Məhkəmə qərarları › İş №1(012)-343/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-343/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-343/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhəbət oğlunun, iştirakı ilə, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi; xx.xx.1973-cü il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb, təmir işlərini gecikdirdiyini bəhanə kimi gətirib mübahisə edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ictimai yerdə-küçədə insanların gözü qarşısında Təqsirləndirilən şəxs2la birlikdə, qəsdən Zərərçəkmiş şəxs sifət və boyun nahiyələrinə ardıcıl yumruq zərbələri vurub yerə yıxaraq, ona burunüstü nahiyənin, sol və sağ qulaq seyvanı nahiyələrinin, boyunun sol yan səthinin, sol bazunun qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb, təmir işlərini gecikdirdiyini bəhanə kimi gətirib mübahisə edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, ictimai yerdə-küçədə insanların gözü qarşısında Təqsirləndirilən şəxs2la birlikdə, qəsdən Zərərçəkmiş şəxs sifət və boyun nahiyələrinə ardıcıl yumruq zərbələri vurub yerə yıxaraq, ona burunüstü nahiyənin, sol və sağ qulaq seyvanı nahiyələrinin, boyunun sol yan səthinin, sol bazunun qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında internetdə ev elanları saytında almaq üçün ev axtarmış və “Bina.az” saytında Abşeron rayonu Masazır qəsəbəsində natamam təmirli, 31000 manat dəyərində olan həyət evi görmüşdür. Elanı açdıqda orada Çingiz adlı şəxsin mobil telefon nömrəsini götürüb zəng etmiş, Çingiz adlı şəxslə görüşüb gedib evə baxmış, evin son qiymətini 28.500 manata razılaşmış və həmin pulun 22.500 manatını notarial qaydada ödəmişdir. Çingiz isə 1 ay ərzində həmin evi təmir edib təhvil verməyi öhdəsinə götürmüş, lakin dediyi vaxtda evi təhvil verməmiş, üstündən 5 ay keçməsinə baxmayaraq Çingiz tərəfindən heç bir təmir işi görülməmişdir.O evi sənədləşdirəndə evin yerləşdiyi torpaq sahəsinin həmin göstərilən yerdə olmadığı və gölün içinə düşdüyü məlum olmuşdur. Bununla bağlı Çingiz arasında mübahisə baş vermiş v təmirlə bağlı heç bir işin görülməməsi səbəbindən Çingizə zəng edib etirazını bildirmişdir. Çingiz ona telefonda “anqırma” demiş, o da Çingizə evə gəlməsini xahiş etmiş, Çingiz isə ona Xırdalanda,Abşeron İcra Hakimiyyətinin yanındakı Poçtun qabağına gəlməsini bildirmişdir. O həmin yerə qohumu Elsevərlə birlikdə getmiş, Çingizin gəldiyini görüb idarə etdiyi avtomobildən düşərək, Çingizə yaxılaşmış, qohumu Elsevər isə avtomobildə oturmuşdur. O Çingizə yaxınlaşan kimi «adamı dolamısan?» demiş, Çingiz isə cavabında əli ilə onun boğazından tutub itələmiş, bu zaman o da əli ilə Çingizin sifət nahiyəsindən şillə vurmuşdum. Baş verən hadisənin necə olması barədə jurnalistin öz səhifəsində video çəkilişi vardır. O Çingizi yerə yıxmamış və ağzından heç bir söyüş çıxmamışdır. Çingiz söyüş söyə-söyə bilərəkdən onun üstünə gəlmişdir ki,aralarında dava baş versin və işibu yerə gəlib çıxsın. Həmin vaxt Çingiz ona söyüş söymüş söydüyü üçün qohumu Elsevər də maşından düşüb söyüşə görə Çingizi vurmaq istəmiş,lakin o Elsevəri Çingizi vurmasına icazə verməmişdir. Bu zaman Çingiz qəfildən onun üzünə yumruqla vurmuş, o da Çingizi vurmuşdur. Elsevər, Fuad, habelə ətrafdakı insanlar onları aralamışdır. Mübahisəyə səbəb Çingizin onu söyüb təhqir etməsi olmuşdur. Onlar bir-birlərini qarşılıqlı şəkildə vurmuş, aralarında ağır dərəcəli zərbələr olmamış, Çingizi başqa heç bir şeylə vurmamış, yalnız əllə vurmuşdur. Hadisədən 1 saat sonra Prokurorluğun yanında Çingizlə görüşüb, danışmış, Çingiz ona jurnalist çəkilən video materialın yayılmamasından ötrü 500 manat pul istədiyini demiş,o isə Çingizə onsuzda şikayətçi olmayacağını bildirmiş, Çingiz isə evi təhvil verəcəyini demiş və onlar qarşılıqlı şəkildə şikayətçi olmayacaqları barədə razılığa gəlmişlər. Növbəti gün isə Çingiz ondan şikayətçi olmuş və o 2 gün müvəqqəti saxlama yerində saxlanılmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir, himayəsindədə az yaşlı uşağı var, məhkəmədən bunların nəzərə alınmasını və bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayında özünə ev axtarmış, bu barədə qohumu Təqsirləndirilən şəxs1 onun üçün ev tapmasını bildirmişdir. Caviddə internetdə ev elanları saytında Abşeron rayonu Masazır qəsəbəsində natamam təmirli, 31000 manat dəyərində olan həyət evi görmüş, bu barədə ona bildirmiş, onlar birlikdə evə baxmış və evin son qiymətini 28.500 manata razılaşmışlar. Ev sahibi Çingiz adlı şəxs onlara 6000 manat verəcəkləri təqdirdə, evin darvazasini, həyətini, evin üzlük rənglənməsini, evin arxasının hasarını, həyətinin üzlük daşını, hamam-tualet aksessuarlanna qədər təmir edib təhvil verəcəyini bldirmişdir. Bunun üçün də notariusa gedib müqavilə imzalamağı təklif etmiş və razılaşmaya görə həmin 6000 manat ümumi olaraq 28500 manata daxil olmuşdur. O ehtiyata görə bütün pulu qohumu Cavidə vermişdir ki, pul işlərini Cavid həll etsin. Onlar səhəri gün Çingizlə görüşmüş, Çingiz təmir məsələsinin 16000 manata başa gəldiyini bildirmiş, Cavid bu rəqəmə razılıq verməmiş və Çingizin evin təmirinə başlaması üşün 12000 manat pulun Çingizə verilməsi barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixdə, onlar notariusa getmiş, həmin gün Çingiz yanında bir nəfər şəxslə gəlmiş, Çingizlə gələn həmin şəxsin sonradan torpağın sahibi Fuad adlı şəxs olmsı onlara məlum olmuşudr. Notariusda Fuad və Çingiz 12000 manata alınmadığını, 22.500 manat vermələrini onlara demiş, Cavid də onlarla razılaşmış və notarial qaydada 22.500 manat ödəniş edib alqı-satqı etmiş və yerdə qalan 6000 manat pulu isə bir ay müddətində ödəməsi barədə öhdəlik müqaviləsi bağlamışlar ki, sot yarımda olan evi Çingiz tam şəkildə təmir edib təhvil verdikdən sonra ödəyəcəklər. 05 may 2023-cü il tarixdə, Çingiz Cavidə zəng edərək təcili ustalara pul vermək lazım olduğunu bildirmiş, Caviddə Çingizin ona göndərdiyi iki ədəd bank kartına hər karta 200 manat ödəniş etmiş və Cavid nə hərəkət edirdisə ona məlumat vermişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, Fuad Cavidə zəng edərək ustaların gəldiyini, materialın olmadığını və material alınması üçün təcili 1000 manat pul çöçürməsini demiş, Caviddə Fuada 1000 manat göndərmişdir. Ondan 4 gün sonra onlar evə baxmağa getdikdə,evdə heç bir işin görülmədiyi məlum olmuşdur.Həmin vaxtı Fuadlala Çingiz həmin evin yanında başqa bir ev tikmiş, bu səbəbdən onlara öz iradını bildirmiş, bundan sonra Çingiz yenidən materialların alınıb təmirə başlanması üçün Caviddən 2800 manat pul istəmişdir. Caviddə xx.xx.2023-cü il tarixdə, Çingizə 2800 manat göndərmiş, bundan sonra onlar yenidən evin təmirinə baxmaq üçün gedəndə evdə heç bir iş görülmədiyini görmüş, Cavid Çingizlə, Fuadla tez-tez zəngləşmiş, təmirin bitməsinə 10 gün qaldığına görə təmirin vəziyyəti ilə maraqlanmışdır. Daha sonra onlar həmin evə gedəndə ustalardan öyrənmişlər ki, Çingiz onların əmək haqqları vermir, lazım olan tikinti materiallarını almır, bir sözlə heç bir iş görülmür. Cavid də bu səbəbdən Çingizə zəng etmiş və Çingiz bildirmişdir ki, bir aya söz vermişik, bir aya da təhvil verəcəkdir. 20 may 2023-cü il tarixdə, onlar yenidən evə gedib baxanda, heç bir işin görülmədiyini görmüş, bu barədə Çingizə iradlarını bildirəndə, Fuad onlara demişdir ki, işinizi Çingizlə həll edin, əgər Çingiz həll eləməsə o həll edəcəkdir. xx.xx.2023-cü il tarixdə, Çingiz Cavidə ustaya pul verilməsi üçün Fuadın kartına 200 manat pul köçürməsiin demiş, Cavid də həmin pulu göndərmişdir. xx.xx.2023-cü il tarixdə, heç bir işin görülməməsi səbəbindən Cavid Çingizə zəng edib ona etirazını bildirdikdə, Çingiz Cavidə «anqırma» demiş, bundan sonra Çingiz onlara Xırdalanda Abşeron İcra Hakimiyyətinin yanındakı Poçtun qabağına gəlmələrini bildirmişdir. Ona görə də o, Cavid iləbirlikdə həmin yerə getmiş, həmin vaxt o Cavidə məxsus «KİA» markalı avtomobildə əyləşmiş və Cavid Çingizin gəldiyini görüb avtomobildən düşüb Çingizə yaxılaşmış, Cavid və Çingiz söhbət etmiş, bu zaman Cavid və Çingizin tutaşdığını və biri-birinə əlqol atdığını görmüşdür. O da onları ayırmaq məqsədi ilə avtomobildən düşüb onlara yaxınlaşmış, Çingizi ayırmaq istərkən Çingiz ona qarşı nəlayiq ifadə işlətmiş, həmin vaxt əli ilə Çingizi özündən itələmiş, ola bilsin həmin vaxt əli Çingizin sifət nahiyəsinə dəymiş və ətrafdakı tanımadığım adamlar onları aralamışdır. Hadisə yerində tanımadığı adamlar olmuş və mübahisə 20-25 dəqiqə çəkmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxs ondan şikayətçi deyildir, himayəsindədə azyaşlı uşağı var, məhkəmədən bunların nəzərə alınmasını və bəraət verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün Masazır qəsəbəsində evlərin təmiri ilə məşqul olur. Cavid və Elsevər adlı şəxsləri bir neçə ay olar ki, tanımış, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilkləri olmamışdır. Cavid və Elsevər adlı şəxslər hazırki hadisə baş verməmişdən əvvəl, dostu Fuad adlı şəxsdən 31000 manat dəyərində ev almış, həmin pulun 27000 manatını ödəmiş, lakin bu günə kimi qalan 4000 manat pulu ödəməmişlər. Razılaşmalarına görə onlar həmin pulu ev təmir olunduqdan sonra ödəməli idilər. O, həmin evdə təmir işləri ilə məşqul olmuş, Cavidlə həmin təmirə görə 2500 manat pula razılaşmışlar. Həmin pulun 1000 manata yaxınını Cavid ona vermiş və ev təmiri işləri yekunlaşmaq üzrə olmuşdur. Lakin, Cavid qalan pulu ona ödəmədiyindən o, təmir işlərini dayandırmış, Caviddə zəng vurub, ona pulu verdikdən sonra işi görəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Cavid ona zəng vurub maraqlananda o, Cavidə pulu verdikdən sonra işi görəcəyini bildirmişdir. Cavid ondan harada olması barədə soruşmuş, o, Abşeron rayonu, Xırdalan şəhəri, İcra Hakimiyyəti binasının yaxınlığında olduğunu bildirmiş, bundan sonra Cavid və Elsevər onun yanına Abşeron rayonu, Xırdalan şəhəri, İcra Hakimiyyəti binasının yaxınlığına gəlmişlər. Cavid həmin vaxt onunla söhbət edərək niyə təmiri gecikdirdiyini soruşmuş, o, da ona pulunu niyə vermədiyini bildirəndə onların aralarında sözlə mübahisə baş vermişdir. Həmin vaxt Cavid ona qarşı nəlayiq ifadə işlətmiş, o, Cavid cavab qaytaranda, Cavid bir neçə dəfə yumruğu ilə onun burun və boyun nahiyələrindən zərbələr vurmuş, həmin vaxt onlara Elsevər yaxınlaşmış və yaxınlaşan kimi yumruğu ilə onun sol göz nahiyəsindən zərbə vurmuşdur. Həmin zərbədən onun gözü qaralmış və o, müvazinətini itirib yerə yıxılmışdır. Yerdə olan zaman Elsevər onu təpiklə sol və sağ ayaq nahiyələrindən vurmuşdur. Bundan sonra dostu Fuad və ətrafda olan tanımadığı şəxslər gələrək onları ayırmışlar. Həmin günü o, heç bir polis orqanlarına şikayət etməmiş, lakin, xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, bədənində ağrılar və sol göz nahiyəsinin şişib qaraldığını görüb Abşeron RPİ-nə gedərək bu barədə şikayət ərizəsi və izahat yazmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ona təliqə verilərək onu məhkəmə-tibbi ekspertizasına göndərmişdir. Hadisə yerində tanımadığı adamlar olmuş və mübahisə 20-25 dəqiqə çəkmişdir. Hal-hazırda təqsirləndirilən şəxslər ilə barışmışdır, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, heç bir tələbi və mülki iddiası yoxdur, məhkəmədən təqsirləndirilən şəxslərə ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs evlərin alqı-satqısı və Masazır kəndində torpaq alqı-satqısı ilə məşqul olan şəxs kimi tanımışdır. Cavid adlı şəxs hadisə baş verməmişdən əvvəl ondan 31000 manat dəyərində ev almış, həmin pulun 27000 manatını ödəmiş, lakin qalan 4000 manat pulu ödəməmişdir. Razılaşmaya görə o, həmin pulu ev təmir olunduqdan sonra ödəməli olmuşdur. Zərərçəkmiş şəxs da həmin evdə təmir işləri ilə məşqul olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Cavidin təmirlə bağlı pulu gecikdirdiyindən Çingiz təmiri dayandırmışdır. xx.xx.2023-cü il tarixdə,saat 13 radələrində o, Abşeron rayonu, Xırdalan şəhəri, İcra Hakimiyyətinə işləri ilə əlaqədar getmiş, oradan çıxanda Cavidin yanında bir nəfərlə Çingizlə dalaşdıqlarını görüb onlara yaxınlaşmış və ətrafda olan şəxslərin köməkliyi ilə həmin dalaşan şəxsləri ayırmış, mübahisə ümumilikdə 20-25 dəqiqə müddətində davam etmiş və həmin vaxt ətrafda tanımadığı şəxslər mübahisənin şahidləri olmuşlar.Bundan sonra o, oradan öz işləri ilə bağlı çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş MTE və PA Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1153 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, sol göz almasının kontuziyası (əzilməsi), burunüstü nahiyənin, sol və sağ qulaq seyvanı nahiyələrinin, boyunun sol yan səthinin, sol bazunun qançırları, sağ baldır və sol diz nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə sorğu edilərkən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə sorğu edilərkən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan elekton məhkəmə informasiya sistemindən çıxarılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 üç azyaşlı uşağı vardır. İş materiallarında olan elekton məhkəmə informasiya sistemindən çıxarılmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 bir azyaşlı uşağı vardır. İş materiallarında olan şübhəli şəxsin tutlması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10.06. 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin Abşeron rayon prokuroru tərəfindən təmin edilməməsi barədə qərar verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin Abşeron rayon Pİ-in MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin, şahidin ifadələrini, işin digər materiallarını hərtərəfli, obyektiv, tam və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, cinayət əməli törətməsini etiraf etməmələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Onların özlərini təqsirli bilməməsinə dair ifadəsi zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, törətdiyi cinayətə görə ədalətli cəza almalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən AR CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxslərin şəxsiyyətini, belə ki, ilk dəfə cinayət törətmələrini,zərərçəkmiş şəxslə barışmalarını, həmçinin onlara təyin ediləcək cəzanın onların həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edir, ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab etməklə ədalətli sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdən, 12 iyun 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 4 gün hesablanmaqla,8 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhəbət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdən, 12 iyun 2023-cü il tarixədək tutulduğu 2 gün, 1 günə 4 gün hesablanmaqla, 8 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22(iyirmi iki) gün müddətə islah işləri saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə 20% məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il 6(altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə 20% məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 soğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhəbət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar