Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-341/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan. Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib daşımaqla üzərində saxlamış, xx.xx.2020-ci ildə saat 01 radələrində şübhəli davrandığı üçün Abşeron RPİ-nin PPXB əməkdaşları onu inzibati binaya gətirib üzərində şəxsi axtarış apararkən onun əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı qəhvəyi rəngli portmanantının içərisində siqaret kağızına bükülmüş halda bir bükümdə kustar üsulla hazırlanılmış 0,177 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə ona məxsus olmamış, həmin gün onlarla birlikdə saxlanılmış Şahid6 məxsus narkotik vasitə olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə onların üzərinə baxış keçirilən zaman heç birinin üzərindən dövriyyəsi qadağan edilən hər hansı narkotik vasitə aşkar edilməmiş, sonradan əməliyyatçılar tərəfindən maşına baxış keçirilmiş və sürücünün arxa oturacağının cibindən Şahid6 məxsus portmanat və onun içərisində balca borucuq, 2 ədəd gümüşü rəngli falqa pinset və bir büküm narkotik vasitə tapılmışdir. X7 Ağazadə əvvəl məhkum olunduğu üçün cərimə cəzası ilə tənbeh ediləcəyini güman edərək portmanatın içərisində olan bir büküm narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Halbuki o, narkotik vasitədən istifadə etmir. İbtidai istintaq zamanı o, müdafiə hüququ təmin olunmaqla dindirilərkən ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təxminən iki həftədir narkotik vasitələri şəxsi istifadə etmək üçün tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Qarayev Bəhram Şöhlət oğlunu, Şahid6 və Şahid4 Abşeron rayonu, Mehdiabad sakinləri kimi tanıyır, onların hər biri ilə ayrı-ayrılıqda münasibətləri olmuş, Turalın idarə etdiyi «Daewoo-Gentra» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə o, dostu Şahid6 ilə Abşeron rayonu. Xırdalan şəhərində yerləşən kafedən qonaqlıqdan çıxmış, həmin vaxt o, tanışı taksi sürücüsü Şahid4 zəng edərək sonuncudan onları evə aparmasını xahiş etmiş, Turalda onunla razılaşıb olduqları yerə gəlib onları götürəcəyini bildirmiş, bir neçə dəqiqə sonra Şahid4 idarə etdiyi avtomobillə olduqları yerə gəlmiş, avtomobildə Turalın dostu Bəhrəm də olmuş, Tural ona Abşeron rayonu, Saray qəsəbəsindən keçməyi və Bəhrəm tanışı ilə görüşdükdən sonra Mehdiabada gedəcəklərini bildirmiş, o, da Turalla razılaşmış, bundan sonra Abşeron rayonu, Saray qəsəbəsi, təzə yol adlandırılan yerdə Tural maşınını saxladıqdan bir az sonra polis əməkdaşları xidməti avtomobillə onlara yaxınlaşmış və polislər onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu haqqında məlumatları olduğunu bildirmiş, bu səbəbdən onları polis idarəsinə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd qəhvəyi rəngli dəri örtüklü pul qabına bənzər portmanatı o, masanın üzərinə qoymuş, həmin portmanatın içərisində iki ədəd gümüşü falqa. 01 ədəd narkotik vasitəni çəkmək üçün özünə düzəltdiyi müşdük, iki ədəd metal kiçik ölçülü alət və siqaretin qara rəngli kağızına bükülmüş içərisində kakos adlandırılan narkotik vasitə olan kütləni göstərmiş və həmin kütləni 10.01,2020-ci il tarixdə saat 19:00 radələrində 20 Yanvar adlandırılan ərazidə tanımadığı şəxsdən 10 manata alıb üzərində gəzdirdiyini, narkotik vasitəni ona satan şəxsi tanımadığını, onun üzərində narkotik vasitənin olmasını dostlarından başqa heç kimin məlumatının olmadığını bildimişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs vəkili Müdafiəçisi olduğu şəxsin əlavə dindirilməsi üçün vəsatət vermiş və vəsatət təmin edilərək təsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə dindirilmişdir. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Pərviz adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən məscidin həyətində olduğunu demiş, o, da sonuncuya məsciddən çıxıb Rahat marketin qarşısında görüşməyi təklif etmiş, bir neçə dəqiqə sonra o, Pərvizlə «Rahat» marketin qarşısında görüşmüş, həmin vaxt Pərviz ona gedib Novxanı yolunda yerləşən «101» çay evində çay içməyi söyləmiş, çayxana uzaqda olduğu üçün o, sinif yoldaşı Turala da zəng vurub Pərvizlə çay içməyə getdiklərini demiş, təxminən 10-15 dəqiqə sonra Tural idarə etdiyi ağ rəngli «Daewoo- Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların yanına gəlmiş, o, avtomobilin ön oturacağında Pərviz isə arxa oturacaqda əyləşmiş, o, Turala Novxanı yolunda yerləşən «101» çay evinə avtomobili sürməyi demiş, çayxanaya gedərkən onun istifadəsində olan telefona Babək adlı şəxs zəng vuraraq harda olduğunu soruşmuş, o, da cavab olaraq «101» çay evinə getdiyini bildimiş, Babək də ona onunla işi olduğuna görə görüşmək istədiyini dedikdə o, sonuncunu Digah yolunda gözləyəcəyini bildirmişdir. Bundan sonra o, Digah yolunda Turalın avtomobilindən düşmüş və Babəki gözləmiş bir az sonra Babək idarə etdiyi avtomobil ilə santexnika malları almaq üçün getmiş, malları alandan sonra Babək onu 20 Yanvar metrosunun yaxınlığında düşürtmüş, həmin vaxt Pərviz onun istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub harada olduğunu soruşmuş və o, hazırda 20 Yanvar metrosunun yaxınlığında olduğunu dedikdə Pərviz də ona Xırdalan şəhərinə gəlməyi, texnikumun yanına gedib çay içməyi təklif etmiş, o da 20 Yanvar metrosundan bir manatlıq taksilərə əyləşib «Ər- Riad» ticarət mərkəzinin yaxınlığında düşmüş, oradan piyada texnikumun yerləşdiyi yerə getmiş, orada Pərvizlə görüşmüş, çay içmək üçün yer axtarmış, lakin tapa bilməmiş, bundan sonra Pərviz istifadəsində olan telefonla Turala zəng vurub gəlib onları götürməyi söyləmiş, bir az gözlədikdən sonra Tural onların yanına gəlmiş o, və Pərvizlə avtomobilə əyləşmiş, həmin vaxt avtomobili Turalın dostu Bəhrəm idarə etmiş, Tural isə ön oturacaqda əyləşmişdir. Bəhrəm də gedib Saraydan iş yoldaşından akvarium götürməyi dediyi üçün avtomobili Saray qəsəbəsinə sürmüş, Bəhrəm avtomobili yolun kənarında saxlayıb iş yoldaşını gözləmiş, təxminən 5 dəqiqə orada dayanan zaman onlara Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları avtomobilə baxış keçirən zaman avtomobildən 02 ədəd atvyorka tapdıqları üçün onlara Abşeron rayon Polis İdarəsinə getməli olduqlarını bildirdikdə onlar heç bir etiraz etmədən polis avtomobilinə əyləşmişlər. Tural isə öz avtomobilini idarə edərək polis əməkdaşı ilə birlikdə idarəyə getmiş, polis İdarəsində olan zaman post patrul əməkdaşlarından biri onlara avtomobildən narkotik vasitənin aşkarlandığını demiş, həmin vaxt o, Pərviz, Tural və Bəhram dəhlizdə dayanmış, Pərviz də həmin vaxt avtomobildə aşkar edilmiş narkotik vasitənin onun olduğunu, polis əməkdaşları onlara yaxınlaşan zaman narkotik vasitəni Turalın avtomobilində sürücü oturacağının arxa cibində gizlətdiyini bildirmiş, X5 otaqlarının birində olarkən polis əməkdaşı sonunculardan narkotik vasitənin kimə məxsus olduğunu soruşmuş, heç kimdə narkotik vasitənin özünün olduğunu boynuna almamış, polis əməkdaşı onların yanından getdikdən sonra onlar öz aralarında qərara gəlmişlər ki, əgər Pərviz narkotik vasitənin özünün olduğunu etiraf etməsə, narkotik vasitə Turalın üstündə qalacaq. O, narkotikin özünün olduğunu yalandan üzərinə götürmüş, həmin vaxt orada olan Pərviz, Tural və Bəhrəm ona buna görə 300 manat cərimə kəsiləcəyini, sonuncuların da ona köməklik edəcəyini bildirdikdən sonra o, işini araşdıran təhqiqatçıya narkotik vasitənin onun olduğunu demiş və adını bilmədiyi polis serjantı avtomobildən portmanatın içərisində aşkar edilmiş narkotik vasitəni portmanatla birlikdə ona vermiş, o, da çəkiliş aparılmazdan öncə narkotik vasitəni gödəkcəsinin içəri sol cibinə qoymuş, təhqiqatçı tərəfindən vəkilinin iştirakı ilə video çəkilişlə baxış aparılan zaman üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması soruşularkən o, könüllü olaraq üzərində olan gödəkçənin içəri sol cibində narkotik vasitə heroin olduğunu demiş və çəkiliş zamanı özü könüllü olaraq narkotik vasitəni təqdim edib həmin narkotiki tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla bir sinifdə oxuyub, onunla yaxşı münasibətdə olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Onun şəxsi avtomobili yoxdur, icarəyə «Daewoo- Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə istifadəsində olan 077-301 -45-24 saylı mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs zəng vuraraq dostu Pərvizlə bir yerdə olduğunu, sonuncunu yaşadığı evin qarşısından götürüb kafeyə düşürtmək lazım olduğunu bildirmiş, bundan sonra o, Vüsal Şıımalovun olduğu yerə, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsinə getmiş, həmin vaxt Vüsalın yanında sonuncunun dostu Pərviz olmuşdur. Vüsal avtomobilin ön oturacağına əyləşmiş, Pərviz isə arxa oturacaqda oturmuş, o, Pərviz adlı şəxsi bir neçə dəfə Vüsal ilə bir yerdə görmüş, Pərviz Vüsalın yaşadığı evin yaxınlığında yaşayır. Vüsal Pərvizlə avtomobilə mindikdən sonra Vüsal onları kafeyə aparmağı, orada əyləşdikdən sonra ona zəng vuracaqlarını, o da həmin şəxsləri oradan gedib götürməyi bildirmiş, o, Vüsalla razılaşmış və Digah işıqforu keçən vaxt Vüsalın istifadəsində olan mobil telefona kimsə zəng vurmuş, həmin vaxt onun idarə etdiyi avtomobilin qarşısında Mercedes markalı E modelli avtomobil saxlamış, Vüsal da ona avtomobili saxlamağı, Mercedes markalı avtomobilə minib söhbət edib qayıdacağını demiş, o, təxminən 5 dəqiqə Vüsalı orada gözləmiş, Vüsal isə həmin avtomobil ilə çıxıb getmiş, Vüsal Pərvizin istifadəsində olan telefon nömrəsinə zəng vurub onun dayısı ilə işləri olduğunu, işlərini gördükdən sonra 20 yanvar metrosuna gələcəyini demiş, Pərvizdə Vüsala onu Neftçilər metrosunun yaxınlığına aparmağı, orada bir nəfər şəxslə görüşüb pul alacağını demiş, o, idarə etdiyi avtomobil ilə Pərvızi Neftçilər dairəsinin yaxınlığına aparmış, oraya çatan kimi Pərviz istifadəsində olan mobil telefonla kiminləsə danışıb gözləməyi bildirmişdir. Təxminən 10 dəqiqəyə yaxın Pərvizi orada gözlədikdən sonra Pərviz gəlib avtomobilə əyləşib 20 Yanvar metrosundan Vüsalı götürməyi demiş, Onlar avtomobili ilə 20 yanvar metrosunun yaxınlığına gəlmiş, 20 yanvar metrosunun yaxınlığında Vüsalın istifadəsində olan mobil telefona zəng vurub 20 yanvar Metrosunun yanında olduqlarını dedikdə Vüsal da Pərvizə Xırdalana getməyi, özünündə oraya gələcəyini bildirmişdir. Bundan sonra o, avtomobil ilə Pərvizi Xırdalan şəhəri, Olimp MTKnın yanında düşürtmüş Pərviz də borcunun nə qədər olduğunu soruşmuş, o da 20 manat borcunun olduğunu demiş, Pərviz borcundan ona 10 manat pul verib qalan pulu da axşam verəcəyini demiş, bundan sonra o, öz işlərinin dalınca getmiş, axşam saat 22 radələrində avtomobili digər sürücü Bəhrəm adlı şəxsə vermək üçün Mehdiabad qəsəbəsinə getmiş, Bəhrəmə avtomobili təhvil verən zaman Vüsalın istifadəsində olan mobil telefondan Pərviz ona zəng vurub 30-40 dəqiqəyə gedib onları Xırdalan şəhərindən götürməyi demiş, o, da Bəhrəmə avtomobili Xırdalan şəhərinə sürməyi, Pərvizdən pul alacağını söyləmiş, Xırdalan şəhərinə çatdıqda o, Vüsala zəng vurub onun harda olduğunu soruşmuş, Vüsal da ona Xırdalan şəhərində yerləşən texnikumun yanında yerləşən çayxanada olduğunu demiş, o, avtomobili deyilən yerə sürmüş, təxminən 5 dəqiqə orada gözlədikdən sonra Pərvizlə Vüsal gəlib avtomobilin arxa oturacağına əyləşmişlər. Bəhrəm avtomobili Mehdiabad qəsəbəsinə sürərkən istifadəsində olan mobil telefona zəng gəldiyi üçün sonuncu avtomobili keçmiş Qafqaz Universitetinin yaxınlığında yolun kənarında saxlamış, təxminən 5 dəqiqə Bəhrəm telefonla danışmış, onlarda avtomobildə olmuşlar, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb nə səbəbə görə yolun kənarında dayandıqlarını soruşub onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getmələrini xahiş etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron rayon X5 binasına getmiş, polis idarəsində onların ayrı- ayrılıqda üzərlərinə baxış keçirmiş, baxış zamanı polis əməkdaşları Vüsalın üzərindən narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Onlar polis idarəsində bir yerdə dayanarkən Vüsal Pərvizə əvvəllər məhkum olunduğu üçün narkotik vasitəni üzərinə götürdüyünü bildirmiş, Pərviz də əllərindən gələn köməkliyi Vüsala edəcəklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır tanıyır. Onunla yaxşı münasibətdə olmuş, o, boş vaxtlarında fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur, şəxsi avtomobili yoxdur, Şahid4 ilə şərikli olaraq icarəyə «Daewoo-Gentra» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüş, 11.01,2020-ci il tarixdə saat 22 radələrində istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsindən Şahid4 istifadəsində olan mobil telefona zəng vurub harada olduğunu soruşmuş, sonuncu da ona bir neçə dəqiqə sonra onu yaşadığı evin qarşısından götürəcəyini demiş, təxminən 20 dəqiqə sonra Tural onun yaşadığı evin qarşısına gəlmiş o, da avtomobilin sükanının arxasına keçmiş, Tural da ona Xırdalan şəhərinə müştəri düşürtdüyünü söyləmiş, həmin müştəriləri gətirib Mehdiabad qəsəbəsinə düşürdükdən sonra ona müştərilərin təxminən bir saat sonra çıxacaqlarını demiş, ona görə də Azadlıq metrosundan 20 Yanvar metrosuna kimi müştəri yığmağı təklif etmiş, bundan sonra o. Azadlıq metrosundan müştəriləri götürüb 20 Yanvar metrosunda düşürtmüş, oradan da müştəri götürüb Xırdalan şəhərinə getmiş, yolda gələrkən Turalın istifadəsində olan mobil telefon nömrəsinə kimsə zəng vurmuş və Tural telefonla danışdıqdan sonra ona avtomobili Xırdalan şəhərində yerləşən Texnikumun yaxınlığına sürməyi təklif etmiş, o da avtomobili Xırdalan şəhərində Turalın dediyi yerə sürmüş, təxminən 10 dəqiqə. Tural ilə avtomobildə gözlədikdən sonra Pərviz və Vüsal gəlib avtomobilin arxa oturacağında əyləşmiş, o, avtomobili işə salıb Sumqayıt-Saray yolu istiqamətində sürmüş yolda gedərkən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng gəlmiş və o, avtomobili Qafqaz Universitetinin yaxınlığında saxlayıb telefonla danışarkən onlara polis əməkdaşları yaxınlaşıb nə səbəbə görə yolun kənarında dayandıqlarını soruşmuş və onlardan Abşeron rayon Polis İdarəsinə getmələrini xahiş etmişlər. Onlar heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Abşeron rayon X5 binasına getmişlər, orada onların hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş, o, polis idarəsindən evə buraxıldıqdan sonra Vüsalın üzərindən aşkar edilmiş narkotik vasitənin Pərvizin olduğunu, Pərviz Vüsalın dostu və əvvəllər məhkum olunduğu üçün Vüsalın narkotik vasitənin özünün olduğunu polis idarəsində bildirdiyini eşitmişdir. Vüsalın isə narkotik vasitəni nə vaxt, harada cibinə qoymasını görməmiş, kimdən əldə etməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirlmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2014-ci ildən DİO-da xidmət aparır, 2018-ci ildən Abşeron rayon X6 Şöbəsində təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə növbədə olarkən Abşeron rayon Polis İdarəsinin növbətçi hissəsindən icraatına Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantları Şahid2, Şahid1 və Şahid3 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu. Saray qəsəbəsi ərazisində yolun kənarında dayanmış «Daewoo-Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs, Şahid6, Şahid4 və Qarayev Mehman Şöhlət oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmaları barədə raport daxil olmuşdur. İcraata daxil olmuş raportla əlaqədər olaraq gətirilən şəxslərin üzərlərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı o, könüllü olaraq üzərində olan gödəkçənin içəri sol döş cibindən qara rəngli portmanatı çıxarıb həmin portmanatın içərisində narkotik vasitə olan heroin olduğunu bildirdikdən sonra tərəfindən video çəkilişlə həmin portmanata baxış keçirilmiş və portmanatın içərisində qara siqaret kağızına bükülmüş bükülüdə spesifik iyə malik qəhvəyi rəngli kütlə, iki ədəd falqa, 01 ədəd trubka və 1 ədəd manikür aləti aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixdə narkotik vasitə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür, narkotik vasitə heroin «Daewoo-Gentra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki tanıyır sonuncu onunla bir məhəllədə yaşayır. Vüsal Şümalovla münasibəti yaxşı olub əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. xx.xx.2020-cı il tarixdə axşam saatlarında o, yaşadığı məhəllədə olarkən Vüsal ona yaxınlaşıb birlikdə kakos çəkməyi təklif etmiş, o da sonuncuya etiraz etməmiş və onlar bir yerdə kakos çəkmişlər. Həmin vaxt Vüsal ona kakosu tanımadığı şəxsdən aldığını demişdir. 11.01,2020-ci il tarixdə axşam saat 22 radələrində o, tanışı Turaldan onu Mehdiabaddan Xırdalan şəhərinə aparmağı xahiş etmiş və sonuncu onu Xırdalan şəhəri «Bazar-Store» adlanan marketin qarşısında avtomobildən düşmüş və texnikum adlanan ərazinin yaxınlığında çay evinə getmişdir. Təxminən axşam saat 22:30 radələrində Vüsal onun istifadəsində olan mobil telefona zəng vurub onunla görüşmək istədiyini demiş və onlar Xırdalan şəhərində yerləşən çay evində görüşmüşlər. Çay evində kabinetlərin birində əyləşən zaman Vüsal üzərində olan kakosu çıxartmış o, da kakos çəkmək üçün falqa çıxartmış və o, Vüsalla bir yerdə kakos çəkmiş, bir az sonra Tural Vüsala zəng vurub harada olduğunu soruşmuş və sonuncu Vüsala onunla bir yerdə Xırdalan şəhəri ərazisində yerləşən texnikumun yaxınlığındakı çay evində olduğunu bildirmiş, təxminən 40 dəqiqə sonra Tural onların dalınca çay evinin qarşısına gəlmiş, o və Vüsal Turalın gəldiyi «Daewoo-Gentra» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin vaxt avtomobili Bəhrəm adlı şəxs idarə etmiş, Bəhrəm də onlara o, iş yoldaşı ilə görüşüb akvarium götürmək üçün Saray qəsəbəsinə getməli olduğunu söyləmiş və onlar təzə yolla gedərkən Tural onlardan onun kakos payını saxlayıb-saxlamadıqlarını soruşmuş o və Vüsal Turala onun payını saxladıqlarını demiş, Vüsal üzərində olan kakosu ona verib bunu portamanatına qoymağı söyləmiş və Vüsal ona siqaretin qızılı kağızına bükülmüş kakosu vermiş və o, həmin kakosu portamanata qoyub portamanatı sürücü tərəfdən oturacağın arxa cibinə yerləşdirmişdir. Tural öz kakos payını istəmiş və o, arxa oturacağın cibindən kakosu çıxartmış və Bəhrəm avtomobili Saray yolunda saxlamışdır. O, kakosu falqaya dolduran vaxt onlara polis əməkdaşları yaxınlaşıb Abşeron rayon Polis İdarəsinə getməli olduğlarını bildirmiş. Polis əməkdaşları onların üzərinə baxış keçirən zaman Vüsalın üzərində olan gödəkcənin içəri cibindən narkotik vasitə heroin aşkar edilmiş, onun, Turalın və Bəhrəmin üzərindən heç bir qanunla qadağan olunmuş əşyalar aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2007-ci ildən DİO-da və tutduğu vəzifədə xidmət aparır, rütbəsi polis serjantıdır. xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində Abşeron rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində xidmət apararkən Saray yolu adlanan yolun kənarında qaranlıq tərəfdə ağ rəngli «Daewoo-Centra» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb yaxınlaşmışlar. Avtomobildə əyləşmiş dörd nəfər şəxs özünü şübhəli apardıqları üçün onlara yaxınlaşaraq özlərini təqdim edib sonunculardan şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər, həmin şəxslər üzərlərində şəxsiyyət vəsiqələrinin olmadıqlarını dedikdən sonra onlarla birlikdə Abşeron rayon Polis İdarəsinə getməli olduqlarını bildirmiş və onları rayon polis idarəsinə gətirib rəhbərliyə raportla müraciət etdikdən sonra növbətçi hissəyə təhvil vermişlər. Orada məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid5, Şahid4 və Şahid6dur. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantları Şahid2 və Şahid3 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Abşeron RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. X8 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X8 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı qəhvəyi rəngli portmanatın içərisində siqaret kağızına bükülüdə narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli, 586 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.177 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, təqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,177 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,127qram qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 291 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,177 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,127 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntü, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin təsdiq olunmuş halları ilə təkzib olunduğundan məhkəmə tərəfindən onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayonu İH başçısının Mehdiabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs Şumalov X4 rayonu, Mehdiabad qəsəbəsi, Ş.Qurbanov küçəsi, özəl ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,127 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə hazırlıq iclası zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,127 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə hazırlıq iclası zamanı 04 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-341/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-341/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver