Məhkəmə qərarları › İş №1(012)-341/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-341/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-341/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, İ.Qayıbov küçəsi, MK-23 qəsəbəsi, ev 33, mənzil 9 fərdi yaşayış evində qeydiyyatda olub həmin ünvanda yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2021-ci ildə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dəmiryol stansiyasının yaxınlığında satış məqsədi olmadan, şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 9 manat müqabilində 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil edilmiş təmiz çəkisi - 0,454 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb üzərində saxlamış, 19 fevral 2021-ci il tarixdə saat 14.10 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, İ.Qayıbov küçəsi, MK-23 qəsəbəsi, 33 nömrəli, ev 9 nömrəli mənzilin yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının qabaq sağ cibindən 1 ədəd gümüşü siaqert kağızına bükülmüş təmiz çəkisi - 0,454 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, psixi və ruhi cəhətcə sağlamdır. Bildirmişdir ki, bir müddətdir ki, narkotik maddə istifadəçisidir. 19.02.2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanının yaxınlığında saat 14:10 radələrində dayanarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişdilər və pois əməkdaşları onu Abşeron rayon polis idarəsinə gətirmişdilər. Abşeron RPİ-nin NH-də üzərimdə narkotik vasitə olan heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqların 1-də onun üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. O, həmin vaxt Binəqədi rayonundan tanımadığı şəxsdən 9 manata aldığı bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik maddə olan heroini şalvarının qabaq sağ cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra video görüntü ilə təqdim etdiyi bir büküm heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Qeyd etmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 19 fevral 2021-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonunun Biləcəri stansiyasından öz istifadəsi üçün tanımadığı şəxsdən 9 manata almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə hər hansı bir miqdarda satmamış və ya heç kimə hədiyyə verməmişdir. O, həmin maddəni öz istifadəsi üçün üzərində saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır, yaşadığı evdə axtarış aparılmasına heç bir etiraz etmir, onun narkotik vasitə olan heroini əldə etməyindən heç kəsin xəbəri olmamış, Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ İTŞ-nin sahə rəisi vəzifəsində işləyir, polis mayorudur. 19 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri İ.Qayıbov küçəsi MK-23 qəsəbəsi 33 nömrəli evin 9 nömrəli mənzildə yaşayan, 03.04.1983-cü ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifaddəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birgə Xırdalan şəhəri İ.Qayıbov küçəsi MK-23 qəsəbəsi 33 nömrəli evin 9 nömrəli mənzilin yaxınlığında keçirilən əməliyyat tədbirləri zamanı 14:10 radələrində tək dayandığını və özünü şübhəli aparırdığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişdilər. Onunla söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirdiyini etiraf etmişdir. Pİ-nin Növbətçi Hissəsində təhqiqatçı, müdafiəçinin və bizim iştirakımızla Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan şalvarının qabaq sağ cibində 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik maddə vasitə olan heroinin olduğunu və ona məxsus olduğunu bildirdi. O, həmin narkotik vasitə olan heroini 19.02.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri stansiyasından öz istifadəsi üçün tanımadığı şəxsdən 9 (doqquz) manata aldığını qeyd etmişdir. Həmin içərisində narkotik vasitəyə oxşar kütlə onların tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Abşeron RPİ CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 19 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri İ.Qayıbov küçəsi MK-23 qəsəbəsi 33 nömrəli evin 9 nömrəli mənzildə yaşayan, 03.04.1983-cü ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Şahid1 məlumat daxil olmuşdur.Həmin məlumatla bağlı sonuncu ilə birgə Xırdalan şəhəri İ.Qayıbov küçəsi MK-23 qəsəbəsi 33 nömrəli evin 9 nömrəli mənzilin yaxınlığında keçirilən əməliyyat tədbirləri zamanı 14:10 radələrində tək dayandığını və özünü şübhəli aparırdığını görüb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Abşeron RPİ-nə şübhəli şəxs kimi dəvət etmişdilər. Onunla söhbət zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirdiyini etiraf etmişdir. Pİ-nin Növbətçi Hissəsində təhqiqatçı, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs isə həmin vaxtı əynində olan şalvarının qabaq sağ cibində 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik maddə vasitə olan heroinin olduğunu və ona məxsus olduğunu bildirdi. O, həmin narkotik vasitə olan heroini 19.02.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri stansiyasından öz istifadəsi üçün tanımadığı şəxsdən 9 (doqquz) manata aldığını qeyd etmişdir. Həmin içərisində narkotik vasitəyə oxşar kütlə onların tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişdirlər. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ağ rəngli üzərində «Kodak» sözü yazılmış DVD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki şalvarının qabaq sağ cibindən 1 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 19 fevral 2021-ci il tarixli videogörüntüyə baxış keçirilmiş və məhkəmə prosesində tədqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının 20 fevral 2021-ci il tarixli, 6/753 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən….» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,454 qram tünd qəhvəyi rəngli maddə narkotik maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 28 iyun 2015-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı 1) daxildir. QEYD: (heroinin təmiz çəkisi 0.454 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.404 qram). Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 mart 2021-ci il tarixli 712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra təmiz çəkisi 0,404 qram olan narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13.02.2010-cu il təvəllüdlü Bəhlul Məmmədov və 23.01.2008-ci il təvəllüdlü Babək Məmmədov adlı iki azyaşlı övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Daxili 15.04.2021-ci il arixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işi materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20.02.2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 20.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0.404 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 19 fevral 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında 01 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 02 gün müddət hazırki hökmdə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq narkomaniyadan məcburi müalicə kursu keçmək və ərazi narkoloji dispanserində qeydiyyata düşmək vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 114 ( bir yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş ümumi xalis çəkisi 0,404 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 19 fevral 2021-ci il tarixli videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar