Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-343/2020 07.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən 12-ci döngədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus ünvansız fərdi yaşayış evinin plastik pəncərəsini sındıraraq qanunsuz olaraq fərdi yaşayış evinə daxil olub, evin yataq otağında olan dolabın üzərindən 250 manat dəyərində 01 ədəd kişi qol saatını gizli yolla talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırman 1 küçəsində Zərərçəkmiş şəxs2 məxsus ünvansız fərdi yaşayış evin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş, həyətdə olan belin sapı ilə pəncərənin dəmir barmaqlığını sındırmaqla pəncərəni açıb qanunsuz olaraq fərdi yaşayış evinə daxil olub evin ikinci mərtəbəsində olan yataq otağındakı mücrünün içərisindən 461 manat dəyərində üzərində «585» əyarlı damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 7,68 qram olan boyunbağı, 212 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,54 qram olan sırğa cütünü, 165 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,75 qram üzərində gözmuncuğu şəklində muncuqlar olan qolbağı, 107 manat dəyərində üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,79 qram, qaşı karunt qaşlar qurupuna aid olan sırğa cütünü, 100 manat dəyərində üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,67 qram, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl və ağ rəngli şəffaf qaşları olan sırğa cütünü, 153 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, üzərində ağ rəngli şəffaf qaşları olan sırğa cütünü, 174 manat dəyərində üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 2,17 qram, üzərində ağ şəffaf qaşları olan kulonu 1342 manat dəyərində üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,92 qram, üzərində 4 ədədinin hər birinin ölçüsü 0,258 qram, 36 ədədinin hər birinin ölçüsü 0,005, 3\3 keyfiyyətli brilyant qaşları üzük dəstini, yəni ümumilikdə 2714 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Masazır kəndi, Dədə Qorqud küçəsindəki fərdi həyət evinin sonuncunun hasar qonşuluğunda yerləşən fərdi həyət sahəsinə daxil olaraq həmin həyətə açılan pəncərəsinin üzərindəki dəmir barmaqlığı yerdən götürdüyü dəmir parçası ilə qırıb plastikdən olan pəncərəni sıxıb açmaqla içəri qanunsuz daxil olmuş, evin yataq otağındakı kamotun 2-ci dolabındakı mücrüdə saxlanılan 1552 manat dəyərində üzərində ağ şəffaf qaşları olan, metalı 585 əyarlı qızıla uyğun, üzərinə «585» əyar damğası həkk olunmuş, çəkisi 18,80 qram, qaşları brilyant, 52 ədədinin hər birinin ölçüsü 0,015 karat, 32 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3\3 keyfiyyətli, kulonlu boyunbağı, bilərzik, sırğa cütü və üzük dəstini, 176 manat dəyərində üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,94 qram olan halqa formalı sırğa cütünü, 150 manat dəyərində üzərində gözmuncuğu olan 2 qram çəkidə bir cüt qızıl sırğanı, 150 manat dəyərində 2 qram çəkidə bir cüt qızıl sırğanı,bir ədəd 400 manat dəyərində üzərində qırmızı qaşı olan 4 qram çəkidə qızıl üzüyü, bir ədəd 400 manat dəyərində paxlava formalı 8 qram çəkidə qızıl üzüyü, yəni ümumilikdə 2828 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3-4 il olar ki, taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2 ay olar ki, «Ravon» markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq şirkəti tərəfindən verilmiş etibarnamə əsasında idarə edir, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Avtomobil üçün aylıq 750 manat kredit ödəyir. xx xxxxxx 2019-cu il tarixdə günorta radələrində Bakı şəhəri, 20 yanvar metrosu qarşısından müştəri götürmüş və Abşeron rayonu, Masazır kəndi ərazisinə, Araz marketin yanına 6 manat müqabilində aparmağa razılaşmış, müştərini Araz marketin qarşısında düşürüb aptekə girərək dərman almış, həmin günü avtomobilinin kreditini ödəməli olmuş və pulu olmadığındın bərk sıxıldığı üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə Masazır kəndi ərazisində hərəkət edib lövhənin qarşısından dönərək məhəllələrin arasına girmiş və həmin ərazidə dalanların arası ilə avtomobilini hərəkət etdirərkən yolun baş hissəsi bağlı yerə dirənmiş, həmin yerdə iki azyaşlı uşaq oynadığını görmüş, orada birmərtəbəli fərdi evin qapısının açıq olduğunu görmüş və uşaqlardan həmin evdə kimin yaşaması barədə maraqlanmış, azyaşlı uşaqlardan biri ev sahibinin evdə olmadığını və harasa getdiyini demiş, həmin uşağa ev sahibinin telefon nömrəsinin olub-olmaması ilə bağlı maraqlanmış, uşaq ona evdə atasının qonşunun nömrəsini kitabçaya yazdığını demiş, sonra uşaq öz həyətinə girib nömrəyə baxmağa getmiş, həmin həyətin qapısı açıldıqda çox kasıb bir həyət olduğunu görmüş, uşaq bir neçə dəqiqə sonra geri qayıdıb nömrənin olmadığını bildirmiş, sonra həmin evin qapısını çəkib bağlamış, uşaq girdiyi evin pəncərəsinin oğurluq etmək istədiyi evin həyətinə baxmış, o, maşını hərəkət etdirib bir qədər irəlidə dalanların arasına girmiş və maşını dalanların arasında saxlayıb qapılarını bağlamış, həmin istiqamətə gedərkən iki azyaşlı uşağın da bir qədər irəli gedib dalanda oynadıqlarını görmüş, maşının qapılarını bağlayıb geri piyada həmin ev istiqamətinə qayıtmış, həmin evdə kimsənin olmadığına əmin olduğu üçün həyətin qapısını açıb içəri girmiş, evin pəncərəsinin üzəri dəmir barmaqlıqdan ibarət olmuş, o, əvvəllər dəmir çərçivə sexində işlədiyindən çərçivələrin dəmirlərinin nazik olduğundan onları qıra biləcəyini fikirləşmiş, bu məqsədlə dəmir çərçivənin iki dəmirini yerindən qoparmış və yerdən kiçik dəmir parçası götürüb plastik pəncərənin yan tərəflərinə salaraq açmış, sonra çərçivənin arasından keçərək evə daxil olmuş, evə girdiyi otaq yataq otağı olmuş, həmin otaqda olan kamodu axtarmış, kamodun 2-ci dolabında qızıl qabı görüb açıb içərisinə baxmış, onun içərisində bir neçə adda qızıl zinət əşyası olmuş, buna görə də həmin əşyaları götürüb digər otaqları axtarmadan pəncərədən girdiyi yerdən də həyətə çıxmış, oradan da giriş darvazasını açıb bayıra çıxmış, küçədə kənar heç kəs olmamış, o, birbaşa maşını saxladığı yerə gəlib oradan maşına minmiş və birbaşa Moskva univermağına gəlmiş, avtomobilinə mindikdən sonra oğurladığı qızıllara baxmış və bir dəst qızıl sırğa, boyunbağı, üzük və qolbağ, həmçinin bir cüt qızıl sırğa olduğunu görmüş, Moskva univermağında yaxınlaşdığı ikinci şəxsə qızılları satmış, belə ki, həmin şəxs qızıllara baxıb əvvəlcə 1150 manat alacağını demiş, o, razılaşmayıb təcili pul lazım olduğu üçün qızılları satdığını bildirmiş, qızılların qiyməti ilə razılaşmadığı üçün ona 1200 manat təklif etmiş, sonra qızılı alan şəxs onların kimə məxsus olduğunu ondan soruşmuş, o, isə təcili pul lazım olduğu üçün yoldaşına məxsus qızılları satmaq məcburiyyətində olduğunu demiş, həmin şəxslə bundan sonra razılaşmış və 1200 manat pulu alıb oradan çıxıb getdikdən sonra avtomobili üçün 750 manat krediti həmin puldan ödəmiş, qalan pulu isə xərcləmiş, hadisədən bir gün sonra polis tərəfindən axtarıldığını bildiyi üçün xalası oğlu Qafqaza oğurluq etdiyini bildirmiş, bundan sonra xalası oğlu həmin qızılları satdığı Moskva univermağından geri alıb qaytarmışdır. Bundan başqa o, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Binəqədi rayonu Mərkəz adlanan əraziyə müştəri aparmış, həmin yol ilə geri qayıdarkən yolun kənarında olan ikimərtəbəli evin işığının yanmadığını görüb avtomaşını evin yanında olan avtomaşin yuma sexinin qarşısında saxlamış, o, düşüb ətrafa baxmış, ikimərtəbəli evin ətrafında müşahidə aparıb evin işığının yanmadığını görüb hasardan həyətə keçmiş, həyətdə olan beli götürüb sapı ilə dəmir barmaqlığı əyib onun arasından içəri keçmiş, istifadəsində olan mobil telefonun işığını yandırıb, evin birinci mərtəbəsində otaqları gəzmiş, yataq otağı görmədiyi üçün pilləkənla evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəsində olan şkafları açmış, heç bir şey tapmadığı üçün digər otaqda olan termonun siyirməsini açmış, siyirmədə olan mücrünün içərisində olan 2 cüt uşaq sırğasını, bir ədəd qadın nişan üzüyünü, 1 ədəd nazik sepi, qolbağı və klonu götürüb mücrünü atıb evin pəncərəsindən həyətə düşüb hasardan küçəyə çıxmış, avtomaşına əyləşib yaşadığı evə getmiş, sabahısı günü, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhəri 3-cü mikrorayon bazarının yanında olan Lombarda gedib qızılları orada 1200 manata satmış, həmin pulu borcuna vermişdir. Bundan başqa o, 2019-cu ilin dekabr ayının 4-də saat təxminən 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1, döngə 12 ünvanında yerləşən evə yaxınlaşıb müşahidə edib evdə heç kimin olmadığına əmin olub evin pəncərəsini əli ilə açıb evə daxil olmuş, evdə olan termonun üstündən «TİSSOT» markalı kişi qol saatını götürmüş, həmin saatı özü istifadə etmiş və polis tərəfindən saxlanılarkən oğurladığı əşya qolunda olduğu üçün qol saatını könüllü təqdim etmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2011-ci ildən qeyd olunan ünvanda 3 sot torpaq sahəsində bir mərtəbəli ev tikdirib həmin evdə yaşayır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində yaşadığı evdən ailəsi ilə birlikdə Bakı şəhərinə getmiş, həmin günü saat 15:25-də yaşadığı evə tək qayıtmış, o, həyətin darvazasını açaraq həyətə daxil olmuş, o, evin dəmir qapısını açaraq içəri daxil olmuş, o, yataq otağına daxil olanda həmin otağın dağınıq vəziyyətdə olduğunu, evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş, o, dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yeri müayinə olunmuş, müayinə zamanı və ilkin ərizəsində yataq otağındakı kamotun ikinci dolabından 3500 manat dəyərində komplektin oğurlandığını bildirmiş, həmçinin naməlum şəxsin evə yataq otağından plastik pəncərənin üzərində olan dəmir barmaqlığı sındırılmaqla evə daxil olduğu, dolabdan əlavə olaraq iki ədəd üzük və üç cüt sırğanın da oğurlanmasını müəyyən etmiş, əlavə olaraq 3500 manat dəyərində qızıl komplekt, bir cüt üzərində ağ qaşları olan 2 qram çəkidə 200 manat dəyərində qızıl sırğa, bir cüt üzərində gözmuncuğu olan uşaq üçün 2 qram çəkidə 150 manat dəyərində qızıl sırğa, bir cüt uşaq üçün 2 qram çəkidə 150 manat dəyərində qızıl sırğa, bir ədəd üzərində qırmızı qaşı olan 4 qram çəkidə 400 manat dəyərində qadın qızıl üzüyü, bir ədəd paxlava formalı 8 qram çəkidə 400 manat dəyərində qadın qızıl üzüyü oğurlandığını bildirdi. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziaynın ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırman 1 küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb uşaqları ilə birlikdə anasıgilə qonaq getmiş, evdən çıxarkən evin giriş qapısını və həyətin darvazasını açarla bağlayaraq çıxmış, həmin gün saat təxminən 20 radələrində evə qayıtmış, evin giriş qapısını açıb evə daxil olduqda evin birinci mərtəbəsində giriş qapısının sağ tərəfində yerləşən plastik pəncərənin dəmir barmaqlığını sındırılaraq pəncərənin açıldığını görmüş, bundan sonra dərhal evin birinci mərtəbəsində yerləşən qonaq otağına və mətbəxə baxmış, həmin otaqlarda yerləşən əşyaların quruluşundan evdə oğurluğun olduğunu başa düşüb, evin içərisində olan pilləkənlə 2-ci mərtəbəyə qalxmış, ikinci mərtəbəyə qalxdıqda ikinci mərtəbədə olan yataq otaqlarının dağınıq vəziyyətdə olmasını gördükdən sonra yataq otağında yerləşən termonun siyirmələrinin açıq olmasını və siyirmələrin içərisində olan əşyaların dağınıq vəziyyətdə olmasını görüb, siyirmədə mücrünün içərisində saxladığı özünə və uşaqlarına aid hər birini dəyəri 400 manat olan 03 cüt qızıl sırğanın və 700 manat dəyərində 01 cüt brilliant qaşlı sırğanın, 800 manat dəyərində 01 ədəd brilliant qaşlı üzüyün və 01 ədəd 300 manat dəyərində qızıl sepin oğurlandığını aşkar etmiş və dərhal baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 3000 manat dəyərində maddi ziyan dəymişdir.Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziaynın ödənilməsi, ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yaşadığı evin giriş qaplarını bağlayıb şəxsi işi ilə əlaqədar qohumugilə getmiş, həmin günü saat 19:30 radələrində evə gələrkən evin giriş qapısının üzərində olan pəncərənin sındırıldığını görmüş, evə daxil olduqda isə uşaq otağının pəncərəsinin sındırılaraq açıq olduğunu, yataq otağında olan əşyaların dağınıq vəziyyətdə olduğunu görüb evə naməlum şəxsin qanunsuz girərək oğurluq etdiyini başa düşmüş, bundan sonra evin yataq otağındakı dolabın üzərində olan qutunun içərisindən 330 manat dəyərində “Tissot” markalı Çin istehsalı olan ona məxsus kişi qol saatının oğurlandığını aşkar etmiş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Memar Əcəmi metrostansiyası ərazisində yerləşən «Moskva» Ticarət mərkəzində satıcı işləyir, həmin ticarət mərkəzində qızıl zinət əşyalarının satışı ilə məşğul olur, eyni zamanda satışını həyata keçirdiyi üçün vətəndaşlardan işlənmiş qızılların lom qiyməti ilə alışını da həyata keçirir. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi Moskva univermağındakı yerində olmuş, həmin vaxtı əvvəllər tanımadığı, adının sonradan Adnam kimi bildiyi şəxs sıraya yaxınlaşmış və özündə olan bir ədəd qızıldan olan kulonlu boyunbağını, bilərziyi, sırğa cütü və üzük dəstini təqdim edərək satmaq istədiyini bildirmiş, o, həmin qızıllara baxdıqda onların 585 əyarlı olduğunu görmüş, həmin şəxsdən qızılların kimə məxsus olması və nə səbəbə satması ilə bağlı maraqlandıqda həmin şəxsin qızılların ailəsinə məxsus olduğunu, maddi vəziyyəti ilə bağlı satmaq istədiyini demiş, həmin qızılları tərəzidə çəkdikdən sonra qızılların xarici görünüşü, işlənməsini nəzərə alıb qızıllara görə həmin şəxsə 1150 manat təklif etmiş, lakin Adnam adlı şəxs razılaşmadığı üçün sonradan həmin qızıllara görə 1200 manat təklif etmiş, həmin şəxs razılaşdığı üçün 1200 manat pulu təqdim edib qızılları həmin şəxsdən almış, o, qızılları Adnam adlı şəxsdən alarkən ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və şəxsiyyət vəsiqəsi barədə qeydiyyat aparmış, şəxsiyyət vəsiqəsinin surətini də həmin şəxsdən almışdır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi sırada olarkən bir nəfər adının sonradan Yalçın olduğunu bildiyi şəxs ona yaxınlaşıb həmin qızılları satan Adnam adlı şəxsin qohumu olduğunu bildirmiş və Adnamın ona satdığı qızılların ailəsinə məxsus olmadığını bildirib oğurluq olmasını, həmçinin Adnamın polis tərəfindən saxlanılması barədə məlumat vermiş, sonra qızıllara görə Adnama ödədiyi 1200 manat pulu Yalçın ona geri qaytarıb qızılları ondan geri təhvil almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X4 onun xalası oğludur. xx xxxxxx 2019-cu il tarixdə xalası oğlu Adnam Qəhrəmanovun polis tərəfindən tutulması barədə məlumat almış, həmin tarixdə günortadan sonra Adnam ona zəng vurmuş və oğurluq etdiyini və oğurladığı qızılları Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yanında yerləşən «Moskva» univermağında Yalçın adlı şəxsə 1200 manata satdığını demiş, Adnam ondan gedib həmin Yalçın adlı şəxsin pulunu ödəyib qızılları ondan geri almağın lazım olduğunu söyləmiş, o, da Adnamın xahişi ilə «Moskva» univermağına getmiş və orada Yalçın adlı qızıl alqı-satqısı ilə məşğul olan şəxsi tapmış, həmin şəxsə Adnamın satdığı əşyaların oğurluq olması barədə məlumat verib qızılları ondan geri tələb etmiş, həmin Yalçın adlı şəxs ona qızılları Adnam ona satdıqda həmin əşyaların ailəsinə məxsus olduğunu, sonra şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyini, bundan sonra aralarında razılaşma olduğu üçün qızıllara görə 1200 manat pul ödəyib qızılları Adnamdan aldığını demiş, o da Adnamın polis tərəfindən saxlandığını Yalçına bildirib 1200 manat pulu qızılları ona qaytarmaq üçün ödəmiş, bundan sonra Yalçın pulu alıb Adnamın ona satdığı qızılları ona təhvil vermiş və o da həmin qızılları istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində yerləşən «Lombard 1» lombarında zərgər işləyir, onun vəzifəsi təqdim edilmiş qızılların həqiqiliyini yoxlayıb qiymətləndirməkdir. Adnam Qəhrəmanovu üzdən tanımış, belə ki, sonuncu əvvəllər bir neçə dəfə lombarda qızıl gətirib satmış, həmin qızıllara görə pulu adətən ya o, ya da ki, işçiləri ödəmişlər. Qızıllar lombarda təqdim edildikdə təqdim edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri çıxarılır. xx xxxxxx 2019-cu il tarixdə Adnam Qəhrəmanovdan qızılları o, qəbul etmiş, həmin qızıllar 4 cüt sırğadan, bir ədəd qolbağdan, bir ədəd klondan, bir ədəd sep və bir ədəd üzükdən ibarət olmuş, sonradan iki cüt sırğanı və bir ədəd üzüyü tanımadığını şəxsə satmış, sonradan iki cüt sırğa, bir ədəd qolbağ, bir ədəd kulon və bir ədəd sep istintaqa təqdim edilmişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 197/198 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kulonlu boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti – üzərinə «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkiçi 18,80 qramdır, qaşları brilyantdır, 52 ədədinin hər birinin ölçüsü 0,015 karat, 32 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3\3 keyfiyyətlidirlər. 1 ədəd sarı rəngli metaldan, halqa formalı sırğa cütü – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,94 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2019-cu ilin dekabr ayınaolan orta bazar qiyməti ilə dəyəri ümumilikdə 1728,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətləri tədqiqi hissədə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31849 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertizaya təqdim edilən bir ədəd «Tissot» markalı kişi qol saatı, xx xxxxxx 2018-ci il tarixə respublikadaxili orta bazar satış qiyməti təxminən 250 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1607/1608 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində internet saytlarının məlumatına və respublikada yerləşən ticarət şəbəkələrində mövcud olmuş qiymətlərə əsasən və 1 qram 750 əyarlı qızılın qiymətinin 80 manat, 1 qram 583/585 əyarlı qızılın qiymətinin 60 manat olması nəzərə alınaraq, təqdim edilmiş məmulatların 2019-cu il dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir.
1. 1 ədəd sarı rəngli metaldan boyunbağı – üzərində «585» əyarlı damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,68 qramdır, çəkisi – 461 manat
2. 1 ədəd sarı-gümüşü rəngli metaldan sırğa cütü – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,54 qarmdır – 212 manat
3. 1 ədəd sarı rəngli metaldan üzərində gözmuncuğu şəklində muncuqlar olan qolbağ – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkiçi 2,75 qramdır – 165 manat.
4. 1 ədəd sarı rəngli metaldan açıq boz rəngli qaş olan sırğa cütü – üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 1,79 qramdır, qaşı karunt qaşlar qurupuna aiddir – 107 manat.
5. 1 ədəd sarı metaldan, üzərində 1 ədəd yaşıl və ağ rəngli şəffaf qaşları olan sırğa cütü – üzərində «583» əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 1,67 qramdır,qaşları qiymətli qaşlara aid deyil – 100 manat.
6. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ rəngli şəffaf qaşları olan sırğa cütü – üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,55 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 153 manat.
7. 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kulon – üzərində «750» əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 2,17 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 174 manat.
8. 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ rəngli şəffaf qaşları olan üzük – üzərində «750» əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,92 qramdır, qaşları brilyantdır, 4 ədədinin hər birinin ölçüsü 0,258 qram, 36 ədədinin hər birinin ölçüsü 0,005, 3\3 keyfiyyətlidir – 1342 manat. Ekspertizaya təqdim olunan məmulatların 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 2714 manat müəyyən olunur. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd üzərində ağ şəffaf qaşları olan, metalı 585 əyarlı qızıla uyğun, üzərinə «585» əyar damğası həkk olunmuş, çəkisi 18,80 qram, qaşları brilyant, 52 ədədinin hər birinin ölçüsü 0,015 karat, 32 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3\3 keyfiyyətli, kulonlu boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,94 qram olan halqa formalı sırğa cütü, bir ədəd «Tissot» markalı kişi qol saatı, üzərində «585» əyarlı damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 7,68 qram olan boyunbağı, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,54 qram olan sırğa cütü, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,75 qram üzərində gözmuncuğu şəklində muncuqlar olan qolbağ, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,79 qram, qaşı karunt qaşlar qurupuna aid olan sırğa cütü, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,67 qram, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl və ağ rəngli şəffaf qaşları olan sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan,– üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, üzərində ağ rəngli şəffaf qaşları olan sırğa cütü, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 2,17 qram, üzərində ağ şəffaf qaşları olan kulon, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,92 qram, üzərində 4 ədədinin hər birinin ölçüsü 0,258 qram, 36 ədədinin hər birinin ölçüsü 0,005, 3\3 keyfiyyətli brilyant qaşları olan üzüklər sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs X4 tərəfindən ona dəymiş ziyan ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs X4 tərəfindən ona dəymiş ziyan ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən X2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs X2 həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. X2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında”AzərbaycanRespublikasıAli MəhkəməsiPlenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1- ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2019-cu il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RİH başçısının 28 may qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X4 28 may qəsəbəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə X2 törətdiyi cinayət əməlini səmimi etiraf etməkləəməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini, himayəsində bir azyaşlı uşağını olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X2 törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. X2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, X3 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, X4 xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 4(012)-357/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra o, Bakı şəhəri Binəqədi RPİ tərəfindən xx.xx.2019cu il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Binəqədi RM-nin xx.xx.2019-cu il tarixli, 4(001)-1017/2019 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin uzadılmamış, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, X2 ibtidai istintaq zamanı həbsdə saxlanıldığı cəmi 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 05 (beş) ay 26 (iyirmi altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan iş üzrə maddi sübut olan bir ədəd üzərində ağ şəffaf qaşları olan, metalı 585 əyarlı qızıla uyğun, üzərinə «585» əyar damğası həkk olunmuş, çəkisi 18,80 qram, qaşları brilyant, 52 ədədinin hər birinin ölçüsü 0,015 karat, 32 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3\3 keyfiyyətli, kulonlu boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,94 qram olan halqa formalı sırğa cütü, bir ədəd «Tissot» markalı kişi qol saatı, üzərində «585» əyarlı damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 7,68 qram olan boyunbağı, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,54 qram olan sırğa cütü, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,75 qram üzərində gözmuncuğu şəklində muncuqlar olan qolbağ, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,79 qram, qaşı karunt qaşlar qurupuna aid olan sırğa cütü, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,67 qram, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl və ağ rəngli şəffaf qaşları olan sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan,– üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, üzərində ağ rəngli şəffaf qaşları olan sırğa cütü, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 2,17 qram, üzərində ağ şəffaf qaşları olan kulon, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,92 qram, üzərində 4 ədədinin hər birinin ölçüsü 0,258 qram, 36 ədədinin hər birinin ölçüsü 0,005, 3\3 keyfiyyətli brilyant qaşları olan üzüklərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X1 tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlibilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. X2 həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 05 (beş) ay 26 (iyirmi altı) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Bakı şəhəri Binəqədi rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti təqsirləndirilən şəxs X2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd üzərində ağ şəffaf qaşları olan, metalı 585 əyarlı qızıla uyğun, üzərinə «585» əyar damğası həkk olunmuş, çəkisi 18,80 qram, qaşları brilyant, 52 ədədinin hər birinin ölçüsü 0,015 karat, 32 ədədinin hər birinin ölçüsü 0,003 karat, 3\3 keyfiyyətli, kulonlu boyunbağı, bilərzik, sırğa cütü və üzük dəsti, 1 ədəd üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,94 qram olan halqa formalı sırğa cütü, bir ədəd «Tissot» markalı kişi qol saatı, üzərində «585» əyarlı damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 7,68 qram olan boyunbağı, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,54 qram olan sırğa cütü, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,75 qram üzərində gözmuncuğu şəklində muncuqlar olan qolbağ, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,79 qram, qaşı karunt qaşlar qurupuna aid olan sırğa cütü, üzərində «583» əyar damğası həkk olunmuş, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 1,67 qram, qaşları qiymətli qaşlara aid olmayan 1 ədəd yaşıl və ağ rəngli şəffaf qaşları olan sırğa cütü, 1 ədəd gümüşü rəngli metaldan,– üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,55 qram, üzərində ağ rəngli şəffaf qaşları olan sırğa cütü, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 2,17 qram, üzərində ağ şəffaf qaşları olan kulon, üzərində «750» əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,92 qram, üzərində 4 ədədinin hər birinin ölçüsü 0,258 qram, 36 ədədinin hər birinin ölçüsü 0,005, 3\3 keyfiyyətli brilyant qaşları olan üzüklərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 294 (iki yüz doxsan dörd) manat məbləğində pul vəsaiti X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim:Şövkət Nəcəfova