Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-341/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Nizami oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Şəhərcik küçəsi, ev 01-də qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 01, ev 02-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Nizami oğlu 09.04.2022-ci il tarixdə saat 18:30 radələrində, ünvan 1 ünvanında yaşadıqları evdə qardaşı arvadı Zərərçəkmiş şəxs küçədə gəzişməsi və onun arxasınca naməlum şəxsin düşməsinə görə аrаlаrındа yaranmış mübahisə zamanı qardaşı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsindən bir neçə dəfə yumruq ilə qəsdən vuraraq, ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ üst qapağının və sağ gözün bayır kənarının qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Nizami oğlu həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Nailə ilə eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Əvvəllər Nailə ilə bir neçə dəfə aralarında sözlə mübahisələr baş vermişdir. 09.04.2022-ci il tarixdə saat 17.30 radələrində yaşadığı küçədə Nailənin harasa getdiyini və arxasınca tanımadığı bir nəfər şəxsin Nailəni təqib etdiyini görmüş, Nailənin həmin ərazidə hara getməsi onda şübhə doğurduğu üçün onların arxasınca getməyə başlamışdır. Nailə yolu döndükdən sonra arxasınca gedən şəxs də Nailənin arxasınca yolu dönmüş, o, döngəyə çatan zaman Nailənin həmin şəxslə üzbəüz söhbət etdiklərini və sonra yan-yana getdiklərini görmüş, onlara yaxınlaşıb Nailəyə “burda nə gəzirsən? Cəhənnəm ol get evə! Səninlə evdə danışacam!.” deyərək sonra Nailənin söhbət etdiyi şəxsin yaxasından tutub onu sorğu sual etməyə başlamışdır. Həmin şəxs yalnız adının Əsgər olduğunu bildirərək onun suallarına cavab verməkdən yayınaraq etdiyi hərəkətə görə ondan üzr istəmiş, bundan sonra o, Nailənin yaşadığı evə gəlmişdi. Evdə Nailəyə yaşadıqları küçədə yad şəxslə gəzişməsinə və söhbət etməsinə görə iradlarını bildirərək Nailəni danlamış, lakin Nailə onun dediklərinə etiraz edərək onun yalan danışdığını deyib səs-küy salmağa başlamışdır. Həmin vaxt o, bir dəfə əli ilə Nailənin başına zərbə vurub söhbətini onun atası ilə edəcəyini demiş, bu zaman evdə olan anası Südabə onların arasına girib onu evdən həyətə çıxartmışdır. Bundan sonra o, zəng edib qardaşı İntizama hadisə barədə məlumat vermiş, İntizam da Nailənin valideyinlərinə zəng edərək hadisəni onlara danışmışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09.04.2022-ci il tarixdə saat 17.30 radələrində qaynanası Südabə ilə birlikdə evdə olan zaman o, gigyenik vasitə almaq üçün qaynanası Südabədən icazə alıb küçəyə çıxmış, mağazaya gedən zaman arxasınca kiminsə gəldiyini hiss edib bir neçə dəfə geriyə çevrilib həmin şəxsə baxsa da gözü zəif gördüyündən həmin şəxsin kim olduğunu görməmişdir. Həmin şəxs onun yanından keçib ondan bir neçə addım uzaqlaşan zaman qəfildən qaynı İntiqam ona yaxınlaşıb “burda nə gəzirsən? Cəhənnəm ol get evə!” deyərək sonra qarşıda gedən tanımadığı şəxsə yaxınlaşmış, həmin şəxsin yaxasından tutub onu şəxsi sorğu sual etməyə başlamışdır. Özü isə oradan uzaqlaşmış və qaçaraq evə gəlib baş verənləri qaynanası Südabəyə danışmış, İntiqamın nahaqdan ondan şübhələndiyini Südabəyə bildirmişdir. Bir neçə dəqiqə sonra İntiqam evə gəlmiş, evə girən kimi onun üzərinə hücum çəkib onu əxlaqsızlıqda günahlandırmağa başlamış, yumruqla bir neçə dəfə başına zərbələr vurmaqla onu döymüşdür. Həmin vaxt evdə olan qaynanası Südabə yaxınlaşıb onları ayırmış, o, İntiqamın dediklərinə etirazını bildirməyə başladıqda İntiqam yenidən onun üzərinə hücum çəkib yumruqla bir neçə dəfə onun başına zərbələr vurmaqla onu döymüşdür. Bundan sonra qaynanası Südabə İntiqamı ondan ayırıb evdən həyətə çıxartmış, İntiqam zəng edib onun əri İntizama hadisə barədə məlumat verdikdən sonra İntizam da onun valideyinlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs Nizami oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 09.04.2022-ci il tarixdə saat 17.30 radələrində Nailə ilə evdə olan zaman Nailə ona mağazaya gedəcəyini deyib küçəyə çıxmış, bir neçə dəqiqə sonra Nailə evə qayıdıb mağazaya gedən zaman arxasınca kiminsə gəldiyini bu səbəbdən İntiqamın qəfildən ona yaxınlaşaraq ondan haqsız olaraq şübhələndiyini və ona evə getməsini dediyini bildirmiş, onun arxasınca gələn şəxsin isə yaxasından tutub həmin şəxsi sorğu sual etdiyini ona demişdir. Bir neçə dəqiqə sonra İntiqam evə gəlib Nailənin üzərinə hücum çəkib onu əxlaqsızlıqda günahlandırmağa başlamış və yumruqla bir neçə dələ Nailənin başına zərbə vurmaqla Nailəni döymüşdür. O, yaxınlaşıb onları ayırmış, Nailə İntiqamın dediklərinə etirazını bildirməyə başladıqda İntiqam yenidən Nailənin üzərinə hücum çəkib onu vurmaq istəyən zaman o, İntiqamı Nailədən ayırıb evdən həyətə çıxartmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 13.04.2022-ci il tarixli 694 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər; qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşaiyət olunan başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ üst qapağının və sağ gözün bayır kənarının qançırları bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir zərərçəkmişin göstərdiyi tarixdə və şəraitdə yəni 09.04.2022-ci il tarixdə insan bədəni hissəsinin (əh əl barmaqları və.s) təsirindən əmələ gələ bilmələri mümkündür; ağırlıq dərəcəsinə görə ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 18.04.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami oğlu əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 10.05.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Nizami oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs Nizami oğlu barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Nizami oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nizami oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Nizami oğluna ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Nizami oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Nizami oğluna ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-341/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-341/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver