Məhkəmə qərarları › İş №1(012)-346/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-346/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-346/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, yataqxana 7-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Abşeron rayonu, Saray qəsəbəsi, N.Xəzri küçəsi, ev 37 yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və məhkəmə istintaqında barəsində həbs qətimkan tədbiri seşilməklə xx.xx.2022-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 20 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001)-2041/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 14 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 27 avqust 2021-ci il tarixə kimi, cəmi 2720,00 manat məbləğində Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001)-2041/2020 saylı qətnaməsinə əsasən, 20 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk öncə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, daha sonra yaşayış yeri dəyişdirildiyindən aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Binəqədi Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, aliment üzrə heç bir ödəniş etməmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 2720,00 manat təşkil etmiş, özü Sumqayıt şəhəri ərazisində olan qadın aksessuarları mağazaında satıcı işləyir, aylıq qazancı 300- 350 manat təşkil etməsinə baxmayaraq aliment borcunu tam şəkildə ödənilməsinə imkanı olmasa da, hissə-hissə borcunu ödənilməsini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. hazırda qətnamə üzrə tələbkara olan borcunu tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020ci il tarixli, 2(001)-2041/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 20 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün ilk öncə Binəqədi rayon İcra və Probasiya şöbəsinə, daha sonra aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 2720,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Cinayət işi məhkəməyə daxil olduqdan sonra Rəşad Mehdiyev ona olan aliment borcunu tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid3 Yahya qızının elan olunmuş ifadəsindən görünür ki, qızı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2014-cü ildə el adəti ilə nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan xx.xx.2015-ci ildə Zeynəb adlı qız övladı dünyaya gəlmiş, ilk dövrdə mehriban olsalar da, sonradan Təqsirləndirilən şəxs öz evinə gec-gec gəlməsi, ailəsi ilə maraqlanmaması Ayşən ilə olan münasibətinin pozulmasına gətirib çıxarmış, nikahları qısa müddət davam etmiş, 2015-ci ildə Zərərçəkmiş şəxs aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş tələbi təmin olunaraq aylıq 108,00 manat ödənilməsi qərara alınmış, həmin məbləğ borclu Təqsirləndirilən şəxs tərəfindən hər ay ödəniş olunmuş, daha sonra Zərərçəkmiş şəxs 2020-ci ildə aliment miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020ci il tarixli, 2(001)-2041/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 20 aprel 2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən X2 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, buna baxmayaraq borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməmiş və icra qurumunun təqdimatına əsasən Təqsirləndirilən şəxs aliment üzrə 2720,00 manat məbləğində borcu yaranmış, Təqsirləndirilən şəxs alimenti ödəmək üçün maddi imkanı vardır, borclunun anası icarə əsasında götürdüyü Sumqayıt şəhərində qadın aksessuarları mağazası vardır və Təqsirləndirilən şəxs özü həmin mağazada satıcı kimi işləyir, lakin alimenti ödəməkdən qəsdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evinə heç bir köməklik göstərmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2041/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170,00 manat aliment pulu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuş, göstərilən icra sənədi xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata qəbul edilərək borcluya, tələbkara və məhkəməyə bu barədə məlumat verilmiş, icra məmurunun qanunu tələblərini yerinə yetirmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(001)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunaraq inzibati tənbeh edilmiş, borclu yaşayış yerini dəyişdiyindən xx.xx.2021-ci il tarixli qərarla icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs şöbəyə dəvət edilərək onunla şifahi söhbətlər aparılaraq icra sənədinin icrasının vacibliyi və məcburiliyi qeyd olunmuş, bununla bağlı borcluya rəsmi xəbərdarlıq edilmiş, həmçinin izahatı alınmış, sonuncu xəbərdarlığı şəxsən imza edərək qəbul etmiş, Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 8(012)-371/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 2(001)-2041/2020 saylı, xx.xx.2020-ci il tarixli qətənaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmdə faktiki imkanlardan istifadə etməmiş, bundan başqa tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 2550,00 manat ödənilməmiş aliment borcunun qalmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 2720,00 manat aliment borcunun olması ilə əlaqədar borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün tərəfimizdən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001)- 2041/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170,00 manat aliment pulu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Binəqədi Rayon Məhkəməsinin inzibati xəta haqqında 14 yanvar 2021-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(001)-2041/2020 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X8 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs işlə təmin olunması üçün filiala müraciət etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilərək cəza çəkməkdən azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi üzrə ittiham aktında olan aliment borcunu tam ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, məhkəmə qətnaməsi üzrə olan aliment borcunu Zərərçəkmiş şəxs tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən onun barəsində həmin tarixdə axtarış elan olunmuş və tərəfimdən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin X11 təhvil verilməsi barədə məlumat daxil olmuşdur. 04 aprel 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat tərəfimdən təzələnərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham Təqsirləndirilən şəxs elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs məhkəmə istintaqından gizləndiyindən onun barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin X11 təhvil verilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı, o, dərhal məhkəmə zalında həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306-cı, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunsun, o, dərhal məhkəmə zalında həbsdən azad olunsun. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar