Məhkəmə qərarları › İş №1(012)-348/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-348/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-348/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində idarə etdiyi MERCEDES BENZ VİTO CDİ sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə təhlükəsizliyi təmin edən ara məsafəsi saxlayaraq hərəkət etməli, yaxud avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib ötüb keçməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni istiqamətdə 20-30 km/saat sürətlə hərəkətdə olan Şahid4 idarə etdiyi FORD TRANSİT yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan MERCEDES BENZ VİTO CDİ markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ sirkə kasasının, sağ diz qapağının qapalı sınıqları və sağ budun travmatik çıxığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2022-ci ildən xx.xx.2032-ci ilədək etibarlı olan «B1,B, C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində etibarnamə əsasında idarə etdiyi MERCEDES BENZ VİTO CDİ sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə “FORD TRANSİT” yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edən zaman arxadan gələn yük avtomobilinin (TİR) uzaqvuran işıqları bir neçə dəfə yanıb söndüyü üçün diqqətini yayındırmışdır. Həmin anda idarə etdiyi avtomobildə qabaq oturacaqda oturmuş sərnişinlərdən biri qarşıdakı avtomobilin tormoz etdiyini bildirdiyi üçün qabağa baxdıqda qarşıda olan avtomobilin tormoz etdiyini görmüşdür. Bu zaman aralarında 15-20 metr məsafə olmuş, dərhal ayağını tormoz pedalına qoyaraq avtomobilin sürəti azalmış, lakin avtomobili tam dayandıra bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi həmin FORD TRANSİT yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamış və idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İdarə etdiyi avtomobildə 8 nəfər sərnişin olsa da onların heç birini tanımır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs X2 ifadəsində göstərdi ki, o, 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ VİTO CDİ” sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında, yəni sürücünün yanında dostu Şahid1 ilə sərnişin qismində oturaraq Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə dayanmış vəziyyətdə olan “FORD TRANSİT” yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Sərnişini olduğu avtomobil həmin avtomobilə yaxınlaşdıqda sürücü Orxanın buna əhəmiyyət vermədiyini, yəni nə tormoz etmədiyini, nə də avtomobili sola manevr etmədiyini gördükdə Mahir sürücü Orxana səslənib «qarşıya bax, qarşıda avtomobil var» demişdir. Sürücü diqqətini qarşıya yönəltdikdə artıq ara məsafəsi çox az qalmışdır. Sürücü bu anda sola manevr etmək istəmiş, lakin çatdıra bilməmiş və sərnişini olduğu avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində xəsrət almışdır. Hadisə zamanı sərnişini olduğu avtomobildə cəmi 8 sərnişin olmuş, Mahirdən başqa digər 6 nəfər sərnişinin heç birini tanımır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ VİTO CDİ” sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında, yəni sürücünün yanında dostu Zərərçəkmiş şəxs ilə sərnişin qismində oturaraq Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə dayanmış vəziyyətdə olan “FORD TRANSİT” yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Sərnişini olduğu avtomobil həmin avtomobilə yaxınlaşdıqda sürücü Orxanın buna əhəmiyyət vermədiyini, yəni nə tormoz etmədiyini, nə də avtomobili sola manevr etmədiyini gördükdə sürücü Orxana səslənib qarşıya bax, qarşıda avtomobil var, ehtiyyatlı ol demişdir. Sürücü Orxan diqqətini qarşıya yönəltdikdə sərnişini olduğu avtomobillə həmin avtomobil arasında ara məsafəsi çox az qalmışdır. Sürücü bu anda sola manevr etmək istəmiş, lakin çatdıra bilməyib avtomobilin qabaq hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində Xəlilullah xəsrət almış, özü isə xəsarət almamışdır. Hadisə zamanı sərnişini olduğum avtomobildə cəmi 8 sərnişin olmuş, Xəlilullahdan başqa digər 6 nəfər sərnişinin heç birini tanımır. Məhkəmə iclasında Şahid4 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququm vardır və ona xx.xx.2021-ci ildə xx.xx.2031-ci ilədək etibarlı olan «B1,B, C1,C» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində etibarnamə əsasında idarə etdiyi özünə məsus olan FORD TRANSİT yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən avtomobildə nasazlıq hiss etmişdir. Bu səbəbdən avtomobilin sürətini azaltmış, sürət 20-30 km/saatda enmiş və arxadan gələn avtomobillərin sürücüləri üçün sarı qəza işıqlarını da yandırmışdır. Bu anda arxadan gələn MERCEDES BENZ VİTO CDİ sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobilin ön hissəsi sağa burularaq yolun sağında olan metal çəpərə dəymişdir. Hadisə nəticəsində həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla avtomobildə 2 nəfər sərnişin, yəni tanışları Şahid3 və Şahid2 olmuşdur, başqa yük olmamışdır. Hadisə nəticəsində özü və idarə etdiyi avtomobildə olan sərnişinlər, yəni Şahid3 və Şahid2 xəsarət almamış, amma avtomobili əzilərək özünə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, 19 iyul 2023-cü ildə saat 14:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 15-ci kilometrində tanışım Şahid4 idarə etdiyi FORD TRANSİT yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobildə digər tanışı Şahid2 ilə birlikdə kabinada sərnişin qismində oturaraq 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. İntiqa avtomobili 50-60 km/saat sürətlə idarə etmiş, bu zaman İntiqam avtomobildə nasazlıq olduğunu bildirib avtomobilin sürətini azaldaraq sürət 20-30 km/saatda enmiş, bu anda arxadan gələn MERCEDES BENZ VİTO CDİ sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi sərnişini olduğu avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən sərnişini olduğu avtomobilin ön hissəsi sağa burularaq yolun sağında olan metal çəpərə dəymişdir. Hadisə nəticəsində həmin avtomobildə olan sərnişinlərdən bir nəfər kişi xəsarət almışdır. Hadisə zamanı özü, Rabil və sürücü İntiqam xəsarət almamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dəvət edilərək, dindirilmiş X6 ifadəsində göstərdi ki, hazırda məhkəmədə baxılan iş onun icraatında olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2138 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi təhqiqatçı tərəfindən qəbul edilmiş qərarın əsasında qəbul edilmişdir. Protokol, qərar və yol nəqliyyat hadisəsinin sxmeninə uyğunsuzluq aşkar edilməmişdirsə əlavə araşdırma aparılmır. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyərək, məhkəməyə ərizə ünvanlayaraq ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid2 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli 4096 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin “Meyitin məhkəmə tibbi ekspertizasının” 26 iyul 2023-cü il tarixli 1546 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ sirkə kasasının, sağ diz qapağının qapalı sınıqları və sağ budun travmatik çıxığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2138 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində MERCEDES BENZ VİTO CDİ sərnişin markalı, 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 23 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 25 avqust 2023cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Maddi sübutun tanınması haqqında 19 avqust 2023-cü il tarixli qəraardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ VİTO CDİ sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid4 idarə etdiyi FORD TRANSİT yük markalı 99DA053 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Fuad Mehmanov tərəfindən ibtidai istintaq tamamlanaraq 03 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktı 06 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmiş, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsin və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqınd”a iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ VİTO CDİ” sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və “FORD TRANSİT” yük markalı 99DA053 dövlət qeydiyyat yük avtomobilinin Şahid4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X8” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Abşeron Rayon Polis Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2,193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Büorunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına və Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ VİTO CDİ” sərnişin markalı 99FK108 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “FORD TRANSİT” yük markalı 99DA053 dövlət qeydiyyat yük avtomobilin Şahid4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Abşeron rayon Prokurorluğuna göndərilsin Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmiş beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına və Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar