Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-349/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xx.xx.2023-cü il tarixdə barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli ci il tarixli e-2(012)-3312/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 8 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün xx.xx.2023-cü il tarixli təqdimat əsasında 4246,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2009-cu il tarixdə ailə həyatı qurmuş, lakin nikahlarını qeydiyyata aldırmamışlar. Faktiki nikahlarından X5 və X6 doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2022ci ildə onlar ayrılmışlar. 12 may 2022-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 193.00 manat olmaqlaqa, iki uşağa cəmi 386.00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etməsinə baxmayaraq o, imkanı olmadığı üçün alimenti ödəməmişdir. Bununla əlaqədar inzibati qaydada 08 gün müddətində həbs edilmişdir. Halhazırda zərərçəkmiş şəxslə barışmış və aliment borcunu tam olaraq ödəmişdir. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödədiyini nəzərə alaraq barəsində olan cinyət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə evlənmişlər. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2022-ci ildə ailə münasibətlərinə son verərək ayrılmışlr. Bundan sonra onun tələbi əsasında Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən hər uşağa 193 manat olmaqla, iki uşağın saxlanması üçün cəmi 386.00 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs alimenti ödəməmişdir. Hal-hazırda isə təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam şəkildə ödənilmişdir və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona aliment borcunun tam şəkildə ödənilməsini, hazırda onunla barışmasını və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 193.00 manat olmaqlaqa, iki uşağa cəmi 386.00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar icra tərəfindən borcluya bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etməsinə baxmayaraq o, imkanı olmadığı üçün alimenti ödəyə bilməyəcəyini bildirməklə qanuni qüvvəsini almış qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq yayınmışdır. Bununla əlaqədar inzibati qaydada 08 gün müddətində həbs edilmişdir. Qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Barəsində toplanmış materiallar araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərilmiş və Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə iclası zamanıona məlum olmuşdur ki, borclu tərəfindən tələbkara olan aliment borcu tam şəkildə ödənilmiş və Zərərçəkmiş şəxs bu barədə ərizə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasənqanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 306.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona aliment borcunun tam şəkildə ödənildiyini və hazırda ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hazırki məqamda onu qeyd etməyə zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə onu məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ilə barışmasını, ona olan aliment borcunu tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan ləğv edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tam olaraq ödədiyi üçün iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-349/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-349/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver