Məhkəmə qərarları › İş №1(012)-344/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-344/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-344/2021 15.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kəngərli və Partnyorları “ Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, 12 ünvanında yaşamış hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.1, 156.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, yəni özgəsinin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib talamaqla dələduzluq etmiş, həmçinin sonuncu ilə birgə yaşadıqları dövrdə onu qısqanclıq zəminində qanunsuz olaraq azadlıqdan məhrum etmiş, habelə ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə amansız rəftar edib, mütəmadi olaraq alçaltmaqla, həmçinin ona hədə-qorxu gəlməklə özünü öldürməyə cəhd həddinə çatdırmış, eləcə də onun şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən video və foto çəkiliş materiallarını qanunsuz olaraq ələ keçirməklə toplayıb, başqasına ötürməklə yaymışdır. Belə ki, o, 2020-ci ilin mart ayının sonundan başlayaraq iyun ayının əvvəllərinə kimi olan dövrdə qeyri-rəsmi münasibətdə olub birgə yaşadığı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun mülkiyyətində olan pul və qızıl zinət əşyalarının olduğunu bilib bu əmlakı aldatma yolu ələ keçirmək qərarına gələrək sonuncuya Türkiyə Respublikasına gedib, orada ailə həyatı quraraq birlikdə yaşayacaqlarını və bir müddət dolanışıqlarını təmin etmək üçün onlara pul lazım olacağını bildirərək sonuncunun mülkiyyətində olan pul və qızıl zinət əşyalarını bu məqsədlə etibarlı yerdə saxlamaq üçün ona verilməsini deyib əslində isə həmin pul və qızıl zinət əşyalarını saxlamaq niyyəti olmadan bu bəhanə ilə ələ keçirərək talamaq üçün Zərərçəkmiş şəxs ona 04.05.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H Əliyev prospekti, “Fresco” marketin binasında blok 2, mənzil 150-də sonuncuya məxsus saxlamaq üçün verdiyi ümumi dəyəri 5000 manat olan bir ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan çəkisi 35 qram təşkil edən boyunbağını, bir ədəd çəkisi 13 qram təşkil edən qızıl qolbağını, bir ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan ümumi çəkisi 8 qram təşkil edən üzərində at nalı formalı klonu olan boyunbağını, eyni əyyarlı, Rusiya istehsalı, ümumi çəkisi 12 qram təşkil edən bir cüt qotazlı qızıldan sırğa və üzükdən ibarət dəsti, eyni ilə Rusiya istehsallı, eyni əyyarlı qızıldan ortası göy ətrafına xırda ağ qaşlar düzülmüş çəkisi 6 qram təşkil edən bir cüt qızıl sırğa və onun bir ədəd üzüyünü, iki ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan qırmızı qaşlı çəkisi 8 qram təşkil edən üzüyü, bir ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan ortasında qızılgül asması (klonu) olan çəkisi 11,5 qram təşkil edən boyunbağını və 3000 manat nağd pulu valideynlərinin evində saxlamaq adı ilə alaraq ələ keçirib, həmin əmlakı etibarlı yerdə saxladığını bildirsə də, əvvəlcədən planlaşdırdığı kimi talamaqla zərərçəkmiş şəxsə ümumi məbləği 8000 manat təşkil edən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə birgə kirayədə yaşadıqları ünvan 2 ünvanında onunla ər-arvad münasibətində olmaqla ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs əvvəllər Şahid4 ilə də bir müddət qeyri-rəsmi ər-arvad münasibətində olduğunu bilib qısqanaraq Zərərçəkmiş şəxs Şahid4lə mobil telefon vasitəsi ilə əlaqə saxlamaqda əvvəlki münasibətlərini bərpa edəcəyindən ehtiyat edərək tanışlıqlarının ilk dövründə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Samsung A30” markalı mobil telefonunda olan Zərərçəkmiş şəxs Şahid4lə birgə çəkdirdiyi intim və özünün tək paltarsız çəkdirdiyi erotik görüntüləri əks etdirən “Whatsapp” sosial tətbiqi vasitəsi ilə, özünün ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “İphone” markalı mobil telefonuna Zərərçəkmiş şəxs xəbərsiz köçürməklə qanunsuz yolla ələ keçirib topladığı şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən video və foto çəkiliş materiallarını Zərərçəkmiş şəxs qarşı təhdid vasitəsi kimi istifadə edib dəfələrlə ona nümayiş etdirərək nalayiq ifadələr işlətməklə bununla şəxsiyyətini mütəmadi olaraq alçaltmış, eyni zamanda sonuncuya mütəmadi hədə-qorxu gələrək ondan Şahid4lə əvvəlki münasibətlərini bərpa edəcəyi təqdirdə bu görüntüləri yaxın və uzaq qohumlarına göndərərək rüsvay edəcəyini bəyan etməklə, habelə T. Bəşirovaya qarşı eyni niyyətlə, yəni ondan ayrılmaması üçün mütəmadi olaraq döyməklə və fiziki ağrılar yetirməklə müşayiət olunan zor göstərməsi səbəbindən onun təhdidlərindən yaxa qurtarmaq üçün ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs özünü öldürmək qərarına gəlib 2020-ci ilin may ayının ortalarında sol qolunu ülgüclə kəsərək özünə sol said nahiyəsinin aşağı 1/3-nin çapıq toxumalarının kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi ilə nəticələnən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmış, bu hadisədən sonra onun təhdidlərindən yaxa qurtarmaq məqsədi ilə 2020-ci ilin may ayının sonuncu on günlüyündə rəfiqəsi Şahid3 evinə qaçmış Zərərçəkmiş şəxs zəng edərək sonuncuya birgə yaşadıqları mənzilə qayıtmadığı və onunla birlikdə yaşamaqdan imtina etdiyi təqdirdə Şahid4 ilə arasındakı intim görüntüləri özündə əks etdirən videoları və foto çəkiliş materiallarını yayacağını bildirməklə yenidən hədələmiş, rüsvay olacağını düşünən Zərərçəkmiş şəxs geri qayıdaraq onunla yenidən həmin ünvanda birgə yaşamağa başladıqdan sonra o, 2020-ci ilin may ayının sonuncu on günlüyündən iyun ayının ilk günlərinə qədər olan vaxt ərzində Zərərçəkmiş şəxs yenidən mənzili tərk etməsinin qarşısını almaq məqsədilə hər dəfə mənzili tərk etdiyi təxminən bir saat vaxt müddətində özünün gətirdiyi zəncir və qıfılla ayağından mənzilin yataq otağındakı istilik radiatoruna bağlamaqla Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək hüququnu tam məhdudlaşdıraraq onu qanunsuz olaraq azadlıqdan məhrum etmişdir. Bundan başqa o, tanışlıqlarının ilk dövründə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə ilə istifadə etdiyi “Samsung A30” markalı mobil telefonunda olan Zərərçəkmiş şəxs Şahid4lə birgə çəkdirdiyi intim və özünün tək paltarsız çəkdirdiyi erotik görüntüləri əks etdirən “Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “İphone” markalı mobil telefonuna Zərərçəkmiş şəxs xəbərsiz köçürməklə qanunsuz yolla ələ keçirib topladığı şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən 04 ədəd video və 07 ədəd foto çəkiliş materiallarını 05 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs birgə yaşadıqları mənzildən qaçaraq birdəfəlik onunla əlaqəsini kəsdiyinə görə sonuncunu əvvəllər etdiyi təhdidi icra edərək 20.09.2020-ci il tarixdə “Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “İphone” markalı mobil telefonundan Zərərçəkmiş şəxs bacısı oğlu Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə etdiyi “Samsung” markalı mobil telefona göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video və foto çəkiliş materiallarını rüsvay etmək məqsədi ilə qanunsuz olaraq yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilməmiş, lakin ona elan edilən ittihamın digər hissəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.1999-cu il tarixdə Şamaxı rayonunun Qaleybuğurd kəndində anadan olmuş, 2013-cü ildən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, 2018-ci ildən isə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs 2020-ci ilin mart ayından tanımışdır. 21 mart 2020-ci il tarixdə sonuncunun nömrəsinə 051 302 04 02 saylı mobil telefon nömrəsinə səhvən zəng etmişdir. Tahirəyə səhv zəng etdiyini bildirsə də sonuncu onun harada işlədiyini, yaşı və başqa şəxsi suallar verərək onunla maraqlanmışdır. Tahirəyə adının Yusif olduğunu, 28 May metrostansiyası yaxınlığında köşkdə işlədiyini bildirmişdir. Həmin vaxt Tahirənin azyaşlı oğlu şokolad istədiyini bildirdikdə Tahirəyə şokolad gətirəcəyini deyib ondan harada yaşadığını soruşduqda o, Xırdalan şəhərində yaşadığını bildirmişdir. Tahirənin dəqiq ünvanını öyrəndikdə axşam saatlarında Xırdalan şəhəri, Fresco marketin yerləşdiyi binaya getmiş, həmin gün Tahirənin yaşadığı mənzilə qalxmamış və yalnız şokoladı verdikdən sonra geri qayıtmışdır. Həmin vaxt Tahirənin azyaşlı oğlu Məzahir də onunla birlikdə olmuşdur. Bir gün sonra Tahirə yenidən ona zəng edərək pivə almağını və onların mənzilinə gəlməyini istəmişdir. Tahirə ilə razılaşmış və axşam saatlarında işdən çıxıb pivə alaraq Tahirənin yaşadığı mənzilə getmiş, Tahirə ilə spirtli içki qəbul etdikdən sonra könüllü surətdə onunla cinsi əlaqədə olmuşlar. Səhər Tahirənin yanından çıxaraq işə getmişdir. Həmin gün günorta saatlarında Tahirə yenidən zəng edərək evinə dəvət etmiş və bir neçə çatışmayan şeylərin olduğunu demişdir. Tahirəyə lazım olan şeyləri aldıqdan sonra yenidən Tahirənin yanına getmişdir. Bundan sonra Tahirə ilə mütəmadi görüşməyə başlamış və bu görüşlərində cinsi əlaqədə də olmuşlar. Tanış olduqdan təxminən 10 gün sonra tanımadığı bir oğlan onu Tahirənin mənzilinin qarşısında gördükdə ondan kim olduğunu soruşduqda sonuncu Tahirənin bibisi oğlu Nahid olduğunu demişdir. Nahidin hərəkətlərindən yalan dediyini başa düşmüş və daha sonra Tahirədən bunun nə məsələ olduğunu soruşduqda sonuncu Nahidin əslində bibisi oğlu yox, yaşadığı oğlan olduğunu demişdir. X5 əlində intim videolarının olduğunu və sonuncunun bu videolara görə onu şantaj etdiyini dedikdə bu səbəblə Nahidlə telefon əlaqəsi saxlayaraq onun bu hərəkətlərinə son qoyması üçün söhbət etmək məqsədi ilə Bakı şəhərinə gələndə onunla əlaqə saxlamasını istəmişdir. Bundan təxminən bir həftə sonra saat 22 radələrində mənzilin eyvanından Nahidin 7-8 adamla gəldiyini görmüş, həmin vaxt Tahirə orada olmamış, Nahidin tək bloka girdiyini görüb Nahidin gələn adamlara onu döydürmək istədiyini başa düşmüş və mənzildən çıxaraq liftin yanında gizlənmişdir. Nahid liftdən çıxan vaxt sonuncunun çənəsindən sol qolu ilə bir yumruq vurmuş, Nahid yıxılmış və uzandığı yerdə qalmışdır. Bundan sonra aşağı düşmüş və Nahidin yanında gələnlər onu tanımadığı üçün yaşadığı evə getmişdir. Bu hadisələr Tahirə ilə onu narahat etdiyi üçün Nahidi döydükdən təxminən beş gün sonra Masazır kəndi, Qurtuluş-93 yaşayış massivində yerləşən iki otaqlı mənzilə köçmüş, bir ay, yəni 04 may 2020-ci il tarixdən 04 iyun 2020-ci il tarixədək həmin mənzildə yaşamışlar. Yaşadıqları dövrdə Tahirə ilə çox yaxşı yola getmiş və sonuncunun övladına da qayğı göstərmişdir. 04 iyun 2020-ci il tarixdə isə Tahirə valideynlərinə zəng edərək onları yaşadıqları mənzilə dəvət etmişdir. Valideynlərinin, yəni atası İntiqamın və anası Naminənin Tahirə ilə yaşamasından xəbərləri olmamışdır. Bu səbəbdən Tahirəyə özbaşına belə bir hərəkət etdiyinə görə sonuncuya iki dəfə şillə vurmuş və həmin evdən çıxmışdır. Həmin gün yaşadığı evə getmişdir. Evə qayıtdıqda isə Tahirəni və onun əşyalarını evdə görməmişdir. Tahirəyə zəng etsə də sonuncu zənglərinə cavab verməmiş, ondan sonra Tahirəni görməmişdir. 08 dekabr 2020-ci il tarixdə onu Zabrat yolunun sonunda karantin postunda saxlayıb şəxsiyyət vəsiqəsini tələb etdikdə şəxsiyyət vəsiqəsini vermiş, polis əməkdaşı onun sənədinə baxıb barəsində axtarış olduğunu dedikdə şəxsiyyət vəsiqəsini polis əməkdaşında qoyub avtomobil vasitəsi ilə oradan qaçmışdır. 18 yanvar 2021-ci il tarixdə isə dostunun “KHAZAR” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən Lökbatan qəsəbəsində 5 nəfər polis əməkdaşı yaxınlaşaraq onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. O, Zərərçəkmiş şəxs ifadəsində dediklərinin qismən yalan olduğunu bildirərək Tahirəni döymədiyini, özünü öldürmək həddinə çatdırmadığını, ailə kimi Türkiyə Respublikasına köçüb güzaranlarını qurmaq üçün onun ümumi dəyəri 5000 manat olan 01 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan çəkisi 35 qram təşkil edən boyunbağını, 01 ədəd çəkisi 13 qram təşkil edən qızıl qolbağını, 01 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan ümumi çəkisi 8 qram təşkil edən üzərində at nalı formalı klonu olan boyunbağını, eyni əyyarlı, Rusiya istehsalı, ümumi çəkisi 12 qram təşkil edən 01 cüt qotazlı qızıldan sırğa və üzükdən ibarət dəsti, eyni ilə Rusiya istehsallı, eyni əyyarlı qızıldan ortası göy ətrafına xırda ağ qaşlar düzülmüş çəkisi 6 qram təşkil edən 01 cüt qızıl sırğa və onun 01 ədəd üzüyünü, 02 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan qırmızı qaşlı çəkisi 8 qram təşkil edən üzüyü, 01 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan ortasında qızılgül asması (klonu) olan çəkisi 11,5 qram təşkil edən boyunbağını və 3000 manat nağd pulu ondan aldığını, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “Samsung A30” markalı mobil telefonunda olan Zərərçəkmiş şəxs Şahid4lə birgə çəkdirdiyi intim və özünün tək paltarsız çəkdirdiyi erotik görüntüləri əks etdirən “Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi “İphone” markalı mobil telefonuna Zərərçəkmiş şəxs xəbərsiz köçürməklə dörd ədəd video və yeddi ədəd foto çəkiliş materiallarını 05 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs birgə yaşadıqları mənzildən qaçaraq birdəfəlik onunla əlaqəsini kəsdiyinə görə sonuncunu əvvəllər etdiyi təhdidi icra edərək 20.09.2020-ci il tarixdə “Whatsapp” sosial tətbiqi vasitəsilə özünün ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “İphone” markalı mobil telefonundan Zərərçəkmiş şəxs bacısı oğlu Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə etdiyi “Samsung” markalı mobil telefona göndərdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Qəbələ rayonunda anadan olmuş, 1994-cü ildə kənd orta məktəbin 8-ci sinfini bitirib 1997-ci ildə X2 ilə ailə qurmuş və Xırdalan səhərində yaşamağa başlamışlar. 1998-ci ildə bu rəsmi nikahdan Rəhimə adlı qızı anadan olmuş, 2011-ci ildə Şakirdən boşanıb qızı Rəhimə ilə Xırdalan şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, boşandığı ildə əslən Lənkəran şəhərindən olan 1959-cu il təvəllüdlü Şahid1 ilə ailə münasibətində olmuş, həmin münasibətdən 2014-cü ildə Məzahir adlı oğlu doğulmuşdur. Şəmsəddin oğlunun atalığını qəbul etmişdir. Qızı Rəhimə 2017-ci ildə Şahid2 Əbdülxaliq oğlu ilə ailə qurduqdan sonra Xırdalan şəhərində başqa ünvanda yaşamağa başlamışdır. Şəmsəddin Nurullavevlə təxminən iki il olar ki ayrılmışdır. Oğlu Məzahir himayəsində yaşadığı üçün Şəmsəddin ata kimi tez -tez Məzahirə baş çəkib ona aliment verməklə digər ehtiyaclarını təmin etmiş, onunla münasibətləri normal olmuşdur. Şəmsəddindən ayrılandan az sonra Astara rayonu, Cəngərədi kəndindən olan 1987-ci il təvəllüdlü Şahid4 İmamverdi oğlu ilə görüşməyə başlamış, maddi durumu çətin olduğundan hər ay yaşadığı evin kirayə pulunu Nahid ödəmiş və onu maddi cəhətdən tam təmin etmişdir. Nahid Astara rayonunda yaşasa da, işi Bakı şəhəri ilə əlaqədar olduğundan ayda 5-6 dəfə şəhərə gəlmişdir. Hər dəfə gələndə 3-4 gün, bəzən 10 gün onunla qalmışdır. 22.03.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna tanımadığı ***- ***-**-** saylı mobil telefon nömrəsindən zəng daxil olmuş, zəngə cavab verdikdə adını və səsini tanımadığı kişi cinsli şəxs səhv zəng etdiyini deyib üzr istəyərək telefonu söndürmüşdür. Təxminən beş dəqiqədən sonra həmin şəxs təkrar zəng edib «hacı» olduğunu onu bacı gözündə gördüyünü pis fikirlə zəng etmədiyini bildirdikdə onu dinlədikdən sonra telefonu söndürüb həmin nömrəni bloka atmışdır. Üstündən 5-10 dəqiqə keçməmiş tanımadığı başqa nömrədən yenə zəng gəlmiş, cavab verərkən özünü «hacı» kimi təqdim edən şəxsin zəng etdiyini bilmişdir. Telefona cavab verdikdə həmin şəxs “bilirəm məni bloka atmısan, bu mənə pis təsir etdi, mənim də evdə anam-bacım var, sən də anam-bacımın biri, mən sənə pis fikirlə zəng etmərəm” demişdir. Sonra özündən danışıb demişdir ki, kişi həyatı sürür, atası polis rəisidir, nə kömək lazım olsa hər an kömək etməyə hazırdır, bir neçə adamın batmış borcunu qaytartmışdır. Səhəri həmin səxs növbəti dəfə zəng edəndə onun adını soruşduqda özünü Təqsirləndirilən şəxs kimi təqdim edib market işlətdiyini, kifayət qədər pul qazanıb yaxşı dolandığını deyərək idarə etdiyi xeyli bahalı xarici avtomobillərin şəkillərini mobil telefonuna göndərmişdir. Son dərəcə təmkinli və inandırıcı danışdığından sözlərinə inanıb onunla tanışlığına sevinmişdir. Təqsirləndirilən şəxs iki gün mobil telefonda onunla bir neçə dəfə danışdıqdan sonra görüşməklərini təklif etdikdə Xırdalan şəhərindəki parkda görüşmüşlər. Yusif ona və oğlu Məzahirə diqqət və qayğı göstərmiş, yaşadığı ünvanı öyrənib getmişdir. Tanışlıqlarının üçüncü günü Yusif kirayədə yaşadığı Xırdalan şəhəri, H Əliyev prospektində yerləşən “Fresco” marketin binasında blok 2, mənzil 150-yə gəlmiş, Yusif ondan xoşu gəldiyini və onunla ailə qurmaq fikrində olduğunu demişdir. Yusifin yaşını soruşduqda sonuncu 1999-cu il təvəllüdlü olduğunu bildirmişdir. Aralarında 21 yaş fərq olduğunu, Yusiflə ailə qura bilməyəcəyini dedikdə Yusif onun bu cavabından guya pis olmuş, buna baxmayaraq həmin gün yəni, 25.03.2020-ci il tarixdə kirayədə yaşadığı evdə onun razılığı əsasında Yusiflə cinsi əlaqədə olmuş, səhəri gün isə o, çıxıb getmişdir. İlk görüşlərindən sonra Yusifdən qorxmuş, bu səbəbdən Yusiflə bir daha görüşməmək məqsədi ilə 26.03.2020-ci il tarixdə guya Qəbələ rayonuna getdiyini, gələndə isə Bakı şəhərində xalasının evinə köçəcəyini bildirmiş və qapının yanına əşyalarını düzərək şəklini çəkib Yusifə atmışdır. Yusifin həmin ünvandan köçdüyünü yəqin edib arxasınca gəlməyəcəyini düşünmüşdür. Yusifin mobil telefonuna şəkil atarkən Nahid gəlmiş, nə baş verdiyini kimə şəkil atdığını soruşmuş, ona Yusif adlı birisi ilə tanış olduğunu, Yusifin ona evlilik təklif etdiyini desə də sonuncu ilə cinsi əlaqədə olduğunu gizlətmişdir. Nahid söylədiklərindən əsəbləsmiş, buna baxmayaraq Nahidlə birlikdə həyətə düşdükdə binanın qabağında Yusiflə rastlaşmış, o, Nahidin kim olduğunu hara getdiyini soruşduqda Nahidi Yusifə dayısı oğlu kimi təqdim etmiş, anası xəstə olduğu üçün Nahidlə rayona gedəcəyini dedikdə Yusif də rayona gəlmək istədiyini bildirmiş, o, Nahidlə kəndə gedəcəyini təkrar etmiş, bu zaman aralarına mübahisə yaranmışdır. Xeyli söhbətdən sonra Yusif onu tapmaq lazım olsa soruşmaq üçün qardaşının nömrəsini istədikdə qardaşı Anarın mobil telefon nömrəsini Yusifə vermiş, bundan sonra Yusif çıxıb getmiş, həmin gün axşam Nahid onu oğlu Məzahirlə birlikdə Astara şəhərinə aparmış, orada ev kirayə edərək onunla 10 gündən artıq qalmışdır. Bu müddət ərzində mobil telefonunu söndürdüyü üçün Yusif onunla telefon əlaqəsi saxlaya bilməmiş, ona görə qardaşı Anara zəng edərkən o Yusifin onu narahat etdiyini bildirmişdir. Qardaşı ilə danışdıqdan sonra mobil telefonunun nömrəsini aktivləşdirib Yusifə zəng etmiş, nə üçün onu axtardığını soruşmuşdur. Yusif onunla görüşüb söhbət etmək istədiyini dedikdə Yusifə Nahidin dayısı oğlu deyil əslində sevgilisi olduğunu və hazırda sonuncu ilə Astarada bir yerdə istirahət etdiyini bildirmiş, Yusif isə onunla görüşüb münasibətlərini aydınlaşdırdıqdan sonra onu və ailəsini bir daha narahat etməyəcəyini vəd edib Xırdalana qayıtmağını xahiş etmişdir. 08.04.2020-ci il tarixdə Xırdalan şəhərinə kirayə yaşadığı evə gəldikdə Nahid həmin evin kirayə pulunu vermişdir. Evinə çatdıqda evin giriş qapısının dəstəyinin sınıq olduğunu görüb Şəmsəddinə zəng edib qapını açmaqda kömək göstərməsini xahiş etmişdir. Sonuncu gəlib qapını açmış, həmin gün axşam saatlarında qorxduğu üçün Yusifə zəng edib sonuncunu söhbət etmək üçün evə dəvət etmişdir. Yusif gəlmiş, söhbət zamanı nə üçün ondan qaçdığını soruşduqda Nahidin əslində dayısı oğlu deyil sevgilisi olduğunu, artıq iki ilə yaxın olar ki Nahidlə ər-arvad münasibətində yaşadığını və son bir neçə günü Astarada Nahidlə bir yerdə qaldığını təkrar Yusifə izah etdikdə Yusif onu bu vəziyyətdə də qəbul etdiyini və rəsmi nikaha daxil olmaq istədiyini desə də Yusifin təklifini rədd etmişdir. Yusif bundan sonra əgər ondan imtina etsə, onda olan Nahidlə intim münasibətinin video görüntülərini, müxtəlif pornoqrafik şəkillərini ailə üzvlərinə göndərəcəyini, daha sonra sosial şəbəkədə yayacağını bildirdikdə onunla razılaşmağa məcbur olmuşdur. Yusif mənzilin qapısını açarla bağlayıb açarı cibinə qoymuş, istifadəsində olan “Samsung A30“ markalı mobil telefonunu əlindən alaraq “sən mənimsən, başqa heç kimin ola bilməzsən, Nahid sənə yaxın gələ bilməz!” demişdir. Həmin gündən aprel ayının sonunadək birlikdə həmin mənzildə yaşamışlar. Yusif mobil telefonunu özündə saxlayıb kodunu dəyişmiş, telefonuna daxil olub oradakı SMS-ləri oxuyaraq şəkillərə baxmışdır. Mobil telefonunda şəxsi və ailə həyatının sirri olan xeyli məlumatlar, video və foto şəkillər olmuşdur. Yusiflə yaşadığı müddətdə “Samsung Galaxy A30” markalı mobil telefonundan heç kəsin görüb bilməyini istəmədiyi 04 ədəd Nahidlə intim münasibətdə olarkən mobil telefonuna çəkdiyi videonu, eyni zamanda özünə aid olan erotik foto şəkilləri ondan icazəsiz “Whatsapp” tətbiqi vasitəsi ilə özünün “İphone” markalı mobil telefonuna göndərmişdir. Yusifin hər sözünə diqqətlə yanaşıb sonuncuya nəvaziş göstərərək onda özünə qarşı inam və etibar yaratmış, nəticədə mobil telefonunun kodunu və evin açarını harada gizlətdiyini öyrənmişdir. 28.04.2020-ci il tarixdə Yusif araq alıb birliklə içməyi təklif etdikdə Yusifin bu təklifi ilə razılaşmış, o, qapını bağlayıb marketə gedərək araq alıb qayıtmışdır. Şam edib birgə araq içmişlər. Yusif spirtli içki çox qəbul etdiyindən sərxoş olub yatdıqdan sonra onun yatmağından istifadə edib saat 22 radələrində evdə özünə məxsus olan ümumi dəyəri 5000 manat olan 01 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan çəkisi 35 qram təşkil edən boyunbağını, 01 ədəd çəkisi 13 qram təşkil edən qızıl qolbağını, 01 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan ümumi çəkisi 8 qram təşkil edən üzərində at nalı formalı klonu olan boyunbağını, eyni əyyarlı, Rusiya istehsalı, ümumi çəkisi 12 qram təşkil edən 01 cüt qotazlı qızıldan sırğa və üzükdən ibarət dəsti, eyni ilə Rusiya istehsallı, eyni əyyarlı qızıldan ortası göy ətrafına xırda ağ qaşlar düzülmüş çəkisi 6 qram təşkil edən 01 cüt qızıl sırğa və onun 01 ədəd üzüyünü, 02 ədəd Rusiya istehsalı, 583 əyyarlı qızıldan qırmızı qaşlı çəkisi 8 qram təşkil edən üzüyü, 01 ədəd İtalyan istehsalı, 750 əyyarlı qızıldan ortasında qızılgül asması (klonu) olan çəkisi 11,5 qram təşkil edən boyunbağını, sənədləri, geyim əşyalarını və mobil telefonunu götürüb həyətə düşərək Şəmsəddinə zəng edərək onu çağırıb həmin qızılları ona vermiş, onları saxlamağı xahiş etmişdir. Şəmsəddin qızılları götürmüş, xahişinə görə oğlu Məzahirlə birlikdə onu Xırdalan şəhərində yaşayan Validə adlı rəfiqəsinin evinə qoyub çıxıb getmişdir. Bundan sonra Nahidə zəng edib Yusifin əlindən qaçıb Validəgilə gəldiyini, Yusifin isə sərxoş olub bunu bilmədiyini dedikdə Nahid son bir neçə gündür yaşadığı evin ətrafında gəzib dolanmaqla onu görmək istədiyini, amma görə bilmədiyini demişdir. Az sonra Nahid Validəgilə gəlib dostları ilə gəldiyini, onlarla birlikdə evinə gedib Yusifi evdən çıxaracaqlarını bildirmişdir. Bu məzmunda söhbət edərkən qızı Rəhimənin əri Elmanın mobil telefonundan zəng gəlmiş, cavab verəndə zəng edən şəxsin Yusif olduğunu bilmişdir. Yusif “evdən getmisən, kürəkənini tapıb evə gətirmişəm, əgər evə qayıtmasan sənin məndə Nahidlə intim münasibətdə olduğun video çəkilişləri, pornoqrafiq şəkilləri və səs yazılarını ailə üzvlərinə yollayıb, daha sonra sosial şəbəkədə yayıb səni rüsvay edəcəyəm” demişdir. Nahid Elmanla danışıb dostları ilə Yusifin yanına gəlib məsələni aydınlaşdırıb həll edəcəyini demiş və Yusifin yanına yollanmışdır. Nahidi tək buraxmayıb sonuncu ilə birlikdə getmişdir. Nahidin yanında gələn tanımadığı iki nəfər də onlarla getmişdir, evə çatarkən Yusif orada olmamışdır. Yusifin Nahidin oraya tək gəlmədiyini eşidib mənzili tərk etdiyini başa düşmüşlər. Ona görə Nahid dostlarını yola salmağa getmişdir. Amma bir neçə dəqiqədən sonra binanın blokunda Nahidin vahiməli qışqırıq səsini “Yusif eləmə” dediyini eşitmişdir. Nahid mənzilə gələrkən ağzından qan axdığını görmüşdür. Nə baş verdiyini soruşduqda Nahid Yusifin əslində blokda yuxarı mərtəbədə gizlənib onları izlədiyini, dostlarını yola salıb qayıdarkən Nahidə pilləkənlərdə hücum edib onu yumruqla vurub qaçdığını demişdir. Nahidin ağzının qanını silib ondan evdən getməsini xahiş etdikdən sonra Nahid getmişdir. Səhəri tanımadığı mobil telefon nömrəsindən zəng gəlmiş, cavab verərkən Yusifin olduğunu bilmişdir. Yusif “gördün? Nahidi vurmuşam, indi də gedib qızın Rəhiməni öldürəcəm” sözlərini demişdir. Yusifə yalvarıb ondan nə istədiyini soruşduqda sonuncu cavabında “sən mənim olmalısan” demişdir. Yusifin artıq azğınlaşdığını, uşaqlarına qarşı hər bir hərəkəti etməyə qadir olduğunu yəqin edib sonuncu ilə birgə yaşamağa razılıq vermiş və qızı ilə işinin olmamasını xahiş etmişdir. Yusif bundan sonra başqa ev tapıb həmin ünvana köçərək ünvanı Nahidə deməməyi tapşırmışdır. Bu müddət ərzində Yusif qızıl zinət əşyalarının Şəmsəddində olduğunu bilmişdir. Yusif “biz bir ailəyik” deyib Şəmsəddinə saxlaması üçün verdiyi qızılları geri almağı tələb etdikdə Şəmsəddinə zəng edib qızılları gətirməsini demişdir. 04 may 2020-ci il tarixdə Şəmsəddin ona verdiyi yuxarıda adlarını qeyd etdiyi qızıl-zinət əşyalarını gətirib Xırdalan şəhərində yerləşən “Fresco" marketin binasındakı kirayədə yaşadığı mənzildə Yusifin yanında ona qaytarmışdır. Qızılları Şəmsəddindən alıb yanında dayanan Yusifə vermiş, sonuncu da qızılları alıb cibinə qoymuşdur. Həmin gün Yusif “bir ailəyik, mənim malım-pulum sənin, sənin malın-pulun mənimdir” demişdir. Həmçinin Yusif həmin gün onun 3000 manat pulunu da alaraq birlikdə Türkiyə Respublikasına gedəcəklərini, birlikdə orada yaşayacaqlarını və bunun üçün də pul lazım olduğunu demişdir. 04.05.2020-ci il tarixdə Yusif ilə birlikdə onun kirayə tapdığı ünvan 5 ünvanına köçmüşlər. Təxminən bir ay həmin mənzildə Yusiflə birlikdə yaşamışdır. Həmin müddətdə Yusif onu mütəmadi şillə-təpiklə döyüb üzərinə bıçaq çıxararaq bunu mobil telefonuna çəkmişdir. Birgə yaşadıqları müddət ərzində Yusif onu mütəmadi döymüş, söyüş söyərək təhqir etmiş, daima ləyaqətini alçaltmışdır. Yusif onun pullarını və qızıllarını aldığından, həmçinin azadlığını məhdudlaşdırdığından, qeyri rəsmi yaşadıqları dövrdə Yusifin ondan həyatı boyu əl çəkməyəcəyi qənaətinə gələrək intihar etmək qərarına gəlmiş, bu məqsədlə 2020-ci ilin may ayının ortalarında tarixini xatırlamadığı gündə günorta saatlarında Yusif başqa otaqda olarkən ülgüc ilə sol qolunun bilək hissəsini iki dəfə kəsdikdə o, bunu görüb ülgücü dərhal əlindən almış, qoluna sarğı qoyub tibbi yardım göstərərək ev şəraitində qulluq etməyə başlamışdır. Buna baxmayaraq intihar etmək üçün həmin gün evdə müxtəlif həblər də qəbul etmişdir, Yusif dərman içdiyini görüb onları ağız boşluğundan çıxartmışdır. Yusif onu gözdən qoymadığı üçün hər iki cəhdi uğursuz olmuşdur. Səhəri gün səhər saatlarında Yusifin evdə olmadığın istifadə edib evdən qaçıb rəfiqəsi Validəgilə getmişdir. Yusif evə qayıdıb onu görmədikdə zəng edib əlində olan onun intim görüntülərini özündə əks etdirən videoları və foto çəkiliş materiallarını qohumlarına göndərəcəyi ilə hədələyib onu kirayə yaşadıqları mənzilə qaytarmışdır. Onun evdən onsuz çıxmasını və ya qaçmasını əngəlləmək üçün zəncir və qıfıl almış, evdən tək çıxıb harasa gedərkən zənciri ayağına və ya qoluna keçirib onu evdə istilik radiatoruna bağlamışdır. Yusif mənzildən çıxdıqda təxminən bir saata qayıdıb gəlmiş, evə gəldikdə isə onun ayağını açmışdır. Beləliklə, 2020-ci ilin may ayının sonlarından 05 iyun 2020-ci il tarixədək Yusiflə bir evdə bu qaydada yaşamışdır. Yusif daha sonra pandemiya ilə bağlı karantin müddətində gedib Şamaxıda qalmağı, pandemiya dövrü başa çatıqda qızıl və pulları götürüb Türkiyəyə gedib orada işləyib yaşamağı təklif etdikdə əslində həmin təkliflə razı olmasa da sonuncunun əlindən qaçmaq üçün yalandan ona razı olduğunu bildirmişdir. Yusif həmin gün kirayə yaşadıqları evdəki onlara məxsus məişət əşyalarını atası evinə aparmasından istifadə edib geyim əşyalarını götürüb Nahidə zəng edərək Yusifin indi də onu Şamaxıya aparmaq istədiyini, ona görə evdən qaçdığını demiş, Nahid Astara rayonuna onun yanına gəlməyini təklif etdikdə pulunun olmadığını bildirdikdə isə taksiyə minib rayona gəlməyini, taksinin pulunu özü verəcəyini söyləmişdir. Bundan sonra “0404” taksi xidmətinə zəng edib sifariş verdiyi taksi ilə Astara rayonuna gedərkən Nahid Salyan rayonunda onu qarşılayıb idarə etdiyi avtomobilə mindirmişdir. 05.06.2020-ci il tarixdən 10.06.2020-ci il tarixədək Astara rayonunda Nahidlə birlikdə yaşamışdır. Daha sonra Yusifin onu aldadaraq ələ keçirdiyi qızıl zinət əşyalarını və pulları öz ehtiyacları üçün xərclədiyini, Yusifin 2020-ci ilin sentyabr ayında Yusifin Nahidlə olan intim münasibətini əks etdirən videonu, həmçinin Nahidlə olan şəxsi şəkillərini bacısı oğlu Şahid5 mobil telefonuna “Whatsapp” vasitəsi ilə göndərərək onu qohumları arasında rüsvay etdiyini öyrəndikdə onun hərəkətindən Abşeron rayon Pİ-nə şikayət etdiyini göstərdi. O, məhkəmə baxışında notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə Vəfa adlı qohumu vasitəsi ilə tanış olmuş və həmin ildən 2018-ci ilədək sonuncu ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Bu münasibətdən 2014-cü il təvəllüdlü Məzahir Nurullayev adlı oğlu anadan olmuşdur. 2019-cu ilin may ayına kimi Tahirənin kirayə ev pulunu və bütün ehtiyaclarını qarşılamışdır. Lakin 2019-cu ilin may ayında Tahirənin başqa bir kişi ilə münasibət saxladığını öyrəndiyindən onunla əlaqəsini kəsmişdir. Tahirə oğlu Məzahirin saxlanması üçün aliment ödəməsi üçün Abşeron rayon Məhkəməsində iddia qaldırmış, Abşeron rayon Məhkəməsinin qərarı ilə hər ay 160 manat aliment ödəmişdir. 2019cu ilin may ayından sonra yalnız Məzahirə görə Tahirə ilə görüşmüşdür. Tez-tez Məzahirə baş çəkmiş, onun halı ilə maraqlanmış və onu gəzdirmişdir. Ondan sonra Tahirənin Nahid adlı birisi ilə münasibətdə olduğunu öyrənmişdir. 2020-ci ilin aprel ayında Tahirə zəng edərək Təqsirləndirilən şəxs adlı birisi ilə tanış olduğunu və onunla evlənəcəyini demişdir. Tahirə həmçinin Yusifə məcburi ilişdiyini və sonuncunun müxtəlif orqanlarda müxtəlif vəzifələrdə işləyən qohumlarının olduğunu və sonuncunun Tahirədən əl çəkməyəcəyini bildirmişdir. Məzahirin gələcək vəziyyətindən narahat olduğu üçün Tahirənin Xırdalan şəhərində yerləşən kirayə yaşadığı mənzilə getmiş və Yusifi də ilk dəfə orda görmüşdür. Sonuncu 20-22 yaşlarında, saqqallı cavan oğlan olmuşdur. Yusif Tahirə ilə fikrinin ciddi olduğunu evləndikdən sonra isə Türkiyə Respublikasına gedəcəklərini bildirmiş, söhbət əsnasında isə Tahirə heç bir söz deməmişdir. Məzahirdən narahat olduğunu bildirdikdə Yusif Məzahiri ona verdikdən sonra Türkiyəyə gedəcəklərini demişdir. Bundan sonra arxayın olmuşdur. Təxminən 10-15 gün sonra Tahirə ilə Xırdalan şəhəri “Fresco” Marketin yanında görüşəndə Tahirə Məzahiri ona vermiş və Məzahirin paltarları arasında bükülünün içində qızıllarının olduğunu və Yusifin onları oğurlamasından qorxduğu üçün verdiyini bildirəndə o, Tahirənin yanında dəsmala bükülmüş vəziyyətdə olan qızılları onun gözünün qabağında açakən qızılların təxminən 160-170 qram çəkidə olduğunu görmüşdür. Bükülünü götürmüş və yaşadığı mənzilə aparmışdır. Yusif və Tahirə birlikdə yaşadıqları dövrdə Məzahir çox vaxt onun yanında qalmışdır. Məzahiri bəzən Tahirə, bəzən Yusif, bəzən hər ikisi gətirmiş, bəzən də Məzahiri onun yanına taksi vasitəsi ilə tək göndərmişlər. 03 may 2020-ci il tarixdə saat 16 radələrində Tahirə zəng edərək qızılları istədikdə bugün vaxtı olmadığını, bir gün sonra saat 11-12 radələrində onların yaşadıqları mənzilə gələrək qızılları təhvil verəcəyini demişdir. 04 may 2020-ci il tarixdə saat 11 radələrində Tahirə və Yusifin kirayədə yaşadıqları birinci mərtəbədə “Fresco” Market yerləşən binadakı mənzilə getmiş və orada qızılları Tahirəyə vermişdir. Tahirə qızılları aldıqdan sonra bükülünü Yusifə verdikdə sonuncu qızılları cibinə qoymuşdur. Həmin vaxt onlar başqa bir yerə köçəsi olmuşlar. Yusif Badamdar qəsəbəsində dördmərtəbəli villaları olduğunu və həmin evi Tahirənin də gördüyünü bildirmişdir. Tahirə də başı ilə bunu təsdiqləmişdir. Məzahirin vəziyyəti ilə maraqlandıqda onlar telefon əlaqəsi saxlayacaqlarını demişlər. Daha sonra onlarla sağolaşaraq işinin dalınca getmişdir. Bundan 3-4 gün sonra Yusif Tahirənin mobil nömrəsi vasitəsi ilə zəng edərək Məzahiri gəlib götürməyini xahiş etmişdir. Tahirə və Yusif Məzahirlə birlikdə avtomobil ilə Xırdalan şəhərinə gəlmiş və Məzahiri təhvil vermişlər. Məzahir hər dəfə yanına gəldikdə 10-15 gün onunla birlikdə qalmışdır. Yusif və Tahirə birlikdə olduqları dövrdə sonuncunun mobil telefonu Yusifdə olmuşdur. 2020-ci ilin iyun ayının əvvəllərində Tahirə tanımadığı nömrədən zəng edərək taksi ilə iş yerinə gəldiyini və taksi pulunu ödəyəcək pulu olmadığını demiş, Tahirə gəldikdən sonra taksi pulunu ödəmişdir. Tahirə Yusiflə “Qurtuluş-93” yaşayış massivində birlikdə yaşadığını, birlikdə yaşadıqları dövrdə Yusifin ona zəncir vuraraq evdə bağladığını deyib bunu əks etdirən videonu göstərmişdir. Həmçinin Tahirə fürsət tapanda Yusifin yanından qaçdığını demişdir. Tahirə iki gün işlədiyi sexdə qalmış, daha sonra Tahirə rəfiqəsigilə getmiş, həmin müddət ərzində Məzahir onun yanında olmuşdur. Tahirənin fürsət tapdıqda qaçaraq rəfiqəsi Validəgilə gəldiyini öyrənmişdir. Tahirənin şikayəti əsasında Abşeron RPİ-də izahat da vermişdir. Şahid1 ifadəsində Tahirəyə məxsus qızıl-zinət əşyalarını onun yanında Yusifə verdiyini, 3000 manat pulun Yusif tərəfindən ələ keçirilməsi barədə isə daha sonra məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ayağının kombi aparatına zəncirlə bağlı vəziyyətdə olan videosunu görmüşdür. Onun qolunu kəsərək intihara cəhd etməsi barədə isə daha sonra eşitmişdir. 17 sentyabr 2020-ci il tarixdə isə Tahirə xeyli sayda dərman içərək intihara cəhd etmiş, həmin vaxt onunla X7 Toksikologiya şöbəsinə getmişdir. Tahirə intihara cəhd etməmişdən əvvəl ona zəng edərək bankda pulu olduğunu və həmin pulun qızı Rəhiməyə çatdırmağını xahiş etmişdir. Daha sonra isə Yusifin intim videolarını və şəkillərini yaydığını demişdir. O, Tahirənin kirayə yaşadığı mənzilə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Əbdulxalıq oğlu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır. Belə ki, sonuncunun qızı X3 ilə 2017-ci ildə ailə həyatı qurmuş, bu nikahdan bir oğlu 2019-cu il təvəllüdlü Xaliq dünyaya gəlmişdir. Onların Tahirə ilə münasibətləri həmişə normal olmuşdur. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə qaynanası Tahirənin sevgilisi kimi tanış olmuşdur. Belə ki, 2020-ci ilin mart ayında tanımadığı bir nəfər cavan oğlanın yaşadıqları evə gələrək onu axtardığını öyrənmiş, bundan sonra dostugildən çıxaraq evə getmiş və həmin adamla söhbət etmişdir. Həmin şəxs Tahirə evə gəlməsə qızı Rəhiməni öldürəcəyini, bundan başqa əlində Tahirənin mobil telefonunu tutaraq sonuncunun intim video və şəkillərini göstərərək əgər Tahirə evə gəlməsə həmin video və şəkilləri Tahirənin qohumları arasında yayacağını demişdir. Yusiflə söhbət edib onu yola salanda o, Tahirə gəlməsə yenidən qayıdacağını bildirmişdir. Məsələni aydınlaşdırmaqdan ötrü Tahirəyə zəng etmiş, Tahirə Yusiflə təsadüfən tanış olduğunu və sonuncunun ondan əl çəkmədiyini, bunlara dözməyərək yaşadıqları mənzildən qaçaraq Validəgilə getdiyini demişdir. Yusif 2020-ci ilin aprel ayında Tahirəni yaşadıqları mənzildə saxlayaraq azadlığını məhdudlaşdırmışdır. Həmin vaxt hər gün Tahirəyə zəng etsə də sonuncu onun zənglərinə cavab vermədiyi üçün onun kirayə yaşadığı mənzilə getmiş, mənzilin qapısı bağlı olsa da Tahirənin içəridən səsi gəlmişdir. Sonuncu Yusifin qapını bağlayaraq evdən çıxdığını, onu isə heç bir yerə qoymadığını dedikdə bu barədə polisə məlumat verməsini ona məsləhət görsə də o, Yusifin Rəhiməni öldürməsindən qorxaraq polisə şikayət etmədiyini bildirmişdir. Bundan sonra Tahirə ilə razılaşıb evə qayıtmış, bir neçə gün sonra Tahirə zəng edərək Yusifin evə qayıtdığını, heç bir narazıçılığın olmadığını, lakin bəzən Yusifin onu döydüyünü demişdir. Bundan sonra Tahirə zəng edərək Yusifin onu məcburi qaydada Masazır kəndi, “Qurtuluş-93” yaşayış massivində yerləşən mənzilə apardığını demiş, lakin o, həmin mənzilin yerini bilməmişdir. Bundan bir müddət sonra Tahirə Yusifin əlindən qaçıb yaşadıqları evə gəldikdə sonuncunun sol qolunun bilək nahiyəsində bir neçə kəsiyin, sağ ayağının topuq hissəsində zəncir izinə oxşayan izin olduğunu görüb bunun nə olduğunu ondan soruşduqda Tahirə cavabında Yusifin “Qurtuluş-93”də yerləşən mənzildə ayağını kombi aparatına zəncirləyərək bağlayıb azadlığını məhdudlaşdırdığını, xeyli sayda qızıl-zinət əşyasını və 3000 manat pulunu ələ keçirdiyini, onu mütəmadi döyərək şəxsiyyətini alçaltdığından özünü öldürmək məqsədi ilə ülgüclə sol qolunun bilək nahiyəsini kəsdiyini, hətta intihar etmək məqsədi ilə çoxlu sayda dərman qəbul etdiyini bildirmişdir. Tahirənin şikayəti əsasında Abşeron RPİ-də izahat da vermişdir. O, Tahirəyə məxsus qızıl-zinət əşyalarının və pulun Yusif tərəfindən ələ keçirildiyini və video və şəkillərin isə Tahirənin qohumlarına göndərildiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 15 il olar ki, tanıyır, sonuncu ilə yaxın rəfiqə kimi münasibəti vardır. Təqsirləndirilən şəxs isə 2020-ci ilin mart ayından tanıyır. Belə ki, həmin vaxt Tahirə 20-22 yaşlı cavan oğlanın şəkillərini ataraq həmin adamın ondan xoşu gəldiyini və onunla evlənmək istədiyini demişdir. Tahirə Yusiflə təsadüfən tanış olduğunu, əvvəlcə bacı kimi yaxınlaşdığını, sonra isə evlənmək istədiyini demiş, lakin bir müddət sonra Yusifin onu incitdiyini bildirmişdir. Tahirə onunla yaşamaq istəmədiyini, evindən çıxarmaq istədiyini, lakin Yusifin ondan əl çəkmədiyini demişdir. Yusif Tahirəni incitdiyindən ona evdən çıxıb onunla birlikdə yaşamasını təklif etmişdir. 2020-ci ilin may ayından başlayaraq Tahirə bir neçə dəfə evdən qaçıb onun yaşadığı mənzilə gəlmişdir. Tahirə hər dəfə gəldikdə Yusif zəng edib Tahirəni qızı Rəhiməni öldürməklə hədələyərək yenidən geri qaytarmışdır. 2020-ci ilin may ayında Tahirənin mobil telefonuna zəng çatmamış, onunla10 gün əlaqə saxlaya bilməmişdir. Hətta bir dəfə Tahirənin Xırdalan şəhərində kirayədə yaşadığı mənzilə getmiş və orada heç kəsin olmadığını görmüşdür. May ayının ortalarında Tahirə tanımadığı nömrə ilə zəng edərək artıq “Qurtuluş- 93” yaşayış massivində yaşadığını, Yusifin onu döyərək ayaqlarını zəncirlə bağlayıb azadlığını məhdudlaşdırdığını, zəng etdiyi nömrənin Yusifin telefon nömrəsi olduğunu bildirmişdir. Həmin telefon nömrəsi ***-***-**-** olmuşdur. Bundan 4-5 gün sonra həmin nömrədən “Whatsapp” vasitəsi ilə mobil telefonuna səs yazısı və video gəlmişdir. Həmin videoda Tahirənin sağ ayağının mənzildə kombi aparatına zəncirləndiyi görünmüşdür. Həmin videoda “sevəndə belə eşşək kimi sevəsən” deyilirdi. Həmin videonu sildiyindən mobil telefonunun yaddaşında qalmamışdır. Bu video göndəriləndən bir gün sonra Tahirə yenə də evdən qaçıb onun yaşadığı mənzilə gəlmişdir. Həmin vaxt Tahirə bir gün öncə Yusiflə davası düşdüyünü, bu səbəbdən qaçdığını demişdir. Həmin vaxt Tahirənin qollarında və ayaqlarında döyülmə izləri və sağ ayağının topuq hissəsində zəncir izi görmüşdür. Bundan başqa Tahirənin sol biləyində kəsik izləri də olmuşdur. Tahirədən bunu soruşduqda Tahirə Yusifin hərəkətlərinə dözməyərək intihara cəhd etdiyini bildirmişdir. Həmin gün axşam Yusif yenidən onun yaşadığı mənzilə gələrək Tahirəni aparmışdır. Bundan bir müddət sonra Tahirə yenidən onun yaşadığı mənzilə gəlmiş və Yusifin onun 160-170 qram çəkidə qızıl zinət əşyalarını və 3000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Tahirə Yusif barəsində Abşeron RPİ-nə müraciət etmiş, bu barədə Abşeron RPİ-də izahat da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs doğma xalası, yəni anası Səfalətin doğma bacısıdır. Xalası ilə münasibətləri həmişə normal olmuşdur. Xalası təxminən 20 ildir Xırdalan şəhərində yaşayır. Xalasının hansı kişilərlə münasibətdə olması barədə məlumatı olmamışdır. Xalasının iki övladı- qızı Rəhimə və oğlu Məzahir vardır. Rəhimə xalasının rəsmi nikahda olduğu kişidən, Məzahir isə xalasının qeyrirəsmi münasibətdə olduğu kişidəndir. 08 sentyabr 2020-ci il tarixdə gecə saat 04 radələrində qardaşı Cavidan onu oyadaraq tanımadığı bir nömrədən mesaj gəldiyini və xalası ilə bağlı bir məsələ olduğunu demişdir. Həmin şəxsin nömrəsini (+**********02) götürmüş və “VVhatsapp” vasitəsi ilə ona mesaj yazmışdır. Həmin şəxs adının Yusif olduğunu və xalası Tahirənin onu 13000 manat ziyana saldığını bildirmişdir. Yusif Tahirədən pulunun geri alınması üçün köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra xalası ilə danışmış və məsələnin iç üzünü başa düşmüşdür. Belə ki, xalası Yusifin onun qızıl zinət əşyalarını və müəyyən miqdar pulunu ələ keçirdiyini və bununla əlaqədar şikayət etdiyindən tutulması üçün müəyyən hərəkətlər etmək lazım olduğunu demişdir. Xalasına köməklik etmək məqsədi ilə Yusiflə yazışmış və görüşmək istədiyini bildirmişdir. Lakin müəyyən səbəblərdən Yusiflə görüşə bilməmişdir. Yusif bəzən zəng edib dayısı Anarı, xalası Tahirəni və digər qohumlarını nalayiq ifadələrlə təhqir etmişdir. 20 sentyabr 2020-ci il tarixdə Yusif “VVhatsapp” vasitəsi ilə xalasının tanımadığı şəxslə cinsi əlaqədə olan vaxt çəkilmiş 4 videosunu və 8 ədəd şəxsi həyatının sirri olan məlumatları əks etdirən fotoşəkil göndərmişdir. Həmin videolardan biri 2 dəqiqə 9 saniyə, biri 41 saniyə, biri 21 saniyə, biri isə 1 dəqiqə 15 saniyə idi. Şəkillərdən biri xalasının güzgü qabağında olan lüt şəkli, digərləri isə tanımadığı şəxslə xalasının qucaqlaşan vəziyyətdə olan şəkilləri idi. O şəkillərdən biri iki şəxsin hərəsinin bir ayağının zəncirə bağlı vəziyyətdə çəkilmiş fotoşəkli olmuşdur. Sonra bu videoları 21 sentyabr 2020-ci il tarixdə xalasına (TatataT adlı kontakta) göndərərək bu videoların nə məsələ olduğunu soruşduqda sonuncu Yusifin onu mənzilə zəncirləyərək azadlığını məhdudlaşdırdığını bildirmişdir. Videoları və fotoşəkilləri xalasına göndərdikdən sonra silmişdir. Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona yalnız xalasının şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən yeddi ədəd fotoşəkil və dörd ədəd video göndərmişdir. X9 barəsində soruşduqda Yusifin ona məxsus qızılzinət əşyalarını və pulunu ələ keçirdiyini və sonuncunun xeyli müddət mənzilə zəncirləyərək azadlığının məhdudlaşdırıldığını bildirmişdir. Bundan başqa Yusif və xalası arasında olan münasibətdən heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 2018-ci ilin fevral ayından tanıyır. Sonuncu ilə qeyrirəsmi münasibəti vardır. Tahirə ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. İşi ilə əlaqədar teztez Xırdalan şəhərinə gəlib-gedir. Bəzən də Tahirəni özü ilə Astara rayonuna aparır. Təqsirləndirilən şəxs birinci dəfə 23 aprel 2020-ci il tarixdə görmüşdür. Belə ki, Tahirə ilə bankdan pul çıxarıb Tahirənin kirayədə yaşadığı Xırdalan şəhəri, “Fresco” marketin üzərində yerləşən binadakı 150 nömrəli mənzilə getmiş, saat 16 radələrində Tahirəyə zəng gəlmiş və Tahirədən kim olduğunu soruşduqda sonuncu ona bir nəfərin onunla tanış olduğunu və hərəkətləri ilə onu bezdirdiyini bildirmişdir. Tahirənin telefonuna baxdıqda həmin şəxsin Tahirəyə təhqiramiz mesajlar yazdığını, mənzildən çıxdıqda isə tanımdağı bir cavan oğlanın qapıda dayandığını görmüşdür. Ondan nə səbəbə görə burda olduğunu soruşduqda Tahirəni göstərərək onun dalınca gəldiyini demişdir. Bundan sonra Tahirə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin oğlanla aşağı düşdükdə onların dalınca həyətə düşmüşdür. Həyətdə olarkən Tahirə həmin oğlana onu dayısı oğlu kimi təqdim etmişdir. Bir müddət danışdıqdan sonra oğlan çıxıb getmişdir. Həmin gün axşam Tahirə ilə birlikdə Astara rayona getmiş və 27 aprel 2020-ci il tarixdə isə Tahirə ilə birlikdə Xırdalan şəhərinə geri qayıtmışdır. Tahirəni yaşadığı mənzilə aparmış və öz işlərinin dalınca getmişdir. Həmin gün axşam yenidən Astara rayonuna qayıtmışdır. Bir gün sonra, yəni 28 aprel 2020-ci il tarixdə yenidən Xırdalan şəhərinə gəlmiş, 28 apreldən 29 aprelə keçən gecə saat 00 radələrində Tahirənin yaşadığı mənzilə getmişdir. Mənzilin qapısının yanında blokda Yusif sağ əli ilə çənəsinə zərbə vurub qaçmışdır. Yusif gizləndiyi üçün onu əvvəldən görməmişdir. Bundan sonra Tahirənin yanına getmiş, sonuncu ona ev şəraitində tibbi yardım göstərmişdir. Bu hadisə ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişdir. 29 aprel 2020-ci il tarixdə axşam yenidən Astara rayonuna qayıtmış, Tahirə ilə telefonla danışdıqda sonuncu ona Yusifin onunla tanış olub onunla cinsi əlaqədə olduğunu, lakin Yusiflə onun arasında bir şey qalmadığını bildirmişdir. 01 may 2020-ci il tarixdə saat 06 radələrində tanımadığı bir nömrədən görüntülü zəng gəlmiş, həmin zəngə cavab verdikdə bunun Yusif olduğunu görmüş, Yusif danışıqda Tahirədən əl çəkmədiyini, sonuncu ilə evlənmək istədiyini bildirmiş, sonradan başqa nömrələrdən tez-tez ona zəng edərək təhqir etmişdir. May ayının 6-dan sonra Tahirə ilə telefonla danışdıqda sonuncu Yusiflə “Qurtuluş-93” yaşayış massivində bir mənzildə kirayədə yaşadıqlarını, Yusifin onu tez-tez döydüyünü və mənzildən qaçmasının qarşısını almaqdan ötrü ayağına zəncir vurduğunu, mənzildən çıxarkən qapını bağlayıb açarı özü ilə apardığını demişdir. Mayın 25-dən sonra Tahirə zəng edərək Yusifin əlindən qaçdığını və Astara rayonuna gəlmək istədiyini dedikdə onunla razılaşmış və Salyan rayonuna gedərək Tahirəni qarşılamış, birlikdə Astara rayonuna getmişlər. Rayonda olarkən Tahirənin qollarında və ayaqlarında, sağ gözünün altında döyülmə izləri, sağ ayağında isə sıyrılmış yara izi görmüşdür. Tahirə bunun zəncir izi olduğunu, habelə Yusifin onun 160-170 qram qızıl-zinət əşyalarını, 3000 manat pulunu, mobil telefonunu ələ keçirdiyini demişdir. Tahirənin Yusif barəsində etdiyi şikayət əsasında Abşeron RPİ-də izahat vermiş və tibbi ekspertizadan keçmişdir. Şahid4 ifadəsində Yusifin onu vurduqda çənəsindən xəsarət aldığını, lakin bununla bağlı heç kəsdən şikayət və tələbinin olmadığını, həmçinin Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən çəkilən videoları Yusifin ələ keçirdiyini və videoları qohumları arasında yaymasından sonradan eşitdiyini, bununla bağlı heç kəsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus ********** saylı mobil nömrəyə 27.03.2020-ci il tarixdə aşağıdakı məzmunlu SMS-lərin gödərildiyi müəyyən edilmişdir: Saat 16:02:46-da “Allaha Teriw qanagim kesib Qan salacam Men Qan salmamiw Menimlr goruw daniwaq Axrinci defe” Saat 16:15:28-də “Telefonu ac Soz deyirem”. Saat 21:44:56-da “Anamın Cani cox pis olacagg Qardawina yigacam bu deqee” Saat: 21:45:00-da “Ac soz deyirem sene” Saat 21:45:21-də “Mawindayam men uje gelirem bax Qacmagla necne olmur adam kimi daniwaq bilirsenki seni tapacam” Saat 21:45:26-da “Accc Telefonu” İş materiallarında olan məhkəmə-tibb ekspertinin 15.07.2020-ci il tarixli 1267 nömrəli rəyindən məlum olur ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – sol said nahiysəinin aşağı 1/3-nin çapıq toxumaları kəsilmiş yaranın izi olmaqla iti kənara malik olan alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişdir; müddəti müayinədən 1-2 ay əvvələ uyğun gəlir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertinin 17.09.2019-cu il tarixli 1266 nömrəli rəyindən məlum olur ki, 1987-ci il təvəllüdlü Şahid4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət - əng sümüyünün alveolar çıxıntısının sınığı, yuxarı çənənin sağdan 3-4-cü dişlərin diş ətində olan çapıq toxuması əzilmiş yaranın izi olmaqla – bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 28.04.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə - tibb ekspertinin 09.10.2020-ci il tarixli 39Ə nömrəli rəyindən məlum olur ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində qolunda və ayağında zəncir izləri aşkar edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16.02.2021-ci il tarixli 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu (impulsiv tip) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs impulsivlik, qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik, inadkarlıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) keçirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 145.1, 156.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci, 145.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır, onun həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olsa da, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib talamaqla dələduzluq etmiş, həmçinin sonuncu ilə birgə yaşadıqları dövrdə onu qısqanclıq zəminində qanunsuz olaraq azadlıqdan məhrum etmiş, habelə ondan asılı vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə amansız rəftar edib mütəmadi olaraq alçaltmaqla, həmçinin ona hədə-qorxu gəlməklə özünü öldürməyə cəhd həddinə çatdırmış, eləcə də onun şəxsi həyatının sirri olan məlumatları özündə əks etdirən video və foto çəkiliş materiallarını qanunsuz olaraq ələ keçirməklə toplayıb başqasına ötürməklə yaymışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ona elan edilmiş həmin ittiham üzrə özünü təqsirli bilməməsi barədə göstərdikləri ona elan edilmiş həmin ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 14.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum olunmuşdur. Həmçinin onun barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində istintaq olunmuş ********* saylı cinayət işinə 29.09.2017-ci il tarixdə Azərbaycan Respubikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şamaxı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu C. Məmmədyarovun 26 yanvar 2018-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon məhkəməsinin 1 (006)-302/2016 saylı, 14.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü addələri ilə təqsirli bilinərək 600 manat cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il vəllüdlü, Şamaxı rayonu Qaleybuğurd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail yonu Badamdar qəsəbəsi, l-ci bağlar massivi nömrəsiz həyət evində yaşayan məhkum Təqsirləndirilən şəxs barəsində olan cərimə məbləğini ödədiyi üçün 26.01.2018-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edilməsi və zərərin ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar isə müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci, 145.1-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci, 145.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.01.2021-ci il tarixdə tutulmuş, Abşeron RM-nin 19.01.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 18.01.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Abşeron rayon prokurorluğunda saxlanılan maddi sübut 01 ədəd 230 sm uzunluğunda zəncir, 02 ədəd sarı rəngli qıfıl, 06 ədəd açar məhv edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Səbayıl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu 18.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın. Abşeron rayon prokurorluğunda saxlanılan maddi sübut 01ədəd 230 sm uzunluğunda zəncir, 02 ədəd sarı rəngli qıfıl, 06 ədəd açar məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Səbayıl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar