Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-342/2023 11.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Saray MTK-nın yeni inşa edilmiş binasının zirzəmisində Zərərçəkmiş şəxs ilə sonuncunun gecə vaxtı onun tanışının qapısını döydüyünə görə aralarında baş vermiş mübahisə zamanı şəxsi münasibətlər zəminində qəsdən əli ilə sonuncunun sifətinə və ayağı ilə xaya nahiyəsinə bir neçə dəfə, sonra isə üzərində olan cib bıçağı ilə sol qulağına və sol əlinə vuraraq ona sol qulaq seyvanı nahiyəsinin, sol İ barmağının ovuc səthinin kəsilmiş yaralan, üst dodağın selikli qişasının dodağın üst səthinə keçən əzilmiş-cırılmış yarası, xayalığın sağ hissəsinin qançırı xəsarətlərini yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Evlidir, iki azyaşlı övladı vardır. Şahid ilə təxminən 2 il müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Arada Gülərin yaşadığı evdə onunla birlikdə qalırmış. xx.xx.2022-ci il tarixdə Gülərin evində olmuşdur. Həmin gün saat təxminən 23:30 radələrində evda olan zaman qapının döyüldüyünü eşitmişdir. Həmin vaxt Gülər yataq otağında qızı Banunu yatızdırırmış. O, qapıya baxdıqdan sonra Gülərə keçmiş həyat yoldaşı İlhamın gəldiyini və qapını döydüyünü, İlhamın sərxoş vəziyyətdə olduğunu bildirmişdir. İlhamı görməsə də onu əvvəllər şəkillərdə görmüşdür. İlham qapını möhkəm döyməyə başlamışdır. O, qapını açmaq istəsə də Gülər mübahisə düşməsin deyə qapım açmağa icazə verməmişdir. İlham blokda Gülərin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. İlham əsəbi halda qapını möhkəm döyürmüş, ilham "Gülər sənin yanında kimsə var bilirəm" sözlərini deyirmiş. Aradan bir qədər keçdikdən sonra xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində o, İlhamın blokda olmadığım görüb qapını açaraq siqaret almaq üçün marketə getdiyini Gülarə deyərək qapıdan çıxmışdır. Evdən çıxanda Gülər ona İlhamın uşaqlarının atası olduğunu və onunla mübahisə etməməyini demişdir. Bundan sonra o, bloka çıxmışdır. Blokda olan zaman İlhamin eyvanda olduğunu görüb yaxınlaşmışdır. İlhama özünü həmin mərtəbədə yaşayan qonşu kimi təqdim edərək niyə söyüş söydüyünü irad bildirmişdir. İlham ona "yaxşı edirəm söyürəm" sözlərini demişdir. Bundan sonra o, əsəbləşmişdir. Blokda sas olmasın deyə İlhamı liftə mindirərək onunla birlikdə aşağı mərtəbəyə düşmüşlər. Binanın zirzəmisində liftin qapısı açılmışdır. O, İlhamla zirzəmiyə düşmüşdür. Ətraf qaranlıq olmuşdur. O, əsəbi halda İlhamın sifətinə bir-iki yumruq, xayasına təpik zərbəsi vurmuşdur. Bundan sonra İlham onu geri itələmişdir. İlham ona əl-qol atan zaman o, şalvarının cibində olan kiçik ölçülü cib biçağını çıxarmışdır. O, İlhamı qorxutmaq üçün bıçağı onun qarnına tərəf yelləmişdir. Bıçaq həmin vaxt İlhamın qulaq nahiyəsinə dəymişdir. Bundan sonra İlham sol əli ilə bıçağı tutduğu üçün əlini kəsmişdir. Daha sonra o, İlhamdan aralanmışdır. Hazırda əməlindən peşmandır, üngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası və övladları ilə birlikdə yaşayır. Rasmi olaraq heç bir yerdə işləmir, arada iş olanda tikintidə usta işləyir. X2 ilə 2012-ci ildə rəsmi nigahla ailə qurmuşdur. Birgə evlilikdən Tuncay və Banu adlı övladları vardır. Evlilik dövründə münasibətləri yaxşı olsa da, arada mübahisələri də olurmuş. 2016-cı ildə isə münasibətləri pozulduğu üçün Şuşa rayon Məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. Boşanma qərarına əsasən uşaqları Gülərin himayəsində qalmışdır. O, həmin vaxtdan Gülərə uşaqlarına görə aliment də ödəyirmiş. Təxminən 2022-ci ilin sentyabr ayında Gülərin maddi sıxıntıları olduğu üçün oğlu Tuncayı saxlamaq üçün ona vermişdir. Həmin tarixdən Tuncay onunla birlikdə yaşayır. Qızı Banu isə anası Gülərlə birlikdə yaşayırmış. Arada vaxtı olanda qızı Banunu görməyə gedirmiş. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində qızı Banunu görmək üçün Gülərin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Saray MTK-nın yeni inşa edilmiş binasına getmişdir. Binaya daxil olub liftlə Gülərin kirayə yaşadığı 12-ci mərtəbədə yerləşən mənzilə qalxmışdır. Mənzilin qapısını döyməyə başlamışdır. Bir qədər qapını döysə də Gülər qapını açmamışdır. O, Gülərin qapını açmadığını görüb onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etməyə başlamışdır. O, nə qədər zəng etsə də, Gülər onun zənglərinə cavab verməmişdir. Bir qədər sonra Gülər qapının arxasından ona çıxıb getməyi deyərək ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O. da əsəbləşib evin qapısını möhkəm döyməyə başlamışdır. Təxminən bir saat müddətdə Gülərin yaşadığı evin qapısım döysə də, Gülər qapını açmamışdır. Həmin vaxt o, spirtli içki qəbul etdiyi üçün yüngül dərəcəli sərxoş olmuşdur. O. artıq Gülərin qapını açmayacağını və gözləməyin mənasız olduğunu başa düşüb getmək qərarına gəlmişdir. O, Gülərin qapısından liftə tərəf gedib liftə yaxınlaşan zaman sonradan adını bildiyi Pərviz adlı şəxs ona yaxınlaşmışdır. Pərviz ona həmin binanın 10-cu mərtəbəsində yaşadığını, onun səs-kiiy saldığını və bu səbəbdən evdə yata bilmədiyini demişdir. O, da Pərvizə üzrxahlıq edərək artıq getdiyini bildirmişdir. Liftin qapısı açılan zaman Pərviz onu arxadan liftə itələyərək içəri salmışdır. Onun arxası ilə Pərviz liftə daxil olmuşdur. Lift aşağı enməyə başlamışdır. Liftdə olan zaman Pərviz onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bu zaman o, Pərvizə danışığına fikir verməsini, artıq çıxıb getdiyini demişdir. Liftin qapısı açılan zaman o, liftin zirzəmi kimi yerdə açıldığını görmüşdür. O, liftdən çıxan kimi Pərviz onun sifətinə və xayasına yumruq və təpik zərbələri vurmuşdur. Pərviz onu yerə yıxmaq istədikdə o, əlləri ilə Pərvizin sinəsindən möhkəm geri itələmişdir. Həmin vaxt Pərviz sağ tərəfdə şalvarının cibindən kiçik ölçülü cib biçağı çıxarmışdır. Pərviz bıçağı onun qarnına tərəf yelləsə da o, geri çəkildiyi üçün həmin zərbələr ona dəyməmişdir. O, geri çəkilən zaman Pərviz əlində olan bıçaqla onun sol əlinin baş barmağını kəsmişdir. O, geri çəkilsə də, divara dirənən zaman Pərviz əlindəki bıçaqla onun sol qulağına zərbə vurmuşdur. O. çölə tərəf qaçmağa başlamışdır. Pərviz onun əynində olan gödəkçəsinin arxa hissəsindən tutub dartmaq istəsə də, o, çıxıb küçəyə qaçmışdır. O, qulağından qan gəldiyini görüb evə getmişdir. Sonradan isə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində DİN-in 102 xidmətinə zəng edərək və Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, X3 tanımır, onunla münasibətləri olmamışdır, hadisə baş verən gün Pərvizi tanımışdır, aralarında əvvəllər ədavət, düşmənçilik, mübahisə, bu kimi hadisə baş verməmişdir. Sonradan Pərvizin keçmiş arvadı Gülərlə qeyri-rəsmi ər-arvad münasibətində yaşadıqlarını bilmişdir. Onunla Təqsirləndirilən şəxs arasında dalaşma xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində keçmiş arvadı Gülərin yaşadığı Abşeron rayonu. Saray qəsəbəsində yerləşən Saray MTK-nın yeni inşa edilmiş binasının zirzəmisində baş vermişdir, lləmin vaxt yanında heç kim olmamışdır. Aralarında dalaşma təxminən 5 dəqiqə davam etmişdir. Dalaşma zamanı o. Pərvizin heç bir nahiyəsinə zərbə vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onun sifət va xayasına yumruq və təpiklə, sol əlinə və sol qulağına isə əlində olan bıçaqla zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda şikayətçidir, ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi nigahla ailə qurmuşdur. Birgə evlilikdən Tuncay və Banu adlı övladları vardır. Evlilik dövründə münasibətləri yaxşı olsa da, arada mübahisələri də olurmuş. 2016-cı ildə isə münasibətləri pozulduğu üçün Şuşa rayon Məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. Boşanma qərarına əsasən uşaqları onun himayəsində qalmışdır. İlham da həmin vaxtdan ona uşaqlara görə aliment də ödəyirmiş. Təxminən xx.xx.2022-ci il tarixdən maddi sıxıntıları olduğu üçün oğlu Tuncayı saxlamaq üçün atası İlhama vermişdir. Həmin tarixdən Tuncay İlhamla birlikdə yaşayır. Qızı Banu isə onunla birlikdə yaşayırmış. X4 birlikdə qızı Banunu görməyə gəlirmiş. Təxminən 2 il müddətdir ki, Təqsirləndirilən şəxs ilə tanışdır. Onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. Pərvizin valideynləri də onunla münasibətdə olduğunu bilirmiş. Hətta Pərviz onun yaşadığı evdə onunla birlikdə qalırmış. xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində evdə olan zaman qapının döyüldüyünü eşitmişdir. Həmin vaxt o, yataq otağında qızı Banunu yatızdırırmış. Pərviz də evdə olmuşdur. Pərviz qapıya baxdıqdan sonra ona keçmiş həyat yoldaşı İlhamın gəldiyini və qapını döydüyünü bildirmişdir. Pərviz hətta ona İlhamın sərxoş vəziyyətdə olduğunu da demişdir. İlham qapını çoxlu döysə də Pərviz qapını açmaq istəsə də, o, qapını açmağa icazə verməmişdir. İlham bundan sonra ona bir neçə dəfə zəng etsə də, o, zəngləri açmamış və telefonunu söndürmüşdür. İlham blokda yüksək səslə onun ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. İlham əsəbi halda qapını möhkəm döyməyə başlamışdır. Pərviz bir neçə dəfə qapını açıb çıxmaq istəsə də, o, hər hansı bir insident baş verməsin deyə Pərvizə qapını açmağa icazə verməmişdir. Aradan bir qədər keçdikdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində İlhamın blokda olmadığını görüb Pərviz qapını açaraq siqaret almaq üçün marketə getmişdir. Evdən çıxanda o. Pərvizə İlhamla işi olmamağım, İlhamın uşaqlarının atası olmağını demişdir. Pərviz də ona narahat olmamağım, İlhamla heç bir işi olmayacağını deyərək çıxıb getmişdir. Aradan bir iki saat keçdikdən sonra Pərvizə evə gəlmişdir. O, Pərvizdən İlhamı görüb-görməməsini soruşduqda, Pərviz ona evdən çıxarkən İlhamın getməsini gördüyünü, onunla görüşmədiyini, İlhamla heç bir işi olmadığını və narahat olmamağım bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Pərvizin yaşadığı binanın zirzəmisində İlhamla dalaşaraq onu döyməsini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs arasında heç bir tanışlıq, münasibət, ədavət, düşmənçilik, mübahisə, bu kimi hadisə baş verməmişdir, ilk dəfədir ki, onların arasında dalaşma baş vermişdir. Pərviz İlhamı kənardan görsə də, aralarında heç bir tanışlıq, ünsiyyət olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dalaşma barədə bir neçə giin sonra məlumatı olmuşdur, hadisəni görməmiş, kimin kimi necə vurması barədə heç bir məlumatı yoxdur. Sonradan bildiyinə görə, hadisə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Saray MTK-nın yeni inşa edilmiş binasının zirzəmisində baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2524 saylı rəyində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qulaq seyvanı nahiyəsinin, sol əlin İ barmağının ovuc səthinin kəsilmiş yaraları - iti kəsici alətin (lərin) təsirindən törədilmiş; - üst dodağın selikli qişasının dodağın üst sıthinə keçən əzilmiş-cırılmış yarası, xayalığın sağ hissəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmişdir; -törədilmə müddətləri birlikdə qərarda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Sübhan adlı və xx.xx.2020-ci il təvəllüdlü Nigar adlı 2 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün ona ittiham elan etmək mümkün olmamışdır. Ona görə də, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cti il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə dörd gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edimiş islah işləri cəzasından çıxılsın və qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-342/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-342/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver