Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-345/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, xüsusi ittihamçı X10 və onun nümayəndəsi vəkil Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçiləri vəkil Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, 10.11.1968-ci il tarixdə Ağdam rayonunun Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 yaşayan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 xüsusi ittihamçı X25 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X18 22 mart 2021-ci il tarixdə, saat 13:59-da, “NUH” informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə saat 17:11-də, Tribuna informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə, saat 18:31-də Gündəlik Bakı informasiya vasitəsində, yalan olduğunu bilə-bilə “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalə yazılmaqla Cabbar Məmədovun barəsində yalan olduğunu bildiyi, böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi internet informasiya ehtiyatında yaymaqla xüsusi ittihamçını ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə sonuncuya böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X8 “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalə “NUH” informasiya agentliyində 22 mart 2021-ci il tarixdə, saat 13:59-da, Tribuna informasiya agentliyində 22 mart 2021-ci il tarixdə, saat 17:11-də, Gündəlik Bakı informasiya vasitəsində 22 mart 2021-ci il tarixdə, saat 18:31-də yazılmaqla kütləvi surətdə yayılmışdır. X8 “NUH” informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitəsində yayılmış “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqaləsində “müraciətimin səbəbi həyat yoldaşımla mənim əmlakımızın və pullarımızın bir qrup fırıldaqçı tərəfindən etibardan sui-istifadə və aldatma yolu ilə əlimizdən çıxarılıb mənimsənilməsidir”. X5 informasiya vasitəsində yerləşdirdiyi məqalədə “həmin mütəşəkkil dəstə Daxili İşlər Nazirliyində ( DİN ) yüksək vəzifə tutan bir neçə məmur tərəfindən himayə olunduğu üçün məsuliyyətə cəlb olunmurlar. Bir neçə il əvvəl Şərur rayonunun Xok kəndindən olan tanışımız X25 bizi ailəlikcə Bakı şəhərinə öz oğlunun toyuna dəvət etmişdi.Cabbar Məmmədov toy məclisində bizi DİN-də yüksək vəzifə tutan qohumu Rahib Mirzəyevlə tanış edərək, bildirdi ki, Rahib Mirzəyev generalmayor Sahib Mirzəyevin qardaşıdır. Səhəri günü isə bizi ailəlikcə evə qonaq dəvət edib ailələri ilə tanış etdilər, aramızda inam-etibar yarandı. Söhbət əsnasında X36 Məmmədov “Avropa bankında” iki milyon avro pulları olduğunu və taxta alverinə qoşulmaq istəklərini Teymura bildirərək, onunla şərikli işbirliyi qurmağı təkidlə təklif etdilər. Hətta onların arvadları da söhbətə qoşularaq bizə razılaşmağı təkidlə xahiş edirdilər. Teymur onların təklifi ilə razılaşdı və Rusiyaya qayıdan kimi vaqonlarla taxta materiallarını Azərbaycana - X37 Mirzəyevə yollamağa başladı. Aldıqları taxta materialının pulunu bircə dəfə ödədikdən sonra, “bankda problem var” deyə bir daha ödəniş etməyən X36 Məmmədov Teymuru inandırıb əlavə tələb də irəli sürmüşlər. Yəni onların Bakı şəhərində olan mənzillərini, onların "Avropa bankında saxlanılan iki milyon avronun zəmanəti" kimi Rahib Mirzəyevə ETİBARNAMƏ ilə müvəqqəti girovda saxlamaq üçün verməli olduqların bildirmişlər. Onlar heç nədən şübhələnmədikləri üçün bu tələbi də dərhal yerinə yetirmişlər. Bu o vaxtlar idi ki, Cabbar Məmmədov və X48 "Taxtanı göndər, Bakıda monopoliya yaradaq, tezliklə Avropa bankından 2 milyon avronu alıb pulunu yollayacağıq" deyirdilər. Rahib Mirzəyevin özünün və qardaşı general Sahib Mirzəyevin, o cümlədən X17 (ya Sənan) X38 Nazirliyində yüksək vəzifələr tutmalarına, onları evlərində təmtəraqla qonaq saxlamalarına inanan Teymur özündən başqa, bir çox sahibkarlardan nisyə aldığı taxta materiallarını vaqonlarla Bakı şəhərinə X36 Məmmədova yollamışdır. Lakin onlar pulları ödəmədikləri üçün Teymur göndərişi dayandırıb borclarını tam ödəməyi tələb etdikdə, Cabbar Məmmədov və Rahib Mirzəyev əvvəlcə öz adamları X19, sonra isə Elnuru Teymurun üstünə “razborka”ya göndərməklə, ona hədə qorxu-gəlirlər. Lakin bunun Teymura təsir etmədiyini görən Cabbar Məmmədov özü Teymurla danışıb hədə-qorxu gələrək demişdir ki, Rahib və Sahib Mirzəyev qardaşları “sənin bu hərəkətlərini cavabsız qoymayacaqlar, onlar ölkə rəhbərliyinin nəzərində böyük nüfuza malikdirlər, ona görə də Bakıya gələn kimi səni ya aeroportda qarşılatdırıb başına torba keçirtdirib gətirdəcəklər, yaxud da üstündən ya silah, ya da narkotik aşkar edəcəklər” kimi yalan və böhtan xarakterli məlumatlar yaymışıdr. Məqalədə qeyd edilmişdir ki, “Xeyli vaxt keçdikdən sonra həyatıma qarşı törədiləcək sui-qəsdin, mənə yaxınlaşan həmin şəxsi-X33 Rahib Mirzəyevlə və Cabbar Məmmədovun tapşırıqlarına əməl etdiyi aşkar olmuşdur. Çünki, DİN rəhbərinin qəbuluna düşməyincə oradan getməyəcəyimi qəbul otağının rəisi Aybəniz xanım Rahib Mirzəyevə və Cabbar Məmmədova çatdırmışdır və onlar da öz məkrli tədbirlərini həyata keçirmək məqsədi ilə Çingiz Əliyevi mənim üstümə yollamışdılar. Beləliklə özünü “korrupsiya prokuroru-hüquqşünas və Baş Prokuror Kamran Əliyevin doğma bacısı oğlu” kimi təqdim edən Çingiz Əliyev məni inandırmaq üçün “telefon vasitəsi ilə Rahib Mirzəyevlə üzləşdirdi”. Sonra isə məsələni həll etmək üçün mənim ETİBARNAMƏMİ aldı”. X36 Məmmədov "zəmanət kimi " deməklə aldadaraq bizdən alınan etibarnamələr əsasında mənzillərimizi heç bir məbləğ ödəmədən alqı-satqı etdirərək mənimsəmişlər. Sözü gedən dəstənin üzvlərindən biri də Cabbarın oğlu Kənan ( ya Sənan ) Məmmədov da DİN-də polis rəisidir. ünvan 1 ünvanda olan mənzilimizdə müvəqqəti yaşayan və heç nədən xəbəri olmayan qohumlarımızı evdən qəflətən və özbaşınalıqla çıxarılmasında məhz Cabbarın oğlu polis rəisi Kənan (ya Sənan) Məmmədov özü canfəşanlıq etmişdir. Özünü “korrupsiya prokurorluğunun hüquqşünası" kimi təqdim edən X53 və hamısı Ağstafa rayon sakinləri olmaqla: atası X57, anası X20, arvadı Lamiyə, bacısı X46 və onun əri Fərid, digər bacısı Sevinc, qohumu X34-Əlizadə həmin mütəşəkkil dəstənin üzvləridır. Onlar hamısı əvvəlcədən sövdələşərək bu cinayəti törətmiş və sonda məni aradan götürməyə cəhd etmişlər. Çingiz Əliyevin anası Arzuyə Əliyeva dəfələrlə deyirdi ki, “Baş prokuror Kamran Əliyev mənim doğma qardaşımdır”, hətta bir neçə dəfə yanımda özünü elə aparırdı ki, guya onunla telefonla danışır. X49 2.500 manat dəyərində bir ədəd qol saatını qızı Sevincdən (guya o qızıl alveri ilə məşğul olur) aldırmışdı ki, guya bizim adımızdan qardaşı Kamran Əliyevə hədiyyə edəcək. Onun qızı Sevinc də Baş prokuror Kamran Əliyevin dayısı oımasını dəfələrlə deyirdi. Lakin, məlum oldu ki, bu ailə hamısı dələduzluqla məşgul olur. Çingiz Əliyevin göstəriş verəni isə Şərur rayonunun Xok kənd sakini X14r. Bunu deməyə əsas verən odur ki, 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz Əliyev “dayısı Baş prokurorun”adından onun bağ evinin tikintisi üçün taxta materialı sifariş vermişdi və X31 Bakı şəhərinə Çingiz Əliyevin adına yolladığı taxta materialları vaqonlarını və sənədləri məhz X29 bacısı Sevincin əri Fərid qəbul etmişdir. Bu isə onların əlbir olduqlarının birbaşa sübutudur. Başında polis vəzifəlisi Rahib Mirzəyev duran bu mütəşəkkil dəstə bir neçə il ərzində, həyat yoldaşım Teymur Qurbanovla mənim təxminən 3 000 000 (üç milyon) ABŞ dolları məbləğdə qiymətləndirilən özümüzə məxsus və bir neçə sahibkarlara məxsus külli miqdarda dəyəri olan taxta materiallarını, Bakı şəhərində bizə məxsus bir neçə mənzilləri və böyük məbləğdə nəğd pullarımızı fırıldaqçılıqla əlimizdən alıb mənimsəmişlər və məsuliyyətə cəlb olunmurlar”. Məqalədə qeyd olunan məlumatlar bütövlükdə böhtandır. “NUH” informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitəsində yayılmış “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalədə yazılmış və yayılmış məlumatlar, şikayət ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, X5 informasiya vasitələri ilə onun barəsində böhtan xarakterli məlumatlar yaymış, onu ağır və xüsusi ilə ağır cinayət əməllərini törətməkdə ittiham etmişdir. Belə ki, həyat yoldaşı Teymur Qurbanovla ona məxsus təxminən 3 000 000 (üç milyon) ABŞ dolları məbləğdə qiymətləndirilən özünə məxsus və bir neçə sahibkarlara məxsus külli miqdarda dəyəri olan taxta materiallarını, Bakı şəhərində onlara məxsus bir neçə mənzillərini və böyük məbləğdə nəğd pullarını mənimsəmə yolu ilə talamaq ifadələrini yaymaqla onu Azərbaycan Respublikası CM-nin 178-ci və ya 179-cu maddələri ilə cinayət əməli hesab edilən dələduzluq və mənimsəmə və ya israf etmə cinayət əməllərini törətməkdə ittiham etmişdir. Kütləvi surətdə yayılmış yazıda “onlar pulları ödəmədikləri üçün Teymur göndərişi dayandırıb borclarını tam ödəməyi tələb etdikdə, Cabbar Məmmədov və Rahib Mirzəyev əvvəlcə öz adamları X19, sonra isə Elnuru Teymurun üstünə “razborka”ya göndərməklə, ona hədə qorxu-gəlirlər”. Lakin bunun Teymura təsir etmədiyini görən Cabbar Məmmədov özü Teymurla danışıb hədə-qorxu gələrək demişdir ki, Rahib və Sahib Mirzəyev qardaşları “sənin bu hərəkətlərini cavabsız qoymayacaqlar, onlar ölkə rəhbərliyinin nəzərində böyük nüfuza malikdirlər və “kəsdikləri başa sorğu-sual yoxdur”, ona görə də Bakıya gələn kimi səni ya aeroportda qarşılatdırıb başına torba keçirtdirib gətirdəcəklər, yaxud da üstündən ya silah, ya da narkotik aşkar edəcəklər” ifadələri Azərbaycan Respublikası CM-nin 182.4-cü maddəsi ilə cinayət əməli hesab edilən hədə-qorxu ilə tələb etmə cinayətini törətməkdə ittiham etmişdir. Həmçinin məqalədə onu digər şəxslərlə (adları aşağıda qeyd olunan) qabaqcadan əlbir olararq X8 həyatına sui-qəsd etməkdə, onu aradan götürməkdə (öldürməkdə) ittiham olunmuşdur. Məqalədə qeyd olunur ki, “Xeyli vaxt keçdikdən sonra həyatıma qarşı törədiləcək suiqəsdin, mənə yaxınlaşan həmin şəxsi-X33 Rahib Mirzəyevlə və Cabbar Məmmədovun tapşırıqlarına əməl etdiyi aşkar olunmuşdiur. X53, X57, X20, Lamiyə, X46, onun əri Fərid, bacısı Sevinc, qohumu X34-Əlizadədən ibarət mütəşəkkil dəstə yaratmaqla əvvəlcədən sövdələşərək cinayət əməli törətməkdə və onu aradan götürməyə cəhd etməkdə, Arzuyə Əliyevanın “Baş prokuror Kamran Əliyevin doğma qardaşı olmasını bildirməklə oğlu Şöhlət Qurbanova 2.500 manat dəyərində bir ədəd qol saatını qızından aldıraraq adlarından Kamran Əliyevə hədiyyə etmək adı ilə dələduzluq etməkdə, bu işlərin hamısını Çingiz Əliyevə onun göstəriş verməklə təşkil etdiyini qeyd etməklə onu Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə cinayət əməli hesab edilən qəsdən adam öldürmə və 178-ci maddəsi ilə cinayət əməli hesab edilən dələduzluq cinayətlərini törətməkdə ittiham etmişdir. Belə ki, E. Qurbanova həmin müsahibəsində “həyat yoldaşı ilə onun əmlaklarının, pullarının bir qrup frıldaqçı tərəfindən etibarından sui-istifadə və aldatma yolu ilə əllərindən çıxarılıb mənimsəmələrini”,”Avropabankında” iki milyon avro pullarının olmasını bildirərək onunla taxta biznesinə qoşulmalarına dair təklif irəli sürməklə taxta biznesinə başladıqdan sonra həyat yoldaşı tərəfindən göndərilmiş taxta materiallarının pulunu verməməklə 3.000.000 ABŞ dolları məbləğində qiymətləndirilən özlərinə məxsus və bir neçə sahibkara məxsus, külli miqdarda dəyəri olan taxta materiallarını, Bakı şəhərində onlara məxsus bir neçə mənzilləri və böyük məbləğdə nəğd pullarını fırıldaqçılıqla əllərindən alıb mənimsəmələrini, X33 vasitəsi ilə onun dövlət orqanlarına şikayətlərinə maneələr yaratmaqda, 29.01.2021-ci il tarixdə gecə yarı Çingiz Əliyevin ona mənzilini alan gəlib, təcili getmələrini deməklə onu aldadaraq öz avtomobilində evdən çıxararaq Ayna Sultanovanın heykəli yaxınlığındakı binanın qaranlıq həyətinə aparıb Çingiz tərəfindən və üzü qara maskalı naməlum şəxsın bıçaqla üstünə hücum edib onu öldürməyə cəhd etmələri, başından xəsarət yetirmələri, təsadüf nəticəsində oradan qaçıb canını qurtarmasını, Cabbar Məmmədov zəmanət kimi aldadaraq onlardan aldığı etbibarnamələr əsasında mənzillərini heç bir məbləğ ödəmədən alqı-satqı etdirərək mənimsəməsini, dəstənin üzvlərindən biri də Cabbarın oğlu Kənan (ya Sənan) Məmmədovun onlara məxsus Nizami rayonu, Özbəkistan küçəsi, ev 9, mənzil 7 ünvanda olan mənzillərindən müvəqqəti yaşayan və heç nədən xəbəri olmayan qohumlarını evdən özbaşınalıqla çıxarmalarını, 2019-cu ildə nazir Vilayət Eyvazovun qəbuluna yazılarkən orada tanımadığı özünü korrupsiya prokurorluğunun hüquqşünası kimi təqdim edən, sonra həyatına qarşı törədiləcək sui-qəsdi törədən X33 Cabbar Məmmədovun tapşırıqlarına əməl etdiyinin aşkar olunduğu barədə böhtan xarakterli və xüsusilə ağır cinayətlər törətməkdə ittiham edən məlumatları yaymışdır. Ona görə də məhkəmədən 10.11.1968-ci il tarixdə Ağdam rayonunun Poladlı kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X25 şikayətini müdafiə edərək X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi vəkil Müdafiəçi1 Səadət oğlu xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək onu da əlavə etdi ki, X35 özünə məxsus “feysbiuk” internet səhifəsində, 22 mart 2021-ci il tarixdə “NUH” informasiya agentliyində və dəgər informasiya vasitələrində Cabbar Məmmədovun barəsində yalan olduğunu bildiyi məlumatları, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymaqda davam etmiş, “Medonline.az saytında 29 mart 2021-ci il tarixdə müsahibə verərək yuxarıda qeyd olunan informasiya agentliklərində yaydığı məlumatları təkrarlayan müsahibə vermişdir. E.Qurbanova müsahibəsində bildirlir ki, “Çingiz Əliyev Bakıda bizimlə daim telefon əlaqəsi saxlayaraq işləri yoluna qoymaq, yəni mənzillərimizi qaytarmaq və yeni mənzillərlə əvəz etmək, məhkəmə xərcləri, hakimə vermək üçün, dayısı Baş Prokurorun bağ evləri və digər vacib məsələlər üçün külli miqdarda pul və 4 vaqon taxta tələb edib almışdır (sənədlər saxlanılır)”. Jurnalistin “Yəni, Siz növbəti dəfə bu dələduzların qurduğu məkrli bir planın və sui – qəsd cəhdinin qurbanı oldunuz?” sualına cavabında E.Qurbanova bildirmişdir: “Bəli, bir müddət sonra Çingiz Əliyev “sən təcili Bakıya gəlməli və “Mütləq məhkəmədə iştirak etməlisən”, amma bu barədə heç kim bilməməlidir- deyib, 11 noyabr 2020-ci il tarixdə məni Rusiyadan Bakı şəhərinə gətizdirdi və özü aeroportda qarşılayıb evlərinə apardı. Onun özü, arvadı Lamiyə, anası Arzuyə, bacısı Sevinc, onun əri Fərid mənə bildirdilər ki, həyatına sui-qəsd ola bilər, odur ki, evdən çölə çıxa bilmərəm və Bakıda olmağımı heç kimə demək olmaz. Onlar hamısı bu tipli yalanla, hədə-qorxu gəlməklə, psixoloji təzyiq etməklə 3 aya yaxın məni gah Çingizlə anasının, gah da bacısı Sevincin evində nəzarət altında girov kimi saxlamışlar, hətta qohumlarımla əlaqə saxlamağa qoymurdular. Mən isə işimizin düzələcəyinə ümid edərək sona qədər dözüb gözləməyi qərara almışdım. Məhkəmənin isə pandemiya ilə əlaqədar təxirə salındığını, amma mütləq olacağını deyirdilər. Özünü “Korrupsiya prokurorluğunun hüquqşünası” kimi təqdim edən X53 və hamısı Ağstafa rayon sakinləri olmaqla: atası X57, anası X20, arvadı Lamiyə, bacısı X46 və onun əri Fərid, digər bacısı Sevinc, qohumu X34-Əlizadə həmin mütəşəkkil dəstənin üzvləridirlər. Onlar hamısı əvvəlcədən sövdələşərək bu cinayəti törətmiş və sonda məni aradan götürməyə cəhd etmişlər. Çingiz Əliyevin anası Arzuyə Əliyeva dəfələrlə deyirdi ki, “Baş Prokuror Kamran Əliyev mənim doğma qardaşımdır”, hətta bir neçə dəfə yanımda özünü elə aparırdı ki, guya onunla telefonla danışır. X49 2.500 manat dəyərində qol saatını qızı Sevincdən (guya o qızıl alveri ilə məşğul olur) aldırmışdı ki, guya bizim adımızdan qardaşı Kamran Əliyevə hədiyyə edəcək. Onun qızı Sevinc də Baş Porkuror Kamran Əliyevin dayısı olmasını dəfələrlə deyirdi. Lakin, məlum oldu ki, bu ailə hamısı dələduzluqla məşğul olur. Çingiz Əliyevin göstəriş verəni isə Şərur rayonunun Xok kənd sakini X14r. Bunu deməyə əsas verən odur ki, 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz Əliyev “dayısı - Baş Prokurorun” adından onun bağ evinin tikintisi üçün taxta materialı sifariş vermişdi və X31 Bakı şəhərinə Çingiz Əliyevin adına yolladığı taxta materialları vaqonlarını və sənədləri məhz X29 bacısı Sevincin əri Fərid qəbul etmişdir. Bu isə onların əlbir olduqlarının birbaşa sübutudur”. X7 Məmmədova qarşı törətmiş olduğu bötna cinaəti əməlini davam etdirərək 30 mart 2021-ci il tarixdə Şamil Sabir oğluna canlı efir vasitəsi ilə müsahibə verərək Cabbar Məmmədovun barəsində yuxarıda qeyd olunan yalan olduğunu bildiyi məlumatları kütləvi çıxışlarında, kütləvi informasiya vasitəsində yaymaqla Cabbar Məmmədovu ağır və xüsusi ilə ağır cinayətlərin törədilməsində ittiham etmişdir. X8 şikayəti əsasında (Nərimanov RPİ-nin İstintaq şöbəsində aparılan material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 06 dekabr 2019-cu il tarixli qərar xüsusi ittiham qaydasında şikayətə əlavə edilmişdir.) Cinayət işinin başlanmasının rədd edilməsinə dair 06 dekabr 2019-cu il tarixli qərardan məlum olur ki, X3 Cabbar Məmməd oğlunun barəsində etmiş olduğu şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı izahatında özünün “feysbuk” internet səhifəsində, “NUH” informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitələrində “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalədə, “Medonline.az saytında çıxışı zamanı yaymış məlumatları təsdiq edərək “həyat yoldaşı X26 ilə birlikdə son 30 ili Rusiya Federasiyasının Perm şəhərində yaşadıqlarını, təxminən 2003-2004-cü illərdə onlar Bakı şəhər sakini X25 ilə tanış olublar. Bundan sonra Cabbar Məmmədov onlarla ailəvi münasibət qurmağa, həyat yoldaşı Teymur Qurbanovla dostluq etməyə və onun etibarını qazanmağa başlamışdır. Həmin ərəfədə X55 şəhərində yaşayan qohumu Şirvan Şükürovla taxta materiallarının alış-verişi ilə məşğul olurmuşlar. Belə ki, X56 şəhərindən Bakı şəhərinə taxta materialları göndərirmiş, Cabbar Məmmədov isə həmin taxtaların Bakı şəhərində satışını təşkil edirmiş. Həyat yoldaşı Teymur Qurbanov hər dəfə Bakı şəhərinə gələrkən Cabbar Məmmədov onunla görüşərək daha sıx münasibət yaratmışdır. Bir neçə il ərzində Cabbar Məmmədov ailəsinin tam etibarını qazanmışdır. 2007-ci ildə həyat yoldaşı Teymur Qurbanov yaşadıqları Perm şəhərində taxta materiallarının ticarəti ilə məşğul olmağa başlamışdır. 2008-ci ildə bundan xəbər tutan Cabbar Məmmədov həyat yoldaşı Teymur Qurbanova zəng edərək onunla birlikdə işləməyi təklif etmişdir. Cabbar Məmmədov həyat yoldaşı Teymur Qurbanova bildirmişdir ki, onun Bakı şəhərində əlaqələri böyükdür, yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələri vardır, əgər onunla iş birliyinə razılıq versə birgə iş fəaliyyətindən külli miqdarda gəlir əldə edəcəklər. Həyat yoldaşı əvvəlcə Cabbarla iş birliyi qurmağa razı olmamış, lakin Cabbarın uzun müddət davam edən təkidlərindən sonra bu işə razılıq vermişdir. Aralarında olan razılaşmaya əsasən Cabbar Məmmədov onlara vəd vermişdir ki, o, Teymur Qurbanov tərəfindən göndərilən taxta materiallarının satışını təşkil edib vaxtlıvaxtında pullarını ödəyəcəkdir. Həyat yoldaşı X51 Məmmədovun sözlərinə inanaraq onunla iş birliyinə razılıq vermişdir. 2009-cu ildə Cabbar Məmmədov həyat yoldaşı Teymur Qurbanova bildirmişdir ki, onun qohumları Rahib və Sahib Mirzəyev qardaşları da bu işə sərmayə yatırmaq və Bakı şəhərində taxta biznesini genişləndirmək istəyirlər. Cabbar Qurbanov bildirmişdir ki, əgər adlarını qeyd etdiyi qohumları bu biznesə yatırım etsələr nəticədə onlar külli miqdarda gəlir əldə edəcəklər, lakin həmin şəxslər onu tanımadığı üçün risk etmək istəmirlər və bu işə sərmayə yatırmaq üçün girov tələb edirlər. Bundan sonra Cabbar Məmmədov onlardan Bakı şəhərində mənzillərinin olub-olmadığını soruşmuşdur, onlar isə C.Məmmədova Bakı şəhərində iki mənzilin olmasını bildirmişlər. Cabbar Məmmədov bildirmişdir ki, biznesin genişləndirilməsi üçün formal olaraq həmin mənzilləri onun adına keçirmək lazımdır. Cabbar bildirmişdir ki, o, heç bir vaxt həmin mənzillərə toxunmayacaqdır, sadəcə formal olaraq adına keçirəcək və taxta biznesinə sərmayə yatıran qohumlarına əmin olmaları üçün sənədləri göstərəcəkdir. Onlar C.Məmmədovun sözlərinə inanaraq mənzillərin onun adına keçirilməsinə razılıq vermişlər. Həmin vaxt, yəni 2009-cu ildə onların Bakı şəhərində iki mənzilləri olmuşdur. Mənzillərdən biri ünvan 3 ünvanında yerləşirmiş, 40 kv.metr sahəsi olmuş, 3 otaqlı, əla təmirli, içərisi bahalı mebel əşyaları ilə təchiz edilmiş mənzil olmuşdur. 2009-cu ildə həmin mənzilin içərisindəki mebel əşyaları ilə birlikdə təxminən 150.000 manat dəyəri olmuş və həmin mənzilin çıxarışı onun adına qeydiyyata alınmışdır. İkinci mənzil ünvan 4 ünvanında yerləşirmiş. Həmin mənzilin 153 kv.metr ərazisi olmuş və "xxxx" şirkətlər qrupu tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşirmiş. Onlar həmin mənzili alarkən Rusiya Federsiyasında yaşadıqları üçün və Bakı şəhərinə gəlməyə vaxtları olmadığı üçün formal olaraq ailəvi dostları Nadir Bayramlının adına qeydiyyata saldırmışlar, lakin mənzilin dəyəri bütövlükdə özləri tərəfindən ödənilmişdir. 2009-cu ildə həmin mənzilin dəyəri təxminən 200.000 manat təşkil etmişdir. X40 vədlərinə, yəni həmin mənzilləri formal olaraq adına keçirməsi barədə verdiyi vədlərə inanaraq mənzillərin onun adına keçirilməsinə razılıq vermişlər. Nizami rayonu ərazisində yerləşən mənzil onun adına olduğu üçün o, Rusiyadan Bakı şəhərində yaşayan qohumu Salman Bayramova etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında 25 fevral 2009-cu ildə qohumu Salman Bayramov Bakı şəhəri 9 saylı notariat kontorunda Cabbar Məmmədovla alqı-satqı müqaviləsi bağlayaraq formal olaraq mənzili Cabbarın adına keçirmişdir. Alqı-satqı prosesinin formal bağlanması onunla təsdiq olunur ki, müqavilə üzərində guya mənzilin qiyməti 50.000 manata satılması qeyd edilsə də, əslində Cabbar Məmmədov tərəfindən onlara heç bir məbləğdə pul ödənilməmiş, o cümlədən həmin mənzilin faktiki dəyəri ən azı 150.000 manat təşkil etmişdir. Bundan başqa, onlar həmin ərəfədə ailəvi dotları olan Nadir Bayramlıya zəng etmişlər və onun adına olan, faktiki isə onlara məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili Cabbar Məmmədovun adına keçirməsini xahiş etmişlər. Nadir Bayramlı da razılaşaraq "xxxx" ASC-yə gedib mənzilin Cabbar Məmmədovun adına keçirilməsinə razılıq ərizəsi vermişdir. Reallıqda həmin mənzilə görə də Cabbar Məmmədov tərəfindən onlara və ya Nadir Bayramlıya heç bir məbləğdə pul ödənilməmiş, yəni həmin mənzil də formal olaraq Cabbar Məmmədovun adına keçirilmişdir. Cabbar Məmmədov hər iki mənzili formal olaraq, sadəcə həyat yoldaşı Teymur Qurbanovla məşğul olduqları taxta biznesinin genişləndirilməsinə sərmayə yatıracaq qohumlarına göstərmək adı ilə adına keçirmişdir. 2009-cu ildən 2012-ci ilin aprel ayına kimi həyat yoldaşı X31 Azərbaycana taxta materialları göndərməyə başlamışdır. Hər ay Teymur Qurbanov tərəfindən Azərbaycana təxminən 20 vaqon taxta materialları göndərilirmiş. Həmin malların qəbul edilməsini və satılmasını Cabbar Məmmədov həyata keçirmişdir. Cabbar Məmmədov qəbul etdiyi malların cüzi bir hissəsinin dəyərini yoldaşı Teymur Qurbanova göndərirmiş, qalan pulların isə biznes genişləndirilməsinə sərf etməsini bildirirmiş. Lakin 2012-ci ilin əvvələrindən başlayaraq həyat yoldaşı Teymur Qurbanov hesabat apararaq müəyyən etmişdir ki, Cabbar Məmmədova göndərdiyi taxtaların təxminən 2.000.000 ABŞ dolları dəyərində malların pulu ödənilməmişdir. Məbləğ yüksək olduğundan həyat yoldaşı artıq Cabbara taxta göndərişini dayandıraraq pulların ödənilməsini tələb etməyə başlamışdır. Artıq bundan sonra onlara məlum olmuşdur ki, bütün bu illər ərzində Cabbar Məmmədov yoldaşı Teymur Qurbanovun göndərdiyi taxtaları sataraq pullarını mənimsəmişdir. X21ra borclu qaldığı pulları yavaş-yavaş ödəyəcəyini bildirirmiş. Sonradan başa düşmüşlər ki, Cabbar Məmmədov həyat yoldaşı Teymur Qurbanovun ondan borclu qaldığı məbləği ödəməyi tələb etməsini gördükdən sonra onların mənzillərini də ələ keçirmək niyyətinə düşərək vaxt udmaq üçün onlarla xoş davranmağa davam etmişdir. Belə ki, o, 2019-cu ilin avqust ayında Bakı şəhərinə gələrək özünə məxsus olan, Nizami rayonunda yerləşən mənzilə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, mənzildə tanımadığı bir qadın yaşayır. O, həmin qadından kim olmasını soruşduqda həmin qadın özünü Cabbar Məmmədovun qohumu kimi təqdim etmiş və həmin mənzili Cabbardan aldığını bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, Cabbar Məmmədov onlara məxsus olan və formal olaraq adına keçirdikləri Nərimanov rayonunda yerləşən hündürmərtəbəli binadakı mənzili də Səlimə Hacıyeva adlı qadının adına keçirmişdir. Artıq bundan sonra onlara məlum olmuşdur ki, Cabbar Məmmədovun niyyəti qabaqcadan onları aldatmaq, ailələrini müflis etmək olmuşdur. Belə ki, hələ 2014cü ildə o, Bakı şəhərində olduğu zaman Nizami rayonundakı mənzildə qalmış və Cabbar Məmmədov mənzilin satılması ilə bağlı ona heç bir məlumat verməmişdir”. X2 informasıya vasitələrində, sosial şəbəkələrdə və saytlarında, həmçinin internet resuslarında yayıdığı məlumatlar yalan olmuş, və bu məlumatların yalan olduğunu bilərək kütləvi yaymış, bununlada xüsusi ittihamçıya böhtan ataraq ağır və xüsusi ilə ağır cinayətlərdə ittiham etmişdir. Hazırda yuxarıda qeyd edilənlərin nəzərə alınmasını, X9 əməlində 147.2-ci maddəsinin tərkibi olduğu sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və cəzalandırılmasını məhkəmədən xahiş edir. Xüsusi ittiham qaydasında cinayət işinə məhkəmə baxışında təqsirləndirilən şəxs X18 iştirak etdiyi ilk məhkəmə iclasında “NUH” informasiya agentliyində “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” məqaləsinin ona məxsus olan “Facebook” sosial şəbəkəsindən götrüldüyünü, onun tərəfindən həmin informasiya agentliyinə müraciət edilmədiyini bildirmişdir. Həmin məhkəmə iclasındakı ifadəsini növbəti məhkəmə iclasında dəyişərək xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq, xüsusi ittiham qaydasında verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, ünvan 6 ünvanında yaşayır. Formal olaraq ünvan 2 qeydiyyata düşüb. 22 mart 2021-ci il tarixdə və 29 mart 2021-ci il tarixdə ünvan 2 qeydiyyatda olmuşdur. Hazırda yenidən ünvan 6 ünvanına qeydiyyata düşmüşdür. X4 xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək, "Qarabağ veteran xanım generalın qardaşından Prezidentə şikayət etdi" başlıqlı mətnin "NUH” informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitəsində nəşr olunmasına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə barəsində cinayət işinin başlanılması və məsuliyyətə cəlb olunmasınına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. X25, X53 və digərlərinin barələrində etmiş olduğu şikayətlər əsasında Bakı ŞBPİ-nin Binəqədi RPİ-nin İstintaq şöbəsində 18.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 128-ci maddəsilə ********* saylı cinayət işi və 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanaraq istintaqı aparılır. Həmin cinayət işləri üzrə X53 haqqında həbs qətiimkan tədbiri seçilmişdir. Şikayətçinin ərizəsində göstərdiyi: 'Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi" başlıqlı mətnin "NUH" informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitəsində nəşr olunmasından onun heç bir məlumatı olmamışdır və heç bir Kütləvi informasiya Vasitəsinə (KİV) nə yazılı, nə şifahi müraciət etməmişdir. Müsahibə verməmişdir, poçtla, yaxud digər vasitələrlə məktub, müraciət, xahişnamə yollamamışdır, hər hansı bir yazının, mətnin, məqalənin dərc olunmasını, nəşr edilməsini, internet resursları vasitələrində yayımlanması barədə heç vaxt heç kimə müraciət etməmiş, yəni şikayət edilən mətnlərin dərc olunmasına, nəşr edilməsinə və internet resurslarında yayımlanmasına onun heç bir aidiyyəti yoxdur. X1 barəsində xüsusi ittiham qaydasında məhkəməyə etdiyi şikayətdə istinad etdiyi mətnin göstərdiyi informasiya vasitələrində onun tərəfindən yayılmasını göstərmiş olsa da, tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Medonline.az saytında 29 mart 2021-ci il tarixdə müsahibə versə də həmin məlumatların kütləvi yayılmasından xəbəri olmamışdır. “Facebook” sosial şəbəkəsində olan X11 məxsus səhifədən xəbəri yoxdur. (Qeyd. Xüsusi ittiham qaydasında cinayət işinə məhkəmə baxışında iştirak etdiyi ilk iclasında “Facebook” sosial şəbəkəsində olan X11 məxsus səhifənin ona aid olması barədə ifadə versə də sonradan həmin ifadəni dəyişmişdir.) Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi vəkil Müdafiəçi3 xüsusi ittiham qaydasında verilmiş şikayətlə razılaşmayaraq, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi vəkil Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayətlə razılaşmayaraq, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır, ona görə də təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ’‘Nuh" informasiya agentliyinin baş redaktoru X22 ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən Elyana Qurbanovanı ümumiyyətlə tanımır, onunla mobil telefon və digər vasitələrlə əlaqə saxlamamış, Elyana Qurbanova ona kimlərinsə barəsində mətbuatda məqalə dərc olunması barədə müraciət etməmişdir. 22 mart 2021-ci ildə özünün istifadəsində olan və fiziki şəxs kimi qeydiyyatdan keçdiyi “Nuh" informasiya agentliyində bu barədə məqalə dərc etmişdir. Həmin məqaləni Feysbok sosial şəbəkəsində olan X15 məxsus səhfədən götürmüşdür. Təkziblə bağlı Cabbar Məmmədov və qeyriləri tərəfindən ona müraciət edilməmiş, eləcə də Cabbar Məmmədovu və qeydlərini də tanımır. Məqalədə hansısa səhifəyə və ya sayta istinad etməmiş, buna ehtiyac bilməmişdir. Onun məqsədi sadəcə informasiya yaymaq olmuşdur. KİV haqqında qanun tələb edir ki, tərəf dərc olunanlarla bağlı razı deyilsə, təkzib verilməsi üçün müraciət edir. Özü ünvan 7 ünvanında qeydiyyatda olmaqla. ünvan 8ylı evdə faktiki yaşayır. "Nuh" informasiya agentliyini fəaliyət göstərdiyi sahə isə Xətai rayonu ərazisində yerləşir. Mətbuatda dərc olunan bütün məlumatlara görə Elyanə Qurbanova məsuliyyət daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X53 ifadəsində göstərmişdir ki, X12 2019-cu ildən tanıyır. Aralarındakı tanışlıq təsadüf nəticəsində baş vermişdir. Onunla ədavət və qohumluq münasibətləri olmamış, lakin aralarında şəxsi münasibətləri mövcud olmuşdur. Belə ki, X18 ilə tanış olduğu ilk gündən ondan X10 barəsində şikayət edilməsinə onun həbs edilməsinə köməklik edilməsini bildirmişdir. Bu məqsədlədə Nərimanov rayon Prokurorluğuna şikayət edildiyini Nərimanov RPİ-nin İŞ-də araşdırma materialı üzrə müstəntiqin qərarından Nərimanov rayon məhkəməsinə şikayət etdiklərini, şikayətlərinin təmin edilməsi, müstəntiqin qərarın ləğv edilməsi üçün istənilən məbləğdə pul verəcəyini vədd edərək həmin qərarın ləğv edilməsi üçün Nərimanov rayon Məhkəməsinin binasının yaxınlığında E. Qurbanovanın bir nəfərlə görüşərək həmin şəxsə 9000 manat pul verərək qərarı ləğv etdirmişdir.Həmin vaxtadək cabbar Məmmədovun kim olduğunu bilməmişdir. Cabbar Məmmədov Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət etdikdən sonra onu ilk dəfə orada məhkəmədə və sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkilli Cinayətkarlıqla Mübarizə İdarəsində görmüşdür. Elyana Qurbanova onu hər kəsə qardaşının oğlu olaraq təqdim etmişdir. Elyana Qurbanova ona Cabbar Məmmədova qarşı ifadə verməyi üçün pul təklfi etmişdir. Həmin məqalə haqqında məlumatı olmuş və oxumuşdur. Vaxtı ilə ona da Cabbar Məmmədovun barəsində mətbuatda, internetdə təhqir edici, alçaldıcı və əmlakını əlindən alması, onu öldürməklə hədələməsi barədə məqalələr dərc etdirməsini təklif etmişdir. Elyana Qurbanovanın başqa şəxslər haqqında da sonuncuya məxsus Feysbok sosial şəbəkəsində olan X27 adlı səhfədə məlumatlar paylaşmışdır. Həmin məqalələrdəki məlumatlar yalan ifadələr əsasında qurulmuşdur. X44 Məmmədovun gəlinin şəklini məqalədə çap etdirib KİV-də onun əxlaqsız olması barədə məlumat yaymağı ona təklif etsə də həmin təklifi qəbul etməmişdir. Elyana Qurbanova ona təklif etmişdir ki, “bir nəfəri tapaq ona pul verək, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin qarşısında dalaşsın, ictimai qaydanı pozsun, onu polislər həbs etsin. Onun cinayət məsuliyyətindən azad etmək etmək üçün bölmə rəisi Rahib Mirzəyevin rüşvət verərək, onu tutduraq”. Bundan başqa Elyana Qurbanova ona 50000-60000 manat, daha sonra 100.000 manat pul təklif etmişdir ki, Cabbar Məmmədovu öldürülməsi üçün adam tapsın və ya onun özü öldürsün, lakin edilən təklifi qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X18 internet resurslarında canlı yayımda yayımlanan “video çəklişdə” X10 və digər şəxslərin qabaqcadan onları aldatmaq, ailələrini müflis etmək niyyətlərinin olmasını bildirərək qeyd edir ki: dəfələrlə onu etdiyi şkayətlərə görə onu öldürməyə cəhd edilmış, X10 və digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində ailəsinə məxsus əmlakları əlindən alınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X18 əvvəllər məhkum edilməmişdir. 047662 saylı vəsiqənin sürətindən görünür ki, X18 müharibə veteranıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 26.07.2021-ci il tarixli 964 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin qeydiyyat sənədlərində və Müharibə veteranları siyahısında X9 adı yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin 09.08.2021-ci ildə Abşeron Rayon Məhkəməsinə daxil olmuş sorğudan cavabından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində mövcud olan arxiv sənədlərinə əsasən 1968-ci il təvəllüdlü X18 02.02.2001-ci il tarixli adlı siyahıya əsasən “Qarabağ Müharibəsi” veteranıdır. Qeydiyyat sənədlərində soyadı Hümbətova kimi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-in MAPS şöbəsinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, X6 rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, ev 118-də qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi 01.03.2021-ci il tarixli Arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 03.09.1992-ci il tarixli 193 saylı əmrlə X18 qəbul şöbəsinə müvəqqəti olaraq tibb bacısı vəzifəsinə qəbul edilərək, 01.09.1992-ci il tarixdən bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin 28.02.1994-cü il tarixli28 saylı əmrlə cərrahiyə şöbəsinin tibb bacısı X23 işdən azad edilməklə bütün növ təminatları kəsilərək Mingəçevir şəhər şöbəsinin sərəncamına göndərilmişdir. Beləliklə, təqsirləndirilən şəxs X18 məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş SD və digər iş materialları ilə tam sübuta yetirilmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının vəkilinin, təqsirləndirilən şəxsin və onun vəkilinin, şahidin iş üzrə ifadələrini, video diski və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2.-ci maddəsinin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi aşağıdakılarla təsdiq edilir: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 özünün “Feysbuk” internet səhifəsində, 22 mart 2021-ci il tarixdə, saat 13:59-da, “NUH” informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə saat 17:11-də, Tribuna informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə, saat 18:31-də Gündəlik Bakı informasiya vasitəsində, yalan olduğunu bilə-bilə “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalənin yayılmasına özünə məxsus feysbuq sosial şəbəkəsində yazmaqla şüurlu surətdə həmin məlumatların yayılmasına imkan yaratmaqla, həmçinin Medonline.az saytında və kanalında 29 mart 2021-ci il tarixdə müsahibə verərək Cabbar Məmmədovun barəsində yuxarıda qeyd edilən yalan olduğunu bildiyi, böhtan xarakterli məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında təkrar yalan məlumatlar verməklə X16 ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Təqsirləndirilən şəxs X18 məhkəmə iclasında '"'Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi" başlıqlı mətnin "NUH" informasiya agentliyində, Tribuna informasiya agentliyində, Gündəlik Bakı informasiya vasitəsində nəşr olunmasından onun heç bir məlumatı olmadığını və heç bir Kütləvi informasiya Vasitəsinə (KİV) nə yazılı, nə şifahi müraciət etmədiyini, müsahibə vermədiyini, poçtla, yaxud digər vasitələrlə məktub, müraciət, xahişnamə yollamadığını, hər hansı bir yazının, mətnin, məqalənin dərc olunmasını, nəşr edilmədiyini, internet resursları vasitələrində yayımlanması barədə heç vaxt heç kimə müraciət etmədiyini, yəni şikayət edilən mətnlərin dərc olunmasına, nəşr edilməsinə və internet resurslarında yayımlanmasına onun heç bir aidiyyəti olmadığını irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı X8 ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, “NUH” informasiya agentliyində 22 mart 2021-ci il tarixdə dərc olunmuş “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalənin digər kütləvi informasiya agentliklərində və internet resurslarında eyni başlıq altında yazılmış mətnlər, 29 mart 2021-ci il tarixdə “Medonline.az saytında X8 açıq efirdə verdiyi müsahibənin mətinləri,- 06 dekabr 2019-cu il tarixli cinayət işinin rədd eilməsi barədə qərarda qeyd olunan X8 verdiyi şikayət və izahatlarının məzmunu eynidir. Həmin mətnlərdə X10 və digər şəxslərin qabaqcadan onları aldatmaq, ailələrini müflis etmək niyyətlərinin olmasını bildirməsindən, eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsinə haqqında 06 dekabr 2019-cu il tarixli qərarda qeyd olunan izahatlardan görünür ki, X2 informasiya agentliklərində və internet resurslarında yerləşdirdiyi eyni başlıq altında yazılmış mətnlərin məzmunu ilə həm çəkliş zamanı dedikləri həm də verdiyi izahatındakı mətnlərin məzmunu eynilik daşıyır. Bundan başqa məhkəmə istintaqı zamanı iş üzrə dindirilmiş şahid ’‘Nuh" informasiya agentliyinin baş redaktoru X22 ifadəsində göstərmişdir ki, 22 mart 2021-ci ildə özünün istifadəsində olan və fiziki şəxs kimi qeydiyyatdan keçdiyi “Nuh" informasiya agentliyində “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalə dərc etdirdiyini, həmin məqaləni Feysbok sosial şəbəkəsində olan X11 məxsus səhfədən götürdüyünü bildirmişdir. İş üzrə dindirilmiş digər şahid X53 ifadəsində, Elyana Qurbanovanın ona baxılan mülkü iş üzrə Cabbar Məmmədova qarşı ifadə verməyi üçün pul təklfi etdiyini, Elyana Qurbanovanın başqa şəxslər haqqında da məlumatlar paylaşdığını, X44 Məmmədovun gəlinin şəklini məqalədə çap etdirib KİV-də onun əxlaqsız olması barədə məlumat yaymağı ona təklif etsə də həmin təklifi qəbul etmədiyini, Elyana Qurbanovanın başqa şəxslər haqqında da sonuncuya məxsus “Facebook” sosial şəbəkəsində olan X18 adlı səhfədə məlumatlar paylaşdığını bildirmişdir. Bununlada məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla müəyyən edilir ki, sözügedən məqaləni 22 mart 2021-ci il tarixdə, saat 13:59-da, “NUH” informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə saat 17:11-də, Tribuna informasiya agentliyində, 22 mart 2021-ci il tarixdə, saat 18:31-də Gündəlik Bakı informasiya vasitəsində, yalan olduğunu bilə-bilə internet informasiya ehtiyatı “Qarabağ veteranı xanım generalın qardaşından Prezidentə şikayət etdi” başlıqlı məqalə yazılmaqla, həmçinin, 29 mart 2021-ci il tarixdə “Medonline.az saytında X8 açıq efirdə müsahibə verməklə və müsahibə dərc etdirməklə xüsusi ittihamçını ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə sonuncu barəsində böhtan xarakterli məlumatların yayılması məhz X18 tərəfindən törədilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs X5 informasiya agentliklərində və internet resurslarında xüsusi ittihamçı X10 ağır və xüsusilə ağır ittiham etsə də yaydığı məlumatların doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X18 tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X8 əlində heç bir mötəbər sübutu olmadan X10 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya agentliklərində və internet resurslarında yayaraq sonuncunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 182.4 və 29.,120.2.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham etməsi, X10 ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, X18 xüsusi ittihamçı X10 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya agentliklərində və internet resurslarında yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı X10 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayıldığı andan başa çatmışdır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Ç.Ə.Aslanova tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxs X8 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qadın olmasını və Qarabağ Müharibəsi veteranı olmasını, məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X8 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, X8 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və X11 islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs X8 yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X13 tətbiq edilməsi nəzərdə tutulan cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işi materiallarında saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-345/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-345/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver