Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-348/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Ovçulu kəndində qeydiyyatda olub Abşeron rayonu, Novxanı kəndi, S.Rüstəm küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi X5 məxsus qızılı-boz rəngli «VAZ 21074» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Əliağa Vahid küçəsi ilə “Duz gölü" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.3 üfüqi nişanlanma xəttini (hərəkət istiqamətlərini ayıran ağ biitöv üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olduğu və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək, qarşıdan əks zolaqda hərəkətdə olan X10 idarə etdiyi gümüşü rəngli “Hyundai Elantra" markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan İbad Cavadovun İ-İİ boyun fəqərələrinin cisminin sınığı və onurğa beyinin zədələnməsi, alın, sol qaş nahiyələrinin, alt dodağın sıyrıqları, hər iki dodağın selikli qişasının səthi əzilmiş yaraları, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və İ-İİ boyun fəqərələrinin cismlərinin sınıqları və onurğa beyinin zədələnməsi nəticəsində baş verən travmatik şokdan İbad Cavadovun ölümünə səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesində yerləşən X15 komendant vəziləsində işləyir. xx.xx.2022-ci il tarixdə X5 məxsus “VAZ 2107” markalı qızılı-boz rəngli **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 2000 manat olmaqla, hər ay 300 manat ödəməklə ümumilikdə 6500 manata almışdır. Hazırda həmin avtomobilin avlıq ödənişini edir. Avtomobili etibarnamə əsasında idarə edir, onlar arasında olan razılaşmaya əsasən ödənişi tam etdikdən sonra avtomobili adına rəsmiləşdirəcəkdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində az yaşlı oğlu X8 Abşeron rayonu, Masazır qəsəbəsində “Şok” marketin yaxınlığında yaşayan bacanağının evindən götürüb yaşadığı Abşeron rayonu, Novxanı kəndinə gedən zaman oğlu Əli qabaq yan oturacaqda əyləşmişdir. O, idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Əliağa Vahid küçəsi ilə “Duz gölü” istiqamətində 40-50 km sürətlə öz hərəkət yolunda sağ zolaqda hərəkət edərkən qarşında ağ rəngli sərnişin avtobusu gedirmiş. Masazır qəsəbəsində yerləşən poliklinikanın qarşısında olan zaman avtobus yolun sağ kənarında saxlamışdır. Qarşısında markasını xatırlamadığı avtomobil avtobusun yan tərəfindən ötmə əməliyyatı edərək yoluna davam etmişdir. O, da həmin avtomobilin arxası ilə eyni istiqamətdə ötmə əməliyyatı edib avtobusun yanından keçdikdə qarşı tərəfdə əks zolaqda hərəkət edən gümüşü rəngli “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobillər aldığı zərbədən dayanmışdır. Hadisə baş verən anda yanında qabaq yan oturacaqda əyləşmiş azyaşlı oğlu Əli qorxaraq qışqırmışdır. O, dərhal avtomobildən yerə düşmüşdür. Bundan sonra oğlu Əlini tez avtomobildən yerə düşürmüşdür. Həmin vaxt ətrafa çoxlu adamlar yığışmışdır. O, avtomobili ilə toqquşan “Hyundai Elantra" markalı avtomobilə sürücünün vəziyyətini öyrənmək üçün yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsü sükan arxasında huşsuz vəziyyətdə başı arxaya söykənmiş halda olmuşdur. Orada olan şəxslərdən sürücünün nəfəs aldığını, yəni yaşadığını eşitmişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Həkimlər həmin sürücünü müayinə etdikdən sonra onun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə toqquşan gümüşü rəngli “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi X10 vəfat etdiyi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən gün, yəni 11 dekabr 2022-ci il tarixdə saat 19 radələrində “VAZ 2107” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. O, avtomobili 40-50 km sürətlə idarə edirmiş. Onun idarə etdiyi “VAZ 2107” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşan qarşıdan gələn “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 50-60 km sürətlə gəlirmiş. O, avtomobili idarə edən zaman qabaq yan oturacaqda azyaşlı oğlu X11 oturmuşdur. Onun həmin avtomobili etibarnamə əsasında “BC” kateqoriyalı BC 002991 nömrəli sürücülük vəsiqəsi olduğuna görə idarə etmək hüququ olmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomobil ilə toqquşan “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə heç bir yük, avtomobildə heç bir nasazlıq olmamış və texniki vəziyyəti saz olmuşdur. Sonda o, iş üzrə özünü təqsirli bilməsini, himayəsində üç azyaşlı uşağının olmasını və zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 göstərdi ki, mərhum X16 onun doğma oğludur. Ailəsi ilə birlikdə yaşayır. “Zəngilanın səsi” qəzetinin baş redaktoru vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə özünə gümüşü rəngli “Hyundai Elantra” markalı “**-RN-***” dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili etibarnamə əsasında oğlu İbada sürmək üçün vermişdir. İbad həmin avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində oğlu İbadın dostlarından biri ona zəng edərək İbadın avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən poliklinikanın qarşısında yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. O, da bundan sonra hadisə yerinə getmiş, lakin həmin yerdə artıq heç nə görə bilməmiş, sonradan oğlu İbadın baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi ona məlum olmuşdur. Hadisə baş verən zaman orada olmadığından hadisənin hansı şəraitdə və necə baş verməsini görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, onunla barışmış və ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 3 ay müddətdir "525” saylı marşrut xəttində sürücü işləyir. Ağ rəngli “Daewoo” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqəsi ilə idarə edir. Həmin marşrut xətti ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyindən Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metro stansiyası istiqamətində sərnişin daşıyır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Əliağa Vahid küçəsi ilə “Duz gölü” istiqamətində 40 km sürətlə öz hərəkət yolunda sağ zolaqda hərəkət edirmiş. Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən poliklinika ilə üzbəüz avtobus dayanacağında idarə etdiyi avtobusu saxlamışdır. Avtobusdan düşən sərnişinlərin gediş haqqını yığırmış. Həmin vaxt yol-nəqliyyat hadisəsi səsini eşitmiş və həmin anda onun sol tərəfində toqquşan avtomobillərdən VAZ 2107 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi onun idarə etdiyi avtobusun arxa sol hissəsinə dəymişdir. O, dərhal avtobusdan yerə düşmüşdür. O, avtobusun arxa tərəfinə keçdikdə avtobusun arxa sol hissəsinin əzildiyini görmüşdür. Bundan sonra o, dərhal “525” saylı marşrut xəttinin rəhbərliyinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Yol bağlandığı üçün o, avtobusu bir qədər irəli sürüb yolun kənarında saxlamışdır. O. həmin toqquşan maşınlara yaxınlaşmışdım Bu zaman Masazır qəsəbəsi Ə.Vahid küçəsi ilə "Duz gölündən Masazır dairəsi istiqamətində hərəkət edən gümüşü rəngli “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Duz gölü” istiqamətində hərəkət edən boz rəngli VAZ 2107 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ona məlum olmuşdur. Hadisə yerində çoxlu adamlar yığışmışdır. “Hyundai Elantra” markalı avtomobilin sürücüsü sükan arxasında huşsuz vəziyyətdə olmuşdur. Bir qədər sonra həmin yerə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Həkimlər həmin sürücünü müayinə etdikdən sonra “VAZ 2107” markalı avtomobil ilə toqquşan gümüşü rəngli “Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sonradan adını bildiyi X10 vəfat etdiyi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən gün, yəni 11 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Ağ rəngli “Daewoo” markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən zaman spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. O, avtobusu 40 km sürətlə idarə edirmiş, hadisə baş verən zaman avtobusu dayanacaqda saxlayıb sərnişinləri düşürürmüş. Avtobusda sərnişinləri düşürən zaman başı onlara qarışdığı üçün hadisənin necə baş verməsini görməmişdir. Toqquşma səsindən sonra baş vermiş yol-nəqliyyat hadisəsinin baş verdiyi ona məlum olmuşdur. Onun idarə etdiyi avtobusda çoxlu sərnişin olmuşdur. Həmin avtobusu etibarnamə əsasında yol vərəqəsi ilə “ABCED” kateqoriyalı AD 059430 nömrəli sürücülük vəsiqəsi olduğuna görə idarə etmək hüququ olmuşdur. Hadisə baş verən zaman Hyundai Elantra” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa heç kim olmadığım bildirmişdir. İş üzrə şahid qismində tanınmış Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, iş olanda tikintidə fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X2 adma olan ona məxsus “VAZ 2107” markalı qızılı-boz rəngli **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş 2000 manat olmaqla, 15 ay olmaqla hər ay 300 manat ödəməklə ümumilikdə 6500 manata Təqsirləndirilən şəxs satmışdır. Razılaşmalarına görə İlham hər ay 300 manat olmaqla 15 ay ödədikdən sonra avtomobil onun adına sənədləşəcəkmiş. O, İlhama avtomobili idarə etmək üçün etibarnamə də vermişdir, l'əxminən 2022-ci ilin dekabr ayının ortalarında ona tanışı zəng edərək İlhamın avtomobil ilə yolnəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bunu eşitdikdən sonra o, İlhama zəng edərək yolnəqliyyat hadisəsi törədib-törətməməsini soruşduqda, İlham ona xx.xx.2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi "VAZ 2107 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Əliaga Vahid küçəsi ilə “Duz gölü” istiqamətində hərəkətdə olarkən Masazır qəsəbəsində yerləşən poliklinikanın qarşısında “Hyundai Elantra” markalı avtomobil ilə toqquşduğunu, toqquşma nəticəsində “Hyundai Elantra” markalı avtomobili idarə edən sürücünün də hadisə nəticəsində vəfat etdiyini bildirmişdir. İş üzrə şahid qismində tanınmış Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 185 nömrəli rəyində göstərilmişdir ki. 1983-cü ildə anadan olmuş X10 meyitinin məhkəmə-tibbi müayinəsində, əlavə laborator müayinələrinin cavabına, qərarın təsviri hissəsində göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:
1. X10 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - İ-İİ boyıın fəqərələrinin cisminin sınığı və onurğa beyinin zədələnməsi; - Alın, sol qaş nahiyələrinin, alt dodağın sıyrıqları; - Hər iki dodağın selikli qişasının səthi əzilmiş yaraları. Qeyd edilən xəsarətlər həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni X1 olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür.
2. X10 ölümünün səbəbi İ-İİ boyun fəqərələrinin cismlərinin sınıqları və onurğa beyinin zədələnməsi nəticəsində baş verən travmatik şok olmuşdur.
3. İlkin meyit əlamətlərinə əsasən demək olar ki. X10 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (1 1.12.2022-ci il saat 23:30-dan) təxminən 3-5 saat əvvəl baş vermişdir.
4. X10 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, bııtil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cii il tarixli 8/167 nömrəli rəyində göstərilmişdir ki, 1.2. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21074 markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında’ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Hyundai Elantra markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cıı maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 5.6. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Daewoo BC212 markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı toqquşmanın Daewoo BC212 markalı avtobusun dayanmış vəziyyətində baş verdiyindən sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. İstintaq zamanı işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2/31999 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur. xx.xx.2023-cii il tarixli, ********* nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası DİNin BDYPİ-nin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “B" kateqoriyalı BC 002991 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş üzrə maddi sübut kimi tanınmış«VAZ 2107» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs, “Hyundai Elantra’’ markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmişin hüquqi varisi X3 qaytarılması və hadisənin videogörüntüsünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon İHB-nın Novxanı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndi, S.Rüstəm küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri -xx.xx.2010-cu il təvəllüdlü Nərmin Pirverdiyeva, xx.xx.2012-ci il təvəllüdlü Əli Pirverdiyev və xx.xx.2015-ci il təvəllüdlü Aydın Pirverdiyev ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş X21 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı zamanı 48 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltzam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş X21 İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış«VAZ 2107» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs, “Hyundai Elantra’’ markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmişin hüquqi varisi X3 qaytarılması və hadisənin videogörüntüsiinün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs istintaq zamanı zamanı 48 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Şövkət Nəcəfova