Məhkəmə qərarları › İş №1(012)-342/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-342/2022

15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-342/2022 15.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Quqar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2aşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində xx.xx.2021-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus qırmızı metallik rəngli “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Pirşağı-Mehdiabad yolunda Mehdiabad qəsəbəsi istiqamətində 70-75 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, eləcə də qeyd edilən qanunun 64cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70-75 km/sürətlə idarə edərək qanunun həmin tələblərini pozaraq, avtomobili yorğun vəziyyətdə idarə edib sükan arxasında yataraq yolun əks hərəkət hissəsinə daxil olmuş və həmin əks hərəkət zolağında təhlükəni görüb avtomobili dayandıran Zərərçəkmiş şəxs1 özünə məxsus idarə etdiyi tünd bordo rəngli VAZ-2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2107” markalı **- HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ağır travmatik şokla müşayiət olunan sol bud sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol əlin, sol diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər alıb sağlamlığına ağır zərər vurmasına, eləcə də “VAZ-2107” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində sahibi Zərərçəkmiş şəxs1 5032 manat, idarə etdiyi “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 isə 7070 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iki övladı vardır. Hazırda fərdi qaydada tikintidə fəhlə işləyir. xx.xx.2021-ci il tarixdən etibarnamə əsasında Zərərçəkmiş şəxs2 məxsus qırmızı rəngli “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” taksi şirkətinə qoşulmaqla hadisə baş verən tarixədək, yəni xx.xx.2022-ci il tarixədək taksi fəaliyyəti ilə məşğul olurmuşdur. Hər gün adətən saat 07 radələrindən axşam saat 23 radələrinədək olan müddət ərzində Bakı şəhəri və Abşeron rayonu ərazisində taksi kimi fəaliyyət göstərir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində idarə etdiyi “Toyota Prius” markalı **- FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mərdəkan qəsəbəsində müştəri düşürüb qayıdan zaman Pirşağı-Mehdiabad yolunda Mehdiabad qəsəbəsi istiqamətində 70-75 km sürətlə hərəkət etmişdir. Həmin gün çöx yorğun olduğu üçün onu bir anlıq yuxu tutmuş və o, siqnal səsinə ayıldıqda əks zolağa çıxdığını görmüşdür. Həmin vaxt əks zolaqda olan tünd rəngli Vaz 2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi sözügedən avtomobilin ön hissəsi toqquşmuşdur. Həmin vaxt avtomobildə tək olduğu üçün həyəcanlanmışdır. Bundan sonra avtomobildən düşmüş, digər avtomobilin sürücüsünə yaxınlaşmışdır. Sürücü sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 avtomobilin içərisində sükan arxasında olmuşdur. Daha sonra ətrafa yığışan adamların vasitəsi ilə kömək edib Qələmşahı avtomobildən çıxarmışlar. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmişdir. Qələmşahı təcili tibbi yardım maşınına mindirib Semaşko deyilən xəstəxanaya aparmışlar. Onu da digər təcili tibbi yardım maşını Bakı şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə saat 22 radələrində qırmızı rəngli “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki qəbul etməmişdir. Avtomobili idarə edən zaman avtomobildə heç bir nasazlıq olmamış, texniki vəziyyəti saz olmuşdur. Avtomobili idarə edən zaman avtomobildə heç bir yük olmamışdır. Hadisə baş verən zaman avtomobildə özündən başqa heç kim olmamışdır. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyatsızlığı üzündən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində özünə məxsus “Vaz 2107” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km sürətlə Pirşağı-Mehdiabad yolunda Pirşağı istiqamətində hərəkət etmişdir. Avtomobili ilə həmin yolda Pirşağı istiqamətində hərəkətdə olan zaman qəflətən qırmızı rəngli “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks zolaqdan çıxaraq onun hərəkətdə olduğu istiqamətdə ona çatdığını görüb ayağını əyləcə sıxıb avtomobili tam dayandırsa da, həmin avtomobilin ön hissəsi onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtomobili yararsız hala düşmüş və ayaqlarından xəsarət almışdır. Daha sonra ətrafa yığışan adamlar onu avtomobildən çıxarmışlar. Bir qədər keçdikdən sonra təcili tibbi yardım maşını gələrək onu Bakı şəhərində yerləşən “Semaşko” adlanan xəstəxanaya aparmışlar. Hadisə baş verən gün spirtli içki qəbul etməmiş, ümumiyyətlə spirtli içki qəbul etmir. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə tək olmuş, yanında heç kimin olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə özünə məxsus qırmızı rəngli “Toyota Prius (hibrid)” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilini aylıq icarə əsasında etibarnamə ilə Təqsirləndirilən şəxs vermişdir. Razılaşmalarına görə Nuşrəvan hər ay 600 manat olmaqla 15 ay ödədikdən sonra avtomobil Nuşrəvanın adına sənədləşdirilməli olmuşdur. Həmin tarixdən Nuşrəvan ona hər ay ödənişləri etməklə qeyd olunan avtomobili etibarnamə ilə idarə etmişdir. Nuşrəvan “Bolt” şirkətinə qoşulmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Nuşrəvan ona zəng edərək idarə etdiyi “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Pirşağı-Mehdiabad yolunda Vaz 2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus qırmızı rəngli “Toyota Prius (hibrid)” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona ümumilikdə 7070 (yeddi min yetmiş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı vardır. Hazırda fərdi qaydada tikintidə fəhlə işləyir. Zərərçəkmiş şəxs1 doğma atasıdır. Atası Qələmşah təxminən 6-7 il müddətdir ki, tünd rəngli Vaz 2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində atası Qələmşah ona zəng edərək idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman “Toyota Prius” markalı avtomobilin onun hərəkət zolağına çıxıb avtomobili ilə toqquşduğunu və xəsarət aldığını bildirmişdir. Dərhal evdən çıxıb atası Qələmşahın dediyi yerə, yəni Mehdiabad-Pirşağı yoluna getmişdir. Həmin yerə çatdıqda çoxlu adamın yığışdığını görmüşdür. Atasına yaxınlaşdıqda onu yerdə uzadılmış vəziyyətdə görmüşdür. Orada atası Qələmşahın idarə etdiyi Vaz 2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ona məlum olmuşdur. Həmin vaxt Nuşrəvan yuxusuz olduğu üçün anidən sükan arxasında yuxu tutduğundan atasının hərəkət zolağına çıxıb avtomobili ilə toqquşduğunu bildirmişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmişdir. Atasını təcili tibbi yardım maşınına mindirib Semaşko deyilən xəstəxanaya aparmışlar. Xəstəxanada atası Qələmşahın baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayağından xəsarət aldığı müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini haqqında xx.xx.2022-ci il tarixli 2/1090 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 208 nömrəli rəyində göstərilmişdir ki, 1964-cü il təvəllüdlü, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağır travmatik şokla müşayiət olunan sol bud sümüyünün qapalı qəlpəli yerdəyişən sınığı, sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, sol əlin, sol diz oynağı nahiyəsinin və sol baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/574 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70-75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 1b,2b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli 207 nömrəli qiymətləndirmə aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2007-ci il buraxılışlı qırmızı metallik rəngli Toyota Prius (Hibrid) markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7070,00 manat, həmin MMC-dən alınmış xx.xx.2022-ci il tarixli 208 nömrəli qiymətləndirmə aktına əsasən 1999-cu il buraxılışlı tünd bordo rəngli Vaz 21074 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə ümumilikdə 5032,00 manat dəyərində ziyan dəymişdir. Abşeron rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı AC 147455 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs1 qaytarılmışdır. 021775 saylı notariat qaydasında təsdiqlənmiş vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ Müharibəsi veteranıdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, Qarabağ Müharibəsi veteranı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almış, həmçinin maddi zərər də dəymişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, VAZ-2107 markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar