olmamış, evin otaqlarını gəzdikdən sonra oradan 01 ədəd kompressor cihazını, 02 ədəd direli, 01 ədəd preparator və təxminən 100 metir uzunluğunda elektirik naqillərini görüb özü ilə götürmüşdür. Bundan sonra oradan çıxaraq yol istiqamətində hərəkət etmiş, bundan bir gün sonra da həmin əşyararı Novxanı qəsəbəsi. Duz gölünün yaxınlığında adını bilmədiyi, metal qəbul edən bir şəxsə ümumilikdə 50 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu. Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən evlərdən birinin qarşısından keçəndə görmüşdür ki, həmin evin işıqları yanmır, yəni evdə yaşayış yoxdur. Həmin vaxtı mən evdə heç kimin olmadığını güman edib qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. Mən həyətin hasarının üstündən aşaraq həyətə daxil olmuş, evin həyətində çoxlu sayda üzüm tikləri olmuş və hər bir üzüm tingi yerə basdırılmış armaturlara bağlanmışdır. O, həmin armaturları oğurlamaq qərarına gəlmiş və bu məqsədlə təxminən 3-4 saat ərzində üzüm tinglərini bağlandığı armaturların üzərindən açıb kənara yığmışdır. Oradan isə armaturları daşıyaraq kənarda boş torpaq sahəsinə yığıb gizlətmiş, səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə də saat 10 radələrində yoldan keçən boş Qazel maşınını zəhmət haqqı kimi 25 manata danışıb həmin aramaturları yığdığı boş sahəyə aparıb oradan maşına yükləmiş və Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan yerdə metal alqı satqısı bazarına aparmışdır. Bazara yaxınlaşdıqda üzərinə işlənmiş metal qırıntısı yığmış nömrəsini xatırlamadığı Qaz 24 maşını görüb həmin maşını saxlatdırmış və gətirdiyi armaturları ona təklif etmişdir. Maşının sürücüsü ona göstərdiyi armaturlara baxdıqda ümumilikdə 140 manat pul verəcəyini demiş, o da razılaşmış və Qaz 24 markalı maşının sürücüsü bazara az məsafə qalmış yolun kənarında gəldiyi Qazim markalı maşının yük yerindən armaturları öz maşınına yanında olan fəhləsi ilə birlikdə yığaraq onun pulunu vermiş və o da Qazel sürücüsünün yol haqqını ödəyib çıxıb getmişdir. Armaturları satdığı şəxsə onların bağ həyətimdə atılmış armaturlar olduğunu deməmiş və özünə məxsus olduğunu bildirməklə satmış, həmin şəxs armaturların oğurluq olmasından şübhələnməmişdir. Oğurluq etmək məqsədi ilə yaşadığı Abşeron rayonu Saray qəsəbəsində 24 fevral 2022-ci il tarixdə, saat 03 radələrində münasib ev axtardığı vaxt, orada yeni tikilmiş, bir mərtəbəli evdə və həyətində işıq yanmadığını gördükdə, orada yaşayış olmadığına əmin olmuş. Buna görə də hasarın üstündən aşaraq həyətə daxil olmuş və evin zirzəmisinin qapısının kilidini oradan götürdüyü dəmir parçası ilə sindirmış və qapını açaraq oradan evə daxil olmuşdur. Evdə gördüyü tikinti materialları və elektrik kabellərini oğurlayaraq, evə daxil olduğu yerdən çıxartmış və onları səhər açıldıqda yoldan keçən tanımadığı taksi ilə Sumqayıt bazarın yaxınlığında tanımadığı bir kişiyə 30 manata satmışdır. Satdığı malların oğurluq olduğunu deməmiş, həmin şəxsə əşyaların özünə məxsus olduğunu, pula ehtiyacıolduğundan satdığını demiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etmək qərarına gəldiyi üçün xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu Saray qəsəbəsinə qəbirstanlığın yaxınlığına gəlmiş, həmin ərazidə evlərin qarşısından keçərkən bir mərtəbəli fərdi yaşayış evlərindən birində yaşayış olmadığını görüb, əlverişli şərait olduğu üçün evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb kimsənin olmadığına əmin olandan sonra fərdi yaşayış evinin arxasına keçib, plastik pəncərəni vintaçanla açaraq evin içərisinə daxil olmuş və evin içərisində olan elektrik kabel topasını və 1 ədəd perefaratoru oğurlayaraq həmin pəncərədən çıxmışdır. Həmin əşyaları əvvəlcə yaşadığı evə bir gün sonra isə Sumqayıt şəhərində yerləşən daş bazarında tanımadığı metal alqısatqısı ilə məşğul olan şəxsə 60 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən evlərdən birinin qarşısından keçəndə görmüşdür ki, həmin evin işıqları yanmır. Həmin anda evdə heç kimin olmadığını güman edib qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. O, həyətin hasarının üstündən aşaraq həyətə daxil olmuş, həmin vaxt evin plastik materialdan olan qapısını çəkən zaman qapının kilidlə bağlı olmadığım, sadəcə örtülü olduğunu görmüşdür. Bundan sonra qapını açaraq evə daxil olmuş, evdə bir qədər axtarış etdikdən sonra qiymətli hər hansı bir əşyanın olmadığını görmüşdür. Buna baxmayaraq oradan bir ədəd qaz sobasını götürmüş, həmçinin evin çöl tərəfində divanın üstünə çəkilmiş, yəni həyətin girəcəyindən evə gələn təxminən 50 metr uzunluğundakı 6-lıq elektrik naqilini kəsərək topladıqdan sonra evdə başqa heç bir qiymətli əşya tapmayıb tələsik oradan uzaqlaşaraq evə getmişdir. Ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə də saat 10 radələrində oğurladığı həmin əşyaları Sumqayıt şəhərində yerləşən “Daş bazarı” adlanan yerdə tanımadığı şəxsə ümumilikdə 35 manata sataraq həmin pulu ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından Abşeron rayonu Saray qəsəbəsi Y/Bakı deyilən ərazsdə Şöhrət adlı şəxsə məxsus fərdi tikili evi təmir edir. Ona görə də 250 manat dəyərində olan 1 ədəd kompressor cihazı, 25 manat dəyərində bir ədəd kiçik həcmli direli, 55 manat dəyərində bir ədəd iri həcmli direli, 180 manat dəyərində 1 ədəd preparatoru və 100 metir uzunluğunda olan elektirik birlişdirici naqilini istifadə etmək üçün həmin ünvanda saxlamışdır. Bütün təmir işlərini həmin alətlərdən istifadə etməklə görür. Belə ki, 18 yanvar 2022-ci il tarixdə saat 09 radələrində mən işləmək üçün həmin iinana gəlmiş, işə başlayan vaxtı əşyalarını qoyduğu yerdən götürmək üçün yaxınlaşmış, görmüşdür ki, ona məxsus həmin əşyalar yoxdur. Bununla bağlı ətrafı axtardığı zaman müəyyən etmişdir ki, ona məxsus 250 manat dəyərində olan 1 ədəd kompressor cihazı, 25 manat dəyərində bir ədəd kiçik həcmli direl, 55 manat dəyərində bir ədəd iri həcmli direli, 180 manat dəyərində 1 ədəd preparatoru və 100 manat dəyərində 100 metr uzunluğunda olan elektirik birlişdirici naqilləri oğurlanmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən 0,10 ha torpaq sahəmdəbiı* otaqlı bağ evi vardır. Sonuncu dəfə həmin bağ evinə xx.xx.2022-ci il tarixdə baş çəkmiş, xx.xx.2022ci il tarixdə saat 13 radələrində həmin bağ evinə gedərkən həyətdə və evin çöl divarlarına çəkilmiş təxminən 50 metr 6-lıq elektrik naqilinin kəsilərək oğurlandığını görmüşdür. Həmçinin baxdıqda evin içərisindən də bir ədəd qaz sobasının naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığı ona məlum olmuş, ona görə də həmin vaxt DİN-in “102” xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirməyə başlamışlar. Göstərmişdir ki, həmin bağ evinin həyətindən hər bir metri 1 manat olan 50 metr 6-1 ıq elektrik naqilinin və evin içərisindən də bir ədəd 300 manat dəyərində olan qaz sobasının oğurlanması nəticəsində ona ümumilikdə 350 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək olan müddət ərzindı naməlum şəxs və ya şəxslər ona məxsus olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yarımtikili evin həyətinə daxil olaraq oradan elektrik naqillərini oğurlamışdır. Baş vermiş oğurluq hadisəsini xx.xx.2021-ci il tarixdə aşkar etmiş və dərhal DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, ona məxsus tikintisi başa çatmamış həyət evinin həyətindən hər metrinin dəyəri 1 manat olan ümumi 2000 manat dəyərində 200 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumi olaraq 200 (iki yüz iyirmi) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Hafıs oğlu ifadəsində göstərmişdir ki, sonuncu dəfə oğurluq hadisəsi baş verən fərdi yaşayış evində xx.xx.2022- ci il tarixdə olmuşdur. Belə ki, özünə məxsus fərdi yaşayış evində hər həftənin bazar günləri gedir və təmir işlərini görür. Bildirmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus bir mərtəbəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq evdə olan ümumi dəyəri 400 manat olan 200 metr uzunluğunda eleketrik naqilini və dəyəri 100 mana olan 1 ədəd beton deşmək üçün dəzgahı oğurlamaqla ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində özümə məxsus yarı tikili evi vardır. Evi tam təmirli olmadığı üçün, orada heç kim yaşamır və evə nəzarət edən yoxdur. Müxtəlif vaxtlarda özü evə nəzarət etmək üçün gəlib baxır. Həmin evə 20 fevral 2022-ci il tarixdə nəzarət edən zaman evdə olan əşyaların hamısının yerində olduğunu görmüş, bir müddət sonra 05 mart 2022-ci il tarixdə həmin evə nəzarət etmək üçün gəlib baxdıqda, evdəki tikinti materialların və elektrik kabellərin yerində olmadığını görmüş, başa düşmüşdür ki, kimsə onları oğurlayıb. Həmin oğurluq nəticəsində ona ümumilikdə 667 manat maddi ziyan dəymişdir. Göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsində yarı tikili evindən hər metrinin dəyəri 1 manat olan ümumi 400 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilləri. 100 manat dəyərində bir ədəd pereparator və 167 manat dəyərində elektrik aksesuaıiarı oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 667 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümlük” yaşayış massivində fərdi yaşayış evi vardır və evin həyətyanı sahəsi mişar daşı ilə hasara alınmışdır. Həmin evdə yaşamasamda hərdən gedib evə və həyətə baş çəkir. Evin həyətində bağ sahəsində üzüm bağı salmış və üzüm tağları armaturlara sarılmışdır. xx.xx.2022-ci il tarixdə Saray qəsəbəsində üzümlük yaşayış massivində yerləşən bağ evinə gedib baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Saray qəsəbəsində evinə gedib baş çəkmiş və həmin vaxtı bağ sahəsində üzüm tağlarının sarıldığı armaturların açılaraq oğurlandığını aşkar etmiş, bu barədə 102 xidmətinə məlumat vermiş və həmçinin Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən evimin bağ sahəsindən hər birinin uzunluğu 2,5 metr olan 200 ədəd armatur oğurlanmış, armaturun ümumi uzunluğu 500 metr olmuş və hər metrinin dəyəri 1 manat olduğundan baş vermiş oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus Abşeron rayonu. Saray qəsəbəsi, «Yeni Bakı» yaşayış kompleksinin arxasında «Mor- Mor» restoranının yaxınlığında yerləşən fərdi evində təmir işləri getdiyi üçün baş çəkmək üçün getmiş, həyətdə heç kəs olmamış, həmin vaxtı hamam otağının pəncərə şüşəsinin sındırıldığını görmüş, evinə daxil olub baxdıqda orada 600 manat dəyərində 4-lük 200 metr uzunluğunda elektrik naqilini və hər birinin dəyəri 25 manat olan ümumilikdə 300 manat dəyərində 6 ədəd 4 metr uzunluğunda dəmir profillərin oğurlandığını aşkar etmişdir. Odur ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİNnin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Duz gölünün yaxınlığında yolun sağ kənarında yerləşən metal qəbulu sexini icarə əsasında işlədir, aylıq icarə haqqı 250 manat ödəyir, vergi ödəyicisidir. İşlədiyi sexdə plastmass, dəmir, alüminium, mis, qurğuşun və digər əlvan metalların qəbulu ilə məşğul olur. Qəbul etdiyi metalları Ceyranbatan qəsəbəsində metal qəbulu yerindən və qara dəmiri isə «Stell Company» şirkətinə aparıb təhvil verməklə ailəsinə çörək pulu qazanır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, belə ki, gün ərzində müxtəlif şəxslər metal gətirdikləri üçün onların sifət cizgilərini tam yadımda saxlamır. Təxminən 2022-ci ilin təxminən yanvar-fevral ayları ərzində Təqsirləndirilən şəxs 1-2 dəfə işlədiyim metal qəbulu sexinə yanmış məftil gətirib təhvil verdiyini xatırlayır. Belə ki, Təqsirləndirilən şəxs gətirdiyi yanmış məftilləri zibillikdən yığdığını və təhvil vermək üçün yandırdığını demiş, həmin məftillər yanmış olduğundan tam keyfiyyətli metal olmadığından onları köhnə metal kimi qəbul etmiş və sonradan metal qəbulu seximdə yığılmış digər metallarla birlikdə aparıb təhvil vermişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs ona yanmış mçftilləri satmaq üçün gətirdikdə həmin məftilləri zibillikdən yığdığını demiş, o da yanmış məftillərə baxdıqda onların yandığını və tam keyfiyyətli olmadığını görmüş, bu səbəbdən də məftillərin oğurluq olması onda şübhə yaratmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən boyun qaçırdığından barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 07 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçidir. Şahid tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında bir ədəd DVD diskə baxış keçirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə saat 12:26-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus yarımtikili evə daxil olması müəyyən edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar