Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-347/2025 21.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Ukrayna Respublikasında anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Tərtər şəhəri, M.Hüseynzadə küçəsi, ev 13-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan,hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan 01 ədəd şəffaf sellofan bükülüdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxil edilmiş 0,563 qram çəkidə xeyli miqdarda ağ rəngli kristalşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Abşeron rayonu, Xırdalan şəhərində daşımış və üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 19 iyun 2024-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada həmin gün saat 17:58-dən 18:06-dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,563 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, bir ilə yaxındır bədənində olan ağrılar səbəbindən narkotik vasitə heroin və psixotrop maddə şüşə, yəni metamfetamini çəkməklə istifadə edir. xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsinə getmişdir. Saat təxminən 11 radələrində Hökməli qəsəbəsində olan zaman təsadüfən orada orta yaşlı şəxslə söhbət zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Həmin şəxs özünün də, narkotikdən istifadə etdiyini və əgər lazım olsa ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, şəxsi istifadəsi üçün həmin şəxsə bir büküm şüşə yəni metamfetamin gətirməsini demişdir. Həmin şəxs ona bir büküm metamfetamini 20 manata gətirə biləcəyini demişdir. O, həmin şəxslə razılaşıb gözləmişdir. Təxminən 20-25 dəqiqə sonra həmin şəxs bir ədəd şəffaf sellofan bükümü ona vermiş və o, həmin bükümü açıb yoxlayaraq «şüşə» yəni metamfetamin olduğunu görmüş, 20 manat verib həmin bükülünü alıb əynindəki şalvarının sağ yan cibinə qoyub oradan Hökməli qəsəbəsinə evə getmişdir. Aldığı metamfetamin olan bükümü əynindəki idman şalvarının cibində saxlamışdır ki, sonra istifadə etsin. Həmin gün günortadan sonra Xırdalan şəhərində yaşadığı evdən çıxıb H.Z.Tağıyev küçəsi ilə piyada gedərkən 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib, ona narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərimdə gəzdirməkdə şübhəli olduğunu, onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişdirlər. Bu səbəbdən o, polis əməkdaşlarının idarə etdiyi avtomaşına əyləşmişdir. Abşeron rayon polis idarəsinə aparıldığdan sonra o, polis əməkdaşlarına psixortop maddə istifadə etdiyini və üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Xırdalan şəhər vəkil bürosundan növbətçi vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Vəkilin iştirakı ilə ona üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu üçün tutulmağı və şubhəli şəxs qismində hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuşdur. Polis əməkdaşları xidməti otaqda vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişdirlər. Şəxsi axtarış video çəkilişlə keçirilmişdir. Ondan üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli idman şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin bükümü haradan və nə vaxt aldığı soruşulduqda o, həmin bükülünü xx.xx.2024-cü il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul verib öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd içərisində şüşə metanfetamin olan şəffaf sellofan bükülü zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər 2 nəfər polis əməkdaşı, dövlət hesabına ayrılmış müdafiəçisi və onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Qeyd etdiyi proses video çəkiliş vasitəsilə qeydə alınmışdır Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək protokol ucadan oxunmuş və protokolun doğruluğunu imza edərək təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 19 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət edildi. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və qrupun rəhbəri o, qrup üzvü isə Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 təyin olunmuşdur. 19 iyun 2024-cü il tarixdə Şahid2la birlikdə əməliyyat tədbiri keçirmişdirlər və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində əvvəlcədən zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxsn küçədə görüb yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişdirlər. Daha sonra narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib X1 RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən Abşeron RPİ-nin inzibati binasına getmişdir. Daha sonra Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs səmimi etiraf edərək narkotik istifadəçisi olduğunu və üzərində hal hazırda psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxsla vəkili arasında konfidensial görüş təmin olunmuşdur. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədədə şəffaf selofanın içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin psixotrop maddə metamfetamin götürülmüş və açılaraq baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf sellofan təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 19 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət edildi. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və qrup rəhbəri Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, qrup üzvü isə o, təyin olunmuşdur. 19 iyun 2024-cü il tarixdə Şahid1la birlikdə əməliyyat tədbiri keçirmişdirlər və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində zahiri əlamətləri onlara əvvəldən məlum olan Təqsirləndirilən şəxs küçədə görüb yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişdirlər. Daha sonra narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib X1 RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən Abşeron RPİ-nin inzibati binasına getmişdir. Daha sonra Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs səmimi etiraf edərək narkotik istifadəçisi olduğunu və üzərində hal hazırda psixotrop maddə olduğunu demişdir. Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxsla vəkili arasında konfidensial görüş təmin olunmuşdur. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədədə şəffaf selofanın içərisində psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin psixotrop maddə metamfetamin götürülmüş və açılaraq baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin olan, bir ədəd şəffaf sellofan təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 20 iyun 2024-cü il tarixli, 3- 16-16/2-6/3311 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş: AR DİN "Zərflər üçün № 56" möhür əksi, "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut. İştirak etdi: 1. Mahmudov.A /imza/; 2. Yaqubov.S /imza/; 3. Yusifov.F /imza/;
4. Təqsirləndirilən şəxs /imza/; Qablaşdırdı təhqiqatçı: /imza/ R.Əskərov" yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,563 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 0,563 qram, sərf edildi – 0,05 qram, qalıq – 0,513 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5425 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 19 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin psixotrop maddə metamfetamin bükümü götürülmüşdür Cinayət işi üzrə 19 iyun 2024-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskinə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 12 iyun 2024-cü il tarixdə saat 17:58-dən 18:06-dək olan anı qeydə almışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(012)-214/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinib ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu 02 gün müddət cəzasından çıxılmış ,üzərində 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 07 mart 2025-ci il tarixdən hesablanmış,barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(012)-214/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2024-cü il tarixdə barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində ümumilikdə 04 gün tutma olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 04 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun cəza çəkməyə başladığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi və barəsində Abşeron rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(012)-214/2025 saylı hökmü ilə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,513 psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 60 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, iş üzrə məhkəmə prosesində Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat olmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini aparmışlar. Ona görə də, məhkəmə hesab edir ki, ona 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(012)-214/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı çinayət işi üzrə tutulduğu 02 gün, digər hökmlə nəzərə alınan 02 gün, cəmisi 04 gün tutma ona təyin edilmiş 01 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 01(bir) il 04(dörd)ay 26(iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəlİ xx.xx.2025-ci il tarixdən hesablansın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 1(012)- 214/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,513 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 60 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 330 manat məbləğində pul ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Cəmilə Səfiyeva