Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-343/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmməd oğlunun iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında aralarında baş vermiş mübahisə zamanı şəxsi münasibətlər zəminində faktiki ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs qəsdən yumruq və sillə ilə üz nahiyəsinə vurub sonuncuya burun sümüyünün yerdəyişmiş sınığı, sol tərəfli burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin yumşaq toxumalarının əziyi, qançırı, sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırı, gözaltı nahiyənin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan zərərçəkən şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahı olmasa da, ər-arvad münasibətində olmuş, təxminən 2006-cı ildən birlikdə yaşamışlar. Həmişə yaxşı münasibətləri olmuş, bundan başqa həmin münasibətdən 5 övladı dünyaya gəlmişdir. 2022-ci ilin sentyabr ayından etibarən qısqanclıq səbəbi ilə Günel ilə aralarında mübahisələr başlamış, mübahisələr yarandığı üçün Günel bir dəfə də ondan polisə şikayət eləmiş, lakin məhkəmə prosesində barışmışlar. xx.xx.2022-ci il tarixdə təxminən 15 radələrində Günel onunla əlaqə saxlayıb növbəti gün övladlarının məktəbə getməsi üçün bəzi məktəb ləvazimatlarının alıbalmadığını soruşmuş, Səməd də ona pul düzəldə bilmədiyi üçün ala bilmədiyini bildirmişdir. Mobil telefonda danışıqları zaman Günellə hər hansı mübahisələri olmamış, bundan sonra işdən çıxıb evə getmişdir. Günel də axşam saatlarında işdən çıxıb evə gəlmiş, Günel evə gəldikdən sonra onunla günorta mobil telefonla əlaqə saxlayaraq etdiyi mübahisəni yənə də davam etdirməyə başlamışdır. Günel Səmədin işlədiyini, amma yənə də heç bir şey ala bilmədiyini demişdir. Səməd də həmin vaxt 2 ədəd “GO” spirtli içki qəbul etdiyi üçün bir qədər sərxoş vəziyyətdə olmuş, bundan sonra mətbəxə keçərək Günelə sillə zərbəsi vurmuşdur. Sonra geriyə dönüb yenidən digər otağa qayıdanda Günel arxadan mətbəx bıçağı ilə kürək nahiyəsində 2 dəfə zərbə endirmiş, Səməd də müvazinətini itirib yerə yıxılmışdır. Ayağa qalxıb Günelə burun nahiyəsindən yumruq zərbəsi endirmişdir. Zərbənin təsirindən Günel yerə yıxılmış və üzündən qan gəlməyə başlamışdır. Böyük övladı Şahid onu arxadan çəkdiyi üçün Səməd yənə də yerə yıxılmış, bundan sonra Günel onun üstünə gəlib Səmədi boğmağa başlamışdır. Səməd Güneli itələyib yerdən qalxmış, sonra isə Günel övladı Türkanla birlikdə evdən çıxıb getmişdir. Səməd həmçinin dava-dalaş vaxtı evdə Günel və azyaşlı övladlarının olduğunu bildirmiş, baş vermiş hadisə zamanı dava-dalaşı böyük övladı Türkan görmüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 2006-ci ildən ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Şikayət etdiyi şəxs Təqsirləndirilən şəxsdur və onunla təxminən 15 ildir ki, ailə həyatı qursa da, rəsmi nikahları olmamışdır. Həmin evlilikdən 5 uşağı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs mahiyyəti üzrə bildirmişdir ki, əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içkilərdən istifadə etmiş, onların mübahisələrinin yaranmasının səbəbi də onun spirtli içkilərdən istifadə etməsi və qısqanclıq zəmnində onunla mübahisə etməsi olmuşdur. Spirtli içkilərdən istifadə etməyəndə onunla normal münasibəti olsa da, spirtli içkilərin təsiri altında olduqda Günellə mübahisə etmiş və tez-tez döymüşdür. Əvvəl də belə mübahisələri olmuş və onun barəsində polisə müraciət eləmiş, lakin məhkəmə prosesində Səməd üzr istədiyinə və belə halların təkrarlanmamasına söz verdiyi üçün Günel onu bağışlamışdır. Məhkəmə prosesindən sonra o, yənə də eyni əməllərini davam etdirmiş, yənə də spirtli içkilərdən mütəmadi istifadə edərək onunla qısqanclıq zəmnində mübahisələr yaratmağa davam etmişdir. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Günel işdən yaşadığı evə gəlmiş, əri Səməd və uşaqları da evdə olmuşdur. Günel gəlib Səmədin yənə də spirtli içkilər qəbul etdiyini görmüşdür. Günel ona sabah artıq məktəblərin açıldığını, uşaqların məktəbə gedəcəyini, Günel öz vəsaiti hesabına onlara məktəbli forması aldığını, Səmədin də uşaqlara çanta almalı olduğunu bildirmişdir. Günel bu sözləri Səməd deyəndən sonra Səməd onunla mübahisə etməyə başlamış, Səməd Günelin ona xəyanət etdiyini, başqaları ilə aldatdığını bildirmişdir. Günelə iş adı ilə çıxıb başqa yerlərə getdiyini demişdir. Bundan sonra Günel Səmədin qısqanclıq məsələlərini açdığını görüb mübahisə uzanmasın deyə mətbəxə keçmək istədiyi zaman o, oturduğu yerdən qalxıb baş nahiyəsinə yumruq vurmuş və Günel yerə yıxılmışdır. Bundan sonra ayağa qalxmış, bu dəfə Səməd onun üz nahiyəsinə yumruq zərbəsi vurmuş, Günel yənə də müvazinətini itirərək yerə yıxılmış, həmin zərbədən sonra onun burnundan qan gəlmişdir. Bundan sonra Günelin üzünün qanadığını görüb ondan əl çəkmişdir. Sonra isə Səməd özü və qızı Türkan da DİN-nin “102” xidmətinə məlumat vermiş, həmçinin qızı Türkan da “X5” xidmətinə də məlumat vermişdir. Güneli “X5” xidmətinin avtomobili ilə xəstəxanaya aparmış, orada aldığı zərbədən baş-beyin travması aldığını və burnunun sındığını bilmişdir. Xəstəxanada burnundan qapalı əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs həmçinin xx.xx.2022-ci il tarixdə, həm də xx.xx.2022-ci il tarixdə baş verən mübahisə zamanı Səmədə bıçaqla xəsarət yetirmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbin 6B sinfində təhsil alır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun valideynləridir.Hhadisə baş verən günü, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman atası Təqsirləndirilən şəxs bir qədər spirtli içkilər qəbul etmiş, anası Zərərçəkmiş şəxs təxminən saat 22 radələrində işdən yaşadıqları evə gəlmişdir. Anası evə gəldikdən sonra atası Səmədlə mübahisə etməyə başlamışlar. Valideynləri Türkana təklikdə danışmaq istədiklərini bildirdiyi üçün Türkan həmin otağı tərk etmişdir. Bundan sonra valideynləri arasında mübahisə davam etmiş, bir qədər sonra isə qonaq otağında atası anasını vurmuşdur. Bundan sonra atası Səməd anasını vurduğu üçün anası da mətbəxdə olan bıçağı götürüb kürək nahiyəsindən Səmədə zərbə endirmişdir. Baş vermiş dava-dalaş zamanı Türkan onlara müdaxilə eləmişdir. Atası Səməd anasının burun nahiyəsindən zərbə endirdiyi üçün Zərərçəkmiş şəxs burun nahiyəsindən qan axmağa başlamış, həmçinin zərbənin təsirindən Günel yerə yıxılmışdır. Baş vermiş hadisədən sonra Türkan dərhal polisə zəng eləmiş və hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra atası Səməd evdə qaldığı üçün Türkan anası ilə birlikdə evdən çıxıb qonşuya getmiş, qonşunun mobil telefonundan istifadə edib “X5” Xidmətinə müraciət etmişlər. “X5” Xidməti gəldikdən sonra anasını xəstəxayana aparmış, xəstəxanada atası Səmədin vurduğu yumruq zərbəsinin təsirindən anası Günelin burnunun sındığını bilmişdir Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2216 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişmiş sınığı, sol tərəfli burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun nahiyəsinin yumşaq toxumalarının əziyi, qançırı, sol göz qapaqlarının və gözaltı nahiyənin şişkinlikli qançırı, gözaltı nahiyənin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.7-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Hal-hazırda məhkumluğu yoxdur. Bundan başqa cinayət işinin materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. 02 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və 03 yanvar 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Məhəmməd oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldıgı 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Məhəmməd oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-343/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-343/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver