Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-346/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonunun Qonaqkənd qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Heydərov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Z.Həbibov küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçməklə, sonra isə evin yan tərəf pəncərəsinin dəmir barmaqlığını sındıraraq plastik materialdan olan pəncərəni sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabın siyirməsindən bir ədəd 100 manat dəyərində “Samsunq J-5” markalı mobil telefonu, evin digər yataq otağındakı dolabın içərisindən hər biri 25 manat olan 4 ədəd hamam dəsmalını, hər biri 65 manat olan 2 ədəd villur materiallı süfrələri, hər biri 50 manat olan 3 ədəd güpr materiallı dəsmalları, 1 ədəd 50 manat dəyərində olan süfrəni, hər biri 75 manat olan 2 ədəd yataq dəstini, 1 ədəd 120 manat dəyərində olan “şuba” yataq dəstini, bir ədəd 100 manat dəyərində olan villur yataq dəstini, həmin dolabın üstündə olan bir ədəd 200 manat dəyərindəki “Lenovo” markalı Notebook komputeri və evin dəhlizindən bir ədəd 100 manat dəyərindəki 5 litr su tutumu olan mis materiallı samovarı, cəmi 1200 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan əlavə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə gündüz vaxtı Zərərçəkmiş şəxs2 məxsus, Abşeron rayonu, Fatmayi kəndində yerləşən fərdi yaşayış evinə giriş qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan 15 manat dəyərində 1 ədəd “Samsunq” markalı mobil telefonu, 350 manat dəyərində 1 cüt qızıl sırğanı və 200 manat dəyərində 1 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 565 manat məbləğində ziyan vurmuşdur. Bundan əlavə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində X3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Heydərov küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq həmin evdən 01 ədəd 800 manat dəyərində “LG” markalı televizor, 01 ədəd 1200 manat dəyərində “Novo hot” markalı kombi aparatı, 01 ədəd “Novastart” markalı TSD- 500BA model 40 manat dəyərində elektrik tənzimləyici (stabilizator), 01 ədəd 200 manat dəyərində su qızdırıcısı, 01 ədəd 700 manat dəyərində latun tərkibli duş komplekti, 01 ədəd “Bautech” markalı GLS-631 F model 100 manat dəyərində 4 göz qaz sobası, 01 ədəd “Sonifer” markalı SF-8032-1 model 15 manat dəyərində blender, 01 ədəd 300 manat dəyərində “Kenvod” markalı ətçəkən maşını və 04 ədəd ümumi dəyəri 100 manat olan qaşıq dəstini gizli olaraq talayıb zərərçəkmiş şəxs Elçin Abdulhüseynova ümumilikdə 3455 manat məbləğində ziyan vurmuşdur. İşin halLarı və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, işsizlik və maddi imkansızlıq səbəbindən qeyd olunan oğurluq əməllərini törətmişdir. O, əvvəllər heç vaxt cinayət əməli törətmədiyini və məsuliyyətə cəlb edilmədiyini ilk dəfə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən evdə və yaxın ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həyətə sonra isə pəncərədən içəri daxil olmuşdur. Bundan sonra o, yataq otağındakı dolabdan “Samsunq J-5” markalı mobil telefon aparatını, evin digər yataq otağındakı dolabın içərisindən 4 ədəd hamam dəsmalını, 2 ədəd villur materiallı masa süfrələrini, 3 ədəd güpr materiallı dəsmalları, bir ədəd sadə süfrəni, 3 ədəd sadə yataq dəstini, 1 ədəd villur materiallı yataq dəstini, həmin dolabın üstündə olan bir ədəd “Lenovo” markalı Notebook komputeri və bir ədəd 5 litr su tutumu olan mis materialllı samovarı oğurlayaraq evi tərk etmiş, həmin əşyaları yaşadığı evin həyətindəki zirzəmidə gizlətmişdir. O, həmin əşyaları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bit” bazarı kimi adlanan yerdə tanımadığı bir nəfər şəxsə ümumilikdə 200 manata satmış və əldə etdiyi həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurluq etdiyi həmin evin sahibi olan Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Fatmayi kəndində yaşayan adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 evindən oğurluq əməli törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 məxsus bir mərtəbəli evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq evin giriş qapısına yaxınlaşmış və qapının qıfılla bağlandığını görmüşdür. Bundan sonra qıfılı sındırmaq üçün həyətdən iri daş parçası taparaq sındırmış və həmin qapıdan evə olmuşdur. Həmin vaxtı evin yataq otağındakı dolabdan 1 ədəd “Samsung” markalı mobil telefon və 1 cüt qızıl sırğa tapıb cibinə qoymuş, daha sonra evin qonaq otağında olan dolabın rəfindən 1 ədəd odun samovarı taparaq iri ölçülü sellofan torbaya qoyub özünün yaşadığı evə gətirərək, gizlətmişdir. Bundan bir neçə gün sonra, o, həmin samovarı, 1 cüt qızıl sırğanı və 1 ədəd “Samsung” markalı mobil telefonu digər əşyalarla birlikdə Sabunçu rayonu ərazisində bazara aparıb orada tanımadığı şəxsə satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına və ərzaq almağa xərcləmişdir. Nümayəndə və X2 yaşadıqları mənzil onun yaşadığı küçədə yerləşsə də lakin həmin ünvanlarda uzun müddətdir ki, yaşayış olmadığını gördüyünə görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Sonuncu dəfər isə xx.xx.2024-cü il tarixdə gecə saatlarında evin hasarından həyətyanı sahəsinə daxil olaraq, zirzəminin dəmir kilidini daşla sındırmış, daha sonra isə pəncərəni lom ilə dartıb aralamış və evə daxil olmuşdur. Evə daxil olan zaman zaldan 01 ədəd “LG” markalı televizoru, 01 ədəd “Novo hot” markalı kombi aparatını, 01 ədəd elektrik tənzimləyicini, 01 ədəd su qızdırıcısını, 01 ədəd latun tərkibli duş komplektini, 01 ədəd 4 göz qaz sobasını, 01 ədəd blenderi, 01 ədəd ətçəkən maşınını və 04 ədəd qaşıq dəstini oğurlayıb giriş qapısının yanına yığmışdır. Daha sonra isə giriş qapısını və darvazanı açıb həmin əşyaları hissə-hissə yaşadığı evə aparmışdır. Bu hadisədən 2-3 gün sonra əşyaların hamısını Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən bit bazarına satmağa aparmış və həmin əşyalardan bir qismini tanımadığı bir neçə şəxsə satmaqla 220 manat əldə etmişdir. Sonda törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını və zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməklə, hər bir zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmamasını bildirməklə məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X6 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, yaşadığı ünvan 1-dən ailə üzvləri ilə birlikdə çıxaraq səhhətilə əlaqədar olaraq Yevlax rayonu, Malbinəsi kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, geri evinə qayıdıb həyətə daxil olan zaman evin yan tərəf pəncərəsinin dəmir barmaqlığının qoparılmasını və açıq vəziyyətdə olduğunu gördükdə evə daxil olmuş, əşyalarının dağınıq vəziyyətdə olduğunu və oğurluq olduğunu anlamışdır. Sonradan ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdə, naməlum şəxs və ya şəxslər evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açıb içəri daxil olaraq evin yataq otağındakı dolabın sirməsindən bir ədəd 100 manat dəyərində olan “Samsunq J-5” markalı mobil telefonu, evin digər yataq otağındakı dolabın içərisindən hər biri 25 manat olan 4 ədəd hamam dəsmalını, hər biri 65 manat olan 2 ədəd villur materiallı süfrələri, hər biri 50 manat olan 3 ədəd güpr materiallı dəsmalları, 1 ədəd 50 manat dəyərində olan süfrəni, hər biri 75 manat olan 2 ədəd yataq dəstini, 1 ədəd 120 manat dəyərində olan “şuba” yataq dəstini, bir ədəd 100 manat dəyərində olan villur yataq dəstini, həmin dolabın üstündə olan bir ədəd 200 manat dəyərindəki “Lenovo” markalı Notebook komputeri və evin dəhlizindən bir ədəd 100 manat dəyərindəki 5 litr su tutumu olan mis materialllı samovarı oğurlamışlar. Həmin oğurluq hadisəsi nəticəsində də ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gedən zaman yaşadığı evin qapı və pəncərələrini bağlamış, axşam qayıtdıqda isə naməlum şəxs və ya şəxslər tərəfindən qapının kilidinin sındırmaqla evinə daxil olaraq oradan 01 ədəd samovarı, 01 cüt qızıl sırğanı və 01 ədəd “SAMSUNG” markalı telefonu oğurladığını müəyyən etmiş və 2 gün sonra Mehdiabad polis bölməsinə gedərək, şikayət ərizəsi yazmışdır. Ona ümumilikdə 565 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslnda zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, X1 Federasiyasında yaşadığı üçün o, sonuncuya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X16 küçəsində yerləşən fərdi yaşayış evinə təxmini 1 il olar ki, köçmüşdür. xx.xx.2024-cü il tarixdə səhər saatlarında qonşu Umudvar qardaşına zəng edərək evində oğurluq olduğunu bildirmiş, daha sonra sonuncu ona zəng edərək, hadisəni danışmışdır. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikasına gəlmiş və həmin evdən 01 ədəd 800 manat dəyərində “LG” markalı televizor, 01 ədəd 1200 manat dəyərində “Novo hot” markalı kombi aparatı, 01 ədəd 180 manat dəyərində stabilizator, 01 ədəd 200 manat dəyərində su qızdırıcısı, 01 ədəd 700 manat dəyərində latun tərkibli duş komplekti, 01 ədəd 300 manat dəyərində qaz piltəsi, 01 ədəd 40 manat dəyərində blender, 01 ədəd 300 manat dəyərində “Kenvod” markalı ətçəkən maşını və 04 ədəd ümumi dəyəri 100 manat olan qaşıq dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu hadisə nəticəsində qardaşına ümumilikdə 3820 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün sonuncuya qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Hadisə yerinə baxış keçirilməsi haqqında 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən Zərərçəkmiş şəxs1 məxsus olan ümumi dəyəri 1200 manat dəyərində məişət əşyalarının yerində olmaması müəyyən olunmuşdur;
2. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. Hadisə yerinə baxış keçirilməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Fatmayi kəndində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 565 manat olan 1 ədəd “Samsunq” markalı mobil telefon, 1 cüt qızıl sırğa və 1 ədəd samovarun yerində olmaması müəyyən olunmuşdur;
4. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. Hadisə yerinə baxış keçirilməsi haqqında 17 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Heydarov küçəsində yerləşən X2 yaşadığı nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən X3 məxsus ümumi dəyəri 3455 manat olan məişət əşyalarının yerində olmaması müəyyən olunmuşdur;
6. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmışdır;
7. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir;
8. “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur;
9. “Cinayət işlərinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi” haqqında 28 iyun 2024-cü il tarixli qərardna görünür ki, ********* və ********* nömrəli cinayət işləri icraata qəbul edilmiş, həmin cinayət işlərinin istintaqı eyni şəxs barəsində aparıldığından bir icraatda birləşdirilərək, istintaq ********* nömrəsi altında davam etdirilmişdir;
10. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
11. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Əhmədov X5 RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
12. “Maddi sübut hesab edilməsi” haqqında 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Novastart” markalı stalibizator, 01 ədəd “Sonfier” markalı blender və 01 ədəd “Bautech” markalı qaz pilitəsi cinayət prosesi üçün mötəbər dəlil olduğundan iş üzrə maddi sübut hesab olunmuş və saxlanması üçün sahibi X3 təhvil verilmişdir;
13. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
14. “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma” haqqında 28 avqust 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə zərərçəkmiş şəxs X2 nümayəndəsi qismində tanınmışdır;
15. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/6103 №-li rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Bautech” markalı GLS-631 F model 4 göz qaz sobasının dəyərinin 100 manat, 01 ədəd “Sonifer” markalı SF-8032-1 model blenderin dəyərinin 15 manat, 01 ədəd “Novastart” markalı TSD-500BA model elektrik tənzimləyicinin dəyərinin isə 100 manat kimi qiymətləndirilərək 2024-cü ilin aprel ayına orta bazar qiyməti ümumilikdə 155,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir;
16. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 11 sentyabr 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur;
17. “Sübutların qiymətləndirilməsi” haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzre Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 adad "Bautech" markali GLS-631 F model 4 göz qaz sobasi, 01 ədəd "Sonifer" markali SF-8032-1 model blender və 01 ədəd "Novastart" markali TSD-500BA model elektrik tənzimləyicinin cinayət işi üzrə maddi sübut kimi tanınması və zərərçəkmiş şəxs X3 qaytarılmasi nəzərə alınmalı, X3 məxsus 01 ədəd "Bautech" markali GLS-631 F model 4 göz qaz sobasinin dəyərinin 100 manat, 01 ədəd "Sonifer" markali SF- 8032-1 model blenderin dəyərinin 15 manat, 01 ədəd "Novastart" markali TSD- 500BA model elektrik tenzimlayicinin dəyərinin ise 100 manat kimi qiymətləndirilməklə 2024-cü ilin aprel ayina orta bazar qiyməti ümumilikdə 155,00 manat hesablanması, ittihamı təsdiq eden təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış, ifadələrin yerinde yoxlanmasi protokolu və digər rəsmi sənədlər onların həqiqiliyinə, yaranma mənbərinə və əldə edilmə hallarina şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 ve 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayat əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilmeli hallar üzre toplanmiş mümkün sübutlarin həcmi cinayət işi üzrə mötəbər ve yekun nəticəyə gəlməyə imkan verdiyinden həmin sübutlar kifayat etmis hesab edilmişdir;
18. Zərərçəkmiş şəxs X6 tərəfindən istintaqa təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur;
19. Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur;
20. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən istintaqa təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur;
21. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 iyun 2016-cı il təvəllüdlü X9, 03 yanvar 2018-ci il təvəllüdlü X11 və adlı 08 iyun 2020-ci il təvəllüdlü X12 uşaqları vardır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin vünamyəndənin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək, barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Heydərov küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınmış 01 adad "Bautech" markali GLS-631 F model 4 göz qaz sobasi, 01 ədəd "Sonifer" markali SF-8032-1 model blender və 01 ədəd "Novastart" markali TSD-500BA model elektrik tənzimləyicinin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Heydərov küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 adad "Bautech" markali GLS-631 F model 4 göz qaz sobasi, 01 ədəd "Sonifer" markali SF-8032-1 model blender və 01 ədəd "Novastart" markali TSD-500BA model elektrik tənzimləyicinin zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov