Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-349/2022 15.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1967-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan sürücü, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllədə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 19 radələrində etibarnamə ilə idarə etdiyi, X10 məxsus «Mitsubishi Rosa» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı, avtobusla Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək, idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin vaxtı yolu soldan sağa keçən piyada, xx.xx.1962-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Babayeva Bibixanım Valeh qızının baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol almacıq nahiyəsinin və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travmasından həmin gün Sumqayıt şəhər X13 xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, həmin avtomobil X10 məxsusdur. O, həmin «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yalnız sifariş olanda sərnişin daşıyır. O, həmin avtobusla heç bir marşurut xətti üzrə işləmir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Saray qəsəbəsində yaşayan bacısı evinə getmişdir ki, orada qonaq olan arvadını götürüb evə gətirsin. O, idarə etdiyi «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzü Bakı şəhəri istiqamətində, Abşeron rayonu, Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində «Zeytun» aptekinin yaxınlığında saatda 50 km/surətlə hərəkətdə olarkən, qəfildən yolun solundan sağına keçən bir nəfər qadın bir anın içərisində qaçaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmış, həmin qadın elə bir surətlə və elə bir anda onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır ki, o, imkan tapıb hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmiş və əyləcdən istifadə etməyə imkan tapmamışdır. Onun idarə etdiyi «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qarşı tərəfi həmin qaçaraq yolu soldan sağa keçmək istəyən piyadaya (qadına) yolun hərəkət hissəsində dəymiş və həmin yolu keçmək istəyən piyada, avtomobilin ona dəyməsi nəticəsində avtomobilin sol tərəfinə yerə yıxılmışdır. O, dərhal idarə etdiyi avtomobili saxlamış, avtomobildən yerə düşmüş və bir yoldan keçən taksi saxlatdırıb, həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyadını taksiyə qoyaraq Sumqayıt şəhər Təcili X7 aparıb tibbi yardım etdirmişdir. Lakin xəstəxanada həkimlərin səyinə tibbi yardım etməsinə baxmayaraq xəsarət almış sonradan şəxsiyyəti məlum olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yaşayan Babayeva Bibixanım Valeh qızı xəstəxanada almış olduğu xəsarətdən ölmüşdür. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ümumiyyətlə spirtili içki və digər vasitələrdən narkotik və yaxud psixotrop maddələrdən istifadə etmir, idarə etdiyi avtomobilin arxasından gələrək, yandan onun idarə etdiyi avtomobili ötüb keçmək istəyən həmin avtomobilin markasını və yaxud dövlət nömrə nişanını və avtomobilin sürücüsünü görməmiş, onun idarə etdiyi avtomobili yandan ötüb keçən «Opel-Zafera» markalı avtomobilin sürücüsü həmin piyada yolu keçən qadına toxunmamış, ona görə ki, həmin avtomobilin sürücüsü həmin piyadanı idarə etdiyi avtomobil ilə vurmuş olsaydı, onun avtomobili həmin qadına dəyməzdi. Lakin həmin piyada Bibixanım Babayeva həmin avtomobilin qarşısından qaçdığı və yolu keçmək istədiyi üçün, onu görməmiş və idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə həmin piyada Bibixanım Babayevanı vurub xəsarət yetirmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtobusun qarşı sol tərəfi əzilmişdir. Onun idarə etdiyim avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobili idarə etmək üçün bütün sənədləri vardır, idarə etdiyi avtobusda ondan başqa heç kim olmamışdır. Sonda etdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin qohumu olan hüquqi varisi X5 zərərçəkmiş şəxsin yaxın qohumu olan qızı X6 ilə əvəz edilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 ifadəsindən görünür ki, Babayeva Bibixanım Valeh qızı onun anasıdır. Anası Bibixanım Babayeva heç bir yerdə işləməmiş, evdar qadın idi. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yaşayan bacısı X3 evindən çıxıb, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhlədə yerləşən öz evinə gəlmək istəmişdir. Anası Bibixanım Babayeva həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsində avtomobil yolun keçərkən, əvvəlcədən tanımadığı avtobus sürücüsü sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobiliin qabaq hissəsi ilə qaynanası Bibixanım Babayevanı yolun hərəkət hissəsində vurmuşdur. Təqsirləndirilən şəxs yoldan keçən bir avtomobil saxlayıb qaynanası Bibixanım Babayevanı Sumqayıt təcili X7 aparsa da, Bibixanım Babayeva almış olduğu xəsarətdən orada dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş «MTE və PA Birliyi» Publik xx.xx.2022-ci il tarixli 18 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Babayeva Bibixanım Valeh qızının bədəni üzərində olan xəsarətlər baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sol gicgah nahiyəsinin əzilmişcırılmış yarası, sol almacıq nahiyəsinin və sağ mil-bilək oynağı nahiyəsinin sıyrıqları həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Ölümünə səbəb baş beynin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə əsasən demək olur ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2022, saat 22:30) müayinəsindən təxminən 3-5 saat əvvəl baş vermişdir. Mərhum Babayeva Bibixanım Valeh qızının meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir.. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/576 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Abşeron RPİ DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2017-ci il tarixdə xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AC seriyalı 230010 nömrəli «BD» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş üzrə «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan qərardan görünür ki, 26 aprel 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə və digər zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməklə onlarla barışıq əldə etmiş, həm də hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «Mitsubishi Rosa avtobus» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-349/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-349/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver