Məhkəmə qərarları › İş №1(012)-342/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-342/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-342/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-cı il tarixdə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 7,94 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış və daşımış 25 avqust 2023-cü il tarixdə, saat 20:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin yaxınlığında mağazaya gedərkən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilərək, bölmənin inzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən iki ədəd kibrit qutusunda, onlardan bir ədədinin içərisinə doldurulmuş 4,80 qram, digər kibrit qutusunda isə 04 (dörd) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda çəkiləri: 0,68 qram, 0,85 qram, 0,80 qram və 0, 81 qram ümumilikdə 7,94 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstədi ki, təxminən 2016-cı ildə nəyşə kimi tanıdığı marixuanadan 1 dəfə istifadə etmişdir. Təxminən 1(bir) ay əvvəl, yəni 2023-ci ilin iyul ayında idarə etdiyi avtomaşınla Saray qəsəbəsindən yeni yol adlanan yol ilə yaşadığı ünvana gedən zaman keçmiş ‘‘Qafqaz Universitetinə’’ çatmamış avtomaşının təkərində nasazlıq yarandığı üçün avtomaşını yolun kənarına çəkib saxlamışdır. Avtomaşının təkərini dəyişən zaman yolun kənarında iki ədəd kibrit qutusu görmüşdür. Həmin kibrit qutuları onda şübhə yaratdığı üçün onları yerdən götürmüşdür. İçərisinə baxan zaman birinin içərisində kəskin iyiyə malik olan ot şəkilli kütlə, digər qutunun içərisində isə dörd ədəd ağ rəngli kağız bükümlər olmuşdur. Həmin kağız bükümləri açıb içərisinə baxan zaman onların da içərisində kəskin iyili ota bənzər kütlə olmuşdur. O, sonradan bilmişdir ki, hər iki bükümün içərisində olan kütlələr nəyşə kimi tanıdığı marixuanadır. Həmin kibrit qutularını tapdığı ərazidə yaxın yerdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 10-11 radələrində həmin yerdən yenədə idarə etdiyi avtomaşınla keçən zaman həmin kibrit qutularını götürmüş və üzərində saxlamışdır. Yaşadığı evdə olan zaman axşam saat 20:00 radələrində, evdən çıxıb Hökməli qəsəbəsində yerləşən mağazaya gedən zaman piyada hərəkətdə olarkən tanımadığı mülkü geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim etmiş və bildirmişdirlər ki, Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarıdırlar. Polis əməkdaşları onun narkotik vasitənin və psixortop maddənin gəzdirilməsində şübhəli bildiklərini və onun Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişdirlər. Onlar birlikdə Saray PB-nə gəlmiş, Saray PB-də hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O, üzərində geyindiyi şalvarın sol yan cibində olan iki ədəd kibrit qutusunu çəkiliş orqanına təqdim etmişdir.O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, 2016-cı ildə bir dəfə marixuanadan istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən tapdığını polis orqanının əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir.Hal-hazırda əməlindən səmimi peşmançılıq çəkir və məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 avqust 2023-cü il tarixdə, ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin istifadəsi və üzərində daşıması ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, qərar Abşeron RPİnin Saray PB-nin rəisi, polis polkovniki Toğrul Hüseynov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, o da həmin qrupun üzvü olmuşdur. 25 avqust 2023-cü il tarixdə, saat 20:00 radələrində Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid2lə birlikdə məlumat əsasında, Abşeron rayonu, Hökməli qəsəbəsi Koroğlu küçəsi ərazisində Təqsirləndirilən şəxs orada olduğunu görmüşdürlər.Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı olduğlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğu Tahirə bildirilmiş və Tahiri əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray polis bölməsinə dəvət olunmuş, Saray polis bölməsinə birlikdə getdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusu aşkar olunmuşdur.Kibrit qutularının içərisinə baxdıqda onlardan bir ədədinin içərisinə doldurulmuş 4,80 qram qurudulmuş narkotik vasitə marixuana, digər kibrit qutusunda isə 04 (dörd) ədəd kağız bükülmlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,68 qram, 2) 0,85 qram, 3) 0,80 qram və 4) 0, 81 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ümumi çəkisi-7,94 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Mirzəyev həmin kibrit qutularını bir ay əvvəl Abşeron rayonu, Saray qəsəbəsi “Yeni Yol” ərazisindən tapmasını bildirmişdir. Daha sonra protokol oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmiş, həmin kibrit qutularının içərisində olan maddələrin narkotik vasitə olub-olmamasını müəyyən etmək üçün kimyəvi ekspertiza təyin olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş məhkəmə kimyəvi ekspertizasının 26 avqust 2023-cü il tarixli, 7/1213 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Tədqiqata təqdim olunmuş üzərində “1) Təqsirləndirilən şəxs imza...” yazıları olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,80qram, digər kibrit qutusunun içərisində 04 (dörd) ədəd kağız bükülüdə ayrı-ayrılıqa təmiz çəkiləri: 1)0,68qram, 2)0,85qram, 3)0,80qram və 4)0,81 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümimi çəkisi - 7,94 qramdır.Tədqiqata təqdim olunmuş l)bir ədəd kibrit qutusunda və kibrit qutusundakı 04 (dörd) ədəd kağız bükülüdə olan marixuana tərkiblərinə görə eynidirlər.Tədqiqata sərf edildi-0,25 qram,qalıq-7.69 qramdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Məhkəmənarkoloji ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 5846 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan xəstəliyindən əzab çəkmir və məcburi müəlicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmsı məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan ağ rəngli cins şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə olan qurudulmuş marixuana bükümü götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş üzrə 25 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 25 avqust 2023-cü il tarixdə saat 21:45-da qeydə alınır və Abşeron RPİ-nin Saray PBnin təhqiqatçısı, polis kapitanı Samir Hacıyevin əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki ağ rəngli cins şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün tapdığı etdiyi 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, “Yeni Yol” ərazisində tapmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallardan hər hansı biri müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın həddini və hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib, təqsirləndirilən şəxsin ilk dəfə olaraq cinayət əməli törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmədən də islah olunması mümkündur və ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməs Cinayət Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmş ədalət prinsipinin tələblərinə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən, 26 avqust 2023-cü il tarixədək tutulduğu 1 gün, 1 günə 2 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə - yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi,6 saylı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq,kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,69 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 89 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirəndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keşirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən, 26 avqust 2023-cü il tarixədək tutulduğu 1 gün, 1 günə 2 gün hesablanmaqla, 2 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələr qoyulsun; - yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi,6 saylı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 23:00-dan saat 07:00-dək tərk etməmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,69 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN:**********; Hesab:AZ34CTRE**********000 2088501) hesab nömrəsinə keçirilsin. Təqsirləndirilən şəxs X1 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar