Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-347/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (boşanmış), Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1 və 306.1-ci maddələri ilə məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2022-ci ilin avqust ayının əvvəlində fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobustan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd 20 kq bitum, 30 manat dəyərində 10 metr kabel, 140 manat dəyərində 2 ədəd pəncərə və 70 manat dəyərində bir ədəd alüminium qapı, 150 manat dəyərində 1 ədəd samovar, 24 manat dəyərində 4 ədəd 3 metr uzunluğunda armatur, 20 manat dəyərində 10 metr su borusu, 200 manat dəyərində 20 ədəd dikt, ümumi dəyəri 160 manat olan 2 metr uzunluğunda 7 ədəd, 3 metr uzunluğunda 10 ədəd, 4 metr uzunluğunda 5 ədəd taxtaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs 819 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs etdiyi oğurluğa görə məsuliyyətdən yayınmaq üçün 08 avqust 2022-ci il tarixdə həm Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə, həm də hüquq mühafizə orqanı hesab edilən və cinayət işi başlamaq hüququ olan Abşeron Rayon Polis İdarəsinin X3 07 avqust 2022-ci il tarixdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində onunla birlikdə oğurlanan əşyaların geri qaytarılması məqsədilə görüşmüş Şahid1 və Zərərçəkmiş şəxs tərəfindən sonuncuya məxsus “Opel Astra” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilində guya döyülməsi, bıçaqla öldürülməklə hədələnməsi və 300 manat dəyərində “Samsung” markalı mobil telefonunun əlindən zorakılıqla alınaraq ona qarşı quldurluq cinayətinin törədilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlarla xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edib, bununla bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsində aparılan təhqiqat zamanı verdiyi rəsmi sənəd sayılan eyni tarixli izahatında da cinayət edilməsi barədə bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həqiqətə uyğun olmayan, sonradan özü tərəfindən Abşeron Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixdə iki dəfə ünvanladığı teleqram vasitəsi, habelə bununla bağlı sonradan izahatı alınarkən yalan məlumatlar verdiyini bəyan etməklə bu əməlləri nəticəsində təhqiqat və istintaq orqanlarının normal fəaliyyətinin, habelə ayrı-ayrı şəxslərin əsassız cinayət təqibinə məruz qalmaqla əlaqədar rahatlığının pozulacağını başa düşüb bunu arzulamaqla ağır cinayət kateqoriyasına aid edilən sanksiyasında səkkiz ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan silahdan istifadə etməklə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayətinin törədilməsi ilə əlaqədar təhqiqat orqanında araşdırma aparılmasına nail olmaqla bilə-bilə ağır cinayətin edilməsi ilə bağlı yalan xəbərçilik etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yay aylarının əvvəlləri Şahid1 Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Qobustan kəndi ərazisində torpaq sahəsində yarımtikili inşa olunan evdə müəyyən təmir işləri görmüş, həmin ərəfədə işsiz olduğu üçün Cavid onu fəhlə və gözətçi kimi Aqilə məsləhət vermiş, həmin vaxta qədər Aqillə heç bir münasibəti olmamışdır. Daha sonra Cavid onları yaxından tanış edib onu Aqilə məsləhət görmüş və o da ona evində yaşamaqla həyətinə baxmasına etiraz etməmişdir. Həmin vaxtdan Aqilin Abşeron rayonu, Qobustan kəndi ərazisində olan evin həyətində təmizlik işləri görmüş, bağda olan ağacları sulamış, digər lazımi işlərlə məşğul olmuş, buna görə də Aqil ona gündəlik 20 manata yaxın pul vermişdir. Yaşamağa yeri olmadığı və həmin evə gedibgəlmək uzaq olduğu üçün Aqildən orada yaşamağa icazə verməsini xahiş etmiş, 2022-ci ilin iyul ayının axırlarında Aqil ona həmin evin açarını verib orada təmir işləri görülənədək yaşamağına icazə vermişdir. 2022-ci ilin avqust ayının əvvəlində maddi imkanı olmadığı üçün Aqilin həyətindən oğurluq etmək qərarına gəlib həyətində olan tikinti materiallarım, həmçinin dəmir armaturları oğurlayıb satmaq məqsədilə həyətdə olan 4 ədəd 3 metr uzunluğunda armaturları və tikinti materialları olan 20 ədəd dikti, 2 metr uzunluğunda 7 ədəd, 3 metr uzunluğunda 10 ədəd, 4 metr uzunluğunda 5 ədəd taxtaları və digər xatırlamadığı tikinti materiallarını oğurlayıb hamısını cəm şəkildə Zakir adında tanımadığı bir şəxsə 100 manata, habelə Aqilə məxsus oğurladığı 1 ədəd samovarı 75 manata “Bibi” kafesinin yanında Mətləb adlı bir şəxsə satmışdır. 02 avqust 2022-ci il tarixdə axşam saat 21 radələrində Şamaxı-Bakı yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Bibi” adlı kafedə olan zaman Aqil dostu Allahverənlə gəlmiş və onlar birlikdə Aqilin bağ evinə getmişlər. Onlar Aqilin evinin həyətində taxta, dikt, armatur, alüminium pəncərə və samovarın olmadığını görüb ondan bu barədə soruşmuş, o, da onu aldadaraq taxtaları çölə yığdığını, samovarı isə onunla qalan qızın götürüb getdiyini, qızı tapıb samovarı qaytaracağını demişdir. Aqil çölə çıxanda taxtaları görməyib ondan bu barədə bir daha soruşanda ona düzünü deyə bilməyib yalandan taxtaların kim tərəfindən götürüldüyünü bilmədiyini demiş, sonra da Aqilə itən əşyaları tapıb qaytaracağına söz vermiş, Aqil ondan evinin açarını alıb heç bir söz demədən onu “Bibi” kafesinə aparıb orada düşürtmüşdür. 07 avqust 2022-ci il tarixdə təxminən saat 21 radələrində Cavid “Bibi” kafesinə gəlib onu orada görüb Aqilə məlumat vermiş, bir neçə dəqiqə sonra Aqil həmin kafeyə öz avtomobili ilə gəlib ondan itən əşyaların qaytarılmasını tələb etmiş, ona samovarı tapıb kafenin arxasında gizlətdiyini desə də, birlikdə kafenin arxasına keçib baxanda samovarı görməmişlər. Həmin vaxt içkili olub onlara yalan danışmış, söhbət edən zaman adını bilmədiyi şəxs onları görüb nə baş verdiyini soruşanda Aqil ona onun taxtalarını və samovarını icazəsiz götürdüyünü deyəndə həmin şəxs də onu tanıdığını, bir neçə gün əvvəl hansısa “Qazel” avtomobili ilə Aqilin evinə gəldiyini və evindəki taxtaları orada maşın ustası işləyən Zakir adlı şəxsə satdığını deyib onu ifşa etmişdir. Həmin vaxt Aqil ona gedib evə baxmağı, oğurladığı əşyaların siyahısını tutmağı təklif etmiş, o, da razılaşıb Cavid və Aqil ilə birlikdə sonuncuya məxsus “Opel Astra” markalı **-OC-*** dövlət qeydiyyat avtomobilə əyləşmiş, həmin vaxt Aqilin avtomobilinin qabaq oturacağında əşyalar olduğu üçün o və Cavid avtomobilin arxa oturacağına oturmuşlar. Aqil avtomobilini işə salıb Qobustan qəsəbəsindəki evi istiqamətinə doğru hərəkətdə olan vaxt səhvini başa düşüb onlara yalvarmağa başlayıb oğurladığı əşyaları qaytaracağına söz vermiş, Müşfıqabad qəsəbəsindəki yol patrul postunu keçən zaman qaçmaq üçün avtomobilin hərəkətdə olmasına baxmayaraq ani olaraq oturduğu arxa sağ tərəfdən qapını açıb özünü yerə atmaq istəyəndə Cavid onu əli ilə tutmuşdur. Bu vaxt Aqil dərhal avtomobili saxlayıb kənara çəkmiş, üçü də maşından düşəndən sonra Aqil və Cavid onu polis postuna tərəf aparmış, Aqil polis əməkdaşlarına onun evindən oğurluq etdiyini deyib post patrul avtomobili çağırmalarını xahiş etmiş, həmin vaxt o, da polislərə əməlini etiraf etmişdir. Bir qədər sonra post patrul maşını gəlmiş, Aqil ora gələn polis əməkdaşlarına onun evində tikinti mallarını oğurladığını deyib hadisə barədə məlumat vermişdir. Həmin vaxt Aqilin təcili işi olduğu üçün polislərə 10 dəqiqəlik Müşfıqabad qəsəbəsi tərəfə gedib qayıdacağını demiş, Cavid isə onunla birlikdə polisə getmiş, yolda Cavidə ondan şikayət etməməsi üçün yalvarmış və oğurladığı əşyaların hamısını qaytaracağını demişdir. Cavidin ona yazığı gəldiyi üçün şikayət etməmək qərarına gəlmiş, bundan sonra onlar polis avtomobilindən düşmüş, o, isə oradan uzaqlaşmış, polisin avtomobilindən düşəndən sonra telefonunun olmadığını görüb özünü Aqilin avtomobilindən atmaq istəyəndə avtomobildə qaldığını başa düşmüşdür. Həmin vaxt Aqildən oğurladığı tikinti materiallarını və samovarı qaytara bilməyəcəyini, Aqilin də ondan polisə müraciət etmək məcburiyyətində qalacağını başa düşüb Aqilin və Cavidin guya ona qarşı quldurluq etdiklərini, avtomobildə onu öldürmək istədiklərini, bıçaqla hədələdiklərini, döydükləri və telefonunu aldıqlarını bəyan etmək üçün 08 avqust 2022-ci il tarixdə saat 19 radələrində DİN-nin “102 Məlumat mərkəzi”-nə zəng edib yalandan Aqil və Cavidin onu silahla hədələyərək döydüklərini və telefonunu əlindən aldıqlarını demiş, həmin gün Abşeron RPİ-nin X3 gedib orada rəsmi olaraq bu barədə yazılı şikayət vermişdir. Ərizə yazan zaman rəsmi olaraq cinayət edilməsi barədə bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə cinayət məsuliyyəti daşımağı barədə xəbərdarlıq edilmiş, lakin buna baxmayaraq ərizə verib özü yazaraq imzalamış, daha sonra ərizəsi əsasında X2 xatırlamadığı əməkdaşı ondan izahat almış, izahat alınarkən də yenidən o, rəsmi olaraq cinayət edilməsi barədə bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə cinayət məsuliyyəti daşımağı barədə xəbərdarlıq edilsə də, izahatında Aqil və Cavidi şərləyib yalandan onların ona qarşı quldurluq etdikləri barədə həqiqətə uyğun olmayan uydurma izahat yazmış və izahatda həmin gün guya onların ona bir söz demədən qəfildən mübahisə etməyə başladıqlarını, Cavidin onun sifət nahiyəsinə başı ilə kəllə vurduğunu, Aqilin isə onu bıçaqla öldürməklə hədələdiyini, daha sonra guya Cavidin onun iradəsinə zidd olaraq Aqilin avtomobilinə düşmüş ona məxsus “Samsung” markalı mobil telefonunu zorla aldığını, sonra onların onu zorla avtomobilə otuzdurub guya öldürməyə aparacaqlarını dediklərini göstərmiş, lakin izahatında qeyd etdikləri hamısı yalan olmuş və həqiqətə uyğun olmamışdır. Həmin gün Aqil və Cavid də ərizəsi əsasında X3 dəvət olunmuş, onların izahatları alınmış, həmin vaxt Aqil onun telefonunu polislərə təqdim etmişdir. 18 avqust 2022-ci il tarixdə onun ərizəsinə görə Cavid və Aqil barəsində cinayət işi başlandığını, onların haqsız olaraq cinayət təqibinə məruz qaldıqlarını və səhv etdiyini başa düşüb Müşviqabad qəsəbəsindəki “Azərpoçt” filialından Abşeron RPİ-nə ardıcıl iki teleqram ünvanlamış, həmin teleqramda 07 avqust 2022-ci il tarixdə Aqil və Cavid barəsində içkili olduğu üçün yalan, şər və böhtan xarakterli şikayət etdiyini səmimi etiraf edib onlardan şikayəti və tələbi olmadığını, verdiyi izahatlar və ifadələrin yalan olduğunu bildirmişdir. Abşeron RPİ-də aparılan araşdırma zamanı Aqildən oğurladığı samovarı təqdim etmiş, müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra həmin samovar Aqilə qaytarılmış, tikinti materiallarını satdığı Zakir adlı şəxs həmin əşyaların oğurluq olmasını biləndən sonra pulsuz Aqilə qaytarmışdır. Sonda o, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və tutuduğu əməldən peşman olmasını əsas gətirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Abşeron rayonu Qobustan kəndi ərazisində 0,20 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsində yarımtikili ev inşa olunmuş, 2022-ci ilin yay aylarının əvvəllərində də təmir işlərinə usta kimi əmisi nəvəsi Şahid1 müəyyən işlərin görülməsi üçün cəlb etmişdir. Həmin ərəfədə Cavid ona Müşviqabad qəsəbəsindəki evində əvvəllər onun yanında fəhlə kimi işləmiş Təqsirləndirilən şəxs Qobustan kəndində olan evində həyət işlərini görmək üçün köməkçi və gözətçi kimi məsləhət görmüş, o, da buna etiraz etməmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs Müşviqabad qəsəbə sakini kimi tanımış, həmin vaxta qədər onunla heç bir münasibəti olmamış, onun danışığından məhkumluğunun olduğunu bilmiş, bu səbəbdən uzun müddət Müşviqabad qəsəbəsində görünməmiş, buna baxmayaraq Cavidlə razılaşmışdır. Bir dəfə evə baxmağa gedəndə Faizin həyəti təmizlədiyini, bağda olan ağacları suladığını, digər lazımi işlər gördüyünü görüb buna görə ona gündəlik olaraq 20 manata yaxın pul vermiş, Faiz qalmağa yeri olmadığına, gedib-gələ bilmədiyinə görə orda qalmağa icazə istəmiş, ona yazığı gəldiyi üçün 2022-ci ilin iyul ayının axırlarında ona bağın açarım verib orada təmir işləri görülənədək yaşamağına icazə vermişdir. İşləri olduğundan Qobustan kəndinə aradabir gedib-gəlmiş, 02 avqust 2022-ci il tarixdə axşam saatlarında Cavid ona zəng vurub metal qəbulu məntəqəsində işləyən oğlanın ona zəng vurub Faizin dəmir satdığını, nələrin çatışmadığı üçün gedib bağa baxacağını və açarı Faizdən alacağını demişdir. Faiz çox vaxt Şamaxı-Bakı yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Bibi” adlı kafedə olduğu üçün axşam saat 21 radələrində həmin kafeyə gedib Faizi orada görüb onunla birlikdə bağa gəlmiş, evin həyətində olan tikililərin birinə daxil olanda taxta, dikt, armatur, alüminium pəncərə və samovarın olmadığını aşkar edib bu barədə Faizdən soruşanda o, taxtaları çölə yığdığını, samovarı isə orada onunla qalan qızın götürüb getdiyini, həmin qızı tapıb samovarı qaytaracağını demiş, həmin qızın kim olduğunu isə deməmişdir. Çölə çıxanda taxtaların olmadığını görəndə Faiz ona taxtaları kimin götürdüyünü bilmədiyini demiş, bu zaman Faizin həyətdən oğurluq etdiyini başa düşmüş, həmin vaxt yanında tanışı Allahverən olmuş, sonra Faizi “Bibi” kafesində düşürüb açarı ondan almışdır. Həmin gün axşam Qazax rayonuna gedib 04 avqust 2022-ci il tarixdə qayıtmış, 07 avqust 2022-ci il tarixdə təxminən saat 21 radələrində Cavid ona zəng vurub Faizlə birlikdə “Bibi” kafesinin yanında olduğunu demiş, o da maşına minib kafeyə tərəf gedib orada Cavid və Faizlə görüşmüşdür. Faizə söz verdiyi malları qaytarmadığını deyib nə vaxt qaytaracağını soruşmuş, Faiz ona samovarı kafenin arxasında gizlətdiyini desə də, kafenin arxasına keçib baxanda samovarı görməmişlər. Həmin vaxt Faiz həmişəki kimi sərxoş vəziyyətdə olduğundan onlara yalan danışdığını başa düşmüş, bu zaman adını bilmədiyi şəxs onları görüb nə baş verdiyini soruşanda ona Faizin taxtalarını və samovarını götürdüyünü demiş, həmin şəxs Faizi tanıdığını, bir neçə gün əvvəl hansısa Qazel avtomobili ilə onun evinə gəlib evindəki taxtaları orada maşın ustası işləyən Zakir adlı şəxsə satdığım bildirmişdir. Faiz həmin anda yalanının üzə çıxdığını başa düşüb bir söz deməmiş, Faizin başqa nə oğurladığını bilmək üçün birlikdə evə getmək üçün maşına əyləşmiş, qabaq oturacaqda müəyyən əşyalar olduğu üçün onlardan arxada oturmalarını xahiş etmişdir. Özünə məxsus “Opel Astra” markalı **-OC-*** dövlət qeydiyyat avtomobili ilə Qobustan qəsəbəsindəki evinə doğru hərəkətdə olan vaxt Faiz yolda onlara yalvararaq oğurladığı əşyaları qaytaracağını demiş, Müşfıqabad qəsəbəsindəki yol patrul postunu keçən kimi qəflətən arxa sağ tərəfdə oturan Faiz qapını açıb özünü atmaq istəyəndə yıxılmaması üçün Cavid onu əli ilə tutmuş, o da maşını dərhal saxlayıb kənara çəkmiş, hər üçü maşından düşmüş və onlar Faizi posta tərəf aparmışlar. Həmin gün də həmişəki kimi Faiz içkili olmuş, orada polis əməkdaşlarına Faizin ondan oğurluq etdiyini deyib post-patrul çağırmalarını xahiş etmiş, bir qədər sonra post-patrul maşını gələndə onlara da Faizin onun Abşeron rayonu, Qobustan kəndindəki bağ evində mallarını oğurlaması barədə məlumat vermişdir. Həmin vaxt təcili işi olduğundan 10 dəqiqəlik Müşfıqabad qəsəbəsi tərəfə getməli olduğu üçün Cavidə Faizlə birlikdə polisə getməsini, bir qədər sonra özünün gələcəyini demiş, Müşviqabad qəsəbəsinə gedib işlərini tez görüb yenidən polis postu tərəf qayıdan vaxt Cavidə zəng vurmuşdur. Cavid ona Faizin polislərin yanında yalvarmağa başladığını, onu tutdurmalarını xahiş edib oğurladığını qaytaracağını dediyi üçün ona yazığı gəldiyini və polislərdən onu aparmamalarını xahiş etdiyini, ona görə də Faizin çıxıb getdiyini demişdir. Bir söz demədən evinə getmiş, həmin axşam avtomobilini evində saxlayarkən Faizin telefonunun avtomobilinə düşdüyünü görüb günorta saatlarında özünü avtomobildən atmaq istəyəndə düşmüş ola biləcəyini fikirləşmiş, Faizin onun həyətindən oğurladığı tikinti materiallarını Zakir adlı şəxsə satması barədə məlumat aldığı üçün onunla zəngləşmişdir. Həmin axşam Cavid ona zəng edib evinə polis əməkdaşlarının gəldiyini, özünün isə çayxanada olduğunu dediyi üçün Cavidin yanına gedib onu götürüb evinə tərəf getmiş, orada polis əməkdaşlarını görəndə onlara Faizin polisə şikayət ərizəsi ilə müraciət edib guya onların onu silahla ölümlə hədələdiklərini, onun telefonunu oğurladıqlarını bildirdiyi məlum olmuş, onlar da polis əməkdaşları ilə X3 gedib orada izahat verib həqiqəti onlara bildirmiş və Faizin avtomobilində qaldığı telefonu da polislərə təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun həyətindən oğurluq etdiyi əşyaların içində samovar da olmuş, bir müddət sonra araşdırma zamanı Təqsirləndirilən şəxs həmin samovarı Abşeron RPİ- nə təqdim etmiş və müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra həmin samovar ona qaytarılmışdır. 08 avqust 2022-ci il tarixdə saat 17 radələrində Cavid ona zəng vurub Faizi tapa bilmədiyini, onları aldadıb özü gəlmədiyini, hazırda Faizin taxta, dikt və armaturları satdığı malyar Zakir adlı şəxsin yanında olduğunu demişdir. O da həmin yerə gəlib Zakirlə söhbət edəndə ona məlum olmuşdur ki, Faiz onun həyətindən oğurladığı taxta, dikt və armaturu Zakirə 100 manata satmışdır. Zakir həmin əşyaların oğurluq edildiyini bilib pulsuz qaytarmışdır. Təqsirləndirilən şəxs onun həyətindən oğurluq etdiyi əşyaların çox hissəsinin geri qaytara bilmişdir. İş üzrə zərərçkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, qohumu Zərərçəkmiş şəxs xahişi ilə cari ilin yay aylarında ona məxsus yaşayış olmayan Abşeron rayonu Qobustan kəndindəki fərdi yaşayış evində kafel-metlax işi görməyə başlamış və əsas iş yerindən çıxıb aradabir həmin evə gedib müəyyən işlər görmüşdür. Ona kömək lazım olduğu üçün əvvəllər fəhlə kimi yanında işlətdiyi həmkəndli kimi tanıdığı Faiz adlı şəxsi tapıb usta işlərində ona fəhlə kimi kömək etməsini xahiş etmiş, Faiz də onunla razılaşdığı üçün onu Aqilin evinə aparmış, həmin ərəfələrdə Aqil evin həyətində olan ağaclar quruduğu üçün peyin almış, onlar da Faizlə oranı belləməsini, əvəzinə Aqilin ona gününə 20 manat pul verəcəyini təklif etmiş, bir neçə dəfə Aqil ilə birlikdə həmin evə gedəndə Faizi içkili vəziyyətdə görmüş, lakin ondan içkili olub-olmadığını soruşanda guya isti olduğu üçün üz-başının qızardığını demişdir. Bir gün Faiz hər gün gedib- qayıtmaqda çətinlik çəkdiyini deyib həyətdə tam təmir bitməmiş evdə qalmasını xahiş etmiş, lakin onlar həyətdə bir neçə aptekdə satılan sadə tibbi spirtlərin boş qablarını görüb Faizin spirtli içki aludəçisi olduğunu başa düşüb ona bir neçə dəfə içkidən uzaq qalmasını məsləhət görmüşlər. Bildiyi qədər Faizin daimi yaşayış yeri olmamış, çünki o, çox vaxt onu TİR sürücülərin istifadə etdiyi Şamaxı-Bakı yolunun Müşviqabad qəsəbə ərazisindən keçən hissəsində olan “Bibinin kafesi"' adlanan kafedə qaldığını bilmiş, çox vaxt onu orada tapıb götürmüş, o daim orada içib qalmışdır. Aqilə deyəndə o, etiraz etməyib darvazanın açarlarını Faizə vermiş, 2022-ci ilin avqust ayının 2-də təxminən saat 20 radələrində hüzur yerinə Qazax rayonuna gedəndə yolda olanda hazırda adı yadında qalmayan şəxs zəng vurub onun yanında fəhlə kimi işləyən Faizin onlara dəmir və sair tikinti materialları satdığını demişdir. Bu zəngdən sonra Faizin onun rayona getməyini bildiyi üçün Aqilin həyətində olan tikinti materiallarını oğurlayıb satmaq istədiyini başa düşüb bu barədə dərhal Aqilə zəng vurub açarları Faizdən götürməsini, həmin vaxt Aqildə Faizin nömrəsi olmadığı üçün ona çox güman «Bibi» kafesində olacağını demişdir. 2022-ci ilin avqustun 5-də rayondan qayıdanda Aqil ona həmin günü Faizi tapıb həyətə apardığını, orada samovarın, taxtaların, diktlərin, armaturların, alüminium pəncərələrin və plastik su borularının olmadığını görüb ondan nə etdiyini soruşanda Faizin bu barədə məlumatı olmadığını demişdir. 07 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Faizi «Bibi» kafesinin yanında görüb ona yaxınlaşıb nə üçün oğurluq etdiyini ona bildirib onunla sözlə mübahisə etmiş, həmin vaxt Faiz taxtaları və armaturları oğurlayıb Zakir adlı şəxsə satdığını etiraf etmiş, həmin vaxt Aqilə zəng vurub onu kafenin yanına çağırmış və bir neçə dəqiqə sonra Aqil özünə məxsus “Opel” markalı avtomobillə gəlmişdir. Orada o, Aqil və Faiz yenidən söhbət edib Faizə onlarla birlikdə həmin evə gedib nəyin nə qədər çatışmadığını müəyyən etməyi təklif etmiş, Faiz səhvini etiraf edib könüllü onlarla həmin evə getməyə razılıq vermiş, Faiz həmin vaxt da həmişəki kimi içkili olmuşdur. Bundan sonra üçü birlikdə Aqilin avtomobilində o və Faiz arxa oturacaqda əyləşmiş, yolda olanda Aqil Faizə icazəsiz götürüb satdığı əşyaları tam müəyyən edəndən sonra oğurluqla bağlı polisə müraciət edəcəyini deyəndə Faiz onlara yalvarıb oğurladıqlarının hamısını qaytaracağını deyib şikayət verməməsini xahiş etmişdir. Hərəkətdə olanda DYP-nin Müşviq postunun yanından keçəndə Faiz arxa sağ qapını açıb özünü maşından atmaq istəmiş, bu zaman cəld onu tutub saxlamış, Aqil də maşını saxlayıb həmin polis postuna yaxınlaşaraq Faizin onun evindən oğurluq etdiyi üçün post patrul maşını çağırmalarını xahiş etmiş və onlar da Post Patrul Xidmətini çağırmışlar. Aqil ona qəsəbədə bir neçə dəqiqəlik işi olduğunu deyib ora öz avtomobili ilə dəyib qayıdacağını demiş, o və Faiz isə Post Patrul Xidmətinin avtomobilinə əyləşmişlər. Aqil çıxıb gedən kimi Faiz oğurluğun üstünün açıldığını başa düşüb ona və polislərə yalvarmağa başlayıb onun barəsində polisə ərizə verməməyi xahiş etmiş və səhər “Bibi"" kafesinin yanında görüşüb oğurladıqlarını hamısını qaytaracağına söz vermişdir. Ona inanıb razılaşıb getməsinə icazə vermiş, sonra onlar Post Patrul Xidmətinin avtomobilindən düşmüş, Faiz gedəndən sonra Aqilə zəng vurub olanları danışmışdır. Sabahısı günü, yəni 08 avqust 2022-ci il tarixdə axşam saat 17 radələrində “Bibi” kafesinin yanına gəlsə də, Faizi axtarıb tapa bilməmiş, yaxınlıqda malyar işləyən Zakirin işlədiyi sexə yaxınlaşıb ondan Faizdən taxta alıb-almadığını soruşmuş, Zakir də ona aldığını deyəndən sonra Aqilə zəng vurmuş, Zakir Faizin ona satdığı tikinti materialları oğurluq mal olduğunu bilib onları könüllü Aqilə qaytarmış və onlar birlikdə Zakirin evinə gedib Faizdən aldığı taxtaları götürüb Aqilin həyətinə boşaltmışlar. 08 avqust 2022-ci il tarixdə axşam saatlarında çayxanada dostları ilə olan zaman ona evdən zəng gəlib evinə dalınca polis əməkdaşlarının gəldiyi deyilmiş, bundan sonra ona polis əməkdaşları zəng etmişdir. O, Aqilə də zəng vurub bu barədə ona demiş, bir neçə dəqiqə sonra Aqil onun dalınca gəlib evə aparmış və polis əməkdaşlarını görəndən sonra onlara məlum olmuşdur ki, Faiz polisə şikayət ərizəsi ilə müraciət edib guya onların onu silahla ölümlə hədələdiklərini, onun telefonunu oğurladıqlarını bildirmişdir. Onlar polis əməkdaşlarının dəvəti ilə X3 getmiş və orada izahat verib həqiqəti onlara danışmış, həmin vaxt Aqil Faizin özünü avtomobildən atmaq istəyərkən salonda yaddan çıxıb qaldığı telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. Faizin oğurladığı əşyaların içində samovar da olmuş, bir müddət sonra araşdırma zamanı Fazil həmin samovarı Abşeron RPİ-nə təqdim etmiş və müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra həmin samovar Aqilə qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs onun və Aqilin barəsində bilə-bilə yalan məlumat verməsi ilə bağlı ondan heç bir şikayəti və tələbi yoxdur, onlardan üzr istədiyi üçün onu bağışlamışlar. O və Aqil Fazilə əl qaldırmamış, onu vurmamış, hədə-qorxu gəlməmiş və hər hansı qanuna zidd hərəkət etməmiş, əlində də bıçaq olmamış, Faiz həmin vaxt həmişəki kimi sərxoş olmuş və hərəkətlərini idarə etməmişdir. Bildiyinə görə Faiz əvvəl evli olsa da, sonradan ayrılmış, ailəsi Müşviqabad qəsəbəsi ərazisində yaşamış, araşdınb onun qaynını tapıb sorğu-sual edəndə Faizlə heç kimin münasibət saxlamadığını, öz valideynlərinin isə Keşlə qəsəbəsi ərazisində yaşadıqlarını, lakin hamının ondan tamamilə imtina etdiklərini bilmiş, halbuki Faiz danışıq vaxtı valideynlərinin Rusiyada cəzaçəkmə müəssisələrində olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Müşviqabad qəsəbəsində orada-burada yaşayan, ev-eşiyi olmayan biri kimi tanımış, onunla münasibəti olmamış, sadəcə olaraq görəndə salamlaşmışlar. Sonuncu dəfə Faizi 2022-ci ilin avqust ayının əvvəllərində görmüş, iş yerində olarkən təxminən saat 15 radələrində Faiz sexin yanından keçəndə onunla söhbət etməyə başlamış və ona taxtası olduğunu və satmaq istədiyini demiş, ondan nə taxta olduğunu soruşanda o, dikt və 5x10 metr uzunluğunda taxtalar olduğunu bildirmişdir. İş yerinin yaxınlığında fərdi yaşayış evi tikdiyinə görə ona taxta lazım olduğu üçün Faizdən taxtaların harada olduğunu soruşmuşdur. Faiz ona taxtaların xaricdə yaşayan dostunun olduğunu, dostunun da ona satmağı tapşırdığını demiş, ona inanıb onunla birlikdə Abşeron rayonu Qobustan kəndinə getmiş, Faiz də hansısa fərdi evin darvazasını açarla açıb içəriyə daxil olmuşdur. Həyətin içində tikilinin altında xeyli sayda taxta, dikt, armatur, su borularını göstərib hansını istəsə satacağını deyəndə ona evinə 20 ədəd 5x10 taxta, 15 ədəd 12-lik dikt və 5 ədəd armatur lazım olduğunu bildirmiş və Faiz də həmin əşyaları 100 manata təklif etmiş, onunla razılaşıb ona 100 manat verib yol kənarında olan Kərim adlı şəxsin sürdüyü “Qazel” markalı avtomobilə yükləyib tikdirdiyi fərdi yaşayış evinin həyətinə boşaltmışdır. 3-4 gün sonra qəsəbədə yaşayan və tanıdığı Cavid adlı şəxs yanma gəlib ondan Faizdən taxta və sair tikinti materialları alıb-almadığını soruşmuş, ona aldığını deyəndə Cavid ona Faizin həmin tikinti materiallarını Aqildən oğurladığını demiş, bir qədər sonra tikinti materiallarının sahibi kimi özünü təqdim edən tanımadığı Aqil adlı şəxs gəlib ona Faizin onun həyətindən tikinti materiallarını oğurladığını demişdir. Onlar birlikdə tikinti materiallarını boşaltdığı yerə getmiş və Faizdən aldığı taxta, dikt və armaturları Aqilə qaytarmışdır. Bundan sonra Faizi görməmiş, Faizin ona satdığı tikinti materiallarının dostu tərəfindən satılmasına ona icazə verildiyini dediyinə və getdikləri yerin darvazasının açarı onda olduğuna görə inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, təxminən 20 gün əvvəl (2022-ci ilin avqust ayının əvvəlində) taksi kimi fəaliyyət göstərmək üçün Müşfıqabad qəsəbəsi ilə hərəkətdə olan zaman yolun kənarında bir nəfər müştəri əl etmiş, tanımadığı şəxs maşına minib Yenikənd deyilən Qobustan qəsəbəsinə getdiyini, samovarı olduğunu, təcili pul lazım olduğu üçün satmaq istədiyini və 100 manata təklif etdiyini, baxmaq istəyərsə sabahı gön Bibi kafesinin yanında axşam saatlarında orada olacağını demişdir. Həmin şəxsi Qobustan qəsəbəsində mağazanın yanında düşürüb 5 manat almış, sabahısı günü axşam saat 20 radələrində Bibi kafesinin yanında keçəndə maşını saxlamış, adını bilmədiyi həmin şəxsi kafenin yanında görüb baxmaq üçün samovarı getməsini demişdir. Həmin şəxsin içkili olduğu hiss olunmuş, o, kafenin böyür tərəfindən sellofanda bir ədəd samovar gətirmiş, samovara baxanda normal vəziyyətdə olduğunu görüb biraz ucuz verməsini təklif etmiş, samovarın kimə məxsus olduğunu soruşanda isə özünün olduğunu, təcili pul lazım olduğu üçün satdığını demiş, ona samovara görə 75 manat təklif etmiş, o da razılaşıb həmin pula samovarı ona vermişdir. 2- 3 gün sonra oğlu Fərid ona iş yoldaşının Cavidin tanışının evindən samovar oğurladığını və həmin şəxsin fotoşəkilini göndərdiyini demiş, şəkilə baxanda həmin şəxsi tanıyıb ona samovar satan şəxs olduğunu görmüş və samovarı polisə təqdim etməyə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, dostu Aqilin Abşeron rayonu Qobustan kəndi ərazisində sahəsi və həmin sahədə yarımtikili natamam evi olmuş, Aqilin söhbətlərindən həmin evdə vaxt və imkanı olanda yavaş-yavaş təmir edib həyətdə ağaclar əkib bağ evi kimi gələcəkdə yaşamaq üçün hazırladığını bilmişdir. 02 avqust 2022-ci il tarixdə axşam saatlarında Aqillə görüşən zaman o ona həmin bağ evinə yazığı gəldiyi, həm də bağ evi boş və baxımsız qalmaması üçün Müşviqabad qəsəbə sakini Fariz kimi tanıdığı bir kişini müvəqqəti buraxmış və ona ödəniş də etmişdir. Həmin gün Aqil ona qonşulardan Farizin bağ evindən əşyaları oğurlayıb satmasını eşitdiyini deyib onunla birlikdə bağ evinə gedib məlumatın doğru olubolmamasını dəqiqləşdirməyi xahiş etmiş, o da etiraz etməmiş, o, Təqsirləndirilən şəxs “Fariz” kimi tanımış, çünki ona hamı elə müraciət etmişdir. Saat 21 radələrində Aqilin “Opel” markalı avtomobili ilə Şamaxı-Bakı yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Bibi” adlı kafeyə getmiş, orada Aqil Faizi görüb bağ evinə gedib baxmağı təklif etmiş, həmin vaxt Aqil Faizə həyətdən oğurluq edildiyi deyildiyinə görə baxmaq istədiyini demiş, Faiz isə oğurluq olmasım inkar edib birlikdə bağ evinə baxmağa razılaşmışdır. Bundan sonra üçü Aqilin avtomobili ilə onun bağ evinə getmiş, evin həyətində olan tikililərin birinə daxil olanda Aqil taxta, dikt, armatur, alüminium pəncərə və samovarın olmadığını aşkar edib bu barədə Faizdən soruşmuş, o da ona taxtaları çölə yığdığını, samovarı isə orada onunla qalan qızın götürüb getdiyini, həmin qızı tapıb samovarı qaytaracağını demiş, həmin qızın kim olduğunu isə deməmişdir. Sonra onlar Faizin taxtaları yığdığı yerə baxmaq üçün onun dediyi yerə çölə çıxanda taxtaların olmadığını görəndə Faiz bu dəfə taxtaların kim tərəfindən götürüldüyünü bilmədiyini demiş, bu zaman onlar Faizin həyətdən oğurluq etdiyini başa düşmüşlər. Həmin vaxt Faiz samovarı tapıb qaytaracağına söz vermiş, bundan sonra Aqil Faizdən evin açarlarını almış və onu “Bibi” kafesinə düşürmüşdür. Sonradan bildiyinə görə Faiz Aqildən və onun qohumu Caviddən polisə şikayət etmiş, Faizin onlardan şikayət etməsi xəbərinə üzülmüş, çünki Aqilin Faizə yazığı gəlib öz bağ evinə onu buraxıb yaşamağa icazə vermiş, hətta ona gündəlik pul da vermişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 sentyabr 2022-ci il tarixli 9/5058 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd üzərində “3EÜ” yazıları olan təxminən 7 litr tutumlu od samovarının istifadədə olması və digər xüsusatları nəzərə alınmaqla orta bazar qiyməti təxminən 150 manat müəyyən olunur. 20 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs tərəfindən Şahid3 satılmış bir ədəd samovar sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim edildiyindən götürülmüşdür. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 296.2-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1 və 306.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə onun cəza müddəti 3 (üç) il 3 (üç) aya endirilmiş və o, 12 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci maddəsinə əsasən cəzadan azad edildiyi üçün onun əməlində cinayətin residivi müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Cinayət Məcəlləsinin 296.2-ci maddəsinin sanksiyasında isə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə islah işləri cəzası və Cinayət Məcəlləsinin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən islah işinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 296.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Onun barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, yenidən istintaqın çağırışlarına gəlmədiyi üüçün Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron RM-nin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd 20 kq bitumun, 10 metr kabelin, 2 ədəd pəncərənin və 1 ədəd alüminium qapının, 4 ədəd 3 metr uzunluğunda armaturun, 10 metr su borusunun, 20 ədəd diktin, 2 metr uzunluğunda 7 ədəd, 3 metr uzunluğunda 10 ədəd, 4 metr uzunluğunda 5 ədəd taxtaların və 1 ədəd samovarın Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işi cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə aylıq gəlirinin 20 faizi dövlət nəfinə tutulmaqla islah işinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəza çəkməsinin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd 20 kq bitumun, 10 metr kabelin, 2 ədəd pəncərənin və 1 ədəd alüminium qapının, 4 ədəd 3 metr uzunluğunda armaturun, 10 metr su borusunun, 20 ədəd diktin, 2 metr uzunluğunda 7 ədəd, 3 metr uzunluğunda 10 ədəd, 4 metr uzunluğunda 5 ədəd taxtaların və 1 ədəd samovarın Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-347/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-347/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver