Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-348/2022 02.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 20, blok 2, mənzil 60 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə X3 Türkiyə Respublikasında təşkil ediləcək tədbirdə iştirak etməsində köməklik göstərəcəyini vəd verib İstanbul şəhərində mehmanxanada onun üçün yer sifariş verəcəyini deyib aldadaraq bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində görüşərək sonuncudan 170 manat, **********751148 saylı hesab kartına xx.xx.2021-ci il tarixdə saat 11:00:08-də 170 manat, həmin günü saat 14:00:52-də 85 manat və xx.xx.2021-ci il tarixdə saat 14:17:40-da 255 manat olmaqla göndərdiyi, ümumilikdə 680 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X3 680 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. 2017-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində reklam xarakterli motivasiyaverici mükafatlandırma tədbirləri təşkil edir. O, 2021-ci ilin dekabr ayının 24-də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Mükafatlandırma Qala gecəsində iştirak etmək üçün instarqram sosial şəbəkədə elan vermişdir. 2021-ci ilin oktyabr ayında İnstagram sosial şəbəkəsində başında tac olan alt hissəsində model sözü yazılmış bir nəfər xanımın profili onun diqqətini cəlb etmişdir. O, həmin qadının Azərbaycanda keçirilən gözəllik müsabiqəsinin qalibi olduğunu düşünərək həmin xanımın instagram səhifəsinə sms atmışdır. Həmin xanım sms-i qəbul etmişdir. Sonra xanım onun istifadəsində olan mobil telefonu ilə əlaqə saxlayaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində gözəllik müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçiriləcəkdir. Həmçinin onun da həmin tədbirdə iştirak etmək imkanının olduğunu bildirmişdir. O, ilk öncə ondan 1300 manat istəsə də, sonradan onu həmin tədbirə 700 manat müqabilində aparılmasına razılıq vermişdir. Ona görə də o, xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində Günay adlı xanımla Abşeron rayonu, Masazır qəəəbəsi, Ə.Vahid küçəsində görüşərək ona 170 manat beh vermişdir. Bundan sonrakı 2 gün müddətində də Günaya verdiyi kart hesabına hissə-hissə olmaqla 510 manat göndərmişdir. xx.xx.2021-ci il tarixdə mənim işi çıxdığına görə Günay xanım onunla əlaqə saxlayan zaman bildirmişdir ki, onun işi çıxmış, ona görə də özün bilet al, Türkiyə Respublikasına get, bundan bir gün sonra o, bilet alıb özü İstanbul şəhərinə gəlib onunla birlikdə tədbirə qatılacaq. Lakin həmin tədbir İstanbul şəhərində təxirə salındığından o, Türkiyə Respublikasına getməmişdir. Sonradan ona məlum olmuşdur ki, Günay xanım Türkiyə Respublikasına gedərək orada qalmış, xx.xx.2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Bağçalı evlər” yaşayış kompleksi, ev 14 b, mənzil 42-də ailəmizlə birlikdə yaşayır. Barəsində şikayət etdiyi şəxs “İnstaqram” sosial şəbəkəsindən tanıdığı, özünü Təqsirləndirilən şəxs adı ilə təqdim edən şəxsdir. Qeyd etmişdir ki, o, 2020-2021-ci illlərdə Azərbaycan Respublikasında keçirilən gözəllik müsabiqəsinin qalibi olduğu üçün 2021-ci ilin oktyabr ayında onun “İnstaqram” səhifəsinə özünü Təqsirləndirilən şəxs adı ilə təqdim edən şəxs tərəfindən sms gəlmişdir. Həmin şəxs gözəllik müsabiqəsinin qaliblərini tanıdaraq mükafat verməklə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsin mobil telefonu ilə əlaqə saxladıqda həmin şəxs ona bildirmişdir ki. xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində gözəllik müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçiriləcəkdir. Həmçinin onun da həmin tədbirdə iştirak etmək imkanının olduğunu bildirmişdir. Bundan sonra Aqil əvvəlcə buna görə ondan 1300 manat istəsə də sonradan onu da həmin tədbirə 700 manat müqabilində aparmasına razılaşmışlar. Ona görə də o, xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində Aqil adlı şəxslə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsinin sağ kənarında görüşərək ona 170 manat beh vermişdir. Bundan sonrakı 2 gün müddətində də Aqilin ona verdiyi kart hesabına hissə-hissə olmaqla 510 manat göndərmişdir. Aqil ona həmin 680 manat pula təyyarə ilə gedib-gəlmək biletinin və Otel pulu da daxil olduğuna söz vermişdir. xx.xx.2021ci il tariixdə o, Aqil ilə telefon əlaqəsi saxlayan zaman sonuncu ona işinin çıxdığını deyərək xx.xx.2021-ci il tarixi üçün özünün bilet alaraq Türkiyə Respublikasına getməyini, bundan bir gün sonra özü də bilet alaraq İstanbul şəhərinə gəlib həmin tədbirə onunla birlikdə qatılacağını demişdir. O, Aqilə inanaraq İstanbul şəhərinə getmək üçün 700 manata gedişgəliş bileti alıb xx.xx.2021-ci il tarixdə İstanbul şəhərinə getmişdir. Aqilin ona dediyi Otelə yaxınlaşdıqda da orada ona bildirilmişdir ki, oteldə qalmağı üçün üçün heç bir sifariş qeydə alınmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kimi təqdim edən həmin şəxs tərəfindən aldadılmışdır. Bundan sonrakı vaxtlarda da dəfələrlə həmin şəxsə zəng etməyinə və “İnstaqram” səhifəsinə yazmağına baxmayaraq ona cavab verməmişdir. Ona görə də o, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasından geri qayıtdıqdan sonra DİN-in rəhbərliyinə elektron qaydada müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. “İnstaqram” sosial şəbəkəsindən tanıdığı, özünü Təqsirləndirilən şəxs adı ilə təqdim edən şəxsin ona qarşı dələduzluq etməsi nəticəsində ona ümumilkdə 3000 manat maddi ziyan dəymişdir. Belə ki, o, Aqilə 170 manatı Masazır qəsəbəsində görüşərək vermişəm. Həmçinin 510 manatı isə onun kart hesabına göndərmişdir. Bundan əlavə onun Türkliyə Respublikasına gedərək 3 gündən sonra geri qayıtmağı ilə 2300 manat xərcləmişdir. Ona görə də ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X3 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-348/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-348/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver