Məhkəmə qərarları › İş №1(012)-340/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-340/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-340/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə saat 22:30 radələrində BB 247822 nömrəli “B1,B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford-Fusion” markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Mehdiabad- Fatmai yolu ilə Fatmai qəsəbəsi istiqamətində 10km/saat sürətlə hərəkətdə olarkən “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkətə başlayarakən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib yolun Mehdiabad qəsəbəsində yerləşən “Ocaq” adlı restoranının yaxınlığından keçən hissəsində məhəllə arasına sol tərəfə dönmə əməliyyatı həyata keçirərkən arxadan onunla eyni istiqamətdə düzünə hərəkət edən Şahid1 idarə etdiyi “Moon ZX 50” markalı mopedin onun idarə etdiyi “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil sol qanadına dəymiş, nəticədə, ehtiyyatsızlıqdan Şahid1 idarə etdiyi “Moon ZX 50” markalı mopedin arxa sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, istifadəsində olan “Ford-Fusion” markalı **-MK-*** dövlət nömrə nişanlı avtomobili “B” kateqoriyalı sürücük vəsiqəsi əsasında idarə edir, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, istiqamətində 5-10 km/saat sürətlə hərəkət edib, Mehdiabad qəsəbəsində yerləşən “Ocaq” adlı restoranının yaxınığında idarə etdiyi avtomobillə yolu sola dönmək istəyən zaman o, ilk olaraq surəti azaltmış, daha sonra isə dönmə ışıqlarını yandırıb sola dönmək istəyən zaman onunla eyni istiqamətdə arxadan hərəkət edən işıqları yanmayan “Moon ZX 50” markalı mopedin sürücüsü sürətlə hərəkət edərək, idarə etdiyi avtomobilin sol qanadına dəymiş və mopedin arxasında əyləşmiş sərnişin aşaraq əvvəlcə idarə etdiyi avtomobilin motor örtüyünün daha sonra asfaltın üstünə düşmüşdür. O, baş vermiş hadisədən dərhal sonra təcili tibbi yardıma zəng etmiş və xəsarət alan şəxslərə köməklik göstərmək lazım olmasımı bildirmişdir. O, təsadüfən həmin ərazidən keçən təcili tibbi yardımı saxlatdırmış və zərərçəkmiş şəxsləri Bakı şəhərində X5 göndərmişdir. Sonradan sürücünün Şahid1, mopeddə arxada oturan sərnişin isə onun qardaşı Zərərçəkmiş şəxs olduğu və onların yüngül formada xəsarətlər alması müəyyən olmuşdur. Verilən suallara cavabında bildirdi ki, baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilmir, hadisəyə səbəb “Moon ZX 50” markalı mopedin sürücüsünün yol hərəkəti qaydalarına riayət etməməsi, mopedin işıqlarının yanmaması olmuşdur. Buna baxmayaraq zərərçəkmiş şəxsə dəymiş ziyan müqabilində 1000 manat məbləğində pul yardım etmişdir. Lakin həmin şəxslər onun təqsiri olmamasına baxmayaraq daha artıq miqdarda vəsait tələb etmişdirlər. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə, qardaşı Hüseynin idarə etdiyi mopedlə Abşeron rayonu, Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən “Shaurma №1” restoranından çıxıb yaşadıqları evə gedərkən “Ocaq” adlı restoranın yanından keçən zaman mopedin qarşısında aşağı surətlə hərəkət edən “Ford” markalı minik avtomobili qəfildən sol tərəfə yəni məhəllə arası yola döndüyündən, qardaşı qəzanın qarşısını almaq üçün sükanı sol tərəfə burmağına baxmayaraq aralarında olan məsəfə az olduğundan mopedin qabaq hissəsi həmin avtomobilin qabaq sol qanadına və təkərinə dəymişdir. O, aldığı zərbənin təsirindən oturacaqdan yıxılmış, sağ ayağı asfalta möhkəm dəyərək bud nahiyəsindən sınmışdır. Qəzanın baş verdiyini görən küçədəki tanımadıqları şəxslər hər ikisinə köməklik göstərmiş, eləcədə yoldan keçən təcili tibbi yardım maşın onları götürərək X7 çatdırmışdır. Hadisə barədə atası Asifə məlumat verildiyindən, sonuncu hadisə yerinə gələrək, oradan “Ford” markalı avtomobilin sürücüsü ilə birlikdə xəstəxnaya gəlmişdir. Hər ikisi xəstəxanada müayinə olunandan sonra onun sağ ayağının bud nahiyəsində sınıq, qardaşının isə qabırğa nahiyəsindən, sağ diz, sağ əl və digər nahiyələrindən xəsarət aşkar olunmuşdur. Verilən suallara cavabında bildirdi ki, hadisə baş verən gün hava çox yağışlı və küləkli olduğundan o, gözlərini yummuşdur. Hava qaranlıq olması ilə bərabər həm də həmin ərazidə yolun işıqlanması yox idi. Təqsrləndirilən şəxs qəfil olaraq avtomobilin sürətini aşağı salaraq, dönmə əməliyyatını həyata keçirdiyindən qəza baş vermişdir. Təqsirləndirilən şəxsin dediyi həqiqəti əks etdirmir, belə ki, qardaşının idarə etdiyi mopedin işıqları işlək olmaqla hadisə vaxtı yanılı olmuşdur. Sonda təqsirləndirilən şəxs dəymiş zərər müqabilində ona 1000 manat məbləğində pul yardım etsə də həmin məbləğ nə maddi nə mənəvi olaraq ona dəymiş ziyanı ödəmədiyindən təqsirləndirilən şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Shaurma №1” restoranında kuryer fəaliyyəti ilə məşğul olaraq, müştərilərin sifarişlərini özünə məxsus olan “Moon ZX 50” markalı mopedlə həyata keçirir. 16 dekabr 2023-cü il tarixdə, axşam saatlarında qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə işlədiyi restorandan çıxıb yaşadığı ünvana getmək üçün Mehdiabad-Fatmai yolu ilə 35-40 km/saat sürətlə hərəkət edərkən “Ocaq” restoranın yanından keçən zaman qarşılarında aşağı surətlə hərəkət edən “Ford” markalı minik avtomobilin qəfildən sol tərəfə məhəllə arası yola döndüyünü görmüş, o, qəzanın qarşısını almaqdan ötrü sükanı sol tərəfə döndərsə də, aralarında olan məsəfə az olduğundan mopedin qabaq hissəsi həmin avtomobilin qabaq sol qanadına və təkərinə dəymişdir. Avtomobillərin toqquşması nəticəsində mopedin arxa oturacağında əyləşən qardaşı uçaraq həmin avtomobilin motor örtüyünə daha sonra yerə asfalta düşmüşdür. Qəzanın baş verdiyini görən tanımadığı şəxslər onlara köməklik göstərmiş, eləcə də yoldan keçən təcili tibbi yardım maşını onları Bakı şəhərində yerləşən X7 aparmışdır. Hər ikisi xəstəxanada müayinə olunandan sonra qardaşının sağ ayağının bud nahiyəsinin sındığı, onun isə qabırğa nahiyəsindən, sağ diz, sağ əl və digər nahiyəsindən xəsarət aldığı məlum olmuşdur. Hadisəyə səbəb Təqsirləndirilən şəxs dönmə əməliyyatını anidən etməsi, yəni dönmə işıqlarını yandıraraq birdən dönmə əməliyyatı həyata keçirməsi, arxadan nəqliyyat vasitəsinin gəlməsini nəzərə almaması olmuşdur. Həmçinin qeyd etmişdir ki, onun idarə etdiyi moped texniki cəhətdən saz olmuş, işıqlar həmn vaxt yanılı olmuşdur. O həmin mopeddən kuryer fəaliyyəti zamanı istifadə edir, ona görə də daimi olaraq moped işlək və saz vəziyyətdə olur. Müdafiə tərəfinin vəsatəti əsasında Abşeron rayon Polis İdarəsinin baş müstəntiqi, polis mayoru Şahid2 şahid qismində verdiyi ifadəsində göstərdi ki, cinayət işinin ibtidai istintaqı ilkin olaraq Nizami Həmidov tərəfindən aparılsa da, lakin sonuncu iş yerini dəyişdiyindən həmin material onun icraatına verilərək, istintaqın aparılması ona həvalə olunmuşdur. Cinayət işi onun icraatına daxil olduqdan sonra şahidlər dəvət olunaraq, ifadələri alınmış, hadisə yerinin baxış protokoluna və sxeminə uyğun olaraq hadisə yerinin mexanizmi ekspertizaya göndərilmişdir. Təhlükə yarandığı andan toqquşma baş verdiyi anadək olan məsafənin 08 m olduğu zərərçəkmiş şəxs və şahidin ifadəsi ilə həmçinin videogörüntüyə uyğun olaraq müəyyən edilmişdir. Hadisə nəticəsində mopedin saz olub-olmaması müəyyən olunmamış, həmin fakt araşdırılmamışdır. Belə ki, hadisə Təqsirləndirilən şəxs təqsirindən baş verdiyi üçün, digər sürücünün hadisənin qarşısını almaq imkanının olub olmaması iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayı yolunda Ocaq restoranın yaxınlığında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, qurudur. Hərəkət birtəfəli olmaqla hərəkət hissəsinin eni 8 metrdir. Hadisə yerində yolun işlək hissəsində qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün heç bir üfüqü nişanlanma xəttləri aşkar olunmamışdır;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 17 dekabr 2023-cü il tarixli 2/52650 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 12 yanvar 2024-cü il tarixli 2730 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin və burunun yumşaq toxumalarının əziyi, sağ baldırın sıyrıqları, sağ ayaq və sağ said nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi mopedin digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur;  “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;  Abşeron rayon Polis İdarəsi tərəfindən 22 avqust 2024-cü il tarixdə ünvanlanmış məlumata əsasən xx xxxxx 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB seriyalı, 247822 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 29 iyun 2024-cü il tarixli 1268 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir;  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 27 avqust 2024-cü il tarixli, 8/1737 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş; bundan başqa istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Moon ZX 50” markalı mopedin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmamışdır;  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur;  “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 31 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;  “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” barədə 31 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, cinayət işi üzrə yol nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibində olması iş üzrə nəzərə alınmalı, həmçinin cinayət işi üzrə yol-nəqliyyat hadisəsi vaxtı Şahid1 idarəetdiyi “Moon ZX 50” markalı moped iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü sahibinə təhvil verilməsi, Abşeron RPİ-nin TŞ-si tərəfindən təqdim edilmiş 01 ədəd xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Fatmayi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin videoçəkiliş görütüləri olan ağ rəngli üzərində “BiNGO DVD-R” sözləri yazılmlş DVD formatlı disk əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş; iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyana görə Təqsirləndirilən şəxs tərəfindən 1000 manat pulun ödənilməsinin iş üzrə nəzərə alınmış və məhkəmə tibbi ekspertizasının və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “X6” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X6” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X6” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X6” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X6” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). “X6” Azərbaycan Respublikası Qanununa görə: nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər (50-ci maddənin İİ hissəsinin 1-ci bəndi); svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar (60-cı maddənin İİ hissəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına görə məsuliyyət müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan X4 “X6” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib qəfil sol tərəfə dönmə əməliyyatı həyata keçirərək qəza üçün şərait yaratmaqla yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Məhkəmədə X4 ona ittiham olunmuş əməldə özünü təqsirli bilməyib, Şahid1 idarəetdiyi mopedin işıqlarının yanmamasını və surət həddinin yüksək olmasını bildirsə də, məhkəmə araşdırılması zamanı tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillər, həmçinin hadisə zamanı təhlükəsizlik kameralarından əldə olunmuş videogörüntü ilə təqsirləndirilən şəxsin dedikləri inkar olunur. Məhkəmə bu halı X1 özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirir. Belə ki, 27 avqust 2024-cü il tarixli, 8/1737 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində qeyd edilmişdir ki, “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində hadisənin qarşısını almağa texniki imkanı olsa da lakin qanunun tələblərinə əməl edilməmiş, həmçinin “Moon ZX 50” markalı mopedin sürücüsü Şahid1 baş vermiş hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərin texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəməyə qədər dövr ərzində etiraf edilməklə, zərərçəkmişə maddi yardım göstərilsə də, barışıq əldə edə bilmədiyi üçün məhkəmədə təqsinini etiraf etməmişdir. Lakin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video görüntü, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, təqsiri sübuta yetirilmişdir. Belə olan halda X1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 tərəfindən zərərçəkmiş şəxsə 1000 (min) manat məbləğində maddi yardım göstərilməsini yüngülləşdirici hal hesab hesab edir, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlini etiraf etməməsini, həmçinin maddi yardım göstərməsi halını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X2 onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. X4 cəzasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Moon ZX 50” markalı mopedin Şahid1 istifadəsində, həmçinin “yol-nəqliyyat hadisəsinin videoçəkiliş görütüləri olan üzərində “BiNGO DVD-R” sözləri yazılmlş 01 ədəd ağ rəngli DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmasl nəzərə alınmalı, həmçinin ekspertiza xərci ilə bağlı isə iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ilə əlaqədar 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hərhansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə sərf edilmiş 40 (qırx) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə “Ford-Fusion” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Moon ZX 50” markalı mopedin Şahid1 istifadəsində, həmçinin “yol-nəqliyyat hadisəsinin videoçəkiliş görütüləri olan üzərində “BiNGO DVD-R” sözləri yazılmlş 01 ədəd ağ rəngli DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs maddi ziyanın ödənilməsi ilə bağlı hökm qanuni qüvvəsini aldqıdan sonra təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar